Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8284/2023 12.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “fərdi yaşayış evi ilə təmin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “fərdi yaşayış evi ilə təmin edilməsi” iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı işğaldan azad olunmuş torpaqlarda mənzillə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xocavənd rayonu Ağoğlan (Hadrut) şəhər tipli qəsəbəsində mənzillə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Füzuli şəhərində olan 5 otaqlı mənzilinin dəyərinin hazırki bazar qiyməti ilə qiymətləndirilməklə Ermənistan dövlətindən təzminat olaraq 100.000 (bir yüz min) AZN maddi və 100.000 (bir yüz min) AZN də mənəvi, cəmi 200.000 (iki yüz min) AZN (120.000 ABŞ dolları) olmaqla alınması haqqında; bu mümkün olmayacağı təqdirdə dəyəri 200.000 (iki yüz min) AZN (120 000 ABŞ dolları) olmaqla Bakı şəhərində yerləşən mənzil-məişət şəraiti yaşamağa imkan verən mənzillə-mənzilin dəyəri Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin hesabına ödənilməklə təmin olunmağı barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, erməni işğalçı siyasəti nəticəsində yaşadıqları Füzuli şəhəri, İnşaatçılar küçəsi ev 10/8 də yerləşən mənzillərindən eləcə də oradakı yardımçı həyatyanı sahələrindən məhrum edilərək, doğulub boya başa çatdığı Qarabağdan məcburi şəkildə düşmən hərbi birləşmələrin təcavüzü nəticəsində 30 ilə yaxındır ki, məcburən köçkünlük həyatı yaşamağa məcbur olmuşdur. Onun ailə üzvü 4 nəfərdən ibarət olmuşdur. Bu müddət ərzində, onlar 4 nəfər ailə üzvü ilə heç bir mənzil məişət şəraiti olmayan qeyri yaşayış sahələrində yaşamağa məcbur olmuşdur. Məcburi köçkünlük illərində dəfələrlə cavabdeh inzibati orqana onların dövlət hesabına tikilən mənzillərlə təmin olunması barədə müraciətləri təmin olunmamışdır. Daha sonra isə məhkəmənin hazırlıq icraatı iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının Ağoglan (Hadrut) qəsəbəsində mənzil məişət şəraiti yaşamağa imkan verən həyət evi ilə təmin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin iddia tələbinə dair yazılı etirazında göstərilmişdir ki, iddia tələbi tam əsassız və qanunsuz olduğundan, heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Hazırki iddia tələbi ilə baqlı Komitəyə heç bir müraciəti daxil olmamış və bununla bağlı Komitə tərəfindən heç bir qərar qəbul edilməmişdir. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət edərək, ailə üzvləri ilə birlikdə müvəqqəti məskunlaşdıqları ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılmaları barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən xx.xx.2021-ci il tarixli 2(102)-4732/2021 saylı qərar qəbul edildiyini bildirmiş və onlara məxsus başqa yaşayış sahəsinin olmadığını qeyd edərək, işğaldan azad olunmuş ərazilərə qayıdana qədər həmin ünvanda yaşamalarına köməklik göstərilməsini xahiş etmişdir. Komitə tərəfindən Füzuli rayonundan məcburi köçkün İddiaçı zəruri köməkliyin göstərilməsi məqsədilə Suraxanı rayon İcra və probasiya şöbəsinə xx.xx.2022-ci il tarixli 01/415 nömrəli məktub göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Əsasnaməsi”nin tələblərinə əsasən, Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 06 oktyabr tarixli 149 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vahid büdcə təsnifatına əsasən dövlət büdcəsi hesabına maliyyələşən dövlət təşkilatı dövlət büdcəsindən onun üçün ayrılmış vəsaitdən təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatdan kənar hər hansı məqsədlə vəsait xərcləyə bilməz. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Əsasnamə ilə ona verilmiş səlahiyyət və funksiyalarını yalnız Azərbaycan Respublikasının dövlət büdcəsindən onun üçün ayrılmış vəsait hesabına və yalnız “Azərbaycan Respublikasının vahid büdcə təsnifatı”na əsasən Komitə üçün təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlar üzrə həyata keçirir. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Əsasnaməsi”nin tələblərinə əsasən, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 24 fevral 65 nömrəli Qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, yalnız Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən qəbul olunmuş Dövlət Proqramında göstərilən obyektlər üzrə faktiki məskunlaşan və müvəqqəti qeydiyyatda olan məcburi köçkün ailələrinin köçürülməsini həyata keçirir. Hazırda işğaldan azad olunmuş ərazilərin dirçəlişi istiqamətində aparılan quruculuq, bərpa və yenidəqurma işləri davam etdirilir. Bu ərazilərdə məcburi köçkünlərin qayıdışı, habelə həmin ərazilərdə məskunlaşmanın meyar və şərtləri bu sahədə qəbul ediləcək normativ hüquqi sənədlər əsasında tənzimlənəcəkdir. Odur ki, iddiaçının işğaldan azad olunmuş ərazilərdə məskunlaşdırılmasına və yaşayış sahəsi ilə təmin edilməsinə qayıdışla əlaqədar qəbul olunacaq müvafiq normativ sənədlərə uyğun olaraq baxılacaqdır. Həmçinin iddiaçı öz ərizəsində Ermənistan dövlətindən 100.000 AZN mənəvi və 100.000 AZN maddi ziyan olmaqla, ümumilikdə 200.000 AZN təzminatın onun xeyrinə ödənilməsi, bu da icra olunmadığı təqdirdə Komitə tərəfindən dəyəri 200.000 AZN olmaqla Bakı şəhərində mənzillə təmin olunmağını xahiş etmişdir. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. İddiaçı dəymiş ziyan bilavasitə Komitənin qəbul etdiyi akt və ya hərəkət (hərəkətsizliyi) nəticəsində baş vermədiyindən iddiaçının mənzillə təmin olunması və kompensasiya verilməsi Komitənin səlahiyyəti xaricindədir. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Əsasnamə ilə ona verilmiş səlahiyyət və funksiyalarını yalnız Azərbaycan Respublikası dövlət büdcəsindən onun üçün ayrılmış vəsait hesabına və yalnız “Azərbaycan Respublikasının vahid büdcə təsnifatın”na əsasən Komitə üçün təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlar üzrə həyata keçirir. Komitə tərəfindən məcburi köçkünlərə yardım və maddi köməkliyin göstərilməsi yalnız təsdiqlənmiş xərclər smetasına uyğun olaraq həyata keçirilir və təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlardan kənar hər hansı kompensasiyanın ödənilməsi mümkün deyildir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin iddia tələbinə dair yazılı etirazına əlavədə göstərilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 16 noyabr 2022-ci il 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”ında işğaldan azad olunmuş ərazilərdə aparılmış bərpa- quruculuq işləri və mövcud vəziyyət, məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı, təhlükəsizliyin tam təmin edilməsinə dair və digər məsələlər müəyyən olunmuşdur. X7 uyğun olaraq, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışının növbəli qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlət Proqramında 3-cü prioritet istqamətdə müəyyən olunmuş aidiyyəti bəndlər üzrə üzrə (əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi) müvafiq Komitə əsas icraçı orqan kimi göstərilmişdir. 2022-2026-cı illəri əhatə edən X3 əsas icraçısı olduğu bəndlər üzrə, məcburi köçkünlər arasında aparılacaq sosioloji sorğu əsasında əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi, geri qayıdan əhaliyə dəstək məqsədilə xüsusi qaynar xəttin yaradılması və onların adaptasiyası ilə bağlı tədbirlərin daha səmərəli həyata keçirilməsi üçün müvafiq dövlət orqanları əməkdaşlarının peşəkar təlimlərə cəlb olunması, əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili nəzərdə tutulmuşdur. Dövlət Proqramına əsasən, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq, mərhələli qaydadda inşa edilmş evlərə 2022-2026-cı illər ərzində 34500 məcburi köçkün ailəsinin köçürülməsi nəzərdə tutulmuşdur. İddiaçı və ailəsi yaşayış yeri üzrə Füzuli rayonunda qeydiyyatda olduğundan, digər məcburi köçkün ailələri kimi onların da qeydiyyatda olduqları ünvan üzrə yaşayış sahəsi ilə təmin edilməsi Dövlət Proqramına və geri qayıdışla bağlı bu sahədə qəbul ediləcək digər normativ hüquqi aktlara əsasən həyata keçiriləcəkdir. Komitə tərəfindən məcburi köçkünlərin Bakı, Sumqayıt və respublikanın digər şəhər və rayonlarında müvəqqəti yaşayış sahələri ilə təmin edilməsi torpaqların işğaldan azad edilməsi ilə əlaqədar dayandırılmışdır. Məhkəmənin diqqətinə çatdırılmışdır ki, İddiaçı iddia ərizəsində ona dəymiş ziyanla bağlı qeyd etdiyi nüanslar bilavasitə Komitənin qəbul etdiyi inzibati akt və va hərəkət (hərəkətsizliyi) nəticəsində baş vermədiyindən, iddiaçının mənzillə təmin olunması və kompensasiya verilməsi Komitənin imkanı xaricindədir. Eyni zamanda İddiaçı Dövlət Proqramından əlavə növbədənkənar qaydada işğaldan azad olunmuş ərazidə yaşayış sahəsi ilə təmin edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Əsasnamə ilə ona verilmiş səlahiyyət və funksiyalarını yalnız Azərbaycan Respublikası dövlət büdcəsindən onun üçün ayrılmış vəsait hesabına və yalnız “Azərbaycan Respublikasının vahid büdcə təsnifatın”na əsasən Komitə üçün təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlar üzrə həyata keçirir. Komitə tərəfindən məcburi köçkünlərə yardım və maddi köməkliyin göstərilməsi yalnız təsdiqlənmiş xərclər smetasına uyğun olaraq həyata keçirilir və təsdiqlənmiş xərclər smetasında nəzərdə tutulmuş təyinatlardan kənar hər hansı kompensasiyanın ödənilməsi mümkün deyildir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1958-ci ildə Füzuli rayonunda doğulmuş İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. - Füzuli rayon X6 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 12 №-li orderin surətindən görünür ki, 4 (dörd) nəfərdən ibarət ailəsi ilə birlikdə İnşaatçılar küçəsi, ev 10, mənzil 8 ünvanında 5 (beş) otaqdan ibarət 61,87 kv.m mənzil İddiaçı istifadəsinə verilmişdir. - Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AA seriyalı, 318692 №-li məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, 1958ci il təvəllüdlü İddiaçı 1993-cü ildən Füzuli rayonundan məcburi köçkündür. Hazırda müvəqqəti Suraxanı rayonunda məskunlaşmışdır. - M/V 055925 №-li vəsiqənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə İddiaçı Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən müharibə veteranı vəsiqəsi verilmişdir. - Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli 01/2398 №-li və xx.xx.2022-ci il tarixli 01/2544 №-li eyni məzmunlu məktublarında qeyd olunmuşdur ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədilə inşa edilmiş qəsəbələrə təyinatı üzrə köçürülməsi nəzərdə tutulmuş ailələrin mənzilə təmin edilməsi prosesi başa çatmışdır. Eyni zamanda 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın müddət ərzində işgal altında saxlanılmış ərazilər azad edildiyindən, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına Böyük Qayıdışına şərait yaranmışdır. Ölkə rəhbərliyinin tapşırığına əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdə, qeydiyyatda olauqları şəhər və rayonlar üzrə onlar üçün mərhələli şəkildə tikiləcək yeni evlərlə təmin olunacaqları nəzərdə tutulmuşdur. - Qaçınların və X5 üzrə Dövlət Komitəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 01/410 №-li cavab məktubunda ona müvafiq köməklik göstərilməsi ilə bağlı Komitə tərəfindən Suraxanı rayon İcra və probasiya şöbəsinə müraciət ünvanlanmışdır. - Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 106/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclular X2, İddiaçı, X10, X4 və X12 “Lalə” firmasına məxsus ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış binasında çıxarılmalarına dair icra sənədi üzrə Suraxanı rayon icra şöbəsi tərəfindən icraata balanılması barədə qərar qəbul olunmuş və tələbin könüllü icrası haqqında borclulara xx.xx.2022-ci il tarixli 18-24096/22-28 №-li bildiriş göndərilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə əsassız oldugundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosialiqtisadi inkişaf Strategiyası”na əsasən: 3.4. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış üzrə strateji çərçivə İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaqdır. Əhalinin dayanıqlı məsklunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək. İşğaldan azad edilmiş ərazilərin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatəsinə nail olunacaqdır. Qabaqcıl şəhərsalma qaydaları nəzərə alınmaqla bölgədə yaşayış və qeyriyaşayış kompleksləri inşa ediləcək, müasir infrastruktura malik “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları həyata keçiriləcəkdir. Bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin ediləcək. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulacaq. Sosial xidmət infrastrukturu bərpa olunacaq. Nəticədə, ilkin strateji mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunacaqdır. İşğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası təmin ediləcək. İqtisadiyyatın qurulması məqsədilə iqtisadi fəaliyyətin canlanmasının sürətləndirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması təmin ediləcək. Ərazilərə yüksək texnoloji tutumlu investisiyaların cəlbi nəticəsində ixracyönümlü dəyər zənciri qurulacaq və dayanıqlı iş yerləri yaradılacaq. Regionda dairəvi iqtisadiyyata əsaslanan “ağıllı” biznes modelləri yaradılacaq. Faydalı qazıntı və mineral xammal mənbələri nəzərə alınmaqla iqtisadi fəaliyyətdə dəyər zənciri üzrə ixtisaslaşma təşviq ediləcək. Mədənçıxarma sahəsində təbii ehtiyatlar dövlət‒özəl tərəfdaşlığı çərçivəsində dövriyyəyə cəlb olunacaq. Rəqabətqabiliyyətli, qabaqcıl infrastrukturla təmin edilmiş aqrar istehsal və aqrar emal formalaşdırılacaqdır. Qarabağ bölgəsi turizm biznesi üçün cəlbedici, turistlər üçün əlçatan, unikal, keyfiyyətli və rəqabətli turizm xidmətləri təklif edən turizm destinasiyası olacaqdır. İlkin mərhələdə, bərpa və quruculuq prosesinə paralel olaraq özəl layihələr dəstəklənməklə ticarət-xidmət-logistika mərkəzləri şəklində iqtisadi zonaların, müasir istehsal infrastrukturu olan sənaye parkları və məhəllələrin yaradılması istiqamətində işlər görüləcək. İqtisadiyyatın sürətli bərpası və dayanıqlı inkişafı, o cümlədən rəqabətli istehsal və emal sahələrinin fəaliyyəti müasir infrastrukturla dəstəklənəcək, prioritet sahələrdə sahibkarlara geniş çeşidli stimullar veriləcək, vergi-gömrük azadolmaları və güzəştli maliyyələşmə alətləri geniş tətbiq olunacaq, kreditlərin və investisiyaların sığortalanması mexanizmi yaradılacaqdır. Ekoloji təmiz və iqtisadi cəhətdən səmərəli bərpa olunan enerji mənbələrindən istifadə genişləndirilməklə “yaşıl enerji zonası” konsepsiyası tətbiq ediləcək. Nəticədə, ümumi məhsul buraxılışında, ixracda və məşğulluqda işğaldan azad edilmiş ərazilərin payı davamlı artacaq. Bu Prioritet “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində icra ediləcəkdir. Azərbaycan Respublikasının Prezidentinin 16 noyabr 2022-ci il 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na əsasən: Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın müddətdə Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmışdır. İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata əhəmiyyətli zərər vurulmuş, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlamış və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir. Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülmüşdür. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosialiqtisadi inkişaf Strategiyası”nın icrasını təmin etmək məqsədilə qərara alınmışdır:
1. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) səmərəli icrasının təmin edilməsi məqsədilə zəruri əlaqələndirmə tədbirləri görsün.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 3.1. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti və hesabatlılığı həyata keçirsin; 3.2. Dövlət Proqramının həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında, X1 və Kommunikasiya Mərkəzi həyata keçirsin.
5. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görsünlər. Belə olan halda iddiaçının Ağoğlan (Hadrut) şəhər tipli qəsəbəsində mənzil-məişət şəraiti yaşamağa imkan verən mənzillə təmin olunması bağlı ərizəsinin cavabdeh tərəfindən icra edilməməsi qanuni və əsaslı olmuşdur. Belə ki, sadalanan qanunvercilik aktlardan göründüyü kimi işğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərin məskunlaşdırılması dövlət əhməiyyətli məsələ olmaqla, dövlət həllinə çalışdığı priotet və aktual problemlərdən biridir. Məhz buna görə də, dövlət tərəfindən vətəndaşların məskunlaşdırılması xaotik deyil, planlı şəkildə həyata keçirilir. Elə bunu məntiqi nəticəsi olaraq, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı” təsdiq edilmişdir. Proqaramda işğaldan azad olunmuş ərazilərdə aparılmış bərpa- quruculuq işləri və mövcud vəziyyət, məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı, təhlükəsizliyin tam təmin edilməsinə dair və digər məsələlər müəyyən olunmuşdur. X7 uyğun olaraq, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışının növbəli qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlət Proqramında 3-cü prioritet istqamətdə müəyyən olunmuş aidiyyəti bəndlər üzrə üzrə (əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi) müvafiq Komitə əsas icraçı orqan kimi göstərilmişdir. 2022-2026-cı illəri əhatə edən X3 əsas icraçısı olduğu bəndlər üzrə, məcburi köçkünlər arasında aparılacaq sosioloji sorğu əsasında əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi, geri qayıdan əhaliyə dəstək məqsədilə xüsusi qaynar xəttin yaradılması və onların adaptasiyası ilə bağlı tədbirlərin daha səmərəli həyata keçirilməsi üçün müvafiq dövlət orqanları əməkdaşlarının peşəkar təlimlərə cəlb olunması, əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili nəzərdə tutulmuşdur. Dövlət Proqramına əsasən, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq, mərhələli qaydadda inşa edilmş evlərə 2022-2026-cı illər ərzində 34500 məcburi köçkün ailəsinin köçürülməsi nəzərdə tutulmuşdur. İddiaçı və ailəsi yaşayış yeri üzrə Füzuli rayonunda qeydiyyatda olduğundan, digər məcburi köçkün ailələri kimi onların da qeydiyyatda olduqları ünvan üzrə yaşayış sahəsi ilə təmin edilməsi Dövlət Proqramına və geri qayıdışla bağlı bu sahədə qəbul ediləcək digər normativ hüquqi aktlara əsasən həyata keçiriləcəkdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi nə qarşı “fərdi yaşayış evi ilə təmin edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
NƏTİCƏVİ HİSSƏ:
İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 10
Hakim Mehriban Qarayeva