Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8272/2021 28.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı X4 nümayəndəsi və vəkili Vəkil (ünvan 1 ünvanında qeydiyyatda olan) İddiaçı X5 cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə (üçüncü şəxs X13 cəlb olunmaqla) qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X10 cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X4 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanda qeydiyyatda olan X7 qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İnzibati məhkəmə icraatında məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən qətnamə deyil, qərar qəbul edildiyi iddiaçının nümayəndəsinin diqqətinə çatdırılaraq həmin hissədə iddia tələbini dəqiqləşdirmək təklif edilsə də, yazılı qaydada ərizə məhkəməyə təqdim edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili şifahi qaydada məhkəmədən iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2021-ci ilin aprel ayında Bakı şəhəri, Nizami rayonu, Babək pr.ev 105 ünvanında olan 29 saylı mənzili alqı-satqı müqaviləsi əsasında almışdır. xx.xx.2021-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** qeydiyyat nömrəsi ilə həmin mənzilə onun tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Lakin 1 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan göründüyü kimi, hazırda həmin mənzildə xx.xx.1957-ci il təvəllüdlü X13 qeydiyyatdadır. Həmin şəxsin nə vaxt və hansı qaydada Bakı şəhəri, Nizami rayonu, ünvan 4 ünvanına qeydiyyata düşməsi barədə hər hansı məlumat yoxdur. Həmin şəxsin iddiaçıya məxsus yaşayış sahəsində qeydiyyatda qalması formal xarakter daşıyır və onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Belə ki, iddiaçının həmin mənzildən bir mülkiyyətçi kimi sahiblik, istifadə və sərəncam vermək barədə hüquqları hazırda həmin şəxs tərəfindən məhdudlaşdırılıb. Ona görə də xx.xx.1957-ci il təvəllüdlü X7 mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 105 ünvanında olan 29 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün xx.xx.2021-ci il tarixdə aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon polis idarəsinə ərizə ilə müraciət etmiş, lakin Bakı şəhəri Nizami RPİ-dən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 087-14916A-3221 saylı məktubda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin bəndləri qeyd olunaraq X7 qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə edilmişdir. İmtina məktubundan göründüyü kimi, iddiaçı tərəfindən rəsmi təqdim olunan ərizəyə səthi yanaşılaraq, məsələ doğru-düzgün araşdırılmamış və ona formal əsaslarla imtina məktubu verilmişdir. Belə ki, iddiaçı 2021-ci ilin aprel ayında Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 105 ünvanında olan 29 saylı mənzili alqı-satqı müqaviləsi əsasında X2 almışdır. Sonuncu da həmin mənzili hələ 1999-cu ildə X6 almışdır. Həmin vaxt S.Əliyev mənzildən qeydiyyatdan çıxacağına söz versə də, göründüyü kimi 22 ildir ki, artıq iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmışdır. Hazırda həmin şəxsin harada olması barədə iddiaçının hər hansı məlumatı olmadığı üçün ondan könüllü olaraq mənzildən qeydiyytdan çıxmasını istəyə bilmir. Göründüyü kimi, mövcud məsələnin məhkəmədən kənar həlli qaydası mümkün olmamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul eilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxs şifahi məhkəmə baxışı iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı X4 nümayəndəsi və vəkili Vəkil izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 07 may 2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 105 ünvanında yerləşən 29 saylı mənzil X4 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə iddiaçı elektron çıxarış əldə etmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X1 Sədaqət Əli qızının mülkiyyətçisi olduğu Bakı şəhəri, Nizami rayonu, ünvan 5 ünvanında qeydiyyatdadır. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 087-14916A-3221 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, X7 Bakı şəhəri, Nizami rayonu, ünvan 6 ünvanından qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq əlaqədar məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə araşdırması dövründə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 105 ünvanda yerləşən 29 saylı mənzilin hazırda kimin mülkiyyətində olmasına dair məlumatın və buna dir sənədlər, həmçinin X4 adına Azərbaycan Respublikası Əmlak X9 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 07 may 2021-ci il tarixli **********40-05101-093039 reyestr nömrəli Çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yannda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Sorğuya cavab olaraq məhkəməyə təqdim olunan 30 aprel 2021-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, X10 Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 105 ünvanda yerləşən 99,9 kv.metrdən ibarət olan 5 otaqlı 29 saylı mənzili X3 135.000 manat məbləğində vəsait ödəməklə ondan satın almışdır. Beləliklə işin hallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 105 ünvanında yerləşən 29 saylı mənzil iddiaçı X4 xüsusi mülkiyyətindədir. İş üzrə üçüncü şəxs X11 tanımır, hər hansı qohumluq əlaqəsi yoxdur. İddiaçı üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bu da həmin şəxsin ona məxsus mənzildə yaşamaması, qeydiyyatının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, X13 iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, ünvan 7 ünvanda formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iddiaçının iş üzrə üçüncü şəxsin Bakı şəhəri, Nizami rayonu, ünvan 8 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X4 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanda qeydiyyatda olan X7 qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-8272/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8272/2021
28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver