Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8345/2021 29.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 07.09.2016-cı il tarixli, 9/2-9292 nömrəli arxiv arayışına əsasən İddiaçı N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli 46 əmrilə (əsas: səh.-56 §-l, sıra-55) şəxsi heyətinin siyahısına, bütün növ təminatlarla daxil edilmişdir. N №-li hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında (əsas: səh.-29. sıra- 309) 16.07.N3-cü il tarixdə Nefçala RHK-dan çağrılmış, 1966-cı il təvəllüdlü İddiaçı komandirinin 16.07.N3-cü il tarixli 46 №-li əmrilə şəxsi heyətin siyahısına daxil olması və uzunmüddətli hospitalda müalicədə olduğuna görə Müdafiə nazirinin 278 saylı əmri əsasında komandirin 07.11.N4-cü il tarixli 110 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. Komandirin 07.11.N4-cü il tarixli 10 №-li əmri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. N №-li hərbi hissənin yaralılarının və xəstələrinin qeydiyyat kiatında (əsas 24.12.93- 26.01,94-cü il tarixli kitab İş № 8 sıra-123; qeyd; məlumatda atasının adı Pirağa yazılmışdır.) N №-li hərbi hissənin MAT-ın əsgəri İddiaçı 26.12.N3-cü il tarixdə "belin sağ yarısından qarın boşluğuna daxil olan kor odlu silah güllə yaralanması" diaqnozu ilə yaralanması barədə məlumat vardır. Bundan başqa, AR Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının 20.10.2014-cü il tarixli 591№-li qərarına əsasən Neftçala RHK-dan tərəfindən N3-cü ildə hərbi xidmətə çağrılmış, Tərtər hərbi prokurorluğunun 26.05.2005-ci il tarixli qərarına əsasən qeydiyyata götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 26.12.N3-cü ildə aldığı və 28.12.N3-cü ildən 16.02,2004-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma diaqnozu: "Bel nahiyəsinin sağ tərəfindən yumşaq toxumadan dəlib keçən güllə yarası. Yaranın birincili cərrahi işlənməsindən (26.12.N3) sonrakı vəziyyət” (Azərbaycan Respublikasının SHXÇDX-nin Neftçala rayon şöbəsinin 26.08.20144-cü il tarixli 829 saylı göndərişi, 18.09.2014-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsiq edilir) “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”. İPM- 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh iddiaya dair yazılı münasibət bildirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh müvafiq olaraq məhkəmə iclasına gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İş materiallarından müəyyən olunur ki, İddiaçı Neftçala rayonu, Beşdəli kəndində qeydiyyatdadır (AZE seriyalı ******** № li şəxsiyyət vəsiqəsi) . Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Neftçala rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4, 8.5, 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair 2-1(112)-8345/2021 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-8345/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8345/2021
29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver