Məhkəmə qərarları › İş №2-1(112)-828/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-828/2022

11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-828/2022 11.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək, 52 yaşı tamam olması ilə əlaqədar olaraq 05 iyun 2011-cı ildən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1959-cu ildə Lerik rayonunda anadan olmuşdur və ərizəsində göstərdiyi ünvanda yaşayır. Əmək fəaliyyətilə əlaqədar olaraq bildirmişdir ki, 09 avqust 1976-cı ildən 01 may 1977-ci ilə kimi Azərbacan SSR Avtomobil Yollan Nazirliyinin 2 saylı Yol Tikinti Təmir Trestinin 19 saylı Yol Tikinti İdarəsində fəhlə ( 8 ay 22 gün), 01 may 1977-ci ildən 01 may 1978-ci ilə kimi həmin idarənin Asfalt Beton zavodunda asfalt-betonçu peşəsində işləmişdir. 25 may 1978-ci ildən 19 may 1980-cı ilə kimi keşmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur, xidmət müddəti 1 il 11 ay 29 gündür. Hərbi xidmətdən qayıdandan sonra 25 avqust 1980-cı ildən 10 avqust 1981-ci ilə kimi 19 saylı Yol Tikinti İdarəsində fəhlə (11 ay-15 gün), 10 avqust 1981- cı ildən 21 mart 1988-ci ilə kimi həmin İdarənin Daşdoğrayan (drabilkada) sahəsində operator köməkçisi peşəsində (6 il 7 ay 11 gün), 21 mart 1988-ci ildən 01 oktyabr 1991-ci ilə kimi 19 saylı Yol Tikinti İdarəsinin yükləmə və boşaltma sahəsində kompressorçupeşəsində (3 il 6 ay 10), 01 oktyabr 1991-ci ildən 03 may 1993-cü ilə kimi "xxxx" İstehsalat Birliyinin "xxxx" Kiçik Müəssisəsində (“Azəravtoyol ” İB-nin 394 nömrəli əmri ilə 19 №-li YTİ ləğv edilmişdir) kompressorçufəhləpeşəsində (1 il 7 ay 2 gün), 03 may 1993-cü ildən 01 iyul 1998- ci ilə kimi "xxxx" Dövlət Şirkətinin 19 saylı Yol Tikinti İdarəsində gözətçi vəzifəsində işləmişdir ( 5 il 1 ay 28 gün). Bundan sonra 20 iyul 1998-ci ildən 26 dekabr 2005-ci ilə kimi Azərbaycan Respublikası RTT Baş İdarəsinin Rayonlararası istehsalat Təmir-Tikinti Birliyində elektrik qaynaqçısı peşəsində işləmişdir (7 il 5 ay 6 gün). Hal-hazıra kimi 29 il 3 gün ümumi əmək stajı vardır, işlədiyi 20 il 1 ay 29 gün işlədiyim asfalt-betonçu, daşdoğrayan sahədə operator köməkçisi, kompressorçi, kompressorçu-fəhlə və elektrik qaynaqçısı peşələri (vəzifələri) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrə aiddir. Yuxanda göstərilən peşələr (vəzifəlr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş ’’Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstərişlərin 2 №-li Siyahısı”nda asfalt-betonçu, daşdoğrayan sahədə operator köməkçisi, kompressorçi, kompressorşu-fəhlə və elektrik qaynaqçı peşələri (vəzifələri) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşələrə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1993-cü il tarixli, 320 saylı qəran ilə təsdiq edilmiş ’’Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstərişlərin Saylısı üzrə yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edlunması uçün nəzərdə tutulan ümumi 20 (iyirmi) il, güzəştli 10 (on) il iş staj tələb olunur. İddiaçı hesab edir ki, 01 yanvar 2006-cı il tarixədək 29 il 3 gün ümumi əmək stajı olmaqla, ondan 20 il 1 ay 29 günü güzəştli iş stajı vardır. Həmin əmək stajımla 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasma çıxmaq hüququna malikdir. Ona görə də güzəştli şərtlər asası ilə yaşa görə əmək pensiyasımn təyin edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Həmin İdarənin 25.02.2021-ci il tarixli **********0 saylı məktubu ilə iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmiş, qərarla razı olmadığı halda məhkəmyə müraciət etmək hüququna malik olmağı bildirilmişdir. Həmçinin cavab məktubunda göstərilir ki, 20 iyul 1998-ci ildən 26 dekabr 2005-ci ilə kimi Azərbaycan Respublikası RTT Baş İdarəsinin Rayonlararası istehsalat Təmir-Tikinti Birliyində elektrik qaynaqçısı peşəsində işlədiyi müddətdə sözü güdən müəssisənin sığorta olunan kimi qeydiyyatda olmaması və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər dövlət sığorta stajına aid edilmədiyi üçün yuxarıda qeyd olunmayan dövr ümumi stajına daxil edilməsi mümkün deyil. Bu səbəbdən də ümumi iş stajının 25 ildən az 21 il 5 ay 6 gün təşkil edir. Həmin imtina ilə razı deyiləm belə ki, əmək haqqımdan müəssisə tətəfindən dövlət sığorta haqqı tutulmuşdur. İddiaçının funksional vəzifəsi tapşınlmış işi layiqincə icra etməkdən ibarət olmuşdur. Tutulmuş pulun ödənilməsi funksiyası işlədiyim müəssisəyə aiddir. Həmin müəssisənin fəaliyyət göstərib-göstərməməsini bilmirəm. Həm də nəzərə alınmalıdır ki, 01.01.2006-ci ilə kimi pul elektron formada ödənilmirdi.

3. Cavabdeh orqanın məhkəməyə təqdim etdiyi (dəftərxana vasitəsilə) etirazda bildirilir ki, iddiaçının dəlili yetərsizdir. “Vətəndaşların pensiya təminatı haqqında” qanun iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun İddiaçıya şamil edilə bilməsi üçün İddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. İddiaçının 16.08.1976-cı il tarixli ИТ-1 ******* nömrəli əmək kitabçasında 01.07.1998 - 26.12.2005-ci illər ərzində Azərbaycan Respublikası RTT Baş İdarəsinin Rayonlararası İstehsalat “Təmir Tikinti Birliyi”-də elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında Filial tərəfindən araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına aid edilmədiyi üçün (“ƏPQ”-nun 21.1-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda göstərilən dövrün İddiaçının ümumi stajına daxil edilməsi mümkün deyildir (cəmi 21 il 6 ay 28 gün). Həmçinin, İddiaçının işləmiş olduğu və özünün zərərli-ağır peşə olaraq müəyyən etdiyi asfalt-betonçu, daşdoğrayan sahədə operator köməkçisi, kompressorçu, kompressorçu-fəhlə və elektrik qaynaqçısı peşələrindən yalnız asfalt-betonçu və elektrik qaynaqçısı peşələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında öz əksini tapmışdır (cəmi 8 il 5 ay 6 gün). Belə olan halda, İddiaçı 01.01.2006-cı il tarixədək “ƏPQ” ilə tələb edilən 25 il ümumi iş stajı və 12 il 6 ay güzəştli iş stajı müddətlərini tamamlamamışdır. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasinin 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə Müraciətə pensiyanın növündən asıh olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edirlər, (bənd 2.2) Qeyd edilən 2 saylı əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir, (əlavənin 2.4-cü bəndi). Lakin, iddiaçının işləmiş olduğu müəssisələr tərəfindən belə bir arayış təqdim edilməmişdir. AR Ali məhkəməsinin X2 işi üzrə qəbul etdiyi 30.04.2019- cu il tarixli, 2-l(102)- 283/2019 saylı qərarından çıxarış: “Apellyasiya İnstansiya Məhkəməsi qərarında belə hesab edir ki, əgər NK-nin yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş Siyahının bir hissəsində peşənin zərərli olması hər hansı yerdə bir dəfə də olsa müəyyən edilmişsə, onda həmin peşə iş şəraiti nəzərə alınmadan həmişə zərərli hesab edilməli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olmalıdır. Məhkəmə hesab edir ki, bu yanlış fikirdir. Siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və ya üstündə, habelə, qısamüddətli və ya uzunmüddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və zərərsiz hesab oluna bilər’’. Göründüyü kimi, AR Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz. Və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız İddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur.

4. Məhkəmənin 21.06.2021-ci il tarixli hazırlıq icraatı üzrə iclasda tərəflər iştirak etmişdir. İclasda iştirak edən iddiaçı iddia tələbini 57 yaşın tamam olması ilə əlaqədar olaraq 05 iyun 2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması olaraq dəyişdirmişdir. İclas növbəti tarixə təxirə salınmışdır.

5. Məhkəmənin 03.09.2021-ci il tarixli şifahi məhkəmə baxışı iclasında tərəflər iştirak etmişdir. Məhkəmə sorğusuna cavab verilməsi məqsədilə iclas növbəti tarixə təxirə salınmışdır.

6. Məhkəmənin 26.11.2021-ci il tarixli şifahi məhkəmə baxışı iclasında tərəflər iştirak etmişdir. İddiaçı tərəfindən orta ixtisas məktəbi bitirməsilə bağlı diplomun məhkəməyə təqdim edilməsi məqsədilə iclas növbəti tarixə təxirə salınmışdır.

7. Məhkəmənin 11.02.2022-ci il tarixli baxış iclasında tərəflər iştirak etmişdir. İddiaçı məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə olunmuş sənədləri baxılmadan geri götürdüyünü bildirmişdir.

II. İddianın geri götürülmüş sayılması

8. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

9. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

10. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 29.03.2016-cı il tarixli qərarı).

11. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

12. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

13. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

14. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

15. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

16. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

17. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

18. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyrimümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...

19. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

20. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

21. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığını yoxlamaq zərurəti mövcud deyildir.

22. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.

23. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar