Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-83/2024 30.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Üçüncü şəxslər X17 və X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X18, X12, X13, X14, X22, X17, X20) “qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək X7, X5, X4, X6, X15, X8 və X10 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Vəliyev küçəsi 17A saylı evə istifadə hüquqlarının itirilməsi və onların həmin evdən qeydiyyatdan çıxarılması vəzifəsinin Sabunçu rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia tələbi “X7, X5, X4, X6, X15, X8 və X10 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Vəliyev küçəsi, 17A nömrəli evdən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə həvalə edilməsi” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Vəliyev küçəsi 17A saylı evi tikmiş və həmin ev tam mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin evdə özü, habelə qızı X2, onun uşaqları X9, X1 qeydiyyatdadırlar. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayış (ASAN 2 tərəfindən xx.xx.2021-ci il tarixli, ******* nömrəli Arayış) aldıqda məlum olmuşdur ki, evində ailə üzvlərindən əlavə digər şəxslər, o cümlədən X18, X12, X13, X14, X22, X17, X20 qqeydiyyatdadırlar. Onlar onun ailə üzvləri deyil və heç bir əsas olmadan mülkiyyətində olan evində qeydiyyatdadırlar və iddiaçının evində istifadə hüququna malik deyirlər. Qeyd olunan şəxslərin qeydiyyatdan çıxarılması barədə Sabunçu rayon Polis İdarəsinə müraciət etmişdir. İdarədən ona 21 aprel 2021-ci il tarixli məktubla bildirilmişdir ki, X18, X12, X13, X14, X22, X19 və X10 qeydiyyatdan çıxarılması onların səlahiyyətlərinə aid deyil və Bakı İnzibati Məhkəməsinə müraciət etməyi tövsiyyə olunmuşdur.
4. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X18, X12, X13, X14, X22, X17 və X20 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişdir.
5. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə hazırki inzibati iş üzrə məhkəmə icraatı ərizəçi X3 maraqlı tərəf Sabunçu rayon Polis İdarəsinə qarşı vəzifəli şəxsin hərəkətlərindən şikayətə dair ərizəsi üzrə Sabunçu rayon məhkəməsinin 2-2371 nömrəli işlə bağlı (2004-cü il) yekun məhkəmə aktı qəbul edilənək dayandırılmışdır.
6. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər onların ailə üzvləridir, iddiaçının apellyasiya şikayəti ilə əlaqədar Sabunçu rayon məhkəməsinin 2-2371 nömrəli iş üzrə qəbul etdiyi məhkəmə qətnaməsinin ləğv olunduğunu və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Vəliyev küçəsi, 17A nömrəli evdən qeydiyyatdan çıxarıldıqlarını bildirdilər.
7. İş materiallarına əlavə edilmiş CMS – Azemis Elektron Məhkəmə informasiya sistemində olan məlumatlara əsasən, üçüncü şəxslərin hazırda qeydiyyatı Bakı şəhəri, ünvan 1 ünvanlardadır.
8. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
9. Odur ki, məhkəmə hesab edir ki, üçüncü şəxs qeyd olunan ünvandan pasport qeydiyyatından çıxdığından iddiaçının tələbi təmin olunmuşdur və işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyildir. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
10. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan, təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva