Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8279/2025 08.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş pensiyasının yenidən hesablanması barədə qərarlarının ləğv edilməsini, pensiyamın 2011- 2017-ci illik dövr üzrə yenidən hesablanması öhdəliyinin və barəsində 2017-2023-cü illik dövr üzrə “Əmək pensiyaları haqqında" AR Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə "Əmək pensiyaları haqqında" AR Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli 3-17-1/3-3-4356/2024 nömrəli, xx.xx.2024 tarixli 3-17-1/3-3- 12793/2024 nömrəli və xx.xx.2020-ci il tarixli **********7 nömrəli qərarlarının ləğv edilməsi, pensiya hüququnun yarandığı tarix xx.xx.2011-ci il olduğu nəzərə alınmaqla xx.xx.2011xx.xx.2017 və xx.xx.2017-xx.xx.2023 tarixləri ərzində yığılan 6 illik dövrlər üzrə sığorta kapitalının nəzərə alınmaqla xx.xx.2017 və xx.xx.2024 tarixlərdə barəsində “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır. ƏPH Qanunun 9.3-cü maddəsinə əsasən mülki aviasiyadan 2013-cü ildə pensiyaya çıxmışdır. Pensiyaya çıxdıqdan sonra işləməyə davam edir. Hər növbəti altı ildən bir işləyən pensiyaçının pensiyası yenidən hesablanır. 2025-ci ildə aşkar etdi ki, o, pensiya təyin edilən zaman təhsil aldığı dövr 25 il xüsusi əmək stajına daxil edilməyib. Bununla bağlı cavabdehə müraciət etdi, müraciəti qismən təmin edildi, ona 2011-ci ildən pensiya təyin edildi, lakin 2017 və 2023-cü il üzrə 37.3.1-ci maddə əsasında yenidən hesablanma aparılmadı. Şikayəti və narazılığı məhz 2017 və 2023-cü il üzrə yenidən hesablanma aparılmaması və sığorta kapitalının 2023-cü il üzrə 37.3.1-ci maddə əsasında yenidən hesablanmasının 72 aya bölünməməsi ilə bağlıdır. Cavabdeh tərəfindən aparılmış hesablanma qanunaziddir, ona görə ki: “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə xx.xx.2017-ci il tarixində 2-ci cümlə əlavə edilib, həmin cümlə 543 nömrəli qanunla əlavə edilib və həmin normanın geriyə şamil edilməsi haqqında hər hansı göstəriş 543 nömrəli qanunda yoxdur. O isə xx.xx.2017-ci ildən əvvəl pensiyaya çıxmışdır. Ona pensiya təyin ediləndə gözlənilən pensiya ödənişi müddəti aylarının sayı 144 ay müəyyən edilib. Artırıla bilməz, axı bu həm də pensiya təyin ediləndə aparılmış inzibati icraatın yenilənməsi deməkdir, hansı ki, vətəndaşın etimad hüququnu pozur. 144 ay yalnız 37.3.1ci maddə əsasında maksimum 72 aya qədər azaldıla bilər. 543 nömrəli qanun geriyə şamil edilsəydi bu halda ona pensiya təyin edilməsi də yenidən aparılardı. Əgər 543 nömrəli qanunda yazılsaydı ki, xx.xx.2017-ci il tarixədək təyin edilmiş pensiyaların yenidən hesablanması hallarına qanun şamil edilir, o halda cavabdeh haqlı olardı. Əks halda əgər 543 nömrəli qanunu geriyə şamil etsək alınan nəticə odur ki, 543 nömrəli qanun pensiyanın təyin edilməsi hallarında geriyə şamil edilmir, pensiyanın yenidən hesablanması hallarında şamil edilir. Bununla bağlı 543 nömrəli qanunda göstəriş yoxdur. Əmək pensiyaları haqqında Qanunun 45-ci maddəsinin qüvvədə olan ikinci cümləsi və qüvvədən düşmüş ikinci cümləsi eyni göstərişi nəzərdə tutur - pensiya ödənişi müddəti aylarının sayının artırılmasını, 45-ci maddənin qüvvədən düşmüş ikinci cümləsi 9-cu maddəyə əsasən pensiyaya çıxma zamanı pensiya ödənişi müddəti aylarının sayının artırılması qaydasını müəyyən edib, qüvvədə olan ikinci cümləsi isə Əmək pensiyaları haqqında Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan pensiyaçıların 37.3.1-ci maddəyə əsasən pensiyasının yenidən hesablanması zamanı pensiya ödənişi müddəti aylarının sayının artırılması qaydasını müəyyən edir. 20-ci maddəyə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan hərbi və xüsusi rütbəli şəxslərə 9-cu maddəyə əsasən pensiya təyin edilir. Əgər cavabdehin mövqeyinə görə 45-ci maddənin qüvvədən düşmüş ikinci cümləsinin müddəaları xx.xx.2022-dən əvvəl 9-cu maddəyə əsasən pensiyaya çıxmış bütün pensiyaçıların pensiyasının xx.xx.2022-dən sonra 37.3.1-ci maddəyə görə yenidən hesablanması zamanı tətbiq edilməlidirsə, o halda hansı səbəbdən 627 nömrəli qanunla keçid müddəalarında müəyyən edilir ki: "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci cümləsi 2023-cü il yanvarın 1-dək əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Axı 9-cu maddəyə əsasən pensiya təyin edilən hərbi və xüsusi rütbəli şəxslərin pensiya ödənişi müddəti aylarının sayı artırılıbsa, xx.xx.2023-dən etibarən qüvvəyə minmiş 45-ci maddənin ikinci cümləsinin geriyə şamil edilməməsinin mənası qalmır. Cavabdehin mövqeyinə görə Qanunverici hansı məqsədlə onu yazıb? Əgər 45-ci maddənin qüvvədən düşmüş ikinci cümləsi bütün dövrlərdə tətbiq ediİməlidirsə, həm keçmişdə, həm gələcəkdə, o halda 627 nömrəli qanunla 45-ci maddənin ikinci cümləsinin geriyə şamil edilməməsi niyə yazılıb? Madam ki, xx.xx.2022-dək 9-cu maddəyə əsasən pensiya təyin olunan hərbi və xüsusi rütbəli pensiyaçılara 45-ci maddənin qüvvədən düşmüş ikinci cümləsi xx.xx.2022 tarixdən sonra gələcək zamanda da tətbiq edilməlidirsə və əgər həmin qüvvədən düşmüş ikinci cümlə yenidən hesablanma hallarını da ehtiva edirsə. belə olan halda, 45-ci maddənin qüvvədə olan ikinci cümləsinin geriyə şamil edilməməsinin yazması hansı məqsədlə edilib, axı həm qüvvədən düşmüş ikinci cümlə, həm də qüvvədə olan ikinci cümlə pensiya ödənişi müddəti aylarının sayının artırılmasını nəzərdə tutur?! Əmək pensiyaları haqqında Qanunun 45-ci maddəsinin xx.xx.2022 tarixdən qüvvədən düşmüş ikinci cümləsi ümumiyyətlə yenidən hesablanma ilə bağlı hər hansı göstəriş nəzərdə tutmur, həmin maddə pensiyaya çıxma yaşı əsasında hesablanma qaydası nəzərdə tutur, həmin maddədə məhz pensiyaya çıxma yaşı yazılıb. Həmin maddə pensiyaya çıxma zamanı tətbiq edilməli olan qaydanı nəzərdə tutur. Qanunun 45-ci maddəsinin qüvvədən düşmüş ikinci cümləsində "pensiyaya çıxma yaşı" yazılıb, xx.xx.2022-ci il tarixdən ləğv edilmiş 17 nömrəli Qaydalarda 48-ci, 49-cu misallarda isə "pensiyanın yenidən hesablanma yaşı" əsas götürülməklə yenidən hesablanma aparılıb. Pensiyaya çıxma yaşı deyil. 530 nömrəli qanunun keçid müddəaları isə onu nəzərdə tutur ki, kimə xx.xx.2022-ci il tarixdən əvvəl 45-ci maddənin qüvvədən düşmüş ikinci cümləsi əsasında pensiya təyin edilibsə həmin şəxslər xx.xx.2022-ci il tarixdən sonra yəni, 45-ci maddənin ikinci cümləsi qanundan çıxarıldıqdan sonra, əvvəlki dövrlərdə təyin edilən pensiyanın məbləğinin yenidən hesablanmasını tələb edə bilməz, çünki məhz həmin maddənin qüvvədə olduğu vaxt o şəxslərə pensiya təyin edilib. Ona isə təyin edilən pensiya 45-ci maddənin ikinci cümləsi əsasında olmayıb. Qanun peşəkar hüquqşünaslar tərəfindən yazılıb. 45-ci maddənin məhz pensiya təyin edilməsi hallarında tənzimləmə nəzərdə tutduğunu bariz göstərən ən vacib məqam həmin maddədə pensiyaya çıxma yaşı yazılmasıdır. O isə xx.xx.2017-ci ildən əvvəl pensiyaya çıxmışdır, həmin norma xx.xx.2017-ci ildən əvvəl qanunda olmayıb, 144 ay onun pensiya ödəniş müddətidir və artırılması qanunla nəzərdə tutulmayıb. 144 ay 72 ay azaldılmaqla sığorta kapitalı 72 aya bölünməlidir. Bütün dövrlərdə vətəndaşların qazanılmış pensiya hüquqları tanınır və qorunur, o, niyə istisna edilir, axı belə bir istisna Qanunvericilik ilə müəyyən edilməyib və hüquq prinsiplərinə ziddir.
4. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, iddiaçı məhkəməyə ünvanlanan iddia ərizəsində “xx.xx.2025-ci il tarixli 3-17-1/3-3-4356/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-12793/2024 nömrəli və xx.xx.2020-ci il tarixli **********7 nömrəli qərarların ləğv edilməsi, xx.xx.2011-xx.xx.2017 və xx.xx.2017-xx.xx.2023-cü il tarixləri ərzində yığılan 6 illik dövrlər üzrə sığorta kapitalının nəzərə alınmaqla xx.xx.2017 və xx.xx.2024 tarixlərdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyanın yenidən hesablanması yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanmasını" məhkəmədən xahiş etmişdir. İş materiallarına əsasən İddiaçı xx.xx.2013-cü il tarixindən Fondun Xəzər rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2019-cu il tarixinə kişilər üçün 64 il 6 ay) arasındakı ayların sayı qədər artırılır. Bildiririk ki, İddiaçı 2019-cu il sentyabr ayında Fondun Xəzər rayon şöbəsinə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İddiaçının müraciəti ilə əlaqədar xx.xx.2019-cu il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə əmək pensiyaçısı kimi işlədiyi dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 36.362,73 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 267 aya (64 il 6 ay-48 il 3 ay =195 ay+(144 ay-72 ay) bölünməklə 136,19 (36.362,73:267) manat əmək pensiyasının (398,01 manat) üzərinə əlavə edilərək pensiya məbləği həmin tarixindən 398,01 manatdan 534,20 (398,01 +136,19) manata (Qanunun 26.4-cü maddəsinin tələbləri nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 909,75 manat) artırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasında qeyd edilmişdir: yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Göründüyü kimi iddiaçının müraciətinə əsasən ona təyin edilmiş əmək pensiyası xx.xx.2019-cu il tarixindən yenidən hesablandığından sonrakı hesablamalar 6 ildən sonra həyata keçirilə bilər. Bundan başqa, iddiaçının xx.xx.2024-cü il tarixli müraciətinə əsasən əmək pensiyası təhsil illəri nəzərə alınaraq Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixindən (ilk müraciətindən əvvəlki üç il) yenidən hesablanaraq 673,70 manatdan 693,88 manata (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 936,36 manat) artırılıb və keçmiş müddət üçün iddiaçıya ödənilməli olan 868,03 manat fərq məbləği hesablanmışdır. Həmin vəsait 2024-cü ilin dekabr aydan etibarən hissə-hissə (hər ay 94,80) manat) əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülür. Qeyd olunan yenidən hesablanma ilə bağlı cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-12793/2024 nömrəli qərar qəbul edilmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra- Qanunun) 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixindən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Eyni zamanda hazırda qüvvədə olan Qanunun 37.7-ci maddəsinə əsasən isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Qeyd edilməlidir ki, 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Qanuna yeni məzmunda 32.1-1- ci maddə əlavə edilmiş və həmin Qanunun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Yeni normativ tənzimləmələrin məqsədi və hədəfləri ilə bağlı qeyd edilməlidir ki, 2017- ci il iyulun 1-dən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Qanuna edilmiş çoxsaylı əlavə və dəyişikliklər ölkəmizdə pensiya təminatı sistemində həyata keçirilmiş köklü islahatların mühüm mərhələsi və vacib tərkib hissəsi olmuşdur. Pensiya təminatı sistemindəki islahatların əsas məqsədlərindən birini pensiya təminatı sisteminin cari, ortamüddətli və uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunması və xərclərin proqnozlaşdırıla bilən olmasını təmin etmək təşkil etmişdir. Bu məqsədlərə nail olmanı təmin etmək üçün seçilmiş vasitələrdən biri də keçmiş dövr üçün ödənilməmiş pensiya məbləğlərinin ödənilməsinə üç illik müddət məhdudiyyətinin gətirilməsi olmuşdur. Yuxarıda şərh olunan hallar nəzərə alındığında hesab edirik ki, keçmiş dövr üçün alınmamış pensiyalara tətbiq edilən üç illik müddət məhdudiyyəti ilə bağlı yeni tənzimləmələr ictimai maraqları təmin etməyə yönəlmiş legitim məqsədlərə xidmət etmişdir. Yeni tənzimləmələr əmək pensiyaçılarının hüquqlarına hansı dərəcədə təsir etmişdir və bu təsiri minimuma endirmək üçün hansısa tədbirlər, keçid müddəaları nəzərdə tutulmuş və həyata keçirilmişdirmi? ilk növbədə qeyd edilməlidir ki, sözügedən tənzimləmələr şəxsləri əmək pensiyalarından ümumiyyətlə məhrum etməmiş, yalnız keçmiş dövrlə bağlı alacaqları məbləğləri üç illə məhdudlaşdırmışdır. Bundan başqa, pensiyaçılar keçmiş dövrlə bağlı alacaqlarından da bütövlükdə məhrum edilməmişlər, əvvəlki üç ili almaq hüquqları saxlanılmışdır. Xüsusilə qeyd edilməlidir ki, yeni tənzimləmələri gətirən qanunun özündə birbaşa keçid normaları nəzərdə tutulmasa da, qanunda onun qəbul edildiyi tarixindən daha sonrakı tarixdə qüvvəyə minəcəyi ilə bağlı xüsusi norma olmuşdur. Beləliklə, qanunun müzakirəsi, qəbul edilməsi, dərc edilməsi və qüvvəyə mindiyi tarixlər nəzərə alındığında faktiki olaraq yeni qaydalar dərhal həyata keçirilməmiş, müəyyən keçid dövrü gözlənildikdən sonra tətbiq edilməyə başlanılmışdır. Belə ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixdə qəbul edilmiş 2017-ci il may ayının 03-də mətbuatda dərc edilmiş, 2017-ci il 01 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Bu qaydada faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, hesab edirik ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bundan başqa bildiririk ki, yeni tənzimləmələrlə gətirilən tədbirlərin geriyə şamil edilməsi əmək pensiyaçılarını əlverişsiz vəziyyətdə də qoymur. Çünki onlar hər şeydən əvvəl əmək pensiyaçısı olmaq statuslarını saxlayırlar, əmək pensiyasının tamamilə məhrum edilməsi və ya ləğv edilməsi halından söz edilə bilməz. Bundan başqa, pensiyaçılar keçmiş dövrlə bağlı alacaqlarından da bütövlükdə məhrum edilmirlər, əvvəlki üç ili almaq hüquqları qalır. Dolayısıyla, bu kateqoriya şəxslərin itirdikləri məbləğ onların alacaqları vəsaitlərin əhəmiyyətli dərəcədə azalmasına və müvafiq olaraq yaşayış səviyyəsinin son dərəcədə pisləşməsinə də gətirib çıxarmır. Beləliklə, qeyd edilənlərin məcmusuna qiymət verməklə hesab edir ki, yeni tənzimləmələrin geriyə şamil edilməsi nəticəsində pensiyaçıların mülkiyyət hüquqlarına müdaxilə aidiyyəti şəxsləri qeyri-mütənasib və həddindən artıq ağır yükə məruz qoymamaqla, ümumilikdə cəmiyyətin maraqları ilə fərdi hüquqlar arasındakı ədalətli balansı təmin edir.
5. İddiaçının cavabdehin mövqeyinə dair yazılı etirazında qeyd edilmişdir ki, ona pensiya təyin edilməsi üçün 2013-cü ildə müraciət etmişdir, pensiya işində həmin 2013-cü ilin ərizəsi mövcuddur, müraciət edən şəxs özüdür, pensiya təyin edən qurum isə müraciəti əsasında 2013-cü ildən ona pensiya təyin edib. Həmçinin pensiya təyin ediləndən sonra işləməyə davam etmişdir, 6 il 2019-da tamam olub, yaranmış hüquqdan istifadə edib müraciət etmişdir və əlbəttə ki, müraciəti əsasında yenidən hesablanma aparılıb. Həm pensiya təyin edilməsi, həm də yenidən hesablanması onun müraciəti əsasında olub. Pensiya təyin edən qurum ona pensiya təyin tarixini düzgün müəyyən etmədiyini 2025-ci ildə aşkar etmiş, 12 ildən sonra haqqının bərpası üçün 2025-ci ildə müraciət etmişdir, təhsil müddətinin pensiya təyin edilməsi zamanı nəzərə alınmadığını nəticədə pensiya təyin tarixinin düzgün müəyyən edilmədiyini bildirmişdir. Onun müraciəti əsasında yenidən pensiya təyin tarixinə baxılmışdır və nəhayət ki, 12 ildən sonra haqqının bərpası baş vermişdir, ona müraciət əsasında 2011-ci ildən pensiya təyinatı aparılmışdır. Lakin müraciətinə natamam baxılmışdır, çünki onun müraciəti əsasında 2013-cü ildə təyin edilmiş pensiya yenidən 2025-ci ildə müraciəti əsasında yenidən 2011-ci ildən hesablanmaqla aparılıb, amma tamamilə absurd olan odur ki, 6 illik dövrlər üzrə yenidən hesablanma aparılmır. Əgər 6 illik dövr üzrə 2011-2017, 2017-2023 pensiyanın yenidən hesablanması aparılarsa pensiyasında hər hansı azalma yox əksinə artım olar. Absurd olan odur ki, müraciəti əsasında pensiyanın təyin tarixi dəyişdirilməsi baş verib, amma müraciəti əsasında pensiyanın yenidən hesablanması tarixi dəyişiklik edilmir, halbuki vaxtilə ona 2011-ci ildən pensiya hüququnun yarandığı tarixdən pensiya təyinatı aparılsaydı bu gün fərqli məbləğdə daha yüksək məbləğdə pensiya alardı. Pensiya təyin edən qurumum xətasına görə pensiya təminatı hüququ pozulmaqda davam edir. Cavabdeh yaxşı bilir ki, əgər onun pensiya təminatı hüququnu tam təmin etsə, 2011-2017, 2017-2023 tarixlər üzrə yenidən hesablanma aparsa, pensiyanın məbləğinin artırılması olacaq. Məhz bu səbəbdən müraciətini təmin etmir. Təhsil müddətinin xüsusi əmək stajına daxil edilməsi məsələsi məhz dəfələrlə həmkarları tərəfindən tələb etmə nəticəsində həllini tapıb, o də bu barədə məlumat alıb. Cavabdehə müraciət etmişdir 2012-2025 dövri üzrə 12 il ərzində həmkarları və onun bununla bağlı hüquqlarının pozulmasına məruz qalmışdır. Bununla bağlı xeyli rəsmi cavab məktubu göstərə bilər ki, hansı ki, təhsil müddətinin staja daxil edilməsi üçün həmkarları imtina cavabı verilib. Nəhayət ki, 2024-cu ilin sonunda təhsil müddətinin staja daxil edilməsi ilə bağlı məsələnin həllinə nail oldu. Lakin gördüyünüz kimi, müraciəti əsasında pensiyasının təyin tarixi dəyişdirilməsi cavabdehin mövqeyinə görə ola bilər, amma cavabdehin mövqeyinə görə müraciəti əsasında pensiyanın yenidən hesablanması tarixi dəyişiklik edilə bilməz. Tamamilə absurddur. Əgər ona vaxtilə düzgün qaydada pensiya təyin edilsəydi ona yenidən hesablanma üçün həm 2017-də, həm də 2023-də müraciət edərdi. Lakin məlum olduğu kimi 2013-dən pensiya təyinatı aparılıb, 6 il 2019-da tamam olub. Təhsil müddətinin xüsusi staja daxil edilməsinə 2025-də nail olmuşdur. İllər ərzində pozulmuş pensiya təyin tarixi ilə bağlı hüququ 12 ildən sonra bərpa edilib, lakin məlum olduğu kimi ona yalnız keçmiş üç illik dövr ərzində alınmamış pensiya məbləğinin ödənilməsi aparılacaq, bütün 12 ilin pulu deyil, bu azmış kimi, üstəlik onun 6 illik dövr üzrə qazanılmış hüquqlarını təmin etməkdən boyun qaçırırlar. Cavabdehin qanunsuz hərəkətləri ilə bağlı şikayətçidir. İddia tələbələrinin təmin edilməsini xahiş edir.
6. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2020-ci il tarixli **********7 nömrəli qərarında qeyd edilmişdir ki, pensiyanın təyin olunduğu tarix xx.xx.2013-cü il, hazırkı pensiya məbləği 589,38 manat, yenidən hesablamanın səbəbi kimi məhkəmə qərarına əsasən bərpa bortoperator.
7. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-8028/2024 nömrəli qərarında qeyd edilmişdir ki, pensiyanın təyin olunduğu tarix xx.xx.2013-cü il, hazırkı pensiya məbləği 696,61 manat, yenidən hesablanış məbləğ 909,75 manat. (məhkəmə qərarına əsasən bərpa bortoperator).
8. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-12793/2024 nömrəli qərarında qeyd edilmişdir ki, pensiyanın təyin olunduğu tarix xx.xx.2013-cü il, hazırkı pensiya məbləği 909,75 manat, yenidən hesablamanın səbəbi kimi 37.3.1 (diplom) əskikvermə.
9. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli 3-17-1/3-3-4356/2025 nömrəli qərarında qeyd edilmişdir ki, pensiyanın təyin olunduğu tarix xx.xx.2011-ci il, hazırkı pensiya məbləği 1012,21 manat, yenidən hesablanış məbləğ 1008,42 manat. Yenidən hesablamanın səbəbi kimi ilkin təyinatdan, hüququ xx.xx.2013-cü ildən xx.xx.2011-ci il tarixə çəkildi. (diploma əsasən) xx.xx.2019 - 6 illik.
10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
II. İddianın mümkünlüyü
12. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlı qərarların ləğvi ilə bağlıdır.
13. Cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli **********7, xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-12793/2024 və xx.xx.2025-ci il tarixli 3-17-1/3-3-4356/2025 nömrəli qərarları ilə pensiya məbləği yenidən hesablanaraq təyin edilmişdir.
14. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır;
16. “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunu ilə 45-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir (dəyişiklik xx.xx.2017-ci ildə qüvvəyə minmişdir): Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununun 1.11-ci maddəsinə əsasən 45-ci maddənin ikinci cümləsi çıxarılmışdır.
18. Həmin Qanunun 2-ci maddəsinə (Keçid müddəaları) əsasən: 2.1. Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. 2.2. Bu Qanunun 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.
19. İddiaçı xx.xx.2008-ci il tarixindən (45-ci maddəyə yeni məzmunda ikinci cümlə qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixədək) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olan şəxsdir. İddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanarkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyanın yenidən hesablanma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmaqla hesablanmışdır. Odur ki, iddiaçı əmək pensiyasının qeyd edilən qaydada (əmək pensiyası yenidən hesablanarkən sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan) yenidən hesablanmasını tələb edir.
20. Cavabdeh 13 may 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinə (Keçid müddəlarına) istinadən normanın ləğvinin (45-ci maddənin ikinci cümləsi) həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmədiyini bildirir. Odur ki, iddiaçı qeyd edilən kateqoriyadan olan şəxs olduğu üçün ona münasibətdə əvvəlki qanunun müddəaları tətbiq olunmalıdır.
21. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə mübahisələndirilən qərar qəbul edilərkən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi “İnzibati icraat haqqında” Qanunun tələbləri baxımından tamamilə formal xarakter daşımış, iddiaçının inzibati icraatda iştirakı və dinlənilmə hüququ təmin edilməmişdir. Məhkəmə hesab edir ki, hazırki işdə “İnzibati icraat haqqında” Qanunun 21.3.4-cü maddəsinə istinad (ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda inzibati orqan maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər) aşağıdakı səbəblərdən yolverilməzdir: - Qeyd edilən normanın nəzərdə tutulması (“İnzibati icraat haqqında” Qanunun 21.3.4-cü maddəsi) praktiki zərurətdən irəli gəlir. Çünki ünvanlandığı şəxslərin dairəsi həddən artıq geniş olduğu hallarda inzibati aktın toxunduğu şəxslərin hamısını dinləmək faktiki cəhətdən mümkün olmur. İnzibati icraatın ümumi prinsipləri baxımından da bu cür qərarın qəbul edilməsi məqsədəmüvafiqdir. Çünki bu cür inzibati aktın qəbul edilməsi zamanı fərdi münasibətlərin inzibati aktların qəbul edilməsinə təsiri olmur. Bu cür inzibati aktlar daha çox hüquq sistemində qəbul edilmiş dəyərlərin mühafizəsi məqsədilə edilir. Məsələn, tərkibində partlayıcı maddələr olan bütün satış müəssisələrin icazəsinin ləğv edilməsi, küçəyə aşağı sürətli sistemin tətbiq və s. (bax: İnzibati icraat haqqında Qanunun Kommentariyası, S.Kərimov, G.Vəliyeva “Hüquq ədəbiyyatı” nəşriyyatı-2006 səh. 172.);
22. İstənilən halda, cavabdeh də belə bir hala istinad etmir və iddiaçının dinlənilmə hüququnun təmin edilmədiyini bildirir. Bu səbəbdən iddiaçının dinlənilmə hüququnun təmin edilməsindən (faktiki olaraq) imtina edilməklə aparılmış inzibati icraat onun nəticələrinə təsir edən əhəmiyyətli dərəcədə pozulmuşdur.
23. Bununla belə, məhkəmə maddi hüquq normasının (keçid müddəalarının) cavabdeh tərəfindən tətbiqinə münasibətdə öz mövqeyini normanı təfsir etməklə bildirməyi zəruri hesab edir.
24. Konstitusiya Məhkəməsi öz qərarlarında qeyd etmişdir ki, Qanunun aydın və proqnozlaşdırıla bilən olması hüquqi dövlətin vacib təzahürlərindən biri olan qanunun ümumiliyini təmin etmək zərurəti ilə uzlaşmalıdır. Nəzərə almaq lazımdır ki, qanunun mətninin mütləq aydınlığı (qanunvericinin bütün mümkün ola biləcək həyati halları qanunda nəzərdə tutması) qeyri-realdır. Bu səbəbdən qanunda ümumi anlayışlardan istifadə edilməsi qaçılmazdır. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 64.9-cu maddəsinə əsasən, qanunda normaların həddindən artıq detallaşdırılması Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyətlərinə müdaxiləyə gətirib çıxarmamalıdır. Hüquqi normaların bəzən qaçılmaz olan natamamlığı və ya qeyri-müəyyənliyi isə məhz məhkəmə təcrübəsi vasitəsilə aradan qaldırılır (Konstitusiya Məhkəməsi Plenumunun R.Cəfərovun şikayəti üzrə 2012-ci il 18 may tarixli Qərarı). Bu zaman məhkəmə təcrübəsində normativ hüquqi aktların müddəaları onların konstitusiya hüquqi mənasına uyğun tətbiq olunmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2014cü il 29 aprel tarixli Qərarı) Nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş hər hansı hüququn, o cümlədən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququnun həyata keçirilməsinin tənzimlənməsi zamanı hüquqi müəyyənlik prinsipinə riayət olunmaması həmin hüququn pozulması ilə nəticələnə bilər (Konstitusiya Məhkəməsi Plenumunun X3 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarı).
25. Odur ki, məhkəmə qeyd edilən yanaşmadan çıxış edərək 13 may 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsini (Keçid müddəlarını) konstitusiya hüquqi mənasına, digər normalarla qarşılıqlı əlaqəsinə və tənzimləmə predmetinə uyğun tətbiq edilməli olduğu qənaətindədir.
26. Məhkəmə (təkrarən) qeyd edir ki, Konstitusiyada təsbit olunmuş hər hansı hüququn, o cümlədən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququnun həyata keçirilməsinin tənzimlənməsi zamanı hüquqi müəyyənlik prinsipinə riayət olunmaması həmin hüququn pozulması ilə nəticələnə bilər.
27. İşin hallarından görünür ki, “keçid müddəaları” (ləğv edilmiş 45-ci maddənin ikinci cümləsi) cavabdeh tərəfindən ultraaktiv formada tətbiq olunaraq müvafiq hesablama qaydası iddiaçının əmək pensiyası təyin edildikdən sonra qazandıqları sığorta kapitalı əsasında pensiyalarının yenidən hesablanması hallarına da şamil edilmişdir.
28. Bununla əlaqədar məhkəmə normanın (qanunun) ultraaktivliyi (normanın yaşanması) ilə bağlı hüquq nəzəriyyəsindən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, bu anlayış hüquq nəzəriyyəsində və tətbiqində müəyyən qanunların və ya hüquqi normaların ləğv olunmasına baxmayaraq, əvvəlki dövr üçün qüvvədə qalması və tətbiq edilməsi vəziyyətini təsvir edir. Normanın (qanunun) yaşanması (normanın ultraaktivliyi) qanunun geriyə qüvvəsinin (retroaktivliyinin) əksinə olan hüquqi hadisədir. Əksər hallarda, qüvvədən düşmüş qanunun müəyyən norma və müddəalarının ultraaktiv təsiri onu əvəz etmək üçün nəzərdə tutulmuş yeni qanunun normaları ilə müəyyən edilir. “Köhnə” qanunun normalarının ultraaktiv təsirinin tətbiqində məqsəd bu müddəaları tənzimləyən yeni qanun qəbul edilənə qədər hüquq münasibətlərinə daxil olmuş hüquq subyektlərinin hüquq və mənafelərini qorumaqdır və məhz qeyd edilən məqsəd baxımından (həmin vəziyyəti tənzimləyən hüquq münasibətinə daxil olmuş hüquq subyektlərinin hüquq və maraqlarının qorunması) tətbiq və təfsir edilməlidir. Köhnəlmiş normativ aktın normalarının fəaliyyət prinsipi əksər hallarda davam edən hüquq münasibətlərinin tənzimlənməsinə tətbiq edilir. Hüquq normasının ultraaktivliyinin xüsusiyyətləri: - Qüvvədən düşmüş normanın tətbiqi: Hüquqi norma artıq qüvvədən düşsə də, müəyyən hüquqi münasibətləri tənzimləmək üçün istifadə olunur. Bu, adətən, normanın qüvvədə olduğu dövrdə baş vermiş hadisələrə aid olur. - Geri təsir prinsipindən fərqi: Ultraaktivlik, normanın qüvvədə olduğu dövrdə baş vermiş hadisələrə aid edilməsi ilə bağlıdır. Bu, normanın geri təsir etməsi deyil, əksinə, müəyyən dövr üçün normanın tətbiq edilməsinin davamıdır. - Məqsəd: Hüquq normasının ultraaktivliyi hüquqi sabitlik və hüquq münasibətlərinin düzgün tənzimlənməsi məqsədini daşıyır. Bu, keçmiş hüquq münasibətlərini həmin münasibətlər yaranan zaman mövcud olan normalarla tənzimləməyə imkan verir. Hüquq normasının ultraaktivliyi ilə bağlı praktiki əhəmiyyəti keçid dövrlərində hüquqi proseslərin düzgün və ədalətli həll edilməsini təmin edir, eləcə də hüquq normalarının ardıcıllığını və hüquqi münasibətlərin sabitliyini qoruyur. Bu anlayış hüququn tətbiqində əsasən keçmiş hadisələrə baxış zamanı istifadə olunur və hüquqi praktika üçün vacibdir.
29. Məsələn, bu hal “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun qüvvəyə mindiyi vaxt 9.8-ci maddədə nəzərdə tutulmuşdur. Belə ki, “yeni” qanun özündə ancaq güzəştli şərtlərlə pensiya hüququ verən tam və zərərli əmək stajı olan şəxslərə münasibətdə (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən) “köhnə” qanunun normalarının ultraaktiv təsirini nəzərdə tutmuşdur.
30. Odur ki, məhkəmə qeyd edir ki, norma ancaq (I) yeni qanunda təsbit edildiyi halda ultraaktiv təsirini saxlaya bilər; (II) tənzimlədiyi münasibətlərə və faktlara münasibətdə yaşanan (ultraaktiv) ola bilər (yəni tənzimləmədiyi münasibətlərə və faktlara münasibətdə ultraaktiv ola (yaşana) bilməz); (III) yeni qanun əvvəlki (köhnə) qanuna münasibətdə hüquq subyektləri üçün daha əlverişsiz tənzimləmə şəraiti yaratmış olmalıdır ki, “köhnə” qanunun qüvvədə olduğu dövrdə hüquq münasibətlərinə daxil olmuş (davam edən hüquq münasibətləri baxımından) subyektlərin hüquq və maraqlarını qorumuş olsun.
31. Odur ki, məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinə (keçid müddəalarına) əsasən müəyyən edilmiş tənzimləmə (qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının (əmək pensiyası təyin olunduqdan sonra toplanmış pensiya kapitalı əsasında) yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsi) yuxarıda qeyd edilənlər əsasında təfsir və tətbiq edilməlidir.
32. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti adlanmaqla xx.xx.2022-ci il tarixli qanunla ləğv olunan ikinci cümləsi (Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır) 10 mart 2017-ci il tarixli Qanun ilə əlavə edilmiş və Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması qaydasını tənzimləyir. Odur ki, 10 mart 2017-ci il tarixli Qanun qüvvədə olduğu müddətdə 9-cu maddəyə əsasən yaşa görə pensiya hüququ yaranmış şəxslərə pensiya məhz qeyd edilən qaydada təyin edilməlidir və normanın (45-ci maddənin ikinci cümləsi) xx.xx.2022-ci il tarixli qanunla ləğv olunması həmin şəxslərə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasına səbəb olmur. Bu qayda (artıq qeyd edilən qaydada təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasının yolverilməzliyi) keçid müddəalarında nəzərdə tutulmuş, lakin məhkəmə hesab edir ki, həmin müddəa keçid müddəalarında nəzərdə tutulmasa belə, hüququn ümumi prinsipləri baxımından (qanunun özündə nəzərdə tutulmuş hallar istisna olmaqla) fərqli qaydanın tətbiqi istisna olunur.
33. O ki qaldı sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanmasına, müvafiq tənzimləmə məhz Qanunun 37.3.1-ci maddəsi ilə tənzimlənir. Belə ki, işləyən əmək pensiyaçılarına münasibətdə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud sığorta kapitalı əsasında yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır (37.3.2-1-ci maddə isə Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin pensiyasının yenidən hesablanması üçün müraciəti şərtləndirir).
34. Odur ki, ləğv olunmuş 45-ci maddənin ikinci cümləsi pensiyanın təyin edilməsini qaydasını müəyyən etdiyindən həmin normanın ləğvi ilə bağlı keçid müddəaları sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanması şərtlərini müəyyənləşdirə, yəni normanın tənzimləmədiyi münasibətlərin ulktraaktivliyini şərtləndirə bilməz. Çünki ləğv olunmuş 45-ci maddənin ikinci cümləsi qüvvədə olduğu müddətdə pensiyanın yenidən hesablanması qaydasını deyil, məhz (yalnız) pensiyanın təyin edilməsi qaydasını tənzimləyir. Pensiyanın təyin edilməsi və yenidən hesablanması isə fərqli hüquqi hallar və tənzimləmədir. Odur ki, yuxarıda qeyd edildiyi kimi norma tənzimləmədiyi münasibətlərə və faktlara münasibətdə ultraaktiv ola (yaşana) bilməz.
35. Məhkəmənin qeyd edilən qənaəti həm də ona əsaslanır ki, iddiaçıya güzəştli şərtlərlə ilkin pensiya təyinatı da məhz 45-ci maddənin ikinci cümləsinə edilən əlavə qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixədək həyata keçirilmişdir.
36. Həmçinin məhkəmənin mövqeyi Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 3135/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə əsaslanır: “56. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur.
57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140).
58. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz”.
37. Digər tərəfdən, yuxarıda qeyd edildiyi kimi tənzimləmə əvvəlki (köhnə) qanuna münasibətdə hüquq subyektləri üçün daha əlverişsiz tənzimləmə şəraiti yaratmış olmalıdır ki, normanın ultraaktivliyi təsbit edildiyi təqdirdə “köhnə” qanunun qüvvədə olduğu dövrdə hüquq münasibətlərinə daxil olmuş (davam edən hüquq münasibətləri baxımından) subyektlərin hüquq və maraqlarını qorunmuş olsun. Hazırda isə qeyd edilən hal müəyyən edilmir.
38. Odur ki, yuxarıda qeyd edildiyi kimi xx.xx.2022-ci il tarixli qanunun 2.2-ci maddəsi ilə təsbit edilmiş keçid müddəaları qeyd edilən qaydada sistemli (digər hüquq normaları ilə əlaqəli olaraq) və məqsədlər baxımından təfsir edildikdə cavabdeh inzibati orqanın hərəkətləri və iddiaçıya münasibətdə Qanunun 37.3.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada hesablanmaması, işləyən əmək pensiyasıçısı kimi sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayının güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılması qanunsuz olmuşdur. Odur ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmasına dair qayda tətbiq edilməməlidir. Hazırki iş üzrə məhkəmənin mövqeyi məhz qeyd edilən qənaətə əsaslanır və cavabdeh tərəfindən iddiaçının əvvəlki məbləğdə pensiyası bərpa edilərkən (İddiaçı Tunis oğluna münasibətdə) qeyd edilən yanaşma əsas götürülməlidir.
39. İddiaçının tələbinin ikinci hissəsi xx.xx.2011-xx.xx.2017 və xx.xx.2017-xx.xx.2023 tarixləri ərzində yığılan 6 illik dövrlər üzrə sığorta kapitalının nəzərə alınmaqla xx.xx.2017 və xx.xx.2024 tarixlərdə barəsində “Əmək pensiyaları haqqında” AR Qanununun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə “Əmək pensiyaları haqqında” AR Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır.
40. Məhkəmə iddiaçının tələbinə münasibətdə qeyd edir ki, İddiaçı xx.xx.2013-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 2019-cu il sentyabr ayında Fondun Xəzər rayon şöbəsinə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İddiaçının müraciəti ilə əlaqədar xx.xx.2019-cu il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə yenidən hesablanmışdır.
41. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyasında qeyd edilmişdir: Yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir.
42. Göründüyü kimi iddiaçının müraciətinə əsasən ona təyin edilmiş əmək pensiyası xx.xx.2019-cu il tarixindən yenidən hesablandığından sonrakı hesablamalar 6 ildən sonra həyata keçirilə bilər.
43. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2024-cü il tarixli müraciətinə əsasən əmək pensiyası təhsil illəri nəzərə alınaraq Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixindən (ilk müraciətindən əvvəlki üç il) yenidən hesablanaraq artırılıb və keçmiş müddət üçün iddiaçıya ödənilməli olan fərq məbləği hesablanmışdır.
44. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixindən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Eyni zamanda hazırda qüvvədə olan Qanunun 37.7-ci maddəsinə əsasən isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.
45. Məhkəmə hesab edir ki, iddiaçının özündən asılı olan səbəblərdən təhsil illəri əmək pensiyası təyin edilən zaman nəzərə alınmamışdır (diplomun sürəti iddiaçının pensiya işində mövcud deyil). Bu səbəbdən də xx.xx.2024-cü il tarixli müraciətinə əsasən əmək pensiyası təhsil illəri nəzərə alınaraq Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixindən (ilk müraciətindən əvvəlki üç il) yenidən hesablanmışdır.
46. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
47. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia qismən təmin edilsin. Cavabdeh Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2025-ci il tarixli 3-17-1/3-3-4356/2025 nömrəli, xx.xx.2024-ci tarixli 3-17- 1/3-3-12793/2024 nömrəli və xx.xx.2020-ci il tarixli **********7 nömrəli qərarlar ləğv edilsin və iddiaçının müdaxilədən əvvəlki pensiya məbləği bərpa edilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva