Məhkəmə qərarları › İş №2-1(112)-8358/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8358/2023

01.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8358/2023 01.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə qarşı “nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınaraq şəhadətnamənin verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək İddiaçı məxsus X11 markalı, 99NR085 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin rəsmiləşdirilərək ona qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdeh DİN Baş X13 İdarəsi üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, X11 markalı, 99NR085 dövlət qeydiyyat nişanlı, ban SALLSAA247A100047 nömrəli 2007-ci il buraxlı avtomobilin rəsmiləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli imtina məktubu ilə cavab vermişdir. İmtina məktubunda göstərilmişdir ki, avtomobil “İNTERPOL” xətti üzrə Niderlandda oğurlanmışdır və buna görə də xahişin müsbət həlli yanlız məhkəmə vasitəsilə mümkün ola bilər. Lakin aşağıdakı hallara əsasən, hesab edilmişdir ki, cavabdeh tərəfindən verilən imtina məktubu əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində cinayət əməlinin olmadığı avtomobilin xx.xx.2012-ci il tarixdə oğurlanmasının obyektiv reallığa uyğun olmamasını bildirmişdir. X12 və digərləri vicdanlı alıcı hesab edilməklə əməllərində oğurluq və ya digər cinayətin tərkibi olmadığından toplanmış materiallar üzrə cinayət işinin başlanmasına rədd edilmişdir. Avtomobil Azərbaycan Respublikasına gələnə qədər bir neçə dövlətin ərazisindən keçmiş və yoxlamalara məruz qalmışdır. Lakin qanunsuz hal müəyyən edilmədiyi üçün avtomobilin sərbəst hərəkətinə icazə verilmişdir.

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubuna əsasən “X11” markalı ban nömrəsi: SALLSAA247A100047 olan nəqliyyat vasitəsi Niderlandda oğurladığı üçün “İNTERPOL” tərəfindən axtarışda olması müəyyən edilməsi səbəbindən iddiaçının xahişi müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X10 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola biləcəyi qeyd edilmişdir.

4. 25.10.2022-ci il tarixli cavabdehə ünvanlanan ərizəyə əsasən markası “X11” minik dövlət qeydiyyat nişanı **-NR-*** qeydiyyat şəhadətnaməsi BA174508 minik tipli nəqliyyat vasitəsinin ban nömrəsi “SALLSAA247A100047“ olan mülkiyyətçini dəyişməklə, X3 verilməsi ilə əlaqədar qeydiyyatdan çıxarılması xahiş edilmişdir.

5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən X4 və X7 əməlində cinayət tərkibinin əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmiş, nəqliyyat vasitəsi X2ytarılmış, ölkədən çıxarılmaması və qeydiyyat hərəkətlərinin aparılması üçün mülki qaydada orqanlarına müraciət etmək hüququ ona izah edilmişdir.

6. Şifahi məhkəmə baxışı (şifahi məhkəmə dinləmələri) zamanı iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

7. İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nətəcələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır.

8. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında əsasnamə”dən: 1.2. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri") onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər. 2.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. 2.11. Qeydiyyata alınan nəqliyyat vasitələrinin konstruksiyası hərəkətin təhlükəsizliyinə və ətraf mühitin qorunmasına aid qüvvədə olan standartların, qaydaların və normativlərin tələblərinə uyğun olmalıdır.

10. Məhkəmə qeyd edir ki, “X11” markalı, SALLSAA247A100047 ban nömrəli nəqliyyat vasitəsi Niderlanda oğurlandığı üçün “İNTERPOL” tərəfindən axtarışda olması işin mübahisəsiz halıdır.

11. Cavabdeh qurumun hərəkələri mülkiyyətdən istifadəyə nəzarətlə bağlıdır.

12. X1 və X5 əməlində cinayət tərkibinin əlamətlərinin olmadığından cinayət işinin başlanmasının rədd edilməsi nəqliyyat vasitəsi üzərində mülkiyyət hüquqlarının tanınması üçün əsas ola bilməz.

13. Odur ki, təqdim olunmuş sənədlərdə aşkar edilmiş çatışmazlıqlar barədə iddiaçıya (ərizəçiyə) məlumat verilmişdir. Nəticə etibarilə cavabdeh qurumun hərəkətləri nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

14. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

15. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar