Məhkəmə qərarları › İş №2-1(112)-8342/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8342/2022

10.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8342/2022 10.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına, Bakı şəhəri 20 saylı Vəkil Bürosuna və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə qarşı iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına, Bakı şəhəri 20 saylı Vəkil Bürosuna və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məşğulluq haqqında qanunun 27.2-ci maddəsi nəzərə alınmaqla, amma ən azı on aya yaxındır Azərbaycan vətəndaşlarına xəbərdarlıq vakansiyalara müraciət et mesajları gəlsə də, yəni X1(FMP)-hesabatlar bölməsi, yəni X2 İşaxtaranlar üçün vakansiyalara müraciət bölməsi və işsizlik statusunun verilməsi bölməsi, hesabatlar bölməsi işləmədiyi, bax qoşma sübut sənədlərə üçün əldən çıxmış faydalar və mənəvi ziyanla yanaşı dəymiş haqqı olan işsizlik məvacibinin (pulunun) maddi ziyanı başda o, olmaqla bütün Azərbaycan vətəndaşlarına işsizlik ödənişinin kompensasiyalarının təyin olunması barəsində və Ali Məhkəmənin inzibati kollegiyasına mahiyyəti üzrə düzgün etdiyi kassasiya şikayətinə inzibati kollegiyasında doğru düzgün baxaraq və qanunun ancaq yaxşı tərəflərinin zamana görə qüvvəsi olduğu üçün yaxşı tərəflərinə görə əldən çıxmış faydaları onun kimi ən azı 50 (əlli) Qaradağ rayon ərazi vətəndaşlarına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (SOSİAL), BP (Britaniya Petrolu) və SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərəfindən və Qaradağ rayonu İcra Hakimiyyətindən BP (Britaniya Petrolu) Şirkətinin milyardlıq layihəsini düzgün tətbiq etmədikləri üçün və qanun ancaq vaxşı tərəflərinin zamana görə qüvvəsi olduğu üçün doğru düzgün yaxşı tərəflərini kompensasiyaların müəyyən olunması barəsində tam ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı cavabdeh qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsini və Azərbaycan Respublikasının Baş Prokurorluğunu qeyd etməklə iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və 38ci maddələri və Məşğulluq haqqında Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsi nəzərə alınmaqla, amma ən azı on aya yaxındır Azərbaycan vətəndaşlarına xəbərdarlıq vakansiyalara müraciət et mesajları gəlsə də, yəni X1(FMP)-hesabatlar bölməsi, yəni X2 İşaxtaranlar üçün vakansiyalara müraciət bölməsi və işsizlik statusunun verilməsi bölməsi, hesabatlar bölməsi işləmədiyi, bax qoşma sübut sənədlərə üçün əldən çıxmış faydalar və mənəvi ziyanla yanaşı dəymiş haqqı olan işsizlik məvacibinin (pulunun) maddi ziyanı başda o, olmaqla bütün Azərbaycan vətəndaşlarına işsizlik ödənişinin kompensasiyalarının təyin olunması barəsində və Məşğulluq haqqında Azərbaycan Respublikası Qanununun 33.3-cü maddəsi nəzərə alınmaqla, Ali Məhkəmənin inzibati kollegiyasına mahiyyəti üzrə düzgün etdiyi kassasiya şikayətinə inzibati kollegiyasında doğru düzgün baxaraq və qanunun ancaq yaxşı tərəflərinin zamana görə qüvvəsi olduğu üçün yaxşı tərəflərinə görə əldən çıxmış faydaları onun kimi ən azı 50 (əlli) Qaradağ rayon ərazi vətəndaşlarına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (SOSİAL), BP (Britaniya Petrolu) və SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərəfindən və Qaradağ rayonu İcra Hakimiyyətindən BP (Britaniya Petrolu) Şirkətinin milyardlıq layihəsini düzgün tətbiq etmədikləri üçün və qanun ancaq vaxşı tərəflərinin zamana görə qüvvəsi olduğu üçün doğru düzgün yaxşı tərəflərini kompensasiyaların müəyyən olunması barəsində tam ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, onun iddia tələbi aydındır və dəqiqdir. Cavabdehləri də düzgün müəyyən etmişdir. Tələbinin dəqiqləşdirilməsinə ehtiyac yoxdur. İddia tələbinə həmin cavabdehlərə qarşı və qoyduğu tələblər üzrə baxılmalı və iddiası əsaslı olduğu üçün təmin edilməlidir. O, iddia tələbini müdafiə edir, iddia ərizəsinə əlavənin icraata qəbul edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsinə əlavə (iddianın dəyişdirilməsi) barədə ərizənin qəbulundan imtina edilməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddia ərizəsində iddia tələbi konkret və aydın göstərilməmişdir. Məhkəmə tərəfindən iddiaçıya təklif edilməsinə baxmayaraq, konkret və aydın iddia tələbi məhkəməyə təqdim edilməmiş, aydın olmayan iddia tələbi dəqiqləşdirilməmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə barədə ərizə məhkəməyə təqdim olunsa da, qeyd olunan nöqsanlar aradan qaldırılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır; 54.2-ci maddəsinə əsasən cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmədiyi və yazılı sənəddə (ərizədə, vəsatətdə və s.) və ya şifahi məhkəmə baxışında artıq dəyişdirilmiş iddia barədə mövqeyini bildirdiyi hallarda, məhkəmə cavabdehin iddianın dəyişdirilməsi ilə razılaşdığını hesab edir; 54.3-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinin qəbul edilməsi və ya onun qəbulundan imtina edilməsi barədə məhkəmə qərardadından müstəqil şəkildə şikayət verilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir (16.1-ci bənd). İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir (16.2-ci bənd). Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir (16.3-cü bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia ərizəsinə əlavə (iddianın dəyişdirilməsi) barədə ərizənin qəbulundan imtina edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar