Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8258/2021 25.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısına salınma öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək adının “Azərbaycan Respublikasının Silahlı Qüvvəllərinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli fərmanına əsasən, dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahısına salınması öhdəliyinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1967-ci il tarixdə Astara rayonunda anadan olmuş, hazırda Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə. Mehbalıyev küçəsi, ev, 7, mənzil, 7 (Hərbi şəhərcik-470) ünvanında qeydiyyatda olmaqla yaşayan İddiaçı 1985-ci ilin avqust ayından 2016-cı ilin may ayına kimi Silahlı Qüvvələrdə xidmət etmişdir. Azərbaycan Respublikasının Silahlı Qüvvəllərində 20 ildən artıq qüsursuz xidmət etməsinə baxmayaraq, iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək, “Azərbaycan Respublikasının Silahlı Qüvvəllərinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli fərmanına əsasən, dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahısına onun da adının salınmasını xahiş etmiş, lakin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi 27 may 2021-ci il tarixli məktubla iddiaçının xidmət illərində məhkumluğu olduğu üçün məhkumluluğunun ödənilməsinə baxmayaraq, onun adının dövlət vəsaiti hesabına mənzil təminatı ilə əlaqədar Maliyyə Nazirliyinə göndəriləcək mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahısına salınmasından imtina etmişdir. Qeyd olunan məktub iddiaçı tərəfindən 05 iyun 2021-ci il tarixdə poçt vasitəsi ilə alınmışdır. Bundan sonra iddiaçı Azərbaycan Ordusunda faktiki qüsursuz xidmət etdiyindən və buna görə qüsursuz xidmətinə görə hər üç medalı ilə təltif olunduğundan, İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı 01 noyabr 2005-ci il tarixdə Qazax Hərbi Məhkəməsinin 1-188-2005 saylı hökmünə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək şərti maliyyə vahidinin 300 (üç yüz) misli miqdarında cərimə cəzasına, Azərbaycan Respublikasının CM-nin 331.2-ci maddəsi ilə təqsirli bilinib barəsində Azərbaycan Respublikasının CM-nin 62-ci maddəsi tətbiq edilərək şərti maliyyə vahidinin 100 (bir yüz) misli miqdarında cərimə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, şərti maliyyə vahidinin 350 (üç yüz əlli) misli miqdarında cərimə cəzası təyin olunmuşdur. Gəncə Hərbi Məhkəməsinin 19 oktyabr 2019-cu il tarixli 323 saylı məktubundan görünür ki, İddiaçı Qazax Hərbi Məhkəməsinin 1-188-2005 saylı 01 noyabr 2005-ci il tarixli hökmünə əsasən, ona təyin olunmuş şərti maliyyə vahidinin 350(üç yüz əlli) misli miqdarında cərimə cəzasını 07 noyabr 2005-ci il tarixdə Dövlətin nəfinə tam şəkildə ödəmişdir. İddiaçı 25 iyun 2004-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 055t №-li 25 iyun 2004-cü il tarixli əmrilə “Qüsursuz Xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur. İddiaçı 23 iyun 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 049t №-li 23 iyun 2012-ci il tarixli əmrilə “Qüsursuz Xidmətə görə” 2-ci dərəcəli medalı ilə təltif olunmuşdur. İddiaçı 25 iyun 2014-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 0189t №-li 25 iyun 2014-cü il tarixli əmrilə “Qüsursuz Xidmətə görə 1-ci dərəcəli medalı ilə təltif olunmuşdur. İddiaçı polkovnik-leytenant İddiaçı 07 mart 2013-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 018t №-li 07 mart 2013-cü il tarixli əmrilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı ilə təltif olunmuşdur. İddiaçı polkovnik-leytenant İddiaçı 24 iyun 2013-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 098t №-li 24 iyun 2013-cü il tarixli əmrilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı ilə təltif olunmuşdur. İddiaçı polkovnik-leytenant İddiaçı adına olan Azərbaycan Respublikası Müdafiə Nazirliyindən 05 iyun 2014-cü il tarixdə verilmiş S/V № 002286 saylı Silahlı Qüvvələr veteranı vəsiqəsindən görünür ki,: İddiaçı Azərbaycan Respublikasının Mübahirə veteranıdır və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı apanlan döyüşlərdə bilavasitə iştirak etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən 21 iyun 2021-ci il tarixdə verilmiş 366-7553M- 3221 çıxış sayı olan arayışdan görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsində olan məlumatlara əsasən, xx xxxxxx 1967-ci il tarixdə anadan olmuş İddiaçı məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 329-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı haqqında Əsasnamənin 1-ci bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ silahlı qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. Sözügedən Əsasnamənin 2-ci bəndində deyilir ki, 1-ci dərəcəli medal ən ali dərəcəlidir. Azərbaycan Respublikasının 2008-ci il 16 may tarixli 606-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) Azərbaycan Respublikasının yubiley medalı ilə 2008-ci ilin iyun ayının 26-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata, yaxud istefaya buraxılmış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qurulmasında və möhkəmləndirilməsində fəal iştirak edən zabitlər təltif olunurlar. Cavabdeh orqanın İddiaçı göndərdiyi imtina məktubunda göstərilmişdir ki, xidmət illərində məhkumluğu olduğuna görə onun adının dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların adlı siyahısına salınması üçün müsbət qərar qəbul edilməmişdir.
3. Cavabdeh tərəfinən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilərək bildirimişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə’’ 28 dekabr 2011-cı il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq, Müdafiə Nazirliyində Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatına baxılır. Azərbaycan Ordusunda hərbi xidmət müddətində və ya ehtiyata (istefaya) buraxıldıqdan sonra hərbi xidmət dövrünə dair məhkəmə hökmu çıxarılmış və məhkumluğu ödənilmiş hərbi vəzıfəlilərın dövlət vəsaiti hesabına mənzil təminatı Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrilə yaradılmış komissiya tərəfindən sözügedən hərbi vəzifəlilərin Azərbaycan Ordusunda hərbi xidməti qüsursuz hesab edilmədiyindən dövlət vəsaiti hesabına mənzil təminatıyla əlaqədar Maliyyə Nazirliyinə göndəriləcək siyahılara onların adlarının əlavə edilməməsi qənaətinə gəlinmişdir. Azərbaycan Ordusunda hərbi xidmət müddətində və ya ehtiyata (istefaya) buraxıldıqdan sonra xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və məhkumluğu ödənilmiş hərbi vəzifəlilərin Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi barədə müsbət qərar qəbul edildiyi təqdirdə ona əlavə məlumat veriləcəkdir
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilmişdir. Etirazda bildirilir ki, İddiaçı X2 öz iddia ərizəsində qeyd edib ki, xx.xx.1992-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edir və ümumi xidmət illəri 28 il təşkil edir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 №-li Fərmanında qeyd edilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim İli və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmanda qeyd edilənləri nəzərə alsaq, iddiaçının bu kateqoriyadan olan şəxslərə bərabər tutmaq və dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına almaq Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 №-li Fərmanına uyğun deyildir. Səbəb də odur ki, iddiaçı Qazax Hərbi Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 341.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Qeyd edilənlər buna dəlalət edir ki, iddiaçının xidməti qüsursuz olmayıb.
II. İddianın növü və mümkünlüyü
5. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
6. İddiaçı inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan hərəkətlərin edilməsini tələb edir.
7. Hazırki iddia öhdəliyin icrasına dair iddiadır, iddia mümkündür.
III. Məhkəmənin mövqeyi
8. Məhkəmənin hazırki iş üzrə mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(102)-1887/2020 nömrəli iş üzrə qərarındakı mövqeyinə uyğundur.
9. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 saylı, xx.xx.2011-ci il tarixli Fərmanda məhz 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara münasibətdə dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq imtiyazı müəyyən etmişdir.
10. 2011-ci ildə dərc olunmuş Azərbaycan dilinin izahlı lüğətində “qüsursuz” sözü heç bir qüsuru, eybi, nöqsanı, çatışmazlığı olmayan; nöqsansız; “qüsur” sözü isə həm eyib, nöqsan, çatışmayan cəhət, çatışmazlıq, həm də təqsir, günah, qəbahət kimi izah edilmişdir.
11. İddiaçı 20 təqvim ilindən artıq zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. Lakin, iddiaçı Qazax Hərbi Məhkəməsinin 01 noyabr 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək şərti maliyyə vahidinin 300 (üç yüz) misi, miqdarında cərimə cəzasına, Cinayət Məcəlləsinin 331.2-ci maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək şərti maliyyə vahidinin 100 (yüz) misli miqdarında cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq şərti maliyyə vahidinin 350 (uç yuz əlli misli miqdarında cərimə cəzası təyin edilmişdir.
12. Cavadeh hesab edir ki, iddiaçının cinayət törətməkdə təqsirli bilinib məhkəmənin hökmü ilə məhkum olunması onun hərbi xidmət dövründə yol verdiyi qanun pozuntusudur, qüsurdur.
13. Dövlət vəsaiti hesabına mənzillə təmin edilmə imtiyazının 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilməsi inzibati orqanın subyektiv fikri deyildir. Belə imtiyaz Prezidentin Fərmanı ilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilmişdir. İnzibati orqan həmin şəxslərin dairəsini genişləndirə bilməz və ya 20 illik hərbi xidmət dövründə cinayət törətmiş və məhkum olunmuş şəxslərin xidmətini qüsursuz saya bilməz.
14. Sual yaranır: əgər cinayət qanununda nəzərdə tutulmuş əməlin törədilməsi də qüsur deyildirsə qüsur nədir və nəyi qüsur saymaq olar? Yaxud 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidirsə normativ hüquqi aktda qüsursuz sözü nə məqsədlə işlənmişdir və hansı məna kəsb edir?
15. Məhkumluğun ödənilməsi və götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Cinayət hüquqi baxımdan bu belə də qəbul olunur. Ancaq məhkumluqla bağlı bütün hüquqi nəticələrin ləğv olunması heç də imtiyaz və güzəşt yaratmır. O cümlədən, dövlət vəsaiti hesabına mənzil almaq imtiyazı yalnız Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilmişdir. Bəhs olunan Fərmanla 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara belə imtiyaz verilməmişdir.
16. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı:
1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.
17. Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli, 333-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Qüsursuz xidmətə görə" medalı haqqında Əsasnamə:
1. “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər.
2. “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir.
18. Adından da göründüyü kimi, bu təltif dövlət tərəfindən qüsursuz həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara tətbiq olunur ki, iddiaçı da bu medalın hər üç dərəcəsi ilə: Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli əmri ilə 3-cü dərəcəli, Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2012-ci il tarixli əmri ilə 2-ci dərəcəli, Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2014-ci il tarixli əmri ilə "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medallarla təltif olunmuşdur.
19. Xidmət dövründə iddiaçı digər medallarla da təltif olunmuşdur.
20. Məhkəmə hesab edir ki, məhkumluğun olduğu müddətin hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilməməsinə dair dəlil qəbul edilə bilər. İddiaçı az ağır cinayətə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilmişdir. Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayış”a əsasən iddiaçı 30 il 3 ay 15 gün həqiqi hərbi xidmət keçmişdir (xx.xx.1985-xx.xx.1990; xx.xx.1990-xx.xx.1993; xx.xx.1993-xx.xx.2016).
21. Beləliklə, iddiaçının qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi tanındığı yuxarıda qeyd edilən təltiflərlə təsdiq edildiyindən, iddiaçının 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması onu “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına aid etməyə əsas verdiyindən həmin Fərman ona da şamil edilməlidir.
22. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı “Azərbaycan Respublikasının Silahlı Qüvvəllərinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən, dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva