Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8253/2023 12.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı direktoru X3, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “qərarların ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı Dövlət Vergi Xİdmətinin Lokal Gəlirlər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********929800 nömrəli qərarı (habelə Azərbaycan Respublikası yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 25 fevral 2023-cü il tarixli **********194300 saylı Qərarı) ləğv edilməsi xahiş edilmişdir.
2. İddia tələbi xx.xx.2023-cü il tarixli qərardad ilə iş üzrə cavabdeh Dövlət Vergi Xidməti əsl olan cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmiş, iddia tələbi “xx.xx.2022-ci il tarixli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********929800 nömrəli qərarın ləğvi” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, “Upexpress" Məhdud Məsuliyyətli Cəmiyyəti çap işlərinin yerinə yetirilməsi ilə əlaqədar xidmətlər, moda evi və atelye fəaliyyəti üzrə xidmətlər göstərir və bu fəaliyyəti Bakı şəhəri Əhməd Rəcəbli 23B küçəsində yerləşən ünvanda həyata keçirir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra "Baş İdarə") tərəfindən "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********929800 nömrəli Qərar qəbul edilmiş və bu Qərarla İddiaçıya münasibətdə 10 647,18 manat vergi məbləği hesablanmışdır. İddiaçı tərəfindən verilmiş inzibati şikayətə (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********944400 nömrəli) Cavabdeh tərəfindən baxılmış və 25 fevral 2023-cü il tarixli **********194300 saylı Qərarla inzibati şikayət təmin edilməmişdir. Aşağıdakılara əsasən iddiaçı hesab edir ki, Baş İdarə tərəfindən qəbul edilmiş Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar və Dövlət Vergi Xidmətinin 25 fevral 2023-cü il tarixli **********194300 saylı inzibati şikayətin təmin edilməməsi haqqında qərarı qanunsuz və əsassızdır və buna görə ləğv edilməlidir. Vergi orqanları müvafiq qərarların qəbulu zamanı onu əsas götürmüşlər ki, iddiaçının 2020-ci ilin dekabr ayı üçün ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBAV seriyalı 150699 və 417385 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli əməliyyatlar olmuş və buna görə əvəzləşdirilməyə əsas verməmişdir. Həmin əməliyyatların riskli olmasının əsası kimi isə İddiaçının bu əməliyyatları həyata keçirdiyi kontragenti "xxxx" MMC-nin (VÖEN: **********) riskli vergi ödəyicisi olması göstərilmişdir. Belə ki, vergi orqanının xx.xx.2021-ci il tarixli **********038900 nömrəli qərarına əsasən "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Qeyd edilmişdir ki, vergi orqanlarının qərarları aktların (qərarlar) zamana görə qüvvəsini müəyyən edən müddəalara birbaşa ziddir. Məlum olduğu kimi, normativ hüquqi aktların dərc edilməsi tələbi Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİİ hissəsinə əsasən müəyyən edilir. Həmin maddəyə əsasən “Normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz...” Bu prinsip əsasında qəbul edilən normativ hüquqi aktlardan biri olan “İnzibati İcraat” haqqında Azərbaycan Respublikası Qanununun 64-cü maddəsi də müəyyən edir ki, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Vergi orqanının qeyd edilən qərarları da məhz inzibati akt olduğundan, göstərilən Qanunun tələblərinə uyğun çıxarılmalıdır. İş üzrə materiallardan göründüyü kimi, "xxxx" MMC vergi orqanının **********038900 nömrəli qərarına əsasən 11 yanvar 2021-ci il tarixdən riskli vergi ödəyicisi hesab olunmuşdur. İddiaçının həmin vergi ödəyicisi ilə qarşılıqlı münasibətləri isə həmin tarixdən əvvəl yaranmış və yuxarıda istinad edilən elektron qaimə-fakturalar əsasında xidmətlərin alışı 2020-ci ilin dekabr ayında baş tutmuşdur. Belə ki. İddiaçı ilə "xxxx" MMC arasında müqavilə (“Müqavilə”) 08 oktyabr 2020-ci il tarixdə bağlanmış və 2020-ci ilin dekabr ayında yuxarıda istinad edilən elektron qaimə fakturalar əsasında xidmətlər göstərilmişdir. Belə olan halda, sonrakı tarixdə müəyyən edilən inzibati akt əsas gətirilərək İddiaçının əməliyyatı riskli əməliyyat kateqoriyasına daxil edilmişdir. Eyni zamanda bu cür əsaslandırma Vergi Məcəlləsinin də tələblərini pozmuş olur. Belə ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. "xxxx" MMC 2021-ci ilin yanvar ayında riskli vergi ödəyicisi hesab olunduğu halda, həmin tarixdən əməliyyatlara görə İddiaçının üzərinə məsuliyyət qoyulması zamana görə aktların qüvvəsi prinsipinə zidd olmaqla, qeyd edilən qanunvericilik aktlarının tələblərini kobud surətdə pozmuş olur. Bununla bağlı iddiaçının izahat verməsinə baxmayaraq Cavabdehin inzibati şikayətin təmin edilməməsi barədə qərarında bu fakta dair heç bir münasibət bildirilməmişdir. Bununla, Cavabdeh “İnzibati İcraat haqqında” Qanunun 24-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddəyə əsasən “İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz...” İddiaçı bildirmişdir ki, bütün bu tələblərə riayət edilməmişdir. Digər tərəfdən, Cavabdehin qərarında göstərilir ki, vergi orqanı aparılan araşdırma zamanı "xxxx" MMC-nin xx.xx.2020-ci - xx.xx.2020-ci il tarixləri aralığında 498 735,01 manat dəyərində "divan, kreslo, daş, taxta stul, kitel dəsti, polo, xadimə, gödəkçə, mühafizə şalvarı və s." mallar və xidmətlər təqdim etdiyini, lakin qeyd olunan malların həmin vergi ödəyicisinin alışı və idxalında müəyyən edilmədiyini bildirmiş və məhz bu səbəbdən bu vergi ödəyicisinin apardığı əməliyyatlar riskli hesab olunmuşdur. İddiaçı hesab etmişdir ki, vergi orqanı işin düzgün həlli üçün faktiki halları tam və hərtərəfli araşdırmamışdır. Belə ki, yuxarıda qeyd edilən Müqavilənin xx.xx.2020-ci il tarixli Razılaşma protokoluna əsasən ƏDV daxil olmaqla. Müqavilə dəyərinin 62561.24 manat məbləğində hissəsi "xxxx" MMC tərəfindən malların təqdim edilməsi ilə bağlı deyil, məhz xidmətlərin göstərilməsi (önlüklərin individual ölçülərə uyğunlaşdırılması) ilə bağlıdır. Müxtəlif növ paltar dəstləri İddiaçıya məxsus olmuş və individual ölçülərə uyğunlaşdırılması xidmətlərinin göstərilməsi üçün "xxxx" MMC-yə təqdim edilmişdir. Müqavilə qüvvədə olan zaman sonuncu ünvan 2 ünvanda yerləşən anbarda fəaliyyət göstərirdi və bu xidmətləri həmin ünvanda İddiaçıya göstərmişdir. Müqavilə üzrə malları isə İddiaçı digər hüquqi şəxslərdən alqı-satqı müqavilələrinə əsasən almışdır. Belə ki, İddiaçı bu malları "xxxx" MMC ilə 24 iyul 2020-ci il tarixdə bağlanmış alqı- satqı müqaviləsi, "xxxx" MMC ilə 2020-ci ilin may ayında bağlanmış alqısatqı müqaviləsi və "xxxx" MMC ilə 10 noyabr 2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən almışdır. İddiaçı hesab edir ki, İddiaçıya münasibətdə "xxxx" MMC- nin həyata keçirdiyi əməliyyatın riskli əməliyyat hesab olunması üçün əsas mövcud olmamışdır. Yəni, bu mallar İddiaçı tərəfindən xidmətlərin göstərilməsi üçün "xxxx" MMC-yə təqdim edildiyindən, bu malların sonuncu ilə bağlı vergi orqanlarının uçot-baza məlumatlarında aşkar edilməməsi və buna görə əmtəəsiz əməliyyat kimi qiymətləndirilməsinə dair gəlinən nəticə özü-özlüyündə əhəmiyyətsiz olur və yuxarıda göstərilənlərə əsasən Baş İdarənin ’‘Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022ci il tarixli **********929800 nömrəli Qərarı (habelə Dövlət Vergi Xidmətinin 25 fevral 2023cü il tarixli **********194300 saylı Qərarı) ləğv edilməlidir. Dövlət Vergi Xidmətinin inzibati şikayətin təmin edilməməsi barədə 25 fevral 2023-cü il tarixli **********194300 saylı Qərarı iddiaçı tərəfindən 25 fevral 2023-cü il tarixdə alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd olunanlara əsasən İddiaçı tərəfindən vergi orqanlarının qərar(lar)ın ləğv edilməsi barədə iddia ərizəsi məhkəməyə vaxtında təqdim edilir.
4. Cavabdeh məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, iddiaçı həmin Qərardan yuxarı vergi orqanına inzibati şikayət vermiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli **********194300 nömrəli Qərarı ilə xx.xx.2022-ci il tarixli **********929800 nömrəli Qərar dəyişdirilmədən saxlanılmışdır. Bildirilmişdir ki, “İnzibati şikayətin təmin edilməməsi haqqında” Qərar xx.xx.2023-cü il tarixli **********725200 nömrəli məktubla iddiaçının elektron qutusuna göndərilmiş və onun tərəfindən xx.xx.2023-cü il tarixdə oxunmaqla qəbul edilmişdir. İddiaçı tərəfindən qeyd olunan qərarın mübahisələndirilməsinə dair iddia ərizəsi xx.xx.2023-cü il tarixdə verilməklə, qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Vergi Məcəlləsinin 70.1-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə - şəxsən verildiyi gün; 1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. İnzibati Prosessual Məcəllənin 35-ci maddəsinin tələblərinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın hansı hallarda mümkün sayılması, məhkəmələr tərəfindən mümkünlük məsələsinə baxlarkən diqqət yetirilməsi xüsusatlar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli qərarında aydın şəkildə göstərilmişdir. Qeyd olunan qərarda 2.3-cü bəndində məhkəmələrin mümkünlüklə bağlı yoxlamalı olduğu hallar sadalanarkən göstərilir ki, həmçinin məhkəmələr İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında qeyd olunur ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (inzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarından göründüyü kimi işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməlidirlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçı şikayət instansiyasının qərarını xx.xx.2023-cü il tarixdə əldə etməsinə baxmayaraq, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Aşkar şəkildə görünür ki, iddianın verilməsi üzrə prosessual müddət ötürülmüşdür. Həmçinin, bildirilmişdir ki, iddiaçı iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısında həmin qərarın ona çatdırılmasını təsdiq edən sənədin olduğunu qeyd etsə də, iş materiallarında həmin sənəd mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq, "UPEXPRESS” MMC-nin iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçı "UPEXPRESS” MMC-nin iddia ərizəsində göstərilənlər ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Vergi Məcəlləsinin: 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Uçot-baza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2019-cu il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2020-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alındığı, ərizəsinə əsasən əsas fəaliyyət növünün "kütləvi informasiya vasitələrinin reklam xidməti göstərilməsi üzrə fəaliyyəti”ndan ibarət olduğu və ünvan 3 ünvanında yerləşən “Ofis” adlı aktiv təsərrüfat subyektinin (obyektinin) vergi orqanında xx.xx.2019-cu il tarixdən qeydiyyatda olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı Cəmiyyət tərəfindən 2020-ci ilin dekabr ayı üçün təqdim edilmiş ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş EBAV seriyalı 150699 və 417385 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermədiyi müəyyən edilmişdir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə 10647,18 manat ƏDV məbləğinin əvəzləşdirildiyini nəzərə alaraq, cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0,0 manat olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********425000 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış izahat təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci ilin oktyabr ayı üçün 10647,18 manat vergi məbləği hesablanmış və "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının r hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********929800 nömrəli Qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: 1.1-ci bəndinə əsasən bu Meyarlar Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir; 2.1.1-ci bəndinə əsasən bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 3.1-ci bəndinə əsasən vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur; 3.1.2-ci bəndinə əsasən vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə) əməliyyatlar riskli əməliyyat hesab olunur. Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi üstünlüyü-vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma, 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi-vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat, 13.2.71-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi- vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri, 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Cavabdeh qeyd edir ki, iddiaçı həmin Qərardan yuxarı vergi orqanına inzibati şikayət vermiş, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2023-cü il tarixli **********194300 nömrəli Qərarı ilə xx.xx.2022-ci il tarixli **********929800 nömrəli Qərar dəyişdirilmədən saxlanılmışdır. Araşdırma zamanı Cəmiyyət tərəfindən "xxxx" MMC-dən (VÖEN:**********) 59151,00 manat (ƏDV-si 10 647,18 manat) məbləğində mal, iş və xidmətlərin (kitel dəsti, polo, xadimə, gödəkçə, mühafizə şalvarı və s.) əldə edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli EBAV seriyalı 150699 nömrəli, xx.xx.2020-ci il tarixli EBAV seriyalı 417385 nömrəli elektron qaimə-fakturaların əldə edildiyi və qarşılıqlı əməliyyatlar zamanı almmış malların iş və xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşdirilən məbləğ kimi nəzərə alınmamışdır. Araşdırma zamanı "xxxx" MMC tərəfindən xx.xx.2020-ci - xx.xx.2020-ci il tarixləri aralığında 498 735,01 manat dəyərində "divan, kreslo, daş, taxta stul, kitel dəsti, polo, xadimə, gödəkçə, mühafizə şalvarı və s." mallar və xidmətlər təqdim edildiyi müəyyən edilmişdir. Qeyd olunan mallar vergi ödəyicisinin alışı və idxalında müəyyən edilmədiyi üçün aparılmış əməliyyat riskli hesab edilmişdir. Həmçinin, araşdırma zamanı "xxxx" MMC-nin rəhbəri X1 eyni zamanda "xxxx" MMC (VÖEN: **********) və "xxxx" MMC-nin (VÖEN: **********) rəhbəri olduğu və həmin müəssisələr tərəfindən alınmış malların (və ya xidmətlərin) həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı, əmtəəsiz əməliyyat apardıqları və riskli vergi ödəyiciləri olduqları müəyyən edilmişdir. Beləliklə, uçot baza məlumatlarına və bəyannamə göstəricilərinə əsasən, Cəmiyyət tərəfindən "xxxx" MMC-dən (VÖEN: **********) 59151,00 manat (ƏDV-si 647,18 manat) məbləğində xidmətlərin (kitel dəsti, polo, xadimə, gödəkçə, mühafizə şalvarı və s.) əldə edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli EBAV seriyalı 150699 nömrəli, xx.xx.2020-ci il tarixli EBAV seriyalı 417385 nömrəli elektron qaimə-fakturaların əldə edildiyinin və qarşılıqlı əməliyyatlar zamanı alınmış malların iş və xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığının aşkar edildiyini, bu halın da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəzləşdirilən məbləğ kimi nəzərə alınmadığını, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən fəaliyyət istiqamətinə uyğun təqdim edilmiş iş, xidmətin mövcudluğunu təsdiq edən müvafiq təsdiqedici sənədlərin inzibati araşdırma zamanı müəyyən edilmədiyini, Vergi Məcələsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlərin bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermədiyini, habelə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müxtəlif adda iş, xidmətlə bağlı (divan, kreslo, daş, taxta stul, kitel dəsti, polo, xadimə, gödəkçə, mühafizə şalvarı və s.) elektron qaimə-fakturalar təqdim edilməsinə baxmayaraq, həmin iş və xidmətlərin yerinə yetirilməsi ilə bağlı alışı və idxalında müəyyən edilmədiyi üçün vergi orqanı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına uyğun qəbul olunmuş qərarın qüvvədə olduğunu nəzərə alaraq, Cəmiyyətin inzibati şikayəti təmin edilməmiş və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********929800 nömrəli Qərar dəyişdirilmədən saxlanılmışdır. Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. 37.3-cü maddəsinə əsasən vergi orqanı kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar etdikdə vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.3-cü maddəsində isə göstərilir ki, vergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfidən həyata keçirilir. 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirilmişdir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********929800 nömrəli qərarla hesablanmış vergi məbləği Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Əlavə olaraq bildirilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1- ci maddələrinin şərh edilməsinə dair” 13 sentyabr 2011-ci il tarixli Qərarı). İddiaçı "xxxx" MMC-nin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********929800 nömrəli qərarın ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20 dekabr 2022-ci il tarixli **********929800 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2022-ci ilin oktyabr ayı üçün təqdim edilmiş əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği üzrə 10.647,18 manat ümumilikdə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı üzrə 11.022,30 manat vergi borcu olduğu qeyd edilmişdir. Bildirmişdir ki, iddiaçı tərəfindən xx.xx.2020-xx.xx.2022-ci illər üzrə təqdim edilmiş ƏDV bəyənnamələrində bir sıra vergi ödəyicilərindən əldə edilərək əvəzləşdirilmiş elektron qaimə-fakturaların vergi orqanının uçot baza məlumatlara əsasən riskli (və ya əmtəəsiz) olması müəyyən edilmişdir ki, bu da vergidən yayınma halı kimi qiymətləndirilmişdir.
7. Dövlət Vergi Xidmətinin qeyd edilən qərarından iddiaçı tərəfindən verilmiş inzibati şikayət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti tərəfindən inzibati şikayətin təmin edilməməsi haqqında **********194300 nömrəli qərara əsasən xx.xx.2022ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır.
8. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
9. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
10. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. Mübahisələndirilən aktlar iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
12. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarlar üzrə iddiaçı yuxarı inzibati orqana müraciətlər etmiş, yuxarı inzibati orqanın apellyasiya şurasının yekun xx.xx.2022-ci il tarixli qərarı ilə inzibati şikayət təmin edilməmişdir. Həmin qərarın iddiaçıya xx.xx.2023-cü il tarixdə əldə etmişdir.
13. İddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixində məhkəməyə (dəftərxana vasitəsilə) müraciət etdiyi məhkəmə tərəfindən müəyyənləşdirilmişdir. Odur ki, cavabdehin qeyd etdiyi kimi müddət ötürülməmişdir.
14. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
15. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
16. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20 dekabr 2022-ci il tarixli **********929800 nömrəli qərara əsasən kameral yoxlama nəticəsində 2022-ci ilin oktyabr ayı üçün təqdim edilmiş əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği üzrə 10.647,18 manat ümumilikdə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı üzrə 11.022,30 manat vergi borcu olduğu qeyd edilmişdir.
17. Mübahisənin yaranmasının səbəbi "xxxx" MMC ilə aparılmış qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin dəyərinin nəzərə alınmamasıdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
18. Həmin əməliyyatlar Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək nəzərə alınmamışdır.
19. Vergi Məcəlləsindən: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
21. Dövlət Vergi Xidmətinin qeyd edilən qərarından iddiaçı tərəfindən verilmiş inzibati şikayət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti tərəfindən inzibati şikayətin təmin edilməməsi haqqında **********194300 nömrəli qərardan aydın olur ki, "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021-ci il tarixli **********038900 nömrəli qərar qəbul edilmişdir. İddiaçının isə ondan əvvəl "xxxx" MMCdən (VÖEN: **********) xx.xx.2020-ci il tarixli EBAV seriyalı 150699 dəyəri 62561,24 manat (ƏDV-si 9543,24 manat) elektron qaimə ilə malların, işlərin və xidmətlərin təqdim edilməsi müəyyən edilmişdir. Qeyd olunan qaimə-fakturanın yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adı hissəsində önlüklərin individual ölçülərə uyğunlaşdırılması xidməti göstərilmişdir. Həmçinin "xxxx" MMC-dən (VÖEN: **********) xx.xx.2020-ci il tarixli EBAV seriyalı 417385 dəyəri 7236,94 manat (ƏDV-si 1103,94 manat) elektron qaimə ilə malların, işlərin və xidmətlərin təqdim edilməsi müəyyən edilmişdir. Qeyd olunan qaimə-fakturanın yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin adı hissəsində yarımkombinezon, kitel dəsti, polo, xadimə, şalvar mühafizə, jiletka, gödəkçə, qaynaqçı kostyumu, hoodie malları alınmışdır (xidmət göstərilmişdir).
22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı həmin önlük adlı malı "xxxx" QSC-dən, "xxxx" MMC-dən, "xxxx" MMC-dən müntəzəm olaraq tədarük edir. İddiaçı həmin halın təsdiqi olaraq çoxsaylı elektron qaimələr təqdim etmişdir. Həmin elektron-qaimələr iş materiallarına əlavə edilmişdir. Odur ki, iddiaçı həmin xidməti digər şəxslərlə yanaşı, həm də "xxxx" MMC-dən satın almışdır.
23. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyicisi ilə aparılmış qarşılıqlı əməliyyatı (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Halbuki konkret halda əmtəə dövriyyəsi yox, xidmət dövriyyəsi aparılmışdır. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyicisi ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən "xxxx" MMC-dən (VÖEN: **********) riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicisinin ("xxxx" MMC) digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmaları iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl İddiaçı ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının üzərinə həddən artıq yük qoymuş və iddiaçıya münasibətdə mütənasib olmamışdır.
24. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
25. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
26. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.
27. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.
28. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
29. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
30. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********929800 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva