Məhkəmə qərarları › İş №2-1(112)-8254/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8254/2024

05.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8254/2024 05.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinə qarşı “ölkəyə giriş çıxış hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh üzərinə onun Azərbaycan Respublikasından getmək və Azərbaycan Respublikasına gəlmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması-ləğv edilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh elektron kabinet vasitəsilə iş üzrə icrata xitam verilməsi haqqında vəsatət vermişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” barədə 12 iyun 2024-cü il tarixli, **********214200 nömrəli qərarı əsasında "xxxx" Firmasının (VÖEN: **********) rəhbəri İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması götürülmüşdür. Həmin vəsatətə Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi” barədə 12 iyun 2024-cü il tarixli, **********214200 nömrəli qərarının surəti əlavə olunmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunduğunu bildirərək, iş üzrə icraat xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. İnzibati Prosessual Məcəllənin: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə qeyd edir ki, hazırkı halda inzibati iş üzrə cavabdeh idiaçının müraciətini təmin etdiyindən, yəni iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması götürüldüyündən cavabdeh inzibati orqanla iddiaçı arasında artıq inzibati mübahisə mövcud deyildir, bu əsasdan iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinə qarşı “ölkəyə giriş çıxış hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar