Məhkəmə qərarları › İş №2-1(112)-8307/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8307/2023

14.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8307/2023 14.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Sabunçu Rayonu Bakıxanov Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Sabunçu Rayonu Bakıxanov Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Sabunçu Rayon Bakıxanov bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 33 saylı qərarının ləğv edilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi mübahisələndirilən qərarın bələdiyyənin özü tərəfindən ləğv edildiyini, bununla da inzibati orqanla mübahisənin mövcud olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, Bakıxanov bələdiyyəsinin 33 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı əmlak üzrə 3066 mant 70 qəpik, torpaq üzrə 62 manat 65 qəpik, faiz üzrə 2350 man 89 qəpik, cəmi 5480 manat 24 qəpik pulun tutulması qərara alınmışdır. Bakıxanov Bələdiyyəsinin Sabunçu rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda X1 Sahilə Əli qızı barəsində 33 saylı xx.xx.2023-cü il tarixli qərarı “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən icra edilmədən geri qaytarılması xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş Bakıxanov Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 135- 23/11 saylı ərizəsindən görünür ki, Bakıxanov Bələdiyyəsi tərəfindən vətəndaş İddiaçı qarşı borc tələbinə dair qərar qəbul olunaraq Sabunçu rayon icra şöbəsinə yönəlmiş və sonradan xx.xx.2023-cü il tarixdə tərəflərindən həmin icra sənədinin geri qaytarılması üçün ərizə ilə müraciət olunmuş və Sabunçu rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakıxanov Bələdiyyəsinə geri qaytarılmışdır. Məhkəmənin dəftərxanası vasitəsilə xx.xx.2023-cü il tarixdə daxil olmuş Bakıxanov Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 15-23/tx nömrəli məktubu ilə göndərilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, vətəndaş İddiaçı mülkiyyətində olan yaşayış və qeyri yaşayış sahələrinə görə vergi borcu düzgün hesablanmadığına görə, borcun ödənilməsi haqqında Bakıxanov bələdiyyəsinin 33 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmişdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin qənaətinə görə hazırkı halda inzibati iş üzrə iddiaçının arzuladığı hüquqi nəticə baş verdiyindən, yəni iddiaçıya verginin hesablanması barədə bələdiyyə qərarı həmin qərarı qəbul etmiş bələdiyyənin özü tərəfindən ləğv edildiyindən və inzibati aktın icra şöbəsindən icra edilmədən geri qaytarılması təmin edildiyindən cavabdeh inzibati orqanla iddiaçı arasında artıq inzibati mübahisə mövcud deyildir, bu əsasdan iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Sabunçu Rayonu Bakıxanov Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair 2-1(112)-8307/2023 saylı iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar