Məhkəmə qərarları › İş №2-1(112)-8301/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8301/2023

17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8301/2023 17.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əlavənin tutulmasının dayandırılması və tutulduğu tarixdən bərpa edilməsi, “əmək pensiyasının yenidən hesablanması” barədə qərara əsasən yenidən hesablanmış pensiya məbləğinin təyin olunduğu tarixdən ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli Qanununun (2006-cı il yanvarın 1dən qüvvəyə minmişdir) 19.2.5-ci maddəsinə əsasən müharibə veteranı və İİ qrup əlil olmağı nəzərə alınaraq xx.xx.2016-cı il tarixli məhkəmə qərarına əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin üzərinə baza hissəsinin 70 faizi məbləğində əlavənin hesablanaraq ona ödənilməsinin təmin edilməsi və pensiyasının yenidən düzgün hesablanıb ödənilməsi üçün DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi ““Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 19.1.7.2-ci maddəsinə əsasən müharibə veteranı və İİ qrup əlil olduğuna görə 2017-ci il 1 iyul tarixinədək yaşa görə əmək pensiyasının baza hissəsinə təyin edilmiş 70% əlavənin tutulmasının dayandırılması və tutulduğu tarixdən bərpa edilməsi, əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-6712/2023 nömrəli qərara uyğun olaraq hesablanmış aylıq məbləğin həmin artımın qüvvəyə mindiyi tarixdən keçmiş dövr (2023-cü ilin yanvarfevral ayları) üzrə ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı X3 25 ildən artıq xidmət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının 11 dekabr 2012-ci il tarixli 572 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən X3 xidmətkeçmə dövründə alınmış xəstəliklə əlaqədar 19 dekabr 2012-ci il tarixdən xidmətdən tərxis edilmişdir. Tərxis olunduğu vaxtdan Daxili İşlər Nazirliyinin güzəştli şətlərlə yaşa görə əmək pensiyaçısıdır. Müharibə veteranıdır və hazırda orqanizm funksiyalarının 61-80 faiz pozulmasına görə müddətsiz əlilliyi müəyyən edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli Qanununun (2006-cı il yanvarın 1-dən qüvvəyə minmişdir) 19.2.5-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan “müharibə iştirakçıları sırasından olan İİ qrup əlillərin yaşa görə əmək pensiyasının üzərinə - yaşa görə əmək pensiyasının baza hissəsinin 70 faizi məbləğində əlavə hesablanır” müddəasına müvafiq olaraq yaşa görə əmək pensiyasının baza hissəsinin 70 faizi məbləğində əlavənin pensiyasının baza hissəsinin üzərinə hesablanaraq ona ödənilməsi barədə DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə qarşı iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir, birinci instansiya məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(81)-4069/2015 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qüvvəyə minmiş məhkəmə qərarı məcburi qaydada icra edilmiş və həmin vaxtdan pensiyanın baza hissəsinin üzərinə baza hissəsinin 70 faizi məbləğində əlavə hesablanaraq ödənilməyə başlanmış və bu xx.xx.2023-cü il tarixədək davam etmişdir. X2 tərxis ediləndən sonra mülki işdə işləməyə davam etmişdir və 6 ildən çox işlədiyinə görə 2023-cü ilin yanvar ayında yaşa görə əmək pensiyası yenidən hesablanaraq artırılması məqsədilə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1, 37.3.2 və 37.3.2-ci maddələrinin tələblərinə uyğun olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala müraciət etmişdir. Müraciətinə “Pensiya məbləğinin yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/2-S-48753/2023 saylı məktubla cavab verilmişdir. Verilmiş cavab təsdiq edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən onun müraciəti hərtərəfli, tam və obyektiv araşdırılmamış və ona düzgün olmayan cavab verilmişdir. Əvvala, cavab məktubunda xx.xx.2023-cü il tarixdən əmək pensiyasının 1118,86 manat olduğu qeyd edilsə də, e-sosial-Vahid sosial reyestdə 1139,03 manat olunduğu göstərilmişdir və bunların hər ikisi səhvdir, (fərqli məbləğlər göstərilməsinin səbəbi ona aydın deyildir). Belə ki, o, xx.xx.2023-cü il tarixədək 1060,00 manat, xx.xx.2023-cü il tarixdə 14,7 faiz indeksləşdirmə aparıldıqdan sonra 2023-cü ilin yanvarfevral aylarında 1215,82 manat aldığı halda, pensiyasinın artırilması məqsədilə yenidən hesablanması üçün müraciət etdikdən sonra pensiyası 96,96 (1215,82-1118,86=96,96) manat və ya 76,79 (1215,82-1139,03=76,79) manat qanunsuz olaraq azaldılmışdır. Hansı ki, yenidən hesablama barədə müraciətinə əsasən 1215,82 manat yerində qalmalı, mülki işdə işlədiyi müddət ərzində topladığı 35025,24 manat PSK (215,74 manat əskik hesablanmışdır) : 111-ə (pensiya ödənişləri aylarinin sayi) bölünərək bir aya düşən məbləğ pensiya məbləği ilə toplanmalı idi. Belə olan halda, pensiya məbləğinin azaldılması tamamilə əsassız və qanunsuzdur. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş cavab məktubunun 9-cu abzasında üstüörtülü şəkildə, yəni “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2020ci il tarixli 240-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununun 1 yanvar 2021-ci il tarixdən qüvvəyə minməsinə istinad edilərək 19.1.7.2-ci maddənin ləğv edildiyi göstərilmişdir. Bu müddəanın onun pensiya işi ilə heç bir əlaqəsi yoxdur, sadəcə olaraq bu müddəaya istinad etməklə onun hüquqlarının pozulmasına cəhd edilmişdir. Ona əlillik xx.xx.2015-ci ildə təyin edilmiş və “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2017-ci tarixli 543-VQD nömrəli Qanununa əsasən əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsi isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2020-ci tarixli 240-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən ləğv edilmiş və həmin qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minmişdir, yəni qanunun təsiri 2017-ci ilin 1 iyul tarixinədək təyin edilmiş əmək pensiyalarına şamil edilə bilməz. Belə olan təqdirdə onun pensiyasından heç bir çıxılmadan (tutulmadan, azaldılmadan və s.) söhbət gedə bilməz. Bu qanuna ziddir və birbaşa Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİİ hissəsinin tələblərinin qəsdən pozulmasıdır. Əlavə olaraq bildirir ki, bir aylıq pensiyasının məbləği 1531,36 manatdır. Cavab məktubunda qeyd edilmiş 77,0 manat hazırda da qüvvədə olan məhkəmə qərarına və “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2017-ci tarixli 543-VQD nömrəli Qanununa əsasən pensiyası 2017-ci il 1 iyul tarixinədək təyin edildiyinə görə əmək pensiyasının ümumi məbləği dəyişdirilmədən, yəni 26-cı maddəyə əsasən azaldılmadan ödənilir. Həmin məbləğin ona ödənilməsi tamamilə qanuna uyğundur. xx.xx.2023-cü il tarixdə 2023-cü ilin mart ayının əmək pensiyaları bank kartlarına köçürülərkən onun bank kartına 1432,46 manat köçürülmüşdür. Yəni aylıq pensiyasının ümumi məbləği 98,90 (1531,36-1432,46=98,90) manat az hesablanıb ödənilmiş, yenidən hesablanma zamanı hesablanmış 315,54 manat yanvar və fevral ayları üçün ödənilməmişdir. Bu səbəbdən də cari ilin İ rübü (yanvar-mart ayları) ərzində yaşa görə əmək pensiyasından yanvar ayında 152,68 (315,54:31 (günlərin sayı)x15 (müraciətdən sonrakı günlərin sayı)=152,68) manat, fevral ayında 315,54 manat və mart ayında 98,90 manat, cəmi: 567,12 (152,68+315,54+98,90=567,12) manat az ödənilmişdir. Əslində isə 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi maddi yardımla birlikdə xx.xx.2023-cü il tarixinədək ona ödənilən pensiya 1060,00 manat olmuşdur. Cari ildə 14.7% indeksləşdirmə aparılmaqla 155,82 manat artırılmış, yəni 1060,00+155,82=1215,82 manat ödənilmişdir. Toplanmış 35025,24 manat pensiya sığorta kapitalı nəzərə alınmaqla yenidən hesablanma zamanı 1 aya düşən məbləğ 35025,24:111 ay=315,54 manatdır. 1 aya düşən 315,54+1215,82=1531,36 manat təşkil edir, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq bir aylıq pensiyasının məbləği 1531,36 manatdır. Yenidən hesablanma zamanı 1 aya düşən 315,54 manat yanvar və fevral ayları üçün də hesablanıb ona ödənilməsi təmin edilməlidir. Belə olan halda aylıq pensiyası 98,90 manat (1531,36-1432,46=98,90) az hesablanmış, yanvar ayı üçün 152,68 manat, fevral ayı üçün 315,54 manat, mart ayi üşün isə 98,90 manat, cəmi 152,68+315,54+98,90=567,12 manat cari ilin İ rübü (yanvarmart ayları) ərzində yaşa görə əmək pensiyasından qanunsuz tutulmuş, yaxud da hesablanmamış və nəticədə ona maddi və mənəvi zərər vurulmuşdur. 2023-cü ilin mart ayında bank kartına 1432,46+567,12=1999,58 manat vəsait köçürülməli olduğu halda, 567,12 manat az vəsait köçürülmüşdür. Bu qanunsuzluğun davam etməsinin dayandırılması, pensiyasının yenidən düzgün hesablanıb ömürlük ödənilməsi məqsədilə məcbur oldu ki, məcburetmə haqqında iddia ilə məhkəməyə müraciət etsin.

4. Cavabdeh orqan etirazını onunla əsaslandırmışdır ki, İddiaçı 20 dekabr 2012-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilib. İddiaçı pensiya təyin edildikdən sonra fərdi hesabında qeydə alınmış 34809,50 manat pensiya sığorta kapitalına əsasən yenidən hesablamanın aparılması məqsədilə Mərkəzi Filiala 17 yanvar 2023-cü il tarixdə müraciət etmişdir. İddiaçıya məxsus 34809,50 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci və 45-ci maddələrinin tələblərinə uyğun qaydada 111 aya bölünməklə (34809,50:111 (65 il - 61 il 9 ay = 39 ay + (144 ay - 72 ay)=313,60 manat) 17 yanvar 2023-cü il tarixdən əmək pensiyasının (1118,86) üzərinə əlavə edilərək pensiya məbləği 1432,46 (1118,86 + 313,60) manat müəyyən edilib. Sözügedən yenidən hesablama aparılarkən İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmayan pensiya kapitalı sonradan əks olunduğundan onun pensiyası cari ilin mart ayında (17 yanvar 2023-cü il tarixdən) yenidən hesablanaraq 1433,94 manata artırılıb, həmçinin ötən dövr üzrə ödənilməli olan 2,20 manat fərq məbləği müəyyən edilib. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2021-ci il tarixədək qüvvədə olmuş 19.1.7.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası ödənilən müharibə ilə əlaqədar İİ dərəcə əlilliyi olan şəxslərə və ya müharibə iştirakçıları sırasından olan İİ dərəcə əlilliyi olan şəxslərə 77,00 manat məbləğində əlavə ödənilirdi. Müharibə ilə əlaqədar İddiaçı İİ dərəcəli əlilliyi olduğundan sözügedən əlavə iddiaçıya ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanuna edilmiş müvafiq dəyişikliyə uyğun olaraq 1 yanvar 2021-ci il tarixdən həmin əlavə ləğv edilmişdir. Aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, qeyd edilən əlavənin ləğv edilməsinə baxmayaraq, sonrakı dövrlərdə də iddiaçıya ödənilmişdir. Nəticədə xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində İddiaçı ümumilikdə 1669,37 manat artıq pul vəsaiti ödənilmişdir.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, həmin Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Prezidenti) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-1ci maddəsinə əsasən sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Prezidenti) tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Həmin Qanunun 37.3.2-1-ci maddəsinə əsasən sözügedən Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında həmin Qanuna uyğun olaraq həyata keçirilir. Sözügedən Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Prezidenti) tərəfindən müəyyən edilir. Həmin Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının həmin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. Eyni zamanda bildiririk ki, sizə əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyiniz müddətdə fərdi hesabınızın sığorta hissəsində 34809,50 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, Mərkəzi Filiala müraciət etdiyiniz tarixə (17 yanvar 2023-cü il) 34809,50 manat pensiya sığorta kapitalınız “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci və 45-ci maddələrinin tələblərinə uyğun qaydada 111 aya bölünməklə (34809,50:111 (65 il-61 il 9 ay=39 ay+(144 ay-72 ay)=313,60 manat) 17 yanvar 2023-cü il tarixindən əmək pensiyanızın (1118,86 manat) üzərinə əlavə edilərək pensiya məbləğiniz 1432,46 (1118,86+313,60) manat müəyyən edilib. Əlavə olaraq bildiririk ki, 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası alan müharibə ilə əlaqədar İİ dərəcə əlilliyi olan şəxslərə və müharibə iştirakçıları sırasından olan İİ dərəcə əlilliyi olan şəxslərə 77,00 manat məbləğində əlavə verilirdi. Bununla əlaqədar sizə sözügedən əlavə ödənilib. Həmin maddə "Əmək pensiyaları haqqında” Qanuna edilmiş müvafiq dəyişikliyə uyğun olaraq 1 yanvar 2021-ci il tarixindən ləğv edilib. Müvafiq araşdırma zamanı sizə əmək pensiyanızın sığorta hissəsinə əlavə olaraq 77,00 manat ödənilən pul vəsaiti 1 yanvar 2021-ci il tarixinədək ödənilməli olduğu halda, 1 mart 2023-cü il tarixinədək ödənildiyi aşkar edilib. Buna görə də sizə xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində 1669,37 manat artıq pul vəsaiti ödənilib. Sizə artıq ödənilmiş 1669,37 manat pul vəsaitinin əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilməsi məqsədilə yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəkdir."

6. İddiaçı pensiyaya çıxdıqdan sonra hal-hazıradək işləyir.

7. İş materiallarında olan iddiaçıya məxsus pensiya işində olan sənədlərdən görünür ki, cavabdehin 3-17-1/3-7-6712/2023 nömrəli xx.xx.2023-cü il tarixli əmək pensiyasının hesablanması haqqında qərarına əsasən iddiaçıya xx.xx.2023-cü ildən ömürlük təyin olunmuş pensiyanın məbləği 1433,94 manat hesablanmışdır.

8. İddiaçı hərbi qulluqçu kimi xx.xx.2012-ci il tarixdən 27 il 06 ay 20 gün xidmət illəri ilə hərbi xidmətdən tərxis olunmuşdur.

9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək onun rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İİ.İddianın növü və mümkünlüyü

11. İddia tələbi yaşa görə əmək pensiyasının baza hissəsinə təyin edilmiş 70% əlavənin tutulmasının dayandırılması və tutulduğu tarixdən bərpa edilməsi, əmək pensiyasının yenidən hesablanması barədə qərara uyğun olaraq hesablanmış aylıq məbləğin həmin artımın qüvvəyə mindiyi tarixdən keçmiş dövr üzrə ödənilməsi ilə bağlıdır.

12. Cavabdehin iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-6712/2023 nömrəli “əmək pensiyasının yenidən hesablanması” qərarına əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Həmin qərara əsasən iddiaçının hesablama tarixinə qədər pensiya məbləği 1118,86 manat, hesablamadan sonra xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-6712/2023 nömrəli qərarla isə 1433,94 manat məbləğində müəyyən olunmuşdur.

13. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

14. Belə ki, İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);..

15. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

16. İPM-nin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

17. İddia mümkündür. İİİ. Məhkəmənin mövqeyi

18. Cavabdehin İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-6712/2023 nömrəli “əmək pensiyasının yenidən hesablanması” qərarına əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmışdır.

19. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.

20. İddiaçının tələbi iki hissədən ibarətdir: “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 19.1.7.2-ci maddəsinə əsasən müharibə veteranı və İİ qrup əlil olduğuna görə 2017-ci il 1 iyul tarixinədək yaşa görə əmək pensiyasının baza hissəsinə təyin edilmiş 70% əlavənin tutulmasının dayandırılması və tutulduğu tarixdən bərpa edilməsi; əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli 3-17- 1/3-7-6712/2023 nömrəli qərarın ləğv edilməsi, pensiya təyin ediləndən sonra işlədiyi müddətdə toplanmış və istifadə olunmamış pensiya sığorta kapitalına əsasən yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin və hesablanmış aylıq məbləğin həmin artımın qüvvəyə mindiyi tarixdən keçmiş dövr (2023-cü ilin yanvar-fevral ayları) üzrə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır.

21. İddiaçının tələbinin 1-ci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçıya xx.xx.2012-ci il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. xx.xx.2016-cı il tarixdən müharibə iştirakçıları sırasından olan İİ qrup əlillərin yaşa görə əmək pensiyasının üzərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 70 faizi məbləğində əlavə hesablablanmışdır. Cavabdeh qurum iddiaçıya münasibətdə İİ qrup əlillərin yaşa görə əmək pensiyasının üzərinə yaşa görə əmək pensiyasının baza hissəsinin 70 faizi məbləğində əlavənin tutulmasını “Əmək pensiyaları haqqında” Qanuna xx.xx.2021-ci il tarixli edilmiş dəyişikliyə əsaslanmışdır. 22.Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir. 23.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin ləğvi iddiaçıya münasibətdə tətbiq edilə bilməz, qanunun təsiri 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına şamil edilmir. 24.Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikasının Qanununda qeyd edilmişdir: Maddə 26. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması 26.1. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. 26.2. 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən bu Qanunun 19-cu maddəsinə uyğun əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.” 25.Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, cavabdeh tələbin birinci hissəsinin imtinasına əsas olmuş hal kimi göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna edilmiş müvafiq dəyişikliyə uyğun olaraq 1 yanvar 2021-ci il tarixdən həmin əlavə ləğv edilmişdir. Yuxarıda sadalanan qanunvericilik normasından göründüyü kimi qanunvericiliyin həmin tələbi 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına münasibətdə tətbiq edilmir. İddiaçıya yaşa görə əmək pensiyası isə xx.xx.2012-ci il tarixdə (xx.xx.2017-ci il tarixdən əvvəl) təyin edildiyindən cavabdehin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin ləğvini iddiaçıya nəzərən tətbiq etməsi qanuni hesab edilə bilməz.

26. İddiaçının tələbinin ikinci hissəsinə münasibətdə məhkəmə qeyd edir ki: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının: 3.1. Əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi ilə bağlı müraciətə Fondun aidiyyəti struktur bölməsində baxılır. 3.1. şəxsə əmək pensiyası təyin olunmasından imtinaya əsas olmadıqda, sənədlər Fondun aidiyyəti struktur bölməsinə və ya “DOST” mərkəzlərinə daxil olduğu tarixdən 10 (on) gün müddətində Fondun aidiyyəti struktur bölməsi tərəfindən əmək pensiyasının təyin edilməsi haqqında bu Qaydaya 5 nömrəli Əlavə ilə müəyyən edilmiş formada qərar qəbul edilir və bu barədə şəxsin müraciətində qeyd olunmuş ünvanına poçt vasitəsilə, yaxud MEİS-də olan əlaqə vasitələrindən birinə (elektron poçt ünvanı və ya sms vasitəsilə) bu Qaydaya 12 nömrəli Əlavə ilə müəyyən edilmiş formada bildiriş göndərilir; 7.1. Əmək pensiyaları Fondun müvafiq banklarla bağladığı müqavilələr əsasında plastik kartlar vasitəsilə yalnız nağdsız qaydada ödənilir. 7.4.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyasında baş verən artımlara görə keçmiş dövr üzrə alınmamış vəsait həmin artımın qüvvəyə mindiyi tarixdən hesablanmaqla ödənilir.

27. İddiaçı cavabdeh orqana əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə 17 yanvar 2023-cü il tarixdə müraciət etmişdir.

28. Cavabdehin iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-6712/2023 nömrəli “əmək pensiyasının yenidən hesablanması” qərarına əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Həmin qərar ilə pensiya məbləği artırılaraq 1433,94 manat məbləğində müəyyən olunsa da, yenidən hesablanma zamanı hesablanmış məbləğ yanvar və fevral ayları, yəni həmin artımın qüvvəyə mindiyi tarixdən ödənilməmişdir.

29. Məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 19.1.7.2-ci maddəsinə əsasən müharibə veteranı və İİ qrup əlil olduğuna görə 2017-ci il 1 iyul tarixinədək yaşa görə əmək pensiyasının baza hissəsinə təyin edilmiş 70% əlavənin tutulması dayandırılmalı və tutulduğu tarixdən bərpa edilməli, məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçının yenidən hesablanmış pensiyasının ödənilmədiyi müddətdə ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

30. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. Göstərilənlərə əsasən və İPM-in 2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 19.1.7.2ci maddəsinə əsasən müharibə veteranı və İİ qrup əlil olduğuna görə 2017-ci il 1 iyul tarixinədək yaşa görə əmək pensiyasının baza hissəsinə təyin edilmiş 70% əlavənin tutulmasının dayandırılması və tutulduğu tarixdən bərpa edilməsi, əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-6712/2023 nömrəli qərara uyğun olaraq hesablanmış aylıq məbləğin həmin artımın qüvvəyə mindiyi tarixdən keçmiş dövr (2023-cü ilin yanvar-fevral ayları) üzrə ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar