Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8256/2021 16.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırki: Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi:̇ İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı məhkəməyə müraciət edərək, 57 yaşdan pensiya hüququnun yarandığı 23 dekabr 2019cu il tarixdən güzəştli şərtlərlə ona əmək pensiyası təyin edilməsi və qərar çıxarılan günə kimi ötən ayların pensiya məbləğini hesalanaraq ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1962-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 01 sentyabr 1978-ci ildən xx.xx.1981-ci ilə kimi Sumqayıt şəhər 7 saylı Texniki Peşə məktəbinin quraşdırıcı çilingər peşəsi (ixtisası) üzrə təhsil almışam. Təhsil müddəti 2 il 10 ay 9 gün. 03 avqust 1981-ci ildən 19 oktyabr 1981-ci ilə kimi Sumqayıt Aliminium Zavodunda vannaların təmirində quraşdırıcı çilingər peşəsində işləmişdir. Əmək stajı 2 ay 17 gün. 25 oktyabr 1981-ci ildən 20 noyabr 1983-cü ilə kimi keşmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, xidmət müddəti 2 il 25 gündür. Hərbi xidmətdən qayıdandan sonra 09 yanvar 1984-cü ildən 10 sentyabr 1988-ci ilə kimi 2007 saylı avtokalonda avtomobil çilingəri peçəsində (əmək stajı 4 İT 8 ay 1 gün), 10 sentyabr 1988-ci ildən 27 iyul 1999-cu ilə kimi həmin müəssisədə akkumlyatorun doldurulması üzrə akkumlyatorçu peşəsində (əmək stajı 10 il 10 ay 17 gün) işləmişdir. Dövlət Əmlak Komitəsinin 16 iyun 1998-ci il tarixli 896 saylı sərəncamına əsasən müəssisənin adı dəyişdirilərək “Sumqayıt- Səmişin” X5 adlandırılmışdir. 28 iyul 1999-cu ildən 10 avqust 2000-ci il tarixə kimi Sumqayıt şəhər İcra Hakimiyyətinin yanında Dispetçer Nəzarəti Xidməti İdarəsində nəzarətçi dispetçer narətçi ( əmək stajı 1 il 13 gün), 18 avqust 2000-ci ildən 01 fevral 2001-ci ilə kimi Sumqayıt İcra Hakimiyyəti yaninda Lisenziyalaşdırma İdarəsində nəzarətçi dispetçer, həmin İdarə Sumqayıt şəhər İcra Hakimiyyətinin yanında yaradılmış Nəqliyyat Departamentinin tərkibinə verilməsi ilə əlaqədar olaraq 01 fevral 2001- ci ildən 16 may 2002-ci ilə kimi nəzarətçi dispetçer vəzifəsində işləmişdir ( əmək stajı 1 il 8 ay 28 gün), 24 may 2002-ci ildən 06 may 2002-ci ilə Lisenziyalaşdırma İdarəsində nəzarətçi-dispetçer vəzifəsində ( əmək stajı-3 ay 13 gün), 27 sentyabr 2003-cü ildən 01 aprel 2004-cü ilə kimi "xxxx" Açıq Səhmdar Cəmiyyəti Sumqayıt “Aliminium” İstehsalat sahəsinin tökmə sexində əlvan metalların töküdücüsü ( əmək stajı: 6 ay 5 gün), 01 aprel 2004-cü ildən 20 fevral 2007-ci ilə kimi əridilmiş duzların elektrolizçisi (əmək stajı 2 il 10 ay 19 gün) peşələrində, 20 fevral 2007-cü ildən 13 may 2010-cu ilə kimi elektroliz sahəsi və anod təsərrüfatında şöbə rəisi vəzifəsində ( əmək stajə 3 il 2 ay 23 gün) işləmişdir. Bundan sonra 14 may 2010-cü ildən 21 avqust 2018-ci ilə kimi "xxxx" ASC-də metal üzrə çilingər peşəsində (əmək stajı- 8 il 3 ay 7 gün ) və 24 avqust 2018-ci ildən hal-hazıra kimi “X1” MMC- də quraşdırıcı çilingər peşəsində (əmək stajı 2 il 5 aydan artıqdır) işimi davam edir. Müraciət əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021 -ci tarixli 3 saylı arayışda göstərilir ki, 03 avqust 1981-ci ildən 13 may 2010-cu ilə kimi işlədiyim vannaların təmirində quraşdırıcı (), əlvan metalların töküdücüsü peşələri, əridilmiş duzların elektrolizçisi elektroliz sahəsi və anod təsərrüfatında şöbə rəisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tatixli 320 saylı qərarı ilə nəzrdə tutulmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istahsalatların, peşələrin, vəzifələrin, göstərişlərin” 1 saylı Siyahısının müvafiq olaraq 1071200a- 14568, 1071200a-13410 və 1071200a-19774 saylı şifrələrinə əsasən güzəştli şərtlətlə pensiya hüququ verən peşə və vəzidələrə aiddir. Bundan başqa sorğu zamanı "xxxx" ASC-nin təqdim etdiyi xx.xx.2021-ci il tarixli 03 saylı məktubundan göründüyü kimi xx.xx.1988-ci ildən xx.xx.1999-cu ilə kimi orada işlədiyim “akkumlyatorçu” peşəsi də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tatixli 320 saylı Qərarının “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istahsalatların, peşələrin, vəzifələrin, göstərişlərin” Siyahısınin XXXİİİ bölməsinin 23200000- 10047 saylı şifrəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aiddir. Əmək kitabçasından göründüyü kimi 41 ildən artıq stajının 17 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdır. Yuxarıda qeyd edilmiş peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tatixli 320 saylı qərarı ilə təsdiq edilmiş ”Güzətli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 və 2 nömrəli siyahısında nəzərdə tutulmuşdur. 01 yanvar 2006-cı il tarixə kimi 26 il 8 gün ümumu, 13 il 4 ay 9 gün xüsusi əmək stajı vardır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəfimizdən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 46800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 42277,75 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddia tələbini əsassız hesab edərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialın nümayəndəsi X3 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və mübahisənin ədalətli həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. AZE № ******** seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan SSR Dövlət Texniki Peşə Təhsili Komitəsinin B№813464 nömrəli diplomdan görünür ki, İddiaçı 1 sentyabr 1978-ci ildə Sumqayıt şəhər 7 №-li orta texniki peşə məktəbinə daxil olmuş və 09 iyul 1981-ci ildə quraşdırıcı çilingər peşəsi üzrə bu məktəbin tam kursunu bitirərək ümumi orta təhsil almışdır. H3№4481522 nömrəli hərbi biletdən görünür ki, İddiaçı 25 oktyabr 1981-ci ildən 10 noyabr 1983-ci ilədək Sovet ordusu sıralarında xidmət etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X4 və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin 276 nömrəli 20 aprel 2021-ci il tarixli arayışa əsasən o, həqiqətən xx.xx.1978- ci ildə Sumqayıt 7 №-li Texniki Peşə Məktəbinə (indiki Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi) daxil olaraq xx.xx.1981 -ci ildə Sumqayıt 7 №-li Texniki Peşə Məktəbinin (indiki Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi) “Quraşdırıcı çilingər” ixtisasını əyani bitirmişdir. "xxxx" ASC-nin 03 nömrəli 16 aprel 2021-ci l tarixli arayışdan görünür ki, o, həqiqətən Azəralüminium ASC-nin “Sumqayıt Alüminium” İstehsalat Sahəsində peşələrdə güzəştli şərtlərlə işləmişdir. xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilə qədər vannaların təmirində quraşdırıcı( siyahı №1, bölmə X, yarımbölmə a-Ərimiş metalda elektrolitik üsulu ilə metalların alınması 1071200a-14568), xx.xx.2003-cü ildən xx.xx.2004-cü ilə qədər əlvan metal tökücüləri (siyahı №1, bölmə İX , yarıbölmə 9a ərimiş metalda elektrolitik üsulu ilə metalların alınması 1071200a-13410 əlvan metal töküçüləri), xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək əridilmiş duzların elektrolizçiləri (siyahı №1, bölmə X, yarıbölmə 10a 1071200a-19774). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarında pensiya siyahısı üzrə güzəştli şərtlərlə düşən peşələrin, vəzifələrin adları, bölmə və kodları göstərilmişdir. İddiaçı peşəsi 1 saylı pensiya siyahısında mövcuddur. xx.xx.2007-xx.xx.2007-ci ilədək əridilmiş duzların elektrolizçiləri, xx.xx.2007-ci ildən xx.xx.2010-cu ilədək avadanlığın təmiri üzrə ustalar, böyük ustalar peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 207-ci il tarixli 23 yanvar tarixli 12 saylı qərarına əsasən İddiaçı peşəsi pensiya siyahısına mövcuddur. İddiaçı "xxxx" ASC-nin Sumqayıt “Alüminium İstehsalat sahəsində xx.xx.2009-dan xx.xx.2010dək ödənişsiz məzuniyyətlərdə olmuşdur. "xxxx" ASC tərəfindən vəkil sorğusuna cavab olaraq verilmiş 21 aprel 2021-ci il tarixli məktubdan görünür ki, iddiaçının sorğusu araşdırılaraq bildirilmişdir ki, vətəndaş İddiaçı 09 yanvar 1984-cü ildən 10 sentyabr 1988-ci ilə kimi 2707 saylı avtodəstədə avtomobil çilingəri peçəsində, 10 sentyabr 1988-ci il tarixdən xx.xx.1999-cu ilə kimi akkumlyator doldurma sexində akkumlyatorçu peşəsində işləmişdir. Öz ərizəsinə əsasən xx.xx.1999-cu il tarixli 74 Ş/h №-li əmrlə işdən azad olunmuşdur. Dövlət Əmlak Komitəsinin 16 iyun 1998-ci il tarixli 896 saylı sərəncamına əsasən müəssisənin adı dəyişdirilərək “Sumqayıt-Səmişin” X5 adlandırılmışdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qəran ilə təsdiq olunmuş “ Əmək şəraiti şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin, vəzifələrin və göstərişlərin 2 saylı Siyahısı”nm ümumu peşələrə dair XXXİİİ bölməsinin 23200000-10047 şifrəsinə əsasən İddiaçı işlədiyi akkumlyatorçu peşəsi yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aiddir. İşdə olan iddiaçının İT-İ-0445777 nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı: -xx.xx.1981-ci ildə Sumqayıt aluminium zvoduna qazan-mexanika sexinə 3-cü dərəcəli çilingər montajçı təyin edilmişdir; -xx.xx.1981-cü ildə Az. SSR ƏhQM 36 maddəsinin 3 bəndinə əsasən Sovet ordusuna çağırıldığı üçün işdən azad edilmişdir; -xx.xx.1981-xx.xx.1983-cü ilədək Sovet ordusu sıralarında xidmət etmişdir, -xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilədək Avokolonna 2707 çilingər və akkumulyator doldurulması ürə 4-cü dərəcəli akkumulyatorçu peşəsində işləmişdir; -xx.xx.1995-ci ildə 5-ci dərəcəli akkumulyatorçu keçirilmişdir; -xx.xx.1999-cu ildə işdən azad edilmişdir; -xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilədək Sumqayıt şəhər İcra Hakimiyyətinin yanında Dispetçer Nəzarət Xidməti İdarəsində nəzarətçi dispetçer vəzifəsinə qəbul edilmişdir; -xx.xx.2000-ci ildən xx.xx.2002-ci ilədək Lisenziyalaşdırma İdarəsində dispetçer nəzarətçi peşəsində işləmişdir; -xx.xx.2002-ci ildən xx.xx.2002-ci ilədək lisenziyalaşdırma idarəsində nəzarəçi dispetçer vəzifəsinə işə qəbul edilmişdir; -xx.xx.2003-xx.xx.2004-cü ilədək tökmə sexinə 3 aylıq əmək müqviləsi bağlanmaqla 4-cü dərəcəli əlvan metal tökücüsü peşəsində işləmişdir; -xx.xx.2004-xx.xx.2007-ci ilədək elektroliz sexində 4-cü dərəcəli əridilmiş duzların elektrolizçisi peşəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 18 iyun 2021-ci il tarixli, **********1 saylı imtina məktubundan görünür ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 46.800 manat hesabladığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 42277,75 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyinin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hərbi və işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. Belə ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2)ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışın izibati orqana təqdim edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı da təqdim edilmişdir. İşin hallarına əsasən qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 57 yaşı tamamdır, 25 ildən çox əmək stajı (hərbi xidmət keçdiyi dövrlər daxil olmaqla) vardır, qanunla müəyyən edilmiş müddət ərzində o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşələrdə işləmişdir. Qeyd olunan iş stajı, orduda xidmət illəri və təhsil illəri cəmləndikdə, iddiaçının xx.xx.2006-cı il tarixədək 26 il 05 ay 23 gün ümumi iş stajı mövcuddur. İddiaçının güzəştli iş stajı ilə bağlı isə qeyd olunmalıdır ki, iddiaçının "xxxx" ASC-də xx.xx.1981-ci ildən xx.xx.1981-cü ilədək qazan-mexanika sexində işlədiyi 3-cü dərəcəli çilingər-montajçı, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü ilədək əlvan metal töküçüləri və xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək əridilmiş duzların elektrolizçiləri vəzifəsində işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda X.10a “Ərimiş metalda elektrolitik üsulu ilə metalların alınması” yarımbölməsində müvafiq olaraq 1071200a-14568 nömrəli kod altında vannaların təmirində quraşdırıcılar, 1071200a-13410 kodu altında əlvan metal tökücüləri və 1071200a-19774 nömrəli kod altında əridilmiş duzların elektrolizçiləri, xx.xx.1988-cü il tarixdən xx.xx.1999-cu il tarixədək “Avtokolonna 2707”-də akkumulyatorçu peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda XXXİİİ. Ümumi peşələr bölməsinin 23200000-10047 kodu altında akkumulyatorçular peşələrinə uyğundur. Beləliklə, iddiaçının qanunla tələb olunan müddətdə (13 il 3 ay 8 gün) güzəştli iş stajı olduğundan cavabdehin imtinası əsassızdır. Beləliklə, məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM- 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) . Göründüyü kimi iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvvəllər qüvvədə olmuş qanunvericiliklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün lazım olan yaş həddi , ümumi iş stajı və güzəştli peşədə iş stajı mövcuddur, cavabdeh inzibati orqanın fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının az olması ilə bağlı imtina dəlili əsaslı deyildir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli,iddiaçıya 57 yaşdan pensiya hüququnun yarandığı 23 dekabr 2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və qərar çıxarılan günə kimi ötən ayların pensiya məbləğini hesalanaraq ona verilməsi öhdəliyinin ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı iddiası təmin edilsin. İddiaçı 57 yaşdan pensiya hüququnun yarandığı 23 dekabr 2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və qərar çıxarılan günə kimi ötən ayların pensiya məbləğini hesablanaraq ona verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialın üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-8256/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8256/2021
16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver