Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8308/2023 22.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X6 Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının vəkili X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X6 Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X6 Filialına, Cavabdeh2 Şəxsi Firmasına və Cavabdeh3 MMC-yə qarşı əmək kitabçasının surətində qeyd edilmiş Cavabdeh2 Şəxsi Firmasının xx.xx.2001-ci il tarixdən xx.xx.2003cü il tarixədək olan müddətin və Cavabdeh3 MMC-nin xx.xx.2000-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün sosial sığorta stajına daxil edilməsi və bununla da, onun pensiya məbləğinin 398 manat 78 qəpik müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 11 avqust 2022-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 6-1 maddəsinə əsasən əmək pensiyasının minimum məbləği 2022-ci il yanvann 1-dən 240 manat, 2023-cü il fevralın 1-dən isə 280 manat müəyyən edilmişdir ki, hazırda o, 280 manat məbləğində pensiya alır. Lakin, cavabdeh, yəni Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin X6 Flialı tərəfindən ona pensiya təyin edilməsi zamanı bir sıra hallar nəzərə alınmamışdır və nəticədə onun Cavabdeh2 Şəxsi Firmasında və Cavabdeh3 MMC-də işlədiyi müddət sığorta stajına daxil edilməmişdir. O, bu məsələ barədə Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin X6 Flialma müraciət etmişdir. Filial 01 noyabr 2022-ci il tarixli **********7 №li məktubu ilə bildirmişdir ki, əmək kitabçasının sürətində qeyd olunanların mötəbərliyinə əsaslı şübhələr yaranmışdır. Yəni iş stajının araşdırılması zərurəti yaranmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixdə keçirdiyi monitorinqin nəticəsinə əsasən əmək kitabçasının sürətində qeyd edilmiş Cavabdeh2 Şəxsi Firmasının xx.xx.2001-ci il tarixindən xx.xx.2003-cü il tarixdək olan əmək haqqı cədvəlləri saxlanılmayıbdır. Mərkəzi Flialın xx.xx.2022-ci il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən Cavabdeh3 MMC-nin xx.xx.2000-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum deyil. Cavabdeh Dövlət Sosial X5 Sosial ödənişlərin X6 Flialınm 20 fevral 2023-cü il tarixli 3-17-1(2b-32324) 2023 №-li məktubunda isə göstərilir ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” alt sistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alındığı üçün xx.xx.2004-cü il tarixindən xx.xx.2007-ci il tarixinədək "xxxx" MMC-də olan dövrün sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Göründüyü kimi cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin X6 Flialının hər iki məktubunda göstərilən hallar bir-birinə zidd xaakter daşıyır. Yəni, 1 noyabr 2022-ci il tarixli məktubda "xxxx" MMC-nin xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək arxiv sənədlərinin saxlandığı ünvanının məlum olmaması barədə məlumat verir. Göründüyü kimi, əmək haqqı cədvəllərinin saxlanılması və sənədlərin saxlanıldığı ünvanın məlum olmaması məsuliyyəti cavabdehlər Cavabdeh2 Şəxsi Firması və Cavabdeh3 MMC-nin üzərinə düşür. Cavabdehlər bu sənədlərin nə üçün mövcud olmaması məsələsi ilə maraqlanmamışdır. Cavabdehlər onun yaşa görə əmək pensiyasının düzgün hesablanması məsələsinə lazımi qaydada yanaşmamış və lazımi faktları yoxlamamış, nəticədə də onun pensiya məbləği tam öz əksini tapmamışdır. Bunlardan başqa, cavabdehin 10 fevral 2023-cü il tarixli məktubunda qeyd edildiyi kimi, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixinədək fərdi hesabının sığorta hissəsi üçün xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixinədək Cavabdeh3 MMC-də olan dövrün sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmadığı qeyd edilsə belə, qanunun hansı adda hansı bəndinə əsasən və hansı tarixdə verilməsi məktubunda öz əksini tapmayıbdır. Ümumiyyətlə cavabdeh digər cavabdehlər olan Cavabdeh2 Şəxsi Firması və Cavabdeh3 MMC ilə qaranlıq qalan bu məsələləri aydınlaşdırmayıbdır.
3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, digər cavabdehlər Cavabdeh2 Şəxsi Firmasını və Cavabdeh3 MMC-ni cavabdehlər sırasından çıxarmış, əmək kitabçasında qeyd edilmiş Cavabdeh3 MMC-nin xx.xx.2004-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi və bununla da, onun pensiya məbləğinin yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili iddia ərizəsinə və dəqiqləşmiş ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı yaşa görə pensiyasının yenidən hesablanması məqsədilə Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. İddiaçı E.X2 daxil olmuş xx.xx.2023-cü il tarixli ərizəsinə aidiyyəti üzrə baxılaraq, xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.2001-cı il tarixdən xx.xx.2003-cü il tarixədək və xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi dövrlərə dair arxiv sənədləri və əmək haqqı cədvəllərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd etmək lazımdır ki, iddia ərizəsindən göründüyü kimi, İddiaçı əmək kitabçasında qeyd olunan aşağıdakı dövrləri mübahisələndirir: 1. xx.xx.2001-cı il tarixdən xx.xx.2003-cü il tarixədək Cavabdeh2 şəxsi firmasında işlədiyi dövr; 2. xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək Cavabdeh3 MMC-də işlədiyi dövr. Cavabdeh orqan tərəfindən İddiaçı müraciətinə yenidən baxılmış və xx.xx.2023-cü il tarixli qərarla xx.xx.2001-cı il tarixdən xx.xx.2003-cü il tarixədək Cavabdeh2 şəxsi firmasında işlədiyi dövr sosial sığorta stajına daxil edilmişdir. Lakin, iddiaçının Cavabdeh3 MMC-də xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi dövrdə X3 məcburi sosial sığorta ödənişləri aşkar edilmədiyi üçün qeyd edilən dövrün sosial sığorta stajına daxil edilməsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun deyildir. İddiaçı münasibətdə cavabdeh orqanın qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarla xx.xx.2001-cı il tarixdən xx.xx.2003-cü il tarixədək Cavabdeh2 şəxsi firmasında işlədiyi dövr sosial sığorta stajına daxil edilmişdir. Belə ki, iddia tələbinin birinci hissəsi ilə bağlı iddiaçının subyektiv hüququnu pozan mübahisə mövcud deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Yuxarıda qeyd olunan qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1)fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq. 2)azı 25 il sığorta stajı olduqda. İddiaçı xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İnzibati icraat materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş departamentinin xx.xx.2015-ci il tarixli arayışında Cavabdeh3 MMC tərəfindən xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək “Məcburi dövlət sosail sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” təqdim edilmədiyi qeyd edilmişdir. Həmçinin İddiaçı münasibətdə X3 xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək pensiya kapitalı aşkar edilməmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə ünvanladığı məktubda Cavabdeh3 MMC-nin xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçdiyi qeyd edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qeyd olunanlara əsasən bildirirlər ki, İddiaçı münasibətdə məcburi dövlət sosial sığorta haqqları ödənilmədiyi üçün xx.xx.2004-cü il tarixdən xx.xx.2007- ci il tarixədək Cavabdeh3 MMC-də işlədiyini iddia etdiyi dövrün əmək pensiyasının yenidən hesablanması zamanı sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür.
9. İddiaçının müraciətinə cavabdeh tərəfindən verilmiş 20 fevral 2023-cü il tarixli 3-17-1/2-B-32324/2023 nömrəli “Müraciətin cavablandırılması haqqında” imtina məktubuna əsasən bildirilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək fərdi hesabın sığorta hissəsinə pensiya kapitalı qyedə alınmadığı üçün xx.xx.2004-cü il tarixindən xx.xx.2007-ci iltarixinədək Cavabdeh3 MMC-də olan dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb.
10. iddiaçının adına açılmış ИТ-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçının "xxxx" MMC-də iş stajı aşağıdakı kimi olmuşdur: xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək.
11. Məhkəmə sərəncamının icrası ilə əlaqədar olaraq iddiaçının müraciəti ilə əlaqədar aparılmış inzibati icraat materiallarının və iddiaçıya məxsus pensiya işinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
12. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 24 may 2023-cü il tarixli **********965500 nömrəli məktubla təqdim edilmiş məlumata əsasən hüquqi şəxslərin dövlət qeydiyyatı barədə müraciətə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılaraq bildirilmişdir ki, "xxxx" MMC (VÖEn: **********) xx.xx.2021-ci il tarixdə, Cavabdeh2 Şəxsi Fiması (VÖEN **********) isə xx.xx.1996-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Əlavə olaraq bildirilmişdir ki, qeyd olunan hüquqi şəxslərin təşkilati hüquqi formasının dəyişməsi barədə məlumat aşkar edilməmişdir. Həmçinin, Cavabdeh2 Şəxsi Fimasının (VÖEN **********) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması barədə məlumat müəyyən edilməmişdir, halhazırda fəaliyyəti aktiv vəziyyətdədir. "xxxx" MMC-nin (VÖEN **********) fəaliyyəti isə xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək və daha sonra vergi ödəyicisinin müraicətinə əsasən xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək dayandırılmışdır. Hal-hazırda vergi ödəyicisinin fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
18. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
19. Belə ki, məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:
20. Hazırki işin hallarından göründüyü kimi, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir, o, Cavabdeh2 Şəxsi Firmasında (xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək) və Cavabdeh3 MMC-də (xx.xx.2004-xx.xx.2006-cı ilədək) işlədiyi dövlərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən müraciəti təmin edilmədiyindən məhkəməyə müraciət etmişdir.
21. Məhkəmə icraatının gedişatında cavabdeh tərəfindən iddiaçının müraciəti qismən təmin edilərək xx.xx.2023-cü il tarixli qərarla onun xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Cavabdeh2 Şəxsi firmasında işlədiyi dövr sosial sığorta stajına daxil edilmişdir.
22. İddiaçı hazırda xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Cavabdeh3 MMC-də işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş edir.
23. Beləliklə, məhkəmə mübahisənin predmetini iddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Cavabdeh3 MMC-də işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilib-edilməməsi təşkil edir.
24. Cavabdehin sözügedən dövrlərlə bağlı dəlili isə ondan ibarətdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
25. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, həmçinin mübahisəli dövrün iddiaçının xx.xx.2006-cı il tarixədək qeydə alınmış sığorta stajı ilə bağlı olmasını nəzərə alaraq hesab edir ki, həmin dövr iddiaçının sığorta stajına mübahisəsiz daxil edilməlidir.
26. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
27. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Maddə 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.
30. Göründüyü kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir.
31. Həmçinin məhkəmə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.
32. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
33. Bu mənada, qüvvədə olan qanunvericilik normaları iddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək fəaliyyətini əmək kitabçası əsasında iş stajı kimi təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tutur. Ona görə də, iddiaçının xx.xx.2006cı il tarixdən xx.xx.2007-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilməməli və həmin dövrə aid iş stajı müvafiq olaraq iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir.
34. Eyni zamanda, hazırda qüvvədə olan və iddiaçının vəziyyətini yaxşılaşdıran Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel 175 saylı qərarı ilə təsdiq olunmuş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinə əsasən 2006- cı il yanvarın 1-dək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir.
35. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, iddiaçının 2006-cı ilə qədər olan sığorta stajı, əmək kitabçasına, əmək kitabçası olmadıqda işəgötürənin və ya dövlət arxivinin arayışlarına əsasən hesablanır.
36. İddiaçının əmək kitabçalarında cavabdeh tərəfindən mübahisələndirilən dövrləri əhatə edən qeydlərində onun işə qəbul edilməsi, vəzifə köçürmələri, işdən azad olunma tarixləri, müvafiq əmrlər, qeydlərin kadrlar üzrə məsul şəxsin imzası, müəssisənin möhürü təsdiqi öz əksini tapmış, qeydlərdə qaralama və anlaşılmaz yazılar mövcud deyil, vərəqlərin tamlığı pozulmamışdır. Başqa sözlə, qeydlərin inandırıcılığı baxımından iddiaçının həmin müəssisələrdə çalışmasını şübhə altına ala biləcək hallar aşkar olunmamışdır. 37.“ İnzibati icraat haqqında” Qanunun 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
38. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2004-cü il tarixədən xx.xx.2006-cı il tarixədək Cavabdeh3ndəki əmək fəaliyyətinin qanuniliyi işdə olan Dövlət Vergi Xidmətinin internet səhfəsindən (www.taxes.gov.az) kommersiya hüquqi şəxslərin reyestr məlumatlarından əldə edilmiş məlumatlara, həmçinin məhkəmə sorğularına əsasən müvafiq dövlət qurumu (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) tərəfindən daxil olmuş cavab məktubuna əsasən bir daha öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş cavab məktubunda yanlışlıq olaraq MMC-nin dövlət qeydiyyatına alındığı qeydiyyat tarix xx.xx.2001-ci il əvəzinə xx.xx.2021-ci il göstərilmişdir. Belə ki, sözügedən cavab məktubunda həmin məlumatın yanlış olması, həm kommersiya hüquqi şəxslərin reyestr məlumatlarından əldə edilmiş məlumatlarla, həm də, məktubda MMC-nin sonrakı fəaliyyəti ilə bağlı göstərilmiş məlumatlarla öz təsdiqini tapmışdır.
39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh3ndə xx.xx.2004-cü il tarixədən xx.xx.2006-cı il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X6 Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva