Məhkəmə qərarları › İş №2-1(112)-8347/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8347/2025

30.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8347/2025 30.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlu katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş ******* (bir milyon beş yüz min) manat maddi və ******* (bir milyon) manat məbləğində mənəvi ziyanın əvəzinin ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş ******* (bir milyon beş yüz min) manat maddi və ******* (bir milyon) manat məbləğində mənəvi ziyanın əvəzinin ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 12 sentyabr 1990-cı ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ekspert Kriminalistika şöbəsinin dəftərxanasına katibə-makınaçı vəzifəsinə (mülki) qəbul olunmuşdur. 16 sentyabr 1990-cı il tarixində dəftərxananın katibə-stenoqrafçı vəzifəsinə keçirilmiş, 18 may 1992-ci il tarixində o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ekspert Kriminalistika İdarəsinin dəftərxana müdiri, 06 iyul 1996-cı il tarixində dəftərxana rəisi vəzifəsinə təyin edilmişdir. Daha sonra Azərbaycan Respublikası daxili işlər nazirinin göstərişinə əsasən 1998-ci ilin iyun ayında sıravi və kiçik rəis heyətinə katibliyin rəisi, o da kiçik inspektor, vəzifəsinə xidmətə qəbul edilmişdir. Qeyd olunmalıdır ki, analıq məzuniyyətinə getmədən öncə onunla dəftərxanada katibə-makınaçı mülki Vəliyeva İlhamə işləyib. Xidmət etdiyi müddət ərzində 1998-ci ilin sentyabr ayında analıq məzuniyyətinə-çixmışdır. Daha sonra ikinci övladının olmağı ilə bağlı 1999-cu ilin sonunda yenidən analıq məzuniyyətinə çıxmışdır. Bakı şəhəri 5 saylı uşaq xəstəxanasının poliklinika şöbəsinin həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyi olan uşağa qulluq etmək üçün uşaq 4 yaşına çatanadək 1 il əlavə ödənişsiz məzuniyyət almaq üçün 2003-cü ilin fevral ayında 619 №-li arayışı AR DİN-nə təqdim etmişdir. Azərbaycan Respublikası Baş Kadrlar İdarəsinin 17 mart 2003-cü il tarixli 492ş/h №-li əmri ilə analıq məzuniyyəti 1 il uzadılıb. "DİO-da xidmət keçmə haqqında Əsasnamə"nin 34-cü maddəsində "Daxili işlər orqanları əməkdaşının bir vəzifədən başqa vəzifəyə keçirilməsi, bütün hallarda səbəbləri göstərilməklə sənədləşdirilir və əməkdaşa elan edilir" və 40-cı maddəsində "Təşkilati və ştat dəyişiklikləri ilə əlaqədar daxili işlər orqanlarının əməkdaşı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tutduğu vəzifədən azad edilərək iki aydan artıq olmayan müddətə müvafiq orqanın sərəncamında saxlanıla bilər. Göstərilən müddətdə həmin əməkdaşa tam həcmdə əmək haqqı ödənilir və onun işlə təmin olunması məsələsi həll edilir" qeyd edilir. Nəzərinizə çatdırıram ki, mən bu müddət ərzində analıq məzuniyyətində olmuşam və heç bir əmək haqqı almamışam, vəzifəmin dəyişdirilməsi barədə nə xəbərim, nə də razılığım olub. Həmçinin Əsasnamənin 87.1-ci bəndində "Qadın polis əməkdaşının verilmiş məzuniyyət müddəti bitənə qədər də öz xidməti vəzifələrinin icrasına başlamaq hüququ vardır" qeyd olunur. Həmin müddət katibliydə Vəliyevə İlhamə ilə kiçik inspektor Mehyaddinova Kamalə otururdu. İddiaçı buna etiraz etdi və Həsənov Nürəddin iddiaçını Daxili Tədqiqatlar İdarəsinin katibliyinə keçməyi təklif etdi. İddiaçı bununla razılaşmayaraq bildirmişdir ki, Mehyəddinova Kamalə ilə onun vəzifəsi dəyişilməlidir. İdarənin rəisi Həsənov Nürəddin ona bildirdi ki, o, ərizə yazıb işə çıxmalıdır, 2 aydan sonra isə vəzifəsi dəyişiləcək. İddiaçı AR DİN-nin KTİ-nin rəhbərliyinə katibliydə oturmayacağını bildirərək, fəaliyyətini vaxtından əvvəl davam etdirmək üçün 01 sentyabr 2003-cü il tarixli raportu AR DİN-nin KTİ-nin rəis müavini Ramiz Razıyev tərəfindən kompyuter vasitəsi ilə yazılıb çap edilərək, ona dərhal imzaladığını bildiriblər. İddiaçı 2003cü ildən 2009-cu ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin katibliyində fəaliyyət göstərməmişdir. 2007-ci ildə idarənin rəisi Həsənov Nürəddin təqaüdə getdikdən sonra həmin idarənin avtotexniki eksperti Sadıxov Gündüz idarənin rəisi vəzifəsinə təyin olunub. Bir müddət sonra, yəni 2009-cu ildə, Kriminalistik Tədqiqatlar İdarəsində təmir işləri aparılan zaman idarənin rəisi ona katibliydə oturmağa məcbur edib. Vəliyeva İlhamə ilə dəfələrlə mübahisələri olub və bu barədə idarənin rəisini məruzə etdiyindən sonra onu kriminalistik şöbənin kiçik inspektoru vəzifəsinə (ərizə olmadan) keçirib, dəftərxanadan uzaqlaşdırıb. Bir müddət sonra Vəliyeva İlhamə Baş Narkotiklərlə Mübarizə idərəsinin dəftərxanasına keçəndən sonra idarənin rəisi Sadıxov Gündüz iddiaçıdan katibliyi səliqəyə salmağı xahiş edib. İddiaçı ona bildirmişdir ki, kömək etməyə razıdır, amma katibliydə oturmağa istəmədiyini demişdir. Bir müddət sonra idarənin rəisi onu (yenə ərizə olmadan) katibliyin operatoru vəzifəsinə keçirib. Daha sonra metodiki şöbənin yeni əməkdaşı Məmmədova Nailəni onunla katibliydə otuzdurub. Qeyd olunmalıdır ki, X1 Akademiyasında təcrübə keçdiyi müddətdə dəftərxananın işinə müdaxilə etdiyindən o, ona acığlanmışdır. Bildirilir ki, bir necə gün keçdikdən sonra səhər iş yerinə gəldikdə dəftərxananın qapısını aça bilmədiyi üçün idarənin rəisinə müraciət etmişdir. Sadıxov Gündüz idarənin rəis müavini Bayramov R. zəng edərək idarənin qapısını açmağa əmr verdi. Bayramov R. dəftərxananın qapısını açandan sonra katibliyin işinə müdaxilələr etdiyindən onunla mübahisə olub. Daha sonra idarənin rəisi ona yenədə (ərizə olmadan) kriminalistik şöbəyə kiçik inspektor vəzifəsinə keçirtdiyini və zalda oturacağını bildirdi. İddiaçı buna etirazlarını bildirdikdə, Sadıxov Gündüz onun həyat yoldaşı Əzizov İlqarı idarəyə çağıraraq onu zalda oturmağı bildirdi. Həyat yoldaşı Sadıxov Gündüzün sözünü yerə salmayıb, zalda oturmağına razılıq verib. Qeyd olunmalıdır ki, zalda oturduğu müddətdə kriminalistik şöbənin və metodiki şödənin əməkdaşları ilə mübahisələri olduğu üçün idarənin rəisi Sadıxov Gündüzə rapor yazıb, əməkdaşlardan şikayət etdi və dəftərxananın rəisi Quliyeva Jaləyə qeydiyyatdan keçirilməsini xahiş etmişdir. Lakin o iddiaçının şikayətini qeydiyyatdan keçirdə bilmədiyi üçün yenidən rəisə müraciət etməyini bildirdi. Sadıxov Gündüz buna əhəmiyyət verməyib və əməkdaşlar barədə heç bir tədbir görməyib. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ekspert Kriminalistika İdarəsində baş verən hüquq pozuntuları nəticəsində iddiaçının ləyaqətinin ləkələnməsi, alçaldılması, böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması, barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər nəticəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Tədqiqatlat İdarəsinin qanunsuz rəyi əsasında daxili işlər orqanlarından xaric edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Krimilalistik Tədqiqatlar İdarəsinin katibliyinin rəisi İddiaçı barəsində qanunazidd və ya ədalətsiz qərar qəbul etmiş vəzifəli şəxlər intizam məsuliyyəti daşıyırlar. DİN-nin 16 İyun 2009-cu il tarixli 330 №-li əmri ilə təsdiq edilmiş ''Azərbaycan Respublikası DİO-nun İntizam Nizamnaməsinə uyğun olaraq işin həll edilməsi ilə bağlı Azərbaycan Respublikası daxili işlər naziri polis generalpolkovnik cənab Vilayət Eyvazova 08 yanvar 2025-ci il tarixli **********620834 Ne-li şikayət göndərmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Tədqiqatlar İdarəsinin 21 yanvar 2025 il tarixli 3-13-22/2-Ə-3037/1/2025 №-li eyni məzmunlu imtina məktubu almışdır. Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2024-cü il tarixli 2(103)- 5794/2024 №-li məktubuna əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1 –ci maddəsində "ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə" cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Səbail Rayon Məhkəməsinin 2(009)-1794/2024, 2-009- 3105/2016, 2(009)-719/2020 №-li iş materiallarını ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılması tələbi və göndərilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən cənab Ağamalı Qafarova 11 noyabr 2024-cü il tarixli **********774189 №-li ərizə göndərmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada cаvаbdеh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi iddiaya dair etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.6-cı bəndində İPM-in 45.5.1 və 78-ci maddələri vurğulanaraq göstərilmişdir ki, qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-in 45.5-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: (45.5.1) iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz, (45.5.2) aidiyyətlə əlaqədar şərtlərin dəyişməsinə baxmayaraq iddia ilə bağlı iş iddianın ilkin olaraq verildiyi məhkəmənin icraatında qalır. İddiaçı hazırkı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı eyni əsaslarla, eyni tələbi üzrə iddiası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4863/2020 saylı 28 sentyabr 2020-ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Həmin qərardadda məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində qaldırılan məsələlər qeyri-müəyyən şəkildə ifadə olunmaqla, mahiyyəti üzrə cavabdeh AR Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid olmayan hallarla bağlıdır. İddiaçının özünün izahatında “dəymiş mənəvi ziyanın ödənilməsi”nə gəldikdə isə nəzərə alınmalıdır ki, o, dəymiş ziyanı bir tərəfdən onun DİO-dan xaric olunmasının qanunsuzluğu ilə, digər tərəfdən onun DİO-dan xaric olunduqdan sonra işgüzar nüfuzunun aşağı düşdüyündən başqa işlə təmin olunmasında əngəllərin yaranması ilə əsaslandırır. Hazırda isə, o, DİO-da xidmətdən xaric olunması barədə əmri mübahisələndirmədiyindən, cavabdehin həmin hərəkətlərinin qiymətləndirilməsi mümkün sayıla bilməz. Məhkəmə İPM-in 13 və 54-cü maddərinə uyğun şəkildə müvafiq 9 sentyabr 2014-cü il tarixli əmrin (iddia ərizəsinə əsasən) hazırda mübahsələndirilməsinin iddiaçıya tövsiyə olunması da məqsədəmüvafiq saymır. Çünki, iddiaçı xidmətin xüsusiyyətlərinə görə həmin ərəfədə əmrdən xəbərdar olmuş əmrin qəbulundan 5 ildən çox müddət ötdükdən sonra məhkəmədə hazırkı iddianı qaldırmışdır. Onun işgüzar nüfuzunun aşağı düşməsinin birbaşa cavabdehin müvafiq əmr verməsi hərəkətləri ilə bağlılığı mülahizələrə söykənir. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası İPM-in 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Tərəflərin iştirakı və izaharları Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: -1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. -2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); -35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: -1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur -20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. -28.1. İnzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır. Məhkəmə ilk növbədə bildirir ki, iddia hüquqi cəhətdən iki mərhələdə yoxlanılır. İlkin mərhələdə iddianın mümkünlüyü şərtlərinin mövcud olub-olmaması yoxlanılır. Yalnız iddianın mümkün sayıldığı təqdirdə məhkəmə tərəfindən növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri tərəflərin təşəbbüsündən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərinin ödənilmədiyi hallarda iddianın əsaslılığının yoxlanılması və ona mahiyyəti üzrə baxılması istisna edilir. Bu yanaşma məhkəmə qənaəti prinsipinin məqsədlərinə xidmət edir. İPM-nin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 45.5 və 45.5.1-ci maddələrinə əsasən iddia ərizəsinin icraata qəbul edildiyi təqdirdə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarı: 15.5-ci bənd. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6-cı bənd. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edir. Bununla bağlı məhkəmə diqqətə çatdırır ki, məhkəmə qərardadında iddianın mümkün sayılmamasına əsas olan hallar aradan qaldırılmadığı təqdirdə, həmin iddialar üzrə qəbul edilmiş qərardadlar preyudisiallıq rolunu daşıyır. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş ******* (bir milyon beş yüz min) manat maddi və ******* (bir milyon) manat məbləğində mənəvi ziyanın əvəzinin ona ödənilməsinə nail olmaq istəyir. Nəzərə alınmalıdır ki, iddiaçının eyni cavabdehə qarşı eyni iddia tələbinə məhkəmə tərəfindən artıq qiymət verilmiş, birinci instansiya məhkəməsi tərəfindən 2-1(112)-4863/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamış, həmin məhkəmə qərardadı yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan qərardad qüvvədə olduğundan və həmin qərardadda göstərilən əsaslar, daha dəqiq desək, daxili işlər orqanlarında xidmətdən xaric olunması barədə əmr ləğv olunmadığından, iddia tələbi mümkünlük şərtlərini ödəmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş ******* (bir milyon beş yüz min) manat maddi və ******* (bir milyon) manat məbləğində mənəvi ziyanın əvəzinin ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” iddiası mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2cıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar