Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8271/2021 22.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi X30 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X7 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “arayışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,17 ha torpaq sahəsindən ibarət 585 saylı bağ sahəsinin ¼ hissəsinə dair hüququn X12 məxsus olması haqqında arayışın verilməsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Əzizbəyov (Xəzər) Rayon Məhkəməsinin 2-363/2007 saylı, 21.05.2007-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 0,17 ha olan 585 saylı bağ sahəsindəki bağ evi cavabdeh X8 bölünəcək hissəyə düşməklə, həmin bağ sahəsinin iddiaçılar X14, X19, X3 və cavabdeh X15 arasında dörd bərabər hissəyə bölünməsi və hər birinin adına ayrı-ayrılıqda bağ icarə müqaviləsinin bağlanması, qətnamənin icrasının Bakı şəhəri X6 və İstismarı Birliyinə həvalə edilməsi qət edilmişdir. Əzizbəyov (Xəzər) Rayon Məhkəməsinin 2-605/2007 saylı, 10.09.2007-ci il tarixli qəradadı ilə Əzizbəyov (Xəzər) Rayon Məhkəməsinin 2-363/2007 saylı, 21.05.2007-ci il tarixli qətnaməsinin nəticə hissəsində qeyd olunmuş “Qətnamənin icrası Bakı şəhəri X11 və İstismarı Birliyinə həvalə edilsin" cümləsinə “Qətnamənin icrası Mərdəkan Bələdiyyəsinə həvalə edilsin" məzmununda izah verilməsi qərar alınmışdır. Mərdəkan bələdiyyəsi ilə X19 arasında 02.06.2009-cu il tarixdə torpaq sahəsinin icarəyə verilməsinə dair 08 saylı müqavilə bağlanılmışdır. X19 21.02.2016-cı il tarixdə ölmüşdür. X19 iddiaçının əridir, həmçinin tək varisidir. Buna görə də, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 017 ha torpaq sahəsi olan 585 saylı bağ sahəsinin 1/4 hissəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün həmin torpaq sahəsinə dair hüququn X12 məxsus olması haqqında arayış verilməsinə zərurət yaranmışdır. Qeyd olunan torpaq sahəsinə dair hüququn X16 məxsus olması haqqında arayışın verilməsi üçün DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edilmişdir, lakin İdarə tərəfindən müraciətə 35 gündən artıq müddətdə cavab verilməməklə, müraciətdən imtina edilmişdir. Hesab edir ki, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin müraciətindən imtina etməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair **********22 №li 20.09.2021-ci il tarixli münasibəti (etiraz) məhkəməyə daxil olmuşdır. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi etirazında göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 585 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X6 və İstismarı Birliyi ilə X17 arasında bağlanılmış 12.06.1998-ci il tarixli 9213 nömrəli müqavilə Bakı şəhər Ərazi İdarəsinin arxivində mövcuddur. Eyni zamanda arxiv qovluğunda aşkar olunan sənədlərə əsasən sözügedən bağ sahəsi ilə bağlı məhkəmə mübahisəsinin olduğu barədə məlumat aşkar olunmuşdur. Belə ki, Əzizbəyov Rayon Məhkəməsinin 2-363/2007 nömrəli 21.05.2007-ci il tarixli Qərardadına əsasən Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 585 nömrəli bağ sahəsinin X15, X14, X19 və X3 arasında dörd bərabər hissəyə bölünməsi və hər birinin adına ayrı-ayrılıqda bağ icarə müqaviləsi bağlanılması qət edilmişdir. Qətnamənin icrası Bakı şəhəri X6 və istismarı Birliyinə həvalə edilmişdir. Daha sonra Əzizbəyov Rayon Məhkəməsinin 2-605/2007 nömrəli 10.09.2007-ci il tarixli qərardadına əsasən Əzizbəyov Rayon Məhkəməsinin 21.05.2007-ci il tarixli qətnaməsinin nəticə hissəsində qeyd olunmuş “Qətnamənin İcrası Bakı şəhəri X6 və İstismarı Birliyinə həvalə edilsin” cümləsinə “Qətnamənin icrası Mərdəkan Bələdiyyəsinə həvalə edilsin” məzmununda izah verilməsi qərara alınmışdır. Lakin qərardadın icrası ilə bağlı məlumat arxiv qovluğunda aşkar olunmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya 14.06.2021ci il tarixli, **********52 saylı cavab məktubu ünvanlanmışdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1 ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1 ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X20 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək, həmçinin iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, xx.xx.1954-cü ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Bağın İcarəyə verilməsi haqqında 9213 saylı 12 iyun 1998-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Bakı şəhər icra hakimiyyətinin bağlar təsərrüfatının məsələləri üzrə komissiyasının 30.01.1965-ci il tarixli sərəncamının 1 nömrəli protokolu əsasında X9 Mərdəkan qəsəbəsində 0,17 ha bağ sahəsi 21.0 kv. metr, 1 otaqdan ibarət bina ilə birlikdə icarəyə verilmişdir. Əzizbəyov Rayon Məhkəməsinin 21 may 2007-ci il tarixli 2-363/2007 saylı qətnaməsinin təsdiq olunmuş surətindən müəyyən olunur ki, X14, X22 və X1 Fikrət Kazım oğluna qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək. Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 0,17 ha olan 585 saylı bağ sahəsinin cavabdeh X15 ilə onların arasında bölünərək, sərhədlərin müəyyən edilməsi ilə hər birinə düşən bağ sahəsinə ayrı-ayrılıqda icarə müqavilələri bağlanmasını xahiş etmişlər. Əzizbəyov Rayon Məhkəməsinin 21 may 2007-ci il tarixli 2-363/2007 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 0,17 ha olan 585 saylı bağ sahəsindəki bağ evinin cavabdeh X8 bölünəcək hissəyə düşməklə, həmin bağ sahəsinin iddiaçılar X14, X19, X19, X3 və cavabdeh X21 arasında dörd bərabər hissəyə bölünməsi və hər birinin adına ayrı-ayrılıqda bağ icarə müqaviləsinin bağlanması, qətnamənin icrasının Bakı şəhəri X6 və İstismarı Birliyinə həvalə olunması qət edilmişdir. Əzizbəyov Rayon Məhkəməsinin 10 sentyabr 2007-ci il tarixli 2-605/2007 saylı qərardadından müəyyən olunur ki, Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsinin 21 may 2007-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 0,17 ha olan 585 saylı bağ sahəsindəki bağ evi cavabdeh X8 bölünəcək hissəyə düşməklə, həmin bağ sahəsinin iddiaçılar X14, X19, X3 və cavabdeh X15 arasında 4 bərabər hissəyə bölünməsi və hər birinin adına ayrı-ayrılıqda bağ icarə müqaviləsinin bağlanması Bakı şəhəri X6 və İstismarı Birliyinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsi Əzizbəyov Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı İdarələrinin ləğv olunduğunu, onların arxivlərinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verildiyini, lakin bağ sahələrinə dair icarə müqavilələrinin bağlanılmasının İdarənin səlahiyyətinə aid olmadığını göstərmiş və qətnamənin nəticə hissəsinə izah verilməsini xahiş etmişdir. Əzizbəyov Rayon Məhkəməsinin 10 sentyabr 2007-ci il tarixli 2-605/2007 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin Əzizbəyov Rayon Məhkəməsinin 21 may 2007-ci il tarixli qətnaməsinin nəticə hissəsinə izah verilməsi barədə ərizəsi təmin edilərək, Əzizbəyov Rayon Məhkəməsinin 21 may 2007-ci il tarixli qətnaməsinin nəticə hissəsində qeyd olunmuş “Qətnamənin icrası Bakı şəhəri X6 və İstismarı Birliyinə həvalə edilsin” cümləsinə “Qətnamənin icrası Mərdəkan Bələdiyyəsinə həvalə edilsin” məzmununda izah verilməsi qərara alınmışdır. Bakı şəhəri Mərdəkan Bələdiyyəsi ilə X19 arasında bağlanmış 02 iyun 2009-cu il tarixli 08 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən müəyyən olunur ki, heç bir tikinti aparılmamaq şərti ilə 425,0 kv. metr torpaq sahəsi 11 (on bir) ay müddətində X10 istifadəsinə verilmişdir. Bakı şəhər 10 saylı notariat kontorunun notariusu Mirbaba Hadıyev tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 21 dekabr 2016-cı il tarixli 576 nömrəli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0,17 ha torpaq sahəsi olan 585 saylı bağ sahəsindəki, bağ evinin, mərhum -X5 miras qalmiş ¼ hissəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 10 saylı notariat kontoruna mərhumun arvadı- İddiaçı tərəfindən müraciəti daxil olmuşdur. Araşdırmalar zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Xəzər (Əzizbəyov) Rayon Məhkəməsinin 21 may 2007-ci il tarixli (iş №2- 363/2007-ci il) qətnaməsinə əsasən, Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən 0,17 ha torpaq sahəsi olan 585 saylı bağ sahəsinin ¼ hissəsinə hüququ mərhum X12 verilmişdir. Lakin icarə müqaviləsi bağlamamışdır. X10 21.02.2016-cı ildə vəfatı ilə əlaqədar, vərəsənin ərizəsi əsasında notariat kontorunda 05.05.2016-cı il tarixdə vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Hazırda vərəsəlik işinin həlli ilə əlaqədar zərurət yarandığı üçün, Bakı şəhəri, Xəzər (Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 0,17 ha torpaq sahəsi olan 585 saylı bağ sahəsinin ¼ hissəsinə mərhum- X10 adına dövlət reyestrindən çıxarış verilməsi xahiş olunmuşdur. Xəzər rayonu, Mərdəkan qəsəbəsi 585 saylı bağ sahəsinin 06.04.2017-ci il Bölgüsünün notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, 585 saylı bağ sahəsinin A hissəsinin mərhumə X2; B hissəsinin mərhum X12 aid olduğu əks olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1088/2020 saylı 21.07.2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, iddiaçı X23 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 0,17 ha olan 585 saylı bağ sahəsinin vərəsəlik hüququ əsasında ona verilmiş 1/4 hissəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürərək, iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2-1(82)- 2438/2019 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2-1(82)-2438/2019 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1088/2020 saylı 21.07.2020-ci il tarixli qərarı ilə, iddiaçı X23 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2-1(82)-2438/2019 saylı qərarının ləğv olunması; iş üzrə yeni qərar qəbul olunaraq, iddiaçı X13 cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi idarəsinə qarşı Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən ümumi sahəsi 0,17 ha olan 585 saylı bağ sahəsinin vərəsəlik hüququ əsasında ona verilmiş 1/4 hissəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25.11.2020-ci il tarixli 2-1(102)-2117/2020-ci il tarixli qərardadının surətindən müəyyən olunur ki, iddiaçı X13 (bundan sonra mətndə iddiaçı) cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı bağ sahəsinə hüquqların qeydiyyata alınması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2- 1(103)-1088/2020 saylı, 21 iyul 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinin mümkünlüyünə baxılaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1088/2020 saylı, 21 iyul 2020-ci il tarixli qərarından verilən şikayət üzrə kassasiya şikayətinin mümkün sayılmaması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 585 saylı bağ sahəsinin 0,0425 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X13 adına 08.06.2021-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə (daşınmaz əmlakın reyestr nömrəsi **********13) qeydə alınmışdır. İddiaçı hazırkı tələblə bağlı 24.05.2021-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,17 ha torpaq sahəsi olan 585 saylı bağ sahəsinin ¼ hissəsinə dair hüququn X12 məxsus olması haqqında arayış verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq sonuncuya 14.06.2021-ci il tarixli, **********52 saylı cavab məktubu ünvanlanmış (cavabdeh inzibati orqan etirazda cavab məktubunun göndərildiyini və imtinanın əsaslarını qeyd etmişdir), bununla razılaşmayan iddiaçı 07.07.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.5-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. "İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi hаqqındа" Kоnvеnsiyаnın 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn "mülkiyyət" və "əmlаk" аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. "Thе Trаktоrеr İsvеçə qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. "Axverdiyev Azərbaycana qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi qeyd etmişdir ki, "mülkiyyət" anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı da əhatə edə bilər. "Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Həmin işdə ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də formal olaraq o, evin sökülməsi zamanı torpağa hər hansı hüququ olmadığından mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın qanuni istifadəçisi olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına diar hüquqi gözləntisi var idi. Həm ev, həm də torpaq sahəsi 1 saylı protokolun 1-ci maddəsinə əsasən ərizəçinin mülkiyyəti olmuşdur. "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsinə əsasən, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.10.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"ın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 585 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X6 və İstismarı Birliyi ilə X17 arasında bağlanmış 12.06.1998-ci il tarixli 9213 nömrəli müqaviləyə əsasən mübahisəli bağ torpaq sahəsi orada olan tikili ilə birlikdə sonuncunun icarəsinə verilmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən həmin bağ sahəsinin ilkin icarəçisinin vərəsələri,o cümlədən hazırki iş üzrə iddiaçının mərhum əri arasında dörd bərabər hissəyə bölünməsi və onların hər birinin adına ayrıayrılıqda bağ icarə müqaviləsinin bağlanılması qət edilmiş, qətnamə (qətnaməyə izah verilməsi barədə qərardad nəzərə alınmaqla) icra olunmuş, həmin qətnamə və onun icra nəticələri əsasında çıxarılmış məhkəmə qərarına əsasən qeyd olunan bağ sahəsinin 0,0425 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X13 adına Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Lakin cavabdeh inzibati orqan tərəfindən işin qeyd olunan halları nəzərə alınmadan iddiaçının müraciətindən imtina olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2. inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 585 saylı bağ sahəsinin 0,17 ha torpaq sahəsinin ¼ hissəsinə dair İddiaçı mərhum əri X10 adına mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz əmlakın Dövlət reyestrindən arayışın (çıxarış) verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-8271/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8271/2021
22.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver