Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-828/2020 13.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi X4, nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “idxal rüsumunun geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra İddiaçı MMC) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2018-ci il tarixli (YGB-**********6394) yük gömrük bəyannaməsinə əsasən 104.829,02 manat dəyərində mal idxal olunarkən 15.724,35 manat (malın dəyərinin 15% həcmində) və xx xxxxxx 2018ci il tarixli (YGB-**********0230) yük gömrük bəyannaməsinə əsasən 122.136,5 manat dəyərində mal idxal olunarkən 18.320,48 manat (malın dəyərinin 15% həcmində) olmaqla iddiaçıdan cəmi 34.044,83 manat idxal rüsumunun tutulması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və qanunsuz tutulmuş 34.044,83 manat idxal rüsumunun iddiaçıya geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC şirkəti (Azərbaycan Respublikasının rezidenti) ilə “X8" şirkəti (Qırğızıstan Respublikasının rezidenti) arasında xx xxxxxx 2018-ci il tarixli, 1 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə uyğun olaraq “X8” şirkətinin tapşırığı əsasında Türkmənistan Respublikasının rezidenti “Altın Quş” şirkətindən Türkmənistan istehsalı olan cəmi 226.965,52 manat (104829,02+122136,5=226965,52) dəyərində “tiftikli dəsmallıq parçalardan toxunmuş tualet və hamam ağları” alınmaqla Türkmənistandan Azərbaycana idxal edilmişdir. xx xxxx 2018-ci il tarixli (YGB-**********6394) yük gömrük bəyannaməsinə əsasən 104.829,02 manat dəyərində mal idxal olunarkən 15.724,35 manat (malın dəyərinin 15% həcmində) və xx xxxxxx 2018-ci il tarixli (YGB-**********0230) yük gömrük bəyannaməsinə əsasən 122.136,5 manat dəyərində mal idxal olunarkən 18.320,48 manat (malın dəyərinin 15% həcmində) olmaqla cəmi 34.044,83 manat idxal rüsumu tutulmuşdur. Tərəflərindən Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə "Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişin tələblərinə uyğun olaraq malın mənşəyini təsdiq edən “CT-1 sertifikatı” təqdim edilməsinə baxmayaraq İdarə tərəfindən idxal rüsumu ödənilməsi təkidlə tələb edilmişdir. Müqavilə tərəfinin qarşısında öhdəliklərinin olması ilə əlaqədar, habelə malın gömrükdə saxlanılması halında ciddi zərərlə qarşılaşacaqlarından qanunsuz tələb edilən gömrük idxal rüsumunu ödəməyə məcbur olmuşlar (idxal rüsumunun ödənilməsini təsdiq edən qəbzlər əlavə olunur). Yuxarıda göstərilən şərtlər daxilində Rusiya Federasiyasına və Belarusiya Respublikasına idxal olunan dəsmallara görə müvafiq Sazişə uyğun olaraq idxal rüsumu ödənilmir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Hökuməti Türkmənistan Respublikasının Hökuməti ilə xx.xx.1996-cı il tarixli, Qırğız Respublikasının Hökuməti ilə isə xx.xx.2004-cü il tarixli “Sərbəst ticarət haqqında” ikitərəfli Sazişlər imzalanmışdır. Türkmənistan Respublikasının Hökuməti ilə bağlanmış sözügedən sazişin 1-ci maddəsində qeyd olunmuşdur ki, “Razılaşan Tərəflər bir Razılaşan Tərəfin gömrük ərazisindən gələn və digər Razılaşan Tərəfin gömrük ərazisi üçün nəzərdə tutulan malların ixracına və idxalına ekvivalent tə sir göstərən gömrük rüsumları, vergiləri və sair yığımları tətbiq etməyəcəklər. Bu Sazişin məqsədləri üçün və onun qüvvədə olduğu dövrdə Razılaşan Tərəflərin ərazisindən gələn mallar dedikdə aşağıdakılar başa düşülür: razılaşan Tərəflərin ərazilərində tam istehsal olunmuşlar; üçüncü ölkələrin xammal, material və komplektləşdirici məmulatlardan istifadə edilməklə Razılaşan Tərəflərin birinin ərazisində emal olunan və bununla əlaqədar, xarici iqtisadi fəaliyyətin mal nomenklaturunun (XİFMN) təsnifləşdirilməsinin heç olmasa ilk dörd nömrəsindən biri üzrə aidiyyatlığını dəyişənlər; bu maddənin “b” yarımbəndində göstərilən xammal, material və komplektləşdirici məmulatlardan istifadə edilməklə istehsal olunanlar, bir şərtlə ki, onların məcmu dəyəri reallaşdırılan malların ixrac qiymətlərinin cəmləşdirilmiş payından çox olmayır. X3 mənşəyinin müəyyənləşdiriməsinin belə qaydalarını bu Sazişin ayrılmaz hissəsi sayılan ayrıca sənədlərlə razılaşdıracaqdır” (Sazişdən çıxarış əlavə olunur). Qırğız Respublikasının Hökuməti ilə bağlanmış sözügedən sazişin 1-ci maddəsində göstərilmişdir ki, “Tərəflər onlardan birinin dövlətinin gömrük ərazisindən gələn və digər Tərəfin dövlətinin gömrük ərazisi üçün nəzərdə tutulan malların ixracına və/və ya idxalına ekvivalent təsirə malik gömrük rüsumlarını, vergiləri və yığımları tətbiq etmirlər. Tərəflər zəruri hesab edərlərsə, razılaşdırılmış mal nomenklaturu üzrə həmin ticarət rejimindən istisnalar bu Sazişin tərkib hissəsi olan protokollarla rəsmiləşdiriləcəkdir. Bu Sazişin məqsədləri üçün və onun qüvvədə olduğu dövrdə Tərəflərin dövlətlərinin ərazisindən gələn mallar dedikdə, Müstəqil Dövlətlər Birliyinin Hökumət başçıları Şurasının 2000-ci il 30 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş və Tərəflərin iştirakçıları olduqları "Malların mənşə ölkəsinin müəyyən edilməsi Qaydaları" və sonradan ona edilmiş dəyişiklik və əlavələrlə müəyyən olunan mallar başa düşülür” (Sazişdən çıxarış əlavə olunur). Eyni zamanda, Azərbaycan, Qırğızıstan və Türkmənistan Respublikaları "Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişə (xx.xx.2009cu il tarixli Saziş Respublika Prezidentinin xx.xx.2010- cu il tarixli Sərəncamı ilə təsdiq edilmişdir.) qoşulmuşlar. Qeyd olunan Sazişin məqsədi azad ticarət zonasının lazımi və səmərəli surətdə fəaliyyət göstərməsi və malların azad hərəkəti üçün şəraitin yaradılması məqsədi ilə malların mənşə ölkəsinin təyin edilməsinin vahid qaydasını müəyyən etməkdir (Sazişdən çıxarış əlavə olunur). Göstərilənlərlə bağlı, tərəflərindən Dövlət Gömrük Komitəsinə edilmiş 07/19 saylı, xx xxxxxxx 2019-cu il tarixli müraciətə Komitənin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsi tərəfindən verilmiş cavabda yuxarıda adı çəkilən Sazişin 5.1-ci maddəsinin “a” bəndinə istinad olunmaqla “dəsmalların Türkmənistan Respublikasından ixrac olunmasına baxmayaraq ticarət edilən (yəni müqavilə bağlanılan) ölkə kimi Qırğıstan Respublikası olduğuna görə idxal rüsumu ödəməli olduqlaı” bildirilmişdir (müraciət və cavab məktubları əlavə olunur). Sazişin 5.1-ci maddəsinin "a" bəndində qeyd olunan “mal Sazişin bir iştirakçısı olan dövlətin rezidenti ilə Sazişin digər iştirakçısı olan dövlətin rezidenti arasındakı müqaviləyə/kontrakta əsasən, Sazişin bir iştirakçısı olan dövlətin gömrük ərazisindən ixrac edilir və Sazişin digər iştirakçısı olan dövlətin gömrük ərazisinə idxal olunursa” müddəası gömrük idarəsinin əməkdaşları tərəfindən malı ixrac edən ölkə ilə müqavilə bağlanılan (yəni ticarət edən) ölkənin eyni olması kimi təfsir olunmuş və yanlış qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Gömrük əməkdaşlarının hansı məntiqlə belə bir qənaətə gəlmələri sual doğurur. Sazişin 2.3-cü bəndində göstərilir ki, “Sazişin iştirakçısı olan dövlətdə hazırlanmış malın mənşə ölkəsinin müəyyən edilməsi məqsədləri üçün bu və ya digər malın ardıcıl emalı/təkrar emalı zamanı onun mənşəyini müəyyən edən kumulyativ prinsip tətbiq oluna bilər. Əgər Saziş iştirakçısı olan bir dövlətdə son məhsulun istehsalında mənşəyi Saziş iştirakçısı olan digər dövlət və ya dövlətlər tərəfindən malın mənşəyi barədə forma CT-1 sertifikatı ilə təsdiq edilmiş materiallardan istifadə olunmuşdursa və Sazişin iştirakçısı olan digər dövlətdə və ya dövlətlərdə mərhələli ardıcıl emala/təkrar emala məruz qalmışdırsa, onda həmin malın mənşə ölkəsi, ərazisində son dəfə emala təkrar emala məruz qaldığı ölkə hesab edilir”. Sazişin 6.1-ci maddəsinə əsasən sərbəst ticarət rejiminin təqdim edilməsi məqsədilə Sazişin iştirakçısı olan konkret dövlətdə malın mənşə ölkəsinin təsdiq edilməsi üçün idxal ölkəsinin gömrük orqanına CT-1 formalı sertifikatın əsli və ya malın mənşəyi barədə bəyannamə təqdim olunmalıdır (Sazişdən çıxarış əlavə olunur). Göründüyü kimi Saziş yalnız malın mənşəyinin Saziş üzvlərindən birinə və bir neçəsinə aid olmasını da nəzərdə tutur və malın mənşəyinin yalnız ixracatçı ölkəyə aid olması ilə məhdudlaşdırılmır. Nəzərə alınmalıdır ki, həm Azərbaycan Respublikasının Hökuməti ilə Türkmənistan və Qırğız Respublikasının Hökumətləri arasında bağlanmış ikitərəfli müqavilələrə, həm də Həm də MDB dövlətləri arasında bağlanmış çoxtərəfli müqaviləyə əsasən cavabdeh tərəfindən Türkmənistandan idxal etdiyimiz mallara görə idxal rüsumunun tutulması tam qanunsuzdur və bu hərəkətin heç bir hüquqi əsası yoxdur. Bununla yanaşı, “Gömrük tarifi haqqında” Qanunun (xx xxxx 2013-cü il, Nq 687-İVQ) 19.4cü maddəsinə əsasən mallar üzrə tarif preferensiyaları qanunvericilikdə və Azərbaycan Respublikasının xarici ölkələrlə və ya beynəlxalq təşkilatlarla bağladığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda həmin ölkələrə, yaxud beynəlxalq təşkilatın üzv ölkələrinə münasibətdə qarşılıqlı və ya birtərəfli qaydada tətbiq edilir. Həmin Qanunun 21ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində bu Qanunla müəyyən edilmiş normalardan fərqli normalar olduqda, beynəlxalq müqavilələrdə nəzərdə tutulan normalar tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014cü il 14 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların preferensial və qeyripreferensial mənşəyinin müəyyən edilməsi” Qaydalarının 3.2 və 3.3-cü maddələrinə görə tamamilə bir ölkədə və ya ərazidə istehsal edilmiş mallar həmin ölkə və ya ərazi mənşəli mallar hesab olunur. İstehsalında birdən çox ölkənin iştirak etdiyi mallar həmin malların son dəfə əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qaldığı ölkə mənşəli mallar hesab edilir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müəyyən ölkələrlə və ya beynəlxalq təşkilatlarla bağladığı beynəlxalq müqavilələrdə göstərilən Preferensial tədbirlərin şamil edildiyi mallar üzrə preferensial mənşə qaydaları həmin müqavilələrdə öz əksini tapır. Qaydaların 10-cu maddəsində göstərilir ki, gömrük orqanları aşağıdakı hallarda malların gömrük bəyannaməsində göstərilən mənşə ölkəsini təsdiq edən sertifikatın təqdim olunmasını bəyannaməçidən tələb etməlidir: mənşəyi gömrük tarifinə görə Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallar olduqda; müəyyən ölkədən gətirilməsi kəmiyyət məhdudiyyətləri (kvota) ilə və ya xarici iqtisadi fəaliyyətin digər üsulları ilə tənzimlənən mallar olduqda; Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 22-ci maddəsinə əsasən Azərbaycan Respublikası beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyünü tanıyır və Azərbaycan Respublikası qanunvericiliyinin onlara uyğunluğunu təmin edir. X1 23.3-cü maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı hökumətlərarası müqavilələr həmin müqavilələrin Azərbaycan Respublikası üçün məcburiliyinə razılığın ifadə olunduğu normativ hüquqi aktlardan daha üstün hüquqi qüvvəyə malikdir. Konstitusiya Qanununun 23.4-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, həmin müqavilələrdə əks etdirilmiş normaların tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul olunmasını tələb edən hallar istisna olmaqla, birbaşa tətbiq edilməlidir. Tərəfimizdən 01,10.2019-cu il tarixli məktubla cavabdehə müraciət olunaraq qanunsuz tutulmuş gömrük idxal rüsumlarının şirkətimizə geri qaytarılması xahiş edilmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli, 1000-120/1xx-xx/025336 saylı məktubunda idxal gömrük rüsumunun tətbiq edilməsinə “Türkmənistandan idxal olunan yükün rəsmiləşdirilməsi zamanı gömrük bəyannamələrində ticarət edən ölkə kimi Qırğız Respublikasının qeyd edilməsi” əsas göstərilmiş və rüsumun qanunauyğun tutulduğu bildirilməklə tələblərinin icrasından imtina olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2019-cu il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi məhkəməyə təqdim etdiyi iddiaya dair xx.xx.2019-cu il tarixli 1000-210/0xx-xx/028090 №li yazılı etirazda göstərmişdir ki, İddiaçı MMC tərəfindən idxal olunmuş mallara “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli 1046 saylı Sərəncamı ilə təsdiq edilmiş “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları” haqqında xx.xx.2009-cu il tarixli Sazişin 5.1-ci maddəsinə uyğun olaraq idxal gömrük rüsumu tətbiq olunmuşdur. Belə ki, həmin Sazişin 5.1-ci maddəsinin “a” bəndinə əsasən sazişin iştirakçısı olan dövlətlərin gömrük ərazilərindəki sərbəst ticarət rejimi mal Sazişin bir iştirakçısı olan dövlətin rezidenti ilə Sazişin digər iştirakçısı olan dövlətin rezidenti arasındakı müqaviləyə (kontrakta) əsasən, Sazişin bir iştirakçısı olan dövlətin gömrük ərazisindən ixrac edilir və Sazişin digər iştirakçısı olan dövlətin gömrük ərazisinə idxal olunduğu təqdirdə tətbiq edilir. Aparılmış araşdırmanın nəticəsində müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən Türkmənistan Respublikasından idxal olunan “tiftikli dəsmallıq parçalardan toxunmuş tualet və hamam ağları” yükünün gömrük rəsmiləşdirilməsi zamanı təqdim edilmiş **********6394 və **********0230 sorğu nömrəli gömrük bəyannamələrində ticarət edən ölkə kimi Qırğızıstan Respublikası qeyd edildiyindən bu mallara qanunvericiliyə uyğun olaraq idxal gömrük rüsumları tətbiq edilmişdir. İddiaçının iddiasının əsassız olmasının bir əsası da iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş gömrük orqanına xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə təqdim edilmiş **********6394 və **********0230 sorğu nömrəli gömrük bəyannamələridir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli **********6394 və **********0230 sorğu nömrəli bəyannamələrindən görünür ki, İddiaçı MMC qeyd olunan gömrük bəyannamələrini təsdiqləyərək gömrük orqanına təqdim edərək gömrük ödənişlərini ödəmişdir. Bundan sonra iddiaçı tərəfindən gömrük orqanına təqdim edilən xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli bəyannamələr təsdiqlənərək idxal olunan malların gömrük rəsmiləşdirilməsi aparılmaqla həmin mallar sərbəst dövriyyəyə buraxılmışdır. Bununla da İddiaçı MMC ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi arasında heç bir mübahisə qalmamışdır. İddiaçı xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə idxal etdiyi mallara görə ondan hər iki bəyannamə üzrə gömrük orqanı tərəfindən artıq alınmış ümumilikdə 34.044,83 manat məbləğin ona qaytarılmasını tələb edir. Göründüyü kimi iddiaçı qeyd olunan gömrük bəyannamələrinin gömrük orqanına təqdim olunmasından müvafiq olaraq 1 il 09 ay və 1 il 04 ay sonra geri ödənilməsini tələb etmişdir ki, bununla da qanunla müəyyən edilmiş bir illik müddəti ötürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri-X6 və Vəkil ayrı-ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından görünür ki; İddiaçı MMC (Azərbaycan Respublikasının rezidenti) ilə “X8" şirkəti (Qırğızıstan Respublikasının rezidenti) arasında xx xxxxxx 2018-ci il tarixli, 1 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə uyğun olaraq İddiaçı MMC tərəfindən “X8” şirkətinin tapşırığı əsasında Türkmənistan Respublikasının rezidenti “Altın Quş” şirkətindən Türkmənistan istehsalı olan cəmi 226.965,52 manat (104829,02+122136,5=226965,52) dəyərində “tiftikli dəsmallıq parçalardan toxunmuş tualet və hamam ağları” alınmaqla Türkmənistan Respublikasından Azərbaycan Respublikasına idxal edilmişdir. İddiaçı MMC tərəfindən xx xxxx 2018-ci il tarixli (YGB-**********6394) yük gömrük bəyannaməsinə əsasən 104.829,02 manat dəyərində mal ölkəyə idxal olunarkən Dövlət Gömrük Komitəsinə xx.xx.2018-ci il tarixli qəbzə əsasən 15.724,35 manat (malın dəyərinin 15% həcmində) və xx xxxxxx 2018-ci il tarixli (YGB-**********0230) yük gömrük bəyannaməsinə əsasən 122.136,5 manat dəyərində mal idxal olunarkən xx.xx.2018-ci il tarixli qəbzlə 18.320,48 manat (malın dəyərinin 15% həcmində) olmaqla, cəmi 34.044,83 manat idxal rüsumu ödənilmişdir. İddiaçının hazırki tələblə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə etdiyi müraciətinin təmin olunmasından sonuncu tərəfindən xx.xx.2019-cu il tarixli 1000- 120/1xx-xx/025336 saylı məktubla imtina edilmiş və mətubda göstərilmişdir ki, İddiaçı MMC tərəfindən Türkmənistan Respublikasından idxal olunan “tiftikli dəsmallıq parçalardan toxunmuş tualet və hamam ağları” yükünün gömrük rəsmiləşdirilməsi zamanı təqdim edilmiş **********6394 və **********0230 sorğu nömrəli gömrük bəyannamələrində ticarət edən ölkə kimi Qırğızıstan Respublikası qeyd edildiyindən bu mallara qanunvericiliyə uyğun olaraq idxal gömrük rüsumları tətbiq edilmişdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia əsassızdır. Belə ki, iddianın hüquqi əsasını “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında” Saziş və Azərbaycan Respublikası Gömrük Məcəlləsi təşkil edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli 1046 saylı Sərəncamı ilə təsdiq edilmiş “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları” haqqında xx.xx.2009-cu il tarixli Sazişin 5.1-ci maddəsinin “a” bəndinə əsasən sazişin iştirakçısı olan dövlətlərin gömrük ərazilərindəki sərbəst ticarət rejimi mal Sazişin bir iştirakçısı olan dövlətin rezidenti ilə Sazişin digər iştirakçısı olan dövlətin rezidenti arasındakı müqaviləyə (kontrakta) əsasən, Sazişin bir iştirakçısı olan dövlətin gömrük ərazisindən ixrac edilir və Sazişin digər iştirakçısı olan dövlətin gömrük ərazisinə idxal olunduğu təqdirdə tətbiq edilir. İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, İddiaçı MMC tərəfindən Türkmənistan Respublikasından idxal olunan “tiftikli dəsmallıq parçalardan toxunmuş tualet və hamam ağları” yükünün gömrük rəsmiləşdirilməsi zamanı təqdim edilmiş **********6394 və **********0230 sorğu nömrəli gömrük bəyannamələrində ticarət edən ölkə kimi Qırğızıstan Respublikası qeyd edildiyindən cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq bu mallara idxal gömrük rüsumları tətbiq edilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 8.0.7-ci maddəsinə əsasən gömrük rüsumlarını, müvafiq vergiləri və digər gömrük ödənişlərini almaq gömrük orqanının vəzifəsidir. Həmin Məcəllənin 267.1-ci maddəsinə əsasən Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: mallar qüsurlu olduqda (267.1.1.); gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə (267.1.2.); “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda (267.1.3.). Həmin Məcəllənin 267.2-ci maddəsinə əsasən gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. Həmin Məcəllənin 270-ci maddəsinə əsasən gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 1.4-cü bəndinin tələbindən müəyyən edilir ki, gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması bu Qaydalara əsasən həyata keçirilir. Həmin Qaydaların 5.1-ci bəndinin tələbindən müəyyən edilir ki, gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. İddiaçı MMC iddia ərizəsinə əlavə edilmiş **********6394 və **********0230 sorğu nömrəli bəyannamələrdən görünür ki, həmin bəyannamələr iddiaçı tərəfindən xx.xx.2018ci il və xx.xx.2018-ci il tarixlərdə təsdiqlənərək gömrük ödənişləri ödənilmişdir. İddiaçı MMCxx.xx.2018-ci il tarixli **********0230 sorğu nömrəli gömrük bəyannaməsinin gömrük orqanına təqdim edilməsindən 1 (bir) il 9 (doqquz) ay, xx.xx.2018-ci il tarixli **********6394 sorğu nömrəli gömrük bəyannaməsi üzrə isə 1(bir) il 4 (dörd) ay sonra cavabdeh inzibati orqana müraciət edərək, həmin bəyannamələr üzrə 34.044,83 manat məbləğin artıq alındığını qeyd edərək, geri qaytarılmasını tələb etmişdir ki, bu hal (bir illik tələbetmə müddətinin keçməsi) da iddiaçının tələbinin rədd olunması üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. HəminMəcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-828/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-828/2020
13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver