Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8359/2021 04.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı iştrirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə (üçüncü şəxs X5 cəlb olunmaqla) qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X5 olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, K.Əhmədov küçəsi, ev 4 ünvanda yerləşən 34 №li mənzildən X1 və onun azyaşlı qızı X4 qeydiyyatdan çıxarılmaları vəzifəsinin Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, K.Əhmədov küçəsi, ev 4-də yerləşən 34 nömrəli mənzilin mülkıyyətçisidir. Cavabdeh, yəni bacısı X1 və onun azyaşlı qızı X6 və X6 onun mənzilimdə qeydiyyatdadırlar. Lakin onlar qeydiyyatda olduğu, yəni iddiaçının mülkiyyətində olan mənzildə yaşamır. Cavabdeh və onun qızı hal-hazırda Türkiyədə yaşayırlar. Yəni onların həmin mənzildən istifadə hüququ mövcud deyil. Məhkəməyə müraciət etməkdə məqsəd cavabdeh X1 və onun azyaşlı qızı X4 ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlıdır. Çünki cavabdehin razılığı olmadan evi ilə bağlı hər hansi bir notarial hərəkət edə bilmir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, cavabdeh nümayəndəsini və üçüncü şəxs şifahi məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişi üçüncü şəxsin qeydiyyatda olduğu Bakı şəhəri, K.Əhmədov küçəsinə yerləşən 4 saylı evin 34 saylı mənzilinə göndərilmiş, lakin həmin bildirişlər poçt idarəsi tərəfindən zərfin üzərində “bu ünvanda yaşamır” sözləri qeyd olunaraq məhkəməyə geri qaytarılmışdır. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 26 dekabr 2014-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, K.Əhmədov küçəsinə yerləşən 4 saylı evin 34 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir və bu barədə iddiaçı elektron çıxarış əldə etmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6 ünvan 1 ünvanında qeydiyyatdadırlar. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 101-18839H-3221 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, X1 və onun azyaşlı qızı X4 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq əlaqədar məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə araşdırması dövründə Bakı şəhəri, Xətai rayonu, K.Əhmədov küçəsi, ev 4 ünvanda yerləşən 34 saylı mənzilinhal-hazırda kimin mülkiyyətində olmasına dair məlumatın və buna dair sənədlər, həmçinin İddiaçı adına Azərbaycan Respublikası Əmlak X7 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı **********82-05101-093004 reyestr nömrəli Çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yannda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Sorğuya cavab olaraq məhkəməyə təqdim olunan 23 avqust 2021-ci il tarixli cavab məktubunda xx.xx.2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edilmişdir. Həmin şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2010-cu ildə vəfat etmiş X2 vərəsəsi olması və miras olaraq Bakı şəhəri, Xətai rayonu, K.Əhmədov küçəsi, ev 4 ünvanda yerləşən bir otaqdan ibarət 34 saylı mənzilin sonuncuya verildiyi müəyyən edilir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan İddiaçı ilə X5 arasında bağlanan xx.xx.2021-ci il tarixli razılaşma müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətçisi olduğu ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilin 34000 (otuz dörd min manat 00 qəpik) məbləğinə satmaq barədə qərara gəlmişdir. Alqı-satqı müqaviləsinin satış məbləğinin 20000 manat 00 qəpik (iyirmi min manat 00 qəpik) hissəsini alqı-satqı müqaviləsinə razıiıq verməsi, qeydiyyatdan çıxmağın qarşılığında bacısı X3 verməyi öz öhdəsinə götürmüşdür. X5 həmin məbləği qəbul edir, və bunun qarşılığında mənzilin satılmasına dair razılığını bəyan edir və 2 saylı Baklı “Asan Xidmət“ mərkəzində fəaliyyət göstərən notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-1634 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsində qeyd olunan müddətdə qeydiyyatdan çıxmağı, mənzili təhvil verməyi və gələcəkdə bununla bağlı heç bir mübahisə yaratmayacağını öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması dövründə həmçinin xx.xx.1967-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X4 Azərbaycan Respublikasının sərhədlərinin giriş-çıxış barədə məlumatların məhkəməyə təqdim edilməsi Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən sorğu əsasında tələb edilmişdir. Məkhəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş 19 avqust 2021-ci il tarixli, 33/2869 saylı məktubdan görünür ki, X5 və X4 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında olan məlumata əsasən xx.xx.2014-cü il çıxış Gürcüstan, xx.xx.2020 çıxış Gürcüstan, xx.xx.2021 giriş Türkiyə olmuşdur. Beləliklə işin hallarından görünür ki, ünvan 3 ünvanında yerləşən 34 saylı mənzil İddiaçınun xüsusi mülkiyyətindədir. İş üzrə üçüncü şəxs X5 və onun azyaşlı qızı X6 ona məxsus mənzildə yaşamırlar. Həmçinin iddiçı ilə bacısı X5 arasında müqavilə bağlanaraq, qeyd olunan ünvana dair gələcəkdə heç bir iddiasının olmayacağı barədə razılıq əldə edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş məlumata əsasən X5 və onun qızı X4 respublika ərazisindən çıxdıqları müəyyən edilmişdir. İddiaçı üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bu da həmin şəxsin ona məxsus mənzildə yaşamaması, qeydiyyatının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, X1 və onun azyaşlı qızı X6 iddiaçıya məxsus ünvan 1 ünvanında yaşamadığı halda üçüncü şəxsin həmin ünvanda formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iddiaçının iş üzrə üçüncü şəxsin ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X5 və onun azyaşlı qızı X4, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, K.Əhmədov küçəsində yerləşən 4 saylı evin 34 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları vəzifəsi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-8359/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8359/2021
04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver