Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8253/2025 29.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdeh Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1, cavabdeh Dövlət Vergi Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “qərarların ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Vergi Xidmətinin İnzibati Şikayətin baxılmamış saxlanılması haqqında 28 yanvar 2025-ci il tarixli **********1928000 və **********919000 nömrəli Qərarların əsassız hesab edilərək ləğv edilməsi, Dövlət Vergi Xidmətinin Baki Şəhəri Lokal Gəlirlər Baş idarəsinin xx.xx.2021-ci il tarixli ******* ********* və **********149807 nömrəli aktların, habelə həmin aktlar əsasında qəbul olunan Məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021 tarixli **********15 2232 və **********15 2230 nömrəli qərarların ləğv edilməsii barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə (Dövlət Vergi Xidmətinə) müraciət edilmiş və xx.xx.2025-ci il tarixli inzibati şikayəti ilə təsisçisi və direktoru olduğu "xxxx" MMC və "xxxx" MMC-də DVX-nin keçirdiyi səyyar vergi yoxlamalarının nəticələri üzrə tərtib edilən xx.xx.2021-ci il tarixli ******* ********* və **********149807 nömrəli aktların, habelə həmin aktlar əsasında qəbul olunan Məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********15 2232 və **********15 2230 nömrəli qərarların ləğv edilməsi xahiş edilmişdir (aktların və qərarların surətləri ərizəyə əlavə edilir). Məsuliyyətə cəlb edilməsi haqqında Qərarların və səyyar vergi yoxlaması aktlarının ləğv edilməsi və "xxxx" MMC və "xxxx" MMC-nin fəaliyyətinin DVX-i tərəfindən yenidən yoxlanması üçün əsaslar aşağıdakılardır: Səyyar vergi yoxlaması hər iki MMC-də qanunsuz keçirilmişdir. Belə ki, iş materiallarında "xxxx" MMC-də və "xxxx" MMC-də vergi yoxlaması təyin edilməsi ilə bağlı nə istintaq, nə də məhkəmə orqanlarının qərarı mövcuddur. Yoxlamalar Azərbaycan Respublikasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun tələbələrinin pozulması ilə müşayiət olunmuşdur. Həmin Qanunun 31, 32-ci maddələrinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır, bu Qanunun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz; DVX-nin səyyar vergi yoxlaması nəticələrinə dair aktlardan göründüyü kimi yoxlamalar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 9/3854 nömrəli Ekspert rəyinə əsasən aparılmışdır. Həmin rəy isə "xxxx" MMC-nin digər təsisçiləri olan Elmar Əliyev və Mirzəzadə Elgizin sifarişi ilə "xxxx" MMC-nin həyata keçirdiyi audit yoxlamaları üzrə tərtib edilmiş ziddiyyətli və saxtalaşdırılmış xx.xx.2021-ci il və xx.xx.2021ci il tarixli iki rəyə əsaslanmışdır. Ekspert sadəcə olaraq "xxxx" MMC-nin son rəyini tərtib etdiyi rəyə köçürmüşdür. Belə olan halda, DVX-nin faktiki olaraq "xxxx" MMC-nin rəylərinə əsaslanaraq yoxlama aparmış və aktlar tərtib etmişdir. "xxxx" MMC-nin, bütün aktların və Qərarların əsasında duran, iki adı gedən audit rəylərinin qanunamüvafıqliyini qiymətləndirmək məqsədilə, tərəfindən Azərbaycan Respublikası Auditorlar Palatasına müraciət edilmişdir. Cavab məktubunda Auditorlar Palatası, "xxxx" MMC tərəfindən bir çox audit standartlarının tələblərinə əməl edilməməsini göstərərək, həmin rəylərin qeyriqənaətbəxş səviyyədə olduğunu bildirmişdir. Ən əsası isə odur ki, 500 saylı “Audit sübutları” və 505 saylı “Kənar mənbədən təsdiqləmələr” standartlarının tələblərinə əsasən audit sübutları və kənar mənbədən təsdiqləmlər aparılan monitorinq zamanı auditor tərəfindən Azərbaycan Respublikası Auditorlar Palatasının müfəttişinə təqdim edilmişdir. Bir sözlə Capital Audit MMC-də verdiyi rəylərdə olan göstəriciləri əsaslandıran və isbatlayan mühasibatlıq sənədləri mövcud deyil. Belə olan halda, DVX-i səyyar vergi yoxlaması aktlarını tərtib edərkən qərəzli şəkildə Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında” Qanunun Mötəbərlik prezumpsiyasını ehtiva edən 19-cu maddəsinin tələblərini kobud şəkildə pozmuş, həqiqiliyi şübhələr doğuran sənədlərə (yəni "xxxx" MMCnin audit rəylərinə) əsaslanmaqla qanunvericiliyə zidd hərəkətlərə yol vermişdir; DVX-i səyyar vergi yoxlamasının aparılma qaydalarını müəyyən edən tələbələri kobud şəkildə pozmuşdur. Belə ki, adı gedən MMC-lərin nəzdində üç pərakəndə satış mağazalarının və anbarın mövcud olmasına baxmayaraq, yoxlama keçirən orqanın əməkdaşı obyektlərə baxış keçirməmiş, inventarizasiya aparmamış, zəruri mühasibatlıq sənədlərin götürülməsini təmin etməmişdir. xx.xx.2021-ci il tarixdən həbsdə olduğunu nəzərə alaraq, DVX-i əməkdaşı, zəruri və tələb olunan hərəkətlərin, aktlarda səlahiyyətli şəxslər kimi göstərilmiş Elmar Əliyev və Mirzəzadə Elgiz vasitəsilə həyata keçirilməsi real olduğu halda məhkum olmayan səbəblər üzündən qeyd olunanları etməmişdir; DVX-i səyyar vergi yoxlaması aktlarında "xxxx" MMC və "xxxx" MMC-ə aidiyyatı olmayan fiziki şəxs kimi qeydiyyatdan keçmiş X2 VÖEN-i üzərindən reallaşan 1,643,000 (bir milyon altı yüz qırx üç min) manat məbləğində dövriyyəni qanunsuz olaraq göstərmişdir. Bu məbləğdə olan dövriyyə hələ də vergiyə cəlb edilməmiş, bir sözlə, qaranlıq sahədə qalmışdır. Nəzərinizə çatdır ki, adı gedən sahibkarlıq fəaliyyəti T. Qəhrəmanovun etibarnaməsi əsasında X4 tərəfindən həyata keçirilmişdir (etibarnamənin surəti əlavə edilir). DVX-i qanunsuz olaraq adı gedən dövriyyə üzrə məsuliyyətin iddiaçı tərəfindən daşındığını göstərməklə kobud hüquq pozuntusuna yol vermişdir; DVX-i səyyar vergi yoxlaması aktlarında guya istintaq orqanı tərəfindən təqdim olunmuş sənədləri də əsas tutduğunu göstərmişdir. Lakin dəfələrlə müraciət etməyinə baxmayaraq həmin mühasibatlıq sənədləri ona təqdim edilməmişdir. İş materiallarında isə rəylərdə və aktlarda əks olunan göstəriciləri sübut edən hər hansı mühasibatlıq sənədləri mövcud deyil; DVX-i səyyar vergi yoxlamaları apararkən ƏDV-nin hesablanılması məsələsində kobud pozuntulara yol vermişdir. Belə ki, daxili bazardan əldə edilən və pərakəndə satılan ƏDV-i ödənilmiş məhsullara ikinci dəfə ƏDV hesablanmış, bununla ƏDV-nin hesablanma metodikasını müəyyən edən qanunvericiliyin tələblərinə zidd hərəkətlərə yol vermişdir; DVX-i aktlarında həmin xidmətin əməkdaşı səlahiyyətlərini aşaraq, yoxlama predmetinə aidiyyatı olmayan hallara qanunsuz şəkildə hüquqi qiymət vermişdir; Göstərilən və digər əsasların mövcud olmasına baxmayaraq, DVX-i səyyar vergi yoxlaması aktlarının və sonuncuları əsasında qəbul edilmiş məsuliyyətə cəlb etmə haqqında Qərarların ləğv edilməsi, "xxxx" MMC və "xxxx" MMC-də vergi yoxlamasının təkrar və bütün dövrləri əhatə etməklə keçirilməsinə dair müraciətini baxılmamış saxlanılması haqqında Qərarlar çıxarmışdır. DVX-i Qərarları iki aşağıda göstərilən hallarla əsaslandırmışdır: Təqdim edilmiş ərizədə hüquqi şəxsin möhürü olmamışdır. Hesab edir ki, DVX-nin müvafiq orqanına təqdim etdiyi ərizəni və əlavə olunmuş sənədləri öyrənməmiş, məlum olan faktları görməzdən gələrək məsələyə səthi yanaşmışdır. Belə ki, DVX-nin səlahiyyətli strukturlarına məlum olduğu kimi, xx.xx.2021-ci il tarixdə həbs olunduqdan sonra "xxxx" MMC və "xxxx" MMC-nin hüquqi və mühasibatlıq sənədləri, möhürləri, habelə dəyəri 1,500,000 manatdan çox olan aktivləri Elmar Əliyev və Elgiz Mirzəzadə tərəfindən qanunsuz olaraq ələ keçirilmişdir. Sonuncular şirkətlərin aktivlərini mənimsəmiş vergi borclarının ödənilməsindən yayınmışlar ki, bu da ayrıca araşdırma predmetidir. Dəfələrlə adı gedən şəxslərə, habelə hüquq-mühafizə orqanlarına müraciət etməyinə baxmayaraq, MMC-lərin möhürlərinin və sənədlərinin qaytarılması məsələsi hələ də həllini tapmamışdır. Bir sözlə, E.Əliyev və E.Mirzəzadə möhür və sənədləri ona təqdim etməkdən imtina edir, hüquq-mühafizə orqanları zəruri tədbirləri həyata keçirmir (müraciətlərin surətləri əlavə edilir). Bu hal DVX-ə də aşkar fakt kimi məlumdur. Çünki bu məsələ ilə əlaqədar DVX-nin müvafiq orqanına da tərəfindən müraciət edilmişdir. Belə olan halda, hüquqi şəxslərin möhürlərindən istifadə etmək fiziki cəhətdən tərəfindən mümkünsüzdür. Hesab edir ki, iddia ərizəsində göstərilən faktlar və əsaslar, xüsusilə DVX-nin səyyar vergi yoxlaması aktlarının və məsuliyyətə cəlbetmə haqqında Qərarlarının əsasında duran "xxxx" MMC-nin audit rəylərinin qanunsuz olmasını isbatlayan Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş rəy, “İnzibati İcraat haqqında” Qanununun 35-ci maddəsinin tətbiqi üçün yetərincə hüquqi əsaslar yaratmış, DVX-nin inzibati şikayətin baxılmamış saxlanılması haqqında xx.xx.2025-ci il tarixli Qərarları qanunsuzdur və ləğv olunmalıdır.
3. Cavabdeh Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vəsatəti onunla əsaslandırılmışdır ki, cavavdeh BLGBİ-nin qərarları iddia ərizəsindən görüldüyü kimi, 2021-ci il tarixinədir. Və mübahisələndirilən qərarlar üzrə məhkəmə şikayət verilməsi üçün prosessual müddət ötürülmüşdür. Həmçinin Bakı şəhər Xətai rayon Prokurorluğunun 09 avqust 2021-ci il tarixli ********* nömrəli məktubunda (AVİS qeydiyyat:xx.xx.2021-ci il tarixli **********108400 nömrəli) Bakı şəhər Xətai rayon Prokurorluğunda İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin istintaqı zamanı İddiaçı əməlində Cinayət Məcəlləsinin 213-cü maddəsinin tərkib əlamətlərinin müəyyən edilməsi məqsədilə səyyar vergi yoxlamasının aparılması bildirilmişdir. Yoxlama Bakı şəhər Xətai rayon Prokurorluğunda İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin istintaqı zamanı əldə edilmiş sənədlərə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 9/3854 nömrəli Ekspert rəyinə əsasən aparılmışdır. İddiaçının rəhbəri olduğu və iddia ərizəsində göstərdiyi "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********)-lərdə keçirilmiş səyyar vergi yoxlamaları ilə vergi yayınması faktı aşkar olunmuş və müvafiq faktlar əsasında işin ibtidai istintaqı tamamlandıqdan sonra, baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-81/2023 nömrəli Hökmü şəxs İddiaçı təqsirli hesab olunmuşdur. Təqsirlərndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(103)-1964/2023 nömrəli Qərarı ilə təmin olunmamışdır. İttiham aktı iş məhkəməyə getməmişdən əvvəl iddiaçı tərəfindən imzalanmış və razılıq verilmişdir. Odur ki, mübahisələndirilən qərarlardan iddiaçının xəbərinin olmaması mümkünsüzdür və iddia ərizəsində həqiqət, işin halları inkar edilir. Yuxarıda qeyd olunanlara əsasən, cinayət işləri üzrə çıxarılmış hökm və qərarlarda vergidən yayınma halları öz təsdiqini tapmış və iddiaçı azadlıqdan məhrum edilmişdir. Odur ki, iddiaçının iddia ərizəsində qeyd edilənlərə cinayət işi üzrə məhkəmələrdə hüquqi qiymət verildiyi, qanuni qüvvəyə minmiş həmin qərarların preyudusial xarakterli olmasını nəzər alaraq iddia ərizəsinin mümkünsüz hesab olunmalıdır.
4. Dövlət Vergi Xidmətinin vəsatəti onunla əsaslandırılmışdır ki, Xətai rayon Prokurorluğu tərəfindən istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında qərarlarına əsasən İddiaçı rəhbəri olduğu "xxxx" MMC-nin (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Aparılan səyyar vergi yoxlamalarının nəticəsi olaraq “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152232 nömrəli və xx.xx.2021-ci il tarixli **********152230 nömrəli qərarlar qəbul edilmişdir. Məlum olmuşdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cəmiyyətin fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlaması ilə hesablanmış vergilərə münasibət bildirilərək, Cəmiyyətin rəhbəri İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə (Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxılaraq xx.xx.2023-cü il tarixli 1(101)-81/2023 nömrəli məhkəmə hökmü elan edilmiş və onun barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan sonra təqsirləndirilən şəxs tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin 15.11,2023-cü il tarixli 1(103)- 1694(2023) nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 və 213.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-81/2023 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin qərarı elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minmişdir. Yuxarıda qeyd olunanlara əsasən, cinayət işləri üzrə çıxarılmış hökm və qərarlarda vergidən yayınma halları öz təsdiqini tapmış və iddiaçı azadlıqdan məhrum edilmişdir. Odur ki, iddiaçının iddia ərizəsində qeyd edilənlərə cinayət işi üzrə məhkəmələrdə hüquqi qiymət verildiyi, qanuni qüvvəyə minmiş həmin qərarların preyudusial xarakterli olmasını nəzər alaraq iddia ərizəsinin mümkünsüz hesab olunmalıdır. Həmçinin, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Mövcud mübahisəyə məhkəmə müstəvisində artıq bir dəfə baxılaraq qərar qəbul edilmiş və bununla bağlı hüquqi qiymət verildiyindən, hazırkı işə yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz.
5. Məhkəmə iclasında iştirak edən cavabdeh Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi iddiaya yazılı vəsatətin məzmununa uyğun izahat verməklə iddianın mümkün sayılmamasını xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən cavabdeh Dövlət Vergi Xidmətinin nümayəndəsi iddiaya yazılı vəsatətin məzmununa uyğun izahat verməklə iddianın mümkün sayılmamasını xahiş etdi.
7. Məhkəmə ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır.
II. İddianın mümkünlüyü
8. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
9. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır... 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
11. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır.
12. Yəni, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məhkəməsinin Plenumu “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir: ...inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: · inzibati orqan tərəfindən qəbul edilməli; · ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; · ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; · hakimiyyət tədbiri olmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Qeyd olunmalıdır ki, qanunverici tərəfindən belə aktın xüsusiyyətlərinin müəyyən edilməsi ictimai maraqlar və dövlət maraqları ilə şərtləndirilir, publik hüquq münasibətləri müstəvisində yaranan müəyyən məsələnin və ya mübahisənin həllinə yönəlir. Bununla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu isə özündə inzibati orqanlar tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələlərin həllinə dair inzibati aktların qəbul edilməsini ehtiva edir. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda, inzibati akt müxtəlif hüquq subyektlərininhüquqi statusunu fərqli müəyyən edə bilər.Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Sənədin formasına görə inzibati akt, qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində publik idarəetmənin müvafiq subyektləri tərəfindən qəbul edilən qərar, sərəncam və ya digər növ aktdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Lakin maddənin dispozisiyası belə nəticəyə gəlməyə imkan verir ki, adından asılı olmayaraq hər hansı bir hakimiyyət orqanının sənədi həmin maddədə sadalanan əlamətləri özündə əks etdirdiyitəqdirdə inzibati akt hesab edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi adı nəticəyə gəlmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır. 14.İşin hallarından görünür ki, iddiaçı tərəfindən səyyar vergi yoxlaması ilə qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152232 nömrəli qərarın ləğv edilməsi barədə xx.xx.2025-ci il tarixli inzibati şikayətlə yuxarı vergi orqanı kimi hazırkı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2025-ci il tarixli **********1928000 nömrəli qərarı ilə inzibati şikayətin təmin edilməsindən imtina edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri İddiaçı Cəmiyyətin fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuş xx.xx.2025-ci il tarixli inzibati şikayəti baxılmamış saxlanılmışdır.
15. Məhkəmə iddia tələbinin birinci hissəsi - 28 yanvar 2025-ci il tarixli **********1928000 saylı qərarın ləğv edilməsinə münasibətdə hesab edir ki, hazırki iş üzrə “real və ciddi” mübahisə mövcud deyildir. Belə ki, “mübahisə” inzibati orqan tərəfindən qəbul edilən və faktiki olaraq iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə hər hansı müdaxilə (hüquqi nəticə) yaratmayan aktla bağlıdır.
16. Belə ki, “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarı inzibati məhkəmə icraatının predmeti ola bilməz. Belə ki, vergi ödəyicisi şikayət instansiyasının qərarını deyil, inzibati orqanın əlverişsiz inzibati aktını mübahisələndirilə bilər. Eləcə də, inzibati məhkəmə icraatında iddianın predmetini inzibati şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar da təşkil edə bilər.
17. Məhkəmə tərəfindən müəyyən olunur ki, Xətai rayon Prokurorluğu tərəfindən istintaq aparılan ********* nömrəli cinayət işi üzrə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında qərarlarına əsasən İddiaçı rəhbəri olduğu "xxxx" MMC-nin (VÖEN **********) və "xxxx" MMC-nin (VÖEN **********) fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Aparılan səyyar vergi yoxlamalarının nəticəsi olaraq “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152232 nömrəli və xx.xx.2021-ci il tarixli **********152230 nömrəli qərarlar qəbul edilmişdir. Daha sonra məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 75.1.2-ci maddəsi rəhbər tutullaraq inzibati şikayət baxılmamış saxlanılmışdır.
18. Məhkəmə bununla bağlı qeyd edir ki, “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarın qəbul edilməsi iddiaçının hüquqi vəziyyətini dəyişdirməmiş, onun üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır.
19. Göründüyü kimi “İnzibati şikayətin təmin edilməməsi haqqında” qəbul edilən qərar, barəsində yoxlama aparılan şəxs üçün hüquqi nəticələrə səbəb olmadığından inzibati akt hesab olunmur.
20. Odur ki, iddiaçının inzibati məhkəmə icraatı qaydasında bu tələbi irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.
21. Məhkəmə iddia tələbinin ikinci hissəsi ilə bağlı qeyd edir ki, mübahisələndirilən qərarlar xx.xx.2021-ci il tarixlidir.
22. İddia ərizəsindən məlum olur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin iddiaçının rəhbəri olduğu Cəmiyyətin fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlaması ilə hesablanmış vergilərə münasibət bildirilərək, Cəmiyyətin rəhbəri İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə (Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxılaraq xx.xx.2023-cü il tarixli 1(101)-81/2023 nömrəli məhkəmə hökmü elan edilmiş və onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-1694(2023) nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 və 213.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-81/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin qərarı elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minmişdir. Həmin məhkəmə qərarının qəbul edilməsinə əsas hazırda mübahisələndirilən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152232 nömrəli və xx.xx.2021-ci il tarixli **********152230 nömrəli qərarlar olmuşdur. Göründüyü kimi vergi orqanının xx.xx.2021-ci il tarixli qərarlarından iddiaçı ən geci məhkəmə gedişində (xx.xx.2023-cü ildə) xəbərdar idi.
23. Həmçinin məlum olmuşdur ki, ittiham aktı iş məhkəməyə getməmişdən əvvəl iddiaçı tərəfindən imzalanmış və razılıq verilmişdir. Belə ki, idiaçının rəhbəri olduğu və iddia ərizəsində göstərdiyi "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********)-lərdə keçirilmiş səyyar vergi yoxlamaları ilə vergi yayınması faktı aşkar olunmuş və müvafiq faktlar əsasında işin ibtidai istintaqı tamamlandıqdan sonra, baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir.
24. Məhkəmə hesab edir ki, iddiaçının Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-81/2023 nömrəli Hökmü əsasında azadlıqdan məhrumedilməsi onun həmin qərarlardan xəbərdar olmasını təsdiq edir.
25. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı hazırkı iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə müvafiq tədbirlər görə bilərdi, lakin bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtləri bildirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, həmin qərarın ləğv edilməsi ilə bağlı nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür.
26. Beləliklə, xx.xx.2021-ci tarixli qərarların mübahisələndirilməsi ilə bağlı yol verilən müddət ötürülmüşdür, bu səbəbdən də iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir.
27. Göstərilənlərə əsasən işin hallarına qiymət verərək məhkəmə hesab edir ki, iddiaya baxılması mümkün deyildir. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. İddiaçıya onun niyyətinə və marağının təmin olunmasına yönəlmiş hüquqi təkliflərin verilməsini məhkəmə mümkün hesab etmir.
28. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
29. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva