Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-833/2022 05.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X9 (baş məsləhətçi, ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı kompaniyasının cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı qərarın ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı kompaniyası cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının A17- 7/20, 24 sentyabr 2020-ci il tarixli qərarını ləğv edilməsi, ******* №li (təsviri nişan) Face İD beynəlxalq əmtəə nişanına Azərbaycanda Apple İnc.,kompaniyasının adına qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Aşağıda göstərilmiş beynəlxalq əmtəə nişanı Azərbaycan Respublikasında qeydiyyata alınması üçün təqdim edilmişdir. Nişanın adı (təsviri) və qeydiyyat nömrəsi: ******* No-li Face id, nişanın qeydiyyat tarixi: xx.xx.2018, nişan üzrə qeydiyyata təqdim edilmiş sinif və əmtəələrin X8 üzrə siyahısı: 09- “kompüterlərdə, cib mobil rəqəmsal elektron qurğularında və mobil telefonlarda istifadə ediləsi üçün biometrik autentifikasiyanın və parolun mühafizəsi üçün kompüter aparat vasitələri və proqram təminatı”; Nişanın sahibi və onun ünvanı: Apple İnc., X11 Way, Cupertino CA 95014 (US). Nişanın qeydiyyatının qüvvədə olma müddətinin bitməsi tarixi: xx.xx.2028. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X5 Mərkəzi tərəfindən ******* №-li FaceiD nişanının qeydiyyata alınması haqqında xx.xx.2019-cu il tarixli qərar qəbul edilmişdir və həmin qərar ÜƏMT-nın Beynəlxalq Bürosuna göndərilmişdir və sözügedən, qərar həmin orqan tərəfindən xx.xx.2019-cu il tarixində alınmışdır və daha sonra müvafiq olaraq nişan sahibinə göndərilmişdir. X7 yuxarıda göstərilmiş sözügedən nişanın qeydiyyata alınması haqqında qərarında qeyd edilmişdir ki, nişanın təsviri hissəsinə, hissəsinə Azərbaycanda hüquqi mühafizə verilmişdir, lakin nişanın sözdən ibarət olan hissəsinə, yəni “FACE İD” hissəsinə hüquqi mühafizə verilməmişdir, yəni nişanın sözdən ibarət olan hissəsi mühafizə olunmayan hissə hesab edilmişdir. Ekspertiza Mərkəzi, bundan öncə qeydiyyata təqdim edilmiş “FACE İD” nişanının qeydiyyatından imtina etdiyi səbəblərindən, öncə qəbul etdiyi qərarına qarşı çıxmaması üçün, sonrakı mərhələdə qeydiyyata təqdim edilən yeni “FACE İD” və ya “İD” söz nişanlarının qeydiyyatından imtina etməkdə davam edir, hərçənd ki, aşağıda verilmiş məlumatlardan göründüyü kimi “FACE-İD” nişanı söz nişanı kimi dünyanın əksər ölkələrində qeyd-şərtsiz qeydiyyata alınmışdır. İddiaçı, Apple İnc. X3 tərəfindən ******* №-li FaceiD beynəlxalq əmtəə nişanı üzrə xx.xx.2019-cu il qərarında göstərilmiş, nişanın tərkibində olan «FACE İD» söz elementinin mühafizə olunan elementlər siyahısından çıxarılması haqqında qərarını aşağıda göstərilmiş əsaslar üzrə qeyri-obyektiv və qanuna zidd hesab edərək Ekspertiza Mərkəzinin, sözügedən xx.xx.2019-cu il tarixli qeydiyyatdan qismən imtina qərarına qarşı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasına etiraz ərizəsi verilmişdir. Apellyasiya Şurası A 17-7/20 saylı 24 Sentyabr 2020-ci il tarixli qərarı ilə, Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli qeydiyyatdan qismən imtina qərarının qüvvədə saxlanılması haqqında qərar verilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə oxşar qanunvericiliyə malik bir çox ölkələr, o cümlədən İngilis dilli ölkələrdə, FaceiD nişanı qeydiyyata alınmışdır. Nişanın tərkibində olan FACE İD söz elementi onun 09-cu sinifdə əhatə etdiyiəmtəələrə nisbətdə təsviri xüsusiyyət daşımır. FACE İD söz nişanı internet şəbəkəsi vasitəsi ilə istifadə nəticəsində Azərbaycanda fərqlənmə xüsusiyyəti əldə etmişdir. FaceiD əmtəə nişanı mənşə ölkəsi olan ABŞ-da xx.xx.2018-ci il tarixində ******* № altında əmtəə nişanı qismində qeydiyyata alınmışdır. ******* No-li FaceiD beynəlxalq əmtəə nişanı dünyanın 108 ölkəsində, o cümlədən aşağıda sadalanmış mükəmməl və dəqiq ekspertiza sisteminə malik olan ölkələrdə qeydiyyata alınmışdır: Avstraliya, Danimarka, Avropa Birliyi, Finlandiya, İspaniya, İsveç, İsveçrə, Rusiya, ABŞ və sairə. Bundan əlavə bu nişan milli və regional proseduralar üzrə, o cümlədən aşağıda sadalanmış ölkələrdə, həmçinin qeydiyyata alınmışdır: Avstraliya, Fransa, Yaponiya, Yeni-Zelandiya, Rusiya Federasiyası, Sinqapur, Türkiyə və sairə. İddiaçı onu da qeyd edir ki, Apple İnc. Kompaniyasının adına xx.xx.2017-ci ildə, 09-cu sinifdə eyni əmtəələr üzrə (yalnız təsviri hissədən ibarət olan ******* №-li beynəlxalq əmtəə nişanı dünyanın bir çox ölkələri ilə yanaşı, o cümlədən Azərbaycanda da qeydiyyata alınmışdır və qüvvədədir. İddiaçı, Apple İnc. Kompaniyası 1977-ci ilin yanvar ayında təsis edilmişdir və daha sonra isə kompaniya inkişaf edərək dünyada məşhur və dəyərli kompaniyalardan birinə çevrilmişdir. Apple kompaniyası, mobil kommunikasiya, media qurğularını və fərdi kompüterləri işləyib hazırlayır, istehsal edir, mülki dövriyyəyə daxil edir və çeşidli əlaqəli proqram təminatını, xidmətləri, aksessuarları, şəbəkə həllərini və üçüncü tərəf rəqəmsal kontenti və tətbiqləri satışa çıxarır. Hal-hazırda Apple kompaniyasının məhsullarının və xidmətlərinin siyahısına mobil kommunikasiya qurğusu iPhone, planşet qurğusu iPad, Mac kompüterləri, Apple qoll saatları, Apple TV, o cümlədən məişət və peşəkar istifadə məqsədləri üçün proqram tətbiqləri, aksessuarlar və xidmətlər daxildir. Apple kompaniyasının 40 illik fəaliyyəti dövründə, onun istehsal etdiyi məhsullar və göstərdiyi xidmətlər sonradan dünyada ən çox tanınan və yüksək dərəcədə tələb olunan məhsullar və xidmətlər siyahısına daxil oldu. Bütün dünyada Apple kompaniyası öz məhsullarını, ona məxsus olan yerli pərakəndə Apple Store mağazaları vasitəsi ilə bilavasitə istehlakçılara www.apple.com və üçüncü tərəf şəbəkələr və pərakəndə satış mağazaları vasitəsi ilə həyata keçirir. Məsələn, Azərbaycan Respublikası ərazisində Apple kompaniyası öz məhsullarını Apple Store (azərbaycanca variantı: Alma Store) distributor mağaza şəbəkələri vasitəsi ilə həyata keçirir. FaceiD əmtəə nişanı ilk dəfə 2017-ci il sentyabr ayında iPhone X qurğusu vasitəsi ilə təqdim edilmişdir. FaceiD əmtəə nişanı davamlı olaraq Apple kompaniyası tərəfindən 12 sentyabr 2017-ci il tarixindən istifadə edilir. 12 sentyabr 2018-ci il tarixində Apple kompaniyası Face İD nişanı ilə təchiz edilmiş yeni İPhone XS, İPhone XS Max və iPhone XR qurğularını müştəsilərinə təqdim edtmişdir. 5 noyabr 2018-ci il tarixində Apple kompaniyası FaceiD nişanı ilə təchiz edilmiş yeni iPad Pro qurğusunu təqdim etmişdir. Face İD nişanı Apple kompaniyasına məxsus olan iPhone X, iPhone XS, iPhone XS Max, iPhone XP və iPad Pro qurğularının tərkib hissəsidir. Buna görə də, iPhone X qurğusunu əldə edən hər bir istehlakçı avtomatik olaraq Face İD nişanı ilə qarşılaşır. İddiaçı həmçinin qeyd edir ki, Azərbaycan əmtəə nişanları qanunvericiliyi ilə eyni və ya bənzər olan bir çox ingilis dilli ölkələrdə, o cümlədən ABŞ-da (iddiaçının mənşə ölkəsi), İrlandiyada, Maltada və digər ölkələrdə Face İD əmtəə nişanı (həm söz, həm də birlikdə, yəni söz və görüntü kimi) qeydiyyata alınmışdır, bu da ona dəlalət edir ki, göstərilənləri bir presedent kimi götürərək Ekspertizası Mərkəzi bu nişanı qeydiyyata ala bilər. İddia edilən nişan Paris Konversiyasının 6 quinquies Maddəsinin müddəalarına əsasən qeydiyyata alına bilər. Əsas məqamlardan biri də odur ki, iddia edilən nişan internet məkanında müəyyən zaman ərzində intensiv olaraq istifadə edilir və bu o deməkdir ki, sözügedən nişan həmçinin Azərbaycan İnternet şəbəkəsi istifadəçiləri üçün əlçatandır və istifadə edilir və istifadə nəticəsində “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı Maddəsinin “Ç” bəndinin ikinci abzasına uyğun olaraq istifadə edilmə vasitəsi ilə fərqlənmə qabiliyyəti əldə etmişdir. Face İD sözləri birlikdə ingilis dili lüğətində yer almayıb. Bu sözlər birlikdə işlədildikdə, bu ifadənin onun 09-cu sinifdə əhatə etdiyi əmtəələrə nisbətdə nə dərəcədə təsviri xarakter daşımasını təyin etmək mümkün deyil, bu da ona dəlalət edir ki, nişan onun 09-cu sinifdə əhatə etdiyi əmtəələrə nisbətdə təsviri xarakter daşımır. İddiaçı qeyd edir ki, “İD” hərf birləşməsi, həmçinin “idenfikasiya etmək”, “eyniləşdirmək”, mənasında da işlədilə bilər. İddiaçı israrlıdır ki, “Face İD” termini özlüyündə, nişanın əhatə etdiyi əmtəələrə nisbətdə onları səciyyələndirən hər hansı bir açıq aydın, birbaşa məlumata dəlalət etmir, o cümlədən əmtəələrin xüsusiyyəti, keyfiyyəti, kəmiyyəti, təyinatı, barədə informasiyaya dəlalət etmir. İddiaçı belə bir qənaətə gəlir ki, X6 Mərkəzinin qəbul etdiyi qərarı dəstəkləyərək “Face” və “İD” elementlərini söz və təsviri elementi, biri- birindən ayıraraq, nişanın tərkibinə daxil olan elementlərə ayrı-ayrılıqda qiymət verir. Lakin nişanın fərqləndirici xüsusiyyətə malik olmasının təyin edilməsi zamanı bu nişana bütövlükdə qiymət verilməlidir. Beləliklə, “Face” və “İD” söz elementlərinin ayrı-ayrılıqda və l_w_Jtəsviri elementin əmtəələri təsvir edə bilməsi qeyri-mümkündür, bununla yanaşı bu sözlər birlikdə, yeni bir uydurma ifadə kəsb edir, belə bir yeni ifadənin isə əmtəələrə nisbətdə təsviri xarakter daşıması iradı yanlışdır. İD termininin abstrakt anlayış olması, onun bir məna daşımamasını anlamaq üçün , əlavə məlumat tələb olunur. Hətta "Face ” sözü əmtəələrə nisbətdə hər hansı bir təsviri xüsusiyyət kəsb etsə belə, ““Face" sözü “İD” ilə birlikdə əmtəələrə nisbətdə hər hansı bir təsviri xüsusiyyət daşımır. “Face” və “İD” elementləri, “Apple” kompaniyasının əmtəələrinə nisbətdə kifayət qədər informasiya daşımadığı üçün, istehlakçıdan əlavə addımlar atmaq tələb olunur ki, bu ifadənin mobil qurğularının və kommunikasiya qurğularının açarının açılması və maliyyə əməliyyatlarının həyata keçirilməsi üçün istifadə edilməsi anlamı başa düşülsün. Bütün dünya üzrə Face id nişanının qeydiyyatı Apple kompaniyası, Face İD nişanının qeydiyyata alınması üçün həm söz nişanı qismində, həm stilləşdirilmiş Face İD söz nişanı şəklində, həm də Face id şəklində qeydiyyata təqdim edilmişdir. Bu da ona dəlalət edir ki, bu nişan Apple kompaniyası üçün çox böyük əhəmiyyət kəsb edən bir əmtəə nişanıdır. Apple kompaniyası Face id əmtəə nişanını dünya üzrə 108 ölkədə qeydiyyata aldırmışdır. Face id nişanının, onun sahibinə məxsus olan ticarət nişanı kimi fərqləndirici xüsusiyyətə malik olan əmtəə nişanı olmasını, dünyanın bir çox əqli mülkiyyət qurumları tərəfindən bu nişanın qəbul edilməsi və qeydiyyata alınması bir daha yuxarıda göstərilənləri təsdiq edir. İddiaçı bildirir ki, Face id nişanının yaradılmasında və mülki dövriyyə buraxılması yönümündə Apple kompaniyası uzun müddət ərzində tədqiqatlar aparıb və böyük həcmdə maliyyə vəsaiti sərf edib. Bütün yuxarıda verilmiş məlumatlar və gətirilmiş dəlillər ona dəlalət edir ki, həm Ekspertiza Mərkəzi, həm də Apellyasiya Şurası işin mahiyyətinə səthi yanaşaraq iş üzrə bütün hallara varmayaraq, qeyri-qanuni və əsassız qərarlar qəbul etmişlər. Cavabdeh iddiaya dair yazılı etirazı və etiraza əlavəni məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçı qeyd edir ki, Apple İnc., X11 Way Cupertino, CA 95014 hüquqi şəxsinə məxsus xx.xx.2018 qeydiyyat tarixli N ******* qeydiyyat nömrəli (təsviri nişan) “Face İD beynəlxalq əmtəə nişanı Nitsa təsnifatının 09-cu sinif əmtəələri üzrə Madrid Protokolu əsasında Azərbaycan ərazisində qeydiyyata alınması üçün təqdim edilmişdir. İddiaçı Apple İnc. hüquqi şəxsi ******* beynəlxalq qeydiyyat nömrəli (təsviri nişan) Face İD əmtəə nişanının “FACE İD” elementi disklamasiya olunmaqla mühafizə olunması barədə Ekspertizanın qərarını qeyri-obyektiv və qanuna-zidd hesab etmiş və Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində X4 şurasına etiraz ərizəsi vermişdir. Apelyasiya şurası aşağıdakılara əsasən ərizəni təmin etməmişdir: Qanununun 5-ci maddəsinin “b” bəndində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 4-cü bəndinin “a” yarımbəndində əsasən, fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar (işarələr) qeydə alına bilməz. Belə nişanlara “qrafik xarakterli ifa olmayan, ayrıca şəkildə özündə hərfləri, rəqəmləri əks etdirən nişanlar (işarələr), xətlər, sadə həndəsi fiqurlar, həmçinin tərkibinə daxil olan elementlərin ayrı-ayrılıqda yaratdığı təsəvvürlərdən fərqli olan və kəmiyyətcə başqa təsəvvür yaradan, onların kompozisiya yaratmayan uzlaşmaları, əmtəələrin sadə təsvirləri” aiddir. Bu müddəa Qanunun 5-ci maddəsnin “c” bəndində qeyd edilən şərtlər Qaydaların 4-cü bəndinin “b” yarımbəndində geniş şəkildə açıqlanmışdır: “əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri, tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar (işarələr). Onlara xüsusən aşağıdakılar aiddir: əmtəələrin sadə adı, kateqoriya işarələri, əmtəələrin xassəsinə göstərişlər (o cümlədən təriflər), materialın və ya xammalın tərkibinə göstəriş, əmtəənin qiymətinə, həcminə, çəkisinə göstəriş, əmtəənin istehsal tarixi, istehsalatın yaranma tarixinə dair məlumatlar, müəssisənin istehsal yönümü, istehsalçının və vasitəçi firmanın (yalnız yazı işarəsindən ibarət) ünvanı." Apellyasiya şurası əmtəə nişanını təhlil edib müəyyən etmişdir ki, Face İD əmtəə nişanının tərkibindəki “FACE” Azərbaycan dilinə tərcümədə “üz, sifət, sima və s.” kimi tərcümə edilir, “İD” söz işarəsi ingilis dilində “identification” sözünün qısaldılması olub “(eyniləşdirmə)” “tanınma” mənalarında tərcümə olunur. Apellyasiya şurası qeyd etmişdir ki, Face İD əmtəə nişanının tərkibindəki “FACE İD” elementi iddia olunan əmtəələrin təyinatını, istifadəsi məqsədini ifadə edir və təsviredicidir. Apellyasiya şurası nəzərə alır ki, nişanın əmtəəyə münasibətdə təsviri xarakter daşıması abstrakt formada deyil, iddia sənədində göstərilən əmtəələrə münasibətdə müəyyən edilməlidir. FACE İD adlandırılan üz tanıma texnologiyaları və cihazlar eyniləşdirmə texnologiyalarının tərkib hissəsi kimi müxtəlif təyinatlı tətbiqlər və proqramlarda istifadə olunur. Üz tanıma eyniləşdirmə (identification) texnologiyaları kimi bu növ əmtəələrin xüsusiyyətini, əlamətini bildirir və ümumişlək xarakterli ifadəyə çevrilmişdir. Şərh edilənlərə əsasən, Qaydaların 4-cü bəndinin “a” və “b” bəndlərini nəzərə alaraq və Qanunun 1-ci və 4-cü maddələrini, 5-ci maddəsinin “b” və “c” bəndlərini rəhbər tutaraq Apellyasiya şurası etiraz ərizəsini əsassız hesab etmiş və təmin olunmaması barədə qərar qəbul etmişdir. Göstərilənləri nəzərə alaraq, iddiaçı Apple İnc. tərəfindən cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı verilən iddia ərizəsini əsassız hesab edir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində X4 Şurasının 24 sentyabr 2020-ci il tarixli A17-7/20 saylı qərarından görünür ki, beynəlxalq qeydiyyat nömrəli (təsviri nişan) “Face İD əmtəə nişanının tərkibində olan “FACE İD” elementinə hüquqi mühafizə verilmədən 09-cu sinifin iddia olunan əmtəələri (Computer hardware and Software for secure biometric authentication and password management for use on computers, handheld mobile digital electronic devices and mobile telephones) üzrə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X2 Mərkəzinin qeydiyyata alınması barədə xx.xx.2019-cu il tarixli qərarı barədə Ekspertizanın xx.xx.2019-cu il tarixli qərarına qarşı iddiaçının nümayəndəsi, patent müvəkkili Nümayəndə tərəfindən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apelyasiya şurasına verilmiş etiraz ərizəsi əsassız hesab olunmuş və təmin edilməmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmamalıdır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 5ci maddəsinə əsasən aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir: a) bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına və 4-cü maddəsinə uyğun gəlməyən nişanlar; b) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar; c) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar; ç) şərabların və spirtli içkilərin mənşəyinə aid olmayan, lakin onları eyniləşdirməklə tərkibində coğrafi göstərici saxlayan əmtəə nişanları; d) əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri olan formalar; e) ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan düşməsinə səbəb ola bilən elementlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlar; ə) uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəricidən ibarət əmtəə nişanları; f) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları; g) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının (bundan sonra— “Paris Konvensiyası” adlandırılacaqdır) 6ter maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə nişanları; ğ) müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təltiflər və başqa fərqlənmə nişanları. İddia sənədinin verildiyi tarixədək bu maddənin 1-ci hissəsinin “b”, “c”, “d” bəndlərində göstərilən, lakin istifadəsi zamanı fərqləndirmə qabiliyyətinə malik olan əmtəə nişanının qeydə alınmasından imtina edilə bilməz və ya həmin əmtəə nişanı qeydə alınmışdırsa, qeydə alınma etibarsız sayıla bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 4-cü bəndinə əsasən «Əmtəə nişanları və coğrafi göstəricilər haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə uyğun olaraq, aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir: a) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar (işarələr). Onlara xüsusən aşağıdakılar aid edilir: qrafik xarakterli ifa olmayan, ayrıca şəkildə özündə hərfləri, rəqəmləri əks etdirən nişanlar (işarələr), xətlər, sadə həndəsi fiqurlar, həmçinin tərkibinə daxil olan elementlərin ayrı-ayrılıqda yaratdığı təsəvvürlərdən fərqli olan və kəmiyyətcə başqa təsəvvür yaradan, onların kompozisiya yaratmayan uzlaşmaları, əmtəələrin sadə təsvirləri; “İnzibati icraat haqqında” Azərbaycan Respublikasinin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ******* “FACE İD” beynəlxalq əmtəə nişanının Nitsa təsnifatının 09-cu sinif əmtəələri üzrə qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, Ekspertizanın xx.xx.2019-cu il tarixli qərarı əsasında nişanın “Face İD” elementi disklamasiya (nişanın müstəqil mühafizə obyekti olmayan elementləri) olunmaqla mühafizə olunması qərara alınmış, lakin iddiaçı həmin qərardan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apelyasiya şurasına etiraz ərizəsi vermiş, Apellyasiya Şurası tərəfindən etiraz əsassız hesab olunmaqla təmin edilməmişdir. Apellyasiya Şurası etirazı təmin etməməsini qərarında onunla əsaslandırmışdır ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin (Əmtəə nişanını qeydə almaqdan imtinanın mütləq əsasları) “b" və “c” bəndində qeyd edilən şərtlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu İİ15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydalan”nın 4-cü bəndinin “a" və “b” yarımbəndində geniş şəkildə açıqlanmışdır: “a) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar (işarələr). Onlara xüsusən aşağıdakılar aid edilir: qrafik xarakterli ifa olmayan, ayrıca şəkildə özündə hərfləri, rəqəmləri əks etdirən nişanlar (İşarələr), xətlər, sadə həndesi fiqurlar, həmçinin tərkibinə daxil olan elementlərin ayrı- ayrılıqda yaratdığı təsəvvürlərdən fərqli olan və kəmiyyətcə başqa təsəvvür yaradan, onların kompozisiya yaratmayan uzlaşmaları, əmtəələrin sadə təsvirləri; b) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri, tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar (işarələr). Onlara xüsusən aşağıdakılar aiddir: əmtəələrin sadə adı, kateqoriya işarələri, əmtəələrin xassəsinə göstərişlər (o cümlədən təriflər), materialın və ya xammalın tərkibinə göstəriş, əmtəənin qiymətinə, həcminə, çəkisinə göstəriş, əmtəənin istehsal tarixi, istehsalatın yaranma tarixinə dair məlumatlar, müəssisənin istehsal yönümü, istehsalçının və vasitəçi firmanın (yalnız yazı işarəsindən ibarət) ünvanı; Apellyasiya şurasının müəyyən etdiyi əsas, Face İD əmtəə nişanının tərkibindəki “FACE” Azərbaycan dilinə tərcümədə “üz, sifət, sima və s." kimi tərcümə edilir, “İD” söz işarəsi ingilis dilində “identification” sözünün qısaldılması olub “(eyniləşdirmə)” “tanınma” mənalarında tərcümə olunur. Face İD əmtəə nişanının tərkibindəki “FACE İD” elementi iddia olunan əmtəələrin təyinatını, istifadəsi məqsədini ifadə edir və təsviredicidir. Apelyasiya şurası nəzərə almışdır ki, nişanın əmtəəyə münasibətdə təsviri xarakter daşıması abstrakt formada deyil, iddia sənədində göstərilən əmtəələrə münasibətdə müəyyən edilməlidir. Face İD adlandırılan üz tanıma texnologiyaları və cihazlar eyniləşdirmə texnologiyalarının tərkib hissəsi kimi müxtəlif təyinatlı tətbiqlər və proqramlarda istifadə olunur. Üz tanıma eyniləşdirmə (identification) texnologiyaları kimi bu növ əmtəələrin xüsusiyyətini, əlamətini bildirir və ümumişlək xarakterli ifadəyə çevrilmişdir. Apelyasiya şurası həmçinin ******* beynəlxalq qeydiyyat nömrəli “FACE İD” əmtəə nişanı ilə bağlı Şuranın xx.xx.2020-ci il tarixli A-102/7 nömrəli qərarını nəzərə almışdır. Həmin qərarda Şura “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 4-cü bəndinin “a” və “b” bəndlərini və “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbavcan Respublikası Qanununun 1-ci və 4cü maddələrini, 5-ci maddəsinin “b" və “c” bəndini rəhbər tutaraq ******* beynəlxalq qeydiyyat nömrəli “FACE İD” əmtəə nişanının 09-cu sinfin iddia olunan əmtəələri üzrə qeydiyyata alınmasının rədd edilməsi barədə Ekspertizanın xx.xx.2019-cu il tarixli qərarına qarşı verilmiş etiraz ərizəsini əsassız hesab edərək təmin etməmişdir. Məhkəmə Apellyasiya şurasının gəldiyi nəticə ilə razılaşaraq, hesab edir ki, ******* beynəlxalq qeydiyyat nömrəli (təsviri nişan) “Face İD” əmtəə nişanının tərkibində olan “Face İD” elementinə müstəqil hüquqi mühafizə verilmədən 09-cu sinfin iddia olunan əmtəələri üzrə qeydiyyata alınması barədə Qərar “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olduğundan əsaslı olaraq qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya Şurasının A17- 7/20 №li, 24 sentyabr 2020-ci il tarixli qərarı qanuni əsaslarla qəbul edilmiş, həmin qərarın qəbul edilməsini zəruri edən əsaslar məhkəmə araşdırması zamanı sübut edilmiş, məhkəmə tədqiqatı zamanı qeyd edilən qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, o cümlədən “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı, cavabdehin gətirdiyi dəlilləri təkzib edən və öz tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A LDİ : İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-833/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-833/2022
05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver