Məhkəmə qərarları › İş №2-1(112)-8283/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8283/2022

15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8283/2022 15.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdehna qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “mənəvi ziyanın ödənilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşagıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vaxtında şifahi müsahibə mərhələsinə buraxılmaması səbəbindən ona dəyən mənəvi ziyana görə cavabdehdən 150.000 (yüz əlli min) manat təzminat ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 08 fevral 2022-ci il tarixdə kollegiya sədrinə rəsmi ərizə göndərərək qeyd etmişdir ki, məlum olduğu kimi 05 mart 2021-ci il tarixdə X3 keçirilən vəkilliyə namizədlərin test imtahanında 59 (əlli doqquz) bal toplamışdır. Ona verilmiş balın nəticəsindən narazı qaldığından X4 Apellyasiya şikayəti təqdim etmişdir. X6 (DİM) tərəfindən iddiaçıya 2 dəfə rəsmi cavab verilmişdir ki, guya cavabları iddiaçı düz tapmamış, ekspertlər təkrarən cavabları ekspertizadan keçirmiş olduqdan sonra yenə öz mövqelərində qalmışlar ki, iddiaçı əsassız apellyasiya şikayəti vermişdir. İddiaçı Kollegiyaya bu ərizədən əlavə bir ərizə də ünvanlamışdır ki, test imtahanından sonra stress və mənəvi sarsıntılar keçirmiş olduğuna görə Kollegiya tərəfindən ona 100.000 (yüz min) manat təzminat ödənilməlidir. 08 fevral 2022-ci il tarixli ərizəsində isə başlığından da göründüyü kimi tezliklə şifahi müsahibədən keçmək üçün şərait, şifahi müsahibə qurtardıqdan sonra dərhal ixtisas komissiyasının rəyinin elan olunması, həmin rəylə əlaqədar rəsmi arayışın təqdim edilməsini xahiş etmişdir. 2022-ci ilin yanvar ayının əvvəllərindən iddiaçı şifahi müsahibəyə buraxılmasına müraciət etsə də, təəssüflər olsun ki, müsbət cavab verilməmişdir. 100.000 (yüz min) manat iddiaçıya təzminat ödənilməsinə dair ərizəsində də qeyd etmişdir ki, hətta dəqiq məlumat çatdırılmışdır ki, şifahi müsahibədən uğurla keçməyinə baxmayaraq onu qəbul etməyəcəklər. Bu məlumatlar bir neçə mötəbər mənbələrdən də çatdırılmışdır. Təbii ki, bu məlumatlar və Kollegiya tərəfindən edilmiş hərəkətlər iddiaçıda ruh düşkünlüyü yaratmışdır. Həmin ərizəsində qeyd etmişdir ki, ola bilər ki, Kollegiyanın bu hərəkətinə görə iddiaçı şifahi müsahibəni uğurla keçməyə bilərdi. Bir sözlə, iddiaçı tezliklə şifahi müsahibədən keçməsə, ixtisas komissiyasının rəyi şifahi müsabiqədən dərhal sonra elan edilməsə, ixtisas komissiyasının rəyi ilə əlaqədar ona rəsmi arayış verilməsə iddiaçı bu hərəkətlə əlaqədar da əlavə olaraq 100000 (yüz min) manat təzminat tələb edəcəkdir. Həmin ərizənin sonunda iddiaçının tezliklə şifahi müsahibədən keçməyi üçün, şifahi müsahibədən keçdikdən dərhal sonra ixtisas komissiyasının rəyinin elan edilməsinə, ixtisas komissiyasının rəyi ilə əlaqədar rəsmi arayışı təqdim etməyi tələb etmişdir. Lakin çox təəssüflər olsun ki, Kollegiya sədrinin müavini olmuş Aydın Axundovun iddiaçıya ünvanlamış olduğu 240-cı saylı 16 fevral 2022-ci il tarixli cavabında iddiaçı tərəfindən qoyulan suallara, iradlara dolğun cavab verməkdənsə, cəmi bir cümlə şifahi müsahibəyə buraxılacağı qeyd edilmişdir. Daha orada tezliklə, hansı tarixdə şifahi müsahibəyə buraxılacağına, müsabiqədən keçdikdən dərhal sonra ixtisas komissiyasının rəyinin elan olunacağına, ixtisas komissiyasının rəyi ilə əlaqədar elandan sonra rəsmi arayışın təqdim ediləcəyinə dair qəsdən, bilərəkdən fikir bildirilməmişdir. Bu hal isə qanunsuz olmaqla yanaşı, iddiaçıda növbəti dəfə sarsıntı, mənəvi iztirab yaşadılmış olmasına şərait yaratmışdır. Halbuki, 23 fevral 2022-ci il tarixində məlum olmuşdur ki, cavabdeh 12 nəfəri şifahi müsahibəyə buraxmışdır. Onların arasında iddiaçının adı, soyadı yox idi. Elə bu səbəblərdəndir ki, iddiaçı 150.000 (yüz əlli min) manat təzminat da ödənilməsini Kollegiyadan tələb edir. 25 fevral 2022-ci il tarixdə hazırladığı və həmin günü poçtla sifarişli-xəbərnaməli məktubla göndərdiyi ərizəsini cavabdeh 01 mart 2022-ci il tarixdə almışdır. Lakin iddiaçıya uzun müddət cavab verilməmişdir. Nəhayət 18 aprel 2022-ci il tarixdə rəsmi ərizə ilə ona cavabın göndərilməsi barədə sübutun təqdim edilməsini tələb etdikdə sübut edə bilmədiklərindən (çünki əslində heç bir cavab verilməmişdir) məcbur olub özlərində saxlamış olduqları 313-cü saylı 09 mart 2022-ci il tarixində hazırlanmış cavabın kserosurətini təsdiq edib iddiaçıya təqdim etmişlər. Yəni, cavabdeh qəsdən, bilərəkdən, ən əsası da iddiaçıya mənəvi təzyiq göstərmiş olmağa çalışdığı üçün iddiaçını vaxtında şifahi müsahibə mərhələsinə buraxmamağa çalışmaqla ona mənəvi ziyan vurmuşdur. Necə ki, iddiaçı əgər vaxtında şifahi müsahibə mərhələsində iştirak etsəydi, sarsıntı keçirməzdi, həmin mərhələni, həmçinin kursu da keçib, vəkil kimi fəaliyyətə başlayardı. İddiaçı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23 maddələrinin şərh edilməsinə dair 31 may 2022-ci il tarixli Plenumunun Qərarı, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli Plenumunun 7 nömrəli Qərarının 2-ci bəndi, Avropa Məhkəməsinin Varnava və digərləri Türkiyəyə qarşı, Luluyev və digərləri Rusiyaya qarşı, Maksimov Rusiyaya qarşı iş üzrə qərarlarındakı hüquqi mövqeyə istinad etmişdir. Hesab edir ki, cavabdehin iddiaçıya vəkilliyə namizədlər üçün vaxtında şifahi müsahibə mərhələsində iştirak etməyinə qəsdən maneçilik törətmiş olması, şifahi müsahibə mərhələsinə 3 gün qalmış (12 mart 2022-ci il tarixində axşam məlumat verilmiş, şifahi müsahibə isə 15 mart 2022-ci il tarixində keçirilmişdir) məlumat vermiş olmaqla iddiaçıya mənəvi ziyanın vurulmasını bir daha sübuta yetirir. Cavabdehin maddi durumu da yüksək olduğundan iddiaçıya 150000 (yüz əlli min) manat pul ödənilməlidir. Azərbaycan Respublikası İnzibati - Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş və cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, proses iştirakçılarına iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (İPM-nin 62.3-cü maddəsinə əsasən). Cavabdeh yazılı etirazını təqdim etməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - İddaçının cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyədək cavabdehə müraciət etmişdir. - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkillərin İxtisas Komissiyasının xx.xx.2022-ci il tarixli 313 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, “mənəvi ziyanın əvəzinin ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2022-ci il tarixdə daxil olmuş ərizənizə baxılmışdır. Bildiririk ki, müraciətinizin təmin edilməsi üçün hüquqi əsas yoxdur.”

ƏSASLANDİRMA HİSSƏSİ: 4.İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən kompensasiyanın ödənilməsi haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.4 və 2.2.7 maddələrinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) və inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsini tələb edə bilər. Bu maddənin tələbinə uyğun olaraq, iddiaçı cavabdeh inzibati orqana münasibətdə pul tələbini irəli sürməklə inzibati iddianı qaldırmışdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, nzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. İddiaçının tələbinin əsaslandığı hallara görə, cavabdehə müraciət edərək Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən keçirilmiş vəkillik peşəsinə qəbulla bağlı müsabiqənin müsahibə mərhələsinə qanunsuz olaraq buraxılmadığını və buna görə də ona dəymiş 150 000 manat məbləğində mənəvi ziyanın ona ödənilməsini tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.3. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 23.5. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.6. Başqa şəxsə zərər vurulması. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu əmlakın real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (Mülki Məcəllənin 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin mövcud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. Lakin hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi sübuta yetirilmir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən keçirilmiş vəkillik peşəsinə qəbulla bağlı müsabiqənin müsahibə mərhələsinə qanunsuz olaraq buraxılmadığını və buna görə də ona dəymiş 150 000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsini tələb etmişdir. Bununla bağlı iddiaçıya məktubla cavab verilərək, mənəvi ziyana görə kompensasiyanın ödənilməsinin heç bir hüquqi əsası olmadığı bildirilmişdir. İddiaçı cavabdehin vəkilliyə qəbulla bağlı keçirilmiş imtahanın müsabiqə mərhələsinə buraxılmamasını ona dəyən mənəvi ziyanın əsası kimi qeyd etsə də, həmin mənəvi ziyanın və onun nəticələrinin nədən ibarət olması və onları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, həmin imtahanın müsabiqə mərhələsinə buraxılmamasına görə mənəvi iztirab keçirdiyini, səhhətinin pisləşdiyini bildirsə də, məhkəmə bu dəlillərini əsassız hesab edir. Məhkəmə tərəfindən cavabdehin hərəkətləri ilə dəymiş mənəvi ziyanın səbəbli əlaqəsinin mövcud olmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi iddiaçıya təklif edilsə də, iddiaçı tərəfindən məhkəməyə hər-hansı mötəbər sübut təqdim edilməmiş və ya məhkəmə tərəfindən hər-hansı mənbədən əldə edilməsi üçün vəsatət verilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə MMnin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Bununla yanaşı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (MM-in 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin mövcud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. İddia tələbinə münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “mənəvi zərərin ödənilməsi” barədə hüquqi mövqeyindən göründüyü kimi, sözügedən iddia o zaman təmin edilə bilər ki, cavabdehin hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə müəyyən edilmiş olsun. İşə məhkəmədə baxılarkən isə belə əlaqə müəyyən edilməmişdir. İddiaçı cavabdehin hərəkəti nəticəsində iztirab keçirdiyini, bu səbəbdən mənəvi zərər tələbinin əsaslı olduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Ali Məhkəmə Plenumunun göstərilən qərarında qeyd edilmişdir ki, şəxsin iztirab keçirməsi dedikdə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşin məhkəmədə araşdırılan hallarından isə cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçının sağlamlığının pozulması, bunun nəticəsində fiziki əzab çəkməsi öz təsdiqini tapmamışdır. Tarantino və digərləri İtaliyaya qarşı (25851/09, 29284/09 və 64090/09 nömrəli ərizələr) 2 aprel 2013-cü il tarixli qərarında Avropa Məhkəməsi qəbul imtahanları ilə bağlı qeyd etmişdir ki, ən layiqli tələbələrin müəyyən edilməsi məqsədilə müvafiq imtahanlar vasitəsilə namizədlərin qiymətləndirilməsi universitetlərdə minimal və adekvat təhsil səviyyəsini təmin etməyə yönələn mütənasib tədbirdir. İmtahanların məzmununa gəlincə, Məhkəmə müxtəlif kontekstlərdə də olsa, “Kjeldsen, Busk Madsen və Pedersen Danimarkaya qarşı” (Kjeldsen, Busk Madsen and Pedersen v. Denmark (7 December 1976, § 53, Series A no. 23)) işində qət etmişdir ki, təhsil proqramının müəyyənləşdirilməsi və planlaşdırılması prinsipcə X5 səlahiyyətinə aiddir və bu məsələlər barədə qərar qəbul etmək Məhkəmənin səlahiyyətində deyil. Eynilə, Məhkəmə testlərin müvafiqliyi və ya məzmunu barədə də qərar qəbul etmək səlahiyyətinə malik deyildir. Məhkəmə hesab etmişdir ki, ərizəçilərin fərdi maraqları ilə bütövlükdə cəmiyyətin, o cümlədən universitetə daxil olan digər tələbələrin maraqları arasında tarazlıq təmin edilməlidir. Məhkəmə qeyd etmişdir ki, bu iki meyar təhsil hüququnun tənzim edilməsinin cəmiyyətin və fərdlərin ehtiyacları və resurslarına uyğun olaraq fərqlənə bilməsinin mümkünlüyünü nəzərdə tutan Avropa Məhkəməsi presedent hüququna uyğundur (bax: “Belgian linguistics case” işi). Məhkəmənin fikrincə əgər Hökumət həddən artıq dövlət xərclərinə yol verməmək üçün hərəkət etmək hüququna malikdirsə, onda belə bir tədbir tarazlaşdırılmış addımdır. Məhkəmə qeyd edir ki, müəyyən spesifik peşəkarlar kateqoriyasına tədris keçilməsi böyük məbləğdə kapital qoyuluşu tələb edir. Buna görə də dövlətin hər bir uğur qazanan namizədin əmək bazarına daxil olmasına çalışması ağlabatandır. Nəhayət, Məhkəmə qeyd etmişdir ki, ərizəçilər maraq göstərdikləri və tələb olunan keyfiyyətlərə malik olduqları istənilən digər təhsil proqramına sənəd vermək hüququndan məhrum edilməmişdirlər (bax: mutatis mutandis, yuxarıda qeyd edilmiş “Lukaç” işi üzrə qərardad). Namizədin test imtahanını neçə dəfə verə bilməsinə hər hansı məhdudiyyətin qoyulmadığı nəzərə alınarsa, ərizəçilər hələ də bu imtahanı vermək və seçimlərinə uyğun olan fakültəyə daxil olmaq imkanına malikdirlər. Məhkəmə hesab etmişdir ki, tətbiq edilmiş tədbirlər qeyrimütənasib olmamış və bu tədbirləri tətbiq etməklə dövlət təqdir səlahiyyətini aşmamışdır. Beləliklə, Konvensiyanın 1 saylı Protokolunun 2-ci maddəsinin tələbləri pozulmamışdır. Həmçinin ərizəçinin səkkiz il ərzində dərslərə gəlmədikdən sonra universitetdən kənarlaşdırılması nəticəsində yenidən qəbul imtahanı verməyə məcbur edilməsi ilə bağlı Məhkəmə qət etmişdir ki, tədbir qanuni məqsədə yönəlmiş və dövlətin təhsil hüququnu tənzim etmək səlahiyyətinə malik olması baxımından mütənasib olmuşdur. Faktiki olaraq o, bir tərəfdən ərizəçinin maraqları ilə, digər tərəfdən həmin fakültəyə daxil olmaq istəyən digər şəxslərin, həmçinin ümumilikdə cəmiyyətin maraqları arasında tarazlıq yaratmışdır. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Beləliklə də hazırki iş üzrə iddiaçının vaxtında şifahi müsahibə mərhələsinə buraxılmaması səbəbindən cavabdehin hər hansı qanunsuz hərəkəti nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən mənəvi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdehna qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar