Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8267/2024 25.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi ilə, iddiaçılar İddiaçı1, İddiaçı3 və X6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Cavabdeh2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “daşınmaz əmlakın dövlət resyestrində aparılmış qeydin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3 və X10 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Şinçi” b/y-nın 67 saylı bağ sahəsinin dövlət qeydiyyatına əsas olmuş protokolun, Dövlət Reyestr Xidmətinin reyestr kitabında dövlət qeydiyyatı ilə bağlı aparılmış qeydlərin etibarsız hesab edilməsi və Cavabdeh2 adına olan RX seriyalı ******* №li, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli “Çıxarış”ın ləğv edilməsi vəzifəsinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə vəzifə kimi qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddianı onunla əsaslandırmışlar ki, mərhum ataları X9 uzun müddət Bakı “Şin” zavodunda elektrik-mühəndis vəzifəsində işləmiş, xx.xx.1988-ci il tarixdən “Şinçi” bağçılıq-yoldaşlıq cəmiyyətinə üzv qəbul edilmiş və sonradan “Şinçi” bağçılıq-yoldaşlıq cəmiyyətinin sədri seçilərək ömrünün sonunadək həmin cəmiyyətin sədri olmuşdur. P.Z.İbrahimovun işlədiyi dövrdə ona “Şinçi” bağçılıq - yoldaşlıq cəmiyyətinə məxsus Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən torpaq sahəsindəki 66,66A və 67,67A saylı bağ sahələri verilmişdir. Hər bir nömrə altında yerləşən bağ sahəsinin ümumi sahəsi 600 kv.m-dən ibarət olmuşdur. P.Z.İbrahimov 1988-ci ildə ona verilmiş 67 saylı bağ sahəsində 8 otaqlı bağ (fərdi yaşayış) evi tikmişdir. Hətta həmin evin tikintisi üçün bankdan kredit də götürülmüşdür. O, ünvan 1 ünvanında olan mənzilini satmış və ona verilmiş 66 və 66A saylı bağ sahələrində təsərrüfat otağı, sahəsi 81.1 kv. m. olan tövlə də tikdirmişdir. Sözügedən bağ evi keçmiş Əzizbəyov rayon XDS İK-nin (indiki Xəzər rayon İcra Hakimiyyəti) 17/310 saylı, xx.xx.1987-ci il tarixli qərarı əsasında tikilmişdir. Qeyd olunan bağ evinin və 1200 kv. m-dən ibarət torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi idarəsində dövlət qeydiyyatına alınmasından ötrü Xəzər rayon İcra Hakimiyyəti 797 saylı, xx.xx.2008-ci il tarixdə sərəncam vermişdir. P.Z.İbrahimov xx.xx.2017-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi idarəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Şinçi” bağçılıq-yoldaşlıq cəmiyyətinin 0.12 ha-dan ibarət 66 və 66A saylı bağ sahəsinin real bazar dəyərinin müəyyənləşdirilməsinə dair arayış verilməsini xahiş etmiş, cavabdeh təşkilatın müvafiq arayışına əsasən obyektin xx.xx.2017-ci il tarixinə bazar dəyəri 18 000 (on səkkiz min) manat məbləğində qiymətləndirilmişdir. P.Z.İbrahimov xx.xx.2017-ci il tarixdə vəfat etdikdən sonra böyük qardaşları olan Cavabdeh2 “Şinşi” bağçılıq-yoldaşlıq cəmiyyətinin möhürünü və cəmiyyətin digər bütün sənədlərini evdən götürüb özündə saxlamış və bundan sonra mərhum atalarına və özünə aid olan bağçının üzvlük kitabçalarını (dublikatını) və digər sənədləri latın qrafikası ilə yazaraq saxtalaşdırmışdır. Bu dəlili P.Z.İbrahimovun adına olan 67/67A saylı bağ sahəsinə dair bağçının üzvlük kitabçası və Cavabdeh2 adına olan 67 saylı bağ sahəsinə dair bağçının üzvlük kitabçasından açıq-aşkar seyr etmək mümkündür. Belə ki, hər iki bağçının üzvlük kitabçaları Cavabdeh2 tərəfindən saxtalaşdırılmış və bunun əsasında da Cavabdeh2 67 saylı bağ sahəsini dövlət qeydiyyatına aldıraraq, adına xüsusi mülkiyyəti təsdiq edən “Çıxarış” almışdır. Halbuki, 1988-ci ildə və ondan əvvəlki dövrdə kiril əlifbası qüvvədə idi və bağçının üzvlük kitabçaları latın qrafikası ilə yox, kiril əlifbası ilə yazılmalı idi. Həqiqətdə isə Cavabdeh2 1981-1987-ci illərdə Moskva şəhərində X3 əyani təhsil almış və təhsilini bitirdikdən sonra 1987-1990-cı illərdə Azərbaycan İnşaat İnstitutunda işləmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universitetinə edilmiş sorğu əsasında əldə edilən 85 saylı, xx.xx.2023cü il tarixli cavab məktubundan da görünür ki, Cavabdeh2 xx.xx.1987-ci il, 367 1/p saylı əmrlə Azərbaycan X1 tələbələrin hazırlıq fakültəsinə baş lobarant vəzifəsinə işə düzəlmiş, xx.xx.1988-ci il, 114 1/p saylı əmrlə həmin fakültəyə Rus dili müəllimi vəzifəsinə keçmiş, xx.xx.1990-cı il, 430 1/p saylı əmrlə öz xahişi ilə işdən azad olunmuşdur. "Şin" zavodunun işçisi olmadan ona heç cür bağ sahəsi verilə bilməzdi. Həqiqətdə onun həyat yoldaşı X2 600 kv.m olan 81 saylı bağ sahəsi verilmişdir. Şin zavodu tərəfindən Cavabdeh2 adına 1988-1992-ci illərdə heç bir bağ sahəsi verilməmişdir. Göstərilən tarixlərdə “Şin” zavodunda bizim kiçik qardaşımız X11 işləmişdir. O dövrdə əmrlər rus dilində və kiril əlifbası ilə yazıldığına görə ola bilsin ki, X8 (rus dilində A.P.İbrahimov) adına olan məlumatlar cavabdeh qardaşımız Cavabdeh2 (rus dilində A.P.İbrahimov) ilə səhv düşsün. 1991-ci ildən müstəqillik əldə olunduqdan sonra ölkədə latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında 1991-ci ildə qəbul olunmuş qanun ilə Azərbaycan dilində yazı latın qrafikası ilə aparılmağa başlamışdır. Lakin xx.xx.2001-ci ildən isə bütövlükdə Azərbaycan əlifbasına keçidlə bağlı Azərbaycan Respublikasının Prezidenti mərhum Heydər Əliyev xx.xx.2001-ci ildə 552 saylı Fərman imzalamışdır. Cavabdeh 67 saylı bağ sahəsinə "Çıxarış" alan zaman mərhum P.Z.İbrahimovun övladları - qanuni vərəsələri 6 nəfər (3 oğlu, 2 qızı və həyat yoldaşı) olmasına baxmayaraq, 66 və 66A saylı bağ sahəsinin (600 kv.m + 600 kv.m=1200 kv.m) yalnız 1000 kv.m (0.10 ha) hissəsi İddiaçı1 mülkiyyətinə verilmiş (xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli "Çıxarış"), digər 200 kv.m (0.02 ha) hissəsi isə Cavabdeh2 adına keçirilərək, sürüşmə yolu ilə 67 saylı bağ sahəsinə birləşdirilmiş və cavabdehin adına dövlət qeydiyyatına alınmışdır. Təəsüflər olsun ki, həmin bağ sahəsinə dair kadastr planı alarkən Cavabdeh2 ADT və XK-nin Bakı şəhər şöbəsinin müdiri cənab N.A.Məlikova ərizə ilə müraciət edərək bildirmişdir ki, Xəzər rayonu, Zirə qəsəbəsi bağlar massivində "Şinçi" bağçılıq-yoldaşlıq cəmiyyəti tərəfindən ona verilmiş bağ-torpaq № 67 saylı sahənin kadastr planı çıxarılarkən, Cavabdeh2 səhvi nəticəsində uyğunsuzluq olmuş, sahəyə yenidən baxış keçirilməsini və kadastr planını ləğv edib, öz vəsaiti hesabına torpağın planı və ölçüsünün yenidən işlənməsini xahiş etmişdir. Bundan əlavə Cavabdeh2 2010-cu ildə Bakı şəhəri, Zirə qəsəbəsində yerləşən 67- 67A saylı bağ sahələrinin dövlət qeydiyyatına alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, sonradan təqdim edilən sənədlərin geri qaytarılması ilə bağlı xx.xx.2010-cu il tarixdə müraciət olunan idarəyə ərizə ünvanlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinin xx.xx.2010-cu il tarixli, 09/25307/İ-699 saylı məktubu ilə vətəndaş Cavabdeh2 cavab verilmişdir ki, onun adına idarənin arxivində 67-67A saylı bağ sahəsi aşkar edilməmişdir. Buradan sual doğur, əgər Cavabdeh2 adına 67-67A saylı bağ sahəsi aşkar edilməmişdirsə, onda 67 saylı bağ sahəsi hansı yolla onun adına dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi cavabdeh sonradan yalnız sənədləri saxtalaşdırmaqla bunu həyata keçirmişdir. Burada qeyd etmək yerinə düşərdi ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək onların arxivləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilmişdir. (№ 2186) Həmçinin Bakı şəhər icra Hakimiyyəti Aparatının BağlarTəsərrüfatının İnkişafı və istismarı Birliyi 2007-ci ildə ləğv edilərək arxiv materialları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verilmişdir. Daha sonra Zirə qəsəbəsi bağlar massivində yerləşən "Şinçi" bağçılıq- yoldaşlıq cəmiyyətinə aid torpaq sahələrinin iki ədəd müxtəlif və ziddiyətli bölgü sxemini misal gətirərək deyə bilərik ki, bir bölgü sxemi kiril əlifbası ilə yazılaraq daha əvvəlki dövrə təsadüf etməsi ehtimalını yaradır və həmin bölgü sxemində 66, 66A, 67 və 67A nömrəli bağ sahələrinin ölçüləri və forması müqayisə olunmayan bir başqa formada tərtib edilmiş, bölgü sxeminin aşağı hissəsində texniki göstəricilərin cədvəli göstərilmişdir. Həmin bağ sahələrinin göstəricilərinə dair digər bir bölgü sxemi isə latın qrafikası ilə yazılmaqla 66, 66A, 67 və 67A saylı bağ sahələrinin ölçüləri və forması müqayisə olunmayan tam başqa bir formada tərtib edilmiş və bölgü sxeminin aşağısında texniki göstəricilərini əks etdirən cədvəl kəsilərək götürülmüşdür. Buda saxtalaşdırmanın bariz nümunəsidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-31700/2023 **********12 saylı, xx.xx.2023-cü il tarixli məktubu ilə Bakı şəhəri 4 saylı Vəkil bürosunun sorğusuna cavabda göstərilir ki, ünvan 2 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi xx.xx.1994-cü il tarixli, 9 nömrəli protokoldan çıxarış, üzvlük kitabçası və X12 kitabında 3679 nömrə ilə uçota alınmış xx.xx.2007-ci il tarixli torpaq sahəsinin Kadastrı planı əsasında xx.xx.2017-ci il tarixdə X5 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 33 saylı notariat kontorunda təsdiq edilmiş 2V-53 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında sözügedən bağ sahəsinin 0.10 ha hissəsi İddiaçı1 adına keçirilmiş və xx.xx.2018-ci il tarixdə onun adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Yerdə qalan 0.02 ha hissəsi isə həmin Şəhadətnamə əsasında Cavabdeh2 adına keçirilmiş, lakin həmin torpaq sahəsinin onun adına qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. ünvan 3 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi xx.xx.1988-ci il tarixli, 02 saylı protokoldan çıxarış, üzvlük kitabçası və X12 kitabında 3681 nömrə ilə uçota alınmış xx.xx.2007-ci il tarixli Torpaq sahəsinin Kadastrı planı əsasında xx.xx.2017-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədəir. Məktubun məzmunundan da görünür ki, həm P.Z.İbrahimova, həm də Cavabdeh2 məxsus üzvlük kitabçalarının əsilləri digər sənədlərlə birlikdə dövlət qeydiyyatının aparılması üçün Dövlət Reyestr Xidmətinə təqdim edilmiş və orada saxlanılmışdır. Lakin hal-hazırda əlimizdə həm mərhum atamız X5 adına olan 67/67A saylı bağ sahəsinə aid üzvlük kitabçası, həm də Cavabdeh2 adına olan 67 saylı bağ sahəsinə aid üzvlük kitabçası vardır. Bu da çox mübahisəli dəlildir. Həm də onu da qeyd edək ki, Xəzər rayonu, Zirə qəsəbəsi, Zirə mövsümü bağları (Şinçi bağçılığı), 66A saylı bağın "xxxx" ASC-də abunə kodu **********A0000 olan işıq sayğacı bu gün də mərhum X5 adınadır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehlərə təqdim edilmiş, cavabdehlərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İPM-nin 13-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmənin xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçılara iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılmaqla, iddia tələbinin və iddiaya cavab veməli orqanın dəqiqləşdirilməsi təklif olunmuşdur. İddiaçılar xx.xx.2024-cü il tarixdə məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində DƏDKR 1 saylı Bakı Ərazi İdarəsini və üçüncü şəxs qismində isə Cavabdeh2 göstərməklə məhkəmədən ərizənin icraata qəbul olunmasını xahiş etmişlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı3 və X6 cavabdehlər DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “daşınmaz əmlakın dövlət resyestrində aparılmış qeydin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə iddiaçılar tərəfindən verilmiş iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizənin icraata qəbul edilməsi və 2-1(112)-8267 2024 saylı inzibati iş üzrə Cavabdeh2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Cavabdehlər DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin və üçüncü şəxs Cavabdeh2 iddia tələbinə dair yazılı münasibəti məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmuş tərəflər və üçüncü şəxs müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib - edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Məhkəmə iddia ərizəsini və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan məhkəmənin müvafiq sorğusuna əsasən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin 30 may 2024-cü il tarixli məktubu ilə surətləri məhkəməyə təqdim olunmuş mübahisələndirilən xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla bağlı arxiv qovluğunda mövcud olan sənədlərdən müəyyən olunur ki, Bakı şin zavodu müdiriyyətinin zavod HİK-si və “Şinçi” bağçılıq cəmiyyəti idarə heyəti ilə birlikdə 25 noyabr 1988-ci il tarixdə keçirdiyi iclasın 02 saylı protokolundan çıxarışa əsasən Cavabdeh2 torpaq sahəsi 1200 kv. metr olan bağ yerinin (Zirə qəsəbəsinin şosse yolundan 1300 kv. metr qırbə, Türkan tərəfdə) təyin olunması qərara alınmış və ona “Şinçi” bağçılıq yoldaşlığının üzvlük kitabçası verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki; - Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 04 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 17-ci bəndində göstərilmişdir ki, Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə hesab edir ki, hazırda iddiaçılar tərəfindən irəli sürülmüş tələb təbiətinə görə daha çox mülki xarakterli münasibətlərdən irəli gəldiyindən, yəni qeydiyyatı mübahisələndirilən daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər (Bakı şin zavodu müdiriyyətinin zavod HİK-si və “Şinçi” bağçılıq cəmiyyəti idarə heyəti ilə birlikdə 25 noyabr 1988-ci il tarixdə keçirdiyi iclasın 02 saylı protokolu və həmin protokol əsasında verilmiş üzvlük kitabçası) mübahisələndirilməklə həyata keçirilməli və bu halda hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 04 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15.3-cü bəndində göstərilmişdir ki, bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. İddiaçılara izah olunur ki, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğvi ilə bağlı onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədləri mübahisələndirilməklə ümumi yurisdiksiyalı məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı3 və X6 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Cavabdeh2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “daşınmaz əmlakın dövlət resyestrində aparılmış qeydin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-8267/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8267/2024
25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver