Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8285/2024 29.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Cavabdehnə qarşı “gömrük borcunun ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC tərəfindən **********0691 sorğu nömrəli gömrük bəyannaməsində şərti hesablanmış və **********0391 sorğu nömrəli gömrük bəyannaməsi əsasında ödənilmiş 5803,10 manat gömrük borclarının ödənilməsinin 118 gün gecikdirilməsi nəticəsində yaranan dəbbə pulu üzrə 684,77 manat borcun tutularaq dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi məqsədilə Cavabdeh MMC-nin bank hesablarına və əmlakına 684,77 məbləğində həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Belarus Respublikasında fəaliyyət göstərən “Triplepharm LLC” şirkəti tərəfindən Cavabdeh ünvanına **********6 nömrəli aviaqaimə əsasında göndərilən, invoys dəyəri 18823,20 ABŞ dolları (gömrük dəyəri 31999,44 AZN) təşkil edən ********** xarici iqtisadi fəaliyyətin mal nomenklatura (XİF MN) kodu olan, 23 yerdən ibarət “tərkibində antibiotiklər olan dərman vasitələri” adlı mallar "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il tarixli **********0691 sorğu nömrəli gömrük bəyannaməsi əsasında müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilərək 2 (iki) ay müddətində malların başqa gömrük proseduru altında rəsmiləşdirilməsi şərti ilə buraxılmışdır. Dövlət Gömrük Komitəsi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixədək fəaliyyəti üzrə keçirilmiş auditin nəticəsinə əsasən tərtib olunmuş 24 sentyabr 2021-ci il tarixli aktın qoşmasında göstərilən Cavabdeh MMC tərəfindən **********0691 sorğu nömrəli gömrük bəyannaməsi üzrə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş mallar müəyyən olunmuş saxlanc müddətindən daha gec müddətdə növbəti gömrük proseduru altında rəsmiləşdirilməsinə baxmayaraq gecikmiş dövr üzrə Gömrük Məcəlləsinin 247-ci maddəsinə uyğun olaraq hesablanmalı olan dəbbə pulunun hesablanmadığı müəyyən edilmişdir. Nəticədə saxlanc müddəti bitəndən sonra **********0391 sorğu nömrəli gömrük bəyannaməsi əsasında 5803,10 manat gömrük ödənişləri (əlavə dəyər vergisi) ödənilsə də (gömrük ödənişləri ödənildikdən sonra xx.xx.2019-cu il tarixində mallar sərbəst dövriyyəyə buraxılıb), gömrük borcunun ödənilməsinin gecikdirilməsi nəticəsində yaranan 684,77 manat dəbbə pulu üzrə borc ödənilməmişdir. Bildirilir ki, Cavabdeh MMC-nin ünvanına xx.xx.2022-ci il tarixli 1900-012/003- 24/000097 nömrəli gömrük borcunun ödənilməsinə dair bildiriş göndərilmiş, lakin borc ödənilməmişdir. Həmin bildiriş əsasında sözügedən dəbbə pulu ilə bağlı məlumat və borcun vaxtında ödənilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər Cavabdeh MMC-nin diqqətinə çatdırılmışdır. Gömrük Məcəlləsinin 249-cu maddəsinin tələbləri rəhbər tutulmaqla gömrük borcunun ödəyicinin bank hesablarından tutulması məqsədilə xx.xx.2022-ci il tarixli 1900-012/001 - 24/004574 nömrəli məktub əsasında Cavabdeh MMC-nin "xxxx" ASC-də olan hesabına 36 nömrəli alınmalı sərəncam göndərilmişdir. xx.xx.2023-cü il tarixli 1900-012/001 - 24/000648 nömrəli məktub əsasında banka sərəncamın icrasına dair sorğu verilmiş, lakin cavablandırılmamışdır. xx.xx.2023-cü il tarixli 1900-012/0xx-xx/001720 nömrəli məktub əsasında sərəncamın icrasına dair banka təkrar sorğu verilmiş, xx.xx.2023-ci il tarixli 43/103 nömrəli məktub əsasında bank tərəfindən hesabın bağlı olduğu bildirilmişdir. xx.xx.2023- cü il tarixli 1900-012/0xx-xx/001788 nömrəli məktub əsasında Cavabdeh MMC-nin "xxxx" ASC-də olan hesabına 149 nömrəli alınmalı sərəncam göndərilmişdir. "xxxx" ASC xx.xx.2023-cü il tarixli PB-OUT-02400-2023 nömrəli məktub əsasında sərəncamın icraya qəbul edildiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli 3-33-3100/2- 000237/2024 nömrəli məktub əsasında banka sərəncamın icrasına dair sorğu verilmiş, xx.xx.2024-cü i tarixli məktub əsasında "xxxx" ASC sorğunu cavablandıraraq vəsait olmadığından sərəncamın icrasının mümkün olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixli 1900-012/0xx-xx/002269 nömrəli məktub əsasında Cavabdeh MMC-nin "xxxx" ASC-də olan hesabına 186 nömrəli alınmalı sərəncam göndərilmişdir. "xxxx" ASC xx.xx.2023-cü il tarixli RB-02/1837 nömrəli məktub əsasında icra edilməsi üçün sənədin qəbul olunduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixli 3-33-3100/2- 000236/2024 nömrəli məktub əsasında banka sərəncamın icrasına dair sorğu verilmiş, xx.xx.2024-cü i tarixli məktub əsasında "xxxx" ASC sorğunu cavablandıraraq vəsait olmadığından sərəncamın icrasının mümkün olmadığını bildirmişdir. Hazırkı mübahisə üzrə iddiaçı mübahisənin məhkəməyə qədər nizama salınması üçün 684,77 manat dəbbə pulu üzrə borcun ödənilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Cəmiyyətə xx.xx.2023-cü il tarixli 3-33-3100/2-005961/2023 nömrəli məktub ünvanlansa da, cavabdeh tərəfindən mübahisənin məhkəməyə qədər nizama salınması üçün hər hansı tədbir görülməmişdir. Bu səbəbdən də 684,77 manat məbləğində dəbbə pulu üzrə borcun cavabdeh hüquqi şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməsini təmin etmək üçün iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdehin iddiaya yazılı münasibəti (etirazı) daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə uyğundur. Belə ki, inzibati orqanla hüquqi şəxs arasındakı münasibətlər inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrinin icrası ilə bağlıdır və tərəflər bu münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəldikdə isə, məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İşin hallarından müəyyən edilir ki, iddiaçının tələbi Belarus Respublikasından idxal olunan Cavabdeh tərəfindən dərman vasitələri xx.xx.2019-cu il tarixli, **********0691 sorğu nömrəli və xx.xx.2019-cu il tarixli **********0391 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirmişdir. Dövlət Gömrük Komitəsi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixədək fəaliyyəti üzrə keçirilmiş auditin nəticəsinə əsasən tərtib olunmuş 24 sentyabr 2021-ci il tarixli aktın qoşmasında göstərilən Cavabdeh MMC tərəfindən **********0691 sorğu nömrəli gömrük bəyannaməsi üzrə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş mallar müəyyən olunmuş saxlanc müddətindən daha gec müddətdə növbəti gömrük proseduru altında rəsmiləşdirilməsinə baxmayaraq gecikmiş dövr üzrə Gömrük Məcəlləsinin 247-ci maddəsinə uyğun olaraq hesablanmalı olan dəbbə pulunun hesablanmadığı müəyyən edilmişdir. Nəticədə saxlanc müddəti bitəndən sonra **********0391 sorğu nömrəli gömrük bəyannaməsi əsasında 5803,10 manat gömrük ödənişləri (əlavə dəyər vergisi) ödənilsə də (gömrük ödənişləri ödənildikdən sonra xx.xx.2019-cu il tarixində mallar sərbəst dövriyyəyə buraxılıb), gömrük borcunun ödənilməsinin gecikdirilməsi nəticəsində yaranan 684,77 manat dəbbə pulu üzrə borc ödənilməmişdir. Bununla bağlı Cavabdeh MMC-nin ünvanına xx.xx.2022-ci il tarixli 1900- 012/003- 24/000097 nömrəli gömrük borcunun ödənilməsinə dair bildiriş göndərilmiş, lakin borc ödənilməmişdir. İddiaçının mövqeyinə görə müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq cavabdeh tərəfindən müvəqqəti saxlanca götürülmüş həmin yükün müvəqqəti saxlanc müddətinin tələbinə əməl olunmamışdır. Ona görə də, hazırkı tələbdə cavabdehdən gömrük əməliyyatları nəticəsində dövlət büdcəsinə ödənilməli olan 5803,10 manat gömrük borcunun ödənilməsinin 118 gün gecikdirilməsi nəticəsində yaranan dəbbə pulu üzrə 684,77 manat gömrük borcunun ödənilməsinin təmini üsulu kimi cavabdehin bank hesabına həbs qoyulması tələb edilir. İddia tələbinin hüquqi əsas kimi Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 249.4-cü madddəsinə istinad edilmişdir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: -1.0.17-ci maddəsinə əsasən gömrük ödənişləri – bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqqdır. -1.0.18-ci maddəsinə əsasən gömrük proseduru – bu Məcəllənin müddəalarına uyğun olaraq gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biri; -1.0.19-cu maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlər; -1.0.20-ci maddəsinə əsasən gömrük rüsumları – malların gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bir növü; -68-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri gömrük borcunun ödənilməsi üçün təminatı bu Məcəllənin 45-ci fəslində nəzərdə tutulmuş qaydada şəxsdən tələb etmək hüququna malikdirlər. -149.3.-cü maddəsinə əsasən, gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. -243.1-ci maddəsinə əsasən gömrük borcu gömrük orqanları tərəfindən gömrük bəyannaməsi təsdiq edilənədək və ya gömrük bəyannaməsinin təsdiqi ilə eyni vaxtda ödənilir. -243.4-cü maddəsinə əsasən bu Məcəllənin 156.2-ci maddəsində nəzərdə tutulan dövri bəyannamə verildiyi halda, gömrük borcu mallar müvafiq gömrük orqanına təqdim olunduğu tarixdən 15 (on beş) gündən gec olmayaraq ödənilməlidir. -247.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. -247.2-ci maddəsinə əsasən dəbbə pulunun hesablanması üçün müddətlər aşağıdakılardır: 247.2.1. gömrük borcunun ödənilməsi müddətinin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək və ya bu Məcəllənin 246.1-ci maddəsinə əsasən həmin borcun ödənilməsinə möhlət verilənədək; 247.2.2. bu Məcəllənin 246.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinə verilmiş möhlətin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək. -247.3-cü maddəsinə əsasən dəbbə pulu bu Məcəllənin 247.2-ci maddəsində göstərilən müddətlər ərzində hər gecikdirilən günə görə gömrük borcu məbləğinin 0,1 faizi miqdarında hesablanır. Dəbbə pulu gömrük borcu üzrə bütün ötmüş müddətə, lakin bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. -247.4-cü maddəsinə əsasən dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir. -247.5-ci maddəsinə əsasən dəbbə pulunun ödənilməsi, tutulması və qaytarılması bu Məcəllədə gömrük ödənişlərinin ödənilməsi, tutulması və qaytarılması üçün nəzərdə tutulmuş qaydalara uyğun olaraq həyata keçirilir. -249.1-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. -249.2-ci maddəsinə görə gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. -249.3-cü maddəsinə əsasən, vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. -249.4-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı ödəyicinin banklardakı hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırır. Göründüyü kimi gömrük borcunun ödənilməsinin ilə bağlı gömrük qanunvericiliyində müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alınır və bu ödənişləri ödəmək öhdəliyin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən Gömrük Məcəlləsinin 249-cu maddəsində müəyyən edilmiş qaydada məcburi tutulur. Belə ki, yuxarıda adıçəkilən Gömrük Məcəlləsinin 249.3-cü maddəsi ilə vaxtında ödənilməmiş gömrük borcunun dövlət büdcəsinə gömrük orqanı tərəfindən alınmasının məcburi üsulu kimi, gömrük orqanlarının icra sənədi əsasında gömrük borcunun ödəyicinin bank hesablarından tutulması nəzərdə tutulmuşdur. Lakin qeyd olunmalıdır ki, Gömrük Məcəlləsinin 249.1-ci maddəsinə görə ödənilməmiş gömrük borclarını, gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən 3 il ərzində məcburi tutula bilər. Hazırki işin hallarından isə müəyyən edilir ki, cavabdeh tərəfindən gətirilən malların gömrük rəsmiləşdirilməsi müvafiq gömrük bəyənnamələri əsasında xx.xx.2019-cu il tarixdə aparılmış, gömrük orqanı tərəfindən cavabdehə dəbbə pulu hesablanmadığı müəyyən edilərək xx.xx.2022-ci ildə bu barədə bildiriş göndərilərək hesablanmış vəsaitin ödənilməsi təklif edilmişdir. Halbuki, Gömrük Məcəlləsinin 249.3-cü maddəsi vaxtında ödənilməmiş gömrük borclarının alınması üçün bildiriş göndərilməsini deyil, gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında ödəyicinin bank hesablarından tutulması ilə bağlı tədbirlər görülməsini nəzərdə tutur. Başqa sözlə desək, gömrük orqanının istinad etdiyi gömrük borcunun ödənilməsinə dair bildirişin hər hansı qanuni əsası yoxdur. Gömrük orqanı tərəfindən yalnız xx.xx.2022-ci il tarixdə cavabdeh hüquqi şəxsin bank hesabından tutulması üçün sərəncam göndərilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehdən dəbbə pulunun alınması üçün məcburi tədbirlər xx.xx.2019-cu ildən təxminən 3 il 5 ay keçdikdən sonra başlanılmaqla qanunla müəyyən edilmiş 3 illik müddət ötürülmüşdür. Belə olan halda, iddianın təmin edilməsi üçün əsas yaranmır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-8285/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8285/2024
29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver