Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8251/2023 04.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qarayeva Mehriban Cəfər qızı İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “vəsaitlərin əvəzləşdirilməsi” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 m ü ə y y ə n e t d i m: İddiaçı MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı və Gürcüstan Respublikasının “OTAROĞLU” şirkəti aralarında bağlanılmış 10\06- 18 saylı 10 iyun 2018-ci il tarixli və 10\06-19 saylı 10 iyun 2019-cu il tarixli müqavilələr əsasında həmin bağlanılmış müqavilələr üzrə İddiaçı və Gürcüstan Respublikasının “OTAROĞLU” şirkəti aralarında alqı-satqı əməliyyatları həyata keçirilməsi nəticəsində tərtib olunmuş X1 və İxrac olunan malların dəyəri kimi “OTAROĞLU” şirkəti tərəfindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində “Fiziki şəxslər tərəfindən sadələşdirilmiş bəyannamə” təqdim edilməklə nəğd şəkildə bəyan edilərək Azərbaycan Respublikasına xarici valyuta vəsaiti şəkilində gətirilmiş, sonra isə Cavabdeh ASC-yə təqdim edilməklə nəğd şəkildə ora ödənilməklə Azərbaycan Respublikasına İddiaçı MMCnin hesabına köçürülməsi bəyan edilmiş daxil olan xarici valyuta vəsaitlərinin əvəzləşdirilməsi öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsinin ərizəsinə və iş materiallarına baxaraq hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində işin icraata qəbul edilməsindən sonra, hazırlıq icraatı mərhələsində iddia ərizəsinin geri qaytarılması nəzərdə tutulmadığından, həmin Məcəllənin 1.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin işin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılmasına dair 170-ci maddəsinə əsasən iddiçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 23.1, 45.4, 49, 81-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı, “vəsaitlərin əvəzləşdirilməsi” tələbi üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-8251/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8251/2023
04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver