Məhkəmə qərarları › İş №2-1(112)-8260/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8260/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8260/2022 03.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi və vəkili X2, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsininə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********6832 saylı və **********6835 saylı qərarların ləğv edilməsi” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, vergi orqanı xx.xx.2021-ci il tarixli qərarı ilə müəssisədə yoxlama keçirilmiş və bugünə qədər akt təqdim edilməmişdir. Bu aktla əlaqədar xx.xx.2021 -ci il tarixində şöbə rəisi və rəhbər vəzifəli şəxslər müəssisənin nümayədəsini İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə dəvət etmişdir. Dəvət edən zaman Pərviz və Ziya adlı şəxlər nümayəndələrinə əsassız və riyazi nöqsanlara yol verilmiş cədvəllərlə məlumat təqdim etmiş, lakin araşdırma zamanı həmin şəxslərin tərtib etdiyi cədvəl əsassız və səhv olduğu müəyyən edilmişdir. Göstərilənlərə baxmayaraq Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2021-ci il tarixininə qədər keçirilmiş yoxlamanın aktını təqdim etməmiş və xx.xx.2021 tarixində isə yenidən eyni məzmunda yoxlama üçün gəlmişlər. xx.xx.2021-ci il tarixli qərarla akt tərtib edilməmiş, lakin yeni qərarlara (xx.xx.2021-ci il tarixli **********9745 nömrəli, xx.xx.2021-ci il tarixli **********9744 nömrəli, xx.xx.2021-ci il tarixli **********0074 nömrəli) əsasən isə akt təqdim edilmişdir. Aktla razı olmadıqları üçün aktı imzalamaqdan imtina etmişlər. Vergi orqanı bütün şikayətlərinə xx.xx.2021-ci il tarixli **********211000 nömrəli müraciətə baxılması barədə məktubda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" xx.xx.2021-ci il tarixli **********9744, **********9745 və **********0074 nömrəli qərarlarına əsasən müəssisəyə (VÖEN: **********) məxsus Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şoxssesi, 3-cü köndələn küçəsi, 2090-cı məhəllə, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov 10G və Bakı şəhəri, Qaradağ rayonu, X6 hissəsi ünvanlarında yerləşən təsərrüfat obyektlərində malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında taqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2021-il tarixdən xx.xx.2021 il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) olan dövr üzrə operativ vergi nəzarəti həyata keçirildiyi bildirilmiş, vergi nəzarəti başa çatdıqdan sonra Vergi Məcəlləsinin 39-cu maddəsinin tələblərinə uyğun olaraq vergi yoxlaması aktı tərtib edilərək təqdim ediləcəkdir məzmunlu cavab verilmiş və 195 çağrı mərkəzinə müraciət edilməsi tövsiyə edilmişdir. Hesab edilir ki, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********6832 saylı və **********6835 saylı qərarları qanunsuz və əsassız olaraq qəbul edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.5-cü maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Həmin Məcəllənin 15.1.1-ci maddəsinə əsasən vergi orqanlarından qeydiyyat (uçot) yeri üzrə qüvvədə olan vergilər və onların ödənilməsi qaydasını və şərtlərini tənzimləyən normativ hüquqi aktlar, vergi ödəyicilərinin hüquq və vəzifələri, vergi orqanlarının və onların vəzifəli şəxslərinin səlahiyyətləri haqqında əvəzsiz olaraq yazılı məlumat almaq; Həmin Məcəllənin 15.1.4-cü maddəsinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək; Həmin Məcəllənin 15.1.9-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək; Həmin Məcəllənin 24.0.10-cu maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə; Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin. vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

3. Cavadeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı iddia ərizəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********6832 saylı və **********6835 saylı qərarların qanunsuz olmasını bu səbəblə əsaslandırmışdır ki, vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli qərara əsasən vergi ödəyicisinin obyektində yoxlama keçirilmiş, lakin hər hansı bir akt tərtib edilməmiş, müəssisəyə təqdim edilməmişdir. Baş İdarə tərəfindən xx.xx.20121-ci il tarixdə yenidən eyni məzmunda yoxlama açılmışdır. İddiaçı xx.xx.2021-ci il tarixli qərara əsasən hər hansı akt tərtib edilmədiyindən xx.xx.2022-ci il tarixli **********6832 saylı və **********6835 saylı qərarların ləğv olunmasını tələb etmişdir. İddia ərizəsində qeyd olunanlara münasibətdə bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli **********6832 saylı qərar xx.xx.2021-ci il tarixli DVX№001856 seriyalı AKT əsasında, **********6835 saylı qərar isə xx.xx.2021-ci il tarixli DVX№001819 seriyalı AKT əsasında qəbul edilmişdir. Hər iki akt iddiaçıya təqdim edilmiş, iddiaçının direktoru X7 heç bir əsaslı səbəb göstərmədən hər iki yoxlama üzrə tərtib edilmiş aktı imzalamaqdan imtina etmişdir. İşin mahiyyəti ilə bağlı aşağıdakılar qeyd edilmişdir: Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********9744 saylı qərarına əsasən "xxxx" MMC üzrə malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məqsədi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Baş İdarənin xx.xx.2021-ci il tarixli **********9758 saylı Tələbnaməsinə əsasən operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi vergi ödəyicisindən tələb edilmişdir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsində göstərilənlərlə əlaqədar bildirilmişdir ki, “Vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli DVX№001856 seriyalı AKT-a əsasən İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi 3-cü köndələn k-si 2090-cı məhəllədə yerləşən topdansatış obyektində operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı vergi əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə saat 16:20-də malların sayılması zamanı alış qiymətinə əsasən ümumi dəyəri 2048455,38 manat məbləğində mal qalığının olduğu müəyyən edilmiş, vergi ödəyicisinin elektron qaimə fakturasına, idxal gömrük bəyannaməsi və alış aktlarına əsasən üzləşdirilmə aparılmış, nəticədə 521248,83 manat dəyərində malların sənədlərlə əksini tapmadığı müəyyən edilmişdir (siyahı əlavə olunur). Baş İdarənin xx.xx.2022-ci il tarixli **********6832 saylı qərarına əsasən, İddiaçı MMC Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaiməfaktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil- qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaiməfaktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadığına görə 52128,48 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş, xx.xx.2022-ci il tarixədək 52128,48 manat məbləğin büdcəyə ödənilməsi tələb edilmişdir. Baş İdarənin xx.xx.2021-ci il tarixli **********0074 saylı qərarına əsasən "xxxx" MMC üzrə malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məqsədi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il daxil olmaqla) operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsində göstərilənlərlə əlaqədar bildirilmişdir ki, “Vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli DVX№001819 seriyalı AKT-a əsasən İddiaçı MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, X6 hissəsində yerləşən anbarında operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı vergi əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə saat 10:50-də malların sayılması zamanı alış qiymətinə əsasən ümumi dəyəri 654825,24 manat məbləğində mal qalığının olduğu müəyyən edilmiş, vergi ödəyicisinin elektron qaimə fakturasına, idxal gömrük bəyannaməsi və alış aktlarına əsasən üzləşdirilmə aparılmış, nəticədə 136489,51 manat dəyərində malların sənədlərlə əksini tapmadığı müəyyən edilmişdir (siyahı əlavə olunur). Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********6835 saylı qərarına əsasən, İddiaçı MMC Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadığına görə 13648,95 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş, xx.xx.2022-ci il tarixədək 13648,95 manat məbləğin büdcəyə ödənilməsi tələb edilmişdir. Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Həmin Məcəllənin 50.1.12-ci və 50.1.13-ci maddələrinə əsasən, vergi orqanları malların bu Məcəllə ilə müəyyən edilən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına və pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi məsələləri üzrə operativ vergi nəzarətini həyata keçirirlər. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdikləri işin faktiki hallarını əks etdirmədiyindən və formal mülahizələrdən ibarət olduğundan təmin edilə bilməz. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Həmin Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir.

4. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli №**********6832 qərarına əsasən "xxxx" MMC-də (Ünvanı: AZ 1007, Bakı Şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm, ev.61. VÖEN:**********) keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2021 tarixli 001819 №-li akl(lar)ına, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta uyğun olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 52128,48 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

5. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli №**********6835 qərarına əsasən "xxxx" MMC-də (Ünvanı: AZ 1007, Bakı Şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm, ev.61. VÖEN:**********) keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2021 tarixli 001819 №-li akl(lar)ına, eləcə də Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta uyğun olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 13648,95 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

6. Operativ vergi nəzarəti tədbiri iddiaçıya məxsus iki ayrı ünvanda – Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi ev 3-cü Köndələn küçəsi (**********-15001-anbar) və X3 (Bakı şəhəri, Qaradağ rayonu, X6 hissəsi) aparılmışdır.

7. Bununla əlaqədar, məhkəmənin 2-1(112)-6507/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli **********6832 saylı və **********6835 saylı qərarların ləğv edilməsi” tələbi üzrə inzibati işdən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “xx.xx.2022-ci il tarixli **********6835 saylı qərarın ləğv edilməsi” tələbi üzrə icraat ayrılmışdır.

8. Odur ki, hazırkı iş ADİS AZERBAİJAN MMC-yə məxsus olan AZ1010 Bakı şəhəri, Qaradağ rayonu, X6 hissəsində operativ vergi nəzarətinin nəticələrinə dair xx.xx.2022-ci il tarixli **********6835 saylı qərarın ləğv edilməsi ilə bağlıdır.

9. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********0074 nömrəli qərara əsasən ADİS AZERBAİJAN MMC-yə məxsus olan AZ1010 Bakı şəhəri, Qaradağ rayonu, X6 hissəsində yerləşən anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim ediməsi üçün malların təsərrüfat subtektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzaərt edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi, vergi nəzarətinin vergi xidməti müşaviri X8 və kiçik vergi xidməti müşaviri X1 tərəfindən həyata keçirilməsi qərara alınmışdır.

10. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən, iddiaçıya məxsus Az1010 Bakı şəhəri, Qaradağ rayonu, X6 hissəsi (Anbar-fəaliyyət növü topdansatış) ünvanında xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə operativ vergi nəzarəti keçirilməlidir.

11. Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron-qaimə faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021-ci il tarixli DVX№001819 nömrəli akta əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixdə qeyd edilən obyektdə (Az1010 Bakı şəhəri, Qaradağ rayonu, X6 hissəsi) mallan sayıldı, alış qismətinə əsasən 654825,24 manatlıq malın olduğu müəyyən olundu. YGB invoysları, alış aktları və elektron-qaimə fakturalarına əsasən üzləşmə aparıldı, həmin mallardan 136489,51 manatı sənədlərlə öz təsdiqini tapmadı. Bununla əlaqədar, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən 13648,95 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.

12. Bakı şəhəri, Qaradağ rayonu, X6 hissəsində anbarda Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və elektron qaimə-faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tətrib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların xx.xx.2021-ci il tarixli DVX№005008 siyahısına əsasən müxtəlif ölçülərdə yapışqanlı faner müəyyən olunmuşdur.

Malın qiyməti Elektron qaiməfaktura, idxal s/s Malın adı Fərqləndirici Ölçü Cəmi Alış satış gömrük əlaməti vahidi miqdarı bəyannaməsi Vahidin Cəmi Vahidin Cəmi əsasında qiyməti məbləğ qiyməti məbləğ alınmayan malın (manat) adı 1 Yapışqanlı 1,52x1,52x0,01 m3 96,11 535,31 51450,15 14480,13 faner 10 mm 1525x1525 2 Yapışqanlı faner 1,52x1,52x0,014 m3 257,21 641,39 164972,11 0,00 14 mm 1525x1525

3 Yapışqanlı 1,52x1,52x0,018 m3 236,05 647,76 152903,99 65387,73 faner 18 mm 1525x1525

4 Yapışqanlı faner 1,52x1,52x0,015 m3 104,70 610,66 63933,75 0,00 15 mm 1525x1525

5 Yapışqanlı faner 1,52x1,52x0,006 m3 20,09 613,74 12327,96 0,00 6 mm 1525x1525 6 Yapışqanlı faner 1,52x1,52x0,005 m3 67,65 817,04 55271,63 0,00 5 mm 1525x1525 7 Yapışqanlı faner 1,52x1,52x0,003 m3 43,25 795,35 34399,32 0,00 3 mm 1525x1525 8 Yapışqanlı faner 1,52x1,52x0,017 m3 43,36 604,19 26198,44 0,00 17 mm 1525x1525

9 Yapışqanlı 1,52x1,52x0,012 m3 12,53 501,03 6278,74 6278,74 faner 12 mm 1525x1525

10 Yapışqanlı faner 1,52x1,52x0,011 m3 0,91 612,55 560,44 0,00 11 mm 1525x1525 11 Yapışqanlı 1,52x1,52x0,0021 m3 35,83 1405,00 50342,91 50342,91 faner 21 mm 1525x1525

12 Yapışqanlı faner 1,52x1,52x0,015 m3 51,00 709,53 36185,80 0,00 15 mm 1525x1525

Cəmi 968,69 654825,24 136489,51

13. Vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə məlumata əsasən, Elchin Mamedov İddiaçı MMC-nin icraçı direktoru vəzifəsində işləyir.

14. İddiaçı MMC-nin icraçı direktoru tərəfindən imzalanmış və operativ vergi nəzarəti nəzarəti zamanı təqdim edilmiş siyahıya əsasən Bakı şəhəri, Qaradağ rayonu, X6 hissəsində (Abşeron Logistika müvəqqəti saxlanc anbarı) yuxarıda qeyd edilən cədvələ uyğun olaraq müxtəlif ölçüdə cəmi 968,69 m3 yapışqanlı faner olduğu qeyd edilmişdir.

15. Beləliklə, qeyd edilən cədvələ uyğun olaraq elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi əsasında alınmayan mallar kimi xx.xx.2021-ci il tarixli DVX№005008 Siyahıda 1-ci sırada qeyd edilən yapışqanlı faner 10 mm adlı mal üzrə dəyəri 14480,13 manat, 3-cü sırada qeyd edilən yapışqanlı faner 18 mm adlı mal üzrə dəyəri 65387,73 manat, 9-cu sırada qeyd edilən yapışqanlı faner 12 mm adlı mal üzrə dəyəri 6278,74 manat, 11-ci sırada qeyd edilən yapışqanlı faner 21 mm adlı mal üzrə dəyəri 50342,91 manat olmaqla cəmi 136489,51 manatlıq mal müəyyən edilmişdir.

16. Operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021-ci il tarixli 001819 nömrəli akta uyğun olaraq Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********6835 nömrəli qərara əsasən İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 13648,95 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

17. Məhkəmə iclasında izahat verən yoxlayıcı vergi xidməti müşaviri X8 bildirdi ki, mallar İddiaçı MMC-nin icraçı direktoru tərəfindən imzalanmış və operativ vergi nəzarəti nəzarəti zamanı təqdim edilmiş siyahıya uyğun olaraq yerində yoxlandı və malların üzərində ölçüləri haqqında məlumat olduğu üçün yoxlama zamanı hər hansı qarışıqlıq yarada biləcək hal olmadı. İdxal gömrük bəyannaməsində, eləcə də alış aktlarında və mal qalığı üzrə bütün mallar ölçüləri ilə təqdim olunub. Odur ki, hesablama sadə riyazi metodla aparılıb. Belə ki, il ərzində idxal olunmuş olunmuş mallarla bazardan alış aktı əsasında alınan mallar və ilin sonuna qalıq mallar toplandıqda aktda qeyd edilən cədvələ uyğun olaraq elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi əsasında alınmayan mallar kimi 1-ci sırada qeyd edilən yapışqanlı faner 10 mm adlı mal üzrə dəyəri 14480,13 manat, 3-cü sırada qeyd edilən yapışqanlı faner 18 mm adlı mal üzrə dəyəri 65387,73 manat, 9-cu sırada qeyd edilən yapışqanlı faner 12 mm adlı mal üzrə dəyəri 6278,74 manat, 11-ci sırada qeyd edilən yapışqanlı faner 21 mm adlı mal üzrə dəyəri 50342,91 manat olmaqla cəmi 136489,51 manatlıq mal müəyyən edilmişdir. Yəni idxal edilmiş və satın alınmış mallarla satılmış mallar və mövcud mal qalığı müqayisə edilərkən faktiki olaraq qeyd edilən artıq mallar müəyyən edilmişdir ki, həmin malların elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi əsasında alınmasına dair sənədlər təqdim edilməmişdir. Vergi ödəyicisinin elektron qaimə fakturasına, idxal gömrük bəyannaməsi və alış aktlarına əsasən üzləşdirilmə aparılmış, nəticədə 136489,51 manat dəyərində malların sənədlərlə əksini tapmadığı müəyyən edilmişdir.

18. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

19. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

20. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

21. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərarlar inzibati aktdır.

22. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

23. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

24. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır, iddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

25. Vergi Məcəlləsindən: 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.6. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək; 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək;

26. Mübahisələndirilən qərarda göstərilən sənədlərlə təsdiqlənməyən malların mövcudluğu məhz iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilən anbardakı malların siyahısına uyğun olaraq üzləşdirilərək müəyyən edilmişdir.

27. İddia tələbində qərarın qanunsuz və əsassız olduğu bildirilsə də, qanunsuzluğun nədə ifadə olunduğuna dair dəlillər nə iddia ərizəsində, nə də məhkəmə araşdırılması zamanı bildirilməmiş, iddia tələbi formal mülahizələrə əsaslanmışdır.

28. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

29. Məhkəmə qeyd edir ki, cavabdeh qurum mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin, yəni sənədlərlə təsdiq edilməyən malların mövcudluğunu sübut etmişdir.

30. Belə ki, cavabdeh tərəfindən mübahisələndirilən qərarların qəbul edilməsi üçün əsas olan sənədlərin surətləri, cədvəllər və fotoşəkillər məhkəməyə təqdim edilmişdir (Sənədlərin həcmi böyük olduğu disk iş materiallarına əlavə edilmişdir). Qeyd edilən mallara dair iddiaçı tərəfindən təqdim edilən sənədlər cavabdeh tərəfindən təqdim edilən diskdəki cədvəllərlə müqayisəli nəzərdən keçirilmiş və xx.xx.2021-ci il tarixli DVX№005008 Siyahı və xx.xx.2021-ci il tarixli DVX№001819 AKT-da qeyd edilən məlumatlarda uyğunsuzluq müəyyən edilməmişdir. Odur ki, elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi əsasında alınmayan mallar kimi cəmi 136489,51 manatlıq mal müəyyən edilməsinə dair cavabdeh qurumun qənaətini təkzib edən hal yoxdur.

31. Vergi Məcəlləsindən: 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaiməfaktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında.

32. Məhkəmə nəzərə alır ki, mübahisələndirilən qərarda göstərilim malların vahidinin qiyməti iddiaçı tərəfindən yoxlayıcıya təqdim edilmiş siyahıdakı qiymətlərdən daha aşağı qiymətlərlə nəzərə alınmış, nəticə etibarilə sənədlərlə təsdiq edilməyən mal qalığının ümumi məbləği üç halda daha aşağı, bir halda eynidir (Qərarın qəbul edilməsi üçün əsas olan xx.xx.2021-ci il tarixli DVX№005008 Siyahı və xx.xx.2021-ci il tarixli DVX№001819 seriyalı AKT-da 1-ci sırada qeyd edilən yapışqanlı faner 10 mm adlı malın vahidinin (m3) qiyməti 535,31 manat, təqdim edilən siyahıda 780 manat, 3-cü sırada qeyd edilən yapışqanlı faner 18 mm adlı malın vahidinin (m3) qiyməti 647,76 manat, təqdim edilən siyahıda 1048 manat, 9-cu sırada qeyd edilən yapışqanlı faner 12 mm adlı malın vahidinin (m3) qiyməti 501,03 manat, təqdim edilən siyahıda 1110 manat manat, 11-cı sırada qeyd edilən yapışqanlı faner 21 mm adlı malın vahidinin (m3) qiyməti 1405 manat, təqdim edilən siyahıda da 1405 manat).

33. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

34. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar