Məhkəmə qərarları › İş №2-1(112)-836/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-836/2020

10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-836/2020 10.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 oğlunun (cavabdehin nümayəndəsi X1 oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq və kadrlar sektorunun böyük məsləhətçisi-hüquqşünas vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “əlilliyə görə əmək pensiyanın yenidən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “iddiaçının 2-ci dərəcəli əlillik qrupuna görə xx.xx.2019-cu il tarixədək aldığı əmək pensiyası ilə hərbi qulluqçu kimi 2-ci dərəcəli əlillik qrupuna görə xx.xx.2019-cu il tarixdən aldığı əmək pensiyası arasındakı fərqin xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində N №-li hərbi hissədə əsgər kimi xidmət edərkən xx.xx.1994-cü il tarixdə yaralanmış və sağlamlığını itirmişdir. İddiaçıya xx.xx.2000-ci il tarixdə 20 №-li Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Həmin vaxtdanxx.xx.2000-ci il tarixdən iddiaçıya 2-ci dərəcəli əlillik qrupuna görə əmək pensiyası təyin edilmişdir. Əlillik qrupu hər il təsdiq edilmiş, 2012-ci ildən isə müddətsiz olaraq təyin edilmişdir. Lakin, 2019-cu ilin iyul ayında iddiaçıya məlum olmuşdur ki, hərbi qulluqçu kimi 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası hüququ vardır. Hərbi qulluqçu kimi 2-ci dərəcəli əlilliyə görə iddiaçıya əmək pensiyası təyin olunması üçün müvafiq sənədlərin (məlumat vərəqinin) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi üçün xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə müraciət etmişdir. Müraciətinə əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən barəsində tərtib olunmuş 12404 №-li, xx.xx.2019-cu il tarixli “məlumat vərəqi” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmiş və cavabdeh tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixdən hərbi qulluqçu kimi 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin, iddiaçı hesab edir ki, onun hərbi qulluqçu kimi 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası almaq hüququ ona ilkin əlillik təyin olunduğu vaxtdan, yəni xx.xx.2000-ci il tarixdən yaranmışdır və buna görə də iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün hərbi qulluqçu kimi 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası ilə 2-ci qrup əlilliyə görə aldığı əmək pensiyası arasındakı fərq hesablanaraq ona ödənilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən iddiаyа dаir еtirаzını təqdim еdərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. İddiaçının ərizəsində iddia etdiyi, 2006-cı il tarixdən pensiya fərqinin hesablanaraq ödənilməsi qeyd edilmişdir. Bildiririk ki, iddiaçının adına əmək pensiyası təyin edilməsi üçün qulluq etdiyi Müdafiə Nazirliyi tərəfindən “məlumat vərəqi” tərtib edilərək xx.xx.2019-cu il tarixdə İdarəyə göndərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə görə - həmin Qanunun 32.1-1 maddəsinə əsasən son 3 il nəzərə alınmaqla xx.xx.2016-cı il tarixdən ödənilməsinə qərar verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə, Qanunun 32.1-1 maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu səbəbdən də İdarə tərəfindən son 3 ilin ödənişi həyata keçirilmiş və iddiaçıya ödənilmişdir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir.Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Cavabadehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etiraza uyğun məzmunda izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: AZE 0******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Cavabdehin təqdim etdiyi TSEK-in 15380 nömrəli Arayışın surətindən görünür ki, iddiaçıya İİ qrup əlillik dərəcəsi təyin edilmiş və əlilliyin səbəbli əlaqəsi kimi Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralandığı qeyd olunmuşdur. Cavabdehin təqdim etdiyi 37 nömrəli Arayışın surətindən görünür ki, iddiaçıya İİ qrup əlillik dərəcəsi təyin edilmiş və əlilliyin səbəbli əlaqəsi kimi Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralandığı qeyd olunmuşdur. “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqi”nə əsasən iddiaçı MAHHX əsgəri, xx.xx.1994-cü ildə (xəstəliyə görə) xidmətdən tərxis olunmuşdur, cəmi təminatı 607,35 manat təşkil etmişdir. İddiaçıya məxsus 249379 saylı əlillik vəsiqəsindən görünür ki, İddiaçı İİ qrup əlillik dərəcəsi 28 iyun 2000-ci il tarixdən təyin edilmiş və əlilliyin Azərbaycan Respublikasının müdafiəsi zamanı yarandığı qeyd olunmuşdur. Cavabdehin “əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********2 saylı qərarına əsasən iddiaçıya xx.xx.2019-cu il tarixdən müddətsiz olaraq 493,88 manat məbləğində pensiya təyin edilmişdir. Cavabdehin “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2019-cu il tarixli qərarına əsasən xx.xx.2019-cu il tarixdən etibarən iddiaçıya 493,88 manat məbləğində pensiya təyin edilmiş, ötən dövr üçün xx.xx.2016-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 7158,50 manat məbləğin alınmaması barədə məlumat əks edilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Füzuli şəhər şöbəsinin arayışından görünür ki, iddiaçıya 2016-ci ilin 11-ci ayından 2019-cu il tarixli 11 ayına qədər 174.94-200 manat aralığında pensiya ödənilmişdir. İddiaçının cavabdehə ünvanladığı xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı cavabdehə müraciət edərək əvvəlki dövr üçün yaranmış pensiya fərqinin ona ödənilməsini xahiş etmişdir. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, cavabdeh tərəfindən ona hərbi qulluqçu kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumat vərəqəsinə əsasən xx.xx.2019cu il tarixdən pensiya təyin edilmişdir. İddiaçı hazırda hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının keçmiş dövr üçün (xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrini əsas tutaraq müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə ediməklə ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 12.2-ci (Əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri) maddəsinə əsasən hərbi qulluqçulara (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya), xəstəlik nəticəsində üz verdikdə təyin edilir. Həmin Qanunun 20-ci ( Qulluq stajına görə əmək pensiyasına əlavələr) maddəsinin 20.16.-ci bəndinə əsasən, bu qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin—100 faizi, İİ qrup müharibə əlillərinə—80 faizi, İİİ qrup müharibə əlillərinə—55 faizi. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.2-ci (Əmək pensiyasının təyin edilməsi müddətləri) maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. İşin faktiki hallarına əsasən iddiaçı Müdafiə Nazirliyinin (MAHHX əsgəri) hərbi qulluqçu olaraq, xx.xx.1994-cü ildə (xəstəliyə görə) hərbi xidmətdən tərxis olunmuş, ona xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumat vərəqi əsasında ikinci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İş materiallarından göründüyü kimi iddiaçının hərbi qulluqçu kimi əmək pensiya almaq hüququ artıq 28 iyun 2000-ci ildə yaranmışdır. Lakin, cavabdeh tərəfindən iddiaçıya hərbi qulluqçu kimi xx.xx.2016-ci il tarixdən pensiya məbləği hesablanıb ödənilməsi qərara alınsa da, həmin məbləğin ödənilməsi barədə iddiaçıya məlumat və müvafiq arayış təqdim edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci ilə qədər olan redaksiyasında əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan əmək pensiyasının təyin olunması hüququ nəzərdə tutulmuşdu. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3.-cü bəndinə görə, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməli, iddiaçının 2-ci dərəcəli əlillik qrupuna görə xx.xx.2019-cu il tarixədək aldığı əmək pensiyası ilə hərbi qulluqçu kimi 2-ci dərəcəli əlillik qrupuna görə xx.xx.2019-cu il tarixdən aldığı əmək pensiyası arasındakı fərqin xx.xx.2006cı il tarixdən xx.xx.2019-cı il tarixədək hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 69cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddia tələbi təmin edilsin İddiaçı 2-ci dərəcəli əlillik qrupuna görə xx.xx.2019-cu il tarixədək aldığı əmək pensiyası ilə hərbi qulluqçu kimi 2-ci dərəcəli əlillik qrupuna görə xx.xx.2019-cu il tarixdən aldığı əmək pensiyası arasındakı fərqin xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar