Məhkəmə qərarları › İş №2-1(112)-8339/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8339/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8339/2025 30.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 30 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İ-ЗЖ 457581 №-li Doğum haqqında şəhadətnaməyən əsasən İddiaçı 5 dekabr 1961ci il tarixdə Ermənistan Respublikası, Kalinino rayonu, İlməzli kəndində doğulmuşdur. X2, X7, qeydiyyat yeri Ermənistan SSR Kalinino rayonu, L.Sovxozu k/s qeyd edilmişdir. İİ-СЛ 308933 №-li Nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X5 ilə İddiaçı xx.xx.1983-cü il tarixdə nikaha daxil olmuşlar. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının şəxsiyyət vəsiqəsinin olmamasını əsas gətirərək xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı BMT QAK tərəfindən himayəyə götürülərək himayə sənədi verilib və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən olduğu yer üzrə Bakı şəhəri, ünvan 1 ünvanına qeydiyyata alınıb. İddia tələbi, iddianın əsaslandırması, cavabdehin etirazları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan şəxsiyyəti təsdiq edən digər sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi. Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və doğum haqqında şəhadətnaməsi əsasında onun doğumu haqqında akt qeydinin soyadı: İsmayılova, adı: Rəfiqə, ata adı: Məmməd qızı, doğum tarixi: xx.xx.1961-ci il. doğum yeri: Ermənistan Respublikasının Kalinino rayonunun İlməzli kəndi: atasının tam adı: X8, atasının milliyyəti: azərbaycanlı; anasının tam adı: X11, anasının milliyyəti: azərbaycanlı qeyd edilməklə bərpa edilməsi vəzifəsinin və ondan şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1961-ci il tarixdə Ermənistan SSR-nin Kalinino rayonunun İlməzli kəndində anadan olmuşdur. Doğumu xx.xx.1961-ci il tarixdə Kalinino rayonunun Lorplemsovxoz kənd soveti tərəfindən qeydiyyata alınmışdır və buna müvafiq olaraq o xx.xx.1961-ci il tarixdə 1-Z.J (ЗЖ) seriyalı, 457581 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. 1969-cu ildə Ermənistan SSR Kalinino rayon İlməzli kənd orta məktəbinin birinci sinfinə getmişdir və 1978-ci ildə həmin məktəbin doqquzuncu sinfini bitirmişdir. Elə həmin ildə də, Gürcüstan SSR Bolnisi rayon 114 saylı orta texniki peşə məktəbinə daxil olaraq 1981-ci ilə kimi orada təhsil almışdır və “kimyəvi və bakterioloji analiz üçün laboratoriya köməkçisi" ixtisasına yiyələnmişdir. xx.xx.1979-cu il tarixdə Kalinino rayon İcraiyyə Komitəsinin Daxili İşlər Orqanı tərəfindən İV-SL (CJİ) seriyalı, 719670 nömrəli SSRİ vətəndaşının pasportu ilə təmin edilmişdir. xx.xx.1983-cü il tarixdə X5 ilə nikaha daxil olmuşdur. Həmin nikahdan onların dörd uşağı doğulub. 1988-ci ilin dekabr ayında azərbaycanlıların Ermənistandan deportasiyası zamanı əri, qardaşı və qardaşının ailə üzvləri ilə birlikdə qaçqın kimi Azərbaycan Respublikasına gələrək Balakən rayonunun Kortala kəndində məskunlaşıblar. Uşaqları çox kiçik olduqları üçün o, onlarla birlikdə Azərbaycana gələ bilmədi, iki azyaşlı uşağı ilə birlikdə Gürcüstanın Marneuli rayonunda yaşayan bacısının evinə getdi. Belə razılaşdılar ki, əvvəl əri gəlib Azərbaycanda yaşamaqları üçün yer müəyyən etsin, sonra o uşaqları ilə birlikdə Azərbaycana gələr. Təxminən 1989-cu ilin aprel ayının sonlarında o qaçqın kimi Azərbaycana gəldi və əri, iki uşağı və qaynının ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanına köçüb orada yaşadılar. 1989-cu ilin sentyabr ayında ailə üzvləri ilə birlikdə işləmək məqsədilə Ukrayna Respublikasına getdilər və 1996-cı ilə kimi orada yaşadılar. Ukraynada yaşadıqları müddətdə onlar Azərbaycana da gəlib-gedirdilər. xx.xx.1996-cı il tarixdə onlar Ukraynadan Azərbaycana qayıtdılar, həmin vaxtdan etibarən daimi olaraq Azərbaycanda yaşayırlar. Azərbaycana qayıtdıqdan sonra 2008-ci ilə kimi onlar ünvan 3 ünvanında yaşadılar. 2008-ci ildə həmin mənzil satıldığı üçün onlar oradan çıxaraq ünvan 4 ünvanına köçdülər. Bir müddət sonra isə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində ev tikərək oraya köçdülər, hazırda həmin ünvanda yaşayırlar. X2 1919cu ildə Ermənistanın Kalinino rayonunda anadan olub. O, Ermənistan SSR-nin vətəndaşı olub. 1988-ci ildə Ermənistan SSR-dən gələrək Azərbaycan SSR-nin ərazisində qaçqın kimi məskunlaşıb, o, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində vəfat edib. X7 1926-cı ildə Ermənistan SSR-nin Kalinino rayonunda anadan olub. O. əvəllər Ermənistan SSR-nin vətəndaşı olub. 1988-ci ildə Ermənistan SSR-dən gələrək Azərbaycan SSR-nin ərazisində qaçqın kimi məskunlaşıb, lakin qaçqın kimi qeydiyyata alınmaq məqsədilə aidiyyəti orqana müraciət etmədiyi üçün qaçqın kimi məskunlaşmağına dair hər hansı bir sənədi olmayıb, sonradan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlə də təmin edilməyib. O. xx.xx.2010-cu il tarixdə Bakı şəhərində vəfat edib. Anası vəfat edərkən SSRİ nümunəli pasporta malik idi. X3 xx.xx.1960-cı il tarixdə Ermənistan SSR-nin Kalinino rayonunda anadan olub. O. Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda ünvan 6 ünvanında yaşayır. “Shalset Group" MMC-də "kafel - metlax üzləyicisi" vəzifəsində çalışır. X4 xx.xx.1984-cü il tarixdə Gürcüstan SSR-nin Dmanisi rayonunda anadan olub. Qızı Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda ünvan 7 ünvanında yaşayır, 187 nömrəli tam orta məktəbdə “ingilis dili" müəllimi vəzifəsində çalışır. X1 xx.xx.1987-ci il tarixdə Ermənistan SSR-nin Kalinino rayonunda anadan olub. Qızı Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda ünvan 8 ünvanında yaşayır, işləmir. X17 Fəhradovna xx.xx.1990-cı il tarixdə Ukrayna SSR-nin Voroşilovqrad (indiki Luqansk) vilayətinin Starobilsk rayonunun Kalmıkovka kəndində anadan olub. Qızı Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Şamaxı rayonu, Meysəri kəndində yaşayır, o, Meysəri kənd orta məktəbində "azərbaycan dili və ədəbiyyat müəllimi" vəzifəsində çalışır. X18 Fəhradoviç xx.xx.1995-ci il tarixdə Ukrayna Respublikasının Luqansk vilayətinin Starobilsk rayonunun Kalmıkovka kəndində anadan olub. Oğlu Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda ünvan 6 ünvanında yaşayır. Ermənistan SSR-dən Azərbaycana qaçqın kimi gəlmiş ailə üzvlərinin hamısı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlə təmin edilsələr də, o bu vaxta qədər Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlə təmin edilməmişdir. Hazırda onun 62 yaşı var. lakin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Bu səbəbdən də o BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq halında olan şəxs kimi himayəyə götürülmüşdür. Heç bir dövlət tərəfindən himayə olunmur, vətəndaşlığı olmayan sənədsiz şəxs kimi qeyrimüəyyən vəziyyətdə Azərbaycanda yaşayır. Onun şəxsiyyət vəsiqəsi ilə təmin edilməyi üçün doğumu haqqında akt qeydi barədə məlumatların Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməsi lazımdır. Lakin yuxarıda da qeyd etdiyi kimi doğum haqqında şəhadətnamə ilə Ermənistanda təmin edildiyi üçün onun Azərbaycanda doğumu haqqında akt qeydi mövcud deyil, ona görə də həmin məlumatların Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməsi mümkün deyil. Bu səbəbdən də onun doğumu haqqında akt qeydinin Azərbaycanda bərpa edilməsi zərurəti yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10737/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmənin qərardadında göstərmişdir ki, “...qüvvədə olan qanunvericilik təkrar şəhadətnamənin akt qeydi əsasında verildiyini, akt qeydi mövcud olmadığı halda akt qeydinin məhkəmə qaydasında bərpasını yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilmə faktının müəyyən edilməsi yolu ilə nəzərdə tutduğundan, belə bir ərizəyə isə inzibati mühakimə icraatı qaydasında baxılması mümkün olmadığından iddia mümkün sayılmamalıdır”... Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1357/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13721/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərardadında göstərilmişdir ki, “...Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçı barəsində verilmiş xx.xx.2024-cü il tarixli, 9xx-xx-00061 nömrəli himayə sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edildiyindən, qanunvericilik vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsi barədə qeydiyyat şöbələri tərəfindən ilkin akt qeydinin olduğu qeydiyyat orqanına məlumat göndərilməsi ilə bağlı münasibətləri tənzimləyərkən Ermənistan Respublikasını istisna etdiyindən, hazırki halda iddiaçının vətəndaşlıq vəziyyəti akt qeydinin mövcudluğu barədə məlumatı məlum səbəblərə görə əldə etmək mümkün olmadığından apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-13721/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir”... Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”: 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”: Bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir.

13. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.

18. Ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ...Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların: 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir; 18-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Məhkəmə qeyd edir ki, iddiaçının doğumu barədə akt qeydinin əvvəllər mövcud olması doğum haqqında şəhadətnamənin tərcümə olunaraq notarial qaydada təsdiq edilmiş surəti ilə öz təsdiqini tapmışdır və həmin sənəd əsasında iddiaçının doğum haqqında akt qeydinin bərpa edilməsi mümkündür. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir.

Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən İddiaçı verilmiş himayə sənədi, Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və doğum haqqında şəhadətnaməsi əsasında onun doğumu haqqında akt qeydinin soyadı: İsmayılova, adı: Rəfiqə, ata adı: Məmməd qızı, doğum tarixi: xx.xx.1961ci il. doğum yeri: Ermənistan Respublikasının Kalinino rayonunun İlməzli kəndi: atasının tam adı: X8, atasının milliyyəti: azərbaycanlı; anasının tam adı: X11, anasının milliyyəti: azərbaycanlı qeyd edilməklə bərpa edilməsi vəzifəsinin və ondan şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğum yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən İddiaçı verilmiş himayə sənədi, Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və doğum haqqında şəhadətnaməsi əsasında onun doğumu haqqında akt qeydinin soyadı: İsmayılova, adı: Rəfiqə, ata adı: Məmməd qızı, doğum tarixi: xx.xx.1961-ci il. doğum yeri: Ermənistan Respublikasının Kalinino rayonunun İlməzli kəndi: atasının tam adı: X8, atasının milliyyəti: azərbaycanlı; anasının tam adı: X11, anasının milliyyəti: azərbaycanlı qeyd edilməklə bərpa edilməsi vəzifəsi və ondan şəxsiyyət vəsiqəsi tələb edilmədən BMTnin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğum yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar