Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8362/2024 06.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “torpaq sahəsinə dair plan-cizginin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair plan-cizginin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1989-cu il tarixli, 95 saylı və xx.xx.1991-ci il tarixli 177/3 saylı Cavabdeh sərəncamlarına əsasən V.Kasparov ev 5 (hazırkı M.Sənani ev 5) ünvanında yerləşən ev iddiaçıya ayrılmışdır. Lakin torpaq sahəsinə dair plan-cizginin verilməsi üçün ərizə ilə cavabdeh inzibati orqana müraciət olunsa da, sözügedən ərizəyə imtina məktubu ilə cavab verilmişdir. İmtina məktubunda bildirilmişdir ki, tələb olunan məsələ cavabdeh qurumun səlahiyyətləri xaricindədir. Lakin iddiaçı hesab edir ki, vaxtilə cavabdeh qurum tərəfindən edilmiş səhlənkarlığa görə iddiaçı deyil, məhz qurumun özü məsuliyyət daşıyır. İnzibati akt qəbul edilsə də, onun tərkib hissəsi nə iddiaçıya, nə də, arxivə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Sənani, ev 5 (V.Kasparov ev 5 ) küçəsində yaşayan İddiaçı Cavabdehnə 5-15/1-Ə-54/3-162/2023 saylı, xx.xx.2023-cü il qeydiyyat tarixli ərizə ilə müraciət edərək, yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, M.Sənani, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin yerləşmə sxeminin verilməsini xahiş etmişdir. Cavabdeh 5-15/1-Ə-54/3- 162/2023 saylı, 27.10.23-cü il tarixli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, müraciətində qeyd olunan məsələ Cavabdeh səlahiyyətləri xaricindədir. Cavabdehin imtinası qanunsuz hesab edərək iddiaçı xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə ilə Bakı İnzibati məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə dair plan-cizginin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilmısini məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, iddia ərizəsini və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmasını xahiş etmiş, Bakı İnzibati məhkəməsinin 2-1(112)-5097/2024 saylı, 07.03.24-cü il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinə dair plan- cizginin verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmış və iş üzrə icraatına xitam verilmişdir. Yenidən İddiaçı xx.xx.2024-cü il tarixli iddia ərizəsi ilə Bakı İnzibati məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə dair plan-cizginin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilmısini məhkəmədən xahiş etmişdir. Lakin onun tərəfindən iddia qaldırması müddəti ötürülmüşdür. Belə ki, inzibati işin məhkəmə instansiyasında baxışı zamanı iddia ərizələri təqdim olunarkən iddianın müddətinin ötürülüb-ötürülməməsi məsələsi əsas müzakirə predmetindən biri olmalıdır. Pozulmuş hüquqların məcburi müdafiəsi qeyri-məhdud deyil, qanunvericilikdə konkret müəyyənləşdirilən müddətlərdir – iddia müddətləri daxilində mümkündür. Cavabdeh ilk öncə qeyd edir ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunverilikdə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Bu maddi normanı rəhbər tutaraq Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 5-15/2-B-86-068/2023 nömrəli məktubu ilə ərizəçiyə cavab verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllədə qeyd olunan normaların mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd edilir ki, ünvan 4 ünvanında yerləşən ev özbaşına tikilidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yəni, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə səlahiyyətləri əhatə edir. Mülkiyyətçinin öz əmlakı üzərində “səlahiyyət üçlüyü” adlanan bu imkanatları mülkiyyət hüququnun məzmununu təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzələr kimi müəyyən olunmuşdur Azərbaycan Respublikası Prezidentinin 2010cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması qaydalarını müəyyən edir və kadastr fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranan münasibətləri tənzimləyir. 1.4. Daşınmaz əmlakın vahid dövlət kadastrının obyekti Azərbaycan Respublikasının ərazisində yerləşən bütün daşınmaz əmlakdır. 1.6. Daşınmaz əmlakın vahid dövlət kadastrı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən tərtib edilir və aparılır. 6.2. Vahid dövlət kadastr uçotu işləri aşağıdakıları əhatə edir: 6.2.1. torpaq sahələrinin və onların üzərindəki daşınmaz əmlak obyektlərinin sərhədlərinin müəyyənləşdirilməsi; 6.2.2. daşınmaz əmlak obyektlərinin eyniləşdirilməsi (fərdiləşdirilməsi); 6.2.3. daşınmaz əmlak obyektinə dair inventarlaşdırma və texniki sənədlərin tərtibi. 6.3 Vahid dövlət kadastr uçotu işləri yerlərdə baxış və ölçmələr aparmaqla çöl işlərindən, habelə yerlərə getmədən əldə olunan texniki sənədlər və ya məlumatlar əsasında kameral araşdırmalardan ibarətdir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini əsas tutaraq, İddiaçı Cavabdehnə qarşı ’’torpaq sahəsinə dair plan-cizginin verilməsi” tələbinə dair iddianın müddətinin ötürüldüyünü nəzərə alaraq iddia müddətinin tətbiqinə dair iddianın mümkün sayılmaması barədə qərardad və iddianı əsasız olması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə qeyd edir ki, iddia öhdəliyin icrası növünə aid olduğundan bu növ iddialara inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddia müddəti şamil olunmur. İddiaçı iddia qaldırmamışdan əvvəl müvafiq tələblə cavabdehə müraciət etmiş, arzuladığı məqsədə nail ola bilmədiyindən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddia düzgün cavabdehə qarşı yönəlmiş, aidiyyət qaydalarına uyğun təqdim edilmiş, iddiaçı iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmuşdur. Odur ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hüquqmüəyyənedici sənəd kimi Nəsimi RİH-in 1989-cu il tarixli, 95 №-li və 1991-ci il tarixli 177/3 №-li qərarına istinad edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkünlüyü ilə bağlı qeyd edilənlərin nəzərə alınmamasını xahiş edərək, qalan hissələrdə etirazda göstərilənləri müdafiə etdi. Həmçinin bildirdi ki, iddiaçıya torpaq sahəsi ayrılması barədə Cavabdehndə məlumat yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Bakı şəhər Cavabdeh xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının müraciətində qeyd etdiyi məsələnin RİH-in səlahiyyətləri xaricində olduğu bildirilərək, tələbin təmin edilməsindən imtina edilmişdir. -Nəsimi rayon XDS İK-nin (indiki Nəsimi RİH) xx.xx.1989-cu il tarixli, 95 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 5 nəfər ailə tərkibi ilə V.Kasparov, ev 5 ünvanına (indiki M.Sənani, ev 5) yaşayış yeri üzrə daimi qeydiyyata alınması müvafiq orqana həvalə edilmişdir. -Nəsimi rayon XDS İK-nin (indiki Nəsimi RİH) xx.xx.1991-ci il tarixli, 177/3 №-li qərarının təsdiq edilmiş surətindən görünür ki, V.Kasparov küçəsi ünvanında 2 otaqdan ibarət, 92,8 kv.metr sahəsi olan, 145.0 kv.m torpaq sahəsində yerləşən 5 nömrəli evin İddiaçı adına ilkin qeydiyyata alınmasına razılıq verilmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsassız olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin V hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin: -1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir; -3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur; -4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin: -1-ci bəndinə görə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir; -2-ci bəndinə görə torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir; -3-cü bəndinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır; -6-cı bəndinə görə torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir; -7-ci bəndinə görə torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır; -8-ci bəndinə görə torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Həmin Məcəllənin 68-cı maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddələrin ümumiləşmiş təhlilindən məlum olur ki, torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. Başqa sözlə, yerquruluşu planının hazırlanması üçün torpaq ayırma sənədlərinin olması şərtdir. İşin müəyyən edilmiş hallaırndan görünür ki, hazırkı iddia tələbi üzrə iddiaçı tələbinin əsası olaraq Nəsimi rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli, 95 nömrəli və xx.xx.1991-ci il tarixli, 177/3 №-li qərarlarına istinad etməklə istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Lakin yuxarıda istinad olunan normalardan göründüyü kimi, torpaq sahəsinin planının hazırlanması torpaqayırma barədə qərarın olması halında, torpaq ayrılan şəxsə həmin qərarın tərkib hissəsi kimi təqdim edilməlidir. Hazırkı iddia tələbində isə tələbin əsası kimi iddiaçının təqdim etdiyi Nəsimi rayon XDS İKnin qərarları ilə iddiaçıya torpaq sahəsinin ayrılması nəzərdə tutulmamışdır. Belə ki, xx.xx.1989-cu il tarixli, 95 №-li qərar iddiaçının ailə tərkibi ilə birlikdə yaşadığı V.Kasparov küçəsi 5 ünvana pasport qeydiyyata alınması, xx.xx.1991-ci il tarixli, 177/3 №-li qərar isə həmin özbaşına tikilinin ilkin qeydiyyata alınmasına razılıq verilməsi ilə bağlıdır. Belə olan halda iddiaçı nə inzibati icraat dövründə, cavabdeh inzibati orqana, nə də məhkəmə araşdırması zamanı mübahisəli torpaq sahəsinin qanuni əsaslarla istifadəsində olmasını təsdiq edən sübutlar təqdim edə bilmədiyindən cavabdehin imtinası qanunazidd sayıla bilməz. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-8362/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8362/2024
06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver