Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8283/2023 23.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil1, Zəruri cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" QSC X15t Təşkilatı nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X1rşı "xxxx" (zəruri cəlbetmə qaydasında üçüncü şəxs Aqrarkredit QSC) iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunazidd hərəkəti və ona məxsus Biznes Planının saxtalaşdırılması nəticəsində ona dəymiş 2.450.390 (iki milyon dörd yüz əlli min üç yüz doxsan) manat məbləğində zərərin (əldən çıxmış faydanın) cavabdehdən tutularaq ona ödənilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, o, 2012-ci ildən etibarən fərdi sahibkarlıqla məşğul olur. 2014-cü ildə o, aqrar sahədə biznes qurmaq məqsədilə Biznes Planı hazırlamış və İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edərək ona güzəştli kredit ayrılması ilə bağlı köməklik göstərilməsini xahiş etmiş və bununla əlaqədar tərəfindən investisiya layihəsi təqdim edilmişdir. Daha sonra o, İqtisadiyyat Nazirliyi yanında X4 qəbulunda olmuş və onun vasitəçiliyi ilə ona güzəştli kreditin ayrılması məqsədilə "xxxx" ASC-yə getmiş və həmin təşkilatın mütəxəssisi sənədləri qəbul etmiş və ona aid daşınmaz əmlakların qiymətləndirilməsi üçün ekspertiza təyin olunmuşdur və həmin ekspertizanın keçirilməsi xərcləri onun tərəfindən deyil, "xxxx" ASC tərəfindən ödənilmişdir. "Roveks Konmark" Konsaltinq şirkəti tərəfindən tərtib edilmiş 141683AGB №li ekspert rəyinə əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında mülkiyyətində olan 0,08 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 301.6 kv.m. olan 7 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 150.000 manat, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 97.34 kv. metr olan 18 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşən 3 otaqlı mənzilin bazar dəyəri 145.000 manat müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən ünvanlanmış 10 dekabr 2014-cü il tarixli məktuba əsasən ona 120.000 manat məbləğində güzəştli kreditin ayrılmasına hər hansı etiraz edilməmişdir. "xxxx" ASC-i tərəfindən ona ünvanlanmış xx.xx.2014-cü ii tarixii 591 №-li məktubda qeyd olunmuşdur ki, kredit mütəxəssisi tərəfindən sahibkarlıq fəaliyyəti yoxlanılmış və nəticədə kreditin ayrılması "Sahibkarlığa Kömək Milli Fondu" tələblərinə cavab vermədiyi, torpaq sahələrinin mülkiyyətdə olmadığı, gəlirlərin alınacaq krediti ödəmə imkanlarından aşağı səviyyədə olması müəyyən edilmişdir. “Bununla bağlı "xxxx" ASC tərəfindən qəbul edilmiş qərar hüquqları pozularaq bu günə kimi ona təqdim edilməmişdir. "xxxx" ASC-nin qərarının təqdim edilməsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə tərəfindən müraciət edilmiş və Bakı Kommersiya Məhkəməsi tərəfindən Əmanətlərin Sığortalanması Fonduna "xxxx" ASC-nin həmin qərarla bağlı protokol qeydiyyat kitabını surətlərini məhkəməyə təqdim edilməsi barədə sorğu ilə müraciət edilmiş, lakin sorğuya cavab almadan, Komitə qərarı mövcud olduğu halda iddianın təmin edilməməsi ilə bağlı qətnamə çıxarılmışdır. "xxxx" ASC tərəfindən ona kredit ayrılmasından imtina edilmişdir. Belə ki, "xxxx" ASC-nin İdarə Heyəti tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə ünvanlanmış 05\8998 saylı, xx.xx.2014-cü il tarixli məktubda bildirilmişdir ki, "kredit mütəxəssisi tərəfindən sifariş alınmış, sahibkarlıq fəaliyyəti tam təhlil edilmiş, məntəqəyə baxış keçirilmiş və mülkiyyət sənədləri yoxlanmışdır. Təhlil zamanı torpaq sahələrinin mülkiyyətdə olmadığı, gəlirlərin alınacaq krediti ödəmə imkanlarından aşağı səviyyədə olması müəyyən edilmişdir." Bundan narazı qalaraq o, "xxxx" ASC-nin ona kredit verilməsindən yayınmasının tamamilə əsassız olması barədə İqtisadiyyat Nazirliyinə və X6 müraciətlər etmiş və müraciətinin biznes layihənin qiymətləndirilməsi və kreditləşdirilməsi məqsədilə yenidən "xxxx" ASC-yə yönləndirilmişdir. Daha sonra İqtisadiyyat Nazirliyi tərəfindən onun girovlarına uyğun olaraq 120.000-200.000 məbləğində kredit ayırmaq əvəzinə cəmi 50.000 manat məbləğində kredit vəsaiti ayırmışlar. "xxxx" QSC-nin məsul şəxsləri isə ona bildirmişlər ki, ayırdıqları kredit vəsaiti olan 50.000 manatı müvəqqəti olaraq verirlər, qoyunları aldıqdan sonra monitorinq keçirəcəklər, daha sonra o, İqtisadiyyat Nazirliyi yanında X6 müraciət edəcək və onlar yenidən 120.000 (bir yüz iyirmi min) manat məbləğində kredit vəsaiti verəcəklər. "xxxx" QSC əməkdaşlarının yuxarıda göstərilən qanunsuz hərəkətləri ilə bağlı "xxxx" QSC-nin rəhbərliyinə və İqtisadiyyat Nazirliyinə dəfələrlə şikayət edərək bildirmişdir ki, Biznes Layihəsinə Biləsuvar rayonunda yerləşən və ona məxsus olan 60 hektar torpaq sahəsinin müqaviləsini əlavə etdiyi halda və həmin torpaq bankda girov saxlanıldığı halda "xxxx" QSC-nin həmin torpaq sahəsini girov predmeti kimi tanımaq istəməməsi və dəfələrlə rəsmi müraciət etməsinə baxmayaraq həmin torpaqda monitorinq keçirməkdən imtina etməməsi tamamilə qanunsuzdur və bunun nəticəsində ona külli miqdarda ziyan dəymişdir. "xxxx" QSC-nin Kreditləşmənin təşkili və İdarə olunması Departamentinin Direktoru, İdarə Heyətinin üzvü Vüqar Yaqubov tərəfindən təqdim olunmuş 23 may 2019- cu il tarixli 5-7\1491 №li məktubda qeyd olunmuşdur ki, Biznes layihəsininin surəti Fonda göndərilən nüsxədən fərqli olmuş və "xxxx" QSC-də qalan nüsxə təsərrüfatın Abşeron rayonu, Aşağı Güzdək kəndində 60 hektardan artıq heyvandarlığı inkişaf etdirmək üçün torpaq sahəsi və həmin torpaq sahəsində müəssisəyə məxsus tikililərin, lazımi texnikanın və sair mövcudluğu göstərilsə də, sahibkar tərəfindən həmin torpaq sahəsinə dair hüquqları təsdiq edən sənədlər "xxxx" QSC-yə təqdim edilməmişdir. Lakin 60 ha torpaq sahəsi Abşeron rayonunda deyil, Biləsuvar rayonunda yerləşir və həmin torpağa aid sənədlər "xxxx"xxxx"Aqrarkredit' QSCyə, həm də İqtisadiyyat Nazirliyi yanında X6 müraciət edərək onun onlara rəsmi şəkildə təqdim etdiyi Biznes Layihəni və ona əlavə olunmuş sənədlərin təsdiq olunmuş surətlərini istəmişdir. "xxxx" QSC tərəfindən 06 may 2019-cu il tarixli 227 saylı cavab məktubu ilə, X9 isə 16 sentyabr 2019-cu il tarixli Sif-001-7\250 saylı cavab məktubları ilə həmin sənədlərin təsdiq olunmuş surətləri ona təqdim olunmuşdur. Hər iki cavab məktubu və onlara əlavə olunmuş sənədləri nəzərdən keçirdikdən sonra ona məlum oldu ki, cavabdehlər onun təqdim etdiyi Biznes Layihəsini məqsədyönlü şəkildə saxtalaşdırmışlar. Belə ki, "xxxx" QSC-yə təqdim etdiyi Biznes Layihənin 3-cü səhifəsinin 2-ci abzasında qeyd olunur ki, təsərrüfatın 60 hektardan artıq heyvandarlığı inkişaf etdirmək üçün torpaq sahəsi və həmin torpaq sahəsində müəssisəyə məxsus olan tikilililəri, lazımi texnikası və s. mövcuddur. Həmçinin Biznes Layihənin 9-cu səhifəsinin 4-cü abzasında qeyd olunur ki, hal-hazırda sahibkarın mülkiyyətində heyvanların saxlanılması üçün mal tövləsi, 60 hektardan artıq torpaq sahəsi, texnikası və xırdabuynuzlu mal-qarası vardır. Eləcə də Biznes Layihəsinin 15-ci səhifəsinin 1-ci abzasında qeyd olunur ki, təsərrüfatın 60 hektar torpaq sahəsi vardır, bu da kifayət qədər yem ehtiyatı deməkdir. Lakin, X2 daxil olmuş 22 aprel 2019-cu il tarixli Sif-07\01-7\87 sayllı cavab məktubuna əlavə olunmuş Biznes Layihənin 3-cü, 9-cu, 15-ci səhifələrində ayrı-ayrı şriftlərlə yazılmaq yolu ilə ona məxsus olan 60 hektar torpaq sahəsinə aid məlumatları oradan çıxararaq layihələri saxtalaşdırmış, nəticədə ona təqdim etdiyi girovlara uyğun düşəcək kredit məbləğini, yəni 120.000 manatı verməkdən yayınmışlar. Beləliklə cavabdeh orqanın təqsiri ucbatından təsərrüfatın inkişafı üçün lazım olan vəsaiti ala bilmədiyindən, ona külli miqdarda zərər vurulmuşdur. Həmçinin, X2 daxil olmuş 22 aprel 2019-cu il tarixli Sif-07\01-7\87 saylı cavab məktubunda qeyd olunur ki, müraciətində qeyd olunan Biləsuvar rayonunda yerləşən 60 hektar torpaq sahəsinə dair sənəd güzəştli kreditin ayrılması zamanı Fonda təqdim edilməmişdir. "Aqrarkredit7 QSCyə müşayiət edici məktubun surətini təqdim etməyi xahiş etdikdə isə bundan imtina olunur. İqtisadiyyat Nazirliyi yanında X9 və "xxxx" QSC tərəfindən mənə qanuni icarədə olan Biləsuvar rayonunda yerləşən 60 ha torpaq sahəsini Biznes Planında nəzərə almamaqla təsərrüfata 50.000 manat kredit ayrılmasını məqbul hesab etməsi özü də əslində qanunsuz və əsassız hərəkətlə müşayiət olunmuşdur. Ona ayrılmış olan 50.000 manat kredit vəsaiti 200 (iki yüz) baş xırdabuynuzlu heyvanların saxlanılması üçün nəzərdə tutulmuşdur ki, belə olduğu halda da bu sayda heyvanların tərəfindən tərtib edilmiş Biznes Planında nəzərdə tutulmuş Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən ona məxsus 8 sot torpaq sahəsində saxlanılması mümkünsüz olmuş, eləcə də cavabdeh orqanın bu hərəkətləri bu sahəni tənzimləyən normativ hüquqi aktların tələblərinə də zidd olmuşdur. Həmçinin hesab edir ki, "Aqrarkredit' QSC tərəfindən təqdim olunmuş ekspertiza nəticələrinə dair Rəydə İnvestisiya layihələrinin ekspertizası və monitorinqi şöbəsinin müdiri Arif Vəliməmmədov tərəfindən atılmış imza saxtadır. Belə ki, həmin şəxs tərəfindən tərtib edilmiş 22 aprel 2019-cu il tarixli SİF-07\01- 7\87 №li məktubda göstərilən imza ilə yuxarıda qeyd etdiyi Rəydəki imza üst- üstə düşmür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli qərarı ilə təsdiq edilmiş "Örüş, otlaq və biçənək sahələrinin icarəyə və istifadəyə verilməsi, habelə istifadə edilməsi barədə" Qaydaların 13-cü bəndinin 2-ci hissəsinə əsasən qış otlaqlarına tələbat hesablanarkən otlaqların bitki örtüyündən, keyfiyyətindən, tutumundan, habelə torpaqların mexaniki tərkibindən və humus qatının qalınlığından asılı olaraq hər hektara 1-4 baş, yay otlaqlarında isə iki dəfə artıq davar otarılması nəzərdə tutulur. Göründüyü kimi 200 baş xırdabuynuzlu heyvanın saxlanılması və yem tələbatının ödənilməsi üçün 8 sot torpaq sahəsinin kifayət etməsi absurd olmaqla, saxlanılacaq heyvanların yem bazası baxımından mümkünsüz və qanunsuzdu evə yuxarıda qeyd olunan Qərarın tələblərinə uyğun olaraq 200 baş xırdabuynuzlu heyvanın saxlanılması üçün ən azı 50-60 ha örüş sahəsinin mövcudluğu mütləqdir. Buna baxmayaraq, X9 və "xxxx" QSC onun Biznes Planında yem bazası kimi göstərdiyi Biləsuvar rayonunda yerləşən 60 ha icarə torpaq sahəsinə dair sənədləri biznes planından çıxararaq bu sahəni nəzərə almamaqla, ona bu plan üzrə təsərrüfatın qurulması və inkişafı üçün tələb olunan 120.000 manat kreditin verilməsinə qəsdən maneə yaratmaqla iddiaçıya külli miqdarda ziyan vurmuş, eləcə də sözügedən Biznes Planı və İnvestisiya Layihəsində qeyd edilmiş göstəricilər əsasında 2016-2022-ci illər ərzində əldə edəcəyi gəlirlərdən (qazancdan) onu məhrum etmişdir. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən aparılmış 02 mart 2022-ci il tarixli MB 15\0177 №li qiymətləndirmə hesabatına əsasən tərəfindən tərtib edilmiş Biznes Plan və İnvestisiya Layihəsində nəzərdə tutulmuş Abşeron Rayonu Aşağı Güzdək kəndində yerləşən heyvandarlıq kompleksinə və Biləsuvar rayonunda yerləşən kompleksə məxsus olan 60 ha əkin biçin torpaq sahəsinə maliyyə qurumları tərəfindən tərəflər arasında razılaşdırılmış biznes plana əsasən maliyyə dəstəyinin göstərilməməsi nəticəsində 2015-ci ildən 2022-ci ilə qədər müddətdə əldən çıxmış faydanın hesablanmış bazar dəyəri 2 450 390 (iki milyon dörd yüz əlli min üç yüz doxsan) manat təşkil edir. Ziyanın ödənilməsi məqsədilə cavabdeh orqana onun tərəfindən xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət olunmuş, cavabdehin ona 18 mart 2022-ci il tarixli məktubuna əsasən mənə dəymiş ziyanın ödənilməsindən imtina edilmiş və bununla bağlı ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.
3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-7799/2022 nömrəli qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası X3rşı "xxxx" qapalı səhmdar cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia mümkün sayılmamışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarili 2-1(103)- 489/2023 nömrəli qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7799/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilərək, iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır.
5. Bakı İnzibati Məhkəməsinə üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti X15t təşkilatı tərəfindən (“Elektron Məhkəmə” sistemi vasitəsilə) təqdim edilmiş etirazda iddia ərizəsi ilə bağlı bildirilmişdir ki, həmin iddia ərizəsində "xxxx" QSC tərəfindən verilmiş kreditlə bağlı göstərilənlər tam əsassızdır və iddiaçının formal mülahizələrinə əsaslanır. İddiaçı iddia ərizəsində 2012-ci ildən fərdi sahibkar kimi fəaliyyətə başladığını bildirsə də, təqdim olunan sənədlərdə onun 2012-ci ildə deyil, 2014- cü ildə vergi orqanlarında fərdi sahibkar kimi qeydiyyatda olduğu müəyyən edilmişdir. İlk növbədə bildirilmişdir ki, İddiaçı iddia ərizəsində cavabdeh Azərbaycan Respublikası X9 tərəfindən konkret olaraq hansı normativ hüquqi aktın tələblərini pozmasını göstəməyərək yalnız ümumi sözlərlə kifayətlənmişdir. İddiaçı iddia ərizəsində ona dəymiş ziyanın cavabdehin hansı qanuna zidd hərəkətləri nəticəsində vurulmasını, bu hərəkətlərin nədən ibarət olması və olduğu halda həmin hərəkətlərlə vurulmuş ziyan arasında səbəbli əlaqəni, habelə ziyanın məbləğini də əsaslandırmamışdır. İddiaçı iddia ərizəsində göstərir ki, ona 120.000 200.000 manat kredit ayırmaq əvəzinə cəmi 50.000 manat kredit ayrılmış, nəticədə o, işini qura bilməyərək ona guya göstərdiyi məbləğdə ziyan dəymişdir. Bildirilmişdir ki, kredit vermək hər hansı bir orqanın vəzifəsi deyil, hüququdur və kreditin verilməsi tərəflər arasında bağlanan müvafiq müqavilə "xxxx" QSC-nin Bakı filialından İddiaçı 06 fevral 2015- ci il tarixli kredit müqaviləsinə əsasən heyvandarlıq təsərrüfatının yaradılması məqsədilə “Azərbaycan Respublikası Sahibkarlığa kömək Milli Fondunun vəsaiti hesabına güzəştli şərtlərlə illik 6 faizlə 36 ay müddətinə 50.000 (əlli min) manat kredit verilmişdir. İddiaçı da öz növbəsində həmin vəsaiti alıb tam istifadə etmişdir. Həmin kreditin təminatı kimi İddiaçı həyat yoldaşı X7 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 3169-cu məhəllə, Mir Cəlal küçəsi, 59 k saylı evin 129 saylı mənzil ipoteka qoyulmuşdur. İddiaçı iddia ərizəsində göstərir ki, kredit təşkilatı ona təqdim etdiyi girova uyğun düşəcək kredit məbləğini, 120.000 manatı ona verməkdən yayınmışlar. Əgər 50.000 manat məbləğ İddiaçı qane etmirdisə o, həmin müqaviləni imzalamamalı və verilən krediti də qəbul etməməli idi. Bildirilmişdir ki, sahibkarlıq fəaliyyəti ilə bağlı kreditlər verilərkən, fərdi sahibkara ayrılacaq kredit vəsaitinin məbləği onun girov kimi kredit təşkilatına təqdim etdiyi əmlakların dəyəri ilə müəyyən edilmir. Kreditlər verilərkən ilk növbədə sahibkarın biznes fəaliyyəti, onun bu sahədə təcrübəsi, layihənin gəlirliliyi və alınacaq gəlirlərin kredit borcunu qaytarmağa yol verməsi imkanları mühüm şərt kimi nəzərə alınır. Məhz bütün bunlar nəzərə alınaraq İddiaçı 120.000 manat deyil, 50.000 manat həcmində güzəştli kredit ayrılmışdır. Kredit verildikdən sonra həmin kredit vəsaitinin İddiaçı tərəfindən təyinatına uyğun istifadə edilibedilməməsinin yoxlanması məqsədilə "xxxx" QSC-nin Baş ofisinin və onun Bakı filialının mütəxəssisləri tərəfindən xx.xx.2015-ci il tarixdə monitorinq aparılarkən kredit vəsaiti hesabına alınması nəzərdə tutulan 180 baş ana qoyunun İddiaçı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən təsərrüfatında olmadığı müəyyən olunmuş və bununla İddiaçı onun tərəfindən "xxxx" QSC-yə təqdim olunmuş biznes plana əsasən təsərrüfatın Abşeron rayonu Güzdək qəsəbəsində fəaliyyət göstərməli olduğu diqqətinə çatdırılmaqla, götürülən kreditin təyinatı üzrə istifadə olunması barədə xəbərdarlıq olunmuşdur. Bundan əlavə İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər pozulduğuna görə "xxxx" QSC tərəfindən ona qarşı məhkəmədə iddia qaldırılmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi ilə Kredit Təşkilatının iddiası təmin edilərək İddiaçı cəmi 35147,56 manat məbləğində pulun alınaraq "xxxx" QSC-yə ödənilməsi, tutmanın ipoteka qoyulmuş X7 məxsus mənzilə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 186577,0 manat müəyyən edilməklə, açıq hərracdan satılması, satışdan əldə oluinan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin X7 qaytarılması qət edilmişdir. Nəsimi rayon məhkəməsinin qətnaməsindən İddiaçı və Günel Hüseynova tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2018- ci il tarixli qətnaməsi ilə həmin şikayət təmin olunmamışdır. İddiaçı və Günel Hüseynova Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 08 may 2019-cu il tarixli 2(102) -3160/2019 saylı qərarı ilə onların kassasiya şikayəti təmin olunmamış, həmin qətnamə dəyişdirilmədən saxlanmışdır. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin qətnaməsi qüvvəyə mindikdən sonra icra vərəqəsi verilmiş, icra işi Ağdam rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Ağdam rayon İcra və Probasiya şöbəsi tərəfindən icra işi ərazi aidiyyatına göndərilməsi üçün Nəsimi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən qərar qəbul edilərək icra sənədi ipotekaqoyan Günel Hüseynovanın əmlakının yerləşdiyi Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İddiaçı "xxxx" QSC ilə bağladığı xx.xx.2015- ci il tarixli kredit müqaviləsindən irəli gələn mübahisələr üzrə barəsində yuxarıda sadalanan məhkəmə qərarları qəbul edildikdən sonra da dəfələrlə təsərrüfatında müvəkkil kredit təşkilatı tərəfindən monitorinqin keçirilməsi üçün müxtəlif dövlət orqanlarına orqanlarına müraciət etmiş və həmin müraciətlər cavablandırılmışdır. İddiaçı iddia ərizəsində ona verilmiş 50.000 (əlli min) manat güzəştli kredit üzrə biznes layihəsinin "xxxx" QSC və Fond tərəfindən saxtalaşdırılmasını, ona məxsus Biləsuvar rayonunda yerləşən 60 hektar torpaq sahəsinə dair məlumatların biznes layihəsindən çıxarıldığını göstərsə də, məhkəməyə təqdim olunan sənədlərdən göründüyü kimi həmin faktları təsdiq edən sübutlar yoxdur, bunlar iddiaçının yalnız formal mülahizələrinə əsaslanır. İddiaçı iddia ərizəsində göstərdiyi, təqdim etdiyi biznes layihəsində Biləsuvar rayonunda ona məxsus olan 60.0 ha torpaq sahəsinin olduğu, lakin ona kredit verilərkən bu halın nəzərə alınmadığını bildirsə də, o, həmin 60.0 ha torpaq sahəsinin ona məxsus olduğunu (mülkiyyətində, icarəsində, istifadəsində) təsdiq edən sənəd təqdim etməmişdir. İddiaçı yalnız M.Ə.Sabir adına DDKTİM İM-nin direktoru X10 ilə X11 arasında bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 06 iyun 2007-ci il tarixli müqaviləni təqdim etmişdir. Həmin müqavilədən də görünür ki, icarəyə verən-B.Mehdiyev 60.0 ha torpaq sahəsini icarəçi- Z.Məmmədova icarəyə vermişdir. Daha sonra Z.Məmmədov 15 oktyabr 2014-cü il tarixli notarial qaydada verdiyi etibarnamə ilə bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi İddiaçı etibar etmişdir. Lakin həmin etibarnamə yalnız Z.Məmmədovun xüsusi mülkiyyətində olan əmlakının idarə edilməsi üçün verildiyindən, qeyd edilən etibarnamənin icarəyə verilmiş torpaqla bağlı hüquqi qüvvəsi yoxdur. Ona görə də İddiaçı kredit verilərkən bu hal nəzərə alınmamışdır. Bundan başqa "xxxx" QSC-nin əməkdaşlarının kreditin təyinatı üzrə istifadə edilib-edilməməsi ilə bağlı monitorinqin aparılmasına dair qanunsuz hərəkətləri ilə bağlı bildirilmişdir ki, göstərilən məsələlər İddiaçı tərəfindən kredit müqaviləsindən yaranan mübahisə üzrə işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsində "xxxx" QSC tərəfindən ona qarşı kredit borcunun tutulması barədə işə baxılarkən mübahisələndirmiş və bu faktlar öz təsdiqini tapmadığından, iddianın təmin olunmasına dair qətnamə qəbul edilmişdir. Yəni iddiaçının iddia ərizəsində göstərilən xüsusatlarla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan Azərbaycan Respublikası İnzibatri Prosessual Məcəlləsinin 1.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı "xxxx" QSC ilə bağlı iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil, bunlar yalnız iftira və böhtan xarakteri daşıyır. İddiaçı "xxxx" QSC qarşısında olan müqavilə öhdəliklərini icra etməməklə və aldığı krediti təyinatından yayındırmaqla yanaşı, eyni zamanda müxtəlif orqanlara çoxsaylı şikayət məktubları yazaraq "xxxx" QSC-ni və onun rəhbərliyini ona qarşı qərəzli mövqe qeyd edilənləri nəzərə alaraq İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X1rşı “əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsinə dair müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.
6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı kredit sifarişi üzrə kredit dosyesi "xxxx" ASC-nin ləğvedicisi X5 və "xxxx" QSC X15t Təşkilatı tərəfindən 10 (on) gün müddətində məhkəməyə təqdim edilməsi qərara alınmışdır.
7. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti X15 Təşkilatının məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış 18 may 2023-cü il tarixli məktubuna əsasən İddiaçı kredit sifarişi üzrə kredit dosyesinin məhkəməyə təqdim edilməsi ilə bağlı bildirilmişdir ki, kredit dosyesində olan sənədlərin əsilləri cavabdehlər İddiaçı və X7 qarşı qaldırılmış “kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə təqdim edilmiş və sənədlərin əsilləri həmin məhkəmədədir.
8. Məhkəmənin sorğusuna cavab olaraq Əmanətlərin Sığortalanması Fondu xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, sahibkar İddiaçı heyvandarlığın inkişaf etdirilməsi üçün güzəştli kredit əldə etmək məqsədi ilə 2014-cü il tarixdə hazırda ləğv prosesində olan "xxxx" ASC-yə müraciət etmişdir. İddiaçı müraciətinə əsasən kredit mütəxəssisi tərəfindən sahibkarın fəaliyyəti yoxlanılmış, mülkiyyətində torpaq sahəsinin olmadığı, gəlirlərinin alınacaq krediti ödəmə imkanlarından aşağı səviyyədə olduğu müəyyən edilmişdir. Bu səbəbdən sahibkar İddiaçı kreditlə bağlı müraciəti kreditlərin verilməsi üçün müəyyən edilmiş tələblərə cavab vermədiyindən və riskli olduğundan sahibkara kredit vəsaitinin verilməsi məqsədəuyğun hesab edilməyərək Bankın Kredit Komitəsinə çıxarılmamışdır. Odur ki, kredit komitəsinə çıxarılmayan işlərlə bağlı protokol qeydiyyat kitabı tutulmadığı üçün sahibkar İddiaçı müvafiq layihəsinin maliyyələşdirilməsindən imtina olunmasına dair protokol mövcud deyildir. Həmçinin məktuba İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı cavabdehin üzərinə kreditin ayrılması (və ya ayrılmaması) üçün nəzərdə tutulmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (“AG Bank" ASC) komitə qərarının iddiaçıya təqdim edilməsi öhdəliyinin qoyulması barədə iddia ərizənin rədd edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)434/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surəti əlavə edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kolelgiyasının 2-2(103)434/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı cavabdehin üzərinə kreditin ayrılması (və ya ayrılmaması) üçün nəzərdə tutulmuş "xxxx" ASC-nin komitə qərarının təqdim etmə öhdəliyinin qoyulması tələbinə dair iddiasını rədd edən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)- 489/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
10. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli məktubunda cavab olaraq bildirilir ki, 2(006)-790/2018 saylı mülki iş materiallarında sorğuda tələb olunan İddiaçı kredit sifarişi üzrə kredit qovluğu aşkarlanmamışdır.
11. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış məktubda bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (hazırda X9), "xxxx" X15t Təşkilatı QSC-nin və "xxxx" ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri haqqında Baş İdarəyə daxil olmuş müraciəti əsasında araşdırma aparılmış, araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarla müəyyən olunur ki, araşdırma zamanı İddiaçı təqdim etdiyi biznes plan layihələrinin təsdiq olunmuş surətləri məhkəmə qərarlarına əsasən "xxxx" BOKT QSC-dən və İqtisadiyyat Nazirliyi yanında X2 götürülmüş və Biləsuvar rayonunda yerləşən 60 ha torpaq sahəsi ilə bağlı "xxxx" BOKT QSC-də saxlanılan nüsxədə əks olunan yazıların Fondda olan nüsxəsinin 3, 9 və 15-ci səhifələrində əks olunmaması müəyyən edilmişdir. Həmin yazıların kimin tərəfindən və hansı məqsədlə biznes plan layihəsinin bir nüsxəsindən xaric etməsini dəqiqləşdirmək mümkün olmamışdır. Bununla belə, biznes plan layihələri müəyyən rekvizitlərə (imza, möhür, ştamp və s.) malik olmadığından həmin sənəd “hüquq verən” və ya “vəzifənin icrasından azad edən” sənəd hesab edilmir. Bundan başqa, 60 ha torpaq sahəsinin İddiaçı yalnız etibarnamə əsasında istifadəsində olması səbəbindən həmin torpaqla bağlı qeydlərin plan-layihədə əks olunub-olunmaması ona kreditin ayrılması məsələsinin müsbət həlli üçün heç bir əhəmiyyət daşımamışdır. Həmçinin müəyyən edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (hazırda X9) vəsaitləri hesabına maliyyələşdirmək üçün "xxxx" BOKT QSC tərəfindən təqdim olunmuş investisiya layihəsinin ekspertizası aparılmış və invesitisiya layihəsi üzrə nəzərdə tutulan işlərin Abşeron rayonu, Aşağı Güzdək kəndində yerləşən 0,08 ha torpaq sahəsində həyata keçirilməsinin mümkünlüyü barədə müsbət ekspertiza rəyi qəbul edilmiş və yalnız bundan sonra İddiaçı güzəştli şərtlərlə 50000 manat məbləğində kredit ayrılmışdır. Göründüyü kimi, İddiaçı müraciətində, habelə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında göstərilən hallar tam olaraq araşdırılmış və aparılmış araşdırma zamanı rəsmi sənədin saxtalaşdırılması, vəzifəli şəxs tərəfindən rüşvət tələb edilmədi və digər qanunsuzluq halları təsdiqini tapmamışdır.
12. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçı və nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
13. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən zəruri cəlbetmə qaydasında üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi.
14. Cavabdehin nümayəndəsi şifahi məhkəmə dinləmələrində (məhkəmə baxışı iclasında) iştirak etmir.
II. İddianın növü və mümkünlüyü
15. Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2018-ci il tarixli 224 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ləğv edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının X9 publik hüquqi şəxs təsis edilmiş və “Azərbaycan Respublikası Sahibkarlığın X8” təsdiq edilmişdir. Fərmanın 5.1-ci bəndinə əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli 162 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq göstərdiyi fəaliyyətdən irəli gələn hüquq və öhdəlikləri, o cümlədən güzəştli kreditlərdən istifadə şərtləri haqqında müvəkkil kredit təşkilatları ilə bağlanmış müqavilələr üzrə hüquqlar (müvafiq sənədlərin, məlumatların alınması və s.), verdiyi güzəştli kreditlərdən irəli gələn tələb hüququ, müvəkkil kredit təşkilatlarına müəyyən edilmiş limitlər üzrə vəsaitin ayrılmasına, eləcə də Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilməsi barədə qərar qəbul edilmiş sahibkarlıq subyektlərinin investisiya layihələrinə güzəştli kredit ayrılmasına dair öhdəliklər Azərbaycan Respublikasının X9 publik hüquqi şəxsə (bundan sonra – Fond) keçir.
16. Fondun Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının X9 (bundan sonra – Fond) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində yaradılmış, Azərbaycan Respublikasında sahibkarlığın inkişafına maliyyə dəstəyi verən publik hüquqi şəxsdir. Nizamnamənin 1.4-cü maddəsinə sasən Fond ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Fond bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
17. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. İddianın növü kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır.
19. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
20. İşin müəyyən olunmuş hallarına əsasən "xxxx" QSC-nin Bakı filialından İddiaçı 06 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən heyvandarlıq təsərrüfatının yaradılması məqsədilə Azərbaycan Respublikası Sahibkarlığa kömək Milli Fondunun vəsaiti hesabına güzəştli şərtlərlə illik 6 faizlə 36 ay müddətinə 50.000 (əlli min) manat kredit verilmişdir. İddiaçının həmin kredit şərlətini yerinə yetirmədiyinə görə qüvvədə olan məhkəmə aktlarına əsasən ipoteka predmetinə tutma yönəldilmişdir.
21. İddiaçı təqdim etdiyi biznes planın saxtalaşdırıldığını və təqdim etdiyi biznes plana uyğun olaraq Azərbaycan Respublikası Sahibkarlığa kömək Milli Fondunun vəsaiti hesabına faktiki olaraq ona 120.000 manat kredit verilməli olduğunu bildirir, həmin öhdəlik yerinə yetirilmədiyindən ona maddi zərər vurulduğunu iddia edir.
22. Məhkəmə hesab edir ki, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona ziyan vurulduğunu sübut etməmişdir.
23. Biznes plan görüləcək işin ideyasından, məqsədindən və bu ideyanın, məqsədin həyata keçirilməsindən, təşkilindən ibarətdir. Başqa sözlə dedikdə, biznes planda nəzərdə tutulmuş biznesin, yəni gəlir əldə etmək məqsədinin qısa, dəqiq və aydın şərhi verilir və ona nail olmağın şərtləri, yolları aşkarlanır.
24. Odur ki, biznes plan maliyyələşdirən qurum üçün hər hansı öhdəlik yaratmır və sahibkarın arzuladığı maliyyələşmənin təmini üçün mütləq əsas deyil.
25. Digər tərəfdən iddiaçı Biləsuvar rayonunda 60 ha torpaq sahəsində təsərrüfat qurmağı təqdim etdiyi biznes planda əsaslandırdığını bildirir, lakin həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri nə cavabdeh quruma, nə də məhkəməyə təqdim etməmişdir. Eləcə də iddiaçı onu qane etmədiyi halda Sahibkarlığa kömək Milli Fondunun vəsaiti hesabına ona ayrılmış 50.000 manat vəsaiti qəbul etməkdən imtina hüququ olduğu halda, bu hüquqdan imtina etməmişdir.
26. İş materiallarında cavabdeh qurumun iddiaçıya arzuladığı maliyyələşmənin ayrılmasına dair vədinin və ya bununla bağlı hər hansı yazışmanın olduğu müəyyən edilmir.
27. Odur ki, məhkəmə cavabdeh qurumun hər hansı hərəkətləri və ya hərəkətsizliyi nəticəsində iddiaçıya ziyan vurulduğunu müəyyən etmir. Bu səbəbdən məhkəmə prosessual qənaət prinsipindən çıxış edərək vurulmuş ziyanın kalkulyasiyası ilə bağlı əsaslandırmaya qiymət verməyi zəruri hesab etmir.
28. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).
29. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə hesab edir ki, eyni yanaşma inzibati məhkəmə icraatı qaydasında çıxarılan məhkəmə aktına da şamil edilməlidir.
30. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva