Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-830/2025 10.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı X4, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X9) “çıxarışın verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “ 341 L” saylı torpaq sahəsinə dair ilkin qeydiyyat alınmaqla çıxarışın (arayışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri İcra Hakimiyyəti (əvvəlki adı: Bakı şəhəri X10 İK-nin) xx.xx.1991-ci il tarixli 3/318 saylı qərarına əsasən mənə Maştağa bağlar sahəsi 50 saylı ВТК nəzdində torpaq sahəsi ayrılmışdır.Bakı şəhəri İcra Hakimiyyəti (əvvəlki adı. Bakı şəhəri X10 İK-nin) xx.xx.1991-ci il tarixli 3/318 saylı qərarının arxiv çıxarışını almaq üçün AR-sı Dövlət Arxiv Bakı filialına müraciətim əsasında ona ayrılmış bağ sahəsinin arxiv çıxarışı verildi. Arxiv çıxarışa nəzər saldıqda tərəfimdən adının səhv olaraq qeyd olunduğu görmüşdür. Bu səbəbdən tərəfindən adında qeyd edilmiş səhvin düzəlməsi üçün rəsmi formada Bakı şəhəri İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin sonuncu xx.xx.2023-cü il tarixli cavab məktubu ilə müraciətinə imtina etmişdir. Nəticədə məhkəməyə “hüquqi əhəmiyyətli faktin müəyyən edilməsinə dair” müraciət etmiş və yekun olaraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2 (103)-6835/2023 saylı qətnaməsi ilə Bakı şəhəri X10 İK-nin “X7”na Maştağa bağlar sahəsi, 50 saylı ВТК nəzdində torpaq sahəsi ayrılması barədə” xx.xx.1991-ci il tarixli 3/318 nömrəli qərarının İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. Cavabdehə xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən ”341 L” saylı torpaq sahəsinə dair ilkin qeydiyyat alınmaqla çıxarışın verilməsi ilə bağlı müraciətinə aşağıdakı səbəblərinə; təqdim olunan sənədlərdə uyğunsuzluq mövcuddur, orderdə olan ad ilə onun adı arasında fərqli adın qeyd edilməsi, Bakı Tikinti Kooperativi nəzdində eyni nömrəli torpaq sahəsi digər şəxsinə adına orderin olması görə imtina edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə X9 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli protokol qərardadı ilə iş üzrə iddia tələbi “Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 341 L saylı, 0,12 ha sahəsi olan bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 341L saylı torpaq sahəsinə dair ilkin qeydiyyata alınmaqla çıxarışın (arayışın) verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi”nə dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********50 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, tərəfinizdən təqdim olunan sənədlərdə hüquq sahibinin adı ilə bağlı uyğunsuzluq mövcuddur. Belə ki, təqdim olunan orderdə İddiaçı kimi qeyd edilsə də, arxiv arayışında və idarənin arxivində mövcud olan Bağ Tikinti Kooperativi üzvlərinin siyahısında X1 göstərilmişdir. Həmçinin idarənin arxiv məlumatlarına əsasən eyni Bağ Tikinti Kooperativi nəzdində eyni nömrəli torpaq sahəsinə dair digər şəxsin (X9) adına verilmiş order nüsxəsi mövcuddur. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman göstərilən ümumi ərazinin 2707.0 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı **********32 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 50 nömrəli bağ tikinti kooperativi nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa bağ massivində yerləşən 341L nömrəli bağın nömrəsinin təkrarlanıbtəkrarlanmamasının, eyni zamanda eyni nömrəli torpaq sahəsinə verilmiş olan orderin kimə məxsus olmasının aydınlaşdırılması ilə bağlı xx.xx.2023-cü il tarixli ərizənizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, 50 nömrəli bağ tikinti kooperativi nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa bağ massivində yerləşən 341L nömrə digər şəxsin adına arxivdə mövcud olan order nüsxəsində təkrarlanır. Digər şəxsin adına olan order ilə əlaqədar olaraq nəzərinizə çatdırılır ki,“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinin tələblərinə uyğun olaraq daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6835/2023 saylı xx.xx.2023-cü il tarixli ərizəçi İddiaçı maraqlı şəxs qismində Bakı şəhər İcra Hakimiyyəti cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” nə dair mülki iş üzrə qətnaməsindən görünür ki, mrizəçi İddiaçı apellyasiya şikayəti təmin olunmuş, Sabunçu Rayon Məhkəməsinin 2(008)-4787/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilsin və ərizə təmin edilmiş, Bakı şəhər X8 İcraiyyə Komitəsinin “X3 Maştağa bağlar sahəsi, 50 saylı ВТК nəzdində torpaq sahəsi ayrılması barədə” 27 mart 1991-ci il tarixli, 3/318 nömrəli qərarının İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Baki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3-6/2- 3188-1/2024 saylı məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinə 28 mart 2024cü il tarixdə daxil olmuş müraciətə baxılmışdır. Bildirilir ki, ərizəçi İddiaçı maraqlı şəxs qismində Bakı şəhər İcra Hakimiyyəti cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 6835/2023 nömrəli, 05 dekabr 2023-cü il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı apellyasiya şikayəti təmin olunmuşdur. Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4787/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş və ərizə təmin edilmişdir. Bakı şəhər X8 İcraiyyə Komitəsinin “X3 Maştağa bağlar sahəsi, 50 saylı ВТК nəzdində torpaq sahəsi ayrılması barədə” 27 mart 1991-ci il tarixli, 3/318 nömrəli qərarının İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. Hazırkı qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ərizənin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilmişdir.Qeyd edilir ki, həmin qərardaddan kassasiya şikayəti verilmədiyindən Bakı Apellyasiya Məhkəməsinin 05 dekabr 2023-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 393-cü maddəsinə əsasən qanuni qüvvəyə minmişdir. Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin 50 nömrəli kooperativinin b/c nömrəli orderindən görünür ki, İddiaçı Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli 3/318 №-li qərarına əsasən ona Maştağa bağlar sahəsi, 50 saylı ВТК nəzdində 0.12 ha torpaq sahəsi olan 341 L №-li bağ ayrılmışdır. Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin 50 nömrəli kooperativinin b/c nömrəli orderindən görünür ki, X5 Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli 6/387 №-li qərarına əsasən ona Maştağa bağlar sahəsi, 50 saylı ВТК nəzdində 0.12 ha torpaq sahəsi olan 341L №-li bağ ayrılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********17 saylı məktubundan görünür ki, İddiaçı 50 saylı ВТК nəzdində Maştağa qəsəbəsində ayrılmış 341L saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərin surətinin, bağların bölgüsünə dair sxematik xəritədən çıxarışın, həmçinin həmin bağ sahəsi ilə bağlı digər şəxslərin müraciətinin olub-olmaması, eləcə də qeydiyyatdan keçib-keçməməsi barədə məlumatın və müayinə aktının təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan hissədə sxematik xəritədə bağ nömrəsi əks olunmayıb. Həmçinin 341 saylı bağın indeksləri xəritə aydın müşahidə olunmur. Sxematik xəritədə mövcud olubolmamasını dəqiqləşdirmək mümkün olmadı. Sorğunun icrası ilə əlaqədar olaraq Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarına əsasən 50 saylı ВТК nəzdində Maştağa qəsəbəsində yerləşən 341L saylı bağ sahəsinə dair İddiaçı adına verilmiş B/S nömrəli orderin, 50 saylı ВТК-ya aid yerləşmə planının təsdiq edilmiş surəti, eləcə də xx.xx.2024-cü il tarixdə tərtib edilmiş müayinə aktı və koordinat cədvəli məhkəməyə təqdim edilir. xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, Maştağa bağ massivi 341L- saylı bağ sahəsinin hüquqmüəyyən edici sənəd üzrə torpaq sahəsi 0.12 ha, faktiki isə torpaq sahəsi 0.5312 ha-dır. 4112 kv.m atrıqdır. Mühafizə çıxıldıqdan sonra qalan sahə 2605 kv.m-dır. Yerli baxış zamanı iddaçının nümayəndəsilə sözügedən əraziyə baxış keçirildi. Ümumi ərzinin sahəsi 5112 kv.m təşkil edir Ümumi ərazinin üzərindən yüksək gərginlikli elektrik xətti keçir-110 kV. Nümayəndə bildirdi ki, sözügüdən bağ sahəsinin ümumi ərazisinin hansı hissəsində yerləşdiyini bilmir. Bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığından bağın yerləşməsinin düzgünlüyünü araşdırmaq mümkün olmadı. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********09 saylı məktubundan görünür ki, X2 adına 50 saylı ВТК nəzdində torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınıbalınmaması barədə məlumatın, iddia tələbinə dair yazılı etirazda qeyd edilmiş X2 adına hüquqmüəyyənedici sənədlərin surətinin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, X2 adına 50 saylı ВТК nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində hər hansı bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq 50 saylı ВТК nəzdində Maştağa qəsəbəsində yerləşən 341L saylı bağ sahəsinə dair X2 adına verilmiş B/S nömrəli orderin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Flialının xx.xx.2024-cü il tarixli 3-48-2F-/2-2086/2024 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli, 2-1(112)-65520/2024 saylı sorğuya cavab olaraq bildirilir ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 6/387 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarda vət. İddiaçı barəsində heç bir məlumat yoxdur. Əlavə olaraq nəzərə çatdırılır ki, keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 6/387 saylı qərarı 1 saxlama vahidindən (qovluqdan) ibarət olmaqla 35 (otuz beş) vərəq təşkil edir. Odur ki, vərəq sayının çoxluğunu və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası qanununun 21.2.3-cü maddəsinin tələblərini (sorğu edilən informasiyanın həcmi iri olduğundan sorğunun icrası informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə yetirilməsinə maneə yaradırsa...) nəzərə alaraq qeyd olunan qərarın təqdim olunması imkan xaricindədir. Digər tərəfdən qeyd edilmişdir ki, X6 və İstismarı Birliyinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Flialının xx.xx.2023-cü il tarixli 3-48-2F/2-M-01192/2023 saylı məktubundan görünür ki, 4 saylı Bakı “Asan Xidmət” Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli müraciətə əsasən keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı təqdim olunmuşdur. Qərara heç bir sənəd əlavə edilməmişdir. Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarına əsasən X3 Maştağa massivi 50 nömrəli BTK nəzində bağ sahəsinin ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********37 saylı məktubundan görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarına əsasən İddiaçı Maştağa bağlar sahəsi 50 saylı ВТК nəzdində ayrılmış Maştağa qəsəbəsində yerləşən 341L saylı bağ sahəsinə dair bütün sənədlərin arxiv nüsxələrinin, bağların bölgüsünə dair sxematik xəritədən çıxarışın, 50 saylı BTK-nın arxiv qovluğunun, üzvlərin siyahısının məhkəməyə təqdim edilməsi ilə bağlı sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Sorğunun icrası ilə əlaqədar olaraq müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Azərişıq ASC-nin xx.xx.2024-cü il tarixli 13-13/2-1/16-15100/2024 saylı məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “341 L” saylı torpaq sahəsinin yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizə zonasında yerləşibyerləşməməsinə dair məlumatın təqdim edilməsi ilə bağlı 2-1(112)-6552/2024 nömrəli məhkəmə işi üzrə 22 iyul 2024-cü il tarixli müraciətə "xxxx" ASC-də baxılmışdır. Müraciətə cavab olaraq bildirilir ki, qeyd olunan torpaq sahəsi 35 və 110 kV-luq elektrik verilişi xətlərinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-3323/2025 saylı məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, ümumi ərazinin sahəsi 5312.0 kv.m-dir. Ümumi ərazinin üzərində yüksək gərginlikli elektrik xətti (110 kV) keçir. Həmçinin iddiaçı sözügedən torpaq sahəsinin ümumi ərazinin hansı hissəsində yerləşdiyini bilmir. Qeyd olunanlarla yanaşı torpaq(bağ) sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığından sahənin yerləşməsinin düzgünlüyünü araşdırmaq mümkün olmamışdır. Əlavə olaraq qeyd edilir ki, BTK-ların ayrıcı olmur. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iş üzrə izahat verərək sözügedən ərazidə hazırda ona məxsus torpaq sahəsinin mövcud olmadığını, iddiaçı ilə torpaq sahəsinin üst-üstə düşmə halının və ya aralarında hər hansı mübahisənin olmadığını, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. II. İddianın növü və mümkünlüyü İddianın növü öhdəliyin icrasına dair iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il qanununun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsindan: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 8.0.5. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. X13 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). X13 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarına əsasən X3 Maştağa massivi 50 nömrəli BTK nəzində bağ sahəsinin ayrılması qərara alınmışdır. Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin 50 nömrəli kooperativinin b/c nömrəli orderindən görünür ki, İddiaçı Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli 3/318 №-li qərarına əsasən ona Maştağa bağlar sahəsi, 50 saylı ВТК nəzdində 0.12 ha torpaq sahəsi olan 341 L №-li bağ ayrılmışdır. İddiaçının istifadəsinə verilmiş torpaq sahəsinə dair qərar və order qüvvədədir, torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və torpaqla bağlı hər hansı mübahisə mövcud deyil. Məhkəmə eyni zamanda qeyd edir ki, hüquqmüəyyənedici sənədlə 341 L saylı bağın sahəsinin ölçüsü 0,12 ha olaraq qeyd olunsa da, faktiki ümumi ərazinin sahəsi 5312.0 kv.m təşkil edir. İddiaçının hazırki tələbi isə faktiki istifadəsində olan 0,12 ha torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasıdır. Məhkəmə cavabdehin iddiaçının adında uyğunsuzluq olması barədə dəlilinə münasibətdə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin 05 dekabr 2023-ci il tarixli qətnaməsi ilə Bakı şəhər X8 İcraiyyə Komitəsinin “X3 Maştağa bağlar sahəsi, 50 saylı ВТК nəzdində torpaq sahəsi ayrılması barədə” 27 mart 1991-ci il tarixli, 3/318 nömrəli qərarının İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilməmiş və qanuni qüvvəyə minmişdir. Məhkəmə cavabdehin “torpaq sahəsinin bir hissəsi elektrik xəttinin mühafizə zonasında yerləşməsi” dəlilinə münasibətdə qeyd edir ki, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan bağ sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Göründüyü kimi, cavabdehin bu dəlili də əsassız olmaqla, iddiaçıya məxsus hüququn qeydə alınmasını tələb etmək imkanına təsir etmir. Cavabdeh orqan tərəfindən imtinanın əsası olaraq bağların bölgüsünə dair sxematik xəritədə bağ nömrəsi öz əksini tapmaması, ümumi ərazidə hasarlanma arxivdə olan bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından torpaq sahəsinin dəqiq yerləşməsini müəyyənləşdirmək mümkün olmaması, 341 saylı bağın indeksləri xəritə dəaydın müşahidə olunadığından sxematik xəritədə mövcud olub-olmamasını dəqiqləşdirmək mümkün olmaması qeyd edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən bildirilən dəlil iddiaçının hüquqlarının qeydiyyatından və çıxarışın tərtib edilməsindən imtina üçün əsas ola bilməz. Odur ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırılmaqla 1200 kv.m sahəsi olan 341 L nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməlidir. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan 341L nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Aysev Almazova