Məhkəmə qərarları › İş №2-1(112)-8315/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8315/2023

08.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8315/2023 08.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi iddiaçının vəkili və nümayəndəsi Nümayəndə cavabdehin nümayəndəsi X6 iştirakları ilə İddiaçı MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, qərara aldı: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı MMC (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********168578 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında“ qərarının ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********168578 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sıgorta və sosial sıgorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunmasına dair qərar qəbul olunmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********161215 saylı qərarına əsasən İddiaçı MMC-də növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələrinə dair xx.xx.2022-ci il tarixli **********161517 saylı səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Yoxlama aktına əsasən iddiaçıya ümumilikdə 916.086,94 manat vergilərin azaldılması müəyyən olunmuş və 458.083,47 manat maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. Yoxlama materiallarına baxılmış və xx.xx.2023-cü il tarixli **********168578 saylı "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunmuşdur. Qeyd olunan qərar əsassızdır və aşağıdakı səbəblərə görə ləğv olunmalıdır. Belə ki, səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, yoxlama zamanı xx.xx.2022-ci il tarixdə **********1021 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən keçirilən OVN tədbiri zamanı "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən istehsal sexindən götürülmüş elektron yaddaş qurğusunda olan elektron fayllar araşdırılarkən rəsmi və qeyri-rəsmi göstəriciləri özündə əks etdirən məlumatlar aşkar edilmişdir. Həmin məlumatlar əsasında və Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə istinad edilərək mənfəət vergisi, ƏDV və aksiz vergisi hesablanmışdır. Bununla bağlı bildirir ki, həmin məlumatlar İddiaçı MMC-yə məxsus deyil və MMC-nin təsərrüfat əməliyyatları ilə hər hansı bağlılığı yoxdur. Hətta bağlılığı olsa belə, bu məlumatlar əsasında vergi məbləğinin hesablanması əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar 2022-ci ildən başlayaraq əlaqəli məlumat hesab edilir. Bu normaya əsasən vergilər yalnız 2022-ci ildən yaranan münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Bu səbəbdən Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinin “o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar” 2022-ci ildə qüvvəyə mindiyi üçün 2022-ci ildə yaranan münasibətlərə şamil edilməli olduğundan bu məlumatlar əsasında 2021-ci il üçün vergilərin hesablanması əsassızdır. Həmçinin Vergi Məcəlləsinin 43-cü, 48-ci maddəsinin tələbləri gözlənilmədən götürülən sənədlərə (məlumatlara) əsasən vergilərin hesablanması, həmçinin İddiaçı MMC-yə məxsus olmayan hansısa qeyri-rəsmi məlumat əsasında vergilərin hesablanması əsassızdır. Nəticədə yoxlama kobud qanun pozuntuları ilə aparılaraq, qanunsuz inzibati akt qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, iddiaya dair etirazda göstərilənlərə uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazında göstərilmişdir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********1021 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" Qərarına əsasən Baş İdarənin Əməliyyat İdarəsi tərəfindən keçirilən OVN tədbiri zamanı vergi ödəyicisindən götürülmüş sənədlər və 1 ədəd elektron yaddaş qurğusunda olan məlumatlar əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri, bəyan edilmiş vergi tutulan dövriyyənin aşağı göstərildiyi, nəticədə vergidən yayınma riskinin yüksək olduğu müəyyən edildiyinə görə "xxxx" MMC-də növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlanılan dövrdə müəssisənin fəaliyyəti spirtli içkilərin (araq və spirt) istehsalı və topdan satışından ibarət olmuşdur. Yoxlama zamanı vergi ödəyicisinin binasına (ərazisinə) baxış keçirilmiş və xx.xx.2022-ci il tarixli **********161913 nömrəli protokol tərtib edilmişdir. Səyyar vergisi yoxlaması zamanı müəssisə tərəfindən təqdim olunmuş ilkin sənədlərdən və vergi ödəyicisində xx.xx.2022-ci il tarixdə **********1021 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərara əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən həyata keçirilən operativ nəzarəti tədbiri zamanı əldə olunan sənədlərdən istifadə edilmişdir. Səyyar vergisi yoxlaması zamanı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli **********161299 nömrəli təlabnaməyə əsasən vergilərin hesablanması üçün zəruri olan sənədlər tələb olunmuş, müəssisə tərəfindən ilkin rəsmi sənədlər yoxlamaya təqdim edilmiş, lakin əldə olunan qeyri- rəsmi gəlirlərlə bağlı xərclərə dair digər sənədlər yoxlamaya təqdim edilməmişdir. Qeyd edilən sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən sənədlərin tam təqdim edilməməsi barədə xx.xx.2022-ci tarixli akt tərtib edilmişdir. Müəssisənin rəhbəri qeyri-rəsmi heç bir əməliyyat aparılmadığını qeyd edərək aktı imzalamaqdan imtina etmiş, lakin aktın bir nüsxəsini tanışlıq üçün qəbul etmişdir. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2022-ci il tarixli **********166237 nömrəli qərar çıxarılmış, müəssisə tərəfindən təqdim edilmiş müvafiq sənədlər götürülərək “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli **********166287 nömrəli protokol tərtib edilmiş, lakin müəssisənin rəhbəri əldə olunan qeyri-rəsmi gəlirlərlə bağlı xərclərə dair digər sənədləri yoxlamaya təqdim etməmiş və bunu göstərilənlərlə bağlı heç bir sənədin mövcud olmadığı ilə əsaslandırmışdır. Qeyd edilən sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 42.1-ci və 43.10-cu maddələrinə əsasən sənədlərin təqdim olunmasından imtina barədə xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. ƏDV üzrə: Yoxlama ilə MMC-yə 213796,80 manat ƏDV hesablanmışdır. Belə ki, iddiaçının yoxlama ilə əhatə olunan dövr (yanvar/2019-avqust/2020) üzrə sonuncu ƏDV bəyannamələrinə (cari/kameral) əsasən göstəriciləri aşağıdakı kimi olmuşdur: vergi tutulan dövriyyə - 5.086.022,23 manat; hesablanan ƏDV - 915.484,00 manat; əvəzləşdirilən ƏDV - 271.132,33 manat; büdcəyə çatası ƏDV - 644.351,67 manat. Baş İdarənin xx.xx.2022-ci il tarixli **********1021 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarına əsasən Baş İdarənin Əməliyyat İdarəsi tərəfindən keçirilən OVN tədbiri zamanı "xxxx" MMC-nin ünvan 2 ünvanda yerləşən istehsal sexindən götürülmüş elektron yaddaş qurğusunda olan elektron fayllar araşdırılarkən rəsmi və qeyri-rəsmi göstəriciləri özündə əks etdirən məlumatlar aşkar edilmişdir. Belə ki, elektron yaddaş qurğusunda olan “suzanna muh komekchisi” papkasındakı “2021” papkasında olan “Debitorlar, Kreditorlar, üzləşmə aktı” papkasındakı “Spirt hərəkəti-debitor” adlı excel cədvəlində 2021-ci ilin oktyabr-dekabr ayları üzrə rəsmi və qeyri-rəsmi 283700.00 litr miqdarında spirt satışı məlumatları aşkar edilmiş, bundan yalnız 68000.00 litr miqdarında spirt satışı elektron qaimə fakturalarla rəsmiləşdirilmiş, 215700.00 litr satış isə (o cümlədən 10500.0litr tibbi spirt) rəsmiləşdirilməmişdir. Yoxlama ilə qeyd olunduğu kimi, müəssisə tərəfindən qeyrirəsmi satılaraq bəyan edilməyən 215700.00 litr spirt (o cümlədən 10500.00 litr tibbi spirt) satışı qeyd edilən excel cədvəlində göstərilən qiymətlər əsasında 1401556,80 manat (ƏDV daxil) müəyyən edilmişdir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən büdcəyə əlavə olaraq 213.796,80 manat (1401556,80/1,18 x 18%) ƏDV hesablanmışdır. Beləliklə, səyyar vergi yoxlaması ilə yoxlanılan dövr üzrə vergi tutulan əməliyyatların dəyəri 6.273.782,23 manat, ƏDV-si 1.129.280,80 manat, əvəzləşdirilən ƏDV-nin 271.132,34 manat (idxal üzrə 123.152,05 manat, daxili alış üzrə 147.980,29 manat) və büdcəyə çatası vergi məbləğinin 858.148,46 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi bəyannamələrdə büdcəyə çatası vergi məbləği 213.796,80 manat azaldılmışdır (858.148,46 - 644.351,67). Kənarlaşmaya səbəb vergi tutulan əməliyyatların dəyərinin bəyannamələrdə 1.187.760.0 manat (ƏDV-siz) az göstərilməsi (6.273.782,23 - 5.086.022,23) olmuşdur. Nəticə olaraq səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 67.1.9-cu, 159.1-ci, 161-ci və 166-cı maddələrinə əsasən ƏDV üzrə büdcəyə çatası verginin yoxlanılan dövr üzrə 213.796,80 manat azaldılması (o cümlədən: oktyabr 2021 - 68.823,00 manat, noyabr 2021 - 82.080,00 manat, dekabr 2021 - 62.893,80 manat) müəyyən edilmişdir. Mənfəət vergisi üzrə: Müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş 2021-ci ilin yekunu üzrə cari mənfəət vergisi bəyannaməsində kameral vergi yoxlaması nəticələri nəzərə alınmaqla malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir (ƏDV-siz və aksizsiz) 1.527.781,49 manat, xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi 656,20 manat olmaqla, ümumi gəlirin 1.528.437,69 manat, ümumi gəlirdən çıxılan xərclərin 1.274.445,63 manat (o cümlədən: əmək haqqı 149.299,77 manat, sosial sığorta haqları 31.721,24 manat, xammal və materiallar 777.656,08 manat, icarə haqqı 75.187,09 manat, enerji xərcləri 36.127,32 manat, qaz xərcləri 104.147,58 manat, su və kanalizasiya xərcləri 65.693,23 manat, rabitə xərcləri 1.628,69 manat, bank xidməti üzrə xərclər 6.524,72 manat, sair xərclər 9.641,27 manat, təmir xərcləri 10.703,40 manat, digər xərclər 6.115,24 manat), vergiyə cəlb olunan mənfəətin 253.992,06 manat va mənfəət vergisinin 50.798,41 manat olduğu göstərilmişdir. Səyyar vergi yoxlaması ilə yoxlamaya təqdim olunmuş sənədlər və OVN tədbiri zamanı götürülmüş elektron yaddaş qurğusunda olan məlumatlar əsasında müəssisənin 2021-ci ildə ümumi gəlirinin 2.058.555,99 manat olduğu müəyyən edilmişdir. OVN tədbiri zamanı götürülmüş elektron yaddaş qurğusunda olan məlumatlar əsasında müəyyən edilmiş gəlirlərlə bağlı xərclərə dair digər sənədlər yoxlamaya təqdim edilməmişdir. Qeyd edilən sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən sənədlərin təqdim olunmasından imtina barədə xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicisinin vergi orqanlarında olan məlumatlarından istifadə edilməsinə zərurət yarandığından xx.xx.2022-ci il tarixli **********705700 nömrəli məktubla "xxxx" MMC-nin vergi ödəyicisi kimi qeydiyyatda olduğu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət olunmuş, lakin eyni xüsusiyyətli və ya eyni cinsli malları istehsal etmiş (eyni növ və keyfiyyət xüsusiyyətləri nəzərə alınmaqla), eyni dövr üzrə eyni ərazidə fəaliyyət göstərmiş analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi müəyyən edilməmişdir. Müəyyən edilmiş gəlirlərlə bağlı xərclərə dair sənədlər yoxlamaya tam təqdim edilmədiyindən və qeyd olunan xərcləri Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatlar əsasında müəyyənləşdirmək mümkün olmadığından Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən vergi ödəyicisinin vergiyə cəlb edilən gəliri Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarına əsasən (xx.xx.2003-cü il tarixli 42 nömrəli qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) yoxlama ilə müəyyən edilmiş 2.058.555,99 manat gəlirə görə 20% şərti rentabellik norması tətbiq edilməklə büdcəyə çatası mənfəət vergisi 68.618,53 manat məbləğində müəyyən edilmişdir (2058555,99 * 20/120 * 20%). Beləliklə, səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 67.1.9-cu, 67.14-cü, 83.9-cu, 104-cü və 105-ci maddələrinə əsasən 2021-ci il üzrə büdcəyə çatası mənfəət vergisi 68.618,53 manat məbləğində müəyyən edilmiş, bəyannamə ilə hesablanmış 50.798,41 manat vergi məbləği nəzərə alınmaqla büdcəyə əlavə olaraq 17.820,12 manat mənfəət vergisi (68618,53 - 50798,41) hesablanmışdır. Aksiz üzrə: Yoxlama ilə əhatə olunan dövrdə müəssisə spirt və araq məhsullarının istehsalı və satışı ilə məşğul olduğundan aksiz vergisinin ödəyicisi olmuş, aksiz vergisi bəyannamələri vergi orqanına təqdim edilmişdir. Yoxlama ilə əhatə olunan dövr üzrə müəssisə tərəfindən 3.120.898,72 manat aksiz vergisi (o cümlədən 104.777,07 manat (5238885,35 x 0.20) icbari tibbi sığorta haqqı) hesablanmış, alınmış spirt xammalına görə ödənilmiş 64.000,00 manat vergi məbləği əvəzləşdirilərək, büdcəyə ödəməli aksiz məbləği 3.056.898,72 manat (3.120.898,72 - 64.000,00) təşkil etmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən müəssisədə aparılan operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisi tərəfindən 2021-ci ilin oktyabr-dekabr ayları üzrə qeyri-rəsmi satılaraq bəyan edilməyən 215700.00 litr spirt (o cümlədən 10500.00 litr tibbi spirt) məhsulu müəyyən edilmişdir. Ona görə də Vergi Məcəlləsinin 67.1.9-cu, 84.1.1-ci, 190.1-ci və 190.3.1-ci maddələrinə əsasən büdcəyə əlavə olaraq 656.640,00 manat ((215700.00 - 10500.00) x 3,20) aksiz vergisi (o cümlədən: oktyabr 2021 - 204.480,00 manat, noyabr 2021 - 256.000,00 manat, dekabr 2021 - 196.160,00 manat) hesablanmışdır. Beləliklə, səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 67.1.9-cu, 184.1.1-ci, 190.1-ci və 190.3.1-ci maddələrinə əsasən aksiz vergisi üzrə büdcəyə 2021-ci ilin oktyabr ayı üzrə 204.480,00 manat, noyabr ayı üzrə 256.000,00 manat, dekabr ayı üzrə 196.160,00 manat olmaqla, cəmi 656.640,00 manat məbləğində əlavə vəsait hesablanmışdır. ÖMV üzrə: Yoxlama ilə əhatə olunan dövrdə müəssisə icarə haqqından tutulan ödəmə mənbəyində verginin ödəyicisi olmuş, ödəmə mənbəyində tutulan verginin bəyannamələri vergi orqanına təqdim edilmiş və 19262,19 manat məbləğində ödəmə mənbəyində vergi tutularaq aidiyyəti üzrə ödənilmişdir. Belə ki, "xxxx" MMC fəaliyyət göstərdiyi Bakı şəhəri, Xətai rayonu, Camal Hacıəliyev küç 28D ünvanında yerləşən 8915.5 kv.m. sahəsi olan əmlak kompleksini xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ilə aylıq icarə haqqı 10.000,00 manat olmaqla fiziki şəxs X1 icarəyə götürmüşdür. Müəssisədə aparılmış OVN tədbiri zamanı götürülmüş elektron yaddaş qurğusunda olan “arena bash buqalter pk” papkasındakı “Raboçiy stol” papkasında olan “realizəsiyə arena” adlı excel cədvəlində 2021-ci ilin iyun-dekabr ayları üzrə ödənilmiş icarə haqları barədə rəsmi və qeyri-rəsmi göstəriciləri özündə əks etdirən məlumatlar aşkar edilmişdir. Səyyar vergi yoxlaması ilə yoxlamaya təqdim olunmuş sənədlər və OVN tədbiri zamanı götürülmüş elektron yaddaş qurğusunda olan məlumatlar əsasında yoxlama ilə əhatə olunan dövr (2ci rüb 2021 - 2-ci rüb 2022) üçün 47.092,21 manat məbləğində ödəmə mənbəyində tutulan vergi hesablanmışdır (336.372,90 * 14%). Səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 67.1.9-cu, 124.1-ci maddələrinə əsasən yoxlanılan dövr üzrə büdcəyə çatası ödəmə mənbəyində tutulan vergi 47.092,21 manat məbləğində müəyyən edilmiş, bəyannamələrlə hesablanmış 19262,19 manat vergi məbləği nəzərə alınmaqla büdcəyə əlavə olaraq 27830,02 manat ÖMV (47.092,21 - 19.262,19) hesablanmışdır (o cümlədən: 2021-ci ilin 2ci rübü üzrə 4.985,81 manat, 3-cü rübü üzrə 6.940,21 manat, 4-cü rübü üzrə 15.904,00 manat). Beləliklə, səyyar vergi yoxlaması nəticəsində büdcəyə əlavə dəyər vergisi üzrə 213.796,80 manat, aksiz vergisi üzrə 656.640,00 manat, mənfəət vergisi üzrə 17.820,12 manat və ödəmə mənbəyində tutulan vergi üzrə 27.830,02 manat olmaqla, cəmi 916.086,94 manat məbləğində əlavə vəsait hesablanmışdır. Yoxlama nəticəsində Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ümumi vergilərin 916.086,94 manat məbləğində azaldılmasına görə 50% miqdarında, yəni 458.083,47 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, OVN tədbiri zamanı götürülmüş elektron yaddaş qurğusunda olan məlumatlar ona aid deyil və vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlarla bağlı vergilərin hesablanması yoxlamanın aparıldığı dövrdə qüvvədə olan qanunvericilikdə təsbit olunmadığından əsassızdır. İddiaçının operativ vergi nəzarəti tədbirinin nəticələrinin səyyar vergi yoxlaması zamanı verginin hesablanmasında nəzərə alınmasını qanunsuz hesab etməsi onun vergi qanunverciliyinin digər tələblərindən məlumatsız olduğunu göstərir. Belə ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən iddiaçının bu dəlilinə münasibətdə bildirilir ki, OVN tədbiri zamanı götürülmüş elektron yaddaş qurğusunda olan məlumatlar ona məxsus olan təsərrüfat subyektində aşkar edilmişdir və həmin məlumatlarda müəssisənin adı, eləcə də satış həyata keçirdiyi digər şəxslərin adları, satılmış malların həcmi və dəyəri aydın şəkildə qeyd edilmişdir. Etiraz daha sonra Azərbaycan Respublikası VM-nin 67.1.9-cu, 83.2.1-ci, 83.2.4-cü maddələri ilə əsaslandırılmışdır. Məhkəmənin nəzərinə çatdırılır ki, səyyar vergi yoxlaması müəssisədən operativ vergi nəzarəti zamanı götürülmüş sənədlər və səyyar vergi yoxlamasına təqdim edilmiş ilkin mühasibat sənədləri əsasında aparılmışdır (Səyyar vergi yoxlaması aktının 1.8-ci bəndində qeyd edilmişdir). Belə ki, “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu 2.1.11-ci maddəsinə istinadən qeyd olunduğu kimi elektron daşıyıcılarda olan təsdiqedici məlumatlar da ilkin uçot sənədi hesab edilmişdir. Belə olan halda iddiaçının dəlil kimi qeyd etdiyi “elektron yaddaş qurğusunda olan məlumatlar əsas götürülməklə vergilərin hesablanması qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmamışdır” ifadəsi təkzib edilir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının təhlilindən görünür ki, elektron fayllar da “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu və 2.1.11-ci maddələrinin təsirinin altına düşməklə ilkin uçot sənədi hesab edilmişdir. Eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, mühasibat uçotu haqqında” qanunvericilikdə elektron daşıyıcılarda əks olunan sənədlərə dair hər hansı tələb müəyyən edilməmişdir. Bu baxımdan hesablamaların əsasını təşkil edən sözügedən məlumatların mötəbərliyinin şübhə altına alınması üçün hər hansı əsas yoxdur. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə 130.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması ilə hesablanmış vergilər tam olaraq qanuni və əsaslıdır. Bütün bunlara baxmayaraq, iddiaçı iddia ərizəsində hesablamanın qanunsuz olduğunu bildirmiş, lakin mövqeyini heç bir aidiyyəti hüquq norması, konkret faktlarla və ya dəlillərlə əsaslandıra bilməmişdir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pözuntularla tərtib edilmiş sayıla bilməz: onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə (70.3.1); vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə (70.3.2). Hazırkı iş üzrə mübahisələndirilən xx.xx.2023-cü il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar, o cümlədən qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyaları məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinin tələblərinə uyğun olmaqla bərabər vergi hesablanılan şəxs hamı üçün aydın göstərilmişdir. Belə olan halda həmin məsuliyyət qərarı prosessual pozuntularla tərtib edilmiş və etibarsız sayıla bilməz. Yuxarıda göstərilənləri və İnzibati- Prosessual Məcəllənin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

Belə ki, iş materiallarına əlavə edilmiş: - Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********168578 nömrəli qərarından görünür ki, iddiaçıya 2021-ci il üzrə 916,086.94 manat vergi borcu hesablanmış və 458.083,47 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. - Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********161215 saylı qərarından görünür ki, İddiaçı MMC barəsində Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aprel 2021 – iyun 2022-ci illər üzrə vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. - 22 avqust 2022-ci il tarixli KY221766052 saylı “Sahibkarlıq sahəsində apanlan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışdan görünür ki, iddiaçı barəsində xx.xx.2021-xx.xx.2022 dövrü əhatə edən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi məqsədilə növbədən kənar səyyar vergi yoxlaması qeydiyyatdan keçirilmişdir. - Cavabdehin “Səyyar vergi yoxlaması keçirilməsi müddətinin artırılması haqqında” xx.xx.2022-ci il tarixli **********162612 saylı qərardan görünür ki, İddiaçı MMC-də növbədənkənar səyyar vergi yoxlamasının müddəti 30 iş günü artırılmışdır. - Cavabdehin “Səyyar vergi yoxlaması keçirilməsi müddətinin artırılması haqqında” xx.xx.2022-ci il tarixli **********164500 saylı qərardan görünür ki, İddiaçı MMC-də növbədənkənar səyyar vergi yoxlamasının müddəti 30 iş günü artırılmışdır. - Cavabdehin xx.xx.2022-ci il tarixli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnaməsindən görünür ki, cavabdeh tərəfindən iddiaçıdan səyyar vergi yoxlamasının aparılması üçün zəruri sənədlər tələb edilmişdir. - Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi üçün tələb edilmiş sənədlərin tam təqdim edilməməsi barədə” xx.xx.2022-ci il tarixli aktdan görünür ki, səyyar vergisi yoxlaması zamanı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli **********161299 nömrəli təlabnaməyə əsasən vergilərin hesablanması üçün zəruri olan sənədlər tələb olunmuş, müəssisə tərəfindən ilkin rəsmi sənədlər yoxlamaya təqdim edilmiş, lakin xx.xx.2022-ci il tarixli **********1021 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı ilə müəssisədə aparılmış operativ vergi nəzarəti zamanı əldə olunan qeyri-rəsmi satış məlumatlarına əsasən müəyyən edilmiş gəlirlərlə bağlı xərclərə dair digər sənədlər edilmədiyi üçün Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən sənədlərin tam təqdim edilməməsi barədə akt tərtib edilmişdir. Müəssisənin rəhbəri qeyri-rəsmi heç bir əməliyyat aparılmadığını qeyd edərək aktı imzalamaqdan imtina etmiş, lakin aktın bir nüsxəsini tanışlıq üçün qəbul etmişdir. - Cavabdehin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********166237 №-li xx.xx.2022-ci il tarixli qərarından görünür ki, “Arena-Lyuks" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə müəssisənin sahibkarlıq fəaliyyətinə aid olan və vergilərin hesablanması üçün zəruri olan sənədlərin, o cümlədən xx.xx.2022-ci il tarixli **********1021 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı ilə müəssisədə aparılmış operativ vergi nəzarəti zamanı əldə olunan qeyri-rəsmi satış məlumatlarına əsasən müəyyən edilmiş gəlirlərlə bağlı xərclərə dair digər sənədlərin götürülməsi həyata keçirilmişdir. - Cavabdehin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında **********166287 nömrəli xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, iddiaçıya məxsus müəssisədə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 43-cü maddələrinə uyğun olaraq sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında xx.xx.2022 tarixli **********166237 №-li qərara əsasən İddiaçı (VÖEN **********) üzrə vergilərin hesablanması üçün sənədlərin (siyahı əlavə edilmişdir) götürülməsi həyata keçirilmişdir. - “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” **********166296 №-li xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixli **********1021 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı ilə müəssisədə aparılmış operativ vergi nəzarəti zamanı əldə olunan qeyri-rəsmi satış məlumatlarına əsasən müəyyən edilmiş gəlirlərlə bağlı xərclərə dair müəssisənin rəhbəri qeyri-rəsmi heç bir əməliyyat aparılmadığını qeyd edərək sənədlərinin və nümunə kimi əşyaların götürülməsindən imtina etmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********161517 saylı “Səyyar vergi yoxlaması aktı”nda göstərilmişdir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********1021 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarına əsasən Baş İdarənin Əməliyyat İdarəsi tərəfindən keçirilən OVN tədbiri zamanı vergi ödəyicisindən götürülmüş sənədlər və 1 ədəd elektron yaddaş qurğusunda olan məlumatlar əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri, bəyan edilmiş vergi tutulan dövriyyənin aşağı göstərildiyi, nəticədə vergidən yayınma riskinin yüksək olduğu müəyyən edildiyinə görə "xxxx" MMC-də növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlanılan dövrdə müəssisənin fəaliyyəti spirtli içkilərin (araq və spirt) istehsalı və topdan satışından ibarət olmuşdur. Yoxlama zamanı vergi ödəyicisinin binasına (ərazisinə) baxış keçirilmiş və xx.xx.2022-ci il tarixli **********161913 nömrəli protokol tərtib edilmişdir. Səyyar vergisi yoxlaması zamanı müəssisə tərəfindən təqdim olunmuş ilkin sənədlərdən və vergi ödəyicisində xx.xx.2022-ci il tarixdə **********1021 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərara əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən həyata keçirilən operativ nəzarəti tədbiri zamanı əldə olunan sənədlərdən istifadə edilmişdir. Səyyar vergisi yoxlaması zamanı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2022-ci il tarixli **********161299 nömrəli təlabnaməyə əsasən vergilərin hesablanması üçün zəruri olan sənədlər tələb olunmuş, müəssisə tərəfindən ilkin rəsmi sənədlər yoxlamaya təqdim edilmiş, lakin əldə olunan qeyri- rəsmi gəlirlərlə bağlı xərclərə dair digər sənədlər yoxlamaya təqdim edilməmişdir. Qeyd edilən sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən sənədlərin tam təqdim edilməməsi barədə xx.xx.2022-ci tarixli akt tərtib edilmişdir. Müəssisənin rəhbəri qeyri-rəsmi heç bir əməliyyat aparılmadığını qeyd edərək aktı imzalamaqdan imtina etmiş, lakin aktın bir nüsxəsini tanışlıq üçün qəbul etmişdir. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2022-ci il tarixli **********166237 nömrəli qərar çıxarılmış, müəssisə tərəfindən təqdim edilmiş müvafiq sənədlər götürülərək “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli **********166287 nömrəli protokol tərtib edilmiş, lakin müəssisənin rəhbəri əldə olunan qeyri-rəsmi gəlirlərlə bağlı xərclərə dair digər sənədləri yoxlamaya təqdim etməmiş və bunu göstərilənlərlə bağlı heç bir sənədin mövcud olmadığı ilə əsaslandırmışdır. Qeyd edilən sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 42.1-ci və 43.10-cu maddələrinə əsasən sənədlərin təqdim olunmasından imtina barədə xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. ƏDV üzrə: Yoxlama ilə MMC-yə 213796,80 manat ƏDV hesablanmışdır. İddiaçının yoxlama ilə əhatə olunan dövr (yanvar/2019-avqust/2020) üzrə sonuncu ƏDV bəyannamələrinə (cari/kameral) əsasən göstəriciləri aşağıdakı kimi olmuşdur: vergi tutulan dövriyyə - 5.086.022,23 manat; hesablanan ƏDV - 915.484,00 manat; əvəzləşdirilən ƏDV - 271.132,33 manat; büdcəyə çatası ƏDV - 644.351,67 manat. Baş İdarənin xx.xx.2022-ci il tarixli **********1021 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarına əsasən Baş İdarənin Əməliyyat İdarəsi tərəfindən keçirilən OVN tədbiri zamanı "xxxx" MMC-nin ünvan 2 ünvanda yerləşən istehsal sexindən götürülmüş elektron yaddaş qurğusunda olan elektron fayllar araşdırılarkən rəsmi və qeyri-rəsmi göstəriciləri özündə əks etdirən məlumatlar aşkar edilmişdir. Belə ki, elektron yaddaş qurğusunda olan “suzanna muh komekchisi” papkasındakı “2021” papkasında olan “Debitorlar, Kreditorlar, üzləşmə aktı” papkasındakı “Spirt hərəkəti-debitor” adlı excel cədvəlində 2021-ci ilin oktyabr-dekabr ayları üzrə rəsmi və qeyri-rəsmi 283700.00 litr miqdarında spirt satışı məlumatları aşkar edilmiş, bundan yalnız 68000.00 litr miqdarında spirt satışı elektron qaimə fakturalarla rəsmiləşdirilmiş, 215700.00 litr satış isə (o cümlədən 10500.0 litr tibbi spirt) rəsmiləşdirilməmişdir. Yoxlama ilə qeyd olunduğu kimi, müəssisə tərəfindən qeyri-rəsmi satılaraq bəyan edilməyən 215700.00 litr spirt (o cümlədən 10500.00 litr tibbi spirt) satışı qeyd edilən excel cədvəlində göstərilən qiymətlər əsasında 1401556,80 manat (ƏDV daxil) müəyyən edilmişdir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən büdcəyə əlavə olaraq 213.796,80 manat (1401556,80/1,18 x 18%) ƏDV hesablanmışdır. Beləliklə, səyyar vergi yoxlaması ilə yoxlanılan dövr üzrə vergi tutulan əməliyyatların dəyəri 6.273.782,23 manat, ƏDV-si 1.129.280,80 manat, əvəzləşdirilən ƏDV-nin 271.132,34 manat (idxal üzrə 123.152,05 manat, daxili alış üzrə 147.980,29 manat) və büdcəyə çatası vergi məbləğinin 858.148,46 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi bəyannamələrdə büdcəyə çatası vergi məbləği 213.796,80 manat azaldılmışdır (858.148,46 - 644.351,67). Kənarlaşmaya səbəb vergi tutulan əməliyyatların dəyərinin bəyannamələrdə 1.187.760.0 manat (ƏDV-siz) az göstərilməsi (6.273.782,23 - 5.086.022,23) olmuşdur. Nəticə olaraq səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 67.1.9-cu, 159.1-ci, 161-ci və 166-cı maddələrinə əsasən ƏDV üzrə büdcəyə çatası verginin yoxlanılan dövr üzrə 213.796,80 manat azaldılması (o cümlədən: oktyabr 2021 - 68.823,00 manat, noyabr 2021 - 82.080,00 manat, dekabr 2021 - 62.893,80 manat) müəyyən edilmişdir. Mənfəət vergisi üzrə: Müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş 2021-ci ilin yekunu üzrə cari mənfəət vergisi bəyannaməsində kameral vergi yoxlaması nəticələri nəzərə alınmaqla malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir (ƏDV-siz və aksizsiz) 1.527.781,49 manat, xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi 656,20 manat olmaqla, ümumi gəlirin 1.528.437,69 manat, ümumi gəlirdən çıxılan xərclərin 1.274.445,63 manat (o cümlədən: əmək haqqı 149.299,77 manat, sosial sığorta haqları 31.721,24 manat, xammal və materiallar 777.656,08 manat, icarə haqqı 75.187,09 manat, enerji xərcləri 36.127,32 manat, qaz xərcləri 104.147,58 manat, su və kanalizasiya xərcləri 65.693,23 manat, rabitə xərcləri 1.628,69 manat, bank xidməti üzrə xərclər 6.524,72 manat, sair xərclər 9.641,27 manat, təmir xərcləri 10.703,40 manat, digər xərclər 6.115,24 manat), vergiyə cəlb olunan mənfəətin 253.992,06 manat va mənfəət vergisinin 50.798,41 manat olduğu göstərilmişdir. Səyyar vergi yoxlaması ilə yoxlamaya təqdim olunmuş sənədlər və OVN tədbiri zamanı götürülmüş elektron yaddaş qurğusunda olan məlumatlar əsasında müəssisənin 2021-ci ildə ümumi gəlirinin 2.058.555,99 manat olduğu müəyyən edilmişdir. OVN tədbiri zamanı götürülmüş elektron yaddaş qurğusunda olan məlumatlar əsasında müəyyən edilmiş gəlirlərlə bağlı xərclərə dair digər sənədlər yoxlamaya təqdim edilməmişdir. Qeyd edilən sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən sənədlərin təqdim olunmasından imtina barədə xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicisinin vergi orqanlarında olan məlumatlarından istifadə edilməsinə zərurət yarandığından xx.xx.2022ci il tarixli **********705700 nömrəli məktubla "xxxx" MMC-nin vergi ödəyicisi kimi qeydiyyatda olduğu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət olunmuş, lakin eyni xüsusiyyətli və ya eyni cinsli malları istehsal etmiş (eyni növ və keyfiyyət xüsusiyyətləri nəzərə alınmaqla), eyni dövr üzrə eyni ərazidə fəaliyyət göstərmiş analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi müəyyən edilməmişdir. Müəyyən edilmiş gəlirlərlə bağlı xərclərə dair sənədlər yoxlamaya tam təqdim edilmədiyindən və qeyd olunan xərcləri Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatlar əsasında müəyyənləşdirmək mümkün olmadığından Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən vergi ödəyicisinin vergiyə cəlb edilən gəliri Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarına əsasən (xx.xx.2003-cü il tarixli 42 nömrəli qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) yoxlama ilə müəyyən edilmiş 2.058.555,99 manat gəlirə görə 20% şərti rentabellik norması tətbiq edilməklə büdcəyə çatası mənfəət vergisi 68.618,53 manat məbləğində müəyyən edilmişdir (2058555,99 * 20/120 * 20%). Beləliklə, səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 67.1.9-cu, 67.14-cü, 83.9-cu, 104-cü və 105-ci maddələrinə əsasən 2021-ci il üzrə büdcəyə çatası mənfəət vergisi 68.618,53 manat məbləğində müəyyən edilmiş, bəyannamə ilə hesablanmış 50.798,41 manat vergi məbləği nəzərə alınmaqla büdcəyə əlavə olaraq 17.820,12 manat mənfəət vergisi (68618,53 - 50798,41) hesablanmışdır. Aksiz üzrə: Yoxlama ilə əhatə olunan dövrdə müəssisə spirt və araq məhsullarının istehsalı və satışı ilə məşğul olduğundan aksiz vergisinin ödəyicisi olmuş, aksiz vergisi bəyannamələri vergi orqanına təqdim edilmişdir. Yoxlama ilə əhatə olunan dövr üzrə müəssisə tərəfindən 3.120.898,72 manat aksiz vergisi (o cümlədən 104.777,07 manat (5238885,35 x 0.20) icbari tibbi sığorta haqqı) hesablanmış, alınmış spirt xammalına görə ödənilmiş 64.000,00 manat vergi məbləği əvəzləşdirilərək, büdcəyə ödəməli aksiz məbləği 3.056.898,72 manat (3.120.898,72 - 64.000,00) təşkil etmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən müəssisədə aparılan operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisi tərəfindən 2021-ci ilin oktyabr-dekabr ayları üzrə qeyri-rəsmi satılaraq bəyan edilməyən 215700.00 litr spirt (o cümlədən 10500.00 litr tibbi spirt) məhsulu müəyyən edilmişdir. Ona görə də Vergi Məcəlləsinin 67.1.9-cu, 84.1.1-ci, 190.1-ci və 190.3.1-ci maddələrinə əsasən büdcəyə əlavə olaraq 656.640,00 manat ((215700.00 - 10500.00) x 3,20) aksiz vergisi (o cümlədən: oktyabr 2021 - 204.480,00 manat, noyabr 2021 - 256.000,00 manat, dekabr 2021 - 196.160,00 manat) hesablanmışdır. Beləliklə, səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 67.1.9-cu, 184.1.1-ci, 190.1-ci və 190.3.1-ci maddələrinə əsasən aksiz vergisi üzrə büdcəyə 2021-ci ilin oktyabr ayı üzrə 204.480,00 manat, noyabr ayı üzrə 256.000,00 manat, dekabr ayı üzrə 196.160,00 manat olmaqla, cəmi 656.640,00 manat məbləğində əlavə vəsait hesablanmışdır. ÖMV üzrə: Yoxlama ilə əhatə olunan dövrdə müəssisə icarə haqqından tutulan ödəmə mənbəyində verginin ödəyicisi olmuş, ödəmə mənbəyində tutulan verginin bəyannamələri vergi orqanına təqdim edilmiş və 19262,19 manat məbləğində ödəmə mənbəyində vergi tutularaq aidiyyəti üzrə ödənilmişdir. Belə ki, "xxxx" MMC fəaliyyət göstərdiyi Bakı şəhəri, Xətai rayonu, Camal Hacıəliyev küç 28D ünvanında yerləşən 8915.5 kv.m. sahəsi olan əmlak kompleksini xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ilə aylıq icarə haqqı 10.000,00 manat olmaqla fiziki şəxs X1 icarəyə götürmüşdür. Müəssisədə aparılmış OVN tədbiri zamanı götürülmüş elektron yaddaş qurğusunda olan “arena bash buqalter pk” papkasındakı “Raboçiy stol” papkasında olan “realizəsiyə arena” adlı excel cədvəlində 2021-ci ilin iyun-dekabr ayları üzrə ödənilmiş icarə haqları barədə rəsmi və qeyri-rəsmi göstəriciləri özündə əks etdirən məlumatlar aşkar edilmişdir. Səyyar vergi yoxlaması ilə yoxlamaya təqdim olunmuş sənədlər və OVN tədbiri zamanı götürülmüş elektron yaddaş qurğusunda olan məlumatlar əsasında yoxlama ilə əhatə olunan dövr (2ci rüb 2021 - 2-ci rüb 2022) üçün 47.092,21 manat məbləğində ödəmə mənbəyində tutulan vergi hesablanmışdır (336.372,90 * 14%). Səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 67.1.9-cu, 124.1-ci maddələrinə əsasən yoxlanılan dövr üzrə büdcəyə çatası ödəmə mənbəyində tutulan vergi 47.092,21 manat məbləğində müəyyən edilmiş, bəyannamələrlə hesablanmış 19262,19 manat vergi məbləği nəzərə alınmaqla büdcəyə əlavə olaraq 27830,02 manat ÖMV (47.092,21 - 19.262,19) hesablanmışdır (o cümlədən: 2021-ci ilin 2ci rübü üzrə 4.985,81 manat, 3-cü rübü üzrə 6.940,21 manat, 4-cü rübü üzrə 15.904,00 manat). Beləliklə, səyyar vergi yoxlaması nəticəsində büdcəyə əlavə dəyər vergisi üzrə 213.796,80 manat, aksiz vergisi üzrə 656.640,00 manat, mənfəət vergisi üzrə 17.820,12 manat və ödəmə mənbəyində tutulan vergi üzrə 27.830,02 manat olmaqla, cəmi 916.086,94 manat məbləğində əlavə vəsait hesablanmışdır. Yoxlama nəticəsində Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ümumi vergilərin 916.086,94 manat məbləğində azaldılmasına görə 50% miqdarında, yəni 458.083,47 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Müəssisənin direktoru yoxlama aktı ilə hesablanmış vergilərlə qəti şəkildə razı olmadıgını, yoxlama ilə vergilərin əsassız hesablandıgını və şişirdildiyini bildirmiş, göstərilən səbəblərdən yoxlama aktının imzalamaqdan imtina etmiş, lakin tanışlıq üçün qəbul etmişdir. - X3 cavabdehə verdiyi xx.xx.2022-ci il tarixli izahatında bildirmişdir ki, “X7 “Arena- Lyuks" MMC-nin təsisçisiyəm. Müəssisə xx.xx.2021-ci il tarixdə vergi orqanında uçota duraraq ********** saylı VÖEN almışdır. Müəssisənin direktor vəzifəsini öz üzərimə götürmüşəm və faktiki rəhbəri özüməm. Müəssisə xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 8915.5 kv/m, olan spirtli içkilərin istehsalı təyinatlı əmlak kompleksini bütün avadanlıqları, inzibati binadakı əsas vəsaitlərlə birlikdə X1 aylıq icarə haqqı 10000,00 (on min) manat olmaqla icarəyə götürərək içməli spirt və araq istehsalı ilə məşğul olmuşdur. Müəssisə xx.xx.2021-ci il tarixdə ƏDV qeydiyyatına duraraq fəaliyyətə başlamışdır. Mən əvvəllər heç vaxt spirtli içkilərin istehsalı və satışı fəaliyyəti ilə məşğul olmamışam, bu sahədə səriştəm olmayıb. Ona görə müəssisə araq satışı bazarında münasib yer tuta bilməmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixli icarə müqaviləsi ilə 800.0 kv/m. təşkil edən araq İstehsalı sahəsini (süzmə sexini) ”B9 Agency" MMC-yə (VÖEN **********) aylıq icarə haqqı 2000.00 (iki min) manat olmaqla icarəyə verilmişdir. Həmin müəssisənin adı indi "xxxx" MMC-dir. Hazırda “Arena - Lyuks" MMC yalnız içməli spirt istehsalı və satışı ilə məşğul olur. Spirt istehsalında buğda unundan istifadə edilmişdir. Yuxarıda qeyd etdiyim kimi, əmlak kompleksini bütün avadanlıqları, İnzibati binadakı əsas vəsaitlərlə, o cümlədən üç ədəd kompyüter avadanlıqları, ofis ləvazimatlan ilə birlikdə icarəyə götürmüşəm, müəssisə tərəfindən heç bir əsas vəsait alınmamışdır, mühasibatlıqda icarəyə götürülmüş kompyuterlərdən istifadə olunmuşdur. Ona görə də elektron daşıyıcılarda olan məlumatların kimə aid olduğu və kim tərəfindən işlənildiyi barədə heç nə deyə bilmərəm. Müəssisənin mühasibat uçotunu əks etdirən bütün əməliyyatlar baş mühasib tərəfindən aparılır, baş mühasibinin istifadə etdiyi kompyüterə tədbir zamanı baxılmış, həmin komyüterin yaddaşından heç bir məlumat götürülməmişdir. Mən özüm kompyüterdə işləməyi bacarmıram, mühasibin dediyinə görə mühasibat uçotunu 1C formasından istifadə etməklə aparır. Digər komyüterlərdən isə müxtəlif vaxtlarda müxtəlif işçilər müvafiq müqavilələrin, əmrlərin, ərizələrin və digər bu kimi sənədlərin işlənməsində istifadə etmişlər. Keçirilən tədbir zamanı yalnız müxtəlif ölçülü boş butulkalarda çeşid fərqi aşkar edilmiş və alışı olmayan mal kimi aktlaşdırılmışdır. Mühasibin verdiyi məlumata əsasən həmin nöqsan aradan qaldırılmış və mühasibatlıqda mədaxil edilmişdir. Bildiyim qədər bizdən əvvəl “Azəri" MMC adlı müəssisə fəaliyyət göstərmişdir. Ümumiyyətlə əvvəllər kimlərin fəaliyyət göstərdiyini icarədar daha yaxış bilər. Müəssisə fəaliyyətə başlayandan bır neçə gün sonra, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müəssədə vergi orqanı tərəfindən nəzarət postu (aksiz) tətbiq edilmişdir. Müəssisə fəaliyyətə başladığı vaxtdan mühasibə göstəriş vermişəm ki, bütün vergilər və DSMF ödənişləri düzgün hesablansın və vaxtında ödənilsin. Bunu vergi orqanına təqdim edilmiş bəyannamələr və ödənişlər də təsdiq edir. Belə ki, mühasibin mənə verdiyi məlumata görə yoxlanılan dövr üzrə müəssisənin 6,8 milyon manata yaxın ümumi təqdim edilmiş dövriyyəsi olmuş, onun müqabilində 3,8 milyon manat məbləğində vergilər ödənilmişdir. Müəssisədə ümumiyyətlə qara mühasibatlıq aparılmayıb və bu barədə heç kimə göstəriş verməmişəm. Özüm isə yuxarıda qeyd etdiyim kimi kompyüterdə işləməyi bacarmıram. Əgər qara mühasibatlıq aparılsaydı 2021-ci ilin sonu və 2022-ci ildə də nəsə aşkar edilərdi. Ona görə də qeyd etdiyiniz qeyri-rəsmi satış dövriyyələrini və ödənişləri fakt kimi qəbul etmirəm. Mən, rəhbərlik etdiyim müəssisənin nümunəvi vergi ödəyicisi olmasına çalışmışam. Sözsüz ki, iş olan yerdə müəyyən nöqsanların olması mümkündür. Müəssisədə hər hansı nöqsan olarsa aradan qaldırarıq. İzahatda qeyd etdiklərimin nəzərə alınmasını xahiş edirəm.” - Bakı şəhəri Lokal Gəlirlər Baş İdaərisinin xx.xx.2022-ci il tarixli **********511000 nömrəli məktubundan görünür ki, iddiaçı ilə eyni xüsusiyyətli və ya eyni cinsli malları istehsal etmiş (eyni növ və keyfiyyət xüsusiyyətləri nəzərə alınmaqla), eyni dövr üzrə eyni ərazidə fəaliyyət göstərmiş analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi müəyyən edilməmişdir. - Cavabdehin xx.xx.2023-ci il tarixli tələbnaməsindən görünür ki, iddiaçıdan büdcəyə ödənilməli olan 1374170.41 Azərbaycan manatı və 0.00 ABŞ dolları vəsait 5 gün müddətində yerli xəzinə orqan(lar)ının hesablarına ödənilməsi tələb olunmuşdur. - xx.xx.2023-cü il tarixli “Səyyar vergi yoxlaması aktına baxılma haqqında” protokoldan görünür ki, Səyyar vergi yoxlaması aktına baxılma prosesində Vergi Cinayətlərinin İbtidai Araşdırılması Bas İdarəsinin Audit şöbəsinin rəisi X2, həmin şöbənin böyük dövlət vergi müfəttişi X13 oqlu və "xxxx" MMC-nin (VÖEN: **********) direktoru X11 oqlu, təsisçisi (əvvəlki direktor) X10 oqlu, etibarnaməyə əsasən səlahiyyətli nümayəndəsi X14 oqlu iştirak etdilər. Vergi orqanı tərədindən müəssisəyə xx.xx.2023-cü il tarixli **********034600 nömrəli dəvət məktubu göndərilmişdir. Baxılma prosesində səyyar vergi yoxlaması aktı ilə əlavə hesablanmış vergilər və tətbiq edilməsi təklif olunan maliyyə sanksiyaları bir daha nəzərdən keçirildi, aktda göstərilən mənfəət vergisinin 2021-ci il üzrə 17820,12 manat azaldılması, aksiz vergisinin 2021-ci ilin oktyabr- dekabr ayları üzrə 656640,00 manat azaldılması, əlavə dəyər vergisinin 2021-ci ilin oktyabr- dekabr ayları üzrə 213796,80 manat azaldılması, ödəmə mənbəyində tutulan verginin 2021-ci ilin iyundekabr ayları üzrə 27830,02 manat azaldılması halları müzakirə edildi. İddiaçı MMC-nin rəhbəri yoxlamanın nəticəsi ilə razılaşmadığına görə xx.xx.2022-ci il tarixli **********161517 saylı səyyar vergi yoxlaması aktını imzalamaqdan imtina etmiş, əlavə olaraq səyyar vergi yoxlaması aktına etiraz barədə Baş İdarəyə xx.xx.2023-cü il tarixli (d/o xx.xx.2023, AVİS nömrəsi **********313900) şikayət məktubu göndərmişdir. Şikayət məktubunda müəssisədə keçirilən OVN tədbiri zamanı götürülmüş elektron yaddaş qurğusunda olan məlumatların İddiaçı MMC-yə məxsus olmadığı və MMC-nin təsərrüfat əməliyyatları ilə hər hansı bağlılığının olmadığı, yoxlama ilə hesablanan vergilərin həmin məlumatlar əsasında hesablandığı üçün əsassız hesablama kimi qiymətləndirilmiş və etiraz məktubunda göstərilənlərin Vergi Məcəlləsinin 39-cu maddəsinə əsasən yoxlama materiallarına baxılması zamanı nəzərə alınması xahiş edilmişdir. Müzakirə zamanı İddiaçı MMC-nin baxılmada iştrak edən nümayəndələrinin etiraz məktubunda göstərdikləri iradları dinlənildi və protokollaşdırıldı.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı oldugundan təmin edilməlidir. İddiaçı hazırki iddia tələbində cavabdehin onun barəsində qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarını mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın qərarı qanunsuz və əsassız olmuşdur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya Qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 38. Səyyar vergi yoxlaması, vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: ... Maddə 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Məhkəməsi tərəfindən işin araşdırılan halları ilə müəyyən olunur ki, cavabdeh Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********161215 saylı qərarı əsasında İddiaçı MMC barəsində Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə aprel 2021 – iyun 2022-ci illər üzrə vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Məhkəmə səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə vergi orqanlarının qəbul etdiyi qərarla bağlı ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmirlər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin (rəhbərin müavini) bu barədə qərarı tələb olunur. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi orqanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm də məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmə imkanı verilir. Belə olan halda isə, yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisini vergi məsuliyyətinə cəlb etmə barədə qərarı ilə vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər ki, bu da onu deməyə əsas verir ki, məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmış olur. Qeyd edilənlərə əsasən, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməzlər. Həmin qərarlar “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi anlamında cavabdehin xidməti vəzifəsinə görə öz təşəbbüsü ilə inzibati icraatın başlanılması kimi qəbul edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilə bilməməsi, həmin yoxlamanın keçirilməsinin qanuniliyini qiymətləndirmək imkanından məhrum etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş akt əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda, inzibati məhkəmə icraatında həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Bu isə aşağıdakı səbəblərdən irəli gəlir. Qeyd edildiyi kimi, səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, müəyyən qanunda konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına, o cümlədən VM-in 38.3.5-ci maddəsinə istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verır. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-583/2023 saylı iş üzrə xx.xx.2023cü il tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə xüsusi olaraq vurğulamışdır ki, VM-in 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin maddəyə ümumi şəkildə istinad edilməsi yolverilməzdir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Lakin hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh tərəfindən dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamışdır. Məhkəmə xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmənin hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Qeyd edilənlərdən əlavə, iddiaçı barəsində aparılmış səyyar vergi yoxlaması nəticəsində hesablanan vergilərin əsasını “qara mühasibatlıq” sənədləri təşkil edir. Cavabdehin qeyd olunan sənədlər əsasında vergi hesablanmasının qanuniliyinə dair əsas dəlili ondan ibarətdir ki, həmin sənədlər vergi ödəyicisinin təsərrüfat subyektindən götürüldüyündən mənbəyi bəllidir və bu sənədlər əsasında iddiaçıya vergilərin hesablana bilməsi vergi qanunvericiliyində birbaşa nəzərdə tutulmuşdur (Vergi Məcəlləsinin 67.1.9-cu maddəsi). Belə ki, cavabdehin xx.xx.2022-ci il tarixli **********1021 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarına əsasən keçirilən operativ vergi nəzarətinin tədbiri zamanı iddiaçı "xxxx" MMC-nin ünvan 2 ünvanda yerləşən istehsal sexindən götürülmüş elektron yaddaş qurğusunda olan “suzanna muh komekchisi” papkasındakı “2021” papkasında olan “Debitorlar, Kreditorlar, üzləşmə aktı” papkasındakı “Spirt hərəkəti-debitor” adlı excel cədvəlində 2021-ci ilin oktyabr-dekabr ayları üzrə rəsmi və qeyri-rəsmi 283700.00 litr miqdarında spirt satışı məlumatları aşkar edilmiş, bundan yalnız 68000.00 litr miqdarında spirt satışı elektron qaimə fakturalarla rəsmiləşdirilmiş, 215700.00 litr satış isə rəsmiləşdirilmədiyindən satışı qeyd edilən excel cədvəlində göstərilən qiymətlər əsasında 1401556,80 manat (ƏDV daxil) müəyyən edilmişdir. Buna əsasən cavabdeh tərəfindən Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən iddiaçıya əlavə olaraq 213.796,80 manat (1401556,80/1,18 x 18%) ƏDV hesablamışdır. Mənfəət vergisi üzrə iddiaçı müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş 2021-ci ilin yekunu üzrə cari mənfəət vergisi bəyannaməsində kameral vergi yoxlaması nəticələri nəzərə alınmaqla malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) ümumi gəlirin 1.528.437,69 manat, ümumi gəlirdən çıxılan xərclərin 1.274.445,63 manat (o cümlədən: əmək haqqı 149.299,77 manat, sosial sığorta haqları 31.721,24 manat, xammal və materiallar 777.656,08 manat, icarə haqqı 75.187,09 manat, enerji xərcləri 36.127,32 manat, qaz xərcləri 104.147,58 manat, su və kanalizasiya xərcləri 65.693,23 manat, rabitə xərcləri 1.628,69 manat, bank xidməti üzrə xərclər 6.524,72 manat, sair xərclər 9.641,27 manat, təmir xərcləri 10.703,40 manat, digər xərclər 6.115,24 manat), vergiyə cəlb olunan mənfəətin 253.992,06 manat va mənfəət vergisinin 50.798,41 manat olduğu göstərilmişdir. Lakin cavabdeh orqan səyyar vergi yoxlaması ilə yoxlamaya təqdim olunmuş sənədlər və OVN tədbiri zamanı götürülmüş elektron yaddaş qurğusunda olan məlumatlar əsasında müəssisənin 2021-ci ildə ümumi gəlirinin 2.058.555,99 manat olduğunu müəyyən etmişdir. Bu zaman cavabdeh guya analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicisinin vergi orqanlarında olan məlumatlarından istifadə edilməsinə zərurət yarandığından xx.xx.2022-ci il tarixli **********705700 nömrəli məktubla "xxxx" MMC-nin vergi ödəyicisi kimi qeydiyyatda olduğu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal gəlirlər Baş İdarəsinə müraciət etmiş, lakin eyni xüsusiyyətli və ya eyni cinsli malları istehsal etmiş (eyni növ və keyfiyyət xüsusiyyətləri nəzərə alınmaqla), eyni dövr üzrə eyni ərazidə fəaliyyət göstərmiş analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisi müəyyən edilməmişdir. Cavabdeh aktda göstərdiyi kimi qeyd olunan xərcləri Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatlar əsasında müəyyənləşdirmək mümkün olmadığından Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən vergi ödəyicisinin vergiyə cəlb edilən gəlirini Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarına əsasən müəyyən edilmiş 2.058.555,99 manat gəlirə görə 20% şərti rentabellik norması tətbiq edilməklə mənfəət vergisini 68.618,53 manat məbləğində müəyyən etmişdir. Lakin iddiaçının bəyannamə ilə hesablanmış 50.798,41 manat vergi məbləği nəzərə alınmaqla əlavə olaraq 17.820,12 manat mənfəət vergisi hesablanmışdır. Aksiz vergisi üzrə müəssisə spirt və araq məhsullarının istehsalı və satışı ilə məşğul olduğundan aksiz vergisinin ödəyicisi olmuş, aksiz vergisi bəyannamələri vergi orqanına təqdim etmiş, müəssisə tərəfindən 3.120.898,72 manat aksiz vergisi hesablanmış, alınmış spirt xammalına görə ödənilmiş 64.000,00 manat vergi məbləği əvəzləşdirilərək, büdcəyə ödəməli aksiz məbləği 3.056.898,72 manat (3.120.898,72 - 64.000,00) təşkil etmişdir. Lakin cavabdeh tərəfindən müəssisədə aparılan operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisi tərəfindən 2021ci ilin oktyabr-dekabr ayları üzrə guya qeyri-rəsmi satılaraq bəyan edilməyən 215700.00 litr spirt məhsulu müəyyən edildiyindən büdcəyə əlavə olaraq 656.640,00 manat aksiz vergisi hesablanmışdır. ÖMV üzrə yoxlama ilə əhatə olunan dövrdə müəssisə icarə haqqından tutulan ödəmə mənbəyində verginin ödəyicisi olmuş, ödəmə mənbəyində tutulan verginin bəyannamələri vergi orqanına təqdim edilmiş və 19262,19 manat məbləğində ödəmə mənbəyində vergi tutularaq aidiyyəti üzrə ödənilmişdir. Belə ki, iddiaçının fəaliyyət göstərdiyi Bakı şəhəri, Xətai rayonu, Camal Hacıəliyev küç 28D ünvanında yerləşən 8915.5 kv.m. sahəsi olan əmlak kompleksini xx.xx.2021-ci il tarixli icarə müqaviləsi ilə aylıq icarə haqqı 10.000,00 manat olmaqla fiziki şəxs X1 icarəyə götürmüşdür. Lakin müəssisədə aparılmış tədbiri zamanı götürülmüş elektron yaddaş qurğusunda olan “arena bash buqalter pk” papkasındakı “Raboçiy stol” papkasında olan “realizəsiyə arena” adlı excel cədvəlində 2021-ci ilin iyun-dekabr ayları üzrə ödənilmiş icarə haqları barədə rəsmi və qeyri-rəsmi göstəriciləri özündə əks etdirən məlumatlar əsasında 47.092,21 manat məbləğində ödəmə mənbəyində tutulan vergi hesablanmış, iddiaçının verdiyi bəyannamələrlə hesablanmış 19262,19 manat vergi məbləği nəzərə alınmaqla əlavə olaraq 27830,02 manat ÖMV hesablanmışdır. Beləliklə, də cavabdeh səyyar vergi yoxlaması nəticəsində iddiaçıya əlavə dəyər vergisi üzrə 213.796,80 manat, aksiz vergisi üzrə 656.640,00 manat, mənfəət vergisi üzrə 17.820,12 manat və ödəmə mənbəyində tutulan vergi üzrə 27.830,02 manat olmaqla, cəmi 916.086,94 manat məbləğində əlavə vergi hesablamış və 458.083,47 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bu qərarla razılaşmayan vergi ödəyicisi də həmin qərarı mübahisələndirmişdir. Məhkəmə cavabdehin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq qeyd edir ki, bu dəlillər əsassız olmaqla qanunvericiliyin müddəaları ilə ziddiyyət təşkil edir. Belə ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Başqa sözlə, hazırkı halda sübutetmə yükü cavabdehin üzərindədir. Məhz cavabdeh mübahisələndirilən inzibati aktın əsaslandığı faktların mövcudluğunu sübut etməlidir. İşin hallarından isə müəyyən edilir ki, cavabdeh iddiaçının istehsal sexindən götürülmüş “elektron yaddaş qurğusunda olan “suzanna muh komekchisi” papkasındakı “2021” papkasında olan “Debitorlar, Kreditorlar, üzləşmə aktı” papkasındakı “Spirt hərəkəti-debitor” adlı excel cədvəli, “arena bash buqalter pk” papkasındakı “Raboçiy stol” papkasında olan “realizəsiyə arena” adlı excel cədvəli” əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Bu onunla əlaqədardır ki, inzibati qanunvericiliyin tələbi baxımından, vergi orqanının inzibati icraat zamanı (bu halda növbədənkənar səyyar vergi yoxlaması aparılarkən və müvafiq qərar qəbul edilərkən) işin hallarını obyektiv araşdırmaq vəzifəsi vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməmiş olsun. Belə ki, cavabdeh əldə etdiyi məlumatların həqiqiliyini araşdırmalı, məlumatlar əsasında alıcıları müəyyən etməli, izahatlar almalı, Vergi Məcəlləsi ilə ona verilmiş səlahiyyət çərçivəsində əlavə araşdırma aparmalı idi (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). İddiaçı vergi ödəyicisi kimi vergi qeydiyyatına alındığından və spirtli içkilərin istehsalı fəaliyyəti ilə məşğul olduğundan onun enerjisi, qaz və su sərfiyyatı müəyyən oluna, hansı işçi qüvvəsi ilə qeyd edilən həcmdə istehsalın həyata keçirildiyini “qara mühasibatlıq” sənədləri kimi qəbul etdiyi kağızlardakı məlumatlarla təhlil edib onu digər məlumatlarla qarşılıqlı surətdə araşdıra bilərdi. Vergi Məcəlləsinin tələblərinə əsasən operativ vergi nəzarəti imkanlarından istifadə etməklə, məsələn xronometraj metodu ilə müşahidə apara, bununla da iddiaçının real dövriyyəsini mötəbər sübutlara istinad etməklə müəyyən edə bilərdi. Lakin, cavabdeh yalnız “qara mühasibatlıq” sənədləri əsasında hesablama aparmışdır. Həmçinin, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********1021 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarına əsasən keçirilən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisindən sənədlər və 1 ədəd elektron yaddaş qurğusunda olan məlumatlar götürülmüş və iş materiallarına əlavə edilmiş, lakin iddiaçı müəssisənin səlahiyyətli şəxsi həmin sənədlərin onlara aid olmamasını bildirmiş, həmçinin də onlarda hər-hansı imzanın olması, müəssisənin möhürünün olmasını cavabdeh orqan da sübut edə bilməmişdir. Bundan əlavə, həmin sənədlərdə müəyyən rəqəmlər sadalanmış, həmin rəqəmlərlə riyazi əməliyyatlar aparılmışdır ki, qeyd olunan məlumatlar konkret dövr üzrə real istehsal həcmini müəyyən etməyə imkan vermir. Belə ki, həmin məlumatlardan iddiaçının həqiqətən hər hansı əməliyyat aparmasını (məs.: alqı satqı, təhvil təslim, xidmət göstərilməsi və s.) müəyyən etmək qeyri-mümkündür. Cavabdehin həmin elektron yaddaş qurğusunda olan məlumatların iddiaçıya aid olan sübut kimi istinad etməsi məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki həmin elektron yaddaş qurğusunun iddiaçıya məxsus rəsmi mühasibatlıq sənədi kimi qiymətləndirilə bilməz. Belə ki, elektron yaddaş qurğusunda olan məlumatların iddiaçının fəaliyyəti ilə səbəbli əlaqəsini cavabdeh sübuta yetirməmiş, oradakı yazıların məhz iddiaçının fəaliyyətinə aid olması və onun fəaliyyəti ilə bağlı guya reallığı əks etdirməsi müəyyən edilməmişdir. Müəssisənin direktoru X4 cavabdehə verdiyi xx.xx.2022ci il tarixli izahatından isə göründüyü kimi həmin avadanlıqlar iddiaçının mülkiyyətində olmamışdır, bütün avandanlıqlar, həmçinin komputerlər icarədara aid olmuşdur. Göründüyü kimi cavabdeh inzibati orqan kimi yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmalı, başqa sözlə, iddiaçının real istehsal dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi. Lakin, cavabdeh inzibati orqan bunu etməyərək, əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsinin zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir. Beləliklə, proses iştirakçılarının məhkəməyə verdikləri izahatların təhlili, işdə olan yazılı mülahizələr və işə əlavə edilmiş sənədlərin tədqiqi belə bir nəticəyə gəlməyə əsas verir ki, cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə tam şəkildə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan hallar araşdırılmamış, cavabdeh inzibati orqan iddiaçı ilə bağlı başladığı inzibati icraat zamanı pozuntulara yol verərək iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Beləliklə, işin mövcud və aşkar mübahisəsiz halları (o cümlədən, mübahisələndirilən qərarların inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulması nəticəsində qəbul edildiyinin müəyyənliyi) nəzərə alınmaqla inzibati icraatın tələblərinin pozulmasının mübahisələndirilən sənədlərin qəbuluna təsirini hazırkı icraatda qiymətləndirmək mümkündür. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdeh vergi orqanının iddiaçını vergi məsuliyyətinə cəlb edərək, sonuncuya münasibətdə əlavə vergi məbləğlərinin hesablanmasına və maliyyə sanksiyalarının tətbiq olunmasına əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Digər tərəfdən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1ci maddəsindən irəli gəlir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********168578 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sıgorta və sosial sıgorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

NƏTİCƏVİ HİSSƏ:

İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********168578 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sıgorta və sosial sıgorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilsin. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 6 Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar