Məhkəmə qərarları › İş №2-1(112)-830/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-830/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-830/2023 08.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Milli Depozit Mərkəzinə qarşı “4792 ədəd qiymətli kağızın "xxxx" MMC vasitəsilə kimə satılması barədə məlumatın aydınlaşdırılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə qarşı iddiaçıya məxsus "xxxx" MMC vasitəsilə satılmış 4792 ədəd qiymətli kağızın, 21500 kv.m əmlakın kimə və hansı dövlət strukturuna satılmasının aydınlaşdırılması, iddiaçıya dəymiş zərərin ödənilməsi, zərərin əvəzinin ödənilməsi üçün şəxsi və dövlət strukturunun rəhbərinin cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 20 iyun 2008-ci il tarixdə 2435 saylı alqısatqı müqaviləsinə əsasən ona məxsus "xxxx" ASC üzrə 4792 ədəd qiymətli kağızları və 21500 kv.m əmlakını "xxxx" MMC vasitəsilə satmışdır. Tərəfindən dəfələrlə cavabdehə və Baş Prokurorluğa müraciət olunaraq həmin qiymətli kağızların kimə satılması barədə məlumat verilməsi xahiş edilsə də, cavabdeh tərəfindən bu məlumat verilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-6690/2022 nömrəli qərardadı ilə "xxxx" MMC zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-830/2023 nömrəli qərardadı ilə "xxxx" MMC-nin üçüncü şəxs qismində icraata cəlb edilməsinə dair xx.xx.2022-ci il tarixli 2-1(112)-6690/2022 nömrəli qərardad ləğv edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-830/2023 nömrəli qərardadı ilə İddiaçı iddiası “21500 kv.m əmlakın kimə və hansı dövlət strukturuna satılmasının aydınlaşdırılması”, “iddiaçıya dəymiş zərərin ödənilməsi” və “zərərin əvəzinin ödənilməsi üçün şəxsi və dövlət strukturunun rəhbərinin cinayət məsuliyyətinə cəlb edilməsi” hissədə mümkün sayılmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının “4792 ədəd qiymətli kağızın "xxxx" MMC vasitəsilə kimə satılması barədə məlumatın aydınlaşdırılması” tələbi cavabdeh tərəfindən təmin olunduğundan iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddiaçının iddiaçının “4792 ədəd qiymətli kağızın "xxxx" MMC vasitəsilə kimə satılması barədə məlumatın aydınlaşdırılması” tələbi tələbinin cavabdeh tərəfindən təmin edildiyi iş materialları ilə müəyyən edillir. Belə ki, iş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, 20 iyun 2008-ci ii tarixli, 2435 nömrəli alqı-satqı haqqında müqaviləyə əsasən İddiaçı məxsus "xxxx" ASC üzrə hər birinin nominal dəyəri 2 (iki) manat olan 4792 (dörd min yeddi yüz doxsan iki) ədəd səhm "xxxx" MMC vasitəsilə X1. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məhkəmə iclasının protokolundan görünür ki, qeyd edilən məktubun surəti həmin tarixdə iddiaçının vəkilinə təqdim edilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda 4792 ədəd qiymətli kağızın "xxxx" MMC vasitəsilə kimə satılması barədə məlumat iddiaçıya təqdim edildiyindən hazırki iş üzrə iddiaçının “4792 ədəd qiymətli kağızın "xxxx" MMC vasitəsilə kimə satılması barədə məlumatın aydınlaşdırılması” tələbinə dair hissədə mübahisə qalmamışdır və iddiaçının iddia ərizəsində qeyd edilən həmin tələbi cavabdeh tərəfindən təmin edilmişdir. Odur ki, məhkəmənin qənaətinə görə hazırkı iş üzrə icraata iddiaçının “4792 ədəd qiymətli kağızın "xxxx" MMC vasitəsilə kimə satılması barədə məlumatın aydınlaşdırılması” tələbi hissəsində xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə uyğun olaraq cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən və İPM-nin 67 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı “4792 ədəd qiymətli kağızın "xxxx" MMC vasitəsilə kimə satılması barədə məlumatın aydınlaşdırılması” tələbinə dair hissədə 2-1(112)-830/2023 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar