Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8288/2022 29.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X17 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5, X1 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X6 işə cəlb edilməklə çıxarışın etibarsız tanınması barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X2 adına verilmiş xx.xx.2021-ci il tarixli, **********39-10301 reyestr nömrəli çıxarışın etibarsız tanınması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əri ilə birlikdə ünvan 2 ünvanında, sahəsi 67.4 kv.m olan fərdi yaşayış evində yaşayır. Bu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, **********-60-10301 reyestr nömrəli çıxarış ilə təsdiqlənir. Bu evdə onun baba və nənəsi, valideynləri yaşamışlar. O, da bu evdə anadan olub, burada uzun ömür sürmüşdür. Həmişə qonşulara hörmət və ehtiramla yanaşmışlar, bir-birilərinə köməklik etmişlər və aralarında mübahisə, söz-söhbət olmamışdır. Mübahisə Əhmədovlar 17-ci evə köçdükdən sonra dəyişmişdir. Onlar 20 il öncə bura gəlmiş və xx.xx.2006-cı il tarixdə yaşadıqları evə **********24-10301 reyestr nömrəli çıxarış almışlar. Bu sənədə görə, Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 2-ci məktəbli döngəsində istifadədə olan 0,00413 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 13.7 kv.m yaşayış, 12.6 kv.m köməkçi sahədən ibarət 17 nömrəli fərdi yaşayış evi X3 mülkiyyətindədir. O, çıxarışı X8 tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş etibarnamə əasında almışdır. Bu etibarnamə bir neçə çatışmazlıqlarla tərtib edilmişdir. Əsas qanun pozuntusu isə 10 iyul 1999-cu il tarixədək verilmiş etibarnamə ilə Azəndə Əhmədova tərəfindən 2006-cı ildə (etibarnamənin müddəti ötdükdən sonra) çıxarışın alınmasıdır. Qonşu olaraq onlar yaranmış vəziyyəti nəzərə alırdılar və ümid edirdilər ki, yeni qonşular yaxşı insanlardır, onlarla heç bir problemləri olmaz. Bu səbəbdən də, etibarnamənin etibarsızlığı barədə tərəflərindən məsələ qaldırılmırdı. Əhmədovların bu ünvana köçməsindən sonra, onlar yaşayış qaydalarına məhəl qoymayaraq, özlərini səsli-küylü aparır, tez-tez həyətlərinə boylanıb baxır, qeyri-qanuni tikililərlə onları narahat edirlər. Xeyli müddət “qonşudur” deyərək, onların bu əməllərinə dözürdülər və bu məqsədlə məcbur olub hasarlarını daşla hörmüşlər. Onlar isə özlərini daha da, kobud aparmışlar. Əhmədovlar 2018-ci ildə iki əlavə tikili tikməklə vəziyyəti daha da, gərginləşdirmişlər. Onların daşla tikdikləri hasarın bir hissəsi həmin əlavə tikililərin birinin divarı kimi istifadə olunmuşdur. Beləliklə, sözügedən əlavə tikili onların evə sıx birləşdirilmiş, iki qonşu sahəni ayıran daş hasar onlar tərəfindən qeyriqanuni tikilən tikilər üçün divar kimi özgəninkiləşdirilmişdir. Hazırda divarın o tərəfində nə sözsöhbət olursa onlar eşidirlər və bu onları narahat edir. Bundan başqa, evlərində nəmişlik və kif əmələ gəlmişdir. Məcburdurlar ki, mütəmadi olaraq divarları silib təmizləsinlər. Divar kağızını da, dəyişməli olmuşlar. Qonşuların onlara vurduqları bu ziyan maddi ziyanın cuzi bir qismidir. Yaşayış qaydalarına onlar tərəfindən məhəl qoyulmur. Evinə bitişdirdikləri tikilinin qapısı onların divarına quraşdırılıb və onun açılıb-örtülməsi zamanı yaranmış səs də, narahatçılıq doğurur. Əlavə tikili üçün hasarından istifadə edildiyi televiziya antenası hörgü altında qalmış və televizor yaxşı göstərmir. Yaşlı adamlar olduqlarından bu onlar üçün böyük narahatçılıq yaradır. 2020-ci ilin fevral ayında yeni əlavə tikili tikərkən, onların bu cəhdi qəsəbə icra orqanı tərəfindən dayandırılmışdır. Tikinti dayandırıldıqdan sonra evləri qarşısında Əhmədovların tikinti materialları və zibili qalmışdır. Bu evdən küçəyə çıxmağa maneəçilik yaradır. Buna görə də, küçədən evinə heç bir avtomaşın yaxınlaşa bilmir, bu da, əlavə narahatçılığa səbəb olur. Əhmədovlardan xahiş etsələr də, bu maneə aradan qaldırılmır, əksinə fürsət axtarırlar ki, tikintini bərpa etsinlər. Yuxarıda qeyd edilənləri əsas tutaraq, o, X4 qarşı “qeyri-qanuni tikilinin sökülməsi haqqında” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. İşə məhkəmədə baxılarkən, yəni hələ məhkəmə prosesi bitməmiş, Azəndə Əhmədova tərəfindən evinə yeni çıxarış alınmışdır. Həmin çıxarışa görə (qeydiyyat tarixi, xx.xx.2021-ci il, reyestr nömrəli **********39-10301) artıq Azəndə Əhmədova torpaq sahəsi 0.008060 hektarda, ümum isahəsi 57.20 kv.m olan 3 otaqdan ibarət fərdi yaşayış evinə sahib olmuşdur. Çıxarışın tərtibatı da, sual doğurur. Torpaq sahəsi 0.00860 hektaradək çoxaldırılaraq, əlavə olaraq sahəsi 13.2 kv.m olan 1 otağın A.Əhmədovanın adına nə əsaslarla sənədləşdirilməsini ayınlaşdırmaq üçün o, 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarənin xx.xx.2022-ci il tarixli, **********88 nömrəli cavabından məlum olur ki, sözügedən əlavə tikili olan otağın A.Əhmədovanın yaşayış sahəsinə birləşdirilməsi barədə səlahiyyətli orqanın heç bir sərəncamı olmamışdır. Belə olduğu halda, hesab edir ki, X6 tərəfindən alınan yeni çıxarış qeyri-qanunidir. Qeyd olunanları nəzərə alaraq, hesab edir ki, Azəndə Əhmədova 3-cü otağın tikintisi ilə bağlı ondan icazə almalı idi. Bu isə onun tərəfindən edilməmişdir. Xahiş edir ki, nəzərə alınsın ki, yeni tikilmiş otağın divarı onun hasarıdır, yəni otağın divarı və hasarı bir ümumi divardır. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasə Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4261 nömrəli ekspert rəyinə görə Bakı şəhəri şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 2-ci Məktəbli döngəsində yerləşən 17 saylı yaşayış evi üzrə 1-ci mərtəbədə yerləşən mətbəx, hamam tikililərin, eləcə də, 2-ci mərtəbədə yerləşən sahəsi 13.2 kv.m olan tikilinin inşası zamanı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhrsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın tələblərinə riayət olunmadığı müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8288/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X6 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddia tələbi ilə bağlı iddiaçının İdarəyə rəsmi qaydada müraciəti daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində isə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, daşınmaz əmlakın alqı-satqısı nəticəsində Daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir: Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən mövqeyindən çıxış edərək məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbinə əslində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş (inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası haqqında iddia) növü kimi yanaşılmalıdır. Həmin iddia növünün xüsusi mümkünlük şərti isə iddiaçı tərəfindən mövcud iddia tələbi ilə məhkəməyə müraciət edilməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət edilməsi ilə şərtləndirilmişdir. İş materiallarının cavabdeh tərəfindən təqdim edilmiş dəlillərlə birgə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət edilməmişdir. Həmçinin, mübahisənin hərtərəfli araşdırılması məqsədilə məhkəmə tərəfindən ünvan 3 ünvanlarında yerləşən evlərə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli, xx.xx.2006-cı il tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışların verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilmiş, sözügedən sorğuya sonuncu tərəfindən **********58 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla verilmiş cavab məktubundan müəyyən edilmişdir ki, X2 adına mübahisəli çıxarışın verilməsinə əsas olmuş sənəd, X9 ilə X6 arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2008-ci il tarixli “daşınmaz əmlakın alğı-satqı müqaviləsi” olmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndində qeyd edilir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi, hazırki iş üzrə mübahisə predmetini təşkil edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış mülki-hüquqi əqd (alğı-satqı müqaviləsi) əsasında verildiyindən, hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə eləcə də, qeyd edir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən (ekspert rəyindən) müəyyən edilmişdir ki, mübahisəli çıxarışa əsasən 3-cü şəxsin mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bibi-Heybət qəsəbəsi, 2-ci Məktəbli döngəsində istifadədə olan 0,00413 ha torpaq sahəsində yerləşən 17 saylı fərdi yaşayış evi 1 mərtəbəli, 1 otaqlı, 13.7 kv.m yaşayış, 12.6 kv.m köməkçi sahədən ibarətdir. Lakin, fərdi yaşayış evi faktiki olaraq 2 mərtəbədən ibarətdir. 1-ci mərtəbədə giriş qapısından sağ tərəfdə hamam və tualet kimi istifadə olunan 2 tikili, giriş qapısından sol tərəfdə mətbəx kimi istifadə olunan 1 tikili, 2-ci mərtəbədə isə yaşayış otaqları kimi istifadə olunan 3 tikili inşa edilmişdir. Tədqiq olunan yaşayış evinin tikililərinin faktiki vəziyyəti ilə həmin yaşayış evinə dair tərib edilmiş texniki pasportun məlumatları müqayisə edilərkən, 17 saylı yaşayış evinin faktiki vəziyyətdə texniki parametrlərinin, o cümlədən tikililərin planlı yerləşməsinin, ölçülərinin, ümumi sahəsini və s. texniki pasportun göstəricilərinə uyğun olmadığı və faktiki olaraq 1-ci mərtəbədə yerləşən mətbəx, hamam tikililərinin, eləcə də, 2-ci mərtəbədə yerləşən sahəsi 13.2 kv.m olan tikilinin texniki pasportda öz əksini tapmadığı müəyyən edilmişdir. İddiaçının hazırda sözügedən çıxarışı mübahisələndirməkdə hüquqi marağı 3-cü şəxs tərəfindən inşa edilmiş həmin əlavə tikililərin sökülməsinə nail olmaqdır ki, iddiaçı bununla bağlı ümumi məhkəmə icraatı qaydasında Bakı şəhəri Səbail Rayon Məhkəməsində iddia qaldırmış və mübahisəyə mülki məhkəmə icraatı qaydasında hüquqi qiymət verilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, mövcud vəziyyətdə mübahisəli çıxarışla iddiaçının hər-hansı bir hüququnun pozulması halı müəyyən edilmədiyindən, onun hazırki iddianı qaldırmaqda, subyektiv hüququ da, istisna edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia yuxarıda sadalanan əsaslarla mümkünlük şərtlərinə cavab vermədiyindən, iddiaçının hazırki iddia tələbi İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməməklə mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-8288/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8288/2022
29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver