Məhkəmə qərarları › İş №2-1(112)-8292/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8292/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8292/2025 29.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzil kirayə müqaviləsi bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 29 may 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri X49 İcraiyyə Komitəsinin xx.xx.1970-ci il tarixli qərarına əsasən X8 ailə üzvləri ilə (X14, X2, X18, X9, X19, X10, X11 və X12) birlikdə yaşaması üçün hazırkı ünvanı ünvan 1si 76.18 kv metr olan, 5 otaqlı, 116 saylı mənzilin istifadəsinə verilməsinə dair 095993 №-li, xx.xx.1970-ci il tarixli Order verilmişdir. İİ-ЖГ 381201 №-li Ölüm haqqında şəhadətnaməyə əsasən X4 31 mart 1983-cü ildə ölmüşdür. İV-ЖГ 262598 №-li Ölüm haqqında şəhadətnaməyə əsasən X50 9 iyun 1962-ci ildə ölmüşdür. AZ-İ 126467 №-li Ölüm haqqında şəhadətnaməyə əsasən X3 25 iyul 2002-ci ildə ölmüşdür. AZ-İ 908324 №-li Ölüm haqqında şəhadətnaməyə əsasən X19 7 oktyabr 2017-ci ildə ölmüşdür. AZ-İ 719184 №-li Ölüm haqqında şəhadətnaməyə əsasən X9 26 sentyabr 2014-cü ildə ölmüşdür. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, ünvan 2 ünvanında xx.xx.1958-ci il təvəllüdlü X20, xx.xx.2016-cı il təvəllüdlü X27, xx.xx.2012-ci il təvəllüdlü X21, xx.xx.1983-cü il təvəllüdlü X28, xx.xx.2010-cu il təvəllüdlü X41, xx.xx.2011-ci il təvəllüdlü X29, xx.xx.2009-cu il təvəlldülü X32, xx.xx.1987-ci il təvəllüdlü X22, xx.xx.1982ci il təvəllüdlü X33, xx.xx.2011-ci il təvəllüdlü X34, xx.xx.1980-ci il təvəllüdlü X30, xx.xx.2012-ci il təvəllüdlü X35, xx.xx.1964-cü il təvəllüdlü X15, xx.xx.1964-cü il təvəllüdlü X5 yaşayış yeri üzrə qeydiyyatdadırlar. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 1 saylı MKİS-in №45 saylı, xx.xx.2025-ci il tarixli arayışına əsasən ünvan 3 ünvanında X1, X33, X43, Bayramova Röya, Bayramova Rəna, X31, X34, X35, X36 faktiki olaraq göstərilən ünvanda yaşayışlar. X43, X28, X5, X23, X30, X33, X20, X22, X24, X44, X45, X16 və X6 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, mübahisəli mənzilə dair iddiaçının adına kirayə müqaviləsinin bağlanmasına etiraz etmirlər. İddiaçı mənzil kirayə müqaviləsinin bağlanması üçün Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və imtina məktubunda bildirmişdir ki, “...Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 62-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır və yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən (Azərbaycan Respublikasının Nazirlər Kabineti) təsdiq olunur. Yaşayış sahəsinin birtipli forması müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edildikdən sonra tərəfimizdən sözügedən məsələyə müraciətiniz əsasında yenidən baxılacaqdır”. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin iddiaçının mənzil kirayə müqaviləsinin bağlanması ilə bağlı imtinası qanunsuz hesab edilməsini, ünvan 4 ünvanında yerləşən mənzilə dair İddiaçı adına mənzil kirayə müqaviləsinin bağlanması barədə sərəncam qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli qərara və Azərbaycan SSRİ-in Bakı şəhər İcraiyyə Komitəsinin şəhər sovetinin Zəhmətkeşlər şurası tərəfindən verilmiş 095993 saylı, xx.xx.1970-ci il tarixli orderə əsasən ünvan 5 ünvanında yerləşən mənzil X8 və ailə üzvlərinə verilmişdir. Valideyinləri dünyasını dəyişdikdən sonra həmin mənzilin qeydiyyatından çıxmışlar və o vaxtdan həmin mənzildə yaşamırlar. O, xx.xx.1970-ci il tarixdən həmin mənzilin qeydiyyatındadır. Hesab edir ki, imtina qanunsuz və əsassızdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı hüquqlarının pozulmasını əsaslandıra bilmədiyindən iddia mümkün sayılmamalıdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Cavabdeh nümayəndəsinin iştirakını məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında təmin emtədiyinə görə, məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, lakin cavabdeh həmin iclasda da, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim etdiyindən Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2025-ci il tarixli məktubla imtina etmiş, iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək iddia müddətinə riayət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına əsasən Bakı şəhəri X49 İcraiyyə Komitəsinin xx.xx.1970-ci il tarixli qərarına əsasən X8 ailə üzvləri ilə (X14, X2, X18, X9, X19, X10, X11 və X12) birlikdə yaşaması üçün hazırkı adı Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon,Ş.Məmmədova küçəsi, ev 3, mərtəbə 9, sahəsi 76.18 kv metr olan, 5 otaqlı, 116 saylı mənzilin istifadəsinə verilməsinə dair 095993 №-li, xx.xx.1970-ci il tarixli Order verilmişdir. X4, X18, X3, X19 və X9 ölmüşlər. Həmin mənzildə qeydiyyatda olan və yaşayan şəxlər notarial qaydada ərizə verərək, sözügedən mənzilə dair iddiaçının adına mənzil kirayə müqaviləsinin bağlanılmasına etiraz etmədiklərini bildirmişlər. İddiaçı həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. İddiaçı hazırda həmin mənzilə dair daimi kirayə müqaviləsinin bağlanmasını xahiş edir. Cavabdeh isə sosial kirayə müqaviləsinin birtipli formasının Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmaması əsası ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan): - 5-ci maddəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. - 10-cu maddəsinə görə Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. - 44-cü maddəsinə əsasən yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X49nin icraiyyə komitəsi tərəfindən verilir. - 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X49nin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. - 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. - 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. - 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. - 83-cü maddəsinə əsasən SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsini icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. - 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Beləliklə, istinad olunan normalara əsasən adına order verilən mənzilin icarədarı həmin mənzilə kənar şəxsləri köçürdükdə və həmin şəxslər icarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat apardıqda onun ailə üzvü hesab edilir və icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə, o cümlədən mənzilin icarə müqaviləsinin öz adına dəyişdirilməsi hüququna malik olurlar. Hazırkı işin hallarına əsasən müəyyən edilir ki, iddiaçı mərhum atası X7 ailə üzvüləri birlikdə ünvan 1si 76.18 kv metr olan, 5 otaqlı, 116 saylı mənzil verilmişdir. Orderdə iddiaçıdan əlavə digər ailə üzvləri ölmüş, yaşayan ailə üzvləri isə notarial qaydada verdiyi ərizələrdə mənzilə dair iddiaçının adına kirayə müqaviləsinin bağlanmasına etiraz etmədiklərini bildirmişlər. Həmçinin mənzildə yaşayan və yetkinlik yaşına çatan ailə üzvləri də verdikləri notarial ərizələrində mənzilə dair iddiaçının adına kirayə müqaviləsinin bağlanmasına etiraz etmədiklərini bildirmişlər. İddiaçının qeyd edilən normada hüquqmüəyyənedici sənədə malik olması işin mübabisələndirilməyən halıdır. Cavabdeh iddiaçının hüquqmüəyyənedici sənədini mübahisələndirmir. Cavabdeh sosial kirayə müqaviləsinin birtipli formasının Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmaması əsası ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, sosial kirayə müqaviləsinin birtipli forması Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmasa da, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin istinad olunan normalarında dövlət mənzil fonduna aid olan mənzillərlə sosial kirayə müqaviləsinin bağlanması təsbit edilmişdir. Mənzilin kirayə müqaviləsinin iddiaçının adına bağlanmasına dair bütün şərtlər hazırkı iş üzrə mövcuddur. Lakin cavabdeh iddiaçının tələbini təmin etməkdən imina etmiş, bununla onun hüquq və vəzifələrini pozmuşdur. Qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 59.1-ci maddəsinə əsasən Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. - 62.1-ci maddəsinə görə yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Beləliklə, məhkəmə istinad olunan normaları işin hallarına tətbiq edərək hesab edir ki, iddiaçının mübahisəli mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə qərar qəbul edilməsini cavabdehdən tələb etmək hüququ mövcudur. İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, ev 3, mənzil 116 nömrəli mənzilinə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar