Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8268/2025 13.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı kompensasiya məbləğinin ödənilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı İddiaçı2 xeyrinə Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq 43461.0 manat, əmlakın könüllü qaydada satılmasına razılığa görə 21730.5 manat, çətinliyə görə 21730.5 manat; İddiaçı1 xeyrinə Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq 31937.2 manat; İddiaçı1 xeyrinə çətinliyə görə 15.968,6 manat pul vəsaitinin cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh dövlət ehtiyacları üçün xüsusi mülkiyyətlərin satınalınmasına səlahiyyətli edilmiş inzibati orqan Bakı şəhəri Cavabdeh olmaqla "inzibati aktın qəbul edilməsi ilə bağlı qanunla nəzərdə tutulan əlavə haqqların ödənilməsinin təmin edilməsi barədə” iddia tələbi ilə rəsmi müraciət etmələrinin məqsədi bu əsasda pozulmuş hüquqlarının bərpasının hüquqi əsasda təmin edilməsinin əsas məcburiyyəti səbəbidir. Bununla bağlı dəfələrlə cavabdeh inzibati orqan Bakı şəhəri Yasamal RİH-ə etdikləri həm şifahi, həm də, rəsmi müraciətləri birmənalı olaraq nəticəsiz qalmaqda davam etməkdədir. Cavabdehin tərəfindən qanunların tələbinə əməl edilmir, xüsusi mülkiyyətlərinin yalnız əmlak dəyərinin qiymətləndirilməsi kompensasiya məbləği ilə kifayətlənməklə, xüsusi mülkiyyətçilərin mülklərinin dövlət ehtiyacları üçün satınalınması zamanı qanunla və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 689 saylı Fərmanı ilə satınalma qiymətinə nəzərdə tutulan əlavə haqqların ödənilməsinin təmin edilməsinə qanunsuz olaraq əməl edilmir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçılar - X3 və İddiaçı1 xüsusi mülkiyyətlərində olmuşdur. Həmin fərdi yaşayış evi Dövlət Ehtiyacları üçün satın alınmaya məruz qalmışdır. Cavabdeh tərəfindən İddiaçı2 217.305.0 AZN və İddiaçı1 isə 159.686.0 AZN əmlaka görə kompensasiya ödənilmişdir. Lakin, Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq əmlakın dəyərinə əlavə olaraq 20% və qanundan irəli gələn mülkiyyətini könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə əlavə 10% miqdarında və çətinliyə görə 10% kompensasiya ödənilməlidir. Dəfələrlə cavabdehə təyin edilmiş kompensasiyanın ödənilməsi ilə bağlı müraciətlər nəticəsiz qalmışdır. Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq dövlət ehtiyacları üçün alınmaya məruz qalmış əmlakın dəyərinin kompensasiyasının ümumi məbləğinin 20 faizi miqdarında müəyyənləşdirilir. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunun 32.3 "Torpağın satın alınması zamanı torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətlə yanaşı, onun məbləğinin 10% miqdarında əlavə ödəniş həyata keçirilir". "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunun 66.4.4-cü maddəsinə əsasən çətinliklərlə bağlı ödəniş 10 ildən artıq müddət üçün kompensasiyanın ümumi məbləğinin 10 faizi miqdarında müəyyənləşdirilir. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunun 6.3.2-ci maddəsinə əsasən iddiaçıya təklif olunan kompensasiyaya əlavə olaraq ödəniləcək kompensasiyanın növlərinin və məbləğlərinin müəyyən edilməsi alan orqan tərəfindən müəyyənləşdirilməsi zəruri əsas sayılır. Qanunun mənasından və iş materiallarında olan alqı-satqı müqavilələrindən göründüyü kimi, iddiaçılar yalnız öz əmlaklarının dəyərini almışlar. Lakin, iddiaçılara Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq əmlakın dəyərinin 20 faizi və qanunun tələblərinə əsasən könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətlə yanaşı, onun məbləğinin 10% miqdarında əlavə ödəniş həyata keçirilməmiş, çətinliyə görə kompensasiya ödənilməmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilməyən kompensasiya məbləğləri əlavə ödəniş formasında alqı-satqı müqaviləsində qeyd edilən rəqəmdən əmələ gəldiyindən ayrıca hesablama razılaşması və tərəflərin razılığı imza edilməklə ödənilməli idi. Həmçinin, bu növ məhkəmə mübahisələrinə yuxarı instansiya məhkəmələrinin qərarlarında belə öz əksini tapmışdır. Belə ki, bu növ mübahisələrdə məhkəmələr qeyd etmişlər ki, alqı-satqı müqavilələrində əlavə kompensasiya məbləğləri xüsusi olaraq alqı-satqı müqaviləsində əlavə bənd kimi qeyd edilməli, qanundan və ya digər normativ aktlardan irəli gələn vətəndaşların hüquqlarının təminatı qeyd edilməlidir. İşdəki alqı-satqı müqaviləsindən göründüyü kimi iddiaçılara yalnız əmlaklarının dəyəri ödənilmişdir. İddiaçılar digər kompensasiya növlərini almaq hüquqlarından məhrum edilmişlər. Məhkəmə icraatı zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim ediləcək qiymətləndirmə hesabatında belə iddiaçıların imzaları mövcud deyil. Bütün bu dəlillər onu göstərir ki, satınalma prosesi ədalətli şəkildə aparılmamış və iddiaçılar tam kompensasiyalarını almadan mülkiyyətlərindən məhrum edilmişlər. Əsas azadlıqlar və insan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İşin hallarından görünür ki, iddiaçıların qanunla çətinliyə görə 10%, könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətlə yanaşı, onun məbləğinin 10% miqdarında əlavə ödənişin və AR Prezidentinin Fərmanına görə 20% kompensasiya almaq hüququ var. Yəni, hüququn mənasına görə, iddiaçının bu gözləntisi də onun mülkiyyətidir və qanunla mülkiyyət hüququ kimi qorunur. Lakin, inzibati orqan yalnız əmalkın kompensasiyanı ödəməklə iddiaçıların mülkiyyət hüququna əsassız müdaxilə edib və bununla da Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsini pozub. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmasına baxmayaraq cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir etiraz təqdim olunmamışdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı2 nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər iddiaçı və cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə qeyd edilən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən İddiaçı2 nümayəndəsi X1 izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş qanuni qüvvəsini almış Bakı İnzibati Məhkəməsinin 2-1(112)-221/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən müəyyən edilmişdir ki: - İddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İddiaçı2 xeyrinə Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq 43.461.0 azn vəsaitin, İddiaçı2 xeyrinə Çətinliyə görə 21.730.5 azn vəsaitin, İddiaçı1 xeyrinə Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq 31.937.2 azn vəsaitin, və İddiaçı1 xeyrinə Çətinliyə görə 15.968,6 azn vəsaitin cavabdeh Bakı şəhər Cavabdehndən tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. - Məhkəmənin sözügedən qərardadına əsasən iddiaçıların iddia tələbi mümkün sayılmamışdır. Məhkəmənin hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur: “19.Hazırkı iş üzrə iddiaçıların cavabdehə qarşı iddia verməkdə hüquqi marağı alqısatqı müqaviləsi ilə dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar ona düşən kompensasiya məbləğinin cavabdeh tərəfindən tam ödənilməsindən ibarətdir.
20. Məhkəmə qeyd edir ki, AN – İ ******* nömrəli xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı2 ünvan 3 ünvanında yerləşən əmlakı 217305 manat qiymətə və AN – İ ******* nömrəli xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilə əsasən İddiaçı1 ünvan 3 ünvanında yerləşən əmlakı 159686 manat qiymətə Cavabdeh mülkiyyətinə verilmişdir.
21. Məhkəmə hesab edir ki, AN – İ ******* nömrəli xx.xx.2018-ci il tarixli və AN – İ ******* nömrəli xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləri mülki icraat qaydasında mübahisələndirilməmiş və hal-hazırda qüvvədədir.
22. Odur ki, iddiaçıların əlavə kompensasiya məbləğini tələb etməyə subyektiv hüquqları yoxdur. 23.Odur ki, iddiaçıların hazırkı tələbi irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.” Göründüyü kimi, tərəflər arasındakı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında artıq bir dəfə hüquqi qiymət verilmiş və qanuni qüvvəsini almış məhkəmə qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçının hazırki tələbinin hüquqi əsası ilə bağlı, mövcud olan, məhkəmə qərardadı ilə qiymət verilməmiş, işin hallarından kənara çıxan hər hansı bir yeni hal müəyyən edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə tərəflər arasındakı mübahisəyə əvvəllər inzibati məhkəmə icraatında artıq hüquqi qiymət verilərək bununla bağlı məhkəmə qərarı olduğundan, Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan iddia tələbi mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki: 15.1-ci bəndinə əsasən, məhkəmələrə tövsiyyə edilsin ki, işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər; 15.2-ci bəndinə əsasən - tərəfin həm inzibati prosessual hüquq qabiliyyətinə, həm də mülki və ümumi hüquq normalarına uyğun olaraq fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır (İPM-in 25 və 26-cı maddələri), tərəfin həm mülki, həm də prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilibedilmədiyi aydınlaşdırılmalıdır. 15.3-cü bəndinə əsasən - prosesin davam etdirilməsinə imkan verməyən bu qəbildən olan pozuntuların mövcudluğu aşkar edildikdə, məhkəmələr yardım etmək vəzifəsinə əməl etmək şərtilə iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 15.4-cü bənində əsasən - İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; 15.5-ci bəndinə əsasən - İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.; 15.6-cı bəndinə əsasən - qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
İddiaçılar İddiaçı2 və İddiaçı1 iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.
Hakim Aygün Abdullayeva