Məhkəmə qərarları › İş №2-1(112)-8294/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8294/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8294/2023 18.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3, üçüncü şəxs X11 və üçüncü şəxsin vəkili X15 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində X12 cəlb edilməklə “ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasındakı iddiaçıya satılmış və dəyəri tam ödənilmiş, ölçüsü 87,9 kv.m olan mənzilə dair mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasındakı iddiaçıya satılmış və dəyəri tam ödənilmiş, ölçüsü 87,9 kv.m olan mənzilə dair mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli, 2-1(82)- 4325/2017 saylı qərarı ilə iddia tələbi təmin edilməsi qərara alınmışdır. Məhkəmə qərarı cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixində icra edilmişdir 14 noyabr 2022-ci il tarixdə X11 ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli, 2-1(82)- 4325/2017 saylı qərarının ləğv olunması, üçüncü şəxs qismində cəlb etməklə, mahiyyəti üzrə onun iştirakı ilə işə baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Yüksəliş-C" MMC-nin tikintisini apardığı Bakı şəhəri, Xətai rayonu, məhəllə 2337, Məhəmməd Hadi küçəsi, ev 120D, mənzil 43 təqribən 2014-cü ildən onun qanuni istifadəsindədir. Belə ki, həmin mənzil 2008-ci ildən payçı kimi X4 adlı şəxsə məxsus olmuş, 2014-cü ildə isə X11 "xxxx" MMC-nin razılığı ilə həmin mənzili Seyfullah Vəliyevdən almış, 2017-ci ilə qədər mənzilin dəyərini tam ödədikdən sonra "xxxx" MMC ilə bağladığı 06 iyun 2017-ci il tarixli müqaviləyə əsasən mənzil onun adına keçirilmişdir. 2019-cu ilin may ayında ona məlum oldu ki, istifadəsində və tam sahibliyində olan həmin mənzilə X20 adlı şəxs iddialıdır və o "mənzilə istifadə və sahiblik hüququnun tanınmasına dair" iddia ərizəsi ilə binanı (mənzili) inşa etmiş "xxxx" MMC-yə qarşı Xətai rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmədə istifadəsində olan mənzilə dair mübahisənin olduğunu bildikdən dərhal sonra, özünə aid zəruri sənədləri məhkəməyə təqdim etməklə cavabdehin tərəfində işə cəlb olunmuşdur. Daha sonra, həmin binada olan digər mənzilləri də bir neçə dəfə başqa-başqa şəxslərə satdığından "xxxx" MMC-nin rəhbərliyi barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan cinayət işi üzrə yekun qərar qanuni qüvvəsini alanadək (həmin cinayət işində X21 zərərçəkmiş şəxs kimi tanınmışdır) Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-4285/2019 saylı qərardadı ilə iş üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-133/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən sonra Xətai rayon məhkəməsində iş üzrə icraat təzələnmiş və məhkəmənin 2(011)-3865/2022 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bununla belə, Xətai rayon məhkəməsində işə baxılarkən o da məlum oldu ki, cinayət işində onun mənzili ilə bağlı başqa bir zəzərçəkmiş şəxs kimi tanınmış İddiaçı adlı şəxs Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-1(82)-4325/2017 nömrəli qərarına əsasən onun yaşadığı və qanuni istifadəsində olan mənzili mülkiyyətinə keçirmişdir. İnzibati məhkəmədə işə baxılan vaxt həmin mənzildə o yaşasa da, nə məhkəmə onu prosesə cəlb etməmiş, nə İddiaçı evin mənim faktiki istifadəmdə olması barədə məhkəməyə, nə də ki, ona məlumat verməmişdir. Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə 02 mart 2023-cü il tarixdə qəbul etdiyi qərardadı ilə, X5 ərizəsi təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli, 2-1(82)-4325/2017 saylı qərarı ləğv edilməsi, hazırki iş üzrə icraat təzələnməsi və X11 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 09 dekabr 2015-ci il tarixli, yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə tikilməkdə olan çoxmərtəbəli yaşayış binasındakı ölçüsü 87,9 kv.m, dəyəri 72000 AZN olan mənzil iddiaçıya satılmışdır. Həmin mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir. Bu barədə MTK tərəfindən ona 09 dekabr 2015-ci il tarixli maliyyə arayışı təqdim edilmişdir. Həmin sənədlərə əsasən iddiaçı cavabdeh inzibati orqana müraciət edərək, mənzilə dair hüquqların dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh 23 avqust 2017-ci il tarixli, **********66 saylı məktubu ilə iddiaçının ərizəsi təmin edilməmişdir. İddiaçı cavabdehin imtina məktubunu əsassız sayaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və üçüncü şəxsin vəkili iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə, iclasda iştirak edən cavabdeh, üçüncü şəxs və onun vəkili və nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddiaçının iddiası təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş: "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanılmış yaşayış binasında mənzil tikintisi haqqında 09 dekabr 2015-ci il tarixli müqavilənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə yerləşmiş "xxxx" MTK-nın tikilməkdə olan binasında 43 nömrəli mənzili alıcıya (X13) verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Göstərilən mənzil 1 otaqdan ibarətdir, ümumi sahəsi 87,9 kv.m, mənzilin ümumi dəyəri 72000 (yetmiş iki min) manat məbləğində müəyyən olunmuşdur. "xxxx" MTK tərəfindən verilmiş 09 dekabr 2015-ci il tarixli maliyyə arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 1 girişi, 10-cu mərtəbəsində ümumi sahəsi 87.9 kv.m olan 1 otaqlı, 43 saylı mənzilin pay dəyəri 72000 (yetmiş iki min) alıcı İddiaçı tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2017-ci il tarixli, **********66 saylı məktubunda bildirilmişdir ki, aparılan araşdırma zamanı ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. Üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilmiş: "xxxx" MMC-nin 06 iyun 2017-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, ünvan 1də yerləşən yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Bu binanın girişi, 10 mərtəbəsində ümumi sahəsi 87,9 kv.m olan 1 otaqlı, 43 saylı mənzilin pay dəyərinin 57135 (əlli yeddi min bir yüz otuz beş) manat alıcı X11 tərəfindən X2 ödənilmişdir. "xxxx" MMC-yə mənzilin ümumi dəyəri ilə bağlı borcu yoxdur. "xxxx" MMC-nin 06 iyun 2017-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən, "xxxx" MMC-nin direktoru X9 bir tərəfində, ünvan 3 ünvanda qeydiyyatda olan sonralar “alıcı” adlandırılan vətəndaş X11 digər tərəfdən aşağıdakılar haqqında müqavilə bağlamışlar. Addan ada dəyişir: 05 iyun 2017-ci il tarixli X1 ərizəsi. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə yerləşmiş "xxxx" MMC-nin tikilməkdə olan binasında 43 nömrəli mənzil alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-133/2022 saylı işi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli Qərarı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 1(101)-61/2021 saylı hökmü məhkumlar X9 və X8 barəsində dövlət ittihamçısı Rauf Malışov tərəfindən verilmiş apellyasiya protesti, məhkumlar X9, X16, zərərçəkmiş şəxslər X25 və X17 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 1(101)-61/2021 saylı hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 29,178.3.2ci maddələri ilə təyin edilmiş AR CM-nin 46-cı maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası əsas cəza hissəsində artırılaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təyin edilmiş AR CM-nin 46-cı maddəsi tətbiq edilməklə 2 (iki) il 6(altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası əsas cəza hissəsində artırılaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına qaldırılması, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən X6 təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 1(101)-61/2021 saylı hökmü ilə X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 29,178.3.2-ci maddələri ilə təyin edilmiş AR CM-nin 46-cı maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası əsas cəza hissəsində artırılaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təyin edilmiş AR CMnin 46-cı maddəsi tətbiq edilməklə 2 (iki) il 6(altı) ay müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası əsas cəza hissəsində artırılaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına qaldırılması, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən X10 təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması, dövlət ittihamçısı Rauf Malışov tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsi, Zərərçəkmiş şəxs X17 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi və məhkumlar X9, X16 və zərərçəkmiş şəxs X25 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməsi qərara alınmışdır. Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş: "xxxx" MMC-nin 27 may 2008-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən, "xxxx" MTK-nin direktoru Bağışov Xaləddin Vəkil oğlu bir tərəfində Naxçıvan MR, Ordubad rayonu, Dəstə kəndində qeydiyyatda olan sonralar “alıcı” adlandırılan vətəndaş X4 digər tərəfdən aşağıdakılar haqqında müqavilə bağlamışlar. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə yerləşmiş "xxxx" MTK-nin tikilməkdə olan binasında 43 nömrəli mənzil alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. "xxxx" MMC-nin 09 dekabr 2015-ci il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” Müqaviləyə əsasən, "xxxx" MTK-nin direktoru X9 bir tərəfində ünvan 4 ünvanda qeydiyyatda olan sonralar “alıcı” adlandırılan vətəndaş X11 digər tərəfdən aşağıdakılar haqqında müqavilə bağlamışlar: Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə yerləşmiş "xxxx" MTK-nin tikilməkdə olan binasında 43 nömrəli mənzil alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. "xxxx" MTK-nın 14 dekabr 2015-ci il tarixli arayışına əsasən bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 2337-ci məhəllədə yerləşən "xxxx" MTK-ya məxsus binanın 10-cu mərtəbəsi, ümumi sahəsi 87,9 kv.m sahəsi olan 1 otaqlı, 43 saylı mənzil 09 dekabr 2015-ci il tarixli müqavilə ilə İddiaçı adına rəsmiləşdirilmişdir və ondan başqa heç bir şəxsə də satılmayıb. Mənzil İddiaçı məxsusdur. "xxxx" MTK-nın 09 dekabr 2015-ci il tarixli maliyyə arayışına əsasən göstərilmişdir ki, ünvan 1də yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 1 girişi, 10-cu mərtəbəsində ümumi sahəsi 87,9 kv.m olan 1 otaqlı 43 saylı mənzilin pay dəyərinin 72000 manat (yetmi. İki min) alıcı İddiaçı tərəfindən ödənilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2017-ci il tarixli, 2-1(82)- 4325/2017 saylı qərarı ilə iddia tələbi təmin edilərək ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasındakı iddiaçıya satılmış və dəyəri tam ödənilmiş, ölçüsü 87,9 kv.m olan mənzilə dair mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında ərizədən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə, ünvan 5 ünvanında dair hüquqların dövlət qeydiyyatı haqqında ilkin qeydiyyatın aparılması barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazisinə müraciət etmişdir. Üçüncü şəxs X7 müraciəti əsasında Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasında imtina edilməsi barədə bildirişə əsasən ərizəçinin müraciətinə baxılmış və bildirilmişdir ki,qeyd olunan mənzilin daşınmaz əmlakın dövlət reyestrində digər fiziki şəxsin adına qeydiyyata alındığı müəyyən edilmiş, bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Məkəmə iddia tələbi ilə bağlı aşagıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır Azəbaycan Respublikaslının Konstitusiyasının 29-cu maddəsinin üçüncü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 4-cü bəndinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Mülkiyyət hüququ dedikdə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. (152.3.) İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. (152.4.) Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır Həmin Məcəllənin 157.1 maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş materiallarından göründüyü kimi, ünvan 1də yerləşən yaşayış binasının, ölçüsü 87,9 kv.m olan 43 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qanunda göstərilmiş əsaslardan heç biri mövcud deyil. İddiaçı tərəfindən təqdim edilmiş müqavilə və maliyyə arayışı mənzil üzərində mülkiyyət hüququnun əmələ gəlməsi üçün əsas sayıla bilməz. Çünki, sözügedən mənzilin üçüncü şəxsə satılması barədə alqı-satqı müqaviləsi, mənzilin dəyərinin onun tərəfindən tam ödənilməsi barədə maliyyə arayışı eyni ilə üçüncü şəxsdə də vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı adına ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasındakı iddiaçıya satılmış və dəyəri tam ödənilmiş, ölçüsü 87,9 kv.m olan mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2,34,68,69, 85, 110-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı adına ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasındakı iddiaçıya satılmış və dəyəri tam ödənilmiş, ölçüsü 87,9 kv.m olan mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar