Məhkəmə qərarları › İş №2-1(112)-8282/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8282/2022

29.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8282/2022 29.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X3rşı “qərarın və şifahi imtahan nəticələrinin ləğv edilməsi, icbari təlim mərhələsinə buraxılma” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X3rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun şifahi müsahibə mərhələsinə buraxılmağı üçün müraciətinin rədd edilməsinə görə cavabdeh Vəkillər X6 01 aprel 2022-ci il tarixində çıxarılmış qərarının ləğv edilməsi, onun vəkillərin ixtisas imtahanının şifahi müsahibə mərhələsinə təkrar buraxılmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 15 mart 2022-ci il tarixində 02 oktyabr 2021-ci il tarixində test imtahanından müvəffəqiyyətlə keçmiş namizədlər ixtisas komissiyasında şifahi müsahibə mərhələsindən keçmişlər. O cümlədən iddiaçı da həmin gün ixtisas komissiyasının şifahi müsahibə mərhələsində iştirak etmişdir. Sonradan 17 mart 2022-ci il tarixində ona məlum olmuşdur ki, iddiaçı müvəfəqiyyət qazanmamışdır. İddiaçı 05 mart 2021 il tarixdə vəkilliyə namizədlərin test imtahanında iştirak etmiş, 59 bal toplamışdır. X12 etdiyi müraciətə mənfi cavab verilmişdir. Bu səbəblərdən o, həm Vəkillər Kollegiyasına, X10rşı “test tapşırıqlarının qismən etibarsız sayılmasına” dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. 2021-ci ilin sentyabr ayının sonunda məhkəmənin hazırlıq icraatı iclasında müəyyən olunanda ki, test tapşırıqlarının bəzi cavabları düz deyildir, sonradan X4 balı topladığını etiraf etməklə rəsmi şəkildə Vəkillər Kollegiyasına məktub göndərmişdir. Həmin ərəfədə keçmiş hakimlərin Vəkillər Kollegiyasına üzv olması üçün ixtisas imtahanının şifahi müsahibə mərhələsi keçirilirdi. İddiaçı nə qədər Vəkillər Kollegiyasından xahiş etsə də ki, onun onlarla birlikdə şifahi müsahibədən keçməyinə imkan yaratsınlar, ona şifahi şəkildə rədd cavabı verilmişdi. Sonradan da test imtahanından müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin şifahi müsahibə mərhələsinə ilk qruplarda iştirak etməyi üçün dəfələrlə müraciətlər etsə də müsbət cavab verilməmişdir. 12 mart 2022-ci il tarixində axşam vaxtı ona zəng edilərək 15 mart 2022-ci il tarixində keçirilmiş olacaq şifahi müsahibəyə gəlməyini bildirmidilər. O, həmin ərəfədə Bakı şəhərindən çox uzaq məsafədə tanışının yas mərasimində iştirak etmişdir. O, yalnız 13 mart 2022-ci il tarixində gecə vaxtı Bakıya qayıtmışdır. Cavabdeh Vəkillər Kollegiyasının ona qarşı qeyri-obyektiv davranışı, mənəvi təzyiqləri onda ruh düşkünlüyü yaratmışdı. 15 mart 2022-ci il tarixində keçirilmiş şifahi müsahibə mərhələsi zamanı ona yalnız hüquq sahəsinə aid verilən 6 (altı) sualdan birini əla, birinə ümumiyyətlə cavab verə bilməmiş, digər 4 sualın hamısını (o cümlədən maddələrini tam göstərmiş) qənaətə yaxın cavablandırmışdır. Vəkillər X6 07 iyul 2008-ci il tarixdə çıxardıqları qərarla təsdiq edilən “Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın 5.3-cü maddəsinin tələblərinə əsasən namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi dünyagörüşü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə əlaqədar suallar verilir. Hətta “Xural TV” Youtube kanalına müsahibə verən Vəkillər Kollegiyasının sədrinin öz müsahibəsindən görünür ki, o, açıq şəkildə bildirmişdir ki, şifahi müsahibə mərhələsində vəkilliyə namizədlərə hüquq sahəsinə aid suallar verilmir, yalnız məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi dünyagörüşü və bilik səviyyəsini müəyyən edən suallar verilir. Həmin müsahibəsini dinləmək də mümkündür. Göründüyü kimi iddiaçıya yalnız hüquq sahəsinə aid suallar verilmişdi. Digər sahələrə dair suallar verilmədi. Bu hərəkətləri ilə ixtisas komisiyası İxtisas imtahanlarının keçirilməsi Qaydalarını kobud surətdə pozmuşdur. İddiaçı Kollegiyaya 2022-ci ilin fevral ayında 2 ədəd ərizəni ünvanlamışdır ki, test imtahanından sonra stress və mənəvi sarsıntılar keçirmiş olduğuna görə Kollegiya tərəfindən ona 100000 (yüz min) manat təzminat ödənilsin. İddiaçı şifahi müsahibə mərhələsinə gec buraxıldığı, həmçinin 2021-ci illin dekabr ayının sonlarından fevral ayına qədər dəfələrlə zəng vurub, şifahi müsahibə mərhələsinə buraxılmağı üçün müraciətlər etsə də onların cavabsız qalmış olması, iddiaçıda stress, həyəcan yaratmışdı. Həm də cavabdeh Vəkillər Kollegiyasından ərizələrini tələb edib, məhkəməyə gətirildikdə məlum olacaqdır ki, onda, tanışlarında (o cümlədən vəkillərdə), X5 dəqiq məlumatın olması ki, iddiaçını hər bir vəchlə şifahi müsahibədən keçməyinə imkan verməyəcəkdilər, bu hal da onda bir növ ruh düşkünlüyü yaratmışdı. Əvvəlki illərdən fərqli olaraq bu dəfə şifahi müsahibə mərhələsində ona qarşı aqressiv mövqe sərgiləmədilər. Hətta belə bir görüntü də yaranmışdı ki, komissiyanın üzvləri onun müvəffəqiyyətlə keçməyini arzulayırdılar. Bir sözlə, iddiaçı 17 mart 2022-ci il tarixdə cavabdeh Vəkillər Kollegiyasına ərizəni təqdim edərək təkrarən şifahi müsahibə mərhələsinə buraxılmağı üçün imkan yaradılması xahişi ilə müraciət etmişdir. Həmin ərizədə cavabdeh təşkilata xatırlatmışdır ki, Arzu Aliyeva adlı qadın da şifahi müsahibə mərhələsindən keçmədikdə o, təkrarən şifahi müsahibə mərhələsinə buraxılmışdır. Lakin cavabdeh Vəkillər Kollegiyasının iddiaçıya ünvanlamış olduğu 451-ci saylı 07 aprel 2022-ci il tarixində hazırlamış cavaba görə Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən 01 aprel 2022-ci il tarixində çıxarılmış qərara görə ərizəni təmin etməkdən imtina edilmişdir. Beləliklə, onun şifahi müsahibə mərhələsinə buraxılmağı üçün müraciətinin rədd edilməsinə görə cavabdeh Vəkillər X6 01 aprel 2022-ci il tarixində çıxarılmış qərarının ləğv edilməsinə, onun vəkillərin ixtisas imtahanının şifahi müsahibə mərhələsinə təkrar buraxılmağına dair qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddia ərizəsindən göründüyü kimi iddanın əsas məqsədi cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi, yəni iddiaçının vəkilliyə qəbulu barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasıdır. İddia tələbləri aşağıdakı əsaslarla hüquqi və faktiki baxımdan əsassız hesab edilir: İ. İddiaçının “Şifahi müsahibə suallarına verdiyi cavabların məqbul qiymətləndirilməsi cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzərinə qoyulması” tələbi əsassızdır. Hazırkı məcburetmə iddiası çərçivəsində iddiaçının iddiasının qiymətləndirilməsi üçün məzmunu əhəmiyyətli olan 01 aprel 2021-ci il tarixli ərizəsində sonuncu Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə ixtisas imtahanlarına buraxılması üçün sənədlərinin qəbul edilməsini xahiş etmiş, sənədlər ondan qəbul edilmiş və imtahanlara buraxılmışdır. Bu ərizə özü-özlüyündə Vəkillər Kollegiyası üzvlüyünə qəbul edilmə üçün xahişi nəzərdə tutan ərizə deyil və bu ərizəyə baxılmasının nəticəsi özü-özlüyündə üzvlüyə qəbul və ya imtina ilə nəticələnə bilməz. Üzvlüyə qəbul məsələsi ixtisas imtahanının şifahi müsahibə mərhələsində onun barəsində müsbət rəy verilmədiyi üçün baxış predmetini ümumiyyətlə təşkil etməmişdir. Hazırkı iş üzrə araşdırma predmetini yalnız ixtisas imtahanının şifahi müsahibə mərhələsi təşkil edə bilər. İddia tələblərinin mahiyyətinə dair iddiaçının mövqeyini ifadə edən mülahizələrdən görünür ki, iddiaçı bunu “başlıca mövzu” və “əsas problem” hesab edir. İddiaçının “ona ünvanlanmış suallara verdiyi cavabların məqbul qiymətləndirilməsi” tələbi də Vəkillərin İxtisas Komissiyası ixtisas imtahanının qaydaları çərçivəsində öz mülahizəsi və seçimi ilə (qiymətləndirmə azadlığı) tətbiq etdiyi diskresion səlahiyyətləri və dispozitiv davranış imkanları nəzərə alınmaqla məhkəmə təftişinin predmeti ola bilər. Yəni Vəkillərin İxtisas Komissiyası rəy verilməsi və ya verilməməsi ilə bağlı diskresion səlahiyyətə malik olduğundan, məhkəmə onun diskresion səlahiyyətini qüsurlu həyata keçirdiyini müəyyən etdikdə onun üzərinə arzu edilən inzibati aktı qəbul etmək öhdəliyi qovmamalıdır. Məhkəmənin belə hallarda iddiaçının tələbinə uyğun olan qərar qəbul etmək səlahiyyəti yoxdur. Vəkillərin İxtisas Komissiyası diskresion səlahiyyətləri həyata keçirdiyindən hər hansı bir səhvə yol verməsi, hələ iddiaçının nəyisə tələb edə bilməsi demək deyil. Əgər məhkəmə Vəkillərin İxtisas Komissiyasının qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Vəkillərin İxtisas Komissiyasının diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. İxtisas imtahanının şifahi müsahibə mərhələsinin həyata keçirilməsi Vəkillərin İxtisas Komissiyası müstəsna diskresion səlahiyyətini təşkil edir. Məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşdığından, hüququn icrasını (namizədin cavabının qiymətləndirilərək “məqbul” və ya “qeyri-məqbul” hesab edilməsi) əhatə etmir və məhkəmə yalnız Vəkillərin İxtisas Komissiyasının öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Əgər məhkəmə cavabdehin üzərinə müvafiq məsələyə dair yeni qərarın qəbul edilməsi öhdəliyi qoyarsa, bu zaman məhkəmənin diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı müəyyən etdiyi məsələlər cavabdeh üçün məcburi xarakter daşıyacaq və cavabdeh məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla hərəkət etməli olacaqdır. Hazırkı halda isə Vəkillər Kollegiyasının dövlət və məhkəmə hakimiyyəti sisteminə münasibətdə məxsusi yeri və muxtariyyatı nəzərə alınmaqla məhkəmə öz üzərinə Vəkillərin İxtisas Komissiyasının əvəzinə diskresion səlahiyyəti daha yaxşı həyata keçirmək vəzifəsini götürə, “Vəkillərin İxtisas Komissiyasına” çevrilə bilməz. İddiaçının Vəkillərin İxtisas Komissiyasının diskresion səlahiyyəti həyata keçirməməsi barədə mövqeyi ilə bağlı ilk növbədə qeyd edilməlidir ki, Vəkillərin İxtisas Komissiyasının şifahi imtahanda iştirak edən hər bir üzvünün namizədin cavablandırdığı hər bir suala mümkün iki qiymətdən birini (“məqbul” və ya “qeyri-məqbul”) vermək imkanına malik olması və yekun olaraq rəy verilib-verilməməsi məsələsinin “məqbul” və “qeyri-məqbul” qiymətlərin riyazi nisbətindən asılı olması bizə Vəkillərin İxtisas Komissiyasının qiymətləndirmə azadlığı və diskresion səlahiyyət əsasında fəaliyyət göstərməsi barədə fikir irəli sürməyə tam əsas verir. Ümumiyyətlə kollegial fəaliyyət göstərən bu tip imtahan (qiymətləndirmə, attestasiya) komissiyalarının fəaliyyətinin diskersion səciyyə daşıması mübahisəsizdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin məcburetmə haqqında iddiaya dair məhkəmə qərarından bəhs edən 73.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə (73.3.1); və inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə (73.3.2) məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Həmin Məcəllənin 74-cii maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. İddiaçının “Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzv qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzərinə qoyulması” tələbi mümükün olmamaqla yanaşı “ona ünvanlanmış suallara verdiyi cavabların məqbul qiymətləndirilməsi” tələbi də əsassızdır, hazırkı inzibati mübahisə çərçivəsində peşəyə buraxılmaq üçün bilik və bacarıqların qiymətləndirilməsi inzibati mühakimə icraatı qaydasında işə baxan məhkəmənin mühakimə funksiyalarının həyata keçirilməsindən kənardır. Məhkəmə hazırkı icraat çərçivəsində yalnız ixtisas imtahanının şifahi müsahibə mərhələsi zamanı imtahan qaydalarının tətbiqinin düzgünlüyünü yoxlaya və şərti olaraq əgər buna əsaslar olarsa, ixtisas imtahanının şifahi müsahibə mərhələsinin yenidən keçirilməsi öhdəliyini cavabdehin üzərinə qoyulub-qoyulmaması məsələsini həll edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 5.2-ci bəndinə əsasən məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Həmin Qərarın 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Eyni Qərarın 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Həmin Qərarın 10.1-ci bəndinə əsasən bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkünlük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. İİ. İddiaçının “Azərbaycan Respublikası Vəkillər X8 01 aprel 2022-ci il tarixli protokolun (qərarın) ləğv edilməsi” tələbi də əsassızdır. Qeyd edilməlidir ki, iddiaçının şikayətinə Azərbaycan Respublikası Vəkillər X9 baxılmış, 01 aprel 2022-ci il tarixli qərarı ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu və “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi” Qaydalarının tələblərini nəzərə alaraq, iddiaçının şifahi müsahibənin nəticəsinə dair Vəkillərin İxtisas Komissiyasının qərarı ilə bağlı müraciəti hüquqi əsas olmadığından təmin edilməmişdir. Göründüyü kimi barəsində şikayət verilmiş Vəkillərin İxtisas Komissiyasının qərarı şikayət instansiyasının qərarı ilə dəyişdirilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 3.4-cü bəndinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. Belə olan halda “Azərbaycan Respublikası Vəkillər X8 01 aprel 2022-ci il tarixli protokolun (qərarın) ləğv edilməsi” tələbi də mümkün sayılmamalıdır. İİİ. İddiaçının ixtisas imtahanının şifahi müsahibə mərhələsində verdiyi cavabların “qeyri-məqbul” qiymətləndirilməsi işdə olan sübutlarla tam təsdiq edilir və iddiaçı bunun əksini sübut edən hər hansı sübut və ya əsaslı dəlil irəli sürməmişdir. İddiaçının onun cavablarının məqbul kimi qiymətləndirilməli olması barədə dəlili heç bir faktiki əsasa söykənmir, hətta iddiaçı Vəkillər Kollegiyası Rəyasət Heyətinə ərizə ilə müraciət edərkən özünün suallara verdiyi cavabların qeyri-məqbul olmasını vurğulamışdır. İV. İxtisas imtahanının şifahi müsahibə mərhələsi qanunun tələblərinə uyğun keçirilmişdir. İddiaçının ixtisas imtahanının şifahi müsahibə mərhələsində hüquqa aid sualların verilməsini ixtisas imtahanının test (yazılı) mərhələsinin təkrarı hesab etməsi, eyni funksiya daşıması, şifahi müsahibəyə yazılı testlə əlaqəli eyni qaydaların tətbiq edilməsi barədə iddiaları və bunu hüququn tətbiqində yanlışlıq hesab edərək, “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinin İİ hissəsinə zidd hesab etməsinin heç bir faktiki və hüquqi əsası yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Azərbaycan Respublikasında fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi üzrə vəkillik fəaliyyətinin əsas prinsiplərini, vəkillərin hüquqi statusunu və onların özünüidarəsinin əsaslarını “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun müəyyən edir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İ, İİİ, 9-cu maddəsinin İ, V, 11-ci maddəsinin İİİ, 13-cü maddəsinin İ hissələrinin müddəalarından müəyyən edilir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq konstitusion hüququnun təmin edilməsi və Vəkillər Kollegiyası hüquq müdafə fəaliyyətini peşəkarcasına həyata keçirilməsi üçün bu fəaliyyətə müdaxilə olunmadan, vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi və özünüidarəetmə qaydasında peşəyə qəbul Vəkillər Kollegiyası tərəfindən Vəkillərin İxtisas Komissiyasının (peşə hazırlığı və yararlılığının müəyyən edilməsi) və Rəyasət Heyətinin (üzvlüyə qəbul olunma) qarşılıqlı fəaliyyəti nəticəsində həyata keçirilir. Şübhəsizdir ki, Vəkillər Kollegiyası hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq konstitusion hüququnun təmin edilməsində məsul təsisat olmaqla peşəyə qəbul üzrə müstəsna səlahiyyətə malikdir və peşəyə qəbul qaydalarını müəyyən edir. Vəkillər X8 7 iyul 2008-ci il tarixli Qərarı ilə “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları” təsdiq edilmişdir. İxtisas imtahanının yazılı (test) mərhələsinin keçirilmə şərtləri həmin Qaydaların 4.1-4.9-cu bəndləri ilə, şifahi müsahibə mərhələsinin keçirilmə qaydaları isə 5.1-5.5-ci bəndləri ilə tənzimlənir. Qaydaların 5.3-cü bəndinə əsasən hər bir naməzədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. Göründüyü kimi Vəkillərin İxtisas Komissiyasının üzvləri əvvəlcədən dərc edilmiş proqram çərçivəsində hüquqa aid suallar verməkdə sərbəstdirlər və proqramdan kənar hər hansı bir sual verilməmişdir. Belə olan halda Vəkillərin İxtisas Komissiyasının üzvləri tərəfindən hüquqa aid sualların verilməsi hüququn tətbiqində səhv hesab edilə, “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsi və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinin İİ hissəsi pozulmuş hesab edilə bilməz. İxtisas imtahanının test (yazılı) və şifahi müsahibə mərhələlərinin eyni olması və eyni qaydada keçirilməsi barədə iddiaçının mövqeyi də tamamilə əsassızdır. Belə ki, test (yazılı) mərhələdə qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqlarından istifadə edilir və imtahan yazılı şəkildə keçirilir. Bu mərhələnin məqsədi ilkin bazis hüquqi biliklərin mövcudluğunun yoxlanılmasıdır. Şifahi müsahibə mərhələsində isə cavab variantları verilməyən, sərbəst şəkildə şifahi cavablandırılan şifahi tapşırıqlar verilir ki, bu tapşırıqlara cavablardan namizədin peşə yararlılığı və peşə hazırlığı müəyyən edilir. Şifahi müsahibə çərçivəsində verilən cavablar test (yazılı) tapşırıqlardan fərqli olaraq namizədin həm hüquq sahəsinə aid bilik səviyyəsini daha əyani müəyyən etməyə, həm də suallara verdiyi cavablar çərçivəsində məntiqi nəticələr çıxarmaq qabiliyyətini yoxlamağa imkan yaradır. Həmçinin Vəkillərin İxtisas Komissiyasının üzvlərinin sərəncamında olan şəxsi işin özü (əsli) və üzvlərə paylanılan şəxsi işdən çıxarışlar namizədin hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilməsinə zərurəti aradan qaldırır. Göründüyü kimi namizədin şifahi müsahibə edilməsi Qaydaların 5.3-cü bəndi çərçivəsində həyata keçirilməklə Vəkillərin İxtisas Komissiyasının səlahiyyətindədir və hər hansı qanun pozuntusundan söhbət belə gedə bilməz. Həmçinin qeyd edilməlidir ki, əvvəlki Vəkillərin İxtisas Komissiyası tərəfindən də şifahi müsahibə mərhələsində əsasən məhz hüquqa aid suallar verilmişdir. 01 mart 2018ci il tarixindən etibarən başlamış şifahi imtahanlarda yeni tərkibdə formalaşdırılmış Vəkillərin İxtisas Komissiyası tərəfindən yalnız hüquqa aid suallar verilmişdir. Həm əvvəlki Vəkillərin İxtisas Komissiyasının praktikasından, həm də Vəkillərin İxtisas xomissiyasının yeni tərkibinin 01 mart 2018-ci il tarixindən etibarən keçirdiyi imtahan praktikasından ixtisas imtahanının şifahi müsahibə mərhələsinin hansı qaydada keçinəsi və burada 5 ədəd yalnız hüquqa aid sualın verilməsi bütün namizədlər üçün, o cümlədən iddiaçı üçün açıq məlumat idi və iddiaçı bunu bilməli idi. Həmçinin “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları” hələ test (yazılı) imtahandan öncə http://barassociation.az/ saytında rəsmi dərc edilmiş, bütün namizədlərin onunla tanış olmaq imkanı olmuş, 16 fevral 2018-ci il tarixində http://barassociation.az/news/25 səhifəsində yayımlanmış məlumatda şifahi müsahibə mərhələsinin keçirilməsi ilə əlaqədar bildirilmişdir ki. “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi” Qaydalarına əsasən, namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi” Qaydaları məhdud subyektlər dairəsi - vəkiİliyə namizədlər - üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş rəsmi sənəd kimi iddiaçının fikrinə görə ixtisas imtahanının şifahi müsahibə mərhələsini düzgün tənzimləmirdisə, iddiaçı imtahandan öncə Vəkillərin İxtisas Komissiyası qarşısında buna etiraz edə bilərdi və ya bu Qaydaların tətbiq olunması nəticəsində subyektiv hüquqlarının yaxın gələcəkdə pozulacağını əsaslandırmaqla, Qaydaların müvafiq şərtinin qanunauyğunluğunun yoxlanılmasına və onların etibarsız (qüvvədən düşmüş) hesab edilməsinə dair mübahisə aça bilərdi. İddiaçı bunlardan heç birini etməmiş, imtahandan sonra hazırkı iddiada faktiki olaraq ixtisas imtahanının şifahi müsahibə mərhələsinin keçirilmə qaydalarının şərtləri barədə ümumi (mücərrəd) olaraq mübahisə açmış, əslində faktiki olaraq ixtisas imtahanının şifahi müsahibə mərhələsindən keçmiş bütün namizədlərin mənafeyinə bu və ya digər formada toxuna biləcək məsələləri “actio popularis” qaydasında mübahisələndirmişdir. İddiaçının ixtisas imtahanının şifahi müsahibə mərhələsinin keçirilmə şərtləri barədə iddiaları əsassızdır, Vəkillərin İxtisas Komissiyası ixtisas imtahanının qaydaları çərçivəsində öz mülahizəsi və seçimi ilə tətbiq edə biləcəyi diskresion səlahiyyətlərdən və dispozitiv davranış imkanlarından kənara çıxmamış, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi” Qaydalarının hər hansı bir müddəasını pozmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35 və 73.3-cü maddələrinin tələblərinə istinadən, “Azərbaycan Respublikası Vəkillər X8 01 aprel 2022-ci il tarixli protokolunun (qərarının) ləğv edilməsi, 15 mart 2022-ci il tarixdə keçirilmiş şifahi müsahibə imtahanının nəticələrinin etibarsız sayılması, ixtisas imtahanının şifahi müsahibə mərhələsinə təkrar buraxılmağı öhdəliyinin Vəkillər Kollegiyasının üzərinə qoyulması” tələblərinin mümkün sayılmaması, hazırkı iş üzrə iddia tələblərinin təmin edilməməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə sonuncu dəqiqləşmə təqdim edərək onun şifahi müsahibə mərhələsinə buraxılmağı üçün müraciətinin rədd edilməsinə görə cavabdeh Vəkillər X6 01 aprel 2022-ci il tarixində çıxarılmış qərarının ləğv edilməsi, 15 mart 2022-ci il tarixində keçirilmiş şifahi imtahanın nəticələrinin ləğv edilməsi, icbari təlim mərhələsinə buraxılmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsinə dəqiqləşdirməsində iddiaçı əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş şifahi imtahanın qiymətləndirmə cədvəllərindən ümumiləşdirilmiş çıxarışda ona hüquq sahəsi üzrə cəmi 5 sual verildiyi qeyd edilsə də iddiaçıya şifahi müsahibə zamanı 7 ədəd sual verilmiş, onların 6-sına məqbul cavab vermiş, birini isə cavablandıra bilməmişdir. Vəkillər Kollegiyasının sədri öz müsahibəsində şifahi müsahinə mərhələsində vəkilliyə namizədlərə hüquq sahəsinə aid sualların verilmədiyi, yalnız məntiqi nəticələr çıxarmaq qabiliyyəti ümumi dünyagörüşü və bilik səviyyəsini müəyyən edən sualların verildiyini bildirdiyi halda ona digər sahələrə dair suallar verilməmiş, bu hərəkətləri ilə İxtisas Komissiyası İxtisas imtahanlarının keçirilməsi Qaydalarını kobud surətdə pozmuşdur. Şifahi müsahibə zamanı komissiya üzvlərinin kimlikləri barədə ona məlumat verilməmişdir. Təqdim olunmuş videoçəkilişə kollegiya tərəfindən qanunsuz müdaxilə edilərək ixtisas komissiyasının sədrinin ona qarşı qərəzli çıxışının montaj edilərək çıxarılmışdır. Videoçəkilişdən də aydın olur ki, o, müsahibə zamanı psixoloji gərginlik vəziyyətində idi. “Vəkillər və vəkillik fəlaiyyəti haqqında” Qanunda, “Vəkillər Kollegiyasının Əsasnaməsində Rəyasət Heyətinin təkrar şifahi müsahibə mərhəlsinə buraxılmağa dair hər hansı bir namizəd tərəfindən verilən ərizəyə qiymət verib-verməməsi, bu hala dair hər hansı növ qərar çıxarmış olması nəzərdə tutulmamışdır. Bu səbəbdən də cavabdeh Vəkillər X1 ərizəsi ilə əlaqədar 01 aprel 2022-ci il tarixində çıxarmış olduğu qərarı da qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsin məlumatına əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Zabrat qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Vəkilliyə namizədlərlə keçirilən şifahi imtahanın qiymətləndirmə cədvəllərindən ümumiləşdirilmiş çıxarışa əsasən verilmiş suallar aşağıdakılardan ibarət olmuşdur:

1. Vəkilin fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydaları;

2. Cinayətin iştirakçılarının məsuliyyəti;

3. İnzibati prosesdə iddianın mümkünlüyü;

4. İşçilərin sayının və ya ştatların ixtisar edilməsi;

5. Akreditiv üzrə hesablaşmalar. Nəticə: verilmiş 5 ədəd suala iddiaçının cavabları komissiya üzvləri tərəfindən 14 məqbul, 26 qeyri-məqbul hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komissiyasının 15 mart 2022-ci il tarixli 08 saylı iclas protokolundan çıxarışa əsasən gündəlikdə aşağıdakı məsələlər qoyulmuşdur: Vəkillər Kollegiyası üzvlüyünə qəbul edilmək üçün yazılı test imtahanından müəyyən edilmiş keçid balını toplayaraq imtahanların şifahi mərhələsinə buraxılmış namizədlərin peşə yararlılığının müəyyən edilməsi və onların Vəkillər Kollegiyası üzvlüyünə qəbul edilməsinə dair rəy verilməsi məsələsinə baxılması üçün şifahi müsahibənin aparılması barədə; Vəkilliyə qəbulla bağlı xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə keçirilmiş ixtisas imtahanlarının nəticələrinin açıqlanması və şifahi müsahibədə müvəffəqiyyət qazanmış namizədlərə rəy verilməsi barədə. Baxıldı: 2. Vəkilliyə qəbulla bağlı xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə keçirilmiş ixtisas imtahanlarının nəticələrinin açıqlanması və şifahi müsahibədə müvəffəqiyyət qazanmış namizədlərə rəy verilməsi məsələsinə. Vəkillərin İxtisas Komissiyası xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə keçirilmiş ixtisas imtahanlarının şifahi müsahibə mərhələsində iştirak etmiş aşağıda adları çəkilən namizədlərin cavabları “qeyriməqbul” qiymətləndirmişdir: 5. İddiaçı. Azərbaycan Respublikası Vəkillər X6 İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 451 nömrəli məktubunda bildirilmişdir ki, vəkilliyə qəbulla bağlı ixtisas imtahanının şifahi müsahibə mərhələsinə yenidən buraxılmağınızla bağlı Azərbaycan Respublikası Vəkillər X7 xx.xx.2022-cı ıl tarixdə daxil olmuş ərizənizə cavab olaraq bildirilir ki, müraciətinizə Vəkillər X8 xx.xx.2022-ci il tarixli iclasında baxılmış və əsas olmadığından Rəyasət Heyətinin qərarı ilə ərizəniz təmin edilməmişdir. Beləliklə, işin sadalanan hallarından görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının yazılı test mərhələsində tələb olunan balı toplayaraq şifahi müsahibəyə buraxılmış, 15 mart 2022-ci il tarixdə peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə ixtisas imtahanının şifahi müsahibə mərhələsində iştirak etmiş, şifahi müsahibənin nəticəsi üzrə iddiaçının verdiyi cavablar Vəkillərin İxtisas Komissiyası tərəfindən qeyri-məqbul hesab edilmişdir. Bundan sonra iddiaçı yenidən müsahibə mərhələsinə buraxılma üçün müraciət etmiş, cavabdeh orqanın müracətin təminindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı inzibati orqan tərəfindən aparılmış şifahi müsahibənin nəticəsinin ləğv edilməsini, onunla yeni müsahibənin keçirilməsindən imtina edilməsi barədə Rəyasət Heyətinin qərarının ləğv edilməsini və onun təlim mərhələsinə buraxılmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsassızdır. İddiaçının iddia tələbi üzrə əsaslandığı hallar aşağıdakılardan ibarət olmuşdur: -İddiaçıya yalnız hüquq sahəsinə aid suallar verilmiş, “Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla əlaqədar ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın 5.3-cü maddəsinin tələblərinə əsasən ona digər sahələrə dair suallar verilməmişdir. -Təqdim edilmiş şifahi imtahanın qiymətləndirmə cədvəllərindən ümumiləşdirilmiş çıxarışda ona hüquq sahəsi üzrə cəmi 5 sual verildiyi qeyd edilsə də iddiaçıya şifahi müsahibə zamanı 7 ədəd sual verilmişdir. -Şifahi müsahibəyə dair təqdim olunmuş videoçəkilişdən ixtisas komissiyasının sədrinin ona qarşı qərəzli çıxış hissəsi montaj edilərək çıxarılmış, müsahibə zamanı iddiaçı psixoloji gərginlik vəziyyətində olmuşdur. -X2 təkrar şifahi müsahibə mərhələsinə buraxılmağa dair hər hansı bir namizəd tərəfindən verilən ərizəyə dair hər hansı növ qərar çıxarmış qəbul etməsi səlahiyyəti nəzərdə tutulmamışdır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. -İİİ hissəsinə görə vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir: Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi; vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi; vəkillərin hüquqlarının bərabərliyi; özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi. -9-cu maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında qeyri-dövlət, müstəqil, özünü idarə edən və bütün vəkillərin daxil olduğu Vəkillər Kollegiyası fəaliyyət göstərir. Vəkillər Kollegiyasının üzvü olmayan şəxslər vəkillik fəaliyyəti ilə məşğul ola bilməzlər. -11-ci maddəsinin İİİ hissəsinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti: Ümumi yığıncağı çağırır və onun qərarlarının icrasını təşkil edir; Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir, bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətlərini həyata keçirir, vəkil reyestrini aparır; İxtisas Komissiyasına üzvlər təyin edir; ixtisas imtahanının qaydalarını və onun keçirilməsinin dövriliyini (ildə bir dəfədən az olmayaraq) müəyyən edir; vəkillər haqqında intizam icraatı başlayır. -13-cü maddəsinə görə: İ. Vəkilliyə namizədlərin bu Qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün İxtisas Komissiyası yaradılır. İİ. İxtisas Komissiyası beş vəkil, üç hakim və üç hüquqşünas alimdən, ümumilikdə isə on bir üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. İİİ. İxtisas Komissiyasının vəkil olan üzvləri müvafiq olaraq Vəkillər Kollegiyasının Rəyasət Heyəti, hakim olan üzvləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən təyin edilir. İxtisas Komissiyasının hüquqşünas alim olan üzvləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. İV. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə mütləq ixtisas imtahanı qəbul edir, zəruri hallarda baxılan məsələlər üzrə dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən müvafiq sənədlər və məlumatlar tələb edir. V. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər X7 müvafiq rəy təqdim edir. Vİ. Üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə İxtisas Komissiyasının iclası səlahiyyətlidir və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. İX. İxtisas imtahanının qaydaları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Vəkillər X6 07 iyul 2008-ci il tarixli Qərarla təsdiq etdiyi “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın: -2.1-ci bəndinə görə ixtisas imtahanları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş qaydada Vəkillərin İxtisas Komissiyası (bundan sonra - Komissiya) tərəfindən keçirilir. -2.3-cü bəndinə görə Komissiyanın iclasları Komissiyanın sədri tərəfindən çağırılır. İclasın vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Komissiya üzvlərinə Komissiyanın sədri tərəfindən ən azı bir gün qabaq məlumat verilir. -2.4-cü bəndinə əsasən Komissiyanın üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Komissiyanın iclası səlahiyyəti sayılır. Qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu əsasında qəbul edilir. İclasın protokolu Komissiyasının sədri və iclası aparan katib tərəfindən imzalanır. Qəbul edilmiş rəy Komissiyanın üzvləri tərəfindən imzalanır. -5.1-ci bəndinə görə yazılı test imtahanından keçid balı toplamış namizədlərin peşə yararlığını müəyyən etmək məqsədi ilə onlarla şifahi müsahibə keçirilir. -5.2-ci bəndinə görə müsahibənin keçiriləcəyi yeri və vaxtı barədə naməzədlərə qabaqcadan məlumat verilir. -5.3-cü bəndinə əsasən hər bir naməzədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. -5.4-cü bəndinə əsasən Komissiya üzvləri arasında müsahibə ilə əlaqədar fikir mübadiləsi aparıldıqdan sonra müsahibənin nəticəsi ilə bağlı namizədin cavabları “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndirilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Müsahibənin nəticəsində cavablar “qeyri-məqbul” qiymətləndirilən namizədə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilmir. -6.1-ci bəndinə görə şifahi müsahibənin nəticələri, bir qayda olaraq, hər gün sonuncu namizədlə müsahibə başa çatdıqdan sonra elan edilir. Komissiyanın qərarı ilə şifahi müsahibənin nəticələrinin elan edilməsinin digər dövriliyi də müəyyən edilə bilər. -6.3-cü bəndinə görə Komissiya müsahibədə cavabları “məqbul” qiymətləndirilən namizədlərin vəkil peşəsinə yararlılığını müəyyən etdikdə, bu barədə yazılı rəy tərtib edilir və həmin rəy Komissiyanın sədri tərəfindən Vəkillər X7 təqdim edilir. Komissiyanın rəyi ilə cavabları “məqbul” qiymətləndirilən namizədlər Ədliyyə Nazirliyinin tədriselm müəssisəsində icbari təlimə buraxılırlar. İnzibati Prosessual Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: -73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, maddi normanın tətbiqi şərtləri inzibati orqanın özünün qiymətləndirməsindən asılı olduqda, belə norma inzibati orqana qiymətləndirmə azadlığı verir və bu norma əsasında qəbul edilmiş aktın yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkündür. Bu zaman məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı daha çox xüsusi bilik və təcrübəyə malik olduğu məsələlərin qiymətləndirilməsindən söhbət gedir. Yəni inzibati orqanın qiymətləndirməni həyata keçirən mütəxəssislərinin xüsusi baxış aspektinə və biliklərə malik olmaları səbəbindən belə bir qiymətləndirmənin məhkəmə tərəfindən həyata keçirilməsi mümkün olmur. Buna görə də məhkəmə inzibati orqanın qiymətləndirmə azadlığı əsasında qəbul etdiyi aktlar üzrə yoxlamanı məlum faktlar əsasında, xüsusi imtahan şəraiti nəzərə alınmaqla qəbul edilə bilən olub-olmaması, düzgün icraat çərçivəsində qəbul edilib-edilməməsi baxımından həyata keçirir. Beləliklə, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq konstitusion hüququnun təmin edilməsi və Vəkillər Kollegiyası hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirilməsi üçün bu fəaliyyətə müdaxilə olunmadan, vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi və özünüidarəetmə qaydasında peşəyə qəbul Vəkillər Kollegiyası tərəfindən Vəkillərin İxtisas Komissiyasının (peşə hazırlığı və yararlılığının müəyyən edilməsi) və Rəyasət Heyətinin (üzvlüyə qəbul olunma) qarşılıqlı fəaliyyəti nəticəsində həyata keçirilir. Vəkillər Kollegiyası hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaqda ifadə olunan konstitusion hüququnun təmin edilməsində məsul təsisat olmaqla peşəyə qəbul üzrə müstəsna səlahiyyətə malikdir və peşəyə qəbul qaydalarını müəyyən edir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi həmin aktlar cavabdeh inzibati orqana inzibati aktın qəbulu zamanı maddi hüquq normasının tətbiqi şərtlərini özünün qiymətləndirməsinə əsasən müəyyən etmək və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı qiymətləndirmə azadlığı vermişdir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı (şəxsin müvafiq ixtisas üzrə qabiliyyətinin yoxlanılması və qiymətləndirilməsi və s. üzrə) xüsusi təcrübəyə malik olduğu haldan gedir. Vəkillərin İxtisas Komissiyasının iddiaçının peşə yararlılığını müəyyən etməsi, qurumun qiymətləndirmə azadlığına əsaslanan səlahiyyətləri çərçivəsində həll olunan məsələlərdir. Bu halda məhkəmənin yoxlama predmetini inzibati orqanın iddiaçının peşə yararlılığının müəyyən edilməsi ilə bağlı keçirdiyi qiymətləndirmənin qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmamasının yoxlanılması təşkil edir. İddiaçının müsahibə gedişində ona yalnız hüquq sahəsinə aid sualların verilməsi, digər sahələrə (ümumi dünyagörüşü və s. ilə bağlı) sualların verilməməsi ilə bağlı dəlili keçirilmiş müsahibənin nəticəsinin ləğvi üçün əsas kimi qəbul edilə bilməz. Yuxarıda qeyd edildiyi kimi iddiaçının peşə yaralılığının müəyyən edilməsi ilə bağlı imtahan nəticələrinin qiymətləndirilməsi inzibati orqanın qiymətləndirmə azadlığına aid olduğu kimi həmin imtahan gedişində sualların dairəsinin də müəyyən edilməsi onun qiymətləndirmə azadlığına xidmət edən diskresion səlahiyyətinə aiddir. Təsadüfi deyildir ki, Qaydaların 5.3-cü bəndinin özündə Komissiyanın hər bir namizədə şifahi müsahibə zamanı ilk növbədə hüquq sahəsinə aid sualların verilməsi nəzərdə tutulmuşdur. Həmin normada eyni zamanda qeyd edilmişdir ki, şifahi müsahibə zamanı “habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər”. Normanın ikinci hissəsində “habelə” və “o cümlədən” ara sözlərindən istifadə edilməsi namizədlərə hüquq sahəsinə aid suallardan əlavə olaraq digər sualların: məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi dünyagörüşü və bilik səviyyəsi ilə bağlı, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı sualların verilə biləcəyini nəzərdə tutulmuşdur. Başqa sözlə, inzibati orqanın müsahibə zamanı hüquq sahəsinə aid suallardan əlavə digər növ sualların verilməsi mümkündür, lakin mütləq deyil. Eyni zamanda normanın özündə “verilə bilər” ifadəsinin göstərilməsi artıq inzibati orqanın həmin növ sualları verib-verməməsini müəyyən etməkdə diskresion səlahiyyətinin olmasından xəbər verir. Bu baxımdan iddiaçıyla müsahibə gedişində yalnız hüquq sahəsinə aid sualların verilməsi və əlavə digər sahələrə aid sualların verilməməsi pozuntu hesab edilə bilməz. İddiaçının bildirdiyi “Vəkillər Kollegiyasının sədrinin öz müsahibəsində şifahi müsahibə mərhələsində vəkilliyə namizədlərə hüquq sahəsinə aid sualların verilmədiyi, yalnız məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi dünyagörüşü və bilik səviyyəsini müəyyən edən sualların verildiyini bildirməsi”nə münasibətdə məhkəmə ilk növbədə qeyd edir ki, vəkillərə namizədlərlə imtahanın keçirilmə qaydaları qeyd edildiyi kimi “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları” ilə tənzimlənir. Həmin Qaydalardan kənar müsahibənin keçirilmə qaydası müəyyən edilməmiş, İxtisas Komissiyası üzvlərindən başqa namizədin peşə yararlılığını yoxlamağa və müvafiq rəy tərtib etməyə hər hansı qurum və ya şəxs səlahiyyətləndirilməmişdir. Bu baxımdan Rəyasət Heyətinin sədrinin iddiaçının iddia etdiyi məzmunda “çıxışı” iddiaçı üçün suallarının məzmununu müəyyən edən əsas hesab olunmur. “İnzibati icraat haqqında Qanunun” 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə görə inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Göründüyü kimi inzibati orqanın vədi, bəyanatı yalnız yazılı formada olduqda şəxsin həmin vədə və yaxud bəyanata etimad hüququ var. İddiaçının qeyd etdiyi kimi Vəkillər X6 sədrinin iddia edilən məzmunda bəyanat verdiyi güman edilsə belə yenə də həmin bəyanat yazılı şəkildə öz təsbitini tapmadığından etibarlı təminat sayılmır, ona etimad hüququ mövcud deyil və qanunla belə bir hüquq qorunmur. İddiaçıya müsahibə zamanı 5 sual verilməli olduğu halda 7 sual verilməsi dəlilinə gəlincə məhkəmə hesab edir ki, bu dəlil də şifahi müsahibənin keçirilmə qaydalarının pozulması ilə keçirildiyi qənaətinə gəlməyə əsas deyildir. Əvvəla qeyd edilməlidir ki, “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın özündə ixtisas imtahanın yazılı test mərhələsində namizədlərə veriləcək sualların sayı konktret olaraq 100 sualdan ibarət olduğu qeyd edilmiş, şifahi müsahibə zamanı namizədə veriləcək sualların sayı ilə bağlı hər hansı norma qeyd edilməmişdir. Yalnız müsahibənin hər namizədlə 30 dəqiqəyədək fərdi qaydada aparılması nəzərdə tutulmuşdur ki, bu müddət çərçivəsində namizədin bilik səviyyəsini müəyyən edən hansı sayda sualların verilməsi Komissiya üzvlərinin səlahiyyətinə aid edilmişdir. Başqa sözlə, Qaydalarda şifahi müsahibə mərhələsi üçün Komissiya üzvlərinin verəcəyi suallara say məhdudiyyəti qoyulmamışdır. İddiaçı müsahibə zamanı ona 7 sual verildiyini qeyd etsə də bu hal iş materialları ilə öz təsdiqini tapmamışdır. Təqdim edilmiş şifahi imtahanın qiymətləndirmə cədvəllərindən həmin günü verilmiş sualların sayının 5 sual olduğu halda lakin ona əlavə 2 sualın verildiyi gümanı belə yenə də müsahibənin nəticələrinin əsassız olmasına rəvac vermir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi müsahibə mərhələsində Komissiya üçün sual sayı məhdudiyyəti qoyulmamışdır. Eyni zamanda müsahibə zamanı həmin gün üçün müəyyən edilmiş 5 sualın hər biri üzrə bilik səviyyəsinin yoxlanılması zamanı daha dolğun və ya ətraflı cavab üçün həmin suallardan doğan əlavə sualların verilməsi də mümkündür və bu hal hər hansı normativ əsasla məhdudlaşdırılmamışdır. İddiaçının müsahibənin pozuntu ilə keçirilməsinə dair təqdim etdiyi digər dəlillər təqdim olunmuş müsahibəyə dair videoçəkilişdən ixtisas komissiyasının sədrinin ona qarşı qərəzli çıxış etdiyi hissənin montaj edilərək çıxarıldığı, müsahibə zamanı psixoloji gərginlik vəziyyətində olmasına gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə icraatı gedişində cavabdeh orqan tərəfindən iddiaçı ilə aparılmış şifahi müsahibənin videoçəkilişi təqdim edilmişdir. Qeyd edilən çəkiliş 4 dəqiqəlik çəkiliş olmaqla iddiaçı namizədin adının elanı, onun təqdim edilməsi ilə başlayır və Komissiya sədrinin iddiaçı namizədə müsahibənin vidoçəkiliş formatında davam etdirilməsinin soruşulması və namizədin həmin suala videoçəkiliş olmadan aparılmasını ifadə etməsi ilə bitir. İddiaçının yuxarıda qeyd etdiyi komissiya sədrinin ona qərəzli yanaşması, müsahibə zamanı psixoloji gərgin vəziyyətdə olması dəlillərini iddiaçı nə yenidən müsahibəyə buraxılması üçün Vəkillər Kollegiyası Rəysatət Heyətinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində, nə də məhkəməyə təqdim etdiyi ilkin iddia ərizəsinin məzmununda ifadə etməmişdir. Qeyd edilməlidir ki, iddiaçı istinad etdyi bu dəlilləri yalnız məhkəmə icraatı zamanı cavabdehin təqdim etdiyi videoçəkilişə tərəflərin iştirakı ilə baxıldıqdan sonra iddianın dəqiqləşdirilməsi barədə ərizəsində qeyd etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı Vəkillər X7 ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində şifahi müsahibə zamanı baş verən hər hansı neqativ hallardan deyil, müsahibəyə buraxılana qədər onda yaranmış stress, həyəcandan söz açmış, bunu müsahibə mərhələsinə gec buraxılması ilə əlaqələndirmişdir. Bundan əlavə ərizəsində iddiaçı müsahibə mərhələsində öz cavablarından tam razı qalmamağını etiraf etmiş, bu səbəbə görə Komissiyanın onun barəsində vermiş olduğu mənfi rəyə qarşı etiraz edə bilmədiyini vurğulamışdır. İddiaçı eyni zamanda iddia ərizəsində şifahi müsahibə mərhələsində ona qarşı aqressiv mövqe sərgiləmədikərini, hətta komissiya üzvlərinin onun müvəffəqiyyətlə keçməyini arzuladıqları görüntüsünün olduğunu ifadə etmişdir. Bundan əlavə qeyd edilməlidir ki, məhkəməyə təqdim olunmuş videogörüntüdə Komissiya üzvlərindən iddiaçıya qarşı hər hansı təzyiq, qərəzli mövqenin göstərildiyi, eləcə də iddiaçının ona qarşı “təzyiq”dən dolayı psixoloji gərgin vəziyyətində olması müşahidə edilməmişdir. İddiaçı Komissiya sədrinin çıxışına sakit formada qulaq asdığı, komissiya üzvlərinə hər hansı formada etirazını bildirdiyi görünmür. Təqdim edilmiş 4 dəqiqəlik videoçəkilişdə hər hansı fasilə, qırılma olmaması, baş verən hadisələrin axıcılığı iddiaçının videoçəkilişin montaj edilməsi dəlilini təkzib edir. X2 təkrar şifahi müsahibə mərhələsinə buraxılmağa dair hər hansı bir namizədin ərizəsinə baxmağa və müvafiq qərar qəbul etməyə dair səlahiyyətinin olmaması ilə bağlı dəlili isə əsassız omaqla iddia tələbinin təmin edilməsinə əsas vermir. Belə ki, “Vəkillər Kollegiyasi üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın 6.5-ci bəndinə əsasən müsahibənin nəticələrinə dair Komissiyanın qərarından narazı olan namizədlərin Vəkillər X7 şikayət verə bilməsi, verilmiş şikayətə Rəyasət Heyətinin iclasında baxılaraq müvafiq cavab verilməsi imkanı, eləcə də Rəyasət Heyətinin “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 11 və 12-ci maddələrinə əsasən üzvlüyə qəbul məsələlərini həll etməkdə səlahiyyətli olması müsahibə mərhələsindən kəsilmiş namizədin yenidən müsahibəyə buraxılması barədə ərizəsinə baxaraq müvafiq qərar qəbul etməyə səlahiyyətli olmasını ehtiva edir. İddiaçının şifahi müsahibə mərhələsinin nəticəsi qeyri-məqbul qiymətləndirildiiyndən və müsahibənin nəticəsinin ləğvinə dair iddiası hazırkı məhkəmə icraatında ləğv edilmədiyindən, eləcə də “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nın 6.3-cü bəndinə əsasən şifahi müsahibə mərhələsində məqbul qiymətləndirilməyən namizədin icbari təlim mərhələsinə buraxılması nəzərdə tutulmadığından iddia tələbi icbari təlim mərhələsinə buraxılma barədə qərar qəbul edilməsi hissəsində də təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, qeyd olunanlara əasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından tələb edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X3rşı “qərarın və şifahi imtahan nəticələrinin ləğv edilməsi, icbari təlim mərhələsinə buraxılma” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar