Məhkəmə qərarları › İş №2-1(112)-8312/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8312/2025

05.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8312/2025 05.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Əlilliyin səbəbi xəstəlik ümumi səbəbdən sözünün əvəzinə A qanunsuz hesab edilərək Azərbaycan Respublikasının MN-nin Hərbi Həkim Komissiyasının 170 nömrəli xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarını əsas götürərək xəstəliyin səbəb əlaqəsini “Hərbi Travmadır Azərbaycan Respublikasının Müdafiəsi Zamanı alınmışdır “ kimi səbəb əlaqəsinin yeni arayışın verilməsi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddia tələbi “göndərişin verildiyi 01 may 2025-ci il tarixdən əlilliyin səbəbli-əlaqəsinin “xüsusi səbəblər”dən qeyd edilməsi kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1969-cü ildə Mingəçevir şəhərində anadan olub. Keçmiş SSRİ Silahlı Qüvvələrində Həqiqi Hərbi Xidmətdə 1989- 1991-cü ildə həqiqi hərbi xidməti başa vurub, 27 Fevral 1992-ci ildə Mingəçevir Səfərbərliyi tərəfindən təkrar hərbi xidmətə çağırııb. Hərbi xidməti döyüşən ordunun tərkibində N saylı hərbi hissədə atıcı kimi ön cəbhədə döyüş tapşırığını yerinə yetirib. Ağdam Rayon ərazisində gedən ağır döyüşlərdə qarşı tərəfin(düşmənin) ağır artelleriya mərmisi partlayışı nəticəsində kəllə-beyin travması və qəlpəli yaralanma nəticəsində sağ gözünü itirib. Bununla bağlı Mərkəzi Hərbi həkim komissiyasının 170 saylı xx.xx.2023-cü il tarixli rəsmi qərarı var. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-Həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin “a” yarımbəndində MN MHHK-mn 149 saylı xx.xx.2023_cü il tarixli protokoluna əsasən xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi MN Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə olunduğu travma yaralanma-diaqnoz Qapalı kəllə-beyin travması Baş-beyin silkələnməsi Sağ göz yuvasının içəri bucağının qəlpə yarası hematoması. Sağ təbil pərdəsinin posttravmatik perforasiyası. Bədənin şoxsaylı qəlpə yaraları (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-45\2-647 nömrəli göndərişi xx.xx.2023-cü il tarixli 269 nömrəli arayışı MN Mərkəzi Hərbi Hospitalından verilmiş xx.xx.2023-cü il tarixli 2925 nömrəli arayışı MN MHHK-nm həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir Hərbi travmadır. Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır sözü ilə qanuna müvafiq rəsmi qaydada müayinə və müalicə olaraq qərar alıb, lakin uzun müddət Rusiya Federasiyasında işi ilə bağlı yaşadığı üçün bir müddət qanuna müvafiq qaydada sənədləşdirmə işlərini aparmamışdı. 2020-cü ildə Vətən Müharibəsi başlayarkən uzun illər qazandığı vəsaitin 50 faizini Vətən Müharibəsində arxa cəbhədə sonralar isə Mübariz İbrahimovun adına açılan Xətai rayonu, Aşıq Ələsgər küçəsində yerləşən muzeyi öz şəxsi vəsaiti ilə açıb. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin online alt sistemi ilə forma 88 xəstəlik sənədlərini və MN-nin Hərbi Həkim Komissiyasının qərarını əsas götürərək Azərbaycan Respublikasının Ərazi bütövlüyü ilə bağlı itirdiyim sağ gözünün və qapalı kəllə-beyin travması xəstəliyi sənədlərə əlavə edərək göndəriş vermişdir. Lakin sözügedən Reabilitasiya Xidməti onun online alt sistemində göndərilmiş sənədlərinə hüquqi qiymət verməyərək əlillik meyarlarını düzgün qiymətləndirilməməyə gözü ilə bağlı əlillik dərəcəsinin sağlamlığın 31 faizdən 60 faizə qədər itirilməsini səbəb əlaqəsini ümumi xəstəlik göstərmişdi. Hesab edir ki, bu yuxarıda qeyd etdiyi sənədlər qanuna müvafiq qaydada sübutedici olsa da, əsasverici Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “ Hərbi-Həkim ekspertizası haqqında Əsasnamə” nin 7.2 bəndinin a yarımbəndində MN Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə olunduğu travma yaralanma- diaqnoz Qapalı kəllə-beyin travması Baş-beyin silkələnməsi Sağ göz yuvasının içəri bucağının qəlpə yarası hematoması Sağ təbii pərdəsinin posttravmatik perforasiyası Bədənin şoxsaylı qəlpə yaraları (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-45\2-647 nömrəli göndərişi xx.xx.2023-cü il tarixli 269 nömrəli arayışı MN Mərkəzi Hərbi Hospitalından verilmiş xx.xx.2023-cü il tarixli 2925 nömrəli arayışı MN MHHK-nm həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir. Hüquqi qiymət verməyərək gözünün itirilməsini xəstəlik kimi ümumi səbəbdən rəy vermişdir

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, əlillik vəziyyətinin qiymətləndirilməsi barədə daxil olan müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Bildirilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasfna uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Qeyd edilmişdir ki, dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və ətraflı müayinənin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, xüsusi səbəbdən əlilliyin təyin olunmaması barədə qərar qəbul edilmişdir. Lakin yanaşı xəstəliyini (Diaqnoz: Anopsiya nəticəsində ambliopiya. Hipermetropiya. Astiqmatizm) əlillik təyinatına əsas vermədiyindən düzgün XBT kodları seçilməklə dövlət tibb müəssisəsi tərəfindən “ümumi xəstəlik” səbəbi ilə əlaqədar yeni göndəriş rəsmiləşdirildiyi təqdirdə əlillik vəziyyəti qanunveriliciyə uyğun qiymətləndiləcəkdir. Sonrakı dövrdə dövlət tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2024-cü il tarixindən ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs səbəbindən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Bu barədə ətraflı məlumat verilmişdir. xx.xx.2025-ci il tarixində isə Agentlikdə qəbulda olmağı qeydə alınmamışdır.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 170 nömrəli xx.xx.2023-ci il tarixli qərarına əsasən: “Mingəçevir ŞHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi MN Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə olunduğu travma, yaralanma-diaqnoz: “Qapalı kəllə-beyin travması. Baş-beyin silkələnməsi. Sağ göz yuvasının içəri bucağının qəlpə yarası, hematoması. Sağ təbil pərdəsinin posttravmatik perforasiyası. Bədənin çoxsaylı qəlpə yaraları” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-45/2-647 nömrəli göndərişi, xx.xx.2023-cü il tarixli 269 nömrəli arayışı, MN Mərkəzi Hərbi Hospitalından verilmiş xx.xx.2023-cü il tarixli 2925 nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.”

6. TSEK-Müayinəsinə əsasən müəyyən edilir ki: - xx.xx.2024-cü il tarixində İddiaçı “Anopsiya nəticəsində ambliopiya. Hipermetropiya. Astiqmatizm. Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu. Depressiv epizodlar. Koqnitiv funksiyalarım enməsi ilə” diaqnoz mətni ilə ilkin olaraq müddətsiz əlillik təyin edilmişdir. OFP OFP faizi - OFP Bənd XBT kodu Meyar faizi- Əlillik səbəbi meyar müddəti yekun üzrə

8.Gözün və gözün əlavə Azərbaycan aparatının xəstəlikləri Respublikasının =˃Görmə pozğunluqqları və ərazi H53.0 korluq =˃ Anopsiya bütövlüyünün, Meyar 8.1.4. Yanaşı nəticəsində 50 50 Müddətsiz müstəqilliyinin xəstəliklər ambliopiya=˃görmə itiliyi bir və konstitusiya gözdə korreksiya ilə 0,05 quruluşunun digər gözdə korreksiya ilə müdafiəsi 0,3-dən yuxarı =˃

- xx.xx.2025-ci il tarixində (Göndərişin imzalandığı tarix: xx.xx.2025-ci il) İddiaçı “Baş-beyin xəstəliyi travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Anopsiya nəticəsində ambliopiya Monokulyar, ağır görmə pozuntusu. Hipermetropiya. Astiqmatizm. VİS OD-0.03 k/i 0.05 (yüzdə beş), VİS OS-0.3/i 0.8 (onda səkkiz)” diaqnoz mətni ilə müddətsiz əlillik təyin edilmişdir. OFP OFP faizi - Bənd XBT kodu Meyar faizi- OFP müddəti Əlillik səbəbi meyar yekun üzrə

8.Gözün və gözün əlavə Azərbaycan aparatının xəstəlikləri Respublikasının =˃Görmə pozğunluqqları və ərazi H53.0 korluq =˃ Anopsiya bütövlüyünün, Meyar 8.1.4. Yanaşı nəticəsində 50 50 Müddətsiz müstəqilliyinin xəstəliklər ambliopiya=˃görmə itiliyi bir və konstitusiya gözdə korreksiya ilə 0,05 quruluşunun digər gözdə korreksiya ilə müdafiəsi 0,3-dən yuxarı =˃

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-7733/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarına əsasən: “23. Bakı şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında xx.xx.2024-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 170 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə-beyin travması. Baş-beyin silkələnməsi. Sağ göz yuvasının içəri bucağının qəlpə yarası, hematoması. Sağ təbil pərdəsinin posttravmatik perforasiyası. Bədənin çoxsaylı qəlpə yaraları” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif görmə, başağrıları, əllərində əsmə, qıcolma tutmaları, əsəbilikdən şikayətlənmişdir. Anamnestik məlumatlarında 1992-ci ildə travma aldığını bildirmiş, (stasionar müraciətləri 2022-ci ildən sonrakı dövrlərə aid olmuşdur), bir müddət Rusiya Federasiyasında yaşadığını, orada müalicələr aldığını bildirmiş (müvafiq epikrizləri təqdim etməmişdir), qəbul etdiyi medikamentoz preparatların adlarını xatırlamadığını qeyd etmişdir. Vətəndaş qıcolma tutmaları zamanı özündə olmadığını, ətraflarının yığıldığını, əllərində əsmələr olduğunu söyləmiş, ~5 m məsafədə əyləşərək, verilən sualları sakit səslə cavablandırmışdır. Nevroloji statusunda yuxarı və aşağı ətraflarda əzələ gücü və tonus tam, reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Koordinator sınaqları düzgün icra etmiş, tutmanı əllərindəki əsmə, ayağını stola, yerə vurmaqla təsvir etməyə çalışmış, qəbul etdiyi dərmanların adlarını xatırlamamış, nevroloji şikayətləri ilə bağlı tibbi müayinə və müalicə sənədlərini təqdim etməmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir. Psixi statusunda zahirən səliqəli, tam anlaqlı, ünsiyyətə qoşulmuş, suallara aydın məzmunlu, uyğun cavablar vermişdir. Vətəndaş xəstəliyini uzun müddət öncə aldığı travma ilə əlaqələndirmiş, xarici dövlətdə stasionar müalicələr aldığını bildirmiş, lakin həmin epikrizləri təqdim etməmiş, qəbul etdiyi dərmanları bilməmiş, reseptləri olmamışdır. Təqdim olunmuş baş-beynin instrumental müayinə nəticəsinə əsasən (MRT) diaqnozlarda qeyd olunan üzvi əsas təsdiqləməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da aparılan oftolmaloji müayinə nəticəsinə əsasən zəif görmə təsdiqlənmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 1372 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi affektiv pozuntu, depressiv epizodlarla. Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X4 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli 10089 nömrəli Tibbi rəyində diaqnoz “Astiqmatizm. Anopsiya nəticəsində ambliopiya. Hipermetropiya. Vis OD=0.03 k/i 0.05 (yüzdə beş), Vis OS=0.3 k/i 0.8 (onda səkkiz)” kimi qeyd olunmuşdur. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 4460/24 nömrəli Çıxarışında diaqnoz “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv epizodlar, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunmuşdur. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2024-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Baş beyinin mülayim kortikal atrofik dəyişikliyi qeyd edilir. Alın, gicgah nahiyyələrdə subaraxnoidal sahələrin genişlənməsi qeyd edilir. Hər iki beyin yarımkürəsinin subkortikal sahələrində bir necə ədəd kiçik ölçülü gliotik ocaqlar qeyd edilir. Arxa kəllə çuxurunda (20.0x30.0 mm) ölçüsündə araxnoidal kista izlənilir. Hər iki maksilvar, frontal, etmoidal sinuslarda iltihabi dəyişiklik gevd edilmişdir” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Audiometriya müayinəsinin nəticəsi “Sağ qulaqda 30 db, sol qulaqda 25 db” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “OD- Mürəkkəb qarışıq astiqmatizm (orta dərəcədə). Reflaksion ambliopiya. Başlanğıc katarakta. OS-Zəif dərəcəli qarışıq astiqmatizm. Başlanğıc katarakta. VİS OD=0.03 k/i 0.05, VİS OS=0.3 k/i 0.7” kimi qeyd olunmuş, əlillik təyinatına əsas vermişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmiş, Ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir (Gözdən əlil).”

8. İş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi” barədə iddia tələbi üzrə İddiaçı (yeni tibbi göndəriş əsasında) qiymətləndirilməsi, zəruri olduğu təqdirdə əyani müayinəsi üçün 15 (on beş) gün müddət təyin edilmişdir.

9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-5784/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarına əsasən: “Obyektiv müayinə: Vətəndaşın hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı görmə zəifliyindən, psixi narahatlıqlardan şikayətlənmişdir. Anamnestik məlumatlarında Rusiya Federasiyasında Psixiatrik xəstəxanada müalicə aldığını qeyd etmişdir. Psixiatrik müayinə: (Mehtizadə Şəhla)-Bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası situasiyaya uyğun olmuşdur. Ünsiyyətə daxil olmuş, suallara dolğun cavablar vermişdir. Emosional labil şəxs kimi dəyərləndirilmiş, intellektual mnestik funksiyaları yaşına, təəhsilinə uyğun olmuşdur. Aparılan müalicələr barədə məlumat verə bilməmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək psixi pozuntular aşkarlanmamışdır. Oftalmoloji müayinə: (İbrahimova Kəmalə)-Müayinə zamanı “Vis OD=0.5 k/e, Vis OS=0.2 k/i 0.4. OD-Yüksək dərəcəli qarışıq astiqmatizm. OS-Qarışıq astiqmatizm. OD- Refraksion ambliopiya” müəyyənləşdirilmiş, əlillik təyinatına əsas vermişdir. DTSERA-da aparılmış laborator və İnstrumental müayinələr: oftolmoloji müayinə. Qərarın əsaslandırılması: Aparlan müayinələrin nəticələrinə əsasən Yüksək dərəcəli qarışıq astiqmatizm. Refraksion ambliopiya diaqnozu müəyyənləşdirilmiş, əlillik təyinatının aparılmasına əsas vermişdir. Lakin əlillik təyinatına əsas verən xəstəliyin xüsusi səbəbəlaqəsi öz təsdiqini tapmamışdır. Qərar: Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir, Ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. (Gözdən əlil).”

10. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

12. İddia tələbi xx.xx.2025-ci il tarixində təyin edilmiş üçüncü dərəcə müddətsiz əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi ilə bağlıdır.

13. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. İddianın növü məcburetmə haqqında iddiadır.

15. İddia mümkündür.

İİİ. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”:

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

1. Ümumi müddəalar 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: ...1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar;... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;... 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar;.... 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.6. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə bu Qaydanın 2.7-ci, 2.8-ci, 3.2-ci və 3.5ci bəndlərinə uyğun olaraq qəbul etdiyi qərarlarından şikayətlərə Nazirlik tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

İV. Məhkəmənin mövqeyi

20. Məhkəmə ilk növbədə müəyyən edir ki, xx.xx.2025-ci il tarixində (Göndərişin imzalandığı tarix: xx.xx.2025-ci il) İddiaçı “Baş-beyin xəstəliyi travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Anopsiya nəticəsində ambliopiya Monokulyar, ağır görmə pozuntusu. Hipermetropiya. Astiqmatizm. VİS OD-0.03 k/i 0.05 (yüzdə beş), VİS OS-0.3/i 0.8 (onda səkkiz)” diaqnoz mətni ilə müddətsiz əlillik təyin edilmişdir.

21. Məhkəmə nəzərə alır ki, iddiaçı xx.xx.2025-ci il tarixində təyin edilmiş üçüncü dərəcə əlilliyi mübahisələndirmir. İddiaçı sadəcə təyin edilmiş üçüncü dərəcə müddətsiz əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsini cavabdeh orqandan tələb etmişdir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi zamanı tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməlidir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.1.1-ci bəndinə əsasən əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilir.

24. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 170 nömrəli xx.xx.2023-ci il tarixli qərarına əsasən: “Mingəçevir ŞHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi MN Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə olunduğu travma, yaralanma-diaqnoz: “Qapalı kəllə-beyin travması. Baş-beyin silkələnməsi. Sağ göz yuvasının içəri bucağının qəlpə yarası, hematoması. Sağ təbil pərdəsinin posttravmatik perforasiyası. Bədənin çoxsaylı qəlpə yaraları” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-45/2-647 nömrəli göndərişi, xx.xx.2023-cü il tarixli 269 nömrəli arayışı, MN Mərkəzi Hərbi Hospitalından verilmiş xx.xx.2023-cü il tarixli 2925 nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.”

25. Məhkəmə qeyd edir ki, iddiaçıya üçüncü dərəcə müddətsiz əlilliyin təyin edilməsinə səbəb olmuş xəstəliyin (Baş-beyin xəstəliyi travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Anopsiya nəticəsində ambliopiya Monokulyar, ağır görmə pozuntusu. Hipermetropiya. Astiqmatizm. VİS OD-0.03 k/i 0.05 (yüzdə beş), VİS OS-0.3/i 0.8 (onda səkkiz)) Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 170 nömrəli xx.xx.2023-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı təsdiq edilmişdir.

26. Məhkəmə hesab ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi uğrunda iştirak edərkən döyüş əməliyyatları zamanı müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bu xəsarətlər nəticəsində onun sağlamlıq vəziyyətində uzunmüddətli və geridönməz dəyişikliklər baş vermiş, bu da son nəticədə əlilliyin müəyyən edilməsinə əsas olmuş xəstəliyin yaranmasına gətirib çıxarmışdır. Belə ki, iddiaçı döyüşlərdə iştirakı zamanı sağ göz yuvasının içəri bucağının qəlpə yarası almışdır. Sözügedən zədə nəticəsində iddiaçının görmə qabiliyyətində məhdudiyyətlər yaranmışdır. Bu fakt iddiaçının sağlamlıq vəziyyətində yaranmış fəsadlarla döyüşlərdə iştirakı arasında səbəbli əlaqənin mövcud olduğunu bir daha sübut edir.

27. Odur ki, İddiaçı təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” kimi dəyişdirilməlidir.

28. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

29. Beləliklə, məhkəmə qeyd edir ki, Qaydaların tələbinə əsasən, (3.2-ci bənd) əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunduqdan sonra Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul etməli olduğu müəyyən edilmiş, bu zaman hər hansı göndərişin rəsmiləşdirilməsi və ya əyani müayinə tələbi nəzərdə tutulmamışdır. 30.Odur ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur.

31. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

32. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

34. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı sağlamlıq imkanlarının (müddətsiz) pozulmasının faiz dərəcəsinin (əlilliyin) səbəbinin tibbi göndərişin verildiyi 01 may 2025-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” olmaqla xüsusi səbəblərdən müəyyən edilərək dəyişdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar