Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-835/2024 24.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçı, X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "qərarın ləğv edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 18 aprel 2022-ci il tarixdə ona 5 il müddətinə təyin edilmiş 2-ci dərəcə əlilliyinin ləğv edilməsi barədə qərarın qanunsuz hesab edilməsi, ona İİ qrup əlilliyin təyin edilməsi və ödənilməyən aylar üzrə pensiyasının ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1961-ci ildə doğulmuşdur. 2017-ci ildə "‘Qarışıq astma, bronxial astma qarışıq forma, nəzarət olunmayan, ağır gedişli, kəskinləşmə mərhələsi. Kəskin ventilyasiya pozğunluğu. Tənəffüs çatışmazlığı İİ dərəcə” diaqnozu ilə ona İİ qrup əlillik təyin olunub. Odur ki, 5 il müddətində İİ qrup əlilliyə görə pensiya almışdır. 2022-ci ilin aprel ayında 5 il müddət başa çatdığı üçün X12 X3 müalicə alıb epikriz götürmüşdür. 2022-ci ilin aprel ayında sənədlərini Cəbrayıl MRX HMK təqdim etmişdir. Sənədləri növbəti əlilliyin təyin edilməsi üçün sistemə vurulmuşdur. 2022-ci ilin may ayında ona İİ qrup əlillik təyin edilmişdir. Bundan sonra mütəmadi olaraq hər ay ona təyin olunan pensiyanı almışdır. 2022-ci ilin noyabr ayında təkrar komissiyadan keçmək üçün onu Azərbaycan Respublikası ƏƏSM Naziliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə dəvət etmişdirlər. O, 12 dekabr 2022-ci il tarixdə həmin təşkilatda komissiyadan keçmişdir. Həmin vaxtdan əlilliyi ləğv edilib və pensiyası dayandırılıb. Cavabdeh orqanın 08 fevral 2023-cü il tarixdə ünvanına daxil olan 30 yanvar 2023-cü il tarixli 3-17-4/2-D-1967/2023 saylı məktubunda 18 aprel 2022-ci il tarixdə ona təyin edilmiş 5 il müddətinə 2-ci dərəcə əlilliyinin ləğv edilməsi barədə qərar qəbul edilməsi və həmin qərardan 30 gün müddətinə Azərbaycan Respublikası ƏƏSM Naziliyinə və ya məhkəməyə şikayət vermək hüququmun olması izah edilmişdir. Aşağıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 18 aprel 2022-ci il tarixdə ona 5 il müddətinə təyin edilmiş 2-ci dərəcə əlilliyinin ləğv edilməsi barədə qərarı qanunsuz hesab edilməli və ona İİ qrup əlilliyin təyin edilməsi və ödənilməyən aylar üzrə pensiyasının ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, cavabdeh orqan tərəfindən 18 aprel 2022-ci il tarixdə ona 5 il müddətinə təyin edilmiş 2-ci dərəcə əlilliyinin ləğv edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1077 saylı Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X2 zidd olmuşdur. İşin faktiki hallarına əsasən ona 2 dəfə 5 il müddətinə İİ qrup əlillik təyin edilmişdir. 12 dekabr 2022-ci il tarixdə Dövlət Tbbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində heç bir şəxsi müayinə edilmədən, tibbi aparatlardan istifadə edilməklə yoxlanılmadan, yalnız qısa fərdi söhbət aparıldıqdan sonra əlillik dərəcəsi ləğv edilmişdir. Bu isə qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati iş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə xx.xx.2017-ci il tarixdə baxılmış Səbəbi: Ümumi xəstəlik, X4: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 -Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: Qarışıq astma, Bronxial astma infekslon allergik forma, nəzarət olunmayan tənginəfslik, kəskinləşmə mərhələsi, hormondan asıllıq. Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamaziığı, Keçirilmiş naməlum prosesdən sonra sağ ağciyərdə qalıq bərk ocaqlar. Tənəəffüs çatmamaziığı il-dərəcə, tez-tez boğulma tutmaları ilə; Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9.J35-J37.1 J41...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Əlillik təyinatlarının əsaslandığı müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinə aparılması üçün vətəndaş əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixli qərarla barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Qərar əsasında əlillik altsisteminə X4: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J4O-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma Diaqnozun mətni: Qarışıq astma, Bronxial astma qarışıq forma, nəzarət olunmayan, ağır gedişli, kəskinləşmə mərhələsi. Kəskin ventilyasiya pozğunluğu. Tənəffüs çatmamazlığı İİ dərəcə. Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.” məlumatları işlənmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrə Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəl: iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi QaydasT'na əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək xx.xx.2022-ci il tarixdən ikinci dərəcə əlillik təyin edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə xx.xx.2017-ci il tarixdə baxılmış Səbəbi: Ümumi xəstəlik, X4: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 -Astma => J45.8 - Qarışıq astma; Diaqnozun mətni: Qarışıq astma, Bronxial astma infekslon allergik forma, nəzarət olunmayan tənginəfslik, kəskinləşmə mərhələsi, hormondan asıllıq. Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamaziığı, Keçirilmiş naməlum prosesdən sonra sağ ağciyərdə qalıq bərk ocaqlar. Tənəəffüs çatmamaziığı il-dərəcə, teztez boğulma tutmaları ilə; Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9.J35-J37.1 J41...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli 0338003AAMGN nömrəli tibbi göndərişi əsasında baxılmış və xx.xx.2022-ci il tarixdən X4: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma, Diaqnozun mətni: Qarışıq astma, Bronxial astma qarışıq forma, nəzarət olunmayan, ağır gedişli, kəskinləşmə mərhələsi. Kəskin ventilyasiya pozğunluğu. Tənəffüs çatmamazlığı İİ dərəcə”, meyar 2.2 ikinci dərəcə əlillik= 2.2.4 ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9, J 35-J37.1J41..., ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-sosial ekspert komissiyasının 30 dekabr 2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Cəbrayıl rayon sakini xx.xx.1961-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair tibb müəssisəsinin Q338003AAMGN nömrəli göndərişi DTSERA-da əyani müayinəsi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci ii tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.4 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir (ESDAS: **********2). Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş xx.xx.2022-ci il tarixində əyani müayinəyə dəvət olunmuş, müayinə zamanı şikayətləri vaxtaşırı baş verən boğulma tutmalarından olmuş, daim dərman istifadə etdiyini bildirmiş, ambulator və stasionar müalicələrə aid tibbi sənədlər təqdim etmişdir. Obyektiv müayinədə sağ ağciyər boyunca səs keçiriciliyi zəifləmiş, digər nahiyyələrdə sərt tənəffüs eşidilmiş, sol aşağı paylarda cüzi xıriltı və vızıltı eşidilmişdir. ET-X5 xx.xx.2022-ci il tarixli 3358 nömrəli Spirometriya müayinə nəticəsi “Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu” kimi qeyd olunsa da obyektiv müayinədə öz əksini tapmamışdır. Anamnestik məlumatlar və obyektiv müayinə nəticələrinə əsaslanaraq “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilib, Diaqnoz əlillik əlaməti təyin etmir qərarı verilmişdir. İddiaçı qeyd edilən qərarı mübahisələndirməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən iddiaçının əlilliyinin müəyyən edilməsi onun sağlamlıq vəziyyəti ilə bağlı olduğundan və şəxsin xəstəlik və sağlamlıq vəziyyətindəki qüsurların müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğu nəzərə alınaraq 2-1(112)- 6950/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 ekspertlərinə həvalə edilmişdir. Məhkəmənin həmin qərardadının icrası məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 tərəfindən T 499/2023 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəydə belə nəticəyə gəlinmişdir ki: - Vətəndaş İddiaçı 43 saylı şəhər poliklinikasında xx.xx.2023-cü il tarixdə ambulator müayinələri zamanı “J45.8-bronxial astma, infeksion allergik forma, J46-tənəffüs çatmamazlığı İİ dərəcə, kəskin ventilyasiya pozğunluğu, qarışıq tipli” diaqnozu müəyyən edilmişdir. - Vətəndaş İddiaçı hazırda həmin xəstəlikdən əziyyət çəkir və qeyd edilən diaqnoz Forma 088-də qeyd edilmiş diaqnozla uyğunluq təşkil edir. - Həmin xəstəliklərin bərpa müalicələrindən sonra tam reabilitasiyası (sağalması) yoxdur, lakin kəskinləşdiyi halda müalicəyə cəlb oluna bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6950/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə təkrar tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 ekspertlərinə həvalə edilərək ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1.Məhkəmə ekspertizası zamanı canlı müayinə və keçirilən ixtisaslaşmış müayinələrin nəticələrinə əsaslanmaqla xx.xx.1961-ci il təvəllüdlü İddiaçı hazırkı sağlamlıq vəziyyəti hansı diaqnoza uyğundur və həmin xəstəliyin beynəlxalq təsnifat kodu nədir? 2.xx.xx.1961-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla xx.xx.2022-ci il tarixli 0338003AAMGN nömrəli Forma 88-də qoyulmuş əsas diaqnoz və ağırlaşmalar onun hazırkı sağlamlıq vəziyyətinə uyğundurmu? Əgər həmin göndərişdəki diaqnoz və ağırlaşmalar iddiaçının hazırkı sağlamlıq vəziyyətinə uyğundursa, aşağıda göstərilən hallardan hansılar iddiaçıda müşahidə olunur: 2.1 orta ağır gedişli – mülayim tez-tez kəskinləşmələr (ildə 3-6 dəfə) və orta ağır tutmalarla (qismən nəzarət olunan, orta ağır olan persistə edən bronxial astma) İ-İİ dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə; 2.2 ağır gedişli – tez-tez baş verən kəskinləşmələr (ildə 6 dəfədən artıq) və ağır tutmalarla (nəzarət olunmayan, ağır persistə edən bronxial astma) İİ-İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİA mərhələdə xroniki ağciyər-ürək çatışmazlığı ilə; 2.3 ağır gedişli – tez-tez baş verən kəskinləşmələr (ildə 6 dəfədən artıq) və ağır tutmalarla (nəzarət olunmayan, ağır persistə edən bronxial astma) İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİB, İİİ mərhələdə xroniki ağciyər-ürək çatışmazlığı ilə; 2.4 təngnəfəslik simptomlarının güclənməsi, qeyd olunan dövri kəskinləşmələrlə, orta ağır forma (ildə 4-6 dəfə), hipoksemik xroniki respirator çatışmazlığı, İ-İİ dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə; 2.5 təngnəfəsliyin artması, tez-tez kəskinləşmələri olan ağır gedişli forma (kəskinləşmələr ildə 6 dəfədən çox), hipoksemik və hiperkapnik xroniki respirator çatışmazlığı, İİ və İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİA dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə; 2.6 ağır forma, davamlı residivləşən gedişat, daimi ağır təngnəfəsliklər, hiperkapniya, xroniki respirator hipoksemiya, xroniki respirator alkaloz, İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİB və İİİ dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə. Məhkəmənin həmin qərardadının icrası məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 tərəfindən T 807/2023 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəydə belə nəticəyə gəlinmişdir ki: 1961-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1. Vətəndaş İddiaçı 43 saylı şəhər poliklinikasında xx.xx.2023-cü il forma, J46-tənəffus çatmamazlığı İİ dərəcə, kəskin ventilyasiya pozğunluğu, qarışıq tipli” diaqnozu müəyyən edilmişdir. Belə ki, o, hazırda həmin xəstəlikdən əziyyət çəkir. 2,3. Vətəndaş İddiaçı adına müvafiq tibb müəssisəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 0338003AAMGN nömrəli (Forma 88) göndərişində qeyd edilmiş diaqnozdakı əsas xəstəlik, 2.1-2.6 yarımbəndlərində olan əsas xəstəliklə eynilik təşkil edir və hazırda iddiaçıda rast gəlinir. Lakin, onların ağırlaşmaları yarımbəndlərdə olanlarla və iddiaçının hazırkı sağlamlıq durumu ilə tam uyğunluq təşkil etmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-835/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 ekspertlərinə (Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasya Agentliyinin nümayəndəsi (eksperti) ekspert tədqiqatında və ekspert rəyinin tərtibində ekspert qismində iştirak etmədən) həvalə edilmişdir. Məhkəmənin həmin qərardadının icrası məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 tərəfindən T 91/2024 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəydə belə nəticəyə gəlinmişdir ki: 1961-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-6. Cəbrayıl rayon mərkəzi xəstəxanasında İddiaçı adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 0338003AAMGN nömrəli Forma 088 göndərişində qeyd edilmiş “Bronxial atma qarışıq forma, nəzarət olunmayan ağır gedişli, kəskinləşmə mərhələsi, hormondan asılı vəziyyət, qarışıq tipli kəskin ventilyasiya pozğunluğu, xroniki tənəffüs çatmamazlığı İİ dərəcə, hiperkapniya, xroniki respirator hipoksemiya və xroniki respirator alkaloz” xəstəliklərdən əziyyət çəkir və sualda qeyd edilən hallardan 1.5 bəndi ilə tam uyğunluq təşkil edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçının növbəti əlillik təyinatı tibb müəssisəsinin Q338003AAMGN nömrəli göndərişi əsasında əsas diaqnozu “Qarışıq astma, Bronxial astma qarışıq forma, nəzarət olunmayan, ağır gedişli, kəskinləşmə mərhələsi. Kəskin ventilyasiya pozğunluğu. Tənəffüs çatmamazlığı İİ dərəcə” olmaqla xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona xx.xx.2022-ci il tarixdən etibarən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci ii tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.4 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının növbəti qiymətləndirmə tarixi xx.xx.2027-ci il olduğu halda cavabdeh əlillik müddəti bitməmiş iddiaçını xx.xx.2022-ci il tarixində əyani müayinəyə dəvət etmiş və “Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu” diaqnozunun obyektiv müayinədə öz əksini tapmadığını əsas gətirərək “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv etmiş və iddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir qərarını vermişdir. Hazırkı iş üzrə iddiaçı əlillik təyinatı barədə inzibati aktın ləğv edilməsini nəzərdə tutan xx.xx.2022-ci il tarixli əliverişsiz inzibati aktın ləğv edilməsini mübahisələndirir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə görə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İddiaçının əlillik vəziyyətinin qiymətləndirildiyi vaxt hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin: -1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. -1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. -2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: -2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); -4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının barəsində sonuncu dəfə 0338003AAMGN nömrəli Forma 88-də qoyulmuş əsas diaqnozu “Qarışıq astma, Bronxial astma qarışıq forma, nəzarət olunmayan, ağır gedişli, kəskinləşmə mərhələsi. Kəskin ventilyasiya pozğunluğu. Tənəffüs çatmamazlığı İİ dərəcə” qeyd edilmişdir. İddiaçının tibbi göndərişindəki əsas diaqnozundakı xəstəliyin beynəlxalq təsnifatı J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J45 - Astma => J45.8 - Qarışıq astma olmaqla, Diaqnozun mətni: Qarışıq astma, Bronxial astma qarışıq forma, nəzarət olunmayan, ağır gedişli, kəskinləşmə mərhələsi. Kəskin ventilyasiya pozğunluğu. Tənəffüs çatmamazlığı İİ dərəcə” olmaqla “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.4-cü bəndinə “ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9, J 35-J37.1J41” uyğun olmuş və həmin diaqnoz ikinci dərəcə əlillik təyinatına əsas vermişdir. Cavabdeh iddiaçının əlillik təyinatı barədə qərarını ləğv edərkən əyani müayinəsi zamanı iddiaçı barəsində təqdim edilmiş Elmi X1 xx.xx.2022-ci il tarixli 3358 nömrəli Spirometriya müayinə nəticəsi olaraq “Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu” diaqnozunun obyektiv müayinədə öz əksini tapmadığına istinad etsə də lakin qeyd edilən diaqnozun iddiaçıda müşahidə olunmadığına dair əsaslandırma təqdim etməmiş, iddiaçının sağlamlıq vəziyyətinin xx.xx.2022-ci il tarixli 3358 nömrəli Spirometriya müayinə nəticəsinə uyğun olmadığını həmin vaxt müvafiq sahə üzrə ixtisaslaşmış müayinələrin nəticələrinə əsaslanmadan irəli sürmüş, qeyd edilən qənaətə hansı “obyektiv müayinə”nin nəticəsi olaraq gəldiyi ilə bağlı zəruri əsaslandırma və sübut təqdim etməmişdir. Halbuki, məhkəmə icraatı gedişində keçirilmiş təkrar və əlavə tibbi ekspertizaların nəticələrinə dair bütün rəylərdə iddiaçının sağlamlıq vəziyyətinin xx.xx.2022-ci il tarixli, 0338003AAMGN nömrəli (Forma 88) göndərişində qeyd edilmiş diaqnoza uyğun olduğu, onun “Bronxial atma qarışıq forma, nəzarət olunmayan ağır gedişli, kəskinləşmə mərhələsi, hormondan asılı vəziyyət, qarışıq tipli kəskin ventilyasiya pozğunluğu, xroniki tənəffüs çatmamazlığı İİ dərəcə, hiperkapniya, xroniki respirator hipoksemiya və xroniki respirator alkaloz” xəstəliklərdən əziyyət çəkdiyi bildirilmişdir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçıda aşkar olunan xəstəlik iddiaçıya əlillik təyinatı aparıldığı xx.xx.2022-ci il tarixdə qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də göstərilən meyarlara uyğun gəlməkdən əlavə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nda 1.1. Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri və 1.1.2. astma bəndlərində qiymətləndirmə meyarları əsasında da yoxlanılmış və nəticə etibarı ilə sonuncu ekspert rəyində də iddiaçıda müşahidə olunan əsas xəstəliyin yuxarıda adıçəkilən yeni meyarların qiymətləndirməsinə uyğun olduğu, konkret olaraq isə iddiaçıda aşkar olunan xəstəliyin bilavasitə “təngnəfəsliyin artması, tez-tez kəskinləşmələri olan ağır gedişli forma (kəskinləşmələr ildə 6 dəfədən çox), hipoksemik və hiperkapnik xroniki respirator çatışmazlığı, İİ və İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİA dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə” tam uyğunluq təşkil etdiyi qeyd edilmişdir. Təqdim edilmiş ekspert rəyində də iddiaçı barəsində “Bakı şəhəri Təcili və X10 Stansiyası” PHŞ-nə xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə-başqa sözlə kəskinləşmənin intensivliyi-çağırış olduğu qeyd edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Beləliklə, iddiaçıya xx.xx.2022-ci il tarixdən ümumi xəstəlik səbəbindən 05 il müddətinə İİ dərəcə əlillik təyin edilməsi barədə qərarı qanuni əliverişli inzibati akt olmuşdur. Cavabdehin iddiaçının əlillik təyinatını ləğv edən xx.xx.2022-ci il tarixli əyani müayinə qərarı isə qanunsuz, əliverişsiz inzibati aktdır. Yuxarıda da qeyd edildiyi kimi qanunsuz əliverişsiz inzibati akt hər bir halda ləğv edilməli və onun hüquqi nəticələri aradan qaldırılmalı, yəni iddiaçı əvvəlki hüquqi vəziyyətinə qaytarılmaqla onun xx.xx.2022ci il tarixdən 05 il müddətinə əlilliyik təyinatı əlillik alt sistemində bərpa edilməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının xx.xx.2022-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlillik təyin edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı edilməlidir. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı barəsində xx.xx.2022-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlillik təyin edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-835/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-835/2024
24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver