Məhkəmə qərarları › İş №2-1(112)-837/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-837/2025

25.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-837/2025 25.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinə (hazırkı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli **********749800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” Qərarının, xx.xx.2024-cü il tarixli **********752600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik haqqlarının hesablanması barədə” Qərarının, xx.xx.2024-cü il tarixli **********754000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” Qərarının, xx.xx.2024-cü il tarixli **********73600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” Qərarının, xx.xx.2024-cü il tarixli **********739100 nömrəli “Vergilərin, sosial siğorta və işsizlik haqlarının hesablanması barədə” Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçıya cavabdehin xx.xx.2024-cü il tarixli **********749800 nömrəli “Vergilərin, sosial siğorta və işsizlik haqlarının hesablanması barədə” Qərarına əsasən iddiaçıya dekabr 2021-ci il hesabat dövrü üzrə 178437,00 manat məbləğində ƏDV, xx.xx.2024-cü il tarixli **********752600 nömrəli “Vergilərin, sosial siğorta və işsizlik haqlarının hesablanması barədə” Qərarına əsasən iddiaçıya dekabr 2022-ci il hesabat dövrü üzrə 145764,76 manat məbləğində ƏDV, xx.xx.2024-cü il tarixli **********754000 nömrəli “Vergilərin, sosial siğorta və işsizlik haqlarının hesablanması barədə” Qərarına əsasən avqust 2023-cü il hesabat dövrü üzrə 92061,24 manat məbləğində ƏDV, xx.xx.2024-cü il tarixli **********73600 nömrəli “Vergilərin, sosial siğorta və işsizlik haqlarının hesablanması barədə” Qərarına əsasən 2021-ci il gəlir vergisi üzrə 33043,89 manat məbləğində mənfəət vergisi, xx.xx.2024-cü il tarixli **********739100 nömrəli “Vergilərin, sosial siğorta və işsizlik haqlarının hesablanması barədə” Qərarına əsasən 2022-ci il gəlir vergisi üzrə 26993,48 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Vergi orqanının qənaətinə görə iddiaçının satış dövriyyəsi 2021-ci il üzrə 991316,64 manat (ƏDV-siz), 2022-ci il üzrə 809804,24 manat (ƏDV-siz), 2023-cü ilin iyul ayından sentyabr ayınadək olan dövr üzrə 511451,32 manat (ƏDV-siz) olmuş, bu səbəbdən ƏDV öhdəliyi yaranmış və müvafiq dövriyyələrə 18 faiz tətbiq olunmaqla ƏDV və mənfəət vergisi hesablanmışdır. İddiaçının sözügedən dövrlər üzrə qeyd olunan məbləğlərdə vergi tutulan dövriyyəsi olmamışdır. Vergi orqanının bu qənaətə necə gəlməsi, həmin dövriyyələri necə müəyyən etməsi iddiaçıya məlum deyildir. Hesablamaya nəzər saldıqda görünür ki, ƏDV ilə bağlı mövcud hesablamalar 2021-ci ilin dekabr, 2022-ci ilin yanvar-dekabr və 2023-cü ilin avqust ayları üzrə aparılmışdır. Halbuki iddiaçının həmin dövrlərdə hər hansı vergi tutulan əməliyyatı olmamışdır. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və göstərmişdir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********0186 nömrəli “X4nin həyata keçirilməsi haqqında” Qərarına əsasən vergi ödəyicisinin AZ 1082, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən obyektində xx.xx.2023-cü il tarixində X4 tədbiri həyata keçirilmişdir. Həmin OVN tədiri zamanı Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında DVX 006642 nömrəli protokola əsasən İddiaçı Balaəli oğluna məxsus təsərrüfat subyektindən vergi fəaliyyətinə aid elektron formatda (fleş toplayıcıda) sənədlər araşdırılma üçün götürülmüşdür. Protokol İddiaçı Balaəli oğlu tərəfindən imzalanmışdır. Daha sonra həmin elektron formatda olan sənədlər Bakı şəhəri X5 üzrə Baş İdarəsinə göndərilmiş və həmin sənədlər əsasında vergi ödəyicisinə hesablama aparılmışdır. Keçirilmiş X4 tədbiri zamanı İddiaçı Balaəli oğluna (VÖEN: **********) məxsus təsərrüfat subyektindən vergi fəaliyyətinə aid elektron formatda götürülmüş sənədlərə əsasən 2020-ci il üzrə dövriyyəsinə uyğun olaraq xx.xx.2021-ci il tarixdən etibarən ƏDV öhdəliyinin yarandığı, həmçinin 2021 -ci il üzrə satış dövriyyəsinin 991316,64 (ƏDV-siz) manat, 2022-ci il üzrə satış dövriyyəsinin 809804,24 (ƏDV-siz) manat və 2023-cü ilin iyul ayından sentyabr ayınadək olan dövr üzrə satış dövriyyəsinin 511451,32 (ƏDV-siz) manat olmasına baxmayaraq, müvafiq dövr üzrə ƏDV bəyannamələrinin vergi orqanına təqdim edilmədiyi müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar, vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********835900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim olunmadığından analoji qaydada 2021-ci ilin dekabr ayına 178437.00 manat, 2022-ci ilin dekabr ayına 145764.76 manat, 2023-cü ilin avqust ayına 92061.24 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********749800, **********752600 və **********754000 nömrəli “Vergilərin hesablanması barədə” Qərarlar göndərilmişdir. Keçirilmiş X4 tədbiri zamanı, İddiaçı Balaəli oğluna (VÖEN: **********) məxsus təsərrüfat subyektindən aşkar edilmiş vergi fəaliyyətinə aid sənədlərə əsasən 2021-ci il üzrə dövriyyənin 991316,64 (ƏDV-siz) manat olduğu müəyyən edilmiş, lakin vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə gəlir vergisi bəyannaməsi vergi orqanına təqdim edilməmişdir. Qeyd olunanlarla əlaqədar, vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********686700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından analoji qaydada 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə 33043,89 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********736000 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Keçirilmiş X4 tədbiri zamanı, İddiaçı Balaəli oğluna (VÖEN: **********) məxsus təsərrüfat subyektindən aşkar edilmiş vergi fəaliyyətinə aid sənədlərə əsasən 2022-ci il üzrə dövriyyənin 809804,24 (ƏDV-siz) manat olduğu müəyyən edilmiş, lakin vergi ödəyicisi tərəfindən müvafiq dövr üzrə gəlir vergisi bəyannaməsi vergi orqanına təqdim edilməmişdir. Qeyd olunanlarla əlaqədar, vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********696400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından analoji qaydada 2021-ci mənfəət vergisi bəyannaməsi üzrə 26 993.48 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********739100 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçı eyni zamanda iddia ərizəsində əsassız olaraq qeyd etmişdir ki, vergi orqanı kameral vergi yoxlamasının keçirilməsi müddətini ƏDV-yə münasibətdə 30 iş günü müəyyən etmişdir.Lakin cavabdeh xx.xx.2023-cü il tarixində yoxlamaya başlamasına baxmayaraq, həmin müddətdən 30 iş günü keçdikdən sonra mübahisələndirilən qərarı qəbul etmişdir. Vergi ödəyicisi tərəfindən müvafiq dövrlər üzrə bəyannamələr vergi orqanına təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37.2-ci maddəsində qeyd olunan 30 iş günü müddəti mübahisələndirilən hala şamil olunmur. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarların ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2024-cü il tarixli qərarın mübahisələndirilməsi üçün xx.xx.2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********0186 nömrəli “X4nin həyata keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yerləşən tikinti materialları mağazasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2023 tarixi daxil olmaqla) X4 həyata keçirilməsini qərara almışdır. - Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında DVX seriyalı 006642 nömrəli xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları xx.xx.2023-cü il tarixli **********0195 nömrəli qərarına əsasən İddiaçı məxsus flash kart e/d-da 43.0 MB götürülməsi həyata keçirilmişdir. - xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********60186 nömrəli qərarına əsasən fərdi sahibkar İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 3 ünvanında yerləşən tikinti materialları mağazasında xx.xx.2023cü il tarixdə X4nin həyata keçirilməsi zamanı zəruri olan sənədlərin (məlumatların) təqdim olunması haqqında xx.xx.2023-cü il tarixli **********0196 nömrəli tələbnamə təqdim edildi. Vergi ödəyicisinə məxsus bu obyektdə quraşdırılmış “Nootbuk” (Hp655) tipli komputerin məlumat bazasından təsərrüfat fəaliyyətini özündə əks etdirən 43,0 MB həcmində elektron sənədlər 2 ədəd (16 GB həcmində elektron yaddaş kartına (flashkart) köçürülməklə götürülmüşdür. Aktı vergi orqanın əməkdaşları ilə yanaşı iddiaçının nümayəndəsi satıcı X3 və İddiaçı imzalamışdır. - X1 xx.xx.2023-cü il tarixli izahatından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 4 ünvanında yerləşən tikinti materialları mağazasında xx.xx.2023-cü il tarixində keçirilmiş X4 zmanı aşağıdakılar aşkar edilmişdir: 1. İki nəfər fiziki şəxsin əmək müqaviləsi bağlanmadan işə götürülməsi faktı; 2. Obyektdə olan mal qalığının siyahısı iştirakları ilə tərtib edilmişdir. Malların alış və satış qiymətləri tərəflərindən faktiki alış və tətbiq etdikləri satış qiymətləri əsasında deyilmişdir. Obyektdə cəmi 45746,30 manat dəyərində mal qalığının olduğu və bu mallardan 37236,30 manat dəyərində malların alışını təsdiq edən sənədlərin mövcud olmadığı aşkar edilmişdir. Həmin malların dəyəri nağd qaydada ödəməklə əldə etmişdir. Alış sənədi yoxdur. Obyektdə olan mallar ona məxsusdur. Obyektdə saxlancda olan mal yoxdur, digər şəxsdə saxlancda olan mal yoxdur. Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, iki nəfərlə əmək müqaviləsinin bağlanaraq hüquqi qüvvəyə minməsinin, malların alış zamanı alış sənədlərinin əldə edilməsi tərəflərindən təmin ediləcəkdir. Obyektdə olan komputerin məlumat bazasından 1 ədəd fleşkarta keçirilməklə 43.0 mb həcmində elekton məlumatlar tərəflərindən yoxlamaya təqdim edilmişdir. -Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********736000 nömrəli qərarından görünür ki, iddiaçıya bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 2021-ci il hesabat dövrü üzrə 33.043,89 manat məbləğində gəlir vergisi hesablanmışdır. - Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********739100 nömrəli qərarından görünür ki, iddiaçıya bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 2022-ci il hesabat dövrü üzrə 26.993,48 manat məbləğində gəlir vergisi hesablanmışdır. - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********754000 nömrəli qərardan görünür ki, iddiaçıya bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən avqust 2023-cü il hesabat dövrü üzrə 92.061,24 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********749800 nömrəli qərardan görünür ki, iddiaçıya bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən dekabr 2021-ci il hesabat dövrü üzrə 178.437,00 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. - “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********752600 nömrəli qərarından görünür ki, iddiaçıya bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən dekabr 2022ci il hesabat dövrü üzrə 145.764,76 manat məbləğində əlavə dəyər vergisi hesablanmışdır. Hazırda iddiaçı onun barəsində qəbul edilmiş bu qərarları mübahisələndirir. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinə əsasən: - maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. - maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. -maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. - maddə 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. -maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. - maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. - maddə 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. - maddə 67.3-1. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. - maddə 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. - maddə 67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. - maddə 67.17. Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir Məhkəmə istinad olunan normaların tələblərini nəzərə alaraq qeyd edir ki, vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə edilməklə əlavə vergilərin hesablanması yolverilməzdir. Belə ki, qeyd olunan sənədlərin kimə məxsus olması, hansı tarixdə tərtib edilməsi və hansı hesabat dövrünü əhatə etməsi qeyri-müəyyəndir və bu xüsusat həmin sənədlərin vergilərin hesablanması zamanı mənbəyi bəlli olan məlumat qismində istifadə edilməsini istisna edir. Lakin işdən görünür ki, cavabdeh mübahisəli qərarları Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları tərəfindən götürülmüş iddiaçıya məxsus elektron məlumatlara, yəni “qara mühasibatlıq” sənədlərinə əsasən qəbul etmişdir. Qeyd edilməlidir ki, “qara mühasibatlıq” sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz və dəstəkləyici mənbələrlə birlikdə qiymətləndirilməlidir. Bununla bağlı xüsusilə qeyd olunmalıdır ki, nə vergi öhdəliyinin müəyyən olunması üzrə inzibati icraatda, nə də vergi öhdəliyinə dair mübahisə üzrə inzibati məhkəmə icraatında “qara mühasibatlıq” sənədləri müstəqil sübut qismində qəbul edilə bilməz. Bununla belə, cavabdehin həmin sənədlərdə əksini tapmış məlumatlardan vergi ödəyicisinə aid digər rəsmi sənədlərdəki (vergi bəyannamələrində və ilkin mühasibatlıq sənədlərində olan) məlumatlarla və ya cavabdehin informasiya sistemində olan mənbəyi bəlli və mötəbərliyi şübhə doğurmayan digər baza məlumatları ilə əlaqəli şəkildə istifadə haqqı da tanınmalıdır. Belə yanaşma vergi ödəyiciləri tərəfindən vergilərin tam və lazımi qaydada ödənilməsi, eləcə də vergi ödəyicilərinin uçot məlumatlarının rəsmiləşdirilməsinə və vergi inzibatçılığına dair tələblərə riayət etməli olduqları ilə bağlı ictimai maraqdan irəli gəlir. Bu mənada, cavabdeh “qara mühasibatlıq” sənədlərindən yalnız həmin sənədlərin aidiyyət, məzmun və yetərliliklə bağlı tələblərə cavab verdiyi təqdirdə istifadə edə bilər. İlk növbədə, həmin sənədlərin vergi ödəyicisinə aidiyyəti müəyyən olunmalı, yəni sənədlərin barəsində vergi yoxlaması və hesablama aparılan şəxsə məxsus olduğu müəyyən və təsdiq olunmalıdır. Bu zaman “qara mühasibatlıq” sənədlərinin elektron və ya kağız daşıyıcıda olması hər hansı əhəmiyyət kəsb etmir. Həmçinin, “qara mühasibatlıq” sənədləri vergilərin hesablanması üçün məzmun baxımından yetərli və inandırıcılıq baxımından ağlabatan məlumatları əks etdirməlidir. Başqa sözlə, həmin sənədlərdəki məlumatlar iddiaçının sahibkarlıq fəaliyyətinə aid olmalı, məhz əlavə vergilərin hesablanmasına əsas verən onun sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatları (alış, satış, borc və sairə), o cümlədən həmin əməliyyatların aid olduğu malları və ya xidmətləri (malın və ya xidmətin adı, çeşidi), onların miqdarını və qiymətini, əməliyyatlarla bağlı ödənişləri, əməliyyatların aparıldığı digər subyektləri müəyyən etməyə imkan verməlidir . Vergi orqanı tərəfindən bu tələblərə cavab verməyən “qara mühasibatlıq” sənədlərindən istifadə olunmaqla vergilərin hesablanması yolverilməzdir (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-840/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı). Məhkəmə iddiaçıya məxsus həmin qara mühasibatlıq sənədlərinin yuxarıda qeyd edilən tələblərə cavab verib-verməməsini müəyyən etmək üçün sənədlərin təqdim edilməsi barədə cavabdeh orqana, habelə sənədləri götürmüş Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə dəfələrlə müvafiq sorğu verməsinə baxmayaraq, həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə bi daha qeyd edir ki, qanunvericiliyin tələbinə görə, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və.s.) mümkün olmadıqda, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Lakin vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Hazırkı iş üzrə iddiaçıya əlavə vergi hesablanarkən göstərilən normaların tələblərinə əməl edilməməsini nəzərə alan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********749800 nömrəli, xx.xx.2024-cü il tarixli **********752600 nömrəli, xx.xx.2024-cü il tarixli **********754000 nömrəli, xx.xx.2024-cü il tarixli **********736000 nömrəli və xx.xx.2024-cü il tarixli **********739100 nömrəli qərarlar ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar