Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-832/2020 22.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «əmrin ona aid hissədə ləğv edilməsi və məcburi buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, cavabdeh tərəfindən qəbul edilmiş 31 oktyabr 2019-cu il tarixli, **********1 №-li əmrin ləğv edilməsinə dair qərar çıxarılmasını və 31.10.2019-cu ildən məcburi işburaxmaya görə işə bərpa olunduğu günə qədər olan əmək haqqının tələb olunmasını xahiş etmişdir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. Sonradan iddia iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 31 oktyabr 2019-cu il tarixli, **********1 №-li əmrinin ona aid hissədə ləğv edilməsi və 31.10.2019-cu ildən məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərində qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci ildə dövlət qulluğuna qəbul olunmaq üçün elan olunan müsabiqədən uğurla keçərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Təsərrüfat şöbəsinin Texniki təminat sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin olmuşdur. 2018ci ildə həmin Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Binəqədi rayonu Məşğulluq Mərkəzində baş məsləhətçi vəzifəsinə keçirilmişdir. 2019-cu ilin yay aylarında X15 adlı bir vətəndaş müraciət edərək, ali məktəbdə əyani formada təhsil aldığını və Mərkəzdə işləyəcəyini söyləmişdir. Ali məktəbdə təhsil ala-ala onu "xxxx" MMC-də sosial işçi işinə qəbul etmişlər. 2019-cu ilin avqust ayında Mərkəz tərəfindən 15 vətəndaşa 21 baş qoyun verilmişdir. 13 vətəndaşa heyvanların verilməsində iddiaçı iştirak etmişdir. Qoyunların təhvil verilməsinə dair sənədlərin (müqavilə, akt, əmlaka dair məlumat, şəkillər, videolar və baytarlıq aktı) MAS (X16)-a yerləşdirilməsində Mərkəzin rəhbərliyinin tapşırığı ilə X9 iddiaçıya köməklik etmişdir. Belə ki, iddiaçı Mərkəzə müraciət edən vətəndaşları qəbul edərkən, ərizə və şikayətlərini cavablandırarkən İbrahim İmanlı iddiaçının elektron imzası vasitəsilə onun istifadəsində olan kompyuterdə qoyunların təhvil verilməsinə dair sənədlərin bəzilərini MAS-a yerləşdirmişdir. Yuxarıda qeyd edilənləri Mərkəzin bir çox işçiləri tərəfindən təsdiqlənmişdir. 31 oktyabr 2019-cu ildə iddiaçıya aid elektron imza vasitəsilə MAS-da İmanlı İbrahimin 26 sentyabr 2019-cu ildə X7 fərdi məlumatları ilə tanış olması səbəbilə heç bir araşdırma aparmadan iddiaçını işdən azad etmişlər. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçıya aid elektron imzadan istifadə edərək şəxslərin fərdi məlumatlarına daxil olub ora baxan şəxs ona rəhbərlik tərəfindən köməkçi təyin edilən İbrahim İmanlı olmuşdur. İddiaçının bu əməldə hec bir təqsiri olmamışdır və o cümlədən, İbrahim İmanlının bu əməli törətməsini əks etdirən səs yazısı vardır. Həmçinin, bu şəxsin həmin hadisəni törətməsi barədə Nazirlikdə izahatı alınmışdır. 28 noyabr 2019cu ildə iddiaçı idarədən əmrinin surətini və əmək kitabçasını almışdır. İddiaçıya görə yuxarıda göstərilən faktlardan da aydın olur ki, o, əmək müqaviləsinə uyğun və rəhbərliyin tapşırığı əsasında iş fəaliyyətini qurmuş və bu vaxta qədər onun barəsində heç bir şikayət olmamışdır. Bununla yanaşı işdən çıxma prosesində də əmək qanunvericiliyinin müddəaları pozulmuşdur. İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6. maddəsinə əsasən işdən azad edilsə də, həmin Qanunun 25-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaya dair 21 may 2020-ci il tarixli, **********6 saylı etirazında bildirilmişdir ki, iddia ərizəsində göstərilən tələblər əsassızdır və məhkəmə tərəfindən iddia təmin edilməməlidir. Belə ki, iddiaçı 31 oktyabr 2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6. maddəsinə əsasən (vəzifələrinin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə) işdən azad edilmişdir. İddiaçı işdən azad edilməsinə əsas Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının daxili nəzarət və audit şöbəsinin 31 oktyabr 2019-cu il tarixli **********9 nömrəli xidməti məruzəsi olmuşdur. Məruzədə göstərilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir sıra əməkdaşları tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə digər şəxslərə məxsus fərdi məlumatların əldə olunması barədə daxil olmuş məlumat Nazirliyin Aparatının daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Binəqədi rayon X3 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunun baş məsləhətçisi İddiaçı elektron imzası vasitəsilə 26.09.2019-cu il tarixdə X11 üçün vətəndaşın məlumatı olmadan Məşğulluq Altsistemində işaxtaranın anket forması yaradılmış, lakin təsdiq edilməmişdir. Bununla da, B.Mehtiyev fiziki şəxsə aid olan məlumatları qanunsuz yolla əldə etməklə qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21.01.2020-ci il tarixli, 2-1(102)-225/2020 nömrəli qərarına istinadən qeyd edilə bilər ki, iddiaçının dövlət qulluğuna Əmək Məcəlləsinin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla deyil, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsi ilə xitam verildiyindən Həmkarlar İttifaqının rəyinin alınması zəruri olmasa da, həmin rəy təqdim edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 22 may 2020-ci il tarixdə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, ona aid elektron imzadan istifadə edilməklə xəbəri olmadan MAS-da İmanlı İbrahim adlı şəxs tərəfindən 26 sentyabr 2019-cu il tarixdə X7 fərdi məlumatları ilə tanış olması səbəbilə onu işdən azad etmişlər. Baş vermiş bu haldan o, sonradan xəbər tutmuşdur. Üçüncü şəxslərə aid məlumatların əldə edilməsi və kənara sızdırılması onun tərəfindən edilməmişdir. Üçüncü şəxslərə aid məlumatlara sadəcə maraq üçün baxılmışdır. Baş verən halların səbəbkarı adını yuxarıda çəkdiyi şəxs, onun köməkçisi İmanlı İbrahim adlı şəxs olmuşdur. Bu halda təqsirli hesab edilməsi hüquqi prinsiplərin və qanunvericiliyin bir çox tələblərinin pozulmasıdır. Bir neçə dəfə işə bərpa edilməsi barədə cavabdehə müraciət etsə də, məsələ öz müsbət həllini tapmamışdır. İddiaçı izahatının sonunda iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etirazda göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməməsiniməhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İşə əlavə edilmiş Dövlət İqtisad Universiteti 1 nömrəli yataqxana tərəfindən verilmiş 22.04.2020-ci il tarixli arayışdan məlum olur ki, xx.xx.1975-ci il təvəllüdlü Cəbrayıl rayon sakini İddiaçı, həqiqətən, qaçqın düşmüş və hal-hazırda ünvan 2 ünvanında yerləşən AzDİU-nun 1 nömrəli yataqxanasında müvəqqəti məskunlaşmışdır. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsində qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Hazırki iş üzrə iddiaçının əsas tələbi – tutduğu vəzifədən azad edilməsi barədə əmrin ləğv edilməsi ilə yanaşı məcburi buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsi barədə əlavə tələb də irəli sürmüşdür. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 32.1 və 37-ci maddələrinin tələblərindən çıxış edərək hər iki tələbin bir icraatda baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş: - 22.11.2010-cu il tarixdə Saatlı RPŞ tərəfindən verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, xx.xx.1975-ci il tarixində Cəbrayıl rayonu, B.Mərcanlı kəndində doğulmuş İddiaçı yaşayış yeri üzrə Cəbrayıl rayonu, B.Mərcanlı kəndində ünvanında qeydiyyatdadır; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili Nəzarət və audit şöbəsinin müdiri tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə ünvanlanmış 31.10.2019-cu il tarixli yazılı məruzədə aşağıdakılar göstərilmişdir: “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir sıra əməkdaşları tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə digər şəxslərə məxsus fərdi məlumatların əldə olunması barədə daxil olmuş məlumat Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Binəqədi rayon X3 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunun baş məsləhətçisi İddiaçı elektron imzası vasitəsilə 26.09.2019-cu il tarixdə X11 üçün, həmin sektorun aparıcı məsləhətçisi X4 elektron imzası vasitəsilə isə 04.09.2019-cu il tarixdə X6 üçün vətəndaşların məlumatları olmadan Məşğulluq Altsistemində (bundan sonra MAS) işaxtaranın anket forması yaradılmış, lakin təsdiq edilməmişdir. İddiaçı və T.Məmmədov izahatlarında həmin anket formalarının yaradılması barədə məlumatlarının olmadığını, ehtiyatsızlıqları səbəbindən elektron imzalarından digər şəxslərin istifadə etdiyini, həmçinin adları qeyd edilən vətəndaşlar haqqında məlumat əldə etmədiklərini bildirmişlər. Araşdırmanın gedişində həmçinin Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Sabirabad rayon X3 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunun müdiri X2 izahatına əsasən Nazirliyin rəhbərliyi, eləcə də digər ali və yüksək kateqoriya dövlət orqanlarının vəzifəli şəxsləri üçün MAS-da işaxtaranın anket formasını yaratdığı, həmçinin "Giriş-çıxış və qeydiyyat" X1 Axtarış Sistemi (bundan sonra İAMAS) vasitəsilə onlar barədə əldə olunan məlumatlardan şəxsi maraqları üçün istifadə etdiyi aşkarlanmışdır. S.Sultanov izahatında etiraf etməsə də, əldə onunan məlumatların 3-cü şəxslərə verilməsi ehtimalı istisna deyildir. İddiaçı, T.Məmmədov və S.Sultanov “İnformasiya əldə etmək haqqında" və "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq, fərdi məlumatların konfidensial hesab olunduğunu və şəxsin yazılı razılığı olmadığı halda bu barədə məlumatların 3-cü şəxslərə verilməsinin qadağan olunduğunu, habelə "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 8ci və 17-ci maddələrinə əsasən fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığının təmin edilməsi zərurətini və xidməti fəaliyyəti zamanı əldə etdikləri məlumatları şəxsi maraqları üçün istifadəsinin yol verilmədiyini nəzərə almadan müvafiq Qanunların tələblərini pozmuşlar. Qeyd olunanları nəzərə alaraq əmək funksiyalarının icrasında yol verdikləri nöqsanlara görə Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Binəqədi rayon X3 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunun baş məsləhətçisi İddiaçı, həmin sektorun aparıcı məsləhətçisi X18 oqlu və Sabirabad rayon X3 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunun müdiri X5 barədə intizam tənbeh tədbirlərinin görülməsi üçün Nazirliyin Aparatının dövlət qulluğu və Kadr məsələləri şöbəsinə göstəriş verməyinizi Sizdən xahiş edirəm”. - Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı Şəhəri X13 İttifaqı Komitəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdirinə ünvanlanmış 30.10.2019-cu il tarixli məktubda aşağıdakılar göstərilmişdir: “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhəri Binəqədi rayon X3 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunda baş məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı, həmin sektorda aparıcı məsləhətçi vəzifəsində qulluq keçən X10 və Sabirabad rayon X3 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunda müdir vəzifəsində qulluq keçən X5 ilə bağlanmış əmək müqavilələrinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən xitam verilmə məsələsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhəri X13-İttifaqı Komitəsinin üzvlərinin iştirakı ilə müzakirə edildi. Təqdim edilən məruzəyə əsasən Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhəri Binəqədi rayon X3 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunda baş məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı, həmin sektorda aparıcı məsləhətçi vəzifəsində qulluq keçən X10 və Sabirabad rayon X3 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunda müdir vəzifəsində qulluq keçən X5 dövlət qulluqçusuna həvalə olunmuş vəzifələri yerinə yetirmədiklərinə görə onlarla bağlanmış əmək müqavilələrinə “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsinə etiraz etmirik”; - 31.10.2019-cu il tarixli aktda göstərilmişdir ki, 31 oktyabr 2019-cu il tarixində Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Binəqədi rayon X3 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunun baş məsləhətçisi İddiaçı Nazirliyə dəvət olunaraq, onunla bağlanılmış Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 31 oktyabr 2019-cu il tarixli **********1 nömrəli əmrlə tanış edilmişdir. İddiaçı əmrin surəti və əmək kitabçası təqdim olunmuş, lakin, o, qəbul etməkdən imtina etmişdir; - 18.11.2019-cu il tarixli aktda qeyd edilmişdir ki, 18 noyabr 2019-cu il tarixində Nazirliyin 31 oktyabr 2019-cu il tarixli **********1 nömrəli əmri ilə işdən azad olunmuş Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin Binəqədi rayon X3 və işsiz vətəndaşların sosial müdafiəsi sektorunun baş məsləhətçi vəzifəsində qulluq keçmiş İddiaçı 055 *** ** ** və 051 *** ** ** mobil telefon nömrələri ilə əlaqə saxlanılmış (050 *** ** ** mobil telefon nömrəsi vasitəsi ilə), əmrin surəti və əmək kitabçasının təhvil götürməsi üçün Nazirliyə dəvət olunmuşdur. İddiaçı Nazirliyə yaxınlaşmış, lakin, əmrin surətinin və əmək kitabçasını götürməkdən imtina etmişdir; - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin **********1 saylı, 31.10.2019-cu il tarixli “T.Məmmədovun, İddiaçı və S.Sultanovun tutduqları vəzifələrdən azad edilmələri barədə” əmrinin təsdiq edilmiş surətindən aydın olur ki, həmin əmrlə (1.1-ci bəndinə əsasən) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin işçisi İddiaçı 31 oktyabr 2019-cu il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə müvafiq qaydada xitam verilmişdir. İşə, eyni zamanda, cavabdehin 13.01.2020-ci il tarixli, **********2 saylı məktubu və digər sənədlər də əlavə edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. İşdə olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş əmək kitabçası qeydiyyatı kitabının müvafiq səhifəsinin təsdiq edilmiş surətindən məlum olur ki, iddiaçıya əmək kitabçası 28.11.2019-cu il tarixdə imza edilməklə təqdim edilmişdir. Lakin iddiaçıya onun barəsində qəbul edilmiş əmrin surətinin rəsmi qaydada təqdim edilməsinə dair təsdiqedici sənəd məhkəməyə təqdim olunmamışdır. Göstərilən səbəblərdən məhkəmə işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında məlum olur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin 31 oktyabr 2019cu il tarixli **********9 nömrəli xidməti məruzəsinə əsasən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsinə əsasən, vəzifələrinin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verməsi səbəbi ilə Nazirliyin 31.10.2019-cu il tarixli **********1 nömrəli əmri ilə xitam verilmişdir. İddiaçı tərəfindən əmək vəzifələrinin yerinə yetirilməsi zamanı yol verilmiş pozuntu “İnformasiya əldə etmək haqqında" və "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq, fərdi məlumatların konfidensial hesab olunduğunu və şəxsin yazılı razılığı olmadığı halda bu barədə məlumatların 3-cü şəxslərə verilməsinin qadağan olunduğunu, habelə "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 17-ci maddələrinə əsasən fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığının təmin edilməsi zərurətini və xidməti fəaliyyəti zamanı əldə etdikləri məlumatları şəxsi maraqları üçün istifadəsinin yol verilmədiyini nəzərə almadan müvafiq Qanunların tələblərinin pozulmasından ibarət olmuşdur. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə qeyd edir ki, hazırkı iddia növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisəli inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən müəyyən olunur ki, həmin aktda «İnzibati icraat haqqında» Qanunun 58-ci və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuşdur. Beləliklə, göstərilənlərdən məlum olur ki, iddiaçı tərəf mübahisələndirilən əmrin qanunsuzluğunu o arqumentlə əsaslandırır ki, ona aid elektron imzadan istifadə edərək şəxslərin fərdi məlumatları bilavasitə onun tərəfindən deyil, rəhbərlik tərəfindən əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar qeyri-rəsmi olaraq onun köməkçisi təyin edilmiş şəxs tərəfindən əldə edilmişdir. İddia ərizəsinin məzmunundan və işdə olan sənədlər məlum olur ki, iddiaçı ona təhkim edilmiş elektron imzadan istifadə edilməsi qaydalarına riayət etmədiyini və ehtiyatsızlığa yol verdiyini qəbul edir. Məhkəmə aşağıdakı əsaslara görə iddiaçının gətirdiyi arqumenti onun barəsində verilmiş müvafiq əmrin qanunsuzluğuna səbəb ola biləcək sübutetmə vasitəsi kimi qəbul etmir. “Dövlət qulluğu haqqında” Qanunun 9-cu maddəsinə əsasən, dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. “Dövlət qulluğu haqqında” Qanunun 18-ci maddəsinə əsasən, (18.0.) Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı; 18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə görə həmin Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq intizam tənbehi qaydasında dövlət qulluğundan azad edildikdə dövlət qulluğuna xitam verilə bilər. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur (25.1-ci maddə). Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində dövlət qulluğundan azad edilməsi intizam tənbeh tədbirləri tətbiq edilə bilər (25.2.6-cı maddə). Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur (25.3-cü maddə). Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir (25.5-ci maddə). Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20- 6 ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər (25.6-cı maddə). Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər (25.7-ci maddə). Məhkəmənin araşdırmasından görünür ki, iddiaçı dövlət qulluqçusu kimi ona həvalə edilmiş vəzifələri lazımi şəkildə yerinə yetirməmiş, barəsində araşdırma aparılmış, iddiaçının kobud pozuntulara yol verməsi müəyyən edilmiş, araşdırmanın nəticəsində iddiaçıdan izahat alınmış və araşdırmanın nəticəsindən sonra 1 ay müddətində onun haqqında intizam tənbehi tətbiq edilmişdir. İşin hallarından göründüyü kimi iddiaçı ona təhkim edilmiş və yalnız ona məxsus olan elektron imzadan istifadə qaydalarına riayət etməmiş, bu hal, üçüncü şəxslər barəsində olan fərdi məlumatların onların razılığı olmadan başqa şəxslərə ötürülməsinə gətirib çıxarmış, beləliklə, yuxarıda göstərilmiş qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən elektron imza - digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan, imza sahibini identikləşdirməyə imkan verən verilənlərdir. Qanunun 1.1.6-cı maddəsinə görə elektron imza sahibi öz adından və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona səlahiyyət vermiş şəxs adından çıxış edən fiziki şəxsdir. Qanunun 5.1-ci maddəsinə əsasən elektron imza yaratma məlumatlarından istifadə etməklə imza vasitələri ilə yaradılan elektron imza yalnız öz sahibinə məxsusdur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin tələbinə görə informasiya ehtiyatlarının mülkiyyətçisi və ya Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq informasiya mühafizəsi üçün məsul struktur bölmələr informasiya mühafizəsi tələblərinə əməl edilməsinə nəzarət etmək, bu tələblər pozulduqda isə informasiya ilə işləməyi qadağan etmək və ya dayandırmaq hüququna malikdirlər. “Məlumat azadlığı haqqında” Qanunun 5-ci maddəsində hər kəsin şəxsi və ailə həyatının sirrinin saxlanması məlumat azadlığının həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi təsbit edilmişdir. Qanunun 10-cu maddəsi müəyyən edir ki, alınması məhdudlaşdırılan məlumatlara -dövlət, peşə (vəkil, notariat, həkim), qulluq, bank, kommersiya, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına, terror aktlarına aid olan məlumatlar aiddirlər. Ətraf mühitə dair informasiya müvafiq qanunvericiliklə müəyyən edilmiş hallarda alınması məhdudlaşdırılan məlumata aid edilir. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən əldə olunmasına məhdudiyyətlər qoymaqla fərdi məlumatları xidməti istifadə üçün nəzərdə tutulmuş hesab etmək olar. Qanunun 38.2-ci maddəsinə əsasən fərdi məlumatlar şəxsi və ailə həyatına dair məlumatların məcmusudur. Qanunun 38.4-cü maddəsi müəyyən edir ki, bu maddədə göstərilən fərdi məlumatlar alındığı və ya sənədləşdirildiyi gündən onların əldə olunmasına məhdudiyyətlər qoyulur. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinə əsasən konfidensial fərdi məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun səviyyədə mülkiyyətçi, operator və bu məlumatlara giriş hüququ olan istifadəçilər tərəfindən mühafizə olunmalıdır. Konfidensial fərdi məlumatlar qanunla müəyyən olunmuş hallar istisna olmaqla, üçüncü şəxslərə yalnız subyektin razılığı əsasında verilə bilər. "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qulluqçusu xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir. İddiaçı hesab edir ki, onun barəsində intizam tənbehi tətbiq edilərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin tələbləri pozulmuşdur. Qeyd edilməlidir ki, iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin müvafiq bəndlərində göstərilən əsaslarla deyil, “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsi ilə dövlət qulluğuna xitam verilmişdir. Əmək Məcəlləsinin 5-ci maddəsinin ikinci hissəsinə əsasən, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. “Dövlət qulluğu haqqında” Qanunun 34-cü maddəsində isə qeyd edilir ki, bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin mübahisəli əmri maddi-hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi vaxt qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. İş materiallarından da göründüyü kimi, iddiaçı əmrin əsassız və qanunsuz olmasını iddia etsə də, bu halı təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının ilk tələbi (cavabdehin əmrinin ona aid hissədə ləğvi) əsassız olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan digər törəmə tələbi də, belə bir hüquqi zərurət artıq aradan qalxdığı üçün, müzakirə edilmədən rədd edilməlidir. Azərbaycan Respublikası İPM-in: 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ona aid hissədə ləğv edilməsi və məcburi buraxılmış iş müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tam formada rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 5ƏDRLİK EDƏN: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-832/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-832/2020
22.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver