Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8316/2023 14.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı Tabaraki Marja cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı tərəflər arasında hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-17/1 nömrəli xx.xx.2023-cü il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdehin üzərinə İddiaçı 28 noyabr 2022-ci il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ərizəçi İran vətəndaşıdır, xx.xx.1990-cı ildə İranın Şiraz şəhərində anadan olub və orada yaşayır. Ərizəçi etnik türkdür və İslamın şiə etiqadına sadiqdir. Ərizəçi subay olduğunu, valideynlərinin hazırda İranın Şiraz şəhərində yaşadığını, bacısı və qardaşının onunla birlikdə Azərbaycan Respublikasına gəldiyini bildirib. O, Şirazda 12 illik ibtidai və orta təhsil aldığını, 1388-1392-ci illərdə (2009-2013) Mərvdəşt Azad Universitetində bakalavr dərəcəsi aldığını, “neft-kimya mühəndisi” ixtisası aldığını bildirib. O, 1393-1401-ci illərdə (2014-2022) “Əfzarə-kimya” şirkətində işlədiyini qeyd edib. Ərizəçi iddia edib ki, o, 2022-ci ilin iyun ayında Şirazın Maliabad şəhərində keçirilən mitinqlərdə iştirak edib, bu səbəbdən dövlət orqanları onun evinə telefon zəngləri edib və bu səbəbdən ailə üzvləri narahat olublar. O, əlavə edib ki, 29 iyul 2022-ci ildə qardaşı və bacısı ilə birlikdə həyatları üçün təhlükə qorxusu ilə İranı tərk edib. X1 səfər etmiş, Dubayda 1 (bir) həftə qaldıqdan sonra Azərbaycan Respublikasına gəlmişlər. O, daha sonra bildirib ki, Şirazda keçirilən etiraz aksiyalarında iştirak etdiklərinə görə özü və bacısı Məryəm İran dövlət orqanları tərəfindən hədələnib. O, Sepah-ın kəşfiyyat idarəsindən (Ettelaat) və inqilab məhkəməsindən davamlı telefon zəngi aldıqlarını və bu səbəbdən həyatlarını təhlükədə hiss etdiklərini izah etdi. Ərizəçinin sözlərinə görə, onlar yalnız qadın hüquqları, geyinmək azadlığı, habelə hicaba qarşı (məcburi örtünmə) tələbi ilə keçirilən aksiyalarda iştirak etsələr də, insanları iğtişaşlara çağırmaqda günahlandırılıblar. O, inqilab məhkəməsi və Sepah-ın kəşfiyyat (Ettelaat) ofisi tərəfindən çağırılaraq təhdid edildiyi mənşə ölkəsini tərk etmək məcburiyyətində olduğunu bildirib. Ərizəçinin sözlərinə görə, onun İran hakimiyyəti tərəfindən təqib edilməsinə səbəb onun şəxsiyyətin etiraz aksiyalarında iştirak edən insanlar arasında yoxlanılması ilə bağlıdır. Ərizəçi 28 oktyabr 2022-ci ildə Azərbaycana gəlib. 27 oktyabr 2022-ci ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti (“DMX”) onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alıb və ərizəçiylə müsahibə aparıb. Ərizəçi bildirib ki, Şirazda keçirilən etiraz aksiyalarında iştirak etdiklərinə görə özü və bacısı Məryəm İran dövlət orqanları tərəfindən hədələndiyi, təqib olunduğu üçün mənşə ölkəsinə geri qayıtmaq istəmir. Ərizəçinin 1951-ci il Konvensiyasına heç bir əlaqənin olmaması, habelə təqib və qərardan əsaslı qorxusu olmadığı üçün rədd edilmişdir. 16 fevral 2023-cu ildə DMX İQ-17/1 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib. DMX qərarını onunla əsaslandırıb ki, ərizəçinin iddiaları əsaslı deyil. Qeyd edit ki, DMX-nin 16 fevral 2023-cü il tarixli qərarı ərizəçiyə 23 fevral 2023-cü ildə təqdim edilib.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı (pasport nömrəsi: U********) ona qaçqın statusunun verilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli İQ-17/1 nömrəli qərar qəbul edilmişdir. Hesab edirlər ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: 1. Şəxs əvvəlcə işgüzar viza almaqla ölkə ərazisində MMC qurub müvəqqəti yaşamaq üçün icazə almaq və ölkədə yaşamaq istədiyini bildirmiş, 2. Öz sosial həyatından, əmək haqqılardan narazı olduğunu bildirməklə əvvəlcə BƏƏ, sonra Azərbaycan Respublikasına gəlmiş, 3. Hər hansı səbəb olmadan onunla İran xüsusi xidmət orqanları tərəfindən edilən təhdidlərə dair dəlil və s. yoxdur, 4. Hələ də, onun işlədiyi müəssisədə qeydiyyatı var, işdən azad olunmamışdır. Şəxsin DMX-yə təqdim etdiyi vəsatətindən görünür ki, onun İran İslam Respublikası, yəni dövlət tərəfindən “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Onun ölkə ərazisinə gəlişi iqtisadi vəziyyətlə əlaqəli olmuşdur. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir.
4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
6. xx.xx.1990-cı il təvəllüdlü X6 U54229885 nömrəli pasporta əsasən İran İslam Respublikasının vətəndaşıdır.
7. xx.xx.1990-cı il təvəllüdlü İran İslam Respublikası vətəndaşı olan, İran İslam Respublikası, Şiraz şəhərində anadan olmuş X7 “Qaçqın statusunun verilməsi haqqında” 28 noyabr 2022-ci il tarixli vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, özü ilə müsahibə keçirilmişdir.
8. X5çqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı təxminən 1376-cı (1997) ildə Shiraz şəhərində məktəbə getmiş, 1-5ci illərdə Şirazda “Mohəyyə” adına məktəbə getmiş, orta sinifləri 7-8-ci sinifləri Şirazda “Moxtamamə” məktəbinə getmişdir. 9-12-ci sinifləri "Əz-Zəhra” məktəbində oxumuşdur. Təxminən 1386-cı (2007) ildə universitetə hazırlıq keçmişdir. 1388-ci (2009) ildə universitetə daxil olmuş, 1392-ci (2013) ildə Şirazla 1 (bir) saatlıq məsafədə yerləşən Mərvdəşt şəhərində yerləşən Mərvdəşt Azad Universitetinin bakalavr səviyyəsini bitirmişdir. Peşəsi neft-kimya mühəndisidir. 1393-cü (2014) ildən etibarən işləyir, Şiraz şəhərində yerləşən “Əfzare Kimya” şirkətində CNC cihazının operatoru kimi işləmişdir. Onun işi məftil kəsimi ilə məşğul olan cihazla idi. Şirkət çox böyük idi. İşin bir hissəsi onda idi. Bu ilə qədər, yəni o, İranı tərk edənə qədər burada işləyirdi. O, işinin mütəxəssisi olmuş, onu işdən buraxmaq istəməzdilər, o, məzuniyyətə çıxmış, problemi həll olunandan sonra qayıtmağı düşünmüşdür. O, yalnız maaşından narazı olmuş, onun işi dəqiqlik tələb etmiş, bəzən əlavələr (padaş) da verirdilər, lakin, az idi, orada ancaq rəhbərliyin pulunu yaxşı verirlər, işçinin puluna çox da fikir vermirlər. Əlbəttə orada işləyən çox işçidən yaxşı alırdı. Bir qadın üçün də, yaxşı maaş sayıla bilərdi. Kişilərə eyni mövqeyə görə daha çox maaş verməmişlər. Maaş bərabər idi. Ola bilərdi ki, kimsə ondan sonra gəlsə də, rəhbərlikdən maaşının artırılmasını xahiş edərdi, artırardılar. Lakin, o, iş yerindən razı idi, hətta ona bir qrup işçiyə rəhbərlik etmək təklif etmişlər, lakin, o ölkədən çıxmalı olmuşdur. O, vətəndaşı olduğu ölkəni tərk etməsi və qaçqın statusu verilməsini xahiş etməsinin səbəbləri kimi, onu və bacısı Məryəmi təhdid etmələrini, rahatlıqlarını pozulduqlarını, həyatı təhlükə hiss etdiklərini bildirmişdir. Təhdid edilmə səbəbləri kimi müxtəlif nömrələrdən zəng edilərək Sepahın Ettalatından olmaları, inqilab məhkəməsindən zənd etmələri olmuşdur. Zəng edib bildirmişlər ki, onlar hansısa təşkilatlara üzv yığılar, camaatı iğtişaşa çağırırlar, gəlib onları aparacaqlar. Baxmayaraq ki, onlar bu işləri etmirlər, ancaq geyim azadlığı istəyirlər. Bir dəfə atasına zəng edib demişlər ki, gəlib qızlarını aparacaqlar. Atası çox xahiş etmişdir ki, etməsinlər. Vətəndaşı olduqları ölkəni tərk etmələrinin başqa səbəbi yoxdur. Atalarına zəng edib dedikdən sonra ki, gəlib qızlarınızı aparacağıq, atası xahiş minnətlə yalvarmışdır ki, etməsinlər. Bundan sonra qərara gəlmişlər ki, ölkəni tərk etsinlər. İrana qayıtmaq istəmirlər. İrana qayıdanda onları tutuba aparmaq təhlükəsi ola bilər. Sonra başlarına nə gələ bilər bilmirlər. Çox adamı aparmışlar, ölüsü qayıtmışdır. Hara aparırlar, kim aparır da, dəqiq bilinmir. Onlar Azərbaycan Respublikasına pənah gətirmişlər. Xahiş edirlər ki, ona və bacısına qaçqın statusu verilsin. İran onlar üçün təhlükəsiz deyildir.
9. Cavabdehin xx.xx.2023-cü il tarixli İQ-17/1 nömrəli “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” Qərarına əsasən, İran İslam Respublikasının vətəndaşı (Pasport: U********), hazırda Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 2 ünvanında müvəqqəti yaşayan, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı 28 noyabr 2022-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə'Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. Ərizəçi qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı İranın Şiraz şəhərində anadan olduğunu, həmin şəhərdə 12 il ibtidai və orta təhsil, 1388-1392-ci (2009-2013) illərdə Mərvdəşt Azad Universitetində bakalavr dərəcəsi üzrə ali təhsil aldığını, "neft-kimya mühəndisi” ixtisasına yiyələndiyini, 1393-cü (2014) ildən etibarən əmək fəaliyyəti ilə məşğul olduğunu, 1393-1401 -ci (2014-2022) illərdə “Əfzare-Kimya” şirkətində işlədiyini bildirmişdir. O, subay olduğunu, 1 qardaşı və 1 bacısının olduğunu, valideynlərinin Şiraz şəhərində yaşadıqlarını, bacı və qardaşının isə özü ilə birlikdə Azərbaycan Respublikasına gəldiklərini qeyd etmişdir. Ölkəni tərk etmə səbəbi barədə danışaraq ərizəçi 2022-ci ilin iyun ayında Şirazda Maliyabadda keçirilən mitinqlərdə iştirak etdiyini, bu səbəblə evlərinə 2 dəfə dövlət orqanları tərəfindən zəng olunduğunu, ailə üzvlərinin bu zənglərə görə narahat olduqlarını, bu səbəblə də 29 iyul 2022-ci il tarixində İranı tərk edərək qardaşı və bacısı ilə birlikdə X4 getdiyini, 1 (bir) həftə Dubayda qaldıqdan sonra ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasına gəldiyini demişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi özünün adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut edərək etibarlı pasportunu təqdim etmiş və bu doğru olaraq qəbul edilmişdir. Aparılmış araşdırma nəticəsində onun həqiqətən də, göstərilən tarixdə ölkəsini tərk etdiyi, 3 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasına gəldiyi, 2 sentyabr 2022-ci il tarixdə Türkiyə Respublikasına getdiyi, həmin tarixdə Azərbaycana geri qayıtdığı, 28 oktyabr 2022-ci il tarixdə Gürcüstan istiqamətində ölkəni tərk etdiyi, yenidən həmin gün geri qayıtdığı məlum olmuşdur. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Şəxs mitinqdə iştirak etdiyini desə də, araşdırma zamanı onun ciddi siyasi fəaliyyətlə məşğul olmadığı, heç bir siyasi hərəkata qoşulmadığı məlum olmuşdur. Ərizəçi dövlət orqanları tərəfindən təqib olunduğunu desə də, müsahibə zamanı onun mitinqdə iştirakından sonra ölkədə qaldığı müddətdə təhdid və ya təqib olunmadığı məlum olmuşdur. Şəxsin inqilab məhkəməsi və Sepahın kəşfiyyat (Ettelaat) idarəsi tərəfindən zəng olunaraq təhdid olunduğunu dediyi halda təxminən 2 həftə müddətində ölkəsində qalması və ölkəsini tərk edən zaman heç bir çətinliklə qarşılaşmaması onun İran İslam Respublikasında ciddi şəkildə təqib olunduğunu şübhə altına almış, bu şübhə ərizəçinin xeyrinə həll edilməmişdir. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı onun irəli sürdüyü səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaç-qın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 16 fevral 2023-cü il tarixli, 4 saylı protokolu). “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın təklifi, həmçinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələbləri nəzərə alınaraq, həmin Qanunun 9-cu və 13-cü maddələri, habelə “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 12-ci və 13-cü bəndləri rəhbər tutularaq, İran İslam Respublikasının vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilmişdir.
10. Cavabdeh tərəfindən inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
11. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hazırki mübahisədə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyini nəzərə alaraq, cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsi zamanı diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunub-olunmamasını, diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilib-keçirilməməsini yoxlayaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
12. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
16. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər
17. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
18. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2023-cü il tarixli qərarının mübahisələndirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
20. Belə ki, Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
21. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
23. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
24. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).
26. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
28. “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. “Qaçqın” – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyətinə, dini etiqadına, müəyyən sosial qrup mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək isəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Maddə 10. 2-ci hissə. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Maddə 13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir.
29. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin «Qayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. 7-9-cu bəndlərinə əsasən: «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir.
30. Məhkəmə iş üzrə cavabdehin gəldiyi nəticə ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi İddiaçı İran İslam Respublikasının vətəndaşıdır. Hazırda Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 2 ünvanında müvəqqəti yaşayan, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı 28 noyabr 2022-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, özü ilə müsahibə keçirilmişdir.
31. Yəni, iddiaçının özü ilə cavabdeh tərəfindən müsahibə keçirilmişdir, başqa sözlə onların dinlənilmə hüququ təmin edilmişdir.
32. Həmçinin iş materiallarından göründüyü kimi, İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı İranın Şiraz şəhərində anadan olduğunu, həmin şəhərdə 12 il ibtidai və orta təhsil, 1388-1392-ci (2009-2013) illərdə Mərvdəşt Azad Universitetində bakalavr dərəcəsi üzrə ali təhsil aldığını, "neft-kimya mühəndisi” ixtisasına yiyələndiyini, 1393-cü (2014) ildən etibarən əmək fəaliyyəti ilə məşğul olduğunu, 1393-1401-ci (2014-2022) illərdə “Əfzare-Kimya” şirkətində işlədiyini bildirmişdir. O, subay olduğunu, 1 qardaşı və 1 bacısının olduğunu, valideynlərinin Şiraz şəhərində yaşadıqlarını, bacı və qardaşının isə özü ilə birlikdə Azərbaycan Respublikasına gəldiklərini qeyd etmişdir. Ölkəni tərk etmə səbəbi barədə danışaraq ərizəçi 2022-ci ilin iyun ayında Şirazda Maliyabadda keçirilən mitinqlərdə iştirak etdiyini, bu səbəblə evlərinə 2 dəfə dövlət orqanları tərəfindən zəng olunduğunu, ailə üzvlərinin bu zənglərə görə narahat olduqlarını, bu səbəblə də 29 iyul 2022-ci il tarixində İranı tərk edərək qardaşı və bacısı ilə birlikdə X4 getdiyini, 1 (bir) həftə Dubayda qaldıqdan sonra ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasına gəldiyini qeyd etmişdir.
33. Bununla yanaşı iş materiallarından görünür ki, ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi özünün adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut edərək etibarlı pasportunu təqdim etmiş və bu doğru olaraq qəbul edilmişdir. Aparılmış araşdırma nəticəsində onun həqiqətən də, göstərilnə tarixdə ölkəsini tərk ediyi, 3 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasına gəldiyi, 2 sentyabr 2022-ci il tarixdə Türkiyə Respublikasına getdiyi, həmin tarixdə Azərbaycana geri qayıtdığı, 28 oktyabr 2022-ci il tarixdə Gürcüstan istiqamətində ölkəni tərk etdiyi, yenidən həmin gün geri qayıtdığı məlum olmuşdur.
34. Bundan başqa iş materiallarından görünür ki, İddiaçı müsahibə zamanı izahatlarından məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Şəxs mitinqdə iştirak etdiyini desə də, araşdırma zamanı onun ciddi siyasi fəaliyyətlə məşğul olmadığı, heç bir siyasi hərəkata qoşulmadığı məlum olmuşdur. Ərizəçi dövlət orqanları tərəfindən təqib olunduğunu desə də, müsahibə zamanı onun mitinqdə iştirakından sonra ölkədə qaldığı müddətdə təhdid və ya təqib olunmadığı məlum olmuşdur. Şəxsin inqilab məhkəməsi və Sepahın kəşfiyyat (Ettelaat) idarəsi tərəfindən zəng olunaraq təhdid olunduğunu dediyi halda təxminən 2 həftə müddətində ölkəsində qalması və ölkəsini tərk edən zaman heç bir çətinliklə qarşılaşmaması onun İran İslam Respublikasında ciddi şəkildə təqib olunduğunu şübhə altına almışdır.
35. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
36. Hazırki qərarın yuxarı hissəsində göstərilmiş qanunvericilik normalarının müddəalarının tələbləri baxımından qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir.
37. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında qаçqın stаtusu irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunan, öz ölkəsinin himayəsindən istifadə edə bilməyən başqa ölkələrin vətəndaşlarına, yaxud vətəndaşlığı olmayan şəxslərə verilir. İddiaçı tərəfindən verilmiş müsahibə və digər sənədlərlə isə müəyyən edilmişdir ki, iddiaçının təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi zamanı diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmuş, diskresion hüquq həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilərək qanunçuluq prinsipinə əməl olunmuşdur.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
39. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
40. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
41. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva