Məhkəmə qərarları › İş №2-1(112)-8253/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8253/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8253/2022 20.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ilkin pensiya təyinatı zamanı xx.xx.2006-cı il tarixinədək sığorta stajının səhv müəyyən edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və hal-hazıradək tutulmuş pul məbləğinin ona geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1949-cu il tarixdə doğulmuş, əmək fəaliyyətinə xx.xx.1969-cu il tarixindən başlamış, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin xx.xx.2012-ci ildə qüvvədə olmuş tələblərinə əsasən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2006-cı il tarixinədək 29 il 5 ay 16 gün sığorta stajı nəzərə alınaraq pensiyası yenidən hesablanaraq 353,92 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyasının məbləği xx.xx.2022-ci il tarixindən 365,95 manat müəyyən edilmişdir. Lakin cavabdeh əlavə araşdırma apararaq Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli, № BA-06312-2021 nömrəli məktubuna əsasən hesab etmişdir ki, onun xx.xx.1974-cü il tarixində Nəriman Nərimanov adına Bakı İstehsalat-Trikotaj Birliyinə işə qəbul olunması və xx.xx.1997-ci il tarixinədək əmək haqqı hesablanması məlum olmuşdur. Bakı İstehsalat-Trikotaj Birliyinin natamam arxiv sənədlərinin 1998-ci ilə dair şəxsi vərəqəsində, Bakı İstehsalat-Trikotaj Birliyinin natamam arxiv sənədlərinin 1999-cu ilə dair şəxsi vərəqəsində, Bakı İstehsalat-Trikotaj Birliyinin natamam arxiv sənədlərinin 2000-ci ilə dair şəxsi vərəqəsində, Bakı İstehsalat- Trikotaj Birliyinin natamam arxiv sənədlərinin 2001-ci ilə dair vərəqəsində, Bakı İstehsalat- Trikotaj Birliyinin natamam arxiv sənədlərinin 2002-ci ilə dair vərəqəsində, Bakı İstehsalat- Trikotaj Birliyinin natamam arxiv sənədlərinin 2004-cü il may ayına dair şəxsi vərəqəsində əmək haqqı cədvəlinə rast gəlinməmişdir. Cavabdeh tərəfindən yuxarıda göstərilən səbəblərə görə ona “İnzibati icraat haqqında” AR Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati akt qəbul edilmişdir. Həmçinin cavabdeh “İnzibati icraat haqqında” AR Qanununun 63.1-ci maddəsinə əsaslanaraq öz təşəbbüsü ilə inzibati aktda olan yazı və hesab səhvlərini düzəldərək: xx.xx.2021-ci il tarixli qərarına əsasən ona pensiya təyinatı zamanı xx.xx.2006-cı il tarixinədək sığorta stajının səhv müəyyən edilməsi ilə əlaqədar 3899,83 manat məbləğində artıq ödəmə müəyyən olunduğu halda, texniki səhv nəticəsində ona ünvanlanmış rəsmi məktubda 2832,66 manat göstərildiyindən, yenidən hesablanma nəticəsində 516,32 manat artıq ödəmə qalığı müəyyən edilmiş və xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək hər ay 73,76 manat olmaqla aylıq əmək pensiyasından tutularaq Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunması qərara alınmışdır. Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli № BA-06312-2021 nömrəli məktubuna əsasən xx.xx.1992-xx.xx.1997-ci illlər üzrə əmək fəaliyyəti təsdiqləndiyindən Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli qərarı ilə pensiyasını 29 il 5 ay 16 gün sığorta stajına əsasən yenidən hesablanmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.1969-cu il tarixli əmək kitabçasının surətinə, Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli № BS-03758-2021 nömrəli məktubuna və ona əlavə olunmuş arayışlara əsasən xx.xx.2006-cı il tarixədək 29 il 5 ay 16 gün sığorta stajı nəzərə alınmaqla Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli **********3 nömrəli qərarına əsasən pensiyası yenidən hesablanaraq 353,92 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiyasının məbləği xx.xx.2022-ci il tarixdən 365,95 manat müəyyən olunub. xx.xx.1969-cu il tarixdə tərtib olunmuş iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1974-cü il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli № BA-06312-2021 nömrəli məktubuna əsasən iddiaçının xx.xx.1974-cü il tarixdə N.Nərimanov adına Bakı İstehsalat-Trikotaj Birliyinə işə qəbul olunması və xx.xx.1997-ci il tarixədək əmək haqqı hesablanması məlum olmuşdur. Həmçinin qeyd olunan məktuba əsasən Bakı İstehsalat-Trikotaj Birliyinin natamam arxiv sənədlərinin 2004-cü il may ayına dair şəxsi vərəqələrində 1998-2002 və 2004-cü illərə dair əmək haqqı cədvəllərində iddiaçının adına rast gəlinmədiyindən həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçıya ilkin pensiya təyinatı zamanı xx.xx.2006-cı il tarixədək sığorta stajı səhv müəyyən edilməsilə əlaqədar 3899,83 manat məbləğində artıq ödəmə müəyyən olunduğu halda, texnki səhv nəticəsində iddiaçıya ünvanlanmış rəsmi məktubda 2832,66 manat göstərilmişdir. Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli № BA-06312-2021 nömrəli məktubu ilə xx.xx.1992xx.xx.1997-ci illər üzrə iddiaçının əmək fəaliyyəti təsdiqləndiyindən Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının pensiyası 29 il 5 ay 16 gün sığorta stajına əsasən yenidən hesablanmışdır. Yenidən hesablama nəticəsində 516,32 manat artıq ödəmə qalığı müəyyən edilmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 73,76 manat olmaqla aylıq əmək pensiyasından tutularaq Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunmaqdadır. Mərkəzi Filialın **********3 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə İddiaçı rəsmi məlumat verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********3 nömrəli Qərarı ilə 516,32 manat artıq ödəmə qalığı müəyyən edilmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hər ay 73,76 manat tutulma aparılır. İddiaçı xx.xx.2022-ci il tarixdə, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********4 nömrəli, xx.xx.2022-ci il tarixli, **********6 nömrəli və xx.xx.2022-ci il tarixli **********5 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş, etirazın dəlillərinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” xx.xx.2021-ci il tarixli, **********4 nömrəli qərarından görünür ki, İddiaçı təyin olunmuş əmək pensiyasının məbləğinin dəyişdirilməsi, xx.xx.2012-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 2.832,66 manat məbləğ bölünərək onun aylıq əmək pensiyasından tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi qərara alınmışdır; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2021-ci il tarixli **********4 nömrəli qərarından görünür ki, İddiaçı yenidən hesablanmış pensiya məbləği 318,04 manat olmuşdur (əvvəlki pensiya məbləği 354,75 manat); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********6 nömrəli qərarından görünür ki, İddiaçı yenidən hesablanmış pensiya məbləği 353,92 manat olmuşdur (əvvəlki pensiya məbləği 318,04 manat); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********5 nömrəli qərarından görünür ki, İddiaçı yenidən hesablanmış pensiya məbləği 365,95 manat olmuşdur. Tutulmaya yenidən baxılaraq 516,32 manat artıq ödəmə qalması müəyyən edilmiş və xx.xx.2022-xx.xx.2022 intervalında hər ay 73,76 manat olmaqla tutulması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 5 avqust 2022-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan N.Nərimanov adına Bakı İstehsalat-Trikotaj Birliyinin natamam arxiv sənədlərinin şəxsi vərəqələrində vət. İddiaçı xx.xx.1974-cu il tarixli 79 saylı əmrlə xx.xx.1974-cü il tarixdən 13 saylı sexə 4-cü dərəcəli usta köməkçisi vəzifəsinə işə qəbul olması, xx.xx.2003-cü il tarixli 68 saylı əmrlə xx.xx.2003-cü il tarixdən öz xahişi ilə işdən azad edilməsi, 2003-cü ilin sentyabr ayına dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Mövcud dövrlər üçün tərtib olunmuş arxiv arayışı əmək haqqı cədvəli təqdim olunmuşdur. N.Nərimanov adına Bakı İstehsalat-Trikotaj Birliyinin natamam arxiv sənədlərinin 1998,1999, 2000, 2001, 2002, 2004-cü illərə dair əmək haqqı cədvəllərində vət.İddiaçı barəsəində heç bir məlumat yoxdur. N.Nərimanov adına Bakı İstehsalat-Trikotaj Birliyinin əmr kitabları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Vət.İddiaçı 1974-2003-cü illərdə Trikotaj ATSC-də işləməsi barədə tərtib edilmiş şəxsi vərəqinin təsdiq edilmiş ksero surəti 2 (iki) vərəqdən ibarət məhkəməyə təqdim edilmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Qaydalar”ın 3.6-cı bəndinə əsasən, Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İş materiallarından göründüyü kimi, iddiaçıya xx.xx.2012-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********4 nömrəli qərarı ilə, iddiaçıya təyin olunmuş əmək pensiyasının məbləğinin 20 il sığorta stajına əsasən dəyişdirilərək, 354,75 manatdan 318,04 manata endirilməsi və xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3899,83 manat (iddiaçıya ünvanlanmış rəsmi məktubda 2832,66 manat göstərilmişdir) məbləğin iddiaçının aylıq pensiyasından tutulması qərara alınmışdır. Daha sonra cavabdehin xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərarı ilə iddiaçının pensiyası 29 il 5 ay 16 gün sığorta stajına əsasən yenidən hesablanmış, əmək pensiyasının məbləği 353,92 manat müəyyən edilmiş, xx.xx.2021-ci il tarixli qərarda olan artıq ödəmə ilə hazırkı əskik ödəmə əvəzləşdirilmiş və tutulmaya yenidən baxılması qərara alınmışdır. Daha sonra xx.xx.2022-ci il tarixli **********5 nömrəli qərarı ilə tutulmaya yenidən baxılaraq, ümumi 516,32 manat artıq ödəmənin qalması müəyyən edilmiş, xx.xx.2022-xx.xx.2022 intervalında hər ay 73,76 manat olmaqla tutulması qərara alınmışdır. İddiaçı hazırda cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********4 nömrəli, xx.xx.2022-ci il tarixli, **********6 nömrəli və xx.xx.2022-ci il tarixli **********5 nömrəli qərarları mübahisələndirir. Məhkəmə ilk növbədə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisə predmeti qərarların mahiyyətindən aydın olur ki, həmin qərarlar iddiaçının sığorta stajının yenidən hesablanması ilə, pensiyasının məbləğinin dəyişdirilməsi və artıq ödəmənin pensiya məbləğindən tutulması ilə əlaqədardır. Məhkəmə qeyd edir ki, iddiaçının sığorta stajının yenidən hesablanması, yəni əvvəl xx.xx.2021-ci il tarixli qərarla 20 il, daha sonra isə xx.xx.2022-ci il tarixli qərarla 29 il 5 ay 16 gün müəyyən edilməsi onun “N.Nərimanov adına Bakı İstehsalat-Trikotaj Birliyi”ndə işlədiyi dövrlə əlaqədar olmuş, cavabdeh inzibati orqan tərəfindən araşdırma zamanı xx.xx.1997-ci il tarixədək əmək haqqı hesablanması müəyyən edilməklə sığorta stajına daxil edilsə də, 1998-2002 və 2004-cü illərə dair əmək haqqı cədvəllərində iddiaçının adının olmamasına istinadən həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Məhkəmə həmin dəlillərlə bağlı qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, hazırda qüvvədə olan Qaydalarda 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 5 avqust 2022-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan N.Nərimanov adına Bakı İstehsalat-Trikotaj Birliyinin natamam arxiv sənədlərinin şəxsi vərəqələrində vət. İddiaçı xx.xx.1974-cu il tarixli 79 saylı əmrlə xx.xx.1974-cü il tarixdən 13 saylı sexə 4-cü dərəcəli usta köməkçisi vəzifəsinə işə qəbul olması, xx.xx.2003-cü il tarixli 68 saylı əmrlə xx.xx.2003-cü il tarixdən öz xahişi ilə işdən azad edilməsi, 2003-cü ilin sentyabr ayına dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Belə olan halda, 1998-2002 və 2004-cü illərə dair əmək haqqı cədvəllərində iddiaçının adının olmaması, arxiv sənədlərinin natamam olması da nəzərə alındıqda iddianın əsaslılığına təsir etmir və özlüyündə əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına almağa əsas vermir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. Digər tərəfdən, iddiaçının həmin işlədiyi dövrün 2006-cı il yanvarın 1-dək iş stajı kimi nəzərə alınmalı olması ilə bağlı məhkəmə bir daha qeyd edir ki, hazırda qüvvədə olan və yuxarıda istinad olunan “Qaydalar”da da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Bundan əlavə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisələrin) 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu. Göründüyü kimi, mübahisələndirilən qərarlar iddiaçının işlədiyi 1998-2002 və 2004-cü illərin sığorta stajına daxil edilməməklə, pensiyasının məbləğinin dəyişdirilməsi hissəsində qanunsuz olmuşdur. Məhkəmə mübahisələndirilən qərarların pensiya məbləğinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin işin yuxarıda sadalanan hallarından görünür ki, cavabdeh artıq ödənilmiş məbləğin iddiaçıya ödənilən pensiyadan tutulması barədə qərar qəbul etsə də, bu zaman iddiaçının razılığını almamışdır. İşdən iddiaçının belə bir razılığının olması da müəyyən olunmur ki, iddiaçı hazırkı iddianı qaldırmışdır. Belə olan halda aydın olur ki, cavabdehin qanunvericiliklə məhkəmənin səlahiyyətinə aid edilmiş məsələ ilə bağlı qəbul etdiyi qərar qanunsuz olmuşdur. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə qeyd edir ki, doğrudur, “İnzibati icraat haqqında” Qanunun 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Lakin bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, belə başqa qayda “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində müəyyən edilmişdir. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. O da qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, “ "İnzibatı icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. "İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edən məhkəmə hesab edir ki, nə qədər ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində əmək pensiyaçısının razılığı olmadıqda artıq ödənilmiş pensiya məbləğinin ona ödənilən əmək pensiyasında tutulması məhkəmənin səlahiyyətinə aid edilmiş, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuşdur, onda cavabdehin məhkəmənin səlahiyyətinə aid məsələ ilə bağlı qəbul etdiyi qərarlar qanunsuzdur və ləğv olunmalıdır. İPM-in 70.3-cü maddəsinə əsaən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. İPM-in 71.1-ci maddəsinə əsasən inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçı barəsində əlverişsiz nəticə yaradan qərarları yuxarıda qeyd olunanlara əsasən qanunsuz hesab edilməklə ləğv olunduğundan onun nəticələri də aradan qaldırılmalı və tutulmuş məbləğlər geri qaytarılmalıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********4 nömrəli, xx.xx.2022-ci il tarixli, **********6 nömrəli və xx.xx.2022-ci il tarixli **********5 nömrəli qərarları ləğv edilməli və həmin qərarlara əsasən tutulmuş məbləğlər İddiaçı geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********4 nömrəli, xx.xx.2022-ci il tarixli, **********6 nömrəli və xx.xx.2022-ci il tarixli **********5 nömrəli qərarları ləğv edilsin və həmin qərarlara əsasən tutulmuş məbləğlər İddiaçı geri qaytarılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar