Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8331/2023 07.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X3 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə ağır yaralanaraq 2-ci qrup əlil olmağı ilə əlaqədar iddiaçının minik avtomobil ilə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sisial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Bakı İnzibati Məhkəmədə iddia qaldıraraq “cavabdehin qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə ağır yaralanaraq 2-ci qrup əlil olmağı ilə əlaqədar iddiaçının minik avtomobil ilə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1957-ci ildə Cəbrayıl rayonu Sarcalı kəndində anadan olmuş, erməni təcavüzü ilə əlaqdədar 1991-ci ildən 722,896,172,130 saylı hərbi hissələr tərkibində Cəbrayıl, Ağdam, Füzuli, Horadiz qəsəbəsinin azad edilməsində Murovdağ yüksəkliyi müdafiəsində aparılan döyüş əməliyyatlarında iştirak etmiş, dəfələrlə güllə, qəlpə yarası almışdır. Cəbrayıl xəstəxanasında, Bakıda hərbi hospitalda, Gəncə hərbi hospitalında müalicə almış, İİ qrup əlildir. İddiaçı Qarabağ əlili olsa da, hələ bu günə qədər minik avtomobili ala bilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamına əsasən iddiаyа dаir yazılı münasibət (еtirаz) təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Xəzər Tibb Mərkəzinin xx.xx.2009-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik => Gözdən əlilliyi olan şəxs; X2: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H43-H45 - Şüşəyəbənzər cismin və göz almasının xəstəlikləri => H44 - Göz almasının xəstəlikləri => H44.8 - Göz almasının digər xəstəliklər...; Diaqnozun mətni: Sağ göz almasının orta dərəcəli kontuziyası. Sağ göz orbitasının yad cismi.; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sağ göz almasının orta dərəcəli kontuziyası;” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. İddiaçı “avtomobil və motorlu araba almaq üçün" müraciətinə xx.xx.2020-ci il tarixli, 0050003AACYV saylı göndəriş əsasında baxılmış və Diaqnozun mətni: H44.5 Göz almasının degenerativ vəziyyəti OD-Göz almasının subatrofiyas.VisOD=0(sıfıt)VisOS=0,02 k\ilə 0.1 (onda bir)., Tsekin əlavə diaqnozu: Göz almasının degenerativ vəziyyəti, OD-Göz almasının subatrofiyas.VisOD=0(sıfıt)VisOS=0,02 k\ilə 0.1 (onda bir).”, 501 №-li əmrə əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər: Əks göstəriş yoxdur” səbəbi ilə imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 3-cü bəndində qeyd edilmişdir ki, 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia). - 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
5. İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışında nümayəndəsinin iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır.
İş materiallarında olan:
AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1957-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. 048740 nömrəli vəsiqənin surətinə əsasən, iddiaçı Məhərrəmov X4 əlilidir. 049411 nömrəli, xx.xx.2001-ci il tarixli vəsiqənin surətindən görünür ki, iddiaçı müharibə veteranıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin İddiaçı ünvanladığı 3-17-4/2-M-6410/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən bildirilmişdir ki, göndərişdə qeyd edilən əsas diaqnoz və ağırlaşmalar (Sağ göz almasının orta dərəcəli kontuziyası, Sağ göz orbitasının yad cismi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı Qərarına əsasən minik avtomobilinin təyinatına tibbi göstərişin təyininə əsas vermir. İddiaçıya mxəsus ZE seriyalı, ******* nömrəli hərbi biletin surətinə əsasən, o, 1976- 1978-ci illərdə sovet ordusunda hərbi xidmətdə olub, 722,806, N saylı hərbi hissədə Cəbrayıl, Ağdam, Fizuli, Murovdağ zirvəsində döyüşlərdə iştirak etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin -1336, xx.xx.1995-ci il tarixli əmri ilə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 19 nömrəli, xx.xx.2005-ci il tarixli Qərarında göstərilmişdir ki, Cəbrayıl RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış İddiaçı Məhyəddin oğlunun döyüş zonasında hərbi xidmət keçərkən, xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi MN MHKH-da müalicə olduğu travma-diaqnoz: “Sağ göz almasının orta dərəcəli kontuziyası.Sağ göz orbitasının yad cismi” “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İddiaçı tərəfindən məhkəməyə əlavə olaraq, Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2020-ci il tarixli, 4191 nömrəli Tibbi rəyinin surəti, neyrocərrahiyə xəstəxanasının xx.xx.2018-ci il tarixli müayinə protokolunun surəti, 3 nömrəli şəhər kliniki xəstəxanası publik hüquqi şəxsi xx.xx.2020-ci il tarixli mrt müayinənin protokolunun surəti, Respublika neyrocərrahlıq xəstəxanasının xx.xx.2020-ci il tarixli kranial kt məlumatını, "xxxx" MMC tərəfindən verilmiş epikrizin surəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 199 nömrəli stasionar reabilitasiya kartasından çıxarışın surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən məhkəməyə İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surətləri təqdim edilmişdir.
II. Məhkəmənin mövqeyi
6. Azərbaycan Respublikasının Konstitusiyana əsasən
- 60.Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
7. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən
- 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; - 1.0.17.Əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. - 12. Dövlət əlilliyi olan şəxslərə müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılması üçün, onların digərləri ilə bərabər səviyyədə fiziki mühit, nəqliyyat, informasiya və rabitədən, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və sistemlərindən, əhaliyə açıq olan və ya təqdim olunan digər obyekt və xidmətlərdən istifadəsinin təmin olunması üçün zəruri tədbirlər görür.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən - 1.2. Şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. Həmin Qaydanın 1.4–ci bəndinə əsasən, reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X5 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X7 (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. - 2.4. Şəxs reabilitasiya vasitələri ilə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş sayda, həmçinin tibbi göstərişlər, əks göstərişlər nəzərə alınmaqla hazırlanma, dəyişdirilmə və ya təmir müddətləri çərçivəsində təmin edilir. - 3.1.Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. - 3.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar.
9. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na Əlavədə əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri müəyyən olunmuşdur.
10. Həmin Əlavənin 57-ci bəndinə, əsasən minik avtomobili aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir: 1. ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı; 2. ağciyər çatışmazlığı, İİ dərəcəli; 3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi; 4. hemiplegiya, nəzərəçarpan hemiparez; 5. nəzərəçarpan ataksiya, hi-perkinetik amiostatik sindrom; 6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla; 7. hər iki aşağı ətrafın fillik xəstəliyi; 8. hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü; 9. aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü; 10. hər iki bud-çanaq oyna-ğının ankilozu; 11. onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları. Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİ-İV dərəcəli əyilmələr; 12. bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə); 13. aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda; 14. hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda; 15. əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda.
11. İddiaçının sağlamlıq vəziyyəti xx.xx.2009-ci ildə ilkin olaraq qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş, xəstəliyin beynəlxalq təsnifatı – Vİİ sinif – Gözün və gözün əlavə aparatının xəstəlikləri – H43 H45 – Şüşəyəbənzər cismin və göz almasının xəstəlikləri – H44 – Göz almasının xəstəlikləri – H 44.8 – Göz almasının digər xəstəliklər. Diaqnozun mətni 0 Sağ göz almasının orta dərəcəli kontuziyası. Sağ göz orbitasının yad cismi. Meyar – 2.2. İkinci dərəcəli əlillik – Digər. Sağ göz almasının orta dərəcəli kontuziyası.
12. Göründüyü kimi iddiaçıda olan tibbi göstərişlər minik avtomobil ilə təmin edilməsi üçün şərtlərə cavab verməmişdir. Belə ki, İİ dərəcə əlil olan iddiaçıda mövcud olan xəstəlik və qüsurlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın Əlavəsinin 57-ci bəndində göstərilən tibbi göstərişlərə uyğun gəlmir.
13. Belə olan halda “cavabdeh tərəfindən iddiaçı barədə minik avtomobillinə tibbi göstərişin təyininə dair qərar verilməsi barədə” iddia tələbinin hüquqi əsası yoxdur.
14. Cavabdeh tərəfindən iddiaçının müraciətinə imtinasının əsaslı olması iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiqlənir.
15. Belə ki, iddiaçı X1 hər iki gözünün görmə itiliyinin və görmə sahəsinin müəyyən edilməsi üçün xüsusi elmi bilik tələb olunduğundan, iş üzrə məhkəmənin 26 iyul 2023-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 11 xx.xx.1957-ci il təvəllüdlü İddiaçı hər iki gözünün görmə itiliyinin və görmə sahəsinin dərəcəsi nə qədərdir?
16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 T 690/2023 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: İddiaçı xx.xx.2023-cü il tarixdə Akad. Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinəsi zamanı ona, “OD – Yetişmiş fəsadlı katarakta. Tor qişanın qopması. OS- Başlanğıc katarakta” diaqnozu qoyulmuş və “sol gözdə xəstənin subyektiv görmə itiliyi, obyektiv mayinələrin cavabına uyğun gəlməməsi” müəyyən edilmişdir. “Sağ gözün görmə itiliyi – 0; Sol gözün görmə itiliyi isə - 0,1 k\e”. müəyyən edilmişdir.”
17. Belə olan halda iddiaçının müraciətinə imtina edilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərində qanun pozuntusuna yol verilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyi üçün iddia tələbi əsassızdır.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun
- 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.6-cı maddəsinə əsasən isə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 2.0.7-ci maddəsinə əsasən, diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; - 3.3. –ci maddəsinə əsasən, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. - 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
19. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin
- 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. - 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
20. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin qərarının ləğv edilməsi və Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə ağır yaralanaraq 2-ci qrup əlil olmağı ilə əlaqədar iddiaçının minik avtomobil ilə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.
21. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir.
22. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.
Hakim Miminat Hacıbəyova