Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8366/2024 23.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı “qəyyum təyin edilmə öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1983-cü ildə doğulmuş X6, xx.xx.1984-cü ildə doğulmuş X3 və xx.xx.1986-cı ildə doğulmuş X4 üzərində xx.xx.1988-ci il tarixdən iddiaçının qəyyum təyin edilməyi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 24 oktyabr 1988-ci ildə X8 ilə nikaha daxil olmuş və nikahı xx.xx.1988-ci ildə Bakı şəhəri, Qaradağ Rayon Qeydiyyat şöbəsində qeydə alınmış və İV-JQ 483300 nömrəli nikah şəhadətnaməsi verilmişdir. Birgə nikahından xx.xx.1989-cu ildə X7 və xx.xx.1991-ci ildə X10 adlı uşaqları doğulmuşdur. O, X8 ilə ailə quranadək X9 ilə nikahı olmuş və bu nikah 10 oktyabr 1982-ci ildə Bakı şəhəri, Qaradağ rayon Qeydiyyat şöbəsində 389 nömrə ilə qeydə alınmışdır. Həmin nikahdan xx.xx.1983cü ildə X13, xx.xx.1984-cü ildə X11 və xx.xx.1986-cı ildə X12 adlı uşaqlar anadan olmuşdur. Qeyd olunan uşaqların anası X5 xx.xx.1987-ci ildə vəfat etmişdir. Onu ölüm qeydi xx.xx.1987-ci ildə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbə icra nümayəndəliyində 2 nömrəli aktla qeydə alınmış və İİİ-JQ 383051 nömrəli ölüm şəhadətnaməsi verilmişdir. X2 doğma övladları Aidə, Səidə və Bəsti Fətullayevaları 1988ci ildən başlayaraq öz uşaqları Bənövşə və Rafiq ilə birlikdə 8 yaşları çatanadək tərbiyə edərək böyütmüşdür. Həyat yoldaşının əvvəlki nikahından doğulmuş uşaqları onu ana kimi qəbul etmiş və bir ailədə yaşamışlar. Lakin ailə qanunvericiliyinə görə həmin uşaqları öz övladlığına götürməyə hüquqi imkanı olmasına baxmayaraq bu hüququ həyata keçirə bilməmişdir. Beləliklə ailəsində 5 uşağı 8 yaşınadək və yuxarı yaşlarınadək tərbiyə etmişdir. Artıq onlar özlər ailə həyatı qurmuşlar. Övladlığa götürməklə və qəyyumluqla əlaqədar vaxtında (yəni körpə olarkən) mürciət etsə də, rəsmiləşdirmə aparılmasına inadlı şəkildə çalışmamış və gələcəkdə hüquqi nəticə verəcəyini başa düşməmişlər. Faktiki tərbiyə edib uşaqları 8 yaşmadək böyütməyi kifayət hesab etmişdir. Halbuki, qeyd etdiyi uşaqlarla bir ailədə yaşamaqla onları ana kimi tərbiyə etmişdir. Hazırda 60 yaşı tamam olmaq üzrədir. Belə ki, xx xxxx 1964-cü ildə anadan olmuşdur. Bəsti, Aidə, və Səidə analarını 1987-ci ildə itirdikdən sonra faktiki onun qəyyumluğunda olmuşlar. Faktiki qəyyumluğu həyata keçirsə də müvafiq icra hakimiyyətinin qərarı olmamışdır. Cavabdeh tərəfindən vaxtında bu qərarın verilməsindən imtina edilmişdir.
3. Cavabdeh məhkəməyə ünvanlandığı iddia tələbinə dair etirazında qeyd etmişdir ki, iddia üzrə iddiaçının tələbləri əsassız və qanunsuzdur. Vətəndaş İddiaçı həyat yoldaşı X2 ilk nikahdan doğulmuş övladları xx.xx.1983-cü il təvəllüdlü X13, xx.xx.1984-cü il təvəllüdlü X11 və xx.xx.1986-cı il təvəllüdlü X12 yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli şəxslərdir. Bu səbəbdən Vətəndaş İddiaçı A.Fətullayeva, İddiaçı və B.Fətullayeva üzərində qəyyum təyin olunmağı mümkün deyil.
4. Cavabdeh Bakı şəhəri Cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edildiyinə və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 136.2-ci maddəsinə əsasən qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edildiyinə görə A.Fətullayeva, İddiaçı və B. Fətullayeva üzərində qəyyum təyin olunmağınız mümkün deyil.
5. İİ-JQ 493941 nömrəli nikah şəhadətnamənin surətinə əsasən X5 10 oktyabr 1982-ci il tarixdə X8 ilə nikaha daxil olmuşdur.
6. AZ-T 184575 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X13 xx.xx.1983cü il tarixdə anadan olmuş, atası X8, anası X1.
7. AZ-T 211681 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X11 xx.xx.1984cü il tarixdə anadan olmuş, atası X8, anası X1.
8. Xİ-JQ 389543 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X12 xx.xx.1986cı il tarixdə anadan olmuş, atası X8, anası X1.
9. İİİ-JQ 383051 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X5 xx.xx.1987-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir.
10. İV-JQ 483300 nömrəli nikah şəhadətnamənin surətinə əsasən İddiaçı 24 oktyabr 1988-ci il tarixdə X8 ilə nikaha daxil olmuşdur.
11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
13. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
14. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 34.2-ci maddəsinə əsasən, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. 33.1-ci maddəsinə əsasən, Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. 33.4. On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilir. 28.9-cu maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
18. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 136.1-ci maddəsində əsasən qəyyumluq və himayə valideynlərini itirmiş onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. 136.2-ci maddəsinə əsasən qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir.
19. Normaların məzmunundan göründüyü kimi, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Fiziki şəxs yalnız məhkəmənin mülki məhkəmə icraatı qaydasında qəbul etdiyi qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan hesab edildikdən sonra onun üzərində qəyyumluq təyin oluna bilər.
20. Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçının hazırda qəyyumu olaraq təyin edilməsini istədiyi (ögey uşaqları) xx.xx.1983-cü il təvəllüdlü X13, xx.xx.1984-cü il təvəllüdlü X11 və xx.xx.1986-cı il təvəllüdlü X12 hazırda 18 yaşı tamam olmuş, fəaliyyət qabiliyyətinə malik şəxslərdir, onların fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi yoxdur.
21. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Odur ki, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.
22. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
23. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
24. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
25. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Ləman Musayeva