Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8331/2022 15.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əmrin iddiaçıya aid hissəsində ləğv edilməsi və iddiaçının N-ci məharət dərəcəsinin bərpa olunması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin iddiaçıya aid hissəsində ləğv edilməsi və iddiaçının N-ci məharət dərəcəsinin bərpa olunması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşagıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N №-li hərbi hissə komandirinin N №-li, xx.xx.N0N0-ci il tarixli əmrinin iddiaçıya aid hissəsində qanunsuz hesab edilərək ləğv edilməsi və iddiaçının N-ci məharət dərəcəsinin bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Müdafiə Nazirinin Müavini - X9 Komandanının “Hərbi qulluqçuların məharət (ixtisas) dərəcələrinin endirilməsi və məhrum edilmələri haqqında” 099 saylı xx.xx.N0N0-ci il tarixli əmrinin N.N.-ci bəndinin “hərbi hissədə daxili xidmətə təyin edilmiş heyətin hazırlanmasına, xidmətin təşkilinə və aparılmasına nəzarəti düzgün təşkil etmədiyinə görə N nömrəli hərbi hissə komandirinin birinci müavini qərargah rəisi polkovnik-leytenant İddiaçı malik olduğu N-ci məharət dərəcəsi N-cü məharət dərəcəsinədək bir pillə aşağı endirilsin” hissəsinin ləğv edilməsi və iddiaçının malik oldugu N-ci məharət dərəcəsinin bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N0N1-ci ildə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin xx.xx.N0N1-ci il tarixli ərizəsinin cavablandırılmamasında ifadə olunan hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi və N №-li hərbi hissə komandirinin 1-ci müavini-Qərargah rəisinin 1N1 №-li, xx.xx.N0N0-ci il tarixli əmrinin iddiaçıya aid hissəsində (N-ci məharət dərəcəsinin ləğv olunması haqqında) etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Belə ki, adıçəkilən əmr buna səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. İddia ərizəsi hakim Orxan Həsənovun icraatına verilmişdir. xx.xx.N0NN-ci il tarixdə iş üzrə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçıya məlum olmuşdur ki, etibarsız hesab olunması tələb olunan əmr (N №-li hərbi hissə komandirinin 1-ci müavini-Qərargah rəisinin 1N1 №-li, xx.xx.N0N0-ci il tarixli əmri) N №-li hərbi hissə komandirinin N №-li, xx.xx.N0N0-ci il tarixli əmri ilə qüvvədən düşmüş hesab edilmiş və həmin əmrlə iddiaçının N-ci məharət dərəcəsi yenidən N-cü məharət dərəcəsinədək bir pillə aşağı endirilmişdir. Hesab edir ki, aşağıda göstərilənlərə əsasən N №-li hərbi hissə komandirinin N №-li, xx.xx.N0N0-ci il tarixli əmri də qanunsuz və əsassız olduğuna görə ləğv edilməli və iddiaçının N-ci məharət dərəcəsi bərpa edilməlidir. Belə ki, N-ci məharət dərəcəsinin N-cü məharət dərəcəsinədək bir pillə aşağı endirilməsi haqqında 100 №-li hərbi hissə komandirinin N №-li, xx.xx.N0N0-ci il tarixli əmri onunla əsaslandırılmışdır ki, hərbi polisin yoxlamasının nəticəsinə görə hərbi hissədə daxili xidmətə təyin edilmiş heyətin hazırlanmasına, xidmətin təşkilinə və aparılmasına nəzarəti düzgün təşkil etmədiyinə görə iddiaçının malik olduğu N-ci məharət dərəcəsi N-cü məharət dərəcəsinədək bir pillə aşağı endirilmişdir. Halbuki, hərbi qulluqçulara məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) kimi məsələləri tənzimləyən Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N016-cı il tarixli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında” Əsasnamənin N7.1-ci bəndində məharət dərəcəsinin hansı hallarda bir pillə aşağı endirilməsi göstərilmişdir. N №-li hərbi hissə komandirinin N №-li, xx.xx.N0N0-ci il tarixli əmrində iddiaçının məharət dərəcəsinin bir pillə aşağı endirilməsinə səbəb olmuş əsaslar (hərbi polisin yoxlamasının nəticəsinə görə hərbi hissədə daxili xidmətə təyin edilmiş heyətin hazırlanmasına, xidmətin təşkilinə və aparılmasına nəzarəti düzgün təşkil etmədiyinə görə) bu Əsasnamənin N7.1-ci bəndində yoxdur. “Hərbi qulluqçuların statusu haqqında“ Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin N-cü bəndində göstərilmişdir ki, heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. N.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə prosesində nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (İPM-nin 6N.N-cü maddəsinə əsasən). Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Cavabdehin etirazında bildirilmişdir ki, iddia ərizəsində göstərilənlər əsassız hesab edilir. Belə ki, X9 (N nömrəli hərbi hissə) Komandanının "Hərbi qulluqçuların məharət (ixtisas) dərəcələrinin endirilməsi və məhrum edilməsi haqqında” N1 iyul N0N0-ci il tarixli 099 nömrəli əmrində göstərilmişdir: hərbi hissədə daxili xidmətə təyin edilmiş heyətin hazırlanmasına, xidmətin təşkilinə və aparılmasına nəzarəti düzgün təşkil etmədiyinə görə N nömrəli hərbi hissə komandirinin birinci müavini-qərargah rəisi polkovnik-leytenant İddiaçı malik olduğu N-ci məharət dərəcəsi N-cü məharət dərəsinədək bir pillə aşağı endirilsin. Belə ki, Naxçıvan Qarnizonu Hərbi Polisi tərəfindən 04 iyul N0N0-ci il tarixdə N nömrəli hərbi hissədə qoşun xidmətinin təşkili yoxlanılmış və bir sıra nöqsanlar aşkar edilmişdir. Hərbi hissə növbətçisi mayor X8 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin N41-ci və N4N-cü maddələrinin tələblərini pozaraq hərbi hissəyə yoxlama məqsədi ilə gələn şəxsləri qarşılamamış, “Qərargahın xidməti otaqlarının açılıb bağlanılması kitabı”nda otaqların bağlanması haqqında qeydlər aparmamışdır. Zenit-raket batareyasının N-cü taqım komandiri leytenant X6 hərbi hissə növbətçisinin köməkçisi və mühəndis istehkam bölüyünün 1-ci taqımının N-ci manqasının əsgəri X5 qərargahın çaparı olduqları müddətdə hərbi hissə komandirinin “N0N0-ci ilin yay tədris dövründə qoşun xidmətinin təşkili haqqında" əmrinin tələblərinə zidd olaraq nəzərdə tutulmayan vaxtlarda istirahət etmələri aşkar edilmişdir. Qeyd olunanlardan da görünür ki, N nömrəli hərbi hissədə Hərbi Polis tərəfindən yoxlama zamanı daxili xidmətin təşkili və aparılması zamanı hərbi intizam qaydalarının kobud şəkildə pozulması aşkar edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin N və 71-ci maddələrində hərbi hissədə daxili xidmətin təşkili və aparılmasına, həmçinin qərargahın və bilavasitə ona tabe olan bölmələrin şəxsi heyətinin hərbi intizamına və tərbiyəsinə cavabdeh şəxsin Qərargah rəisi olduğu göstərilib. Həmin Nizamnamədə yazılıb: 70-ci maddə. Alay (briqada) qərargahı rəisi sülh və müharibə dövründə: alay (briqada) bölmələrinin idarə olunmasının təşkilinə və saxlanmasına; alayın (briqadanın) döyüşə və səfərbərliyə hazırlığına, alayın (briqadanın) döyüş və ictimai-siyasi hazırlığının planlaşdırılmasına; qərargahın və alayın (briqadanın) idarə edilməsini təmin edən bölmələrin hazırlanmasına; qərargahın və bilavasitə ona tabe olan bölmələrin şəxsi heyətinin hərbi intizamına və tərbiyəsinə; alayın (briqadanın) şəxsi heyətinin, silahların, döyüş texnikasının və digər texnikanın, döyüş sursatının uçotunun vəziyyətinə cavabdehdir. 71-ci maddə Alay (briqada) qərargahı rəisinin vəzifəsidir: - zabitlərin, gizirlərin, bölmələrin baş çavuşlarının, həmçinin qərarqahdakı bütün çavuşların və qərargaha bilavasitə tabe olan bölmələrin işgüzarlığını və mənəvi keyfiyyətlərini bilmək; alayda (briqadada) qarovul xidmətinin və daxili xidmətin hazırlanmasının yerinə yetirilməsini təşkil etmək və ona nəzarət etmək; naryada getməzdən qabaq alay (briqada) növbətçisinə, nəzarət-buraxılış məntəqəsi növbətçisinə və alay (briqada) qərargahı növbətçisinə, həmçinin ezamiyyətə gedən bölmə komandirlərinə (komanda rəislərinə) təlimat vermək və bu bölmələrin (komandaların) zəruri olan hər şeylə təmin olunmasını yoxlamaq; Qeyd olunanlara əsasən müəyyən olunur ki, ehtiyatda olan polkovnik-leytenant İddiaçı Nizamnamə ilə ona həvalə olunmuş vəzifələrini düzgün icra etməmiş, nəticədə 04 iyun N0N0-ci il tarixdə hərbi hissədə onun cavabdehlik daşıdığı sahə üzrə hərbi intizam qaydaları kobud şəkildə pozulmuşdur. Buna görə də onun məharət dərəcəsi “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə"nin N7.1.N-cü bəndinə (hərbi intizam qaydaları kobud şəkildə pozulduqda məharət dərəcəsi bir pillə aşağı endirilir) əsasən N-ci məharət dərəcəsindən N-cü məharət dərəcəsinədək bir pillə aşağı endirilmişdir. N. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - EZ nömrəli, ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1996-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətə başlamış və xx.xx.N0N1-ci il tarixdə "Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin "j” bəndinə əsasən ehtiyata buraxılmışdır. Cavabdehin xx.xx.N0NN-ci il tarixli 1N0N saylı etirazından görünür ki, Bakı inzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və üçüncü şəxs N nömrəli hərbi hissəyə qarşı “N nömrəli hərbi hissə komandirinin birinci müavini - qərargah rəisinin xx.xx.N0N0-ci il tarixli 1N1 nömrəli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi, xx.xx.N0N1-ci tarixli müraciətinin cavablandırılmamasına görə vəzifəli şəxslərin hərəkətsizliyinin qanunsuz hesab edilməsi” tələbinə dair işə baxılır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı N7 iyul 1996-cı il tarixdən hərbi xidmətə başlamış və N0 avqust N0N1-ci il tarixdə "Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin "j” bəndinə əsasən ehtiyata buraxılmışdır. Qeyd etmək istəyirəm ki, aşağıdakı səbəblərə görə İddiaçı iddiasını əsassız hesab edir. Belə ki, X9 Komandanının birinci müavini-Qərargah rəisinin 06 iyul N0N0-ci il tarixli 1N1 nömrəli əmrində göstərilmişdir: Naxçıvan Qarnizonu Hərbi Polisinin zabitləri tərəfindən birləşmə və hissələrdə qoşun xidmətinin təşkili yoxlanılmış və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin NN4-N5N-ci maddələrinin pozulması hallarına yol verildiyi aşkar olunmuşdur. 04 iyul N0N0-ci il tarixdə N nömrəli hərbi hissənin növbətçisi mayor X8 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin N41-ci və N4N-cü maddələrinin tələblərini pozaraq hərbi hissəyə yoxlama məqsədi ilə gələn şəxsləri qarşılamamış, “Qərargahın xidməti otaqlarının açılıb bağlanılması” kitabında otaqların bağlanması haqqında qeydlər aparmamışdır. Zenitraket batareyasının N-cü taqım komandiri leytenant X6 hərbi hissə növbətçisinin köməkçisi və mühəndis istehkam bölüyünün 1-ci taqımının N-ci manqasının əsgəri X5 qərargahın çaparı olduqları müddətdə hərbi hissə komandirinin “N0N0-ci ilin yay tədris dövründə qoşun xidmətinin təşkili haqqında" əmrinin tələblərinə zidd olaraq nəzərdə tutulmayan vaxtlarda istirahət etmələri aşkar edilmişdir. Bununla bağlı X9 Komandanının birinci müavini-Qərargah rəisinin 06 iyul N0N0-ci il tarixli 1N1 nömrəli əmri ilə N nömrəli hərbi hissənin sabiq qərargah rəisi İddiaçı malik olduğu N-ci məharət dərəcəsi N-cü məharət dərəsinə dəfə bir pillə aşağı endirilmişdir. Qeyd etmək istəyir ki, İddiaçı malik olduğu N-ci məharət dərəcəsindən bir pillə aşağı endirilməsi X9 Komandanının birinci müavini - Qərargah rəisinin səlahiyyətləri xaricində və Müdafiə nazirinin N1 may N016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında" Əsasnamənin tələblərinə zidd olduğundan X9 Komandanının N1 iyul N0N0-ci il tarixli 099 nömrəli əmri ilə 06 iyul N0N0-ci il tarixli 1N1 nömrəli əmrin ona aid hissəsi (N-cü bəndi) qüvvədən düşmüş hesab edilmiş və Hərbi Polisin yoxlamasının nəticəsinə görə hərbi hissədə daxili xidmətə təyin edilmiş heyətin hazırlanmasına, xidmətin təşkilinə və aparılmasına nəzarəti düzgün təşkil etmədiyinə görə İddiaçı malik olduğu N-ci məharət dərəcəsi N-cü məharət dərəsinədək bir pillə aşağı endirilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 70-ci maddəsi: Alay (briqada) qərargahı rəisi sülh və müharibə dövründə: Alay (briqada) bölmələrinin idarə olunmasının təşkilinə və saxlanmasına; alayın (briqadanın) döyüşə və səfərbərliyə hazırlığına; alayın (briqadanın) döyüş və ictimai-siyasi hazırlığının planlaşdırılmasına; qərargahın və alayın (briqadanın) idarə edilməsini təmin edən bölmələrin hazırlanmasına; qərargahın və bilavasitə ona tabe olan bölmələrin şəxsi heyətinin hərbi intizamına və tərbiyəsinə; alayın (briqadanın) şəxsi heyətinin, silahların, döyüş texnikasının və digər texnikanın, döyüş sursatının uçotunun vəziyyətinə cavabdehdir. 71 -ci maddəsi: Alay (briqada) qərargahı rəisinin vəzifəsidir: qərargahın işini təşkil edib ona gündəlik rəhbərlik etmək; qoşun və xidmət növləri rəislərinin işlərini əlaqələndirmək; - alay (briqada) komandirinin göstərişi ilə alayın (briqadanın) döyüş və ictimai-siyasi hazırlıq planını işləyib hazırlamaq, onun yerinə yetirilməsinə nəzarət etmək; - alay (briqada) komandirinə bilavasitə tabe olan vəzifəli şəxslər və qərargah zabitləri ilə bölmələrin və xidmətlərin vəziyyətini yoxlama planını işləyib hazırlamaq; -alay (briqada) komandirinin və böyük komandirlərin (rəislərin) verdikləri bütün əmr və sərəncamların bölmə və xidmətlərə düzgün və vaxtında çatdırılmasını, onların icrasının yoxlanmasını təşkil etmək; ən vacib sərəncamları şəxsən çatdırmaq və icrasını yoxlamaq; - zabitlərin, gizirlərin, bölmələrin bas çavuşlarının, həmçinin qərargahdakı bütün çavuşların və qərargaha bilavasitə tabe olan bölmələrin işgüzarlığını və mənəvi keyfiyyətlərini bilmək: - alayda (briqadada) qarovul xidmətinin və daxili xidmətin hazırlanmasının yerinə yetirilməsini təşkil etmək və ona nəzarət etmək: naryada getməzdən qabaq alay (briqada) növbətçisinə, nəzarət-buraxılış məntəqəsi növbətçisinə və alay (briqada) qərargahı növbətçisinə, həmçinin ezamiyyətə gedən bölmə komandirlərinə (komanda rəislərinə) təlimat vermək və bu bölmələrin (komandaların) zəruri olan hər şeylə təmin olunmasını yoxlamaq: Bütün bunlar onu göstərir ki, İddiaçı öz vəzifə borclarına laqeyd münasibət göstərmiş və onların icrasına məsuliyyətsiz yanaşmışdır.” - X9 Komandirinin birinci müavini – qərargah rəisinin “Qoşun xidmətinin təşkilində yol verilmiş nöqsanlar və təqsirkar şəxslərin cəzalandırılması haqqında” 1N1 saylı xx.xx.N0N0-ci il tarixli əmrində göstərilmişdir ki, N. hərbi hissədə daxili xidmətə təyin edilmiş heyətin hazırlanmasına, xidmətin təşkilinə və aparılmasına nəzarəti düzgün təşkil etmədiyinə görə N nömrəli hərbi hissə komandirinin birinci müavini qərargah rəisi polkovnik-leytenant İddiaçı malik olduğu N-ci məharət dərəcəsi N-cü məharət dərəcəsinədək bir pillə aşağı endirilsin. - Azərbaycan Respublikası Müdafiə Nazirinin Müavini - X9 Komandanının “Hərbi qulluqçuların məharət (ixtisas) dərəcələrinin endirilməsi və məhrum edilmələri haqqında” 099 saylı xx.xx.N0N0-ci il tarixli əmrində göstərilmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin N7.1-ci bəndinə əsasən: N.N. X9 Komandanının birinci müavini-qərargah rəisinin 06 iyul N0N0-ci tarixli 1N1 nömrəli əmrinin N-cü bəndi qüvvədən düşmüş hesab edilsin və hərbi hissədə daxili xidmətə təyin edilmiş heyətin hazırlanmasına, xidmətin təşkilinə və aparılmasına nəzarəti düzgün təşkil etmədiyinə görə N nömrəli hərbi hissə komandirinin birinci müavini qərargah rəisi polkovnik-leytenant İddiaçı malik olduğu N-ci məharət dərəcəsi N-cü məharət dərəcəsinədək bir pillə aşağı endirilsin. - X7 Maliyyə-Plan şöbəsinin pul təminatı və əmək haqqı bölməsi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçıya N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə N0N0-ci ilin yanvar ayından həmin ilin iyul ayınadək N-ci məharət dərəcəsinə görə pul əlavəsi ödənilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: 4.İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin N.N.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin NN.1-ci maddəsində qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin N5.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi təmin edilərək iddia tələbi üzrə buraxılmış iddia müddəti bərpa olunmuşdur. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə iddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirinin Müavini - X9 Komandanının “Hərbi qulluqçuların məharət (ixtisas) dərəcələrinin endirilməsi və məhrum edilmələri haqqında” 099 saylı xx.xx.N0N0-ci il tarixli əmrinin N.N.-ci bəndinin “hərbi hissədə daxili xidmətə təyin edilmiş heyətin hazırlanmasına, xidmətin təşkilinə və aparılmasına nəzarəti düzgün təşkil etmədiyinə görə N nömrəli hərbi hissə komandirinin birinci müavini qərargah rəisi polkovnik-leytenant İddiaçı malik olduğu N-ci məharət dərəcəsi N-cü məharət dərəcəsinədək bir pillə aşağı endirilsin” hissəsinin qanunsuz hesab edilərək ləğv edilməsi və iddiaçının malik oldugu N-ci məharət dərəcəsinin bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbini irəli sürür. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının iddia ərizəsinin dəlillərinin, iş üzrə verdiyi izahatların, cavabdehin dəlillərinin təhlili onu göstərir ki, iddiaçı məharət dərəcəsinin azaldılması ilə razılaşmır və bunu qanunsuz hesab edir. İlk növbədə hazırkı iş üzrə iddiaçı tərəfindən mübahisələndirilən əmrin qanuniliyinə qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının N6-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Həmin Qanunun N-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə, toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun N-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən hərbi qulluqçu “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlığı, xidmət keçməsi və vəzifəsi nəzərə alınmaqla növbəti hərbi rütbənin vaxtında verilməsi hüququna malikdir. Hərbi xidmət vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərmiş, vəzifə borcunu nümunəvi yerinə yetirmiş zabitlərə növbəti hərbi rütbə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda onların vəzifələri müqabilində nəzərdə tutulmuş hərbi rütbədən bir pillə yüksək və ya verilmiş hərbi rütbədən bir pillə yüksək hərbi rütbə vaxtından əvvəl verilə bilər. Qeyd olunan Qanunun NN-ci maddəsinin ikinci hissəsinə əsasən müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbixidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. Azərbaycan Respublikasının 1994-cü il NN sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı XN əsasən: 4N. Hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir.
67. Zabitlərə: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hauptvaxtda saxlanılmaqla kiçik zabitləri 10 sutkayadək, baş zabitləri 5 sutkayadək həbs etmə; ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d) aşağı vəzifəyə keçirmə; e) hərbi rütbəsini bir pillə aşağı salma intizam cəzaları verilə bilər. 74.1. Silahlı Qüvvələr növü komandanının zabitlərə aşağıdakı intizam cəzaları vermə hüquqları vardır: a) məzəmmət, töhmət və şiddətli töhmət elan etmək; b) hauptvaxtda saxlanmaqla kiçik zabitləri 10, baş zabitləri 5 sutkayadək həbs etmək; v) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq etmək; q) bölük, 4-cü dərəcəli gəmi komandirləri, onlara müvafiq və aşağı vəzifədə olan zabitləri aşağı vəzifəyə keçirmək.
85. Hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır.
87. Komandir (rəis) intizam cəzası verərkən, onun növünün və müddətinin təyin edilməsində tələsməməli, tabeliyində olan şəxsin ləyaqətinə hörmət etməli və kobudluğa yol verməməlidir.
88. Eyni bir nalayiq hərəkət üçün bir neçə cəza vermək, cəzaları birləşdirmək, bilavasitə təqsirkarın əvəzinə bütün şəxsi heyəti cəzalandırmaq və həmçinin həbs müddətini müəyyənləşdirmədən həbs etmək qadağandır.
89. Dəfələrlə nalayiq hərəkətlər etdikdə, hərbi intizamın və ictimai asayişin qrup halında pozulmasında iştirak etdikdə, nalayiq hərəkəti xidməti vəzifəsini yerinə yetirərkən, döyüş növbəsində olarkən, ya da sərxoş halda törətdikdə, nalayiq hərəkət ictimai asayişin kobud surətdə pozulmasına gətirib çıxartdıqda hərbi qulluqçuya verilən intizam cəzası ciddiləşdirilir.
90. Əgər rəis tabeliyində olanın törətdiyi nalayiq hərəkətin ağırlığına görə ona verilən cəza üçün özünün intizam səlahiyyətini kifayət saymırsa, rəis özündən böyük rəisin intizam səlahiyyətindən istifadə etmək üçün vəsatət qaldırır.
91. Öz intizam cəzası vermək səlahiyyətini aşmış rəis bunun üçün məsuliyyət daşımalıdır. 9N. Kiçik rəis öz intizam səlahiyyətini aşmayıbdırsa, onun verdiyi intizam cəzasını böyük rəisin ləğv etmək və yaxud yüngülləşdirmək hüququ yoxdur. Böyük rəis müəyyən etsə ki, törədilən nalayiq hərəkət üçün kiçik rəisin verdiyi cəza kifayət deyildir, onun bu cəzanı ləğv edib, təqsirkara daha ciddi cəza vermək hüququ vardır. 9N. Hər bir intizam cəzası nalayiq hərəkətin törədilməsi barədə rəisin məlumat aldığı gündən — bu iş barəsində təhqiqat aparılırsa, təhqiqatın qurtardığı gündən — 10 sutka keçənə qədər verilməlidir.
96. İntizam cəzaları bir qayda olaraq dərhal, müstəsna hallarda isə verildiyi gündən bir aydan gec olmayaraq icra edilir. Verilmiş intizam cəzası bir ay keçdikdən sonra icra edilmir, lakin təqsirkarın xidmət vərəqəsinə yazılır. Bu halda icranı təmin etməyən şəxs məsuliyyət daşımalıdır.
98. Verilmiş intizam cəzaları zabitlərə, generallara və admirallara — şəxsən, yazılı göstərişlə və ya müşavirədə (baş zabitlərə — baş zabitlərin iştirak etdikləri müşavirədə, generallara və admirallara — generalların və admiralların iştirak etdikləri müşavirədə) elan edilməlidir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”: Bənd 1. Bu Əsasnamə, hərbi qulluqçulara məharət (tibbi hərbi uçot ixtisaslı hərbi qulluqçulara – ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) və onların məharət (ixtisas) dərəcəsinin endirilməsi, məharət dərəcəsindən məhrum edilməsi qaydalarını müəyyən edir. Bənd N. Şəxsi heyətin yüksək təlim və tərbiyəsini, silah, hərbi texnika və digərtexniki vasitələrin saz və işlək vəziyyətdə saxlanmasını təmin və onların istismarında bilavasitə iştirak edən, öz ixtisası üzrə yüksək peşəkarlığa yiyələnmiş və bunu mövqelərdə (atəş və start), idarəetmə məntəqələrində və döyüş növbətçiliyi zamanı praktiki həyata keçirən, yaxud şəxsi heyəti öyrədən zabit, gizir (miçman) heyətinə, müddətdən artıq və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına aşağıdakı məharət dərəcələri verilir: -N-cü məharət dərəcəsi; -N-ci məharət dərəcəsi; -1-ci məharət dərəcəsi; -usta məharət dərəcəsi (hərbi təyyarəçilərə, hərbi şturmanlara, hərbi təyyarəçitəlimatçılara və hərbi şturman-təlimatçılara “snayper” dərəcəsi). Bənd 6. Məharət dərəcəsinin artırılması üçün sınaqlara öz vəzifə borclarını vicdanla yerinə yetirən, malik olduğu məharət dərəcəsinin verilməsindən (sonuncu dəfə təsdiq edilməsindən) sonra keçən müddətdə tabelikdə olan şəxsi heyət arasında ölüm və şikəst olma halları olmayan (döyüş tapşırığının yerinə yetirilməsi və hərbi qulluqçunun təqsiri üzündən olmayan hallar istisna olmaqla), təlimin əsas fənləri üzrə “yaxşı” və “əla” qiymətlər alan, silahı və texnikanı ən azı “yaxşı” qiymətə bilən, onu saz və işlək vəziyyətdə saxlayan, son bir il müddətində silah və hərbi texnikanın istismarı zamanı öz təqsiri üzündən qəza (uçuşda məqbul olmayan hadisələr, aviasiya texnikasının zədələnməsi, uçuş qaydalarını pozma, səmtləşməni itirmə, təyin edilmiş meydançadan kənarda silah tətbiq etmə) və sınma hallarına (aviasiya texnikasının nazazlığı) yol verməyən, intizamlı hərbi qulluqçular buraxılırlar. Bənd N7. Müvafiq məharət dərəcəsi vermə hüququ olan vəzifəli şəxs tərəfindən hərbi qulluqçunun məharət dərəcəsi aşağıdakı hallarda endirilir və ya onlar məharət dərəcəsindən (sınaqların nəticələri nəzərə alınmadan və ya sınaqlar keçirilmədən) məhrum edilirlər:(-) N7.1.N. hərbi intizam qaydaları kobud şəkildə pozulduqda -məharət dərəcəsi bir pillə aşağı endirilir. N7.4. Hərbi qulluqçunun məharət dərəcəsindən məhrum edilməsi və ya onun aşağı endirilməsi müvafiq vəzifəli şəxsin əmri ilə elan edilir. Əgər əmr verən vəzifəli şəxsin səlahiyyəti çatmırsa, yuxarı rəis qarşısında bu barədə vəsatət qaldırılır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımandan hüquqi qiymət verən məhkəmə qeyd edir ki, hazırkı iddia növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; N) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); N. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Mübahisəli inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən müəyyən olunur ki, həmin aktda «İnzibati icraat haqqında» Qanunun 58-ci və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmamışdır. Cavabdehin mübahisəli əmri maddi-hüquqi baxımdan da qanuni olmamış, qəbul edildiyi vaxt qüvvədə olan hüquq normalarının, o cümlədən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin, “Azərbaycan Respublikası Silahlı X4”nin müddəalarının tələbləri inzibati orqan tərəfindən gözlənilməmişdir. Belə ki, iddiaçı əmrdən məlumatlı olmamış, məharət dərəcəsi bir pillə aşağı endirilərkən ondan heç bir izahat alınmamışdır. Məhkəmənin tələbinə baxmayaraq cavabdeh orqan tərəfindən müvafiq araşdırma materialları, raportlar və digər sənədlər təqdim olunmamış, bununla da işdə olan ziddiyyətli hallara aydınlıq gətirilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı barəsində qəbul edilmiş qərarı cavabdeh onunla əsaslandırmışdır ki, hərbi hissədə daxili xidmətə təyin edilmiş heyətin hazırlanmasına, xidmətin təşkilinə və aparılmasına nəzarəti düzgün təşkil etmədiyinə görə N nömrəli hərbi hissə komandirinin birinci müavini-qərargah rəisi polkovnik-leytenant İddiaçı malik olduğu N-ci məharət dərəcəsi N-cü məharət dərəsinədək bir pillə aşağı endirilmişdir. Belə ki, Naxçıvan Qarnizonu Hərbi Polisi tərəfindən 04 iyul N0N0-ci il tarixdə N nömrəli hərbi hissədə qoşun xidmətinin təşkili yoxlanılmış və bir sıra nöqsanlar aşkar edilmişdir. Hərbi hissə növbətçisi mayor X8 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin N41-ci və N4N-cü maddələrinin tələblərini pozaraq hərbi hissəyə yoxlama məqsədi ilə gələn şəxsləri qarşılamamış, “Qərargahın xidməti otaqlarının açılıb bağlanılması kitabı”nda otaqların bağlanması haqqında qeydlər aparmamışdır. Zenit-raket batareyasının N-cü taqım komandiri leytenant X6 hərbi hissə növbətçisinin köməkçisi və mühəndis istehkam bölüyünün 1-ci taqımının N-ci manqasının əsgəri X5 qərargahın çaparı olduqları müddətdə hərbi hissə komandirinin “N0N0-ci ilin yay tədris dövründə qoşun xidmətinin təşkili haqqında" əmrinin tələblərinə zidd olaraq nəzərdə tutulmayan vaxtlarda istirahət etmələri aşkar edilmişdir. Qeyd olunanlardan da görünür ki, N nömrəli hərbi hissədə hərbi polis tərəfindən yoxlama zamanı daxili xidmətin təşkili və aparılması zamanı hərbi intizam qaydalarının kobud şəkildə pozulması aşkar edilmişdir. Halbuki, qeyd edilənlərdə iddiaçının heç bir nöqsanı olmamışdır. Həmin hadisələr baş verərkən iddiaçının iş vaxtı bitdiyi üçün hərbi hissədə olmamışdır. Buna görə də, iddiaçı yuxarıda göstərilən halların baş verməsində birbaşa və ya dolayı təqsirli olmadığı üçün cəzalandırıla da bilməzdi. Xüsusilə də vurgulanmalıdır ki, N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş xx.xx.N0N1-ci il tarixli xidməti xasiyyətnamədən görünür ki, iddiaçı N018-ci ilin iyun ayından N0N1-ci ilin avqust ayına qədər N nömrəli hərbi hissədə xidmət edərək, xidməti vəzifəsinin tam, qüsursuz və keyfiyyətlə yerinə yetirmişdir. Hərbi hissədə döyüş və döyüşə hazırlıq planının hazırlanması və onun yerinə yetirilməsinə daim nəzarət etmişdir. Bölmələrdə döyüş və döyüşə hazırlığın uçotunu daim nəzarətdə saxlamışdır. Hərbi hissənin şəxsi heyəti ilə plan üzrə məşğələlər planlaşdırıb keçirmişdir. Bilavasitə tabeliyində olan bölmələrin döyüş hazırlığına rəhbərlik etmişdir. Qərargah rəisi kimi zabitlərin, gizirləin və çavuşların işgüzarlığı və mənəvi keyfiyyətləri bilir. Hərbi hissədə daim düşmən və öz qoşunlarımız haqqında məlumatların vaxtında toplanmasına və təhlilinə rəhbərlik etmişdir. Hərbi hissədə qoşun xidmətini təşkil etmiş və daim diqqət mərkəzində saxlamışdır. Bölmələrdə olan şəxsi heyətin uçotunun aparılmasına ciddi nəzarət etmişdir. İxtisasına görə biliyi var onu tətbiq etməyi bacarır, peşəkar bilik səviyyəsinin artırılması üçün daima öz üzərində çalışmışdır. Fiziki cəhətdən sağlamdır. Hərbi və dövlət sirlərini qoruyub saxlamağı bacarır. Belə olan halda cavabdeh tərəfindən qərar qanunsuz olaraq qəbul edilmiş və hüququn “təqsirə görə məsuliyyət” prinsipini pozmuşdur. İddiaçının hərbi intizam qaydalarını kobud şəkildə pozması, hərbi qulluqçu kimi xidmət etdiyi zaman hər-hansı bir cinayət törətməsi, inzibati xətaya, xidmət əleyhinə qarşı qanun pozuntularına, xidmət etdiyi qurumun şərəfinə, hərbi qulluqçu şərəfinə və adına xələl gətirən hərəkətlərə yol verməsi isə işdə müəyyən olunmur. İşin hallarından görünür ki, iddiaçıya məharət dərəcəsinin bir pillə aşağı endirilməsini şərtləndirən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə, Azərbaycan Respublikası Silahlı X1, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”də təsbit olunan müddəaların heç biri ona münasibətdə mövcud deyil və cavabdeh tərəfindən həmin əsasların heç birinə istinad edilməmişdir. Əksinə iş materiallarından göründüyü kimi iddiaçı xx.xx.1996-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətə başlamış və xx.xx.N0N1-ci il tarixdə "Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin "j” bəndinə əsasən ehtiyata buraxılmışdır. Onun Silahlı Qüvvələrdə xidmət etdiyi dövrdə heç bir qüsuru olmamış, intizam qaydasında cəzalandırılmamış, ehtiyata buraxıldığı günədək üzərində heç bir cəza olmamış, Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrləri ilə “Qüsursuz xidmətə görə” N-cü, N-ci və 1-ci dərəcəli medallarla, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi”, “Hərbi xidmətdə fərqlənməyə görə” N-cü dərəcəli medalı, “Azərbaycan Ordusunun 100 illiyi” Yubiley medalı ilə təltif olunmuşdur. Beləliklə, yuxarıda qeyd edilən təltiflər iddiaçının qüsursuz xidmət etmiş hərbi qulluqçu olmasının sübutudur. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tətbiq edilən həmin intizam cəzası işin faktiki hallarına uyğun olmamış, yuxarıda göstərilən hüquqi aktların tələblərinə görə cavabdehin hərəkəti qanunsuz və əsassız olmuşdur. Belə ki işdən görünür ki, iddiaçıya məharət dərəcəsinin bir pillə aşağı endirilməsi barədə əmr cavabdehin səlahiyyəti olmayan şəxsi tərəfindən verilmiş (1N1 saylı xx.xx.N0N0-ci il tarixli əmr), N5 gündən sonra isə iddiaçıya xəbərdarlıq edilmədən həmin əmr yuxarı səlahiyyətli şəxs tərəfindən mübahisələndirilən əmrlə ləgv edilmiş və yenidən iddiaçının məharət dərəcəsi bir pillə aşağı endirilmişdir. Nə əvvəliki əmr, nədə ki mübahisələndirilən əmr qəbul edilərkən iddiaçı ilə söhbət aparılmamış, izahatı alınmamış, Azərbaycan Respublikası Silahlı XN tələblərinə əsasən (4N.b) hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandirinin (rəisin) ona vəzifə borcunu xatırlatması ilə kifayətlənməyərək, yaxud da məzəmmətin (67.a b) verilməsi onunla müzakirə olunmadan, bu barədə təqdimat verilmədən hərbi qulluqçu kimi iddiaçı barəsində əlverişsiz akt qəbul edilmişdir. Halbuki (85.b) hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır. (87. b) Komandir (rəis) intizam cəzası verərkən, onun növünün və müddətinin təyin edilməsində tələsməməli, tabeliyində olan şəxsin ləyaqətinə hörmət etməli və kobudluğa yol verməməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilmiş normalarına uygun iddiaçının barəsində əmri vermiş cavabdeh orqan tərəfindən riayət edilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir ki, bu hal da belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh orqan müvafiq əmri qəbul edərkən kobud inzibati icraat pozuntularına yol vermişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; N4.1ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; N4.N-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Əlavə olaraq qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan normalarının məzmunundan aydın olur ki, inzibati orqan qanunun tələblərinə riayət etməyə, diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır və diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hazırkı halda isə cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qəbul edilən qərar həmin səlahiyyətin məqsədinə uyğun olmamışdır. Qeyd olunanlara əsasən məhkəməsi hesab edir ki, mübahisələndirilən əmrdə iddiaçının təqsiri əsaslandırılmamış, cavabdeh iddiaçı ilə bağlı başladığı inzibati icraat zamanı sübutları tam şəkildə araşdırmamış, iddiaçının xeyrinə topladığı sübutlara qiymət vermədən, iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Beləliklə, məhkəmə araşdırması ilə bir daha təsdiq olundu ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin mübahisəli əmri qəbul etməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-in 14.1-ci maddəsi), cavabdehə səlahiyyət verən normanın dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin mübahisəli əmri qanunauyğun olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmuşdur (İPM-in 70.1-ci maddəsi), əmr mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Qanunun 1N.N və 17-ci maddələri). Avropa Məhkəməsinin presedentlərinə görə hərbçilərin Konvensiyanın 5, 9, 10 və 11-ci bəndlərində təmin olunan hüquqlarının bəzi hallarda mülki şəxslər üçün nəzərdə tutulanandan daha böyük məhdudiyyətlərə məruz qala bilməsi faktı Məhkəmə tərəfindən daha öncədən tanınmışdır. Belə ki, 5-ci maddə ilə birgə götürülmüş 14-cü maddə baxımından Məhkəmə hesab etmişdir ki, mülki şəxslərdən fərqli olaraq, hərbçilərə hərbi intizam cəzası qismində azadlıqdan məhrum etmə cəzasının verilməsi ayrı-seçkilik baxımından Konvensiyanın pozulmasına səbəb olmur, çünki hərbi həyatın şərtləri və qaydaları mülki sistemdən fərqlidir (bax: yuxarıda istinad olunan Engel and Others, § 7N). Hərbi karyeraya davam etməyi seçən hərbi qulluqçular öz razılıqları ilə hərbi intizam sistemini və ondan irəli gələn hüquq və azadlıqların məhdudlaşdırılmasını qəbul etmişlər (bax : Kalaç, yuxarıda istinad olunan, § N8, və eləcə də, Larissis and Others v. Greece, N4 fevral 1998, §§ 50-51, Reports 1998-İ). Eləcə də, 10-cu maddə ilə bağlı olan işləri tədqiq edərkən Məhkəmə bildirmişdir ki, hərbi həyatın xüsusiyyətləri, hərbi qulluqçuların «vəzifələri» və «məsuliyyəti» nəzərə alınmalıdır və həmçinin hərbi qulluqçuların öz vəzifələrinin icrası ilə bağlı olaraq, təmkinlik öhdəliyi mövcuddur (bax : Hadjianastassiou v. Greece, 16 December 199N, §§ N9 və 46, Series A no. N5N, və Pasko v. Russia, no. 69519/01, § 86, NN oktyabr N009, hər iki işin halları silahlı qüvvələrin üzvü tərəfindən hərbi sirrin yayılması ilə bağlıdır). Məhkəmə həmçinin qeyd etmişdir ki, fikri ifadə etmək azadlığı baxımından hərbçilər və mülki şəxslər arasındakı fərqlilik 14-cü maddə altında hərbi və mülki həyatın müxtəlif şərtlərə malik olması, xüsusilə də, silahlı qüvvə üzvlərinin «vəzifələri» və «məsuliyyəti» ilə izah oluna bilər (bax : Engel and Others, yuxarıda istinad olunan, § 10N). Eyni zamanda Məhkəmə bildirir ki, Konvesiyanın qüvvəsi kazarmanın qapısına qədər deyil və hərbçilər, Razılığa gələn dövlətlərin yurisdiksiyasında olan hər bir fərd kimi onun müdafəsindən istifadə hüququna malikdir. Beləliklə, yerli hakimiyyət orqanları silahlı qüvvələrin xüsusi statusunu əsas gətirməklə, hərbçiləri hüquqlarından məhrum edə bilməz. Konvensiya ilə təmin olunan hüquqların məhdudlaşdırılması yalnız demokratik cəmiyyətdə zərurət testindən keçməlidir (bax : 10-cu maddəyə münasibətdə Grigoriades v. Greece, N5 noyabr 1997, §§ 45-48, Reports 1997-Vİİ, və Vereinigung demokratischer Soldaten Österreichs and Gubi v. Austria, 19 dekabr 1994, §§ N6-40, Series A no. N0N). Buna görə də məhkəmə hesab edir ki, cavabdehin əmri iddiaçıya aid hissədə qanunsuz inzibati aktdır və qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu üçün ləğv olunmalıdır. Azərbaycan Respublikası İPM-in: 1N.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.N-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Müdafiə Nazirinin Müavini - X9 Komandanının “Hərbi qulluqçuların məharət (ixtisas) dərəcələrinin endirilməsi və məhrum edilmələri haqqında” 099 saylı xx.xx.N0N0-ci il tarixli əmrinin N.N.-ci bəndinin “hərbi hissədə daxili xidmətə təyin edilmiş heyətin hazırlanmasına, xidmətin təşkilinə və aparılmasına nəzarəti düzgün təşkil etmədiyinə görə N nömrəli hərbi hissə komandirinin birinci müavini qərargah rəisi polkovnik-leytenant İddiaçı malik olduğu N-ci məharət dərəcəsi N-cü məharət dərəcəsinədək bir pillə aşağı endirilsin” hissəsi ləğv edilməli və iddiaçının N-ci məharət dərəcəsinin bərpa olunması vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 7N, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
NƏTİCƏVİ HİSSƏ:
İddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirinin Müavini - X9 Komandanının “Hərbi qulluqçuların məharət (ixtisas) dərəcələrinin endirilməsi və məhrum edilmələri haqqında” 099 saylı xx.xx.N0N0-ci il tarixli əmrinin N.N.-ci bəndinin “hərbi hissədə daxili xidmətə təyin edilmiş heyətin hazırlanmasına, xidmətin təşkilinə və aparılmasına nəzarəti düzgün təşkil etmədiyinə görə N nömrəli hərbi hissə komandirinin birinci müavini qərargah rəisi polkovnik-leytenant İddiaçı malik olduğu N-ci məharət dərəcəsi N-cü məharət dərəcəsinədək bir pillə aşağı endirilsin” hissəsi ləğv edilsin. İddiaçı malik oldugu N-ci məharət dərəcəsinin bərpa olunması vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tam formada rəsmi qaydada təqdim olunduğu gündən N0 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan Nakim Mehriban Qarayeva