Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-826/2023 18.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X16, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X22, X23 və X34) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X22, X23 və X17 Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, ev 79/81-dən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, ev 79/81 iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzildə qeydiyyatda olan X22, X23 və X34 iddiaçının mülkiyyətidə olan mənzildə kirayədə yaşamış və 1991-ci ilə kimi kirayə haqqı ödəmiş, sonra isə ödənişi dayandırmışlar. O zamanlar Bakı şəhərində işə düzəlmək üçün qeydiyyat tələb olunduğundan ailə başçısı olmuş İntiqam İmanovun mənzilə qeydiyyata alınmasına etiraz etməmişdir. İntiqam İmanov vəfat etdiyindən avtomatik qeydiyyatdan çıxarılmışdır. Onun ailə üzvləri arvadı X22, övladları X23 və X34 isə bu günə kimi xüsusi mülkiyyətimdə olan mənzildə qeydiyyatdadırlar. Həmin şəxslər 4 ilə yaxındır ki, kirayədə yaşadıqları 2 otağın qapısını bağlayaraq oranı tərk etmişlər, lakin qeydiyyatları formal olaraq qalmışdır. X22, X23 və X17 hazırda faktiki olaraq harada yaşadıqlarını bilmir. X22, X23 və X17 mübahisəli ünvanda qeydiyyatda qalmalarının heç bir qanuni əsası yoxdur. Cavabdeh Yasamal Rayon Polis X1 mənə məxsus olan mənzildən qeydiyyatdan çıxarılmasından imtinası qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6658/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə X22, X23 və X34 İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat iddiaçılar X22, İmanova (Qasımova) Vüsalə İntiqam qızı və X17 cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icaatında olan e-2(004)-5233/2022 saylı mülki işə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” barədə iddia tələbinə dair iş üzrə icraat təzələnmişdir. İddiaçının nümayəndəsi X35 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək ünvan 2 ünvanından X22, X23 və X17 qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin ediməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslərin nümayəndəsi və vəkili iddiaya etiraz edərək iddia tələbinin mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********90 nömrəli məktubu ilə göndərilmiş fərdi yaşayış evi ilə bağlı hüquqmüəyyənedici sənədlərə əlavə edilmiş 12 noyabr 1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X4 mülkiyyətində olmuş Bakı şəhəri, M.Fətəli küçəsi, 79/81 №-li mülkün 4/5 hissəsinə nəvələri İddiaçı və X9 vərəsəlik hüququ tanınmışdır. Yasamal Rayon Xalq Məhkəməsinin 29 may 1997-ci il tarixli, 2-149 nömrəli qətnaməsinə əsasən X15, X29 və X18 Bakı şəhəri M.F.Axundov küçəsi 79/81 nömrəli ev üzərində mülkiyyət hüququnun müəyyən olunması barədə iddiaları rədd edilmişdir. Yasamal rayonu 61 saylı Mənzil Kommunal İstismarı Sahəsinin 01 sentyabr 2022ci il tarixli, 425 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 018- 18018İ-3222 nömrəli, 16 avqust 2022-ci il tarixli arayışa əsasən X22 21 oktyabr 1985-ci ildən hazıradək Yasamal rayonu X69 küçəsi 81 nömrəli ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır, qeydiyyata alınma əsaslarının saxlama müddəti bitdiyindən qanuna müvafiq qaydada məhv edilmiş və bu səbəbdən vətəndaş X.İmanovanın qeydiyyatı 24 avqust 2003-cü ildə şəxsiyyət vəsiqəsini dəyişdiyi tarixdən göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X69 küçəsi ünvanında yerləşən 816.30 kv.m sahəsi olan ev 79/81-in 4/5 hissədən bir hissəsi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına, 4/5 hissədən bir hissəsi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X8 adına, 1/5 hissədən bir hissəsi X5 adına, 1/5 hissədən bir hissəsi X6 adına, 1/5 hissədən bir hissəsi X12 adına, 1/5 hissədən bir hissəsi X10 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X69 küçəsi ünvanında yerləşən 816.30 kv.m sahəsi olan ev 79/81-in 4/5 hissədən bir hissəsi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına, 4/5 hissədən bir hissəsi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X11 adına (xx.xx.2023-cü il), 1/5 hissədən bir hissəsi X5 adına, 1/5 hissədən bir hissəsi X6 adına, 1/5 hissədən bir hissəsi X12 adına, 1/5 hissədən bir hissəsi X10 adına qeydiyyata alınmışdır. Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi Mənzil Kommunal 61 saylı İstismar sahəsinin xx.xx.2022-ci il tarixli 01 nömrəli Arayışında qeyd edilmişdir ki, verilir X70 ağa qızına ona görə ki, o həqiqətən M.Fətəli küçəsi 79/81 nömrəli evdə yaşayır. Bina xüsusi məxsusdur. Mülkiyyət sahibi yoldaşıdır. Daimi qeydiyyatda olanlar: 1941-ci il təvəllüdlü X70 ağa qızı (özü) 1983-cü ildən, 1969-cu il təvəllüdlü X37 (oğlu) 1989-cu ildən, 1970-ci il təvəllüdlü X30 (gəlini) 2004-cü ildən, 1997ci il təvəllüdlü X41 (nəvəsi), 2000-ci il təvəllüdlü X65 (nəvəsi), 2005-ci il təvəllüdlü X53 (nəvəsi), 1980-ci il təvəllüdlü X19 (qızı) 1997-ci ildən, 1981-ci il təvəllüdlü X24 (qızı) 1997-ci ildən, 2010-cu il təvəllüdlü X25 (nəvəsi), 2010-cu il təvəllüdlü X20 (nəvəsi), 2010cu il təvəllüdlü X42 (nəvəsi), 1949-cu il təvəllüdlü İddiaçı Oruc oğlu 1965-ci ildən, 1958-ci il təvəllüdlü X38 1984-cü ildən, 1984-cü il təvəllüdlü X35 (qızı) 2009-cu ildən, 1986-cı il təvəllüdlü X39, 2009-cu il təvəllüdlü X21, 2016-cı il təvəllüdlü X26. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli, 018- 5807-1222 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1958-ci il təvəllüdlü X22 xx.xx.2003-cü il, xx.xx.1986-cı il təvəllüdlü X23 xx.xx.2002-ci il və xx.xx.1989-cu il təvəllüdlü X34 xx.xx.2005-ci il tarixdən hal-hazıradək Bakı şəhəri, Yasamal rayonu, M.Fətəli küçəsi, ev 81 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Əlavə olaraq bildiririk ki, adları qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli, **********25 nömrəli məktubunda bildirilmişdir ki, X13, X14 və X2 ünvanda istifadə hüquqlarının qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Yasamal Rayon İcra Hakimiyyəti 61 Saylı Mənzil Mənzil Kommunal Təsərrüfatı Birliyi İstismarı Sahəsinin xx.xx.2022-ci il tarixli, 019 nömrəli məktubunda qeyd edilmişdir ki, X69 küçəsində yerləşən, Daşınmaz Əmlakın “Fərdi yaşayış evi” mülkiyyət növünə aid olan, ümumi sahəsi 816,30 kv.m-dən ibarət 2 mərtəbəli, 2 girişli yaşayış binası vaxtilə Bakı şəhəri İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən küçənin sıra sayına uyğun olaraq nömrələnmişdir. Yəni hər 2 girişdən birinin üzərinə 79/81, digərində 81 rəqəmi qeyd olunmuşdur. Yasamal RPİ, QŞV şöbəsi tərəfindən, adı çəkilən ünvanlardakı sakinlərin qeydiyyatla bağlı müraciəti əsasında verilmiş ******* və ******* №li arayışlarda da ünvanların nömrələri ayrı- ayılıqda aydın şəkildə göstərilmişdir. Hal-hazırda həmin ünvanlarda qeydiyyatda olan vətəndaşlar haqqında Yasamal RPİ, QvŞV şöbəsi tərəfindən verilmiş arayışları Sizə təqdim edirik. (2001-ci ildən etibarən vətəndaşların pasport qeydiyyatında Mənzil İstismar Sahələrinin iştirakı dayandırılması səbəbindən bu barədə dəqiq məlumat yoxdur). Həmin məktubla göndərilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, xx.xx.2014-cü il təvəllüdlü X43, xx.xx.1958-ci il təvəllüdlü X22, xx.xx.1980-ci il təvəllüdlü X44, xx.xx.1978-ci il təvəllüdlü X31, xx.xx.1989-ci il təvəllüdlü X34, xx.xx.2017-ci il təvəllüdlü X60 ünvan 7 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli, **********31 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, 79/81 saylı fərdi yaşayış evinin 1/5 hissədən bir hissəsi X5, 1/5 hissədən bir hissəsi X6, 1/5 hissədən bir hissəsi X12, 1/5 hissədən bir hissəsi X10, 4/5 hissədən bir hissəsi İddiaçı, 4/5 hissədən bir hissəsi isə X8 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, 79/81 saylı fərdi yaşayış evi ilə Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, 81 saylı fərdi yaşayış evi eynidir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli, **********21 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi, ev 79/81 və ünvan 8 ünvanları eynidir. Eyni zamanda bildiririk ki, Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi. 79/81 saylı fərdi yaşayış evi barədə Ünvan Reyestri İnformasiya Sistemində hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcraiyyə Komitəsinin Bakıda bələdiyyələşdirilməmiş olan evlərin reyestrindən (siyahısından) çıxarışda Kitab 195, səhifə 10311 X4 adına ev 81 qeydiyyata alınmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, e-2(004)- 5233/2022 saylı qətnaməsi ilə iddaçılar X13, X14, X17 cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair” tələbinə dair iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1486/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3106/2023 nömrəli xx.xx.2023cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1486/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, N 091-5900Q-3222 nömrəli məktubunda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Eyni zamanda bildiririk ki, Yasamal rayonu, X69 küçəsi ev 79/81 ünvanından X13, X14, X17 qeydiyyatdan çıxarılmaları ilə əlaqədar Siz mülki qaydada məhkəməyə müraciət edə bilərsiniz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Eyni Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına mane təşkil etməməlidir. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 215.3-cü maddəsinə əsasən paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: -215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; -215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd edilən 24 sentyabr 2020-ci il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə, Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:
1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir;
2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. İşin hallarından müəyyən olunur ki, Bakı şəhəri, Mirzə Fətəli küçəsi, 81 saylı ev 16 dekabr 1931-ci il tarixdən X4 mülkiyyətində olmuş, 12 noyabr 1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mülkün 4/5 hissəsinə nəvələri İddiaçı və X9 vərəsəlik hüququ tanınmışdır. Hazırkı halda İddiaçı mübahisələndirilən əmlakın 4/5 hissədən bir hissənin paylı mülkiyyətçisidir. İddiaçının qeydiyyatdan çıxarılmasını istədiyi üçüncü şəxslər X22, X23 və X27r. İş üzrə qeydiyyatdan çıxarılması ilə bağlı tələbə baxarkən yuxarıda qeyd edildiyi kimi üçüncü şəxslərin ilk növbədə həmin evə dair əmlak hüququnun olması baxımından yoxlama ilə müəyyən olunur ki, üçüncü şəxslərin sözügedən ünvanla bağlı hüququna mülki məhkəmə icraatında qanuni qüvvədə olan qətnamələrlə hüquqi qiymət verilmişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi üçüncü şəxslərin ailə üzvləri olan X40 iddiaçıya qarşı iddia qaldırmış və iddiasını onunla əsaslandırmışdır ki, 1981-ci ildən M.F.Axundov küçəsi, 81 nömrəli evin birinci mərtəbəsində iki otağa pasport qeydiyyatına düşməklə ailə üzvləri ilə orada yaşayır. Həmin otaqlarda təmir işləri aparmışdır. Yasamal Rayon Xalq Məhkəməsinin 29 may 1997-ci il tarixli, 2-149 nömrəli qanuni qüvvəsini almış qətnaməsinə əsasən o cümlədən X18 Bakı şəhəri M.F.Axundov küçəsi 79/81 nömrəli ev üzərində mülkiyyət hüququnun müəyyən olunması barədə iddiası rədd edilmiş və məhkəmə qeyd etmişdir ki, iddianın yalnız pasport qeydiyyatında olma, kommunal xərclərin ödənilməsi barədə qəbzlər mülkiyyət hüququnun müəyyən olunması üçün əsas ola bilməz. Bundan əlavə hazırkı halda X22, X23 və X3 Vaqif Orucəli oğluna qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Ysamal rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi 81 nömrəli evdən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, e-2(004)- 5233/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, lakin həmin qətnamədən hazırkı iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1486/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qətnaməsi birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Həmin qətnamədə apelyasiya məhkəməsi qeyd etmişdir ki: “Mübahisə predmeti olan ev İddiaçı mülkiyyətində olduğundan və sonuncuya vərəsəlik hüququ üzrə keçdiyindən həmin evdən istifadə hüququnun yaranması yalnız 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 01 sentyabr 2000-ci il tarixə kimi istifadə hüququnun yaranması ilə bağlı münasibətləri tənzimləyən 53 və 123cü maddəsinin şərtləri mövcud olduqda mümkündür. Birinci instansiya məhkəməsi də iddianı təmin edərkən məhz bu normalara istinad etmişdir. Həmin normaların şərtinə görə isə yaşayış sahəsindən istifadə hüququ mülkiyyətçinin ailə üzvünə və ya onunla birlikdə yaşayıb ümumi təsərrüfat aparan şəxslərə münasibətdə yaranır. Hazırkı mübahisə üzrə isə qeyd olunan şərtlərin heç biri mövcud deyildir. Yəni, iddiaçılar cavabdehin ailə üzvləri deyildir və sonuncu ilə birlikdə yaşayıb ümumi təsərrüfat aparması faktı da mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçıların mübahisəli evdən istifadə hüququ yaranmamışdır “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəaları, eyni zamanda sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun Qərarındakı hüquqi mövqe baxımından qeyd olunmalıdır ki, şəxsin qeydiyyatda olması faktı özlüyündə həmin ünvana dair hər hansı hüquq əldə etməyinə əsas ola bilməz. Belə ki, şəxsin yaşayış yeri qeydiyyata alınması dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məqsədi daşımaqla dövlətlə vətəndaş arasındakı çatımlılığı təmin edən vasitədir. Elə buna görə də, bu cür qeydə alınma məhdud əşya hüququ mənasında istifadə oluna bilməz.” Adıçəkilən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1486/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3106/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi üçüncü şəxslərin mübahisəli ünvana hər hansı əmlak, istifadə hüququnun olmadığına dair qanuni qüvvədə olan məhkəmə qətnamələri mövcuddur. Qeydiyyatdan çıxarılma ilə bağlı mübahisənin həllinə dair digər hal-faktiki yaşama ilə bağlı məsələyə gəlincə də işin mübahisəsiz halıdır ki, üçüncü şəxslər mübahisəli ünvanda yaşamırlar, iddia olunan evdə iddiaçı və onun ailə üzvləri yaşayırlar. Beləliklə, yuxarıda qeyd edilən qanun normalarının və Konstitusiya Məhkəməsinin mövqeyinə uyğun olaraq məhkəmə bu nəticəyə gəlir ki, üçüncü şəxslər iddiaçı ilə birlikdə yaşamayan, ona məxsus evə dair əmlak hüquqları olmayan şəxs (lər) olduğundan iddiaçı onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə üçüncü şəxslərin etirazlarının əsası kimi iddia etdikləri iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi ünvanla üçüncü şəxslərin qeydiyyatda olduqların ünvanların fərqli olmasına gəlincə məhkəmə qeyd edir ki, iddiaçının üçüncü şəxsləri mülkiyyətində olan əmlaka aid 79/81 (və ya 81) ünvanından çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, bu məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1486/2023 nömrəli, 17 mart 2023-cü il tarixli qətnaməsində də qeyd edilmişdir ki: qanuni qüvvəyə minmiş Bakı Şəhər Məhkəməsinin 12 dekabr 1997-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə texniki-tikinti ekspertinin rəyinə əsasən M.Fətəli küçəsi 79/81 nömrəli ev bir bünövrə üstündə tikilməklə yaşayış otaqlarından və məsciddən ibarətdir. Göstərilən mülk bütövlükdə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı və qeyrilərinin xüsusi mülkiyyətinə keçmiş və qeydiyyat vəsiqəsi almışlar. Eyni zamanda iş materiallarına əlavə edilmiş Bakı şəhər İcraiyyə Komitəsinin Bakıda bələdiyyələşdirilməmiş olan evlərin reyestrindən (siyahısından) çıxarışda həmin ev eyni zamanda ev 81 ünvanı olaraq da ilkin mülkiyyətçisi X4 adına qeydiyyata alınmışdır. Həmçinin, Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 26 avqust 2022-ci il tarixli, **********31 nömrəli və xx.xx.2022-ci il tarixli, **********21 nömrəli məktubunda da qeyd olunmuşdur ki, ... Bakı şəhəri Yasamal rayonu M.F.Axundov küçəsi 79/81 nömrəli fərdi yaşayış evi ilə ünvan 14 ünvanları eynidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının onun paylı mülkiyyətçisi olduğu daşınmaz əmlakın üçüncü şəxslərdən mülkiyyət hüququnun müdafiəsi ilə bağlı istər daşınmaz əmlakın dövlət reyestrində əmlakın qeydiyyata alındığı ünvan-ev 79/81 ünvanı üzrə, istərsə də eyni əmlak olması əsası ilə lakin daxili işlər orqanı tərəfindən üçüncü şəxsləri qeydiyyata aldığı ev 81 ünvanı üzrə hər hansı əşya hüququ müəyyən olunmadığından həmin ünvandan cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməsi mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1958-ci il təvəllüdlü X22, xx.xx.1986-cı il təvəllüdlü X23 və xx.xx.1989-cu il təvəllüdlü X17 ünvan 16 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddia tələbi təmin edilsin. X22, X23 və X17 ünvan 16 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova