Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8309/2024 23.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclasının katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi və əmək pensiyasının bərpa edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Mərkəzi Filialın 2024-cü ilin yanvar ayında barəsində qəbul etdikləri inzibati aktın ləğv edilməsini və həmin “Qayda və şərtlərə” uyğun olaraq sabiq dövlət qulluqçusu kimi aldığı pensiyanın sonrakı artımlar da nəzərə alınmaqla 2024-cü ilin yanvar ayından bərpa edilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi kimi “cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-7- 2594/2024 nömrəli qərarı, “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-302/2024 nömrəli qərarı və “Əmək pensiyasının ləğv edilməsi haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-301/2024 nömrəli qərarı ləğv edilməli, İddiaçı sabiq dövlət qulluqçusu kimi aldığı pensiyası sonrakı artımlar da nəzərə alınmaqla xx.xx.2024-cü il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1996-cı ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən 22 il qulluq stajı ilə pensiyaya çıxmışdır. 2006-cı ildən şöbə müdiri vəzifəsində qulluq etdiyi Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyindən yaş həddi çatdığına görə öz xahişi ilə 2019-cu ilin iyun ayında işdən azad olaraq sənədlərini ƏƏSMN-nin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edərək aldığı Daxili İşlər Nazirliyinin pensiyasını qanunla nəzərdə tutulmuş qaydada dövlət qulluğu pensiyasına dəyişilməsi barədə müraciət etdi və həmin idarə tərəfindən heç bir sual çıxmadan 20 il 02 ay 22 gün staja müvafiq olaraq dövlət qulluqçusu kimi ona pensiya təyin etmiş və bu pensiyanı 2021-ci ilin aprel ayı da daxil olmaqla almışdır. Göstərilən 20 il 02 ay 22 gün qulluq ştajının 07 il 07 ay 02 gün dövrü 1980-1995-ci illər ərzində Daxili İşlər Nazirliyinin mərkəzi aparatında rəis heyəti vəzifələrində qulluq etdiyi müddət və 12 il 07 ay 20 gün qulluq stajı isə 2006-2019-cu illərdə Müdafiə Sənayesi Nazirliyindəki qulluq müddətidir. Lakin, ƏƏSMN-nin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üç ay sonrakı tarixlə, yəni xx.xx.2021-ci il tarixdə inzibati akt yazaraq əmək pensiyasının dayandırılması haqqında **********7 saylı qərar qəbul edərək dövlət qulluqçusu kimi pensiya hüququnun olmamasına görə təyin edilmiş yaşa görə əmək pensiyasını 30 aprel 2021-ci il tarixdən ləğv edərək həmin ilin may, iyun, iyul ayları üçün ona heç bir pensiya ödəməmiş və 2021-ci ilin avqust ayından DİN-nin pensiyasını ödəməyə başlamışdır. Mərkəzi Filial 2021-ci il 12 avqust tarixli **********1 nömrəli məktubunda bildirmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinin tələblərinə görə daxili işlər orqanlarında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi dövlət qulluğunun xüsusi növüdür və buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qulluq etdiyim dövrün ona 01 iyul 2019-cu il tarixindən dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilərkən dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Mərkəzi Filial 2021-ci ilin avqust ayında ona artıq vəsait ödənilməsi iddiası ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş o, da dövlət qulluğu pensiyasının bərpa edilməsi tələbi ilə qarşılıqlı iddia irəli sürmüşdür. Bakı İnzibati Məhkəməsi Mərkəzi Filialın inzibati icraatın aparılmasında buraxdığı qanunsuzluqlara görə onun iddiasını rədd etmiş, iddiaçınıb iddiasın isə təmin etmişdir, Filialın müraciət etdiyi Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin İnzibati Kollegiyaları Bakı İnzibati Məhkəməsinin qərarını təsdiq etmişlər. Mərkəzi Filial 2023-cü ilin noyabr və dekabr ayları üçün dövlət qulluğu pensiyasını ödəyərək cari ilin yanvar aynın 8-də Mərkəzi Filial onu dəvət edərək sabiq dövlət qulluqçusu kimi əmək pensiyası hüququnun olmadığı və yenidən DİN-nin pensiyasına keçiriləcəyi barədə məlumat verdilər. Eyni zamanda 11 yanvar 2024-cü il tarixdə bu barədə inzibati akt da imzalamışlar. Azərbaycan Respublikasının Milli Məclisinin qəbul etdiyi 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa yeni məzmunda 22.7-1-ci və 22.7-2-ci maddələr əlavə edilmişdir: 1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. 2. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”ni 20 fevral 2024-cü il tarxli 91 nömrəli qərarı ilə təsdiq etmişdir. Buna görə o, 2024-cü ilin mart ayında DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək həmin qanunun “Qayda və şərtləri”nə uyğun olaraq dövlət qulluğu pensiyasının bərpa edilməsi və 2024-cü ilin yanvar ayı da daxil olmaqla hesablanıb verilməsini xahiş etdi. Lakin Mərkəzi filial 04 aprel 2024-cü il tarixli 3-17-1/2-Z- 77460/2024 nömrəli cavab məktubunda bildirmişdir ki, Qayda dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi şərtlərini özündə ehtiva etməklə şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablamanın sabiq dövlət qulluqçusu kimi pensiya təminatına şamil olunmur. Qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması qaydası və şərtləri “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulduğundan dövlət qulluğu stajınızın müraciətinizdə göstərdiyiniz əsaslarla hesablanması həmin Qanunun tələbləri baxımından mümkün deyil. Bu “Qayda və şərtləri”n 2-ci bəndinin 2.1.1. yarımbəndinə uyğun olaraq DİN-nin mərkəzi aparatında rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) müddəti iddiaçıda 07 il 07 ay 02 gün, 2.1.7. yarımbəndinə əsasən DİN-nin Kadrlar İdarəsində sərəncamda olduğu müddət (xx.xx.1993-ildən xx.xx.1994-cü ilə qədər) 01 il 01 ay 07 gün, 2.3. yarımbəndinə əsasən “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 noyabr tarixli 631 nömrəli Qərarının 2-ci hissəsinə uyğun olaraq dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınması müddət əmək kitabçasına uyğun olaraq 04 il 09 ay 19 gün olmaqla DİN-nin mərkəzi aparatındakı xidmət illərinin cəmi 13 il 05 ay 21 gün edir. Dövlət qulluğu stajını, yəni 12 il 07 ay 20 gün müddəti də onun üstünə gələndə cəmi qulluq stajı 26 il 01 ay 11 gün edir.
4. İddiaçının müraciətinə cavab olaraq cavabdeh məktubu ilə bildirmişdir ki, “sizə 7 noyabr 1996-cı il tarixindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xidmət illərinə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq, 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən sizə əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra - Mərkəzi Filial) tərəfindən ödənilib. Sonradan müraciətinizə əsasən pensiya kateqoriyanız dəyişdirilərək sizə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, dövlət qulluğu stajınız 15 ildən az təşkil edir. Buna görə də sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnuz yoxdur. Qeyd olunan səbəbdən sizə sözügedən kateqoriya üzrə pensiya ödənişi 1 may 2021-ci il tarixindən dayandırılıb və xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındaki dövr ərzində ümumilikdə ödənilmiş 37427,86 manat pul vəsaiti artıqödəmə hesab olunur. Eyni zamanda bildiririk ki, Mərkəzi Filial tərəfindən 11 avqust 2021-ci il tarixində (xx.xx.2019-cu il tarixindən hesablanmaqla) daxili işlər orqanlarının sabiq əməkdaşı kimi xidmət illəri ilə əlaqədar yaşa görə əmək pensiyanız bərpa edilib və sizə xx.xx.2019- xx.xx.2021-ci il tarixləri arasındakı dövr üçün hərbi qulluqçu kimi (xüsusi rütbəli şəxs) ödənilməli olan ümumilikdə 12947,25 manat hesablanıb. Qeyd olunanlara əsasən, sizə hərbi qulluqçu kimi 12947,25 manat ödənilməli olduğu halda, dövlət qulluqçusu kimi 37427,86 manat ödənilib. Nəticədə artıqödəməniz 24480,61 (37427,86-12947,25) manat təşkil edib. Göstərilənlər barədə sizə Mərkəzi Filial tərəfindən 12 avqust 2021-ci il tarixli **********1 nömrəli məktubla ətraflı məlumat verilib. Əlavə olaraq bildiririk ki, dövlət qulluqçusu kimi pensiya ödənişinin bərpa edilməsi ilə əlaqədar tərəfinizdən, artıq ödənilmiş pensiya məbləğinin qaytarılması ilə əlaqədar isə Mərkəzi Filial tərəfindən məhkəməyə müraciət edilib. Məhkəmə çəkişmələri nəticəsində dövlət qulluqçusu kimi pensiya ödənişinin dayandırılarkən inzibati icraatın düzgün aparılmaması əsas göstərilərək Mərkəzi Filialın iddiası təmin edilməyib, sizin iddianız təmin edilməklə dövlət qulluqçusu kimi əmək pensiyasının dayandırılması haqqında qərar ləğv edilib. Həmçinin sözügedən kateqoriya üzrə pensiya ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixindən bərpa edilməsi vəzifəsi Mərkəzi Filiala həvalə edilib. Məhkəmə qərarının icrası məqsədilə sabiq dövlət qulluqçusu kimi əmək pensiyanız xx.xx.2023-cü il tarixində 2210,57 manat məbləğində bərpa edilib və qərarın icrası barədə Bakı İnzibati Məhkəməsinə tərəfimizdən müvafiq məktubla məlumat verilib. Eyni zamanda, pensiyanızın qanunauyğun qaydada yenidən hesablanması məqsədilə sözügedən məhkəmə qərarında ifadə olunan mövqeyə uyğun olaraq tərəfimizdən təkrar inzibati icraata başlanılıb. Belə ki, pensiya məbləğinin yenidən hesablanması haqqında mülahizələrinizin dinlənilməsi üçün tərəfimizdən sizə xx.xx.2023-cü il tarixli 3-17-1/2-Z-306427/2023 nömrəli məktub göndərilib. Mərkəzi Filiala xx.xx.2024-cü il tarixində gəlmisiniz və sizə qeyd olunanlarla bağlı ətraflı məlumat verilib, daha sonra sizin mülahizələriniz dinlənilib və bu barədə birgə akt tərtib edilib. Qeyd olunanlardan sonra, sizin hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi yaşa görə əmək pensiyanız cari ilin mart ayında 737,80 manat məbləğində bərpa edilib. Həmçinin sizə cari ilin yanvar və fevral ayları üzrə ödənilməli olan 1475,60 manat vəsait hesablanıb. Həmin vəsait də cari ilin mart ayında yeni pensiya məbləği ilə birlikdə sizə ödənilib. Qeyd olunan məhkəmə qərarının icrası nəticəsində də sizə 3094,16 manat artıq pul vəsaiti ödənilib. Nəticədə, hazırda sizə ümumilikdə artıq ödənilmiş vəsait 27574,77 (24480,61+3094,16) manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə artıq ödənilmiş 27574,77 manat vəsaitin əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilməsi məqsədilə yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əlavə olaraq bildiririk ki, yuxarıda qeyd olunanlarla bağlı sizə Mərkəzi Filialın 7 mart 2024-cü il tarixli 3- 17-1/2-Z-57753/2024 nömrəli məktubu ilə məlumat verilib. Bundan başqa, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Qanununa uyğun olaraq, “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” (bundan sonra - Qayda) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Qayda dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi şərtlərini özündə ehtiva etməklə şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablamanın sabiq dövlət qulluqçusu kimi pensiya təminatına şamil olunmur. Qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması qaydası və şərtləri “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulduğundan dövlət qulluğu stajınızın müraciətinizdə göstərdiyiniz əsaslarla hesablanması həmin Qanunun tələbləri baxımından mümkün deyil.”
5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçıya 7 noyabr 1996-cı il tarixindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xidmət illərinə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq, 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən iddiaçıya əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra - Mərkəzi Filial) tərəfindən ödənilib. Sonradan iddiaçının müraciətinə əsasən pensiya kateqoriyası dəyişdirilərək ona sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının dövlət qulluğu stajı 15 ildən az təşkil edir. Buna görə də iddiaçının sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququ yoxdur. Qeyd olunan səbəbdən iddiaçının sözügedən kateqoriya üzrə pensiya ödənişi 1 may 2021-ci il tarixindən dayandırılıb və xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındaki dövr ərzində ümumilikdə ödənilmiş 37427,86 manat pul vəsaiti artıqödəmə hesab olunur. Eyni zamanda, Mərkəzi Filial tərəfindən 11 avqust 2021-ci il tarixində (xx.xx.2019-cu il tarixindən hesablanmaqla) daxili işlər orqanlarının sabiq əməkdaşı kimi xidmət illəri ilə əlaqədar iddiaçının yaşa görə əmək pensiyası bərpa edilib və ona xx.xx.2019- xx.xx.2021-ci il tarixləri arasındakı dövr üçün hərbi qulluqçu kimi (xüsusi rütbəli şəxs) ödənilməli olan ümumilikdə 12947,25 manat hesablanıb. Qeyd olunanlara əsasən, iddiaçıya hərbi qulluqçu kimi 12947,25 manat ödənilməli olduğu halda, dövlət qulluqçusu kimi 37427,86 manat ödənilib. Nəticədə artıqödəmə 24480,61 (37427,86-12947,25) manat təşkil edib. Göstərilənlər barədə iddiaçıya Mərkəzi Filial tərəfindən 12 avqust 2021-ci il tarixli **********1 nömrəli məktubla ətraflı məlumat verilib. Dövlət qulluqçusu kimi pensiya ödənişinin bərpa edilməsi ilə əlaqədar iddiaçı tərəfindən, artıq ödənilmiş pensiya məbləğinin qaytarılması ilə əlaqədar isə Mərkəzi Filial tərəfindən məhkəməyə müraciət edilib. Məhkəmə çəkişmələri nəticəsində dövlət qulluqçusu kimi pensiya ödənişinin dayandırılarkən inzibati icraatın düzgün aparılmaması əsas göstərilərək Mərkəzi Filialın iddiası təmin edilməyib, iddiaçının iddiası təmin edilməklə dövlət qulluqçusu kimi əmək pensiyasının dayandırılması haqqında qərar ləğv edilib. Həmçinin sözügedən kateqoriya üzrə pensiya ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixindən bərpa edilməsi vəzifəsi Mərkəzi Filiala həvalə edilib. Məhkəmə qərarının icrası məqsədilə iddiaçının sabiq dövlət qulluqçusu kimi əmək pensiyası xx.xx.2023-cü il tarixində 2210,57 manat məbləğində bərpa edilib və qərarın icrası barədə Bakı İnzibati Məhkəməsinə tərəfimizdən müvafiq məktubla məlumat verilib. Eyni zamanda, iddiaçının pensiyasının qanunauyğun qaydada yenidən hesablanması məqsədilə sözügedən məhkəmə qərarında ifadə olunan mövqeyə uyğun olaraq tərəfimizdən təkrar inzibati icraata başlanılıb. Belə ki, pensiya məbləğinin yenidən hesablanması haqqında iddiaçının mülahizələrinin dinlənilməsi üçün tərəfimizdən ona xx.xx.2023-cü il tarixli 3-17-1/2- Z- 306427/2023 nömrəli məktub göndərilib. İddiaçı Mərkəzi Filiala xx.xx.2024-cü il tarixində gəlmişdir və ona qeyd olunanlarla bağlı ətraflı məlumat verilib, daha sonra onun mülahizələri dinlənilib və bu barədə birgə akt tərtib edilib. Qeyd olunanlardan sonra, iddiaçının hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi yaşa görə əmək pensiyası cari ilin mart ayında 737,80 manat məbləğində bərpa edilib. Həmçinin iddiaçıya cari ilin yanvar və fevral ayları üzrə ödənilməli olan 1475,60 manat vəsait hesablanıb. Həmin vəsait də cari ilin mart ayında yeni pensiya məbləği ilə birlikdə ona ödənilib. Qeyd olunan məhkəmə qərarının icrası nəticəsində də iddiaçıya 3094,16 manat artıq pul vəsaiti ödənilib. Nəticədə, hazırda iddiaçıya ümumilikdə artıq ödənilmiş vəsait 27574,77 (24480,61+3094,16) manat təşkil edir. Əlavə olaraq, yuxarıda qeyd olunanlarla bağlı iddiaçıya Mərkəzi Filialın 7 mart 2024cü il tarixli 3-17-1/2-Z-57753/2024 nömrəli məktubu ilə məlumat verilib. Bundan başqa, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Qanununa uyğun olaraq, “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” (bundan sonra - Qayda) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Qayda dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi şərtlərini özündə ehtiva etməklə şəxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablamanın sabiq dövlət qulluqçusu kimi pensiya təminatına şamil olunmur. Qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması qaydası və şərtləri “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulduğundan iddiaçının dövlət qulluğu stajının müraciətində göstərdiyi əsaslarla hesablanması həmin Qanunun tələbləri baxımından mümkün deyil.
6. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məktubla bildirmişdir ki, İddiaçı 7 noyabr 1996-cı il tarixindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xidmət illərinə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq, 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Eyni zamanda, adıçəkilən şəxsin əmək pensiyasından hər hansı tutulma həyata keçirilmir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-2594/2024 nömrəli qərarına əsasən yenidən hesablama nəticəsində 737,80 manat məbləğində müəyyən olunmuşdur.
8. Məhkəmənin şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.
9. Məhkəmənin şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək iddanın təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
10. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlı qərarın ləğvi və onun nəticələrinin aradan qaldırılması ilə bağlıdır.
11. Cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-2594/2024 nömrəli qərarına əsasən yenidən hesablama nəticəsində 737 manat məbləğində müəyyən olunmuşdur.
12. İddianın növü mübahisələndirmə növündə iddiadır.
13. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
14. İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür. İddiaçıya xx.xx.1996-cı il tarixindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xidmət illərinə görə pensiya təyin edilib.
15. İddiaçının müraciətinə əsasən pensiya kateqoriyası dəyişdirilərək ona sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.
17. “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun: 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur.
18. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh orqan iddiaçının dövlət qulluğu stajının 15 ildən az təşkil etdiyindən sabiq dövlət qulluqçusu kimi pensiya ödənişini 1 may 2021-ci il tarixindən dayandırmış və xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındaki dövr ərzində ümumilikdə ödənilmiş 37427,86 manat pul vəsaiti artıqödəmə hesablamışdır. Eyni zamanda 11 avqust 2021-ci il tarixində xx.xx.2019-cu il tarixindən hesablanmaqla daxili işlər orqanlarının sabiq əməkdaşı kimi xidmət illəri ilə əlaqədar iddiaçının yaşa görə əmək pensiyası bərpa edilmiş və ona xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üçün hərbi qulluqçu kimi (xüsusi rütbəli şəxs) ödənilməli olan ümumilikdə 12947,25 manat hesablanmışdır.
19. İddiaçı dövlət qulluqçusu kimi pensiya ödənişinin bərpa edilməsi ilə əlaqədar, cavabdeh isə artıq ödənilmiş pensiya məbləğinin qaytarılması ilə əlaqədar məhkəməyə müraciət edilmişdir. Məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə dövlət qulluqçusu kimi pensiya ödənişinin dayandırılarkən inzibati icraatın düzgün aparılmaması əsası ilə cavabdehin iddiası rədd edilmiş, iddiaçının iddiası təmin edilərək, dövlət qulluqçusu kimi əmək pensiyasının dayandırılması barədə qərarı ləğv edilmiş, dövlət qulluqçusu kimi pensiya ödənişinin dayandırıldığı xx.xx.2021-ci il tarixindən bərpa edilməsi cavabdehə həvalə edilmişdir. Məhkəmənin qanuni qüvvəsini almış qərarı xx.xx.2023-cü il tarixində icra edilmişdir.
20. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun: 22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. 22.7-2. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
21. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Qanununa uyğun olaraq, “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmişdir. 2.1. Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə aşağıdakı qulluq (xidmət) müddətləri nəzərə alınır: 2.1.1. rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) müddəti; 2.1.7. sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddət; 2.3. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 noyabr tarixli 631 nömrəli Qərarının 2-ci hissəsinə uyğun olaraq dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulanvəzifələrdə xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır.
22. İddiaçının xidmət illəri: DİN-nin mərkəzi aparatında rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) müddəti 07 il 07 ay 02 gün, DİN-nin Kadrlar İdarəsində sərəncamda olduğu müddət 01 il 01 ay 07 gün, DİN-nin mərkəzi aparatındakı xidmət müddəti 04 il 09 ay 19 gün cəmi 13 il 05 ay 21 gün. Dövlət qulluğu stajı isə 12 il 07 ay 20 gün təşkil edir.
23. Cavabdeh qurum vaxtilə qəbul edilmiş qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindədir. Lakin iddiaçının pensiyasının yenidən hesablanması zamanı (xx.xx.2024-cü il tarixdə) artıq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Qanununa uyğun olaraq, “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
24. Bu səbəbdən də inzibati orqanın hərəkəti hazırda “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1 və 22.7-2-ci maddələri qüvvədə olduğu təqdirdə iddiaçını əlverişsiz vəziyyətə salınması ilə nəticələnir.
25. Məhkəmə cavabdehin etirazında qeyd etdiyi sözügedən Qayda dövlət qulluğunun xüsusi növündə qulluq illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi sabiq dövlət qulluqçusu kimi pensiya təminatına şamil edilmir dəlilini əsassız hesab edir. Belə ki, sözügedən Qayda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında qulluq (xidmət) keçmiş şəxslərin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi dövlət orqanlarında qulluğa qəbul edilməsi zamanı dövlət qulluğunun xüsusi növündə xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illərinin dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajına və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi dövlət orqanlarında qulluq keçmiş şəxslərin dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edilməsi zamanı dövlət qulluğunda malik olduqları qulluq stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müəyyən edir.
26. Beləliklə iddia təmin edilməli, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-2594/2024 nömrəli qərarı və “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-302/2024 nömrəli qərarı və “Əmək pensiyasının ləğv edilmədi haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 301/2024 nömrəli qərarı ləğv edilməli ləğv edilməli, İddiaçı sabiq dövlət qulluqçusu kimi aldığı pensiyası sonrakı artımlar da nəzərə alınmaqla xx.xx.2024-cü il tarixdən bərpa edilməlidir.
27. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-7- 2594/2024 nömrəli qərarı ləğv edilsin. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-302/2024 nömrəli qərarı ləğv edilsin. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində “Əmək pensiyasının ləğv edilməsi haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3-301/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı sabiq dövlət qulluqçusu kimi aldığı pensiyası sonrakı artımlar da nəzərə alınmaqla xx.xx.2024-cü il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva