Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-826/2021 10.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X8 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı “xxxx” MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının 17 dekabr 2019-cu il tarixli, A44-7 saylı qərarının tamamilə ləğv olunması və "Креветка карамель" əmtəə nişanının qeydiyyata alınmasına dair 2016 1207 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına etiraz ərizəsi ilə müraciət edərək "Креветка карамель" adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1207 nömrəsi ilə qeydiyyat) qeydiyyatının etibarsız sayılması barədə qərar verilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası 17 dekabr 2019-cu il tarixli, A44-7 saylı qərarı ilə verilmiş etirazı əsassız hesab etmiş və iddianı təmin etməmişdir. Rusiya Federasiyasının qanunvericiliyi əsasında fəaliyyət göstərən və Rusiya Federasiyası, Kursk şəhəri, Zolotaya küçəsi 13 ünvanında yerləşən İddiaçı1 (bundan sonra "İddiaçı1") tərəfindən "Рачки-морячки" adlı əmtəə nişanı 30 iyul 2001-ci il tarixli iddia ərizəsinə əsasən 225576 nömrəsi ilə qeydiyyata alınmış və sonradan əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddəti 30 iyul 2021-ci il tarixədək uzadılmışdır. Ukrayna Respublikasının qanunvericiliyi əsasında fəaliyyət göstərən və Ukrayna Respublikasının Donetsk rayonu, Kostiantynovka şəhəri, İnternatsionalna küçəsi 460 ünvanında yerləşən İstehsalat Birliyi "xxxx" Xüsusi Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx İB") tərəfindən Ukrayna Respublikasında "Рачки-морячки" adlı əmtəə nişanının qeydiyyata alınmasına dair 16 sentyabr 2013-cü il tarixində iddia ərizəsi verilmişdir və 23 dekabr 2013-cü il tarixində "Рачки-морячки" adlı əmtəə nişanı 180304 nömrəsi ilə Ukrayna Respublikasında əmtəə nişanı kimi qeydiyyata alınmışdır. Bundan əlavə “Рачки-морячки" adlı əmtəə nişanı 27 avqust 2013-cü il tarixdə tərəfindən Ümumdünya Əqli Mülkiyyət X3 üzrə beynəlxalq qeydiyyata alınmışdır. Əmtəə nişanının beynəlxalq qeydiyyatının tətbiq olunduğu ölkələr sırasına Azərbaycan da daxildir. Eyni zamanda "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) tərəfindən 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə 02 sentyabr 2016-cı il tarixində 2016 00644 nömrəli qeydiyyata alınmasına dair iddia ərizəsi verilmişdir və 12 dekabr 2016-cı il tarixində "Креветка карамель" adlı əmtəə nişanı 2016 1207 nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçılar hesab edirlər ki, “xxxx” MMC "Креветка карамель" adlı əmtəə nişanını qeydiyyata alaraq, xxxx İB-yə məxsus olan müəlliflik hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, xxxx İB ilə X7 arasında imzalanmış "Рачки-морячки" adlı əmtəə nişanının təsvirinin yaradılması haqqında 08 aprel 2014-cü il tarixli aktlarda göstərilmişdir ki, "Рачки-морячки" adlı təsvirin müəllifi X4 və tərəflər arasında əmək müqaviləsinin tələblərinə və Ukrayna Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəlliflik hüquqları Ukrayna Respublikasının xxxx İB-yə keçmişdir. "Ədəbi və X9 haqqında Bern Konvensiyası"nın 2-ci maddəsinin 1-ci bəndində "Ədəbi və Bədii Əsərlər" terminin açıqlanması verilmişdir. Həmin açıqlanmaya əsasən, əmtəə nişanlarının təsvir hissələri (qrafika, şəkillər) də qeyd edilmişdir. Sözügedən Konvensiyanın 2-ci maddəsinin 6-cı bəndində qeyd edilmişdir ki, bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir. Həm Azərbaycan Respublikası, həm Rusiya Federasiyası, həm də Ukrayna Respublikası bu İttifaqın üzv ölkələridir. Beləliklə, İttifaqın üzv ölkəsində yaradılmış təsvir hissəsi həmçinin Azərbaycan Respublikasında qorunur. Eyni zamanda, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin 1-ci bəndinə əsasən müəllif hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Həmin Qanunun 6-cı maddəsinə əsasən qrafika, dizayn, qrafik hekayələr və s. müəllif hüququnun obyekti olan əsərlər sayılır. Göründüyü kimi, Azərbaycan Respublikasının "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanuna əsasən "Рачки-морячки" adlı təsvir müəlliflik obyekti sayılır. Əmtəə nişanların təsviri hissələrindən görünür kimi müqayisə edilən əmtəə nişanları təsviri hissədən, rənglərin quraşmasından və sözlərdən ibarət yaradılmış əmtəə nişanlarıdır. "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları"nın 29.8.2-ci bəndində qeyd edilmişdir ki, Kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1- 29.6.5-ci və 29.7.1-29.7.3-cü bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur. Əmtəə nişanların oxşarlığını müəyyən edərkən, “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalarf’nın 29.6.3-cü (“Qrafiki (görünüşlü) oxşarlıq’'), 29.6.4-cü (“Məna etibarı ilə”), 29.6.5-ci (“Bu Qaydaların 29.6.1-29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər”), 29.7.1-ci (“Təsviri və üçölçülü formalı nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə olunur”), 29.7.2-ci (“Təsviri və həcmi nişanların (işarələrin) oxşarlığı müəyyən edilir”), 29.8.1-ci (“Kombinasiyalı nişanın (işarənin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilirlər”), 29.8.2-ci (“Kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1—29.6.5 və 29.7.1—29.7.3-cü bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur”), 29.9.1-ci (“Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır”) və 29.9.2-ci (“Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır”) bəndlərində göstərilən əlamətlər nəzərə alınmalıdır. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.3-cü maddəsinə əsasən, iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. Müqayisəsi aparılan nişanlarındakı cüzi fərqlər də məhz həmin qəbildən olan fərqlərə aid olmaqla, nişanların qarışdırılacaq dərəcədə uyğunluğuna səbəb olur. "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”na və yuxarıda göstərilmiş əmtəə nişanlarının müqayisə hissəsinə əsasən iddiaçilar hesab edirlər ki, "Рачки-морячки" adlı əmtəə nişanı və "Креветка карамель" adlı kombinasiya edilmiş əmtəə nişanı (2016 1207 nömrəsi ilə qeydiyyat) qarışdırılacaq dərəcədə bənzər olan nişanlardır. xxxx MMC-nin xxxx ilə bilavasitə əlaqəsi var idi. Belə ki, xxxx və xxxx MMC arasında qənnadı məmulatların təchizatı üzrə müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən, xxxx MMC xxxx şirkətinin qənnadı məmulatlarının Azərbaycanda satışını təşkil edirdi. xxxx şirkəti xxxx MMC-ni qənnadı məmulatlarının Azərbaycanda satışı məqsədi ilə təchiz edirdi və bu məmulatların arasında həmçinin "Рачки-морячки" adlı məhsul da mövcud idi. xxxxyə məxsus olan adlı məhsullar Azərbaycan Respublikasına xxxx MMC-yə məxsus "Креветка карамель" adlı əmtəə nişanın qeydiyyata alınmasından əvvəl idxal olunurdu. Belə ki, xxxx MMC xxxxnin distribütoru olub və onun mallarını Azərbaycan Respublikasında təchiz edib və onun məhsulları ilə yaxından tanış idi. Nəticəyə gəlmək olar ki, xxxx MMC "Креветка карамель" adlı əmtəə nişanının qeydiyyata alınmasına dair iddia ərizəsini istehsalçılar və istehlakçılar arasında yanlış təəssüratın yaradılması məqsədi ilə vermişdir. "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinin (f) bəndinə əsasən, istehlakçıları əmtəənin coğrafi mənşəyi ilə əlaqədar yanılda bilən nişanların qeydə alınmasına yol verilmir. Eyni zamanda "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin birinci hissəsinin (ç) bəndinə əsasən, əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanlarının qeydə alınmasına yol verilmir. Eyni zamanda, "Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası"nın 10 bis maddəsinə əsasən, sənaye və ticari əlaqələrdə qəbul edilmiş adətlərə zidd olan rəqabət aktı haqsız rəqabət aktı hesab olunur. Xüsusilə, rəqibin müəssisəsi, məhsulları, yaxud sənaye və ya ticari fəaliyyətiylə bağlı hər hansı bir üsulla qarışıqlıq yarada bilən fəaliyyətlər qadağan olunur. Göründüyü kimi, xxxx MMC xxxx İB-yə məxsus olan və əvvəlcədən qeydiyyata alınmış "Рачки-морячки” adlı əmtəə nişanı ilə qarışdırılacaq dərəcədə bənzər olan "Креветка карамель" adlı əmtəə nişanın qeydiyyata alınmasına dair iddia ərizə vermiş və sonradan Azərbaycan Respublikasında satışını təşkil etmişdir. xxxx MMC "Креветка карамель" adı altında məhsulları Azərbaycan Respublikasında sataraq istehlakçılar və istehsalçılar arasında yanlış təəssürat yaratmışdır və bununla da xxxx şirkətinin nüfuzuna zərər vurmuşdur. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurası iddiaçılar tərəfindən təqdim olunmuş hesab-fakturaları və spesifikasiyaları araşdırmamışdır, halbuki həmin sənədlər əsasında "Рачки-морички” adlı məhsulun iddiaçı tərəfindən göndərildiyi, yəni "xxxx" MMC tərəfindən ölkəyə idxal edildiyi müəyyən etmək mümkündür. Apellyasiya şurası öz qərarında "Рачки-морячки” adlı kombinasiya edilmiş əmtəə nişanının təsvir hissəsini yaratmış müəllifi X5 və onun işəgötürəni Ukrayna Respublikasının "İddiaçı2" XSC-nin müəlliflik hüquqları məsələsinə ümumiyyətlə toxunmamışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, “xxxx” MMC-yə məxsus (“Креветка карамел”) təsviri əmtəə nişanı 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə 20.10.2016-cı il tarixdə “xxxx” MMC-nin adına Azərbaycan Respublikasında 2016 1207 nömrə ilə qeydiyyata alınmışdır. “Рачкиморячки” əmtəə nişanı 29-cu sinif: “marmelad” və 30-cu sinif: “qəhvə, çay, qəhvəəvəzləyicisi, kakao" əmtəələri üzrə 30.07.2001-ci il tarixli ilkinliklə Rusiya Federasiyasında “xxxx” QSC-nin adına 225576 nömrə ilə 25.10.2002-ci il tarixdə qeydiyyata alınmışdır. “Рачки-морячки” əmtəə nişanı 25 dekabr 2013-cü il tarixdə 180304 nömrə ilə 30-cu sinif əmtəələri üzrə Ukrayna Respublikasında İstehsalat Birliyi “xxxx” xüsusi səhmdar cəmiyyətinin adına qeydiyyata alınmışdır. “Рачки-морячки” sözlü əmtəə nişanı 27.08.2013-cü il tarixdə "İddiaçı1" X12 adına 30-cu sinif əmtəələri üzrə ******* nömrə ilə beynəlxalq qeydiyyata alınmış və onun qeydiyyatı 07.11.2013-cü il tarixdə Azərbaycan Respublikasının ərazisində iddia edilmişdir. Nişan hazırda Azərbaycan Respublikası ərazisində qüvvədədir. İddiaçı1 SC tərəfindən “Рачки-морячки” kombinasiya edilmiş əmtəə nişanının Azərbaycan Respublikasında 30-cu sinifin əmtəələri üzrə qeydiyyata alınmasına dair 04 may 2018-ci il tarixdə iddia sənədi verilmiş, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində Patent və X1 Mərkəzi tərəfindən verilmiş əmtəə nişanının qeydiyyata alınmasının rədd edilməsi haqqında 15.01.2019-cu il tarixli bildirişdə “xxxx” MMC-yə məxsus 2016 1207 qeydiyyat nömrəli oxşar (Креветка карамел) əmtəə nişanının aşkar olunduğu qeyd edilmişdir. İddiaçı1 QSC və “xxxx” MMC arasında qənnadı məmulatlarının təchizatı üzrə 30 dekabr 2010-cu il tarixdə 893 nömrəli müqavilə imzalanmışdır. Sonradan əlavə razılaşmalara müqavilənin müddəti 31 dekabr 2016-cı il tarixədək uzadılmışdır. Apellyasiya şurasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 22 avqust 2019-cu il tarixli məktuba əsasən 2010-2016-cı illərdə İddiaçı1, “xxxx İstehsalat Birliyi” və “xxxx Ticarət Evi” tərəfindən “Рачки-морячки” adlı kombinasiya edilmiş əmtəə nişanlı qənnadı məmulatları “xxxx” MMC, “xxxx” MMC və xxxx MMC vasitəsilə Azərbaycan Respublikasına ixrac olunmamış və təqdim edilmiş 01.01.2016-31.12.2016-ci il tarixləri əhatə edən idxal sənədlərindən görünür ki, “Рачки-морячки” adlı kombinasiya edilmiş əmtəə nişanlı qənnadı məmulatlar “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilməmişdir. Əksinə, “Рачки морячки” nişanlı məhsulları “xxxx" MMC-nin adına idxal olunmuşdur. İddiaçı1nə məxsus “Рачки-морячки” kombinasiya edilmiş əmtəə nişanının mənşə ölkəsi olan Rusiya Federasiyasında qeydiyyata alınmamışdır. Bu o deməkdir ki, ərizəçi “xxxx” Şirkəti “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinə istinadən o zaman nişanın etibarsızlığını tələb edə bilər ki, mənşə ölkəsində lazımi qaydada qeydiyyata alınmış olsun. Təsvirə dair müəlliflik hüquqlarının yaradılmasına münasibətdə isə Apellyasiya şurası qeyd edir ki, həmin Qanunun 6-cı maddəsinin ikinci hissəsinin b) bəndinə əsasən, müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan Respublikasında məşhur elm, ədəbiyyat, incəsənət əsərləri, onların personajları, onlardan sitatlar və ya onların fraqmentlərini təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır. Yəni yalnız qeyd edilən halda əmtəə nişanının qeydiyyatı üçün müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı tələb olunur. Qeyd edilən əsas ilə Rusiya Federasiyasının Mülki Məcəlləsinin 1483-cü maddəsinin 9-cu maddəsindəki əsas bir element fərqli ilə üst-üstə düşür və qeyd edilən maddədə “известный” sözü təqdim edilən kontekstdə “məşhur” kimi deyil, “məlum, açıqlanmış” kimi nəzərdən keçirilir. Odur ki, yaradılmış əsər müəlliflik hüququ obyekti kimi əmtəə nişanına qarşı qoyulan zaman “Ədəbi və X9 haqqında” Bern Konvensiyasının müddəaları məhz bu kontekstdə nəzərdən keçirilməlidir. “SİAR İNTELLİGENCE MMC” tərəfindən 2019-cu ilin iyul-avqust ayında keçirilmiş sorğu nəticəsində respondentlərin böyük hissəsinin 3 ildən artıq həmin nişanı tanıması qeyd edilən əsaslardan irəli gələrək nişanın qeydiyyatının etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29-cu maddəsini nəzərə alaraq, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı və 29-cu maddələrini rəhbər tutaraq, Apellyasiya şurası etiraz ərizəsini əsassız hesab etmiş və təmin olunmaması barədə qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən iddiaçının iddiasına etiraz edilir və Apellyasiya şurasının qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən 3-cü şəxsin nümayəndəsi X6 iddiaya etiraz edərək verdiyi izahatında bildirmişdi ki, ümumiyyətlə iddiaçılar ilə 3-cü şəxs arasında müqavilə münasibətləri olmamışdır. İddiaçılara məxsus mallar “xxxx” MMC tərəfindən Azərbaycan Respublikasına idxal olmamışdır. İddiaçıların istinad etdiyi müqavilələr etibarsız müqavilələrdir. İddiaçıların iddia ediyi kimi həmin malların ölkəyə gətirilməsi, daha sonra malların təsviri barədə “xxxx” MMC-nin umumiyyətlə məlumatı olmamışdır. “xxxx” MMC tərəfindən “Креветка карамел” adlı kombinasiya edilmiş əmttə nişanı 2016 1207 nömrəli ilə 12 dekabr 2016-cı il tarixdə qeydə alınmışdır. Əmttə nişanı 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə qeydiyyata alınmışdır. Qarşı qoyulan əmtəə nişanlarının təsvir hissəsi oxşarlıq təşkil etmir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq üçüncü şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə görə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - “xxxx” İB ilə X7 arasında imzalanmış “Рачки-Морячки” adlı əmtəə nişanının təsvirinin yaradılması barədə 08 aprel 2014-ci il tarixli aktdan görünür ki, Рачки-Морячки” adlı təsvirin müəllifi X4 və tərəflər arasında əmək müqaviləsinin tələblərinə və Ukrayna Respublikasının qanunvericiliyinə müvafiq olaraq müəlliflik hüquqları Ukrayna Respublikasının xxxx İB-nə keçmişdir. - Azərbaycan Respublikasında əmtəə nişanının qeydə alınması barədə 04.05.2018-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı1 iddia sənədində göstərilmiş nişanın (işarənin) əmtəə nişanı kimi qeydə alınmasını xahiş etmişdir. Nişan şifahi və qrafik hissələrindən ibarətdir. Nişanın şifahi hissəsində rus dilində “Рачки-Морячки” sözləri yazılıb. Azərbaycan dilinə “Рачки-Морячки” sözləri “Xərçənglər-Dənizçilər” kimi tərcümə olunur. Nişanın qrafik hissəsinin sağ və sol tərəfindən xüsusi formalı zolaqlar müşahidə olunur. Nişanın qrafik hissəsinin mərkəzində isə xərçəng “Морячки” sözün “O” hərfin içində müşahidə olunur. Rəng və ya rəng kombinasiyası: ağ, göy, qırmızı, sarı, mavi, açıq mavi, tünd göy. Sinif 30: qənnadı məmulatları; konfet; karamel; karamel (konfet); şirniyyat; şokolad; pomadka (qənnadı məmulatları); praline; meyvəli jele məmulatları (qənnadı); şokoladda qoz. - Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Patent və X1 Mərkəzi tərəfindən verilmiş 15.01.2019-cu il tarixli, “Əmtəə nişanının qeydiyyata alınmasının rədd edilməsi haqqında” bildirişin surətindən görünür ki, 2018 00538 №-li iddia ərizəsinın ekspertizası nəticəsində müəyyən olunmuşdur ki, o 30-cu sinif əmtəələri üzər əmtəə nişanı kimi qeydə alına bilməz. Belə ki, ekspertiza zamanı ƏXBT-nin 30-cu sinfi üzrə Azərbaycan Respublikasında öncə qeydiyyatdan keçmiş oxşar əmtəə nişanı aşkar edilmişdir. Şəhadətnamənin № 2016 1207, iddia sənədinin № 2016 00644, əmtəə nişanı “Креветка карамель”, ilkilniyin tarixi 02.09.2016., ƏXBT-nin sinifləri 30, 35, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, AZ 1040 Bakı şəhəri, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov 17 A. - İddiaçıların səlahiyyətli nümayəndəsi tərəfindən cavabdehə ünvanlanmış 30.05.2019-cu il tarixli məktubdan və ərizədən görünür ki, Креветка карамель” adı altında 2016 1207 nömrəsi ilə qeydiyyata alınmış əmtə nişanının qeydiyyatına qarşı ərizə təqdim edilmişdir. X2 “Креветка карамель” adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1207 nömrəsi ilə qeydiyyat) qeydiyyatının etibarsız sayılması xahiş edilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən cavabdehə ünvanlanmış 1000-170/170-24/018181 №-li, 22.08.2019-cu il tarixli məktubun surətindən görünür ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən “İddiaçı1" Səhmdar cəmiyyəti (Rusiya Federasiyası), "xxxx" İstehsalat Birliyi (Ukrayna) və “xxxx” Ticarət Evi (Ukrayna) tərəfindən “xxxx MMC-nİn (VOEN: **********) ünvanına 2016-cı İİ ərzində "RAÇKl-moryaçki” nişanlı və “Tort xxxx" nişanlı malların ixrac olunması barədə məlumatlar təqdim edilir. 2010-2016-cı İllərdə “İddiaçı1" Səhmdar Cəmiyyəti (Rusiya Federasiyası), “xxxx” İstehsalat Birliyi (Ukrayna) və “xxxx" Ticarət Evi (Ukrayna) tərəfindən məktubda göstərilən mallar “xxxx” MMC (VÖEN: **********), “xxxx” MMC (VÖEN: **********) və “xxxx” MMC (VÖEN: **********) vasitəsilə Azərbaycan Respublikasına ixrac olunmamışdır. Məlumat üçün bildirilmişdir ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasında idxal və ixrac olunan malların kodiaşdırılması Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası əsasında aparılır. Həmin nomenklaturada malların əmtəə nişanı üzrə kodlaşdırılması nəzərdə tutulmamışdır. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən cavabdehə ünvanlanmış 1000-170/170-24/000652 №-li, 11.01.2019-cu il tarixli məktubun surətindən görünür ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən “İddiaçı1" Səhmdar cəmiyyəti (Rusiya Federasiyası), "xxxx" İstehsalat Birliyi (Ukrayna) və “xxxx” Ticarət Evi (Ukrayna) tərəfindən Azərbaycan Respublikası ərazisinə “xxxx” MMC (VÖEN: **********) vasitəsilə 2016-cı il ərzində “xxxx” nişanlı malların idxal olunması barədə məlumatlar təqdim edilir. Məlumat üçün bildirilmişdir ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasında idxal və ixrac olunan malların kodiaşdırılması Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası əsasında aparılır. Həmin nomenklaturada malların əmtəə nişanı üzrə kodlaşdırılması nəzərdə tutulmamışdır. - Həmin məktuba əlavə edilmiş gömrük bəyannamələri əsasında rəsmiləşdirilən ixrac və idxal əməliyyatları haqqında məlumatdan görünür ki, 01.01.2016-cı ildən 31.12.2016-cı ilədək olan hesabar dövrü üzrə “xxxx” MMC-nin ünvanına “İddiaçı1" Səhmdar cəmiyyəti (Rusiya Federasiyası), "xxxx" İstehsalat Birliyi (Ukrayna) və “xxxx” Ticarət Evi (Ukrayna) tərəfindən müxtəlif adlarda şirinyyat məhsulları göndərilmişdir. - Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi Apelyasiya Şurasının A44-7 №-li, 17.12.2019-cu il tarixli qərarından görünür ki, “xxxx” MMC-yə məxsus 2016 1207 qeydiyyat nömrəli əmtəə nişanının 30-cu və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə qeydiyyatına qarşı İddiaçı1, İddiaçı2 və “xxxx məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi Fuad Qəşəmov tərəfindən verilmiş etiraz ərizəsi təmin edilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, “xxxx” MMC-yə məxsus “Креветка карамель” təsviri əmtəə nişanı 30 və 35-ci siniflərin əmtəəlrəi və ximdətləri üzrə (30- konfetlər; 35-30-cu sinifdə gösətrilən əmtəələrin satışı üzrə xidmətlər) 20.10.2016-cı il tarixdə “xxxx” MMC-nin adına Azərbaycan Respublikasında 2016 1207 nömrə ilə qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi – 02.09.2016). Əmtəə nişanında “карамель” söz işarəsi müstəqil hüquqi mühafizə obyekti deyildir. Əmtəə nişanının rəngi: mavi, göy, sarı, qırmızı, ağ, boz, qara. “Рачки-морячки” əmtəə nişanı 29cu sinif: “marmelad” və 30-cu sinif: “qəhvə, çay, qəhvəəvəzləyicisi, kakao” əmtəələri üzrə 30.07.2001-ci il tarixli ilkinliklə Rusiya Federasiyasında “xxxx” QSC-nin adına 225576 nömrə ilə 25.10.2002-ci il tarixdə qeydiyyata alınmışdır. 31 may 2011-ci il tarixdə əmtəə nişanının sahibinin adı dəyişdirilərək İddiaçı1 QSC olmuşdur. Əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddət 30 iyul 2021-ci il tarixədək uzadılmışdır. “Рачкиморячки” əmtəə nişanı 25 dekabr 2013-cü il tarixdə 180304 nömrə ilə 30-cu sinif əmtəələri üzrə Ukrayna Respublikasında İstehsalat Birliyi “xxxx” Xüsusi Səhmdar Cəmiyyətinin adına qeydiyyata alınmışdır. 10 fevral 2017-ci il tarixdən əmtəə nişanı üzrə hüquqları Ticarət Evi “xxxx” MMC-yə verilmişdir. “Рачки-морячки” sözlü əmtəə nişanı 27.08.2013-cü il tarixdə İddiaçı1 X12 adına 0cu sinif əmtəələri üzrə ******* nömrə ilə beynəlxalq qeydiyyata alınmış və nn qeydiyyatı 07.11.2013-cü il tarixdə Azərbaycan Respublikasının ərazisində iddia edilmişdir (2013/42 Gaz). Nişan hazırda Azərbaycan Respublikası ərazisində qüvvədədir. İddiaçı1 SC tərəfindən “Рачки-морячки” kombinasiya edilmiş əmtəə nişanının Azərbaycan Respublikasında 30-cu sinif əmtəələri üzrə (qənnadı məmuklatları, konfet, karamel (konfet), şirniyyat, şokolad, pomadka (qənnadı məmulatları), parline, meyvəlu jele məmulatları (qənnadı), şokoladda qoz) qeydiyyata alınmasına dair 04 may 2018-ci il tarixdə iddia sənədi verilmiş, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində Patent və X1 Mərkəzi tərəfindən verilmiş əmtəə nişanının qeydiyyata alınmasının rədd edilməsi haqqında 15.01.2019-cu il tarixli bildirişdə “xxxx” MMC-yə məxsus 2016 1207 qeydiyyat nömrəli oxşar (Креветка карамель) əmtəə nişanının aşkar olunduğu qeyd edilmişdir. Bundan sonra iddiaçılar “Креветка карамель” adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1207 nömrəsi ilə qeydiyyat) qeydiyyat etibarsız sayılması üçün cavabdehə müraciət etmişlər. Cavabdeh A44-7 №-li, 17.12.2019cu il tarixli qərarı ilə verilmiş etiraz ərizəsi təmin edilməmişdir. Cavabdeh inzibati orqan qəbul edilmiş qərarını onunla əsaslandırmışdır ki, “xxxx” SC-yə məxsus “Рачки-Морячки” nişanl beynəlxalq sistemdə sözlü əmtəə nişanı kimi qeydə alınmışdır. Nişanın təsvirinin qeydiyyatı yoxdur. Odur ki, etiraz verən şəxslərin “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”na istinadı əsassızdır, yəni “xxxx” MMC-yə məxsus "Креветка карамель” təsviri əmtəə nişanı iddia olunan zaman qeydiyyat üçün maneə olmamışdır. İddiaçı1nə məxsus “Рачки-Морячки” kombinasiya edilmiş əmtəə nişanının mənşə ölkəsi olan Rusiya Federasiyasında qeydiyyata alınmamışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə üçüncü şəxsə məxsus "Креветка карамель” adlı əmtəə nişanın qeydiyyatının ləğvi ilə bağlıdır. Bu mübahisənin həlli üçün həmin münasibətləri tənzimləyən aşağıdakı maddi hüquq normalarına istinad olunmalıdır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən, əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Normaların məzmunundan göründüyü kimi, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun istər Azərbaycan Respublikasında bilavasitə qeydə alınan, istərsə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanlarını və coğrafi göstəriciləri eyni dərəcədə mühafizə edir. Bu səbəbdəndir ki, qeydə alınmış əmtəə nişanının sahibi əmtəələrlə və xidmətlərlə eyni və ya oxşar olmadığı təqdirdə də yanlış təsəvvür yarada bilən nişanın qadağan olunmasını tələb edə bilər. Mübahisələndirilən hər iki məhsulun işdə olan təsvirləri müqayisəli təhlil olunduqda görünür ki, xarici görünüşünə görə bir-birindən fərqləndirilməsi mümkün olmayan dərəcədə oxşar (xərçəng) görnüşə və formaya malikdir. Adi gözlə vizual olaraq baxdıqda hər iki məhsul tamamilə eyin təsəvvür yaradır. Yəni, “xxxx” MMC-nin adına qeydiyyata alınmış “Креветка карамель” əmtəə nişanı ilə iddiaçılara məxsus “Рачки-морячки” əmtəə nişanının təsviri qarışdırılacaq dərəcədə bənzərdir və onları bir-birində fərqləndirmək mümkün deyildir. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.3-cü maddəsinə əsasən, iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır və eyni zamanda 29.6.1- 29.6.3-cü maddələrinə əsasən, sözlərdən ibarət nişanların oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) oxşarlıqlarla müəyyən edilir. “Ədəbi və X9 haqqında Bern Konvensasiyası”na müvafiq olaraq İttifaqın istənilən üzv ölkəsində yaradılmış əsərlər bütün üzv ölkələrdə, o cümlədən Azrəbaycanda qorunur. “Рачки-морячки” adlı kombinasiya edilmiş əmtəə nişanlarının təsvir hissələri 08 aprel 2014-cü il tarixdə Ukrayna Respublikasının Kiyev şəhərində X7 tərəfindən onun işəgötürəni “xxxx” İB tapşırığı ilə yaradılmışdır və bu barədə 08 aprel 2014-cü il tarixli akt tərtib olunmuşdur. "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1-ci bəndinə əsasən, müəllif hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. “Ədəbi və X9 haqqında Bern Konvensiyası”nın 2-ci maddəsinin 1-ci bəndinə əsasən «Ədəbi və bədii əsərlər» termini hansı üsulla və formada ifadə olunmasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən: kitab, broşura, başqa yazılı əsərləri; mühazirə, müraciət, nitq və başqa bu tipli yaradıcılıq əsərlərini; dram, musiqili-dram əsərlərini; xoreoqrafiya əsərlərini və pantomimaları; mətnli və ya mətnsiz musiqili əsərləri; kinematoqrafiya əsərlərini, kinematoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini, fotoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənət əsərlərini; coğrafiya, topoqrafiya, memarlıq və elmə aid olan illüstrasiyaları, coğrafi xəritələri, planları, eskizləri və plastik əsərləri əhatə edir.” Maddənin 6-cı bəndinə əsasən bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir. 14 sentyabr 1995-ci ildə Azərbaycan Respublikasının qoşulduğu “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 6-cı maddəsinin 3-cü bəndində qeyd edilir ki, İttifaqın hər hansı ölkəsində lazımi şəkildə qeyd edilmiş işarə mənşə ölkəsi də daxil olmaqla başqa ölkələrdə qeyd edilmiş işarələrdən asılı olmayan kimi nəzərdə tutulur. 6 bıs maddəsi (İşarələr: məlum əmtəə işarələri) (l) İttifaq ölkələri məlum ölkənin qanunvericiliyi imkan verirsə, ya müdiriyyətin təşəbbüsü ilə, ya da marağı olan şəxsin ərizəsi əsasında əmtəə nişanının qeydiyyatını etibarsız hesab edib onun tətbiqini qadağan edə bilər. Bu o halda mümkündür ki, əmtəə nişanı başqa nişanın təzələnməsi, təqlidi, yaxud tərcüməsi olmuş olsun və qeydiyyat ölkəsinin, yaxud tətbiq olunan ölkənin səlahiyyətli orqanının müəyyən etdiyinə görə artıq bu Konvensiyanın üstünlüyündən istifadə edən şəxsin məlum olan və eyni, yaxud oxşar işarəsi ilə qarışıq düşmək imkanı yaratmış olsun. Bu vəziyyət o halda mümkündür ki, işarənin əhəmiyyətli tərkib hissəsi elə məlum işarənin təzələnməsi, yaxud təqlidi olsun ki, nəticədə bu onunla qarışıq düşmək imkanı yaratmış olsun. 6-serties maddəsi (İşarələr: sahibkarın icazəsi olmadan onun agenti, yaxud nümayəndəsi tərəfindən qeydiyyat) A.(1) Sənaye mülkiyyətinin mühafizəsi üzrə “Paris Konvensiyası”nın üzv ölkələrinin hər hansı birində nişan sahibi olan şəxsin müvəkkili və ya nümayəndəsi (distributoru), həmin nişan sahibinin icazəsi olmadan, “Konvensiyanın” həmin üzv ölkələrinin birində və ya bir neçəsində, həmin nişanı öz adına qeydiyyata alınması üçün təqdim edərsə, nişan sahibi qeydiyyata təqdim edilmiş nişana qarşı çıxmaq və ya onun ləğv edilməsinə və ölkə qanunvericiliyi ilə bu nəzərdə tutulmuşsa, həmin qeydiyyatın onun sahibliyinə verilməsi hüququna malikdir, bir şərtlə ki, həmin müvəkkil və ya nümayəndə (distributor) öz hərəkətinə bəraət qazandıran sübutlar təqdim etməsin. “Əmtəə nişanı və coğrafi göstəricilər haqqında” Qanunun 6-cı maddəsində qeyd edilir ki, aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır:...ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri)... “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları adlanan 5-ci bəndində qeyd edilir ki, aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar (işarələr) əmtəə nişanı kimi qeydə alınmır (Qanunun 6-cı maddəsinə uyğun olaraq):...b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq, Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları;... ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr, yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları... “Əmtəə nişanı və coğrafi göstəricilər haqqında” Qanunun 25-ci maddəsinə əsasən, əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Həmin Qanunun 29-cu maddəsində qeyd edilir ki, əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir:... Əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. Sadalanan normativ hüquqi aktların tələbinə görə iddiaçılara mənsub “Рачки- Морячки” adlı kombinasiya edilmiş əmtəə nişanı Azərbaycan Respublikasında qeydə alınmasa da, Azərbaycan Respublikasının qoşulduğu “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”na əsasən mühafizə olunur. Əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında oxşar əmtəələr onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır. Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə (distrubuterinə) onun istifadəsinə icazə verilmədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Əmtəə nişanı qüvvədə olduğu müddətdə “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə, şəhadətnamə etibarsız sayılır. “Paris Konvensiyası”nın üzv ölkəsi olan Azərbaycan Respublikasında nişan sahibi olan üçüncü şəxs əvvəllər həm də iddiaçıların Azərbaycan Respublikasında distributeri olmuş, onlara mənsub malların satışı və dağıtımı ilə məşğul olmuşdur. Məhkəmə iclasında “xxxx” MMC-nin nümayəndəsi iddiaçılar ilə aralarında qənnadı məmulatların təchizatı üzrə müqavilələr bağlandığını inkar edərək müqavilələrin etibarsız olduğunu bildirsə də buna dair sübut təqdim edə bilməmiş, bununla yanaşı iş materiallarından, tərəflərin izahatlarından, həmçinin inzibati orqanda həyata keçirilmiş icraat zaman toplanılmış icraat materiallarından da aydın olur ki, tərəflər arasında müqavilə münasibətləri olmuş və bu münasibətlər çərçivəsində təchiz olunan qənnadı məmulatları arasında iddiaçılara məxsus “Рачки-Морячки” konfetləri də olmuşdur. Məhkəmə araşdırması zamanı təqdim olunmuş sənədlər əsasında “Рачки-Морячки” adlı məhsulun iddiaçı tərəfindən “xxxx” MMC-yə göndərildiyi, yəni “xxxx” MMC tərəfindən ölkəyə idxal edildiyi müəyyən edilmişdir. Üçüncü şəxsə məxsus "Креветка карамель” əmtəə nişanı iddiaçılara mənsub “Рачки-Морячки” nişanın təqlidi olmuşdur. İddiaçıların üçüncü şəxsə verilmiş "Креветка карамель” nişanının qeydiyyatını etibarsız hesab edib onun tətbiqini qadağan etmək hüququ olmuşdur. Üçüncü şəxs iddiaçıların razılığı olmadan onlara mənsub konfetin təsvirindən istifadə etməklə Azərbaycan Respublikasının ərazisində onun istehsalı ilə məşğul olub qanunsuz olaraq əmtəə nişanı almışdır. “Haqsız rəqabət haqqında” Qanunun: - 1-ci maddəsinə görə haqsız rəqabət-bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətlərdir. - 4-cü maddəsinə əsasən, rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patentlisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi. Məhkəmə qeyd edir ki, üçüncü şəxs tərəfindən adı çəkilən Qanunun tələbləri pozularaq iddiaçının əmtəəsini özbaşına təqlid edərək ədalətsiz üsullarla üstünlük əldə etməyə çalışmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının 14.09.1995-ci ildən qoşulduğu “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın, 27.11.1998-ci qoşulduğu “Ədəbi və X9 haqqında” Bern Konvensiyasının müddəaları nəzərə alınmaqla iddiaçıların ərizəsi əsasında əmtəə nişanının qeydiyyatının ləğv edilməsindən cavabdeh orqanın imtinası əsassız olmuşdur. Ona görə də cavabdehin apelyasiya şurasının qərarının ləğv olunması və əmtəə nişanının üçüncü şəxsin adına qeydiyyata alınmasına dair şəhadətnamənin etibarsız sayılması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfındən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının A44-7 №-li, 17.12.2019-cu il tarixli qərarı ləğv edilməli və “Креветка карамель” (təsviri) əmtəə nişanının qeydiyyata alınmasına dair 2016 1207 nömrəli şəhadətnamə etibarsız hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının A44-7 №-li, 17.12.2019-cu il tarixli qərarı ləğv edilsin. “Креветка карамель” (təsviri) əmtəə nişanının qeydiyyata alınmasına dair 2016 1207 nömrəli şəhadətnamə etibarsız hesab edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-826/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-826/2021
10.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver